Məhkəmə qərarları › İş №1(125)-197/2022

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-197/2022

21.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-197/2022 21.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X22 Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X8, Zərər çəkmiş şəxsin hüquqi varisi – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Rusiya Federasiyasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, "xxxx" ASC-nin Gəncə filialında kredit üzrə mütəxəssis vəzifəsində işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs, 08 iyun 2022-ci il tarixdə saat 2140 radələrində özünə məxsus, idarə etdiyi Kia markalı, Forte minik modeli, Sedan tipli, ** NO *** dövlət qeydiyyat nömrə nişanlı texniki cəhətdən saz vəziyyətdə olan avtomobili ilə Gəncə şəhəri, Nizami prospekti ilə Gəncə-Şəmkir şosse yolu istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini yəni, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayandırma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, həmin tələblərə əməl etməmiş, həmçinin «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozmaqla yəni, nəqliyyat vasitəsini yaşayış məntəqəsində 60 km/saat sürətdən artıq sürətlə, yəni 90 km/saat sürətlə idarə edib, nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti qaydalarını pozmaqla, yolun sağ hissəsindən soluna doğru yolu keçən piyada, 15 iyun 1982-ci il təvəllüdlü, X9 vuraraq, ehtiyatsızlıqdan sonuncuya alın, sağ gicgah və ənsə nahiyəsinə uyğun hissələrdə başın yumşaq toxumalarına qansızma (hemotoma), kəllə tağı və kəllə əsası sümüklərin sınığı, baş beyinə və beyinciyə qansızma, sağ İİ-İİİ-İV-Vİİ-İX-X-Xİ- Xİİ qabırğaların məməxətti üzrə, sol İİ-İİİ-İV-V qabırğaların isə ön qoltuqaltı xətt üzrə sınıqları, sınıq ətrafı yumşaq toxumalarına qansızma, hər iki ağciyərin cırılması, sağ bud sümüyünün açıq, sol baldır sümüklərinin qapalı sınıqları, döş qəfəsinin, sol bazu və hər iki bud nahiyələrinin yaraları, alın, sağ gicgah, sağ said, sağ əl, sağ qalça, sol baldır nahiyələrinin və sol ayaq pəncəsinin üst səthinin sıyrıqları ilə müşayiət edilən birgə həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmaya aid xəsarətlər yetirməklə, açıq küt kəllə beyin travması nəticəsində əmələ gələn kəllə tağı və kəllə əsası sümüklərin sınığı, baş beyinə və beyinciyə qansızma nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş Şöhrət Namazovun ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspertiza rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə o, dostları Şahid2, Elməddin Xəlilov və Şahid1la şəhər ərazisində görüşmüşdür. Həmin vaxt onlar ona məxsus Kia markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə əvvəlcədən planlaşdırdıqları kimi Gəncə şəhərində 27-05-in dairəsi adlanan yerdə «Lukoil» adlı yanacaq doldurma məntəqəsinin arxasındakı stadiona futbol oynamağa getməli idilər. Lakin, oyun başlamamışdan öncə onun avtomobilində olan elektrikli tikinti alətini Göygöl rayonu Quşqara adlanan ərazidə əvvəllər tanımadığı şəxsə çatdırmalı olmuşdur. O, xx.xx.2022-ci il tarixdə saat 2140 radələrində Gəncə şəhəri, Nizami prospekti ilə Gəncə-Şəmkir şossesi istiqamətində hərəkətdə olmuş, «Ramada-Plaza» otelin qarşısından düz keçmişdir. Daha sonra qarşıda Gəncə şəhəri Nizami prospekti ilə Asfalt-beton yolun kəsişməsində olan svetoforun yaşıl işıqda olduğunu görmüş, avtomobilin sürətini azaltmadan hərəkətini davam etdirmişdir. O, təxminən 90-100 km/saat sürətlə hərəkət etmişdir. Nizami prospekti ilə Asfaltbeton yolunun kəsişməsini bir neçə metr keçdikdən sonra qarşıda onun avtomobilindən təxminən 4-5 metr məsafədə piyada olduğunu və piyadanın onun yolunun sağ hissəsindən sola keçmək istədiyini görmüşdür. Həmin şəxs yolun sağında hərəkətə başlamış nömrəsini bilmədiyi mikroavtobusun qarşısından çıxıb yola daxil olmuşdur. Bu vaxt o, piyadadan yayınmaq üçün avtomobili sağa çəkmək istəmiş, lakin həmin şəxs geri hərəkət etdiyindən onu idarə etdiyi Kia markalı, Forte minik modeli, Sedan tipli, ** NO *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin ön sağ hissəsi ilə vurmuşdur. O, piyadanı vurduqdan sonra avtomobili dayandırmaq üçün əyləcdən istifadə etmişdir. Lakin nə qədər cəhd etməsinə baxmayaraq avtomobili təxminən piyadanı vurduqdan 30 metr sonra saxlaya bilmişdir. İdarə etdiyi avtomobil piyadaya dəydikdən sonra piyada sağ tərəfə düşmüşdür. O, dərhal avtomobildən düşmüş, avtomobil yararsız halda olduğuna görə piyadanın xəstəxanaya çatdırılması ilə bağlı ona yardım edə bilməmişdir. Lakin, əraziyə dərhal X24 xidmətinin əməkdaşlarını çağırmış, dostu Kənan da həmin şəxslə birlikdə xəstəxanaya getmişdir. Sonradan ona məlum olmuşdur ki, avtomobillə vurduğu şəxs, adı sonradan ona məlum olan X12 aldığı xəsarətlərdən ölmüşdür. Sonda təqsirləndirilən şəxs baş vermiş hadisəyə görə çox peşman olduğunu, zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etdiyini və zərər çəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını bildirdi və bu halları nəzərə alaraq onun barəsində qanunamüvafiq hökmün çıxarılmasını xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri ərazisində yol-nəqliyyat hadisəsi zamanı vəfat etmiş X12 onun əri olmuşdur. Hadisəni törədən sürücü Təqsirləndirilən şəxs mərhum əri və onun ailəsi əvvəllər tanımamış, aralarında düşmənçilik olmamışdır. Halhazırda Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs onun dostudur. xx.xx.2022-ci il tarixdə adəti üzrə futbol oyunu təşkil etmək üçün dostları olan Təqsirləndirilən şəxs, Elməddin Xəlilov və Şahid2la danışmış, qərara gəlmişlər ki, Röyalın idarə etdiyi ona məxsus Kia markalı, Forte minik modeli, Sedan tipli, ** NO *** dövlət nömrə nişanlı avtomaşını ilə futbola getsinlər. Röyal hamını yaşadığı evdən götürdükdən sonra onlar qərarlaşmışlar ki, Gəncə şəhəri Ş.İ.Xətai prospektində yerləşən «Lukoil» yanacaqdoldurma məntəqəsinin yaxınlığındakı futbol meydançasında futbol oynasınlar. Lakin, oyun başlamamışdan öncə Röyal avtomobilində olan elektrikli tikinti alətini Quşqara adlanan ərazidə əvvəllər tanımadığı şəxsə çatdırmalı olmuşdur. Ona görə də həmin əraziyə getmək üçün Röyal təxminən saat 2140 radələrində Gəncə şəhəri, Nizami prospekti ilə Gəncə-Şəmkir şossesi istiqamətində hərəkətə başlamış, «Ramada-Plaza» otelin qarşısından düz keçmişdir. Avtomaşında o qabaq oturacaqda, arxada isə Turalla Elməddin oturmuşlar. Daha sonra qarşıda Nizami prospekti ilə Asfalt-beton yolun kəsişməsində olan svetoforun yaşıl işıqda olduğunu görmüşlər. Röyal avtomaşının sürətini azaltmadan hərəkətini davam etmişdirdaha da artırmış, təxminən avtomobili 80-90 km/saat sürətlə hərəkət etdirmişdir. Nizami prospekti ilə Asfalt-beton yolunun kəsişməsini bir neçə metr keçdikdən sonra qarşıda yolun sağ hissəsindən sol hissəsinə bir nəfər şəxs hərəkətini dayandırmadan yolu qaçıb keçmək istəyən zaman Röyal onu idarə etdiyi avtomobillə vurmasın deyə avtomobili yolun sağ hissəsinə çəkmiş, buna baxmayaraq, Röyal avtomobilin ön sağ hissəsi ilə onu vurmuş və sonra avtomobili sağa çəkib dayandırmışdır. O, avtomobili təxminən piyadanı vurduqdan 30 metr sonra keçib yolun kənarında saxlamışdır. Onlar avtomobildən düşmüş, avtomobil yararsız halda olduğuna görə piyadanı avtomobillə xəstəxanaya apara bilməmişlər. Lakin, əraziyə dərhal X24 xidmətinin əməkdaşlarını çağırmışlar. Təxminən 5-10 dəqiqə sonra X24 avtomobili gəlmişdir. O yaralı ilə birlikdə xəstəxanaya getmişdir. Onlar 3 saylı xəstəxanaya çatanda yaralının vəziyyəti daha da pisləşmişdir. Ona görədə oradan həmin TTY avtomobili ilə yaralını X11 aparmışlar. Orada reanimasiya otağında müayinə etmişlər və demişlər ki, artıq ölmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 ifadəsində bildirdi ki, X4 onun həm keçmiş iş yoldaşı, həm də dostudur. xx.xx.2022-ci il tarixdə saat 2130 radələrində adəti üzrə futbol oyunu təşkil etmək üçün dostları olan Təqsirləndirilən şəxs, Elməddin Xəlilov və Şahid1la şəhər ərazisində Röyalın idarə etdiyi ona məxsus Kia markalı, Forte minik modeli, Sedan tipli, ** NO *** dövlət nömrə nişanlı avtomaşını ilə onu yaşadığı Gəncə şəhəri General Əsədov küçəsindən götürmüşlər. Onlar qərarlaşmışlar ki, Gəncə şəhəri Ş.İ.Xətai prospektində yerləşən «Lukoil» yanacaqdoldurma məntəqəsinin yaxınlığındakı futbol meydançasında futbol oynasınlar. Lakin, oyun başlamamışdan öncə Röyalın avtomobilində olan elektrikli tikinti alətini Quşqara adlanan ərazidə bir nəfər şəxsə çatdırmalı olmuşdur. Ona görədə həmin əraziyə getmək üçün Röyal təxminən saat 2140 radələrində Gəncə şəhəri, Nizami prospekti ilə Gəncə-Şəmkir şossesi istiqamətində hərəkətə başlamış, «Ramada-Plaza» otelin qarşısından düz keçmişdir. Avtomaşında Kənan qabaq oturacaqda, arxada isə onunla Elməddin oturmuşlar. Daha sonra qarşıda Nizami prospekti ilə Asfaltbeton yolun kəsişməsində olan svetoforun yaşıl işıqda olduğunu görmüşlər. Röyal avtomaşının sürətini azaltmadan hərəkətini davam etdirmişdir. Həmin vaxt avtomobilin surəti təxminən 90-100 km/saat olmuşdur. Nizami prospekti ilə Asfalt-beton yolunun kəsişməsini bir neçə metr keçdikdən sonra qarşıda yolun sağ hissəsində hərəkətə başlayan mikroavtobusun qarşısından bir nəfər şəxs yolun sağ hissəsindən sol hissəsinə keçmək istəyən zaman Röyal onu idarə etdiyi avtomobilin ön sağ hissəsi ilə vurmuşdur. Avtomobil piyadaya dəydikdən dərhal sonra piyada sağ tərəfə düşmüşdür. Onlar avtomobildən düşmüşlər. Avtomobil yararsız halda olduğuna görə piyadanı avtomobillə xəstəxanaya apara bilməmişlər. Lakin, əraziyə dərhal X24 xidmətinin əməkdaşlarını çağırmışlar. Təxminən 5-10 dəqiqə müddətində TTY avtomobili gəlmiş, yaralını xəstəxanaya aparmışlar. Kənan da yaralı ilə birlikdə getmişdir. Sonra hadisə yerinə polislər gəlmişdir. Ona sonradan məlum olmuşdur ki, xəsarət alan piyada X12 xəstəxanada vəfat etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə yol-nəqliyyat hadisəsi baş verdiyi yerə sürücü Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmişdir. Hadisə yerinə baxış zamanı müəyyən edilmişdir ki, hadisə Gəncə şəhəri, Nizami prospekti Gəncə-Şəmkir şosse yoluna doğrudur. Yol örtüyünün eni 36 metr olmuşdur. 4 hərəkət zolağı olmuşdur, hərəkət hissəsinin eni 18 metrdir.Hərəkt hissəyə sağdan səki,soldan səki, yol nişanlıdır, nişanlanma xəttləri vardır, X16 Gəncə şəhəri Nizami prospektində sağ səkidən 13 metr məsafədə vurulmuşdur. Hadisə yerində tormoz izi aşkar olunmamışdır. Kia markalı, Forte minik modeli, Sedan tipli,** NO *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil hadisə yerindədir. Baxış keçirilməsi barədə protokol tərtib olunmuş,sxem və hadisə yerinin fotoşəkilləri çəkilmişdir. “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında xx.xx.2022-ci il tarixli 1320/2022 nömrəli aktdan görünür ki, sürücü Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. Məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 50 saylı rəyində göstərilmişdir ki, X1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər- alın, sağ gicgah və ənsə nahiyəsinə uyğun hissələrdə başın yumşaq toxumalarına qansızma (hemotoma), kəllə tağı və kəllə əsası sümüklərin sınığı,baş beyinə və beyinciyə qansızma, sağ İİ-İİİ-İV-Vİİ-İX-X-Xİ-Xİİ qabırğaların məməxətti üzrə, sol İİ-İİİ-İV-V qabırğaların isə ön qoltuqaltı xətt üzrə sınıqları, sınıq ətrafı yumşaq toxumalarına qansızma, hər iki ağciyərin cırılması, sağ bud sümüyünün açıq, sol baldır sümüklərinin qapalı sınıqları, döş qəfəsinin, sol bazu və hər iki bud nahiyələrinin yaraları, alın, sağ gicgah, sağ said, sağ əl, sağ qalça, sol baldır nahiyələrinin və sol ayaq pəncəsinin üst səthinin sıyrıqları. Qeyd olunan xəsarətlər həyatidir,-bərk KÜT əşyanın /əşyaların/ təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir və birgə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilir. X1 ölümünə səbəb açıq küt kəllə beyin travması nəticəsində əmələ gələn kəllə tağı və kəllə əsası sümüklərin sınığı, baş beyinə və beyinciyə qansızma olmuşdur. Ətraf mühit şəraitini və meyit əlamətlərini nəzərə alaraq belə hesab edirəm ki,ölümün müddəti müayinə olunan vaxta nəzərən 2-4 saatdır (meyitin müayinəsi xx.xx.2022-ci il tarixdə saat 00-30-də aparılmışdır). X2 bədəni üzərində müəyyən edilmiş xəsarətlərin yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gəlmələri istisna edilmir. xx.xx.2022-ci il tarixli, 316-7606-122 saylı əməliyyat tapşırığına cavab məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi “KİA Forte” minik markalı, **-NO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşınla vətəndaş X9 vurması ilə onun ölümünə səbəb olan yol-nəqliyyat hadisəsinin baş verdiyi yerdə obyektlərin müşahidə kameraları müəyyən olunmamışdır. Məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının xx.xx.2022-ci il tarixli 8/1978 nömrəli rəyində göstərilmişdir ki, Kia markalı, Forte minik modeli, Sedan tipli, 99NO397 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini yaşayış məntəqəsində 60 km/saat sürətdən artıq sürətlə yəni, 90 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. “İfadənin yerinə yoxlanılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılan zaman o, ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək yol-nəqliyyat hadisəsinin baş verdiyi yeri göstərmiş, istintaq hərəkəti zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Əlavə məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının xx.xx.2022-ci il tarixli 8/2542 nömrəli rəyində göstərilmişdir ki, Kia markalı, Forte minik modeli, Sedan tipli, 99NO397 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini yaşayış məntəqəsində 60 km/saat sürətdən artıq sürətlə yəni, 90 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X25 İdarəsinin xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs AE 133 875 saylı, BC dərəcəli sürücülük vəsiqəsi xx.xx.2019-cu il tarixdən xx.xx.2029-cu il tarixədək verilmişdir. Onun sürücülük hüququ məhdudlaşdırılmamışdır. Həmçinin, “KİA Forte” minik markalı **- NO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil xx.xx.2022-ci il tarixdən hal-hazıradək Təqsirləndirilən şəxs mülkiyyətindədir. Nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X12 ilə Zərərçəkmiş şəxs nikahı xx.xx.2008-ci il tarixdə 4 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X12 ilə Zərərçəkmiş şəxs birgə nikahlarından xx.xx.2010-cu il təvəllüdlü X10 və xx.xx.2012-ci il təvəllüdlü X13 anadan olmuşlar. Nikah haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs ilə X7 nikahı xx.xx.2022-ci il tarixdə 223 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixonevroloji dispanserindən və Gəncə şəhər rayonlararası narkoloji dispanserindən alınmış arayışlardan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserlərdə qeydiyyatda yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Zərər çəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, zərər çəkmiş şəxsin hüquqi varisi Təqsirləndirilən şəxs bağışlamış, onunla barışmış, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Azərbaycan Respublikası Cinayət Məcələsinin 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsində qeyd edilir ki, sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Həmin Qanunun 50-ci maddəsinin 2-ci hissəsində qeyd edilir ki, nəqliyyat vasitələri: yaşayış məntəqələri daxilində — saatda 60 kilometrdən çox olmayan sürətlə (səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə bilərlər, lakin bu hədd saatda 90 kilometrdən çox ola bilməz), yaşayış zonalarında və həyət ərazilərində isə saatda 20 kilometrdən çox olmayan sürətlə hərəkət etməlidirlər. Cinayət işinin materiallarından, xüsusən də məhkəmə yol-nəqliyyat hadisələri ekspertizalarının xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli rəylərindən görünür ki, sürücü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuş, həmçinin sürücü həmin maddənin 2-ci hissəsində qeyd olunan sürət həddini aşmışdır. Başqa sözlə, Təqsirləndirilən şəxs hadisə vaxtı idarə etdiyi “KİA Forte” markalı, **-NO- *** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayandırma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, həmin tələblərə əməl etməmiş, həmçinin nəqliyyat vasitəsini yaşayış məntəqəsində 60 km/saat sürətdən artıq sürətlə, yəni 90 km/saat sürətlə idarə edib, yol hərəkəti qaydalarını pozmuş, nəticədə zərər çəkmiş şəxsi vuraraq, onun ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin hüquqi varisi, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, əməlindən peşmançılıq çəkməsini nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən halların olması və cəzasını ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmışdır. Həmçinin təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar da aşkar edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyası çərçivəsində əlavə və əsas cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmaması, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növü kimi azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, təyin ediləcək əsas cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.1) və cəza çəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, iş üzrə maddi sübut olan Gəncə şəhər BPİ-nin DYP-nin cərimə meydançasında saxlanılan “KİA Forte” minik markalı **-NO- *** dövlət qeydiyyat nişanlı avtomobil təqsirləndirlən şəxsə geri qaytarılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir (CPM- 198.1.). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 (üç) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Gəncə şəhər BPİ-nin DYP-nin cərimə meydançasında saxlanılan “KİA Forte” minik markalı **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs geri qaytarılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 170 (yüz yetmiş) manat pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, KOD–210005, VÖEN **********, m/h AZ41 NABZ013601**********3944, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar