Məhkəmə qərarları › İş №1(125)-197/2024

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-197/2024

10.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-197/2024 10.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, dövlət ittihamçısı – Dövlət ittihamçısı, müdafiəçi – Müdafiəçi, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1993-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işsiz, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında yaşayan barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (13 dekabr 2023-cü il tarixədək olan redaksiya) təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan xeyli miqdarda qanunsuz olaraq psixotrop maddə əldə etmiş və üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan xeyli miqdarda, yəni 1,349 qram çəkidə psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq Gəncə şəhəri ərazisində daşıyarkən, xx.xx.2023-cü il tarixdə saat 16:40 dəqiqədə Gəncə şəhəri, A.Ziyadxanov küçəsi, 197 ünvanının yaxınlığında Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış, Gəncə şəhəri, Heydər Əliyev prospekti, 475 ünvanında yerləşən Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin inzibati binasına gətirilərək üzərinə şəxsi axtarış keçirilən zaman, əynində olan göy rəngli cins şalvarın sağ ön cibinin üzərindəki kiçik ciblikdən 01 (bir) ədəd qızılı rəngli folqa kağızına bükülü bükümdə 1,349 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. İşin halları və dəlilləri: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs çıxışında Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməmiş və çıxışında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 16-17 radələrində Gəncə şəhəri, A.Ziyadxanov küçəsində yerləşən çay evində olarkən, adını bilmədiyi mülki şəxslər ona yaxınlaşıb, polis əməkdaşları olduqlarını və onun psixotrop maddəni əldə etməkdə, istifadə etməkdə və saxlamağında şübhəli olduğunu bidirmişlər. Ona birlikdə Gəncə şəhər BPİ-nin 1-ci Polis şöbəsinə gedəcəklərini bildirərək aparmışlar. Şöbənin inzibati binasında onun üzərinə şəxsi axtarış keçirmişlər, lakin üzərindən heç bir narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Daha sonra onu döymüşlər və ona psixi və fiziki təsir göstərib bidirmişlər ki, verdikləri psixotrop maddəni üzərinə götürsün. O, da məcbur qalıb videoçəkilişdə demişdir ki, həmin psixotrop maddə onundur. Sonda o günahsız və təqsirsiz olduğunu bildirmişdir. Təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadə ilə ibtidai istintaq zamanı verdiyi ifadələr arasında ziddiyyət olduğu üçün onun ibtidai istintaqda verdiyi ifadələri elan olunaraq tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdə vermiş olduğu izahatında ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək, ifadəsində görstərmişdir ki, o, arada psixotrop maddə olan və xalq arasında “patı" olaraq bilinən metamfetamini folqa kağızının üzərinə qoyub alışqanın odu ilə qızdırmaqla tüstüsünü qəbul edirmiş. ünvan 5 ünvanında qeydiyyatda olmağına baxmayaraq, ailəsi ilə birlikdə Ü.Hacıbəyov küçəsi, bina 18, mənzil 18 ünvanında yaşayırmış. Qeydiyyatda olduğu ünvanda isə ögey bacısı X7 yaşayırmış. Tez-tez bacısına baş çəkirmiş. xx.xx.2023-cü il tarixdə axşam saatlarında bacısının yaşadığı binanın yaxınlığında ikən yerdə qızılı rəngli folqa kağızının olduğunu görmüşdür. İçini açıb baxdıqda isə müvafiq kağızın içərisində “patı” olaraq adlandırdığı kütlənin, yəni psixotrop maddə metamfetaminin olduğunu aşkar etmişdir. Əvvəllər də istifadə etmiş olduğu üçün həmin kütlənin metamfetamin olduğunu quruluş və iyindən anlamışdır. Tapdığı həmin kütlədən bir qədərini sözügedən folqa kağızının üstünə düzüb altından alışqanla isitməklə tüstüsünü qəbul etmişdir. Qalan hissəsini isə daha sonra istifadə etmək üçün əynindəki göy rəngli cins şalvarın cibinə qoymuşdur. xx.xx.2023-cü il tarixdə saat 16- 17 radələrində Gəncə şəhəri, A.Ziyadxanov küçəsi, 197 ünvanının yaxınlığında olan zaman tanımadığı 02 (iki) nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim etmiş və onun narkotik vasitə, psixotrop maddələri üzərində saxlamaqda, istifadə etməkdə şübhəli olduğu üçün Gəncə şəhər BPl-nin 1-ci Polis Şöbəsinin inzibati binasına gətirmişlər. Orada vəkilinin iştirakı ilə hüquqları ona izah edildikdən sonra videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ ön cibinin üstündəki ciblikdən qızılı rəngli kağıza bükülü metamfetamin kütləsini təhqiqatçının təklifi üzərinə təqdim etmişdir. Həmin kağız folqa açılmış və içərisindən psixotrop maddə metamfetamin aşkar edilmişdir. Həmin kütlə elektron tərəzidə çəkilmiş və çəkisi 1.75 qram olaraq müəyyən edilmişdir. Həmin kütlə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 110 nömrəli möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə əldə edib üzərində saxlamaqla daşıması barədə məxfi mənbələrdən məlumat daxil olmuşdur. Daxil olmuş məlumatı idarə rəhbərliyinə raportla məruzə edib, yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş və Gəncə şəhəri ərazisində əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar. xx.xx.2023-cü il tarixdə saat 16:40 dəqiqədə Təqsirləndirilən şəxs Gəncə şəhəri, A.Ziyadxanov küçəsi, 197 ünvanının yaxınlığında tərəflərindən saxlanılaraq, Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin inzibati binasına dəvət edilmişdir. Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilərək, X1 onun müdafiəçisi kimi iştirakı təmin edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxsin əynində olan göy rəngli cins şalvarın sağ ön cibindən 01 (bir) ədəd qızılı rəngli kağız kəsiyinə bükülmüş, içərisində psixotrop maddə metamfetaminə oxşar kütlə aşkarlanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs, üzərindən aşkar edilmiş bükümün içərisindəkinin psixotrop maddə metamfetamin olduğunu, özünə məxsus olduğunu və psixotrop maddə metamfetamini xx.xx.2023-cü il tarixdə axşam saatlarında Gəncə şəhəri, A.Ziyadxanov küçəsi, 197 ünvanında yerləşən yataqxananın yaxınlığında qızılı rəngli kağız kəsiyinə bükülmüş vəziyyətdə yerdən tapdığını, həmin bükülüdən istifadə etmədiyini, özü üçün istifadə etmək məqsədilə üzərində daşıdığını, həmin kütləni heç kəsə satmadığını bildirərək, istifadə etmək məqsədilə üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə bükümlə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisinin 1.75.10 qram olması müəyyən edilmişdir. Sonra Təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş 01 (bir) ədəd bükümdə olan psixotrop maddə metamfetaminə bənzər kütlə müvafiq qaydada zərfdə qablaşdırılaraq möhürlənmiş və doğruluğunu imzaları ilə təsdiq etmişlər. O, və ya digər polis əməkdaşları Təqsirləndirilən şəxs qarşı heç bir zorakılıq etməmiş, Təqsirləndirilən şəxs heç kim tərəfindən psixotrop maddəsinin üzərində olması ilə bağlı etiraf etməsinə məcbur edilməmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 məhkəmədə iştirakı mümkun olmadığından onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur.(i.v 86-88) İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanması və icraata götürülməsi haqqında” qərardan görünür ki,toplanmış HK-1/2849 nömrəli material əsasında Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işinin başlanması və icraata qəbul edilməsi qərara alınmışdır.(i.v.1); - xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” qərardan görünür ki,Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək xx.xx.2023-cü il tarixdə saat 17:50 dəqiqədə tutulmuşdur (i.v.9); - xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1, əməliyyat müvəkkili, polis leytenantı Şahid2, TB-nin təhqiqatçısı, polis mayoruCahangirov Elçin Mövsüm oğlunun, şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçi X2 iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, baxış zamanı şübhəlişəxs Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın ön sağ cibinin üstündəki kiçik ölçülü pul üçün cibindən bir ədəd qızılı rəngli kağıza bükülmüşkütləniniçərisindən kristal formalı olan psixotrop maddə olan “metamfetamin” aşkar edilmiş, həmin kütlə elektron tərəzidə çəkilərək 1.75 qram müəyyən edilmişdir. Həmin kütlə ağ rəngli kağız zərfə qablaşdırılaraq, DİN-nin “Zərflər üçün” 110 saylı möhürü ilə möhürlənərək, iştirakçılar tərəfindən imzalanmış və ekspertiziya göndərilmişdir. (i.v.29- 30); - 13 oktyabr 2023-cü il tarixli “video görüntüyə baxış keçirilməsi haqqında” protokoldan və məhkəmə baxışında maddi sübut olan DVD diskə baxış keçirtməklə müəyyən edilir ki, Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nin TB-nin baş təhqiqatçısı, polis mayoru X9, Gəncə ŞBPİ-nin 1-ci PŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1, Gəncə ŞBPİ-nin 1-ci PŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili, müdafiəçi X2 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildi. Şəxsi axtarış keçirilməzdən qabaq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilir. Daha sonra ona üzərində qanunla qadağan olunmuş əşya və predmet varsa təqdim etməsi təklif olunur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ ön cibinin üzərində yerləşən kiçik ölçülü ciblikdən 01 (bir) ədəd qızılı rəngli kağıza bükülmüş bükümün içərisindən kristal formalı olan psixotrop maddə olan “metamfetamin” aşkar olunaraq götürülmüşdür. Bundan sonra diskdə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə olan "metamfetamin"ə bənzər kütləni haradan əldə etməsini soruşduqda sonuncu bildirdi ki, xx.xx.2023-cü il tarixdə axşam saatlarında Gəncə şəhəri, A.Ziyadxanov küçəsi, 197 ünvanında yerləşən yataqxana binalarının yaxınlığında yerdən qızılı rəngli kağız kəsiyinə bükülmüş vəziyyətdə yerdən tapmışdır.Son olaraq, Təqsirləndirilən şəxs psixotrop maddəni hər hansı bir şəxsə satmaq niyyəti olmadığını və özü üçün istifadə etmək məqsədilə üzərində daşıdığını bildirir. Həmin kütlə elektron tərəzidə çəkilmiş və bükümlə birlikdə ümumi təmiz çəkisi 1,75,10 qram olmuşdur. Daha sonra müvafiq qaydada qablaşdırılır, 110 nömrəli möhrlə möhrlənir və imzalarla təsdiq edilir.(i.v.55-56); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 Bölməsininxx.xx.2023-cü il tarixli 16/1020 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində“............vət. Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı aşkar olunmuş.......” yazı və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd qızılı kağız bükümdə , təmiz çəkisi 1.349 qram olan maddə, kustar üsulla hazırlanmış psixotrop maddə - metafetamindir. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin”-in 1-ci siyahısına daxildir. (i.v.43); - xx.xx.2023-cü il tarixli “cinayət işinin icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi Gəncə ŞBPİ-nin İTİ-nin müstəntiqi, polis leytenantı X12 tərəfindən icraata qəbul edilməsi qərara alınmışdır. (i.v.49); - 14 oktyabr 2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddə ilə ittiham elan edilmişdir.(i.v. 57); - 14 oktyabr 2023-cü il tarixli “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxsAzərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmişdir.(i.v. 65-66); - 14 oktyabr 2023-cü il tarixli “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsidə “polisin nəzarəti altına vermə” haqqında iltizam qətimkan tədbiri seçilmiş və saxlanıldığı Gəncə şəhər BPİ-nin MSY-dən azad edilmişdir.(i.v. 73-74); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserin xx.xx.2023-cü il tarixli 6369 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda durmur. (i.v. 92); - Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2023-cü tarixli 3307 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. (i.v. 93); - 17 oktyabr 2023-cü il tarixli “təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və tutulması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi qərara alınmışdır. (i.v. 94-95); - 17 oktyabr 2023-cü il tarixli “cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-in 53.1.3-ci maddəsində əsasən dayandırılması qərara alınmışdır. (i.v. 97-98); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-də cinayət işi üzrə yoxlamaya dair xx.xx.2023-cü il tarixli tələbnamədən aydın olur ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 1000 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Bundan başqa, o, Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixii hökmü ilə Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin qərarı ilə azadlığın məhdudlaşdırılması cəzası 07 ay 16 gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. (i.v. 101-102); - xx.xx.2023-cü il tarixli 3-13-57/2-27891/2023 saylı əməliyyat tapşırığına verilmiş cavab məktubundan görünür ki, bir sıra əməliyyat-axtarış tədbirləri keçirilməsinə baxmayaraq, Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini hansı mənbədən əldə etməsi müəyyən edilə bilməmiş, Təqsirləndirilən şəxs hər hansı şəxsə və ya şəxslərə psixotrop maddə satması, qanunsuz olaraq psixotrop maddə əldə etməsində ona kiminsə kömək etməsi, qanunsuz yolla əldə etdiyi psixotrop maddədən digər yerlərdə gizlədərək saxlaması müəyyən edilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə axşam saatlarında ünvan 5 ünvanının yaxınlığında yerdən tapdığını bildirdiyi 01 (bir) ədəd qızılı rəngli folqa kağızı kəsiyinə bükülmüş bükümdə psixotrop maddə metamfetaminin əsl sahibinin kim olduğu müəyyən etmək mümkün olmamışdır. (i.v. 103); - 11 noyabr 2023-cü il tarixli “təqsirləndirilən şəxsin könüllü gəlməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər BPİ-nin İTİ-nə könüllü olaraq gəlmişdir. (i.v.104); - 11 noyabr 2023-cü il tarixli “cinayət işi üzrə icraatın təzələnməsi haqqında”qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə icraatın təzələnməsi qərara alınmışdır. (i.v.105-106); - İş əlavə olunmuş doğum haqqında şəhadətnamələrdən məlum olur ki, Təqsirləndirilən şəxs himayəsində azyaşlı xx.xx.2022-ci il təvəllüdlü X6, xx.xx.2020-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X5 olmaları Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal olaraq müəyyən edilmişdir. (i.v.110-112); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 25 dekabr 2023-cü il tarixli 2090 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür.(i.v.113); - 01 yanvar 2024-cü il tarixli “yenidən ittihamın elan edilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi qərara alınmışdır.(i.v.115); - 01 yanvar 2024-cü il tarixli “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs çıxışında Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilmişdir.(i.v.123); - Sübutların qiymətləndirilməsi haqqında 01 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxsna Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 Bölməsinin xx.xx.2023-cü il tarixli 16/1020 nömrəli, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 25 dekabr 2023-cü il tarixli 2090 nömrəli rəyləri, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserin xx.xx.2023-cü il tarixli 6369 saylı, Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2023-cü tarixli 3307 saylı arayışıları, xx.xx.2023-cü il tarixli 3-13-57/2-27891/2023 saylı əməliyyat tapşırığına verilmiş cavab məktubu Gəncə şəhər BPİ-nin 1-ci PŞ-də Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zamanı qeydə alınmış videogörüntü olan 1 (bir) ədəd DVD disk, şahidlərin, təqsirləndirilən şəxsin ifadələri, şəxsi axtarış və götürmə protokolları, maddi sübutlar və cinayət işi üzrə toplanmış digər istintaq sənədləri ilə qiymətləndirilmişdir ( i.v.125-132); - Gəncə şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(125)-197/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə hazırlıq iclasına məcburi qaydada gətirilməsi qərara alınmışdır. (i.v.157-158); - Gəncə şəhər Məhkəməsinin 02 aprel 2024-cü il tarixli 1(125)-197/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi qərara alınmışdır. (i.v.167-168); - Gəncə şəhəri İH MKTİB-nin 5 nömrəli XS-nin 29 mart 2024-cü il tarixli № 55 saylı arayışından məlum olur ki, Təqsirləndirilən şəxs Ü.Hacıbəyov küçəsi, bina 18, mənzil 18 ünvanında hal-hazırda yaşamaması qeyd olunmuşdur. (i.v.173); - Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nin xx.xx.2024-cü il tarixli, 3-13-57-1/2-8988/24 saylı məktubundan məlum olur ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Gəncə şəhər ərazisində tutularaq, Gəncə şəhər BPİ-nin MSY-nə təhvil verilmişdir. (i.v.175); - xx.xx.2024-cü il tarixli “axtarışda olan şəxsin tutulması barədə” protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 16:30-da Gəncə şəhər ərazisində tutularaq, Gəncə şəhər BPİ-nin MSY-nə təhvil verilmişdir. (i.v.176); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 2 saylı İT-nın xx.xx.2024-cü il tarixli № 3-16-17/41/2-2054/2024 saylı məktubundan məlum olur ki, xx.xx.2024-cü il tarixdə müəssisəyə daxil olmuşdur. (i.v.178); - Gəncə şəhər Məhkəməsinin 20 may 2024-cü il tarixli 1(125)-197/2024 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraatın təzələnməsi qərara alınmışdır. (i.v.184- 184); Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda psixtrop maddə olan metamfetaminin şəxsi istehlak miqdarının yuxarı həddi 0,15 qram təşkil edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində polis əməkdaşlarının ona təsir göstərməsi və hədələməsi nəticəsində psixotrop maddə olan metamfetaminin ona məxsus olmasını bildirməsinə tənqidi yanaşaraq qeyd edir ki, bunu təqsirləndirilən şəxs ağlabatan şəkildə izah edə bilməmişdir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı və mötəbər hesab edir. Məhkəmə həmin dəlilləri aşağıdakılara əsasən əsassız hesab edir: - İlk növbədə təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və videoçəkiliş aparılmaqla, müdafiəçinin iştirakı ilə onun üzərinə axtarış aparılmışdır. Həmin video görüntülərdən təqsirləndirilən şəxsin xüsusi psixoloji vəziyyətdə olması, yəni baş verən hadisələrə reaksiyasının adekvat olmaması müəyyən edilmir. Şübhəli şəxs qismində xx.xx.2023-cü il tarixdə izahatı alındıqdan sonra, təqsirləndirilən şəxs qismində xx.xx.2023-cü il tarixdə verdiyi izahatında da polis əməkdaşları tərəfindən hər hansı təzyiq olmadığını bildirmişdir. xx.xx.2023-cü il tarixdə axşam saatlarında bacısının yaşadığı binanın yaxınlığında ikən yerdə qızılı rəngli folqa kağızının olduğunu görmüşdür. İçini açıb baxdıqda isə müvafiq kağızın içərisində “patı” olaraq adlandırdığı kütlənin, yəni psixotrop maddə metamfetaminin olduğunu aşkar etmişdir. Əvvəllər də istifadə etmiş olduğu üçün həmin kütlənin metamfetamin olduğunu quruluş və iyindən anlamışdır. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin mütamadi olaraq psixotrop maddə qəbul etməsi, psixotrop maddəni üzərində saxlaması tamamilə sübuta yetirilir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadələrinə, şahid ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisələri törədilmişdir, törədilmiş cinayət hadisələri ilə əlaqədar təqsirləndirilən şəxsin əməllərində cinayət tərkibi vardır, cinayət əməllərinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; - 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; - 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. - 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin himayəsində azyaşlı xx.xx.2022-ci il təvəllüdlü X6, xx.xx.2020-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X5 olmaları Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal olaraq müəyyən edilmişdir. İş üzrə Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu (CMnin 234.1-ci maddəsinə əsasən) 02 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Beləliklə, məhkəmə törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, o cümlədən məhkumluğu ödənildikdən sonra yenidən qəsdən hazırkı cinayəti törətməsini və bununla da kriminal meyilli şəxs olaraq qalmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəza çəkmə müddətinin əvvəli həbsdə alındığı andan – 18 aprel 2024-cüil tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülmüşdür. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhəri Baş Polis İdarəsində saxlanılan təhqiqata sərf edildikdən sonra təmiz çəkisi 1,299 qram psixotrop maddə olan metamfetaminCinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhv edilməli, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatlarının dəyəri30,40 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 192 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CinayətMəcəlləsinin 234.1-ci maddəsində (13 dekabr 2023-cü il tarixədək olan redaksiya) nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə Təqsirləndirilən şəxs tutulub saxlanıldığı 02 (iki) gün müddət müddət azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla 02 gün ona təyin olunmuş 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılsın və Təqsirləndirilən şəxs üzərində 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 18 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – ekspertiza tədqiqatından sonra qalan Gəncə Şəhər Polis İdarəsində saxlanılan 1,299 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxsna Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 30,40 (otuz manat qırx qəpik) manat pul Təqsirləndirilən şəxs tutulub X3, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxsna məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 192 manat məbləğində pul Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ**********0000067944, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar