Məhkəmə qərarları › İş №1(125)-198/2024

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-198/2024

24.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-198/2024 24.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X3 iştirakları ilə, xx.xx.1988-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 1 yetkinlik yaşına çatmayan və 3 azyaşlı uşağı olan, məhkum olunmamış, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Göygöl rayonu, Yeni Qızılca qəsəbəsində yaşamış, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci (13 dekabr 2023-cü il tarixədək qüvvədə olan redaksiyada) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşıyaraq saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxt və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0.336 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, 30 sentyabr 2023-cü il tarixdə saat 18:30 dəqiqələrində Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən “Leon” çay evinin yaxınlığında uca səslə nalayiq ifadələr işlətdiyi üçün Gəncə şəhər Baş Polis İdarəsinin PPX-nin əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edərək, şəxsiyyətini müəyyən etməklə üzərində hər-hansı qanunsuz əşyanın olub-olmamsını soruşduqları zaman üzərində psixotrop maddənin olmasını bildirdiyi üçün Gəncə şəhər BPİnin PPXT əməkdaşları tərəfindən həmin yerdə saxlanılaraq ünvan 3 ünvanında yerləşən Gəncə şəhər BPİ-nin 3-cü Polis Bölməsinə gətirilmiş, onun üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qəhvəyi rəngli gödəkçənin sol daxili cibindən bir ədəd şəffaf sellofan bükümdə olan 1(bir) ədəd ağ kağız bükümdə, təmiz çəkisi 0,336 qram maddə küstar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin aşkar edilərək götürülmüşdür. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində (13 dekabr 2023-cü il tarixədək qüvvədə olan redaksiyada) nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 28 avqust 2023-cü il tarixdə məclisdən çıxıb evinə getdiyi zaman polis əməkdaşları tərəfindən saxlanılmışdır. O, məclisdə spirtli içki və marixuana qəbul etmişdir. Polis əməkdaşları onu saxlayan zaman onlara spirtli içki qəbul etdiyini bildirmiş, onlar ona ondan şübhələdiklərini bildirərək onu analiz verməyə dəvət etmişlər. O, onlara heç bir müqavimət göstərmədən onlarla getmiş, yolda onlara marixuana qəbul etdiyini bildirmişdir. Xəstəxanada həkimə onun yanında 60 manat vermişlər. Sonra onlar Polis Bölməsinə getmişlər. Bölməyə getdiyi zaman onun cibində narkotik vasitə olmamışdır. Bölmədə çəkiliş aparan zaman onun cibinə onatəzyiq göstərərəknarkotik vasitə olan kağız bükümü qoymuşlar. Prokurorun qəbulundada olmuşdur. Prokuror ondan həmin bükümü istifadə edib-etmədiyini soruşduqda onu isdifadə etmədiyini bildirmiş, həmin vaxt prokurorun köməkçisi ona nalayiq ifadələr işlətmişdir. Bölmədə narkotik vasitənin ona aid olmasını boynuna alması üçün təzyiq göstərmişlər. Ona bildirmişlər ki, pul versin, o, isə bildirmişdir ki, imkanı yoxdur. O, iki gün Polis Bölməsində qalmışdır. Azadlığa buraxıldıqdan sonra bu məsələ ilə bağlı heç bir şikayəti olmamışdır. Sonda o, narkotik vasitənin onun olmadığını, polis əməkdaşları tərəfindən təzyiq göstərildiyi üçün narkotik vasitəni üzərinə götürdüyünü bildirib ona bərət verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 234.1-ci maddəsində (13 dekabr 2023-cü il tarixədək qüvvədə olan redaksiyada) nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə iclasında dindirilmiş şahid Gəncə BPİ-nin PPXT-nun polis nəfəri, polis serjantı Şahid2 ifadəsində istintaq zamanı verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə Gəncə şəhər BPİ-nin PPXT-nun 1-ci bölüyünün tağım komandiri, polis leytenantı Şahid1 oğlu və Gəncə şəhər BPİ-nin PPXT-nun polis nəfəri, polis kiçik serjantı Şahid3 ilə birlikdə xidmətdə olan zaman Gəncə şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddələrin qanunsuz olaraq əldə edib üzərində saxlamasında və daşıması barədə şübhəli olduğu üçün Təqsirləndirilən şəxs yaxınlaşıb nə olduğunu soruşan zaman Təqsirləndirilən şəxs üzərində psixotrop maddə olduğunu və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. O, xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Gəncə şəhəri Yeni Gəncə qəsəbəsində yerləşən “Leon” çay evinin yaxınlığında olan zaman uca səslə nalayiq ifadələr işlətdiyi üçün 3 nəfər PPX əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək nizaminzitama dəvət edən zaman o üzərində psixotrop maddə olduğunu bildirdiyi üçün polis əməkdaşları onu Gəncə şəhəri 3-cü Polis Bölməsinə gətirmişlər.Təqsirləndirilən şəxs onlarla razılaşaraq bölməyə gəlmişdir. Bölmənin inzibati binasında olan zaman Təqsirləndirilən şəxs hüquqlarının müdafiə olunması üçün müdafiəçi ilə təmin olunmağından ötrü Təqsirləndirilən şəxs müdafiəçilərin siyahısı təqdim edilmiş və bildirilmişdir ki, həmin müdafiəçilərdən kimi istəyirsə seçə bilər, Təqsirləndirilən şəxs təqdim olunmuş vəkillərin siyahısından Müdafiəçi hüquqlarının dövlət hesabına müdafiə olunması üçün seçmiş və bu barədə ərizə ilə müraciət etmişdir. Müdafiəçi dəvət olunaraq Təqsirləndirilən şəxs təqdim edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və predmet varsa təqdim etməsi təklif olunmuş, bundan sonra Təqsirləndirilən şəxs əynində olan qəhvəyi rəngli gödəkcənin sol qoltuqaltı cibindən bir ədəd şəffaf rəngli sellofon kəsiyinə və kağıza bükülü kütləni təqdim etmişdir. Həmin kağız bükümün içərisinə baxış keçirilmiş və içərisindən ilk baxışdan psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilmişdir.Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ilk baxışdan psixotrop maddə metamfetaminə bənzər kütləni xx.xx.2023-cü il tarixdə yaşadığı yerin yaxınlığında olan zibillikdən tapdığını, həmin kütləni tanıdığını, əvvəllər narkotik vasitə istifadəçisi olduğunu və şəxsi istifasindən ötrü üzərində saxladığını və həmin kütlələri heçkəsdən almadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə tərəflərindən şəxsi axtarış keçirilsə də qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd şəffaf rəngdə sellofon kəsiyində olan 1 ədəd ağ kağız bükümdə olan ilk baxışdan psixotrop maddə metamfetaminə bənzər kütlə tərəzidə çəkilmiş və həmin kütlənin sellofon kəsiydə olan kağız büküm ilə birlikdə ümumilikdə çəkisi 0,68 qram olması müəyyən edilmişdir.Daha sonra isə içərisində ilk baxışdan psixotrop maddə metamfetaminə bənzər kütlə sellofon büküm ilə birlikdə müvafiq qaydada qablaşdırılaraq protokol tərtib edilmiş və doğruluğu imzaları ilə təsdiq olunmuşdur.Təqsirləndirilən şəxs saxlanılarkən o və digər polis əməkdaşları tərəfindən sonuncuya fiziki və ya psixoloji təzyiq göstərilməmiş, üzərinə heç bir narkotik vasitə qoyulmamışdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə bu cür ifadə vermişdir. Məhkəmə iclasında dindirilmiş şahid Gəncə BPİ-nin PPXT-nun polis nəfəri, polis kiçik serjantı Şahid3 məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsi ilə eyni məzmunda ifadə vermişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qısmində dindirilmiş Gəncə şəhər BPİnin PPXT-nun 1-ci bölüyünün tağım komandiri, polis leytenantı Şahid1 ifadəsi elan edilmiş, ifadəsində göstərmişdir ki, 2019-cu ildən X6 və 2022-ci ildən isə tutduğu vəzifədə xidmət edir.xx.xx.2023-cü il tarixdə Gəncə şəhər BPİ-nin PPXT-nun polis nəfəri, polis serjantı Şahid2 və Gəncə şəhər BPİ-nin PPXT-nun polis nəfəri, polis kiçik serjantı Şahid3 ilə birlikdə xidmətdə olan zaman Gəncə şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddələrin qanunsuz olaraq əldə edib üzərində saxlamasında və daşıması barədə şübhəli olduğu üçün Təqsirləndirilən şəxs yaxınlaşıb nə olduğunu soruşan zaman Təqsirləndirilən şəxs üzərində psixotrop maddə olduğunu və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. O, xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Gəncə şəhəri Yeni Gəncə qəsəbəsində yerləşən “Leon” çay evinin yaxınlığında olan zaman uca səslə nalayiq ifadələr işlətdiyi üçün 3 nəfər PPX əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək nizam-inzitama dəvət edən zaman o üzərində psixotrop maddə olduğunu bildirdiyi üçün polis əməkdaşları onu Gəncə şəhəri 3-cü Polis Bölməsinə gətirmişlər.Təqsirləndirilən şəxs onlarla razılaşaraq bölməyə gəlmişdir. Bölmənin inzibati binasında olan zaman Təqsirləndirilən şəxs hüquqlarının müdafiə olunması üçün müdafiəçi ilə təmin olunmağından ötrü Təqsirləndirilən şəxs müdafiəçilərin siyahısı təqdim edilmiş və bildirilmişdir ki, həmin müdafiəçilərdən kimi istəyirsə seçə bilər, Təqsirləndirilən şəxs təqdim olunmuş vəkillərin siyahısından Müdafiəçi hüquqlarının dövlət hesabına müdafiə olunması üçün seçmiş və bu barədə ərizə ilə müraciət etmişdir. Müdafiəçi dəvət olunaraq Natiq Cəfəova təqdim edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və predmet varsa təqdim etməsi təklif olunmuş, bundan sonra Təqsirləndirilən şəxs əynində olan qəhvəyi rəngli gödəkcənin sol qoltuqaltı cibindən bir ədəd şəffaf rəngli sellofon kəsiyinə və kağıza bükülü kütləni təqdim etmişdir. Həmin kağız bükümün içərisinə baxış keçirilmiş və içərisindən ilk baxışdan psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilmişdir.Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ilk baxışdan psixotrop maddə metamfetaminə bənzər kütləni xx.xx.2023-cü il tarixdə yaşadığı yerin yaxınlığında olan zibillikdən tapdığını, həmin kütləni tanıdığını, əvvəllər narkotik vasitə istifadəçisi olduğunu və şəxsi istifasindən ötrü üzərində saxladığını və həmin kütlələri heçkəsdən almadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə tərəflərindən şəxsi axtarış keçirilsə də qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd şəffaf rəngdə sellofon kəsiyində olan 1 ədəd ağ kağız bükümdə olan ilk baxışdan psixotrop maddə metamfetaminə bənzər kütlə tərəzidə çəkilmiş və həmin kütlənin sellofon kəsiydə olan kağız büküm ilə birlikdə ümumilikdə çəkisi 0,68 qram olması müəyyən edilmişdir.Daha sonra isə içərisində ilk baxışdan psixotrop maddə metamfetaminə bənzər kütlə sellofon büküm ilə birlikdə müvafiq qaydada qablaşdırılaraq protokol tərtib edilmiş və doğruluğu imzaları ilə təsdiq olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan: - xx.xx.2023-cü il tarixli “şübhəli şəxsi tutma” protokolundan, xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi və MSY-dən azad olunması haqqında” Qərardan məlum olur ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək tutulmuş, xx.xx.2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək MSY-dən azad edilmişdir. - xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan və məhkəmədə baxış keçirilmiş DVD diskdən görünür ki, Gəncə şəhər BPİ-nin, 3-cü PB-nin baş təhqiqatçısı, polis mayoru X1, Gəncə şəhər BPİ-nin, PPXT-nun tağım komandiri, polis leytenantı Şahid1, Gəncə şəhər BPİ- nin, PPXT-nun polis nəfəri, polis serjantı Şahid2, Gəncə şəhər BPİ-nin, PPXT-nun polis nəfəri, polis kiçik serjantı Şahid3, Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir. Şəxsi axtarış keçirilməzdən qabaq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələrinin az öncə izah edildiyini və hüquq və vəzifələrə dair bildirişin ona təqdim edildiyi bildirilir. Daha sonra ona üzərində qanunla qadağan olunmuş əşya və predmet varsa təqdim etməsi təklif olunur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qəhvəyi rəngli gödəkcənin sol daxili cibindən bir ədəd şəffaf rəngli sellofon kəsiyində olan ağ kağız bükümü təqdim edir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsə də qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilmir.Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlənin “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu bildirir.Daha sonra həmin bükümə baxış keçirilir və həmin büküm açılır və içərisindən ilk baxışdan şəffaf rəngli, kristal formalı psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ilk baxışdan psixotrop maddə metamfetaminə bənzər kütləni xx.xx.2023-cü il tarixdə yaşadığı Göygöl rayonu, Yeni Qızılca qəsəbəsində yerdən tapdığını, həmin psixotrop maddəni şəxsi istifadəsi üçün üzərində saxladığını, satış məqsədilə üzərində saxlamadığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd şəffaf rəngli sellofon kəsiyində olan ağ kağız bükümdə olan ilk baxışdan metamfetaminə bənzər kütlə tərəzidə çəkilir və həmin kütlənin sellofon büküm ilə birlikdə ümumilikdə çəkisi 0,68 qram olması müəyyən edilir. Bundan sonra həmin kütlə müvafiq qaydada qablaşdırılır və imzalarla təsdiq edilir. - Məhkəmə-kimyəvi ekspertizasının 01 oktyabr 2023-cü il tarixli 16/906 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə"yazılar və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd şəffaf sellofon bükümdə olan ağ kağız bükümdə, təmiz çəkisi 0,336 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə -metamfetamindir. - Məhkəmə-narkoloji ekspertizasının 17 noyabr 2023-cü il tarixli 1886 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir.Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var.Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. - Azərbaycan Respublikasının DİN-nin BƏSİİ-dən xx.xx.2023-cü il tarixdə alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər heç bir məhkumluğu olmamışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər rayonlararası ruhi-əsəb dispanserindən alınmış arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs ruhi-əsəb dispanserində qeydiyyatda durmur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər rayonlararası narkoloji dispanserindən alınmış arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs narkoloji dispanserdə qeydiyyatda durmur. - Azərbaycan Respublikası Baş Prokurorluğunun 07 iyun 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki zorakılığa və təzyiqlərə məruz qalmasına dair xüsusatlar yoxlanılmış və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən 07 iyun 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” Qərar qəbul edilmişdir. - Gəncə şəhər Baş Polis İdarəsinin 23 aprel 2024-cü il tarixli məktubundan görünür ki, müşahidə kameralarının yaddaş saxlama müddəti 1 ayadək olduğundan 30 sentyabr 2024-cü il tarixdə Gəncə şəhər 6 saylı Dövlət Notariat Kontoru yerləşdiyi ərazidən hər hansı görüntü əldə etmək mümkün olmamışdır. - Gəncə şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinin 22 aprel 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bölməyə şübhəli şəxs qismində daxil olması barədə videogörüntülər kamera yaddaşında qalmaması səbəbindən təqdim edilməsi mümkün olmamışdır. Həmin məktuba giriş-çıxış qeydiyyat kitabının çıxarışı əlavə edilmiş, Təqsirləndirilən şəxs Bölməyə30 sentyabr 2024-cü il tarixdə saat 18:40-da şübhəli şəxs qismində daxil olması müəyyən edilmişdir. - Məhkəmə iclasında Təqsirləndirilən şəxs 30 sentyabr 2024-cü il tarixdə istifadəsində olan mobil nömrənin hansı antenn dairəsində olması barədə məlumatları əks etdirən DVD diskə məhkəmə iclasında baxış keçirilmiş və iş üçün əhəmiyyət kəsb edən hər-hansı məlumat aşkar edilməmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, verilmiş sorğulara cavablar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Cinayət Məcəlləsinin hal-hazırda qüvvədə olan 234.1-ci maddəsinə əsasən, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma —bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin cinayət əməlinin baş verdiyi 30 sentyabr 2023-cü il tarixdə qüvvədə olan (13 dekabr 2023-cü il tarixədək qüvvədə olan) mətninin müddəalarına əsasən, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma —bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” 22 aprel 2022-ci il tarixli 516-VİQD nömrəli Qanununun 1.3.1-ci maddəsinə əsasən,Cinayət Məcəlləsinin 234.1-ci maddəsində “şəxsi istehlak miqdarından artıq” sözləri “xeyli” sözü ilə əvəz edilmiş, həmin Qanunun keçid müddəaları olan 2.1-ci maddəsində isə qeyd edilmişdir ki, bu Qanunun 1.3.1-ci, 1.3.4-cü, 1.3.5-ci, 1.4-cü, 1.5-ci maddələri narkotik vasitələrin və ya psixotrop maddələrin xeyli və xüsusilə külli miqdarını, habelə prekursorların və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin xüsusilə külli miqdarını müəyyən edən müvafiq qanunla eyni gündə qüvvəyə minir(“Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında” 21 noyabr 2023-cü il tarixli 1025- VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu 13 dekabr 2023-cü il tarixdə qüvvəyə mindiyindən, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” 22 aprel 2022-ci il tarixli 516-VİQD nömrəli Qanununun 1.3.1-ci maddəsi də avtomatik olaraq 13 dekabr 2023-cü il tarixdə qüvvəyə minmişdir). Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəsində hazırkı cinayəti etiraf etməməsinə tənqidi yanaşaraq qeyd edir ki, bunu təqsirləndirilən şəxs ağlabatan şəkildə izah edə bilməmişdir. Beləki, onun istintaq zamanı heç bir təsirə məruz qalmadan etirafedici ifadə verməsi və sonradan ifadəsini danması barədə göstərdiyi xüsusatlar öz təsdiqini tapmamış və odur ki, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini inandırıcı və mötəbər hesab edir. Məhkəmə həmin dəlilləri aşağıdakılara əsasən əsassız hesab edir: İlk növbədə təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və video çəkilməklə müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış aparılmış və o, könüllü şəkildə üzərində olan narkotik vasitəni cibindən çıxarıb təqdim etmişdir. Həmin video çəkilişdə təqsirləndirilən şəxsin xüsusi psixoloji vəziyyətdə olması, yəni baş verən hadisələrə reaksiyasının adekvat olmaması müəyyən edilmir. Bundan başqa müdafiəçi ondan polis əməkdaşları tərəfindən hər hansı təzyiqə məruz qalması və narkotik vasitənin özünə məxsus olması barədə soruşduqda, o, heç bir təzyiqə məruz qalmadığını, narkotik vasitənin özünə məxsus olduğunu bildirmişdir. Şübhəli şəxs qismində xx.xx.2023-cü il tarixdə tutularkən, şübhəli şəxs qismində xx.xx.2024cü il tarixdə ifadəsi alınarkən, xx.xx.2023-cü il tarixdə şəxsi axtarış zamanı narkotik vasitəni özü təqdim edərkən, təqsirləndirilən şəxs qismində xx.xx.2024-cü il tarixdə cəlb edilərkən və həmin tarixdə təqsirləndirilən şəxs qismində ifadə verərkən heç kimin təsiri olmadan etdiyi cinayəti etiraf etmiş və hər hansı təzyiqə məruz qalması barədə fikir bildirməmişdir. Təqsirləndirilən şəxs ifadələri bir-biri ilə üst-üstə düşür və təqsirləndirilən şəxs narkotik vasitənin ona məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə cinayət işinin materialları ilə tanış olarkən heç bir etirazı və vəsatəti olmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs Gəncə şəhər 3-cü polis bölməsinin əməkdaşları tərəfindən qanunsuzluqlara və zorakılığa məruz qalması ilə bağlı Gəncə şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(125)-198/2024 nömrəli Gəncə şəhər prokurorluğuna ünvanladığı məktub araşdırılmış, fakt öz təsdiqini tapmadığından və cinayət hadisəsi müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında Gəncə şəhər məhkəməsi tərəfindən Gəncə şəhər Baş Polis İdarəsinə 30 sentyabr 2023-cü il tarixə aid olan videogörüntülərin çıxarılıb məhkəməyə göndərilməsinin təmin olunması xahiş olunmuş və cavab məktubunda bildirilmişdir ki, Gəncə şəhər BPİ-in “Təhlükəsizlik xidmətinin kameralarının serverlərində yaddaş saxlama müddəti 1 ayadək olduğundan xx.xx.2024-cü il tarixdə Gəncə şəhəri 6 saylı Dövlət Notariat Kontoru yerləşdiyi ərazidən hər hansı görüntü təqdim etmək mümkün olmamışdır. Gəncə şəhər Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində bölməyə daxil olması barədə qeydiyyat kitabında adının olub-olmaması barədə məlumatın, habelə videogörüntülərin çıxarılıb məhkəməyə göndərilməsi üçün Gəncə şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinə ünvanlanmış məktuba cavab olaraq bildirilmişdir ki, Təqsirləndirilən şəxs Gəncə şəhər BPİ-in 3-cü PB-nə şübhəli şəxs qismində daxil olması barədə video görüntülər bölmənin müşahidə kamerasının yaddaşında qalmadığı səbəbindən həmin görüntülərin çıxarılması mümkün olmamış, lakin onun Gəncə şəhər BPİ-nə şübhəli şəxs qismində daxil olması barədə qeydiyyat kitabında adının qeyd edilməsinə dair qeydiyyat kitabının müvafiq səhifələrinin ksero surətləri məhkəməyə göndərilmişdir. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxsin hazırda məhkəmə iclasında verdiyi ifadəsini həqiqətə uyğun olmayan hesab edir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə mübarizə haqqında haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 19-cu maddəsinin 1-ci hissəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların şəxsi istehlak miqdarından artıq olan miqdarda hazırlanması, kultivasiyası, əldə edilməsi, saxlanması, daşınması və ya göndərilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cinayət məsuliyyətinə səbəbdir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”n İ Siyahısında psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarının aşağı həddi 0,15 qram müəyyən edilmişdir. Beləliklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yenicinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin himayəsində yetkinlik yaşına çatmayan və azyaşlı övladlarının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxsislah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Belə ki, məhkəmə son zamanlar cəmiyyətdə narkotik vasitə dövriyyəsinin təhlükəli hal almasını, bu qəbildən olan cinayətlərin törədilməsinə görə son zamanlar azadlıqdan məhrum etmə cəzasına alternativ cəzaların təyin edilməsinə baxmayaraq, bu tip cinayətlərin statistik göstəricilərinin artmasını nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə təqsirləndirilən şəxsə aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023cü il tarixdə azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayətə görə azadlıqdan məhrum etmə cəzasının təyin ediləcəyini nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında həbs edilməlidir. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odur ki, CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və onun ərazi narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 0,286 qram psixotrop maddəmetamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, həmçinin iş üzrə sübut kimi tanınmış bir ədəd 1 ədəd DVD və 01 ədəd CD disklər cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, iş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 30.40 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə 27 (iyirmi yeddi) saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X4, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, işlədiyi vəkil bürosunun hesabına 162 (yüz altmış iki) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində (13 dekabr 2023-cü il tarixədək qüvvədə olan redaksiyada) nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün hesablanmaqla, təyin edilmiş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 06 (altı) ay 28 (iyirmi səkkiz) günmüddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin və cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və onun narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 0,286 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin və iş üzrə sübut kimi tanınmış bir ədəd 1 ədəd DVD və 01 ədəd CD disklərcinayət işinin materiallarında saxlanılsın. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 30.40 (otuz manat qırx qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə müdafiəçi X3 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 162 (yüz altmış iki) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar