Məhkəmə qərarları › İş №1(125)-198/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-198/2025

04.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-198/2025 04.08.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Dəmirli Orxan Əhməd oğlunun sədrliyi, Xurşudov Nadir Şahin oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X8, nümayəndəsi (vəkili) X7, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X11 və müdafiəçisi Müdafiəçi iştirakları ilə, X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X2 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, müəyyən etdi: X9 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, X10 Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, X3 "Hürriyyət" Media Qrupunun rəhbəri Vüqar Tofiq oğlunun verilişində iştirak edərək, barəsində böhtan xarakterli məlumatlar vermiş və həmin məlumatlar "Tik-Tok", Facebook" və "Xəbər portal" sosial şəbəkələrdə yayılmışdır. X19 qeyd edilən video-yayıma şərh yazaraq bildirimişdir ki, "adı çəkilən Esmira Məmmədova mənim 0,5% əmək haqqımı yazmayıb, amma ki, müəyyən adamlar var ki, onlara pul yazıb, inşallah ki, məhkəmə aydınlaşdıracaq-rüşvətxorlar”. Bu ifadələr şəxsi nüfuzuna ciddi xələl gətirmiş, ictimaiyyət və iş yoldaşları arasında şərəf və ləyaqətini alçaltmış, həm də işgüzar reputasiyasına mənfi təsir etmişdir. Böhtan xarakterli məlumatlar sosial şəbəkə üzərindən geniş yayıldığı üçün bu, ictimai xarakterli cinayət halı hesab edilməlidir. Əmək kitabçası və vəzifə təlimatının surətlərindən də aydın görünür ki, 2019-cu ilin fevral ayına qədər onun əmək haqqı yazmaq və ya dəyişdirmək səlahiyyəti olmamışdır. Bu isə Sabit Qasımovun yaydığı məlumatların bilərəkdən, yalan və böhtan xarakterli olduğunu sübut edir. Bundan başqa, X19 onun ərizəsi əsasında Gəncə şəhər Baş Polis idarəsinin 2-ci Polis Şöbəsinin təhqiqat bölməsində verdiyi izahatda açıq şəkildə etiraf etmişdir ki, qeyd edilən məlumatlar onun və qardaşı X12 iştirakı ilə yayımlanmışdır. Hazırda həmin izahatı polis şöbəsindən əldə edə bilmədiyi üçün məhkəmə istinatqın gedişində həmin izahtların polis şöbəsindən götürülməsini məhkəmədən vəsatətlə xahiş olunacaq. Belə ki, X19 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsində (böhtan) nəzərdə tutulan cinayət əməlləri törədilmişdir. Bu cinayət: 2025-ci il tarixində, “TikTok” sosial platformasında yerləşdirilmiş “Cabir.020” adlı səhifədə yayımlanmış video və şərh vasitəsilə, ictimai formada və bilərəkdən, mənə mənəvi zərər vurmaq niyyəti ilə törədilmişdir. Nəticədə onun, şərəf və ləyaqətinə zərbə vurulmuş, işgüzar nüfuzu zədələnmiş, sosial çevrəsinə və əmək kollektivində reputasiyası ləkələnmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş böhtan xarakterli əməl X19 tərəfindən törədilmişdir. Sözügedən şəxs sosial şəbəkədə, konkret olaraq qardaşı X15 məxsus “Cabir.020” adlı “TikTok” səhifəsində yayımlanmış video materiala münasibət bildirərək, açıq şəkildə onun ünvanına yalan və ləyaqəti alçaldan fikirlər səsləndirmişdir. Onun sosial şəbəkədə qeyd etdiyi ifadə aşağıdakı məzmunda olmuşdur: “Adı çəkilən Esmira Məmmədova onun 0,5 % əmək haqqını yazmayıb, amma ki, müəyyən adamlar var ki, onlara pul yazıb, inşallah ki, məhkəmə aydınlaşdıracaq — RÜŞVƏTXORLAR.” X11 bu ifadələri, onun sosial şəbəkə istifadəçi adı ilə və şəxsi profili vasitəsilə ictimaiyyətə açıq şəkildə yayıldığı üçün, bu əməlin məhz onun tərəfindən törədildiyi birbaşa sübut olunur. Bundan əlavə, X23 şəhər 2-ci polis şöbəsində izahat vermiş, həmin izahatda bu paylaşımın onun qardaşı X12 “Cabir.020” adlı TikTok səhifəsində həyata keçirildiyini açıq şəkildə etiraf etmişdir. Bu izahat yazılı formada mövcuddur və polis şöbəsində saxlanılır. Beləliklə, şəxsin öz adından yayımladığı şərh (ictimai mövcud sosial şəbəkə paylaşımı), etiraf xarakterli izahatı (prosessual sənəd), bundan başqa X2 iş yoldaşı Gəncə şəhəri, Kəpəz rayonu, N.Nərimanov küçəsi, 3-cü döngə, ev 3, mənzil 9-da qeydiyyatında olan və yaşayan. (FİN: 4V12MRZ) X4 “Cabir.020” adlı “TikTok” səhifəsində Esmira Məmmədovanın barəsində böhtan xarakterli yayımlanan aşağıdakı məzmunda olan sözlərin “adı çəkilən Esmira Məmmədova mənim 0,5 % əmək haqqımı yazmayıb, amma ki, müəyyən adamlar var ki, onlara pul yazıb, inşallah ki, məhkəmə aydınlaşdıracaq — RÜŞVƏTXORLAR.” şahidi olmuşdur və ona görə X4 şahid qismində məhkəmə iclasında dindirilməlidir. Eləcə də şifahi və ya yazılı şəxsiyyət təsdiqi üçün sosial mediada X11 cinayət əməlinin müəllifi olmasını mübahisəsiz sübuta yetirir. Qeyd edilən əməllər birbaşa şəxsi təşəbbüs və iradə ilə, yəni qəsdən törədilmiş, mənim şəxsiyyətimə qarşı yönəlmişdir. Bu isə onun AR Cinayət Məcəlləsinin 147.2 maddəsində nəzərdə tutulan cinayət məsuliyyətə cəlb olunmasını zəruri edir. Belə ki, X19 tərəfindən yayılan məlumatlarda "rüşvət alma" kimi AR CM-nin 311-ci maddəsi ilə nəzərdə tutulan ağır cinayətdə ittiham olunmuş, bu, AR CM-nin 147.2-ci maddəsində göstərilən, şəxsin ağır və ya xüsusilə ağır cinayətdə bilə-bilə yalan ittiham etməklə böhtan atması halıdır və bu əməlin cinayət-hüquqi məsuliyyətə səbəb olması qanunla müəyyən olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi. Belə ki, törədilmiş cinayət faktını təsdiqləyən sübutlar bunlardı, X11 şərhlərinin ekran görüntüləri — “TikTok” platformasında “Cabir.020” səhifəsində yayımlanıb, Polis şöbəsində verilmiş izahat — burada Sabit Qasımov öz əməllərini etiraf etmişdir, əmək kitabçasının və vəzifə təlimatının surətləri — əmək haqqı səlahiyyətinin onda olmadığını sübut edir, video-yayımın linki və yadda saxlanmış surəti — böhtan xarakterli məlumatların yayıldığı verilişin məzmunu sübut kimi; zərurət olarsa, xx.xx.1967-ci il təvəllüdlü, ünvan 1 ünvanda qeydiyyatda olan X3, eləcə də “Hürriyyət” Media Qrupunun rəhbəri Vüqar Tofiq oğlu şahid qismində dindirilməklə məsələyə aydınlıq gətirə bilərlər. Göründüyü kimi X11 X13ma heç bir əsası olmayan ağır cinayəti törətməkdə etməklə böhtan atır və bu səbəbdən hesab edirik ki, onun əməlində AR CM-nin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi açıq-aydın mövcuddur. Sözügedən şəxs sosial şəbəkədə, konkret olaraq qardaşı X15 məxsus “Cabir.020” adlı TikTok səhifəsində yayımlanmış video materiala münasibət bildirərək, açıq şəkildə mənim ünvanıma yalan və ləyaqəti alçaldan fikirlər səsləndirmişdir. Onun sosial şəbəkədə qeyd etdiyi ifadə aşağıdakı məzmunda olmuşdur: “Adı çəkilən Esmira Məmmədova mənim 0,5 % əmək haqqını yazmayıb, amma ki, müəyyən adamlar var ki, onlara pul yazıb, inşallah ki, məhkəmə aydınlaşdıracaq — RÜŞVƏTXORLAR.” “Cabir.020” adlı TikTok səhifəsində yazılarında yayması Esmira Məmmədovanın cəmiyyətdəki nüfuzunun zədələnməsinə, onun həm şəxsi həm də iş həyatında böyük problemlərin yaranmasına səbəb olmuşdur. Buna görə də hesab edirəki, X1 Esmira Lətif qızına böhtan atmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə nəzərdə tutulmnuş əməli törətmişdir. Çünki o, X6 cinayət törətməkdə ittiham etmiş etmişdir. Belə ki, X19 məni "rüşvət almaqda" ittiham edir və yazır: “müəyyən adamlar var ki, olara pul yazıb, inşallah ki, məhkəmə aydınlaşdıracaq RÜŞVƏTXORLAR. Bu ifadə, ümumi məna baxımından onu rüşvət almaqda və əmək haqqının qanunsuz yazılması ilə məşğul olmaqda ittiham edir. Rüşvət alma AR Cinayət Məcəlləsinin 311-ci maddəsinə uyğun olaraq ağır və ya xüsusilə ağır cinayət kateqoriyasına aiddir. Göstərilənlərə əsasən, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayə məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X8 ifadə verərək xüsusi ittiham qaydasında verdiyi şikayəti müdafiə etdiyini və şikayətin məhkəmə baxışına təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2 nümayəndəsi (vəkili) X16 xüsusi ittiham qaydasında verdiyi şikayəti müdafiə etdiyini, şikayətin forma və məzmununa dair tələblərə riayət olunduğunu, cinayətin törədilməsi vaxtının məhkəmə prosesi zamanı müəyyən edilə bilinəcəyini və şikayətin məhkəmə baxışına təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X19 ifadəsində bildirdi ki, o, çıxışında heç kimi təhqir etməmiş, onun problemi sadəcə əmək haqqı ilə bağlı olmuş, bu barədə Prokurorluğa, Maliyə Nazirliyə müraciət etmişdir. O, heç kimə rüşvətxor deməmiş, sadəcə məsələnin və rüşvətxorların məhkəmədə araşdırılacağını bildirmişdir. Sonda onun barəsində verilmiş şikayətin əsassız olduğunu bildirərək, işin məhkəmə baxışına təyin edilməməsini xahiş etdi. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X11 müdafiəçisi Müdafiəçi xüsusi ittiham qaydasında şikayətin forma və məzmununa dair tələblərə riayət olunmadığını, əvvəlki şikayətin məzmununa bir-iki dəyişiklik edilərək yenidən məhkəməyə təqdim edildiyini, səhifənin S.Qasımovun qardaşının adına olduğunu, ona qarşı verilməli olduğunu, heç kimi təhqir etmədiyini, ünvanlı olaraq kimsəni rüşvətxor adlandırmadığını, yekunda məhkəmənin məsələni araşdıracağını bildirmişdir. O, şikayətin əsassız olaraq icraata qəbul edilməsindən imtina edilməsini xahiş etmişdir. Məhkəmə şikayət vermiş şəxsi, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsi və müdafiəçisini dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayəti araşdırıb, habelə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş tərəfin dəlillərini nəzərdən keçirərək hesab edir ki, hazırkı şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Məhkəmə ilk növbədə xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasının yoxlanmasını zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3-cü maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. Qanunvericiliyin qeyd edilən tələbi baxımdan qeyd olunmalıdır ki, xüsusi ittiham qaydasında irəli sürülən ittiham üzrə cinayətin törədildiyi vaxt göstərilməlidir. Şikayət vermiş şəxs barəsində şikayət verilmiş şəxs Sabit Məmmədovun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etsə də sonuncunun əməli nə zaman törətməsini qeyd etməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən, şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən, bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6- 302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Beləliklə, iş materiallarından göründüyü kimi xüsusi ittiham qaydasında verilmiş şikayətin məzmunu CPM-in 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadığından şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293, 300, 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X11 Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X8 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən və məhkəmə baxışının keçirilməsindən imtina olunsun. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədikdə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Orxan Dəmirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar