Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-199/2025 05.11.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Xurşudov Nadir Şahin oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X2, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs1 və onun qanuni nümayəndəsi Qanuni nümayəndə2, müdafiəçi – Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs2 və onun qanuni nümayəndəsi Qanuni nümayəndə1, müdafiəçi – Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.2007-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 22-ci küçədə yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə və, xx.xx.2007-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamamorta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olub bir qrup təşkil edərək binaya, başqa saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah məqsədi ilə özgənin əmlakını gizli olaraq talamaq niyyəti ilə 02 may 2024cü il tarixdə, saat 02 radələrində Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məxsus ünvan 4 ünvanında yerləşən fərdi yaşayış binasının zirzəmisinin qapının dəmir qıfılının sındırılması yolu ilə qanunsuz olaraq daxil olub оradan hər biri 230 manat dəyərində olan iki ədəd “26-lıq” “Oscar” markalı velosipedləri gizli olaraq talayıb ümumilikdə zərər çəkmiş şəxslərə 460 (dörd yüz altmış) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olub bir qrup təşkil edərək binaya, başqa saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah məqsədi ilə özgənin əmlakını gizli olaraq talamaq niyyəti ilə 02 may 2024cü il tarixdə, saat 02 radələrində Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məxsus ünvan 4 ünvanında yerləşən fərdi yaşayış binasının zirzəmisinin qapının dəmir qıfılının sındırılması yolu ilə qanunsuz olaraq daxil olub орадан hər biri 230 manat dəyərində olan iki ədəd 26-lıq “Oscar” markalı velosipedləri gizli olaraq talayıb ümumilikdə zərər çəkmiş şəxslərə 460 (dörd yüz altmış) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 13 radələrində o, dostu Kamranın yaşadığı evə qonaq getmiş və Kamranla birlikdə razılaşmışlar ki, oğurluq etsinlər. Gecə növbəti günə keçdikdən sonra yəni, xx.xx.2024-cü il tarixdə təxminən saat 01 radələrində onlar oğurluq etmək məqsədi ilə küçəyə çıxmış və birlikdə Gəncə şəhəri Dədə Qorqud küçəsi 7A nömrəli yaşayış binası istiqamətində irəliləmişdir. X6 küçəsində yaşadığı üçün və onlar hər gün həmin küçədə gəzdikləri üçün əvvəlcədən Gəncə şəhəri, Dədə Qorqud küçəsində “Eldorado” marketin yaxınlığında yerləşən binanın zirzəmisində velosipedlər olduğunu bilmişlər. Belə ki, onlar həmin velosipedləri sürən uşaqların velosipedləri həmin zirzəmidə saxlamalarını əvvəllər görmüşlər. Bundan sonra Kamranla birlikdə xx.xx.2024-cü il tarixdə saat 02 radələrində Gəncə şəhəri Dədə Qorqud küçəsi 7A nömrəli yaşayış binasının zirzəmisinə daxil olmuşlar. Həmin zirzəminin qapısı metal-dəmir qapı olmuş və həmin qapının qıfılı olmuşdur. Onlar həmin zirzəmiyə dəmir qapının qıfılını dəmir açarla qırıraq daxil olmuş və bundan sonra orada olan 2 ədəd “Oscar” markalı velosipedləri oğurlayaraq hərəsi bir velosipedi sürərək oradan uzaqlaşıb, velosipedləri aparıb Kamranın yaşadığı binanın blokuna qoymuşlar. Ona verilən suallara cavab olaraq bildirdi ki, velosipedləri oğurlamağı dostu Kamrana o, təklif etmişdir. İbtidai istintaq orqanında verdiyi ifadəsində velosipedləri oğurlamaqda məqsədinin satıb qazancını yarıbayarı bölmək olduğunu bildirsə də, əslində velosipedləri sürmək məqsədi ilə oğurlamış və 2 gün velosipedləri sürmüşlər. Onların velosipedləri satmaq niyyətləri olmamışdır. Sonda zərərçəkmiş şəxslərlə barışıq əldə etmələrini, əməlindən səmimi peşman olmasını, cinayət əməlini törətdiyi zaman yetkinlik yaşına çatmamasını, həmçinin yaxın müddət ərzində hərbi xidmətə getməsini nəzərə alaraq barəsində cərimə cəzasının təyin edilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CMin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 13 radələrində dostu Cabir onlara qonaq gəlmiş və söhbət əsnasında Cabirlə birlikdə razılaşmışlar ki, oğurluq etsinlər. Ona görə gecə növbəti günə keçdikdən sonra yəni, xx.xx.2024-cü il tarixdə təxminən saat 01 radələrində onlar oğurluq etmək məqsədi ilə küçəyə çıxmışlar. Bundan sonra xx.xx.2024-cü il tarixdə saat 02 radələrində Gəncə şəhəri Dədə Qorqud küçəsi 7A nömrəli yaşayış binasının zirzəmisinə daxil olmuşlar. Həmin zirzəminin qapısı metal-dəmir qapı olmuş və həmin qapının qıfılını qıraraq içəri daxil olmuşlar. Bundan sonra orada olan 2 ədəd “Oscar” markalı velosipedləri oğurlayıb hərəsi bir velospedi sürərək onların yaşadığı binanın blokuna aparıb qoymuşlar. Hadisənin üstündən xeyli müddət keçdiyi üçün tam detalları ilə xatırlamır. Ona verilən suallara cavab olaraq bildirdi ki, həmin velosipedlərin sahibi olan uşaqları tanımamışdır. İbtidai istintaq orqanında verdiyi ifadəsində velosipedləri oğurlamaqda məqsədinin satıb qazancını yarıbayarı bölmək olduğunu bildirsə də, əslində onlar velosipedləri sürmək məqsədi ilə oğurlamış və 2 gün müddətində velosipedləri sürmüşlər. Əvvəllər dostu Cabirlə bir məhlədə qalmış, sonradan Cabir oradan köçmüşdür. Sonda zərərçəkmiş şəxslərlə barışıq əldə etmələrini, əməlindən səmimi peşman olmasını, cinayət əməlini törətdiyi zaman yetkinlik yaşına çatmamasını, həmçinin yaxın müddət ərzində hərbi xidmətə getməsinin nəzərə alaraq barəsində cərimə cəzasının təyin edilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı Gəncə şəhər İcra Hakimiyyəti başçısı Aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloq Nümayəndə3 iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Gəncə şəhər 39 nömrəli orta məktəbin 9-cu sinfində oxuyur. Oğurlanmış velosipedi o, hər gün həyətdə sürmüş, həmçinin dostu Zərərçəkmiş şəxs2 da eyni markalı Oscar velosipedi olmuşdur.xx.xx.2024-cü il tarixdə saat təxminən 10 radələrində onlar evdən çıxarkən zirzəminin qapısının açıq vəziyyətdə olduğunu, dəmir qapının qıfılının qırıldığını görmüş və zirzəmiyə yaxınlaşmışlar. Bu zaman naməlum şəxs tərəfindən zirzəminin qapısının kilidinin sındırılaraq onun və dostu Ayxanın idarə etdiyi velosipedin oğurlandığını aşkar etmişlər. Bir neçə saat özləri velosipedləri axtarmış, daha sonra o, “DİN”-in 102 xidmətinə oğurluqla bağlı müraciət etmişdir. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, oğurluq edilmiş zirzəmi onlara və qonşusuna məxsus olmuş və bir ildən çox müddət idi ki, velosipedini həmin zirzəmidə saxlamışdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qiyabi tanıyır və onları yaşadığı küçədə görmüşdür. Məhkəmə baxışı zamanı Gəncə şəhər İcra Hakimiyyəti başçısı Aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloq Nümayəndə3 iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Gəncə şəhər 39 nömrəli orta məktəbin 9-cu sinfində oxuyur. Digər zərərçəkmiş Zərərçəkmiş şəxs1 həm onun sinif yoldaşı, həm də dostudur. Ehtiram xx.xx.2024-cü il tarixdə saat təxminən 10 radələrində ona mesaj yazaraq zirzəminin qapısının açıq vəziyyətdə olduğunu, dəmir qapının qıfılının qırıldığını və velosipedlərin orada olmadığını bildirmişdir. Bundan sonra özü hadisə yerinə getmişdir. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qiyabi tanımış və onları yaşadığı küçədə görmüşdür. Hadisə baş verən gün velosipedləri sürmüş, lakin həmin gün Cabir və Kamranı orada görməmişdir. Oğurlanmış velosipedini o, hadisədən bir həftə qabaq almışdır. Ehtiram ona velosipedini yuxarı qaldırmamasını, onun da velosipedini qoyduğu zirzəmiyə qoymasını bildirmiş, velosipedini zirzəmiyə qoyduğu günün səhərisi velosipedlər oğurlanmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən həm Təqsirləndirilən şəxs1, həm də Təqsirləndirilən şəxs2 tanıyır. Velosipedi oğurlanmış zərərçəkmiş şəxs xx.xx.2011-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 onun oğludur. Velospedlərinin oğurlanması ilə bağlı “DİN”in 102 xidmətinə qonşusunun oğlu Zərərçəkmiş şəxs1 müraciət etmiş və bir neçə gün sonra velosiped yararlı vəziyyətdə tapılıb ona təhvil verilmişdir. Oğlu Ayxana oğurluq hadisəsindən bir neçə gün öncə Gəncə şəhərində adını xatırlamadığı mağazadan “Oscar” markalı velosiped almışdır. Oğlu oğurluq hadisəsi baş verən gün həmin velosipedi idarə etmişdir. Həmçinin qonşusunun oğlu Zərərçəkmiş şəxs1 da eyni markalı Oscar velosipedi olmuşdur. Ayxanla qonşusunun oğlu Ehtiram birlikdə öz velosipedlərini idarə edib saat 20 radələrində binanın zirzəmisinə qoymuşlar. Həmin vaxt onlar zirzəminin dəmir qapısının kilidini bağlamışlar. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, həmin zirzəmi o, yaşadığı binanın altında yerləşir və zirzəmi ona və qonşusu Şahid1 məxsusdur. Həmin zirzəmidə oğlu Ayxan həm də qonşusunun oğlu Ehtiram idarə etdikləri velosipedlərini saxlamışlar. Hazırda təqsirləndirilən şəxslərlə barışmışdır və şikayətləri yoxdur. Məhkəmə baxışı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxs xx.xx.2011-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 onun oğludur. X5 şəhərində adını xatırlamadığı mağazadan təxminən 200 manat dəyərində “Oscar” markalı velosiped almışdır. xx.xx.2024-cü il tarixdə saat təxminən 10 radələrində o, evdən çıxarkən zirzəminin qapısının açıq vəziyyətdə olduğunu və dəmir qapının qıfılının qırıldığını görüb zirzəmiyə yaxınlaşmışdır. Bu zaman naməlum şəxs tərəfindən zirzəminin qapısının kilidinin sındırılaraq oğlu Ehtiramın və qonşusunun oğlu Ayxanın velosipedinin oğurlandığını aşkar etmişdir. Daha sonra oğlu “DİN”-in 102 xidmətinə müraciət etmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən oğlu Ehtirama və qonşusu Şahid2 oğlu Ayxana məxsus oğurlanmış 02 ədəd Oskar markalı velosipedlərin hər ikisi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən onlara qaytarılmışdır. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, hazırda təqsirləndirilən şəxslərlə barışmışdır və şikayətləri yoxdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, maddi sübut, ekspert rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 17 may 2024-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq icraata qəbul edilmişdir. - “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokol və ona əlavə edilmiş fotocədvəllərdən görünür ki, cinayət hadisəsi zərərçəkmiş şəxs X1 məxsus ünvan 5 nömrəli yaşayış binasının saxlanc yerində baş vermişdir. -“ İfadənin yerində yoxlanması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəllərdən görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiyi xüsusatları hadisə yerində - ünvan 5 ünvanında yerləşən yaşayış binasının zirzəmisində əyani olaraq göstərmişdir. -“İfadənin yerində yoxlanması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəllərdən görünür ki, Təqsirləndirilən şəxs2 Cabir oğlu ifadəsində göstərdiyi xüsusatları hadisə yerində - ünvan 5 ünvanında yerləşən yaşayış binasının zirzəmisində əyani olaraq göstərmişdir. -Zərərçəkmiş şəxs1 qanuni nümayəndəsi Şahid1 notarial qaydada təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə barışmışdır və ona dəyən maddi-mənəvi zərər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən tam şəkildə ödənilib, onlara qarşı heç bir şikayət, iddia və tələbi yoxdur, gələcəkdə də olmayacaq. Müraciəti əsasında başlanmış cinayət işinə xitam verilməsini xahiş etmişdir. -Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsi Şahid2 notarial qaydada təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə barışmışdır və ona dəyən maddi-mənəvi zərər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən tam şəkildə ödənilib, onlara qarşı heç bir şikayət, iddia və tələbi yoxdur, gələcəkdə də olmayacaq. Müraciəti əsasında başlanmış cinayət işinə xitam verilməsini xahiş etmişdir. -11 iyun 2024-cü il tarixli “baxış və götürmə aparılması haqqında” protokoldan və 01 ədəd fotoşəkildən görünür ki, baxış zamanı Zərərçəkmiş şəxs1 təqdim etdiyi “Oskar” markalı velosiped maddi sübut kimi tanınıb götürülmüşdür. -13 iyun 2024-cü il tarixli “baxış və götürmə aparılması haqqında” protokoldan və 01 ədəd fotoşəkildən görünür ki, baxış zamanı Zərərçəkmiş şəxs2 təqdim etdiyi “Oskar” markalı velosiped maddi sübut kimi tanınıb götürülmüşdür. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. - Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji dispanserdən alınmış xx.xx.2025-ci il tarixli, 2747 nömrəli arayışda göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 həmin dispanserdə qeydiyyatda durmur. - Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji dispanserdən alınmış xx.xx.2025-ci il tarixli, 2748 nömrəli arayışda göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 həmin dispanserdə qeydiyyatda durmur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji dispanserdən alınmış xx.xx.2025-ci il tarixli, 2116 nömrəli arayışda göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 həmin dispanserdə qeydiyyatda durmur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji dispanserdən alınmış xx.xx.2025-ci il tarixli, 2117 nömrəli arayışda göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 həmin dispanserdə qeydiyyatda durmur. -17 aprel 2025-ci il tarixli “cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi qeyd olunan Məcəllənin 177.2.1 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir. -17 aprel 2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. -17 aprel 2025-ci il tarixli “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. -"xxxx" MMC-nin “əmlakın qiymətləndirilməsi barədə” 21 aprel 2025-ci il tarixli, ƏQ- 017/2025 nömrəli mütəxəssis rəyindən görünür ki, aparılmış araşdırmalara və təhlillərə əsasən 02 ədəd “Oskar 26” markalı velosipedlərin müqayisə yanaşması ilə xx.xx.2025-ci il tarixə real bazar dəyəri 460 manat təşkil edir. -08 may 2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. -08 may 2025-ci il tarixli “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. -Zərərçəkmiş şəxs2 (həmçinin qanuni nümayəndəsi Şahid2 tərəfindən imzalanmış) xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə tərəfindən ona vurulmuş ziyan tam olaraq ödənilmişdir, odur ki, onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. -Zərərçəkmiş şəxs1 (həmçinin qanuni nümayəndəsi Şahid1 tərəfindən imzalanmış) xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə tərəfindən ona vurulmuş ziyan tam olaraq ödənilmişdir, odur ki, onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. -“Sübutların qiymətləndirilməsi haqqında” 26 iyun 2025-ci il tarixli qərardan görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məxsus zirzəmidən oğurlanmış 02 ədəd “Oskar” markalı velosiped və təqsirləndirilən şəxslərin dindirilməsini özündə əks etdirən 02 ədəd disk maddi sübut kimi tanınmışdır. -191 nömrəli evlər üçlüyünün 72 nömrəli, xx.xx.2025-ci il tarixli arayışından görünür ki, xx.xx.2007-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 həqiqətən Gəncə şəhəri, Məhsəti qəsəbəsinin 22-ci küçəsində yaşayır. -191 nömrəli evlər üçlüyünün xx.xx.2025-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində küçə üçlüyünə heç bir şikayət daxil olmamışdır. -Gəncə şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 10 nömrəli xidmət sahəsi tərəfindən verilmiş 422 nömrəli, xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 10 saylı M.İ.S-nə heç bir yazılı və yaxud şifahi şikayət daxil olmamışdır. -Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, ona məxsus “Oscar” markalı, 26-lıq velosipedi işlək vəziyyətdə Gəncə şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi Yüksəl Hüseynovdan qəbul etmişdir. -Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, ona məxsus “Oscar” markalı, 26-lıq velosipedi işlək vəziyyətdə Gəncə şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi Yüksəl Hüseynovdan qəbul etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələbinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayət prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, maddi sübutlar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş və cinayət hadisəsi məhz onlar tərəfindən törədilmişdir, həmçinin təqsirləndirilən şəxslər bu cinayətin törədilməsində təqsirlidir. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslərin törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən hər iki təqsirləndirilən şəxsə münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Ona görə də, onlar həmin maddələr ilə təqsirli bilinib, maddələrin sanksiyası daxilində cəzalandırılmalıdır Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Belə ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməli az ağır olmaqla, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət qəsdən törədilən cinayətdir. Qeyd edilən Məcəllənin 177.2.1 və 177.2.3-cü maddələrinə əsasən, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə və yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. AR CM-in 84.1-ci maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Odur ki, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri həmçinin CM-nin 84.1-ci maddəsinin tələbi nəzərə alınmalıdır. AR CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanaraq, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 əməlindən səmimi peşman olmasını, cinayət əməlini törədən zaman yetkinlik yaşına çatmamış olmasını və zərərçəkmiş şəxslərə dəymiş zərəri tam ödəməklə barışıq əldə etməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmənin qənaətinə görə, Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid edilmədən islah olunma imkanları tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi maddənin sanksiyasında daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasına alternativ olaraq nəzərdə tutulmuşdur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə cəzanın növünü və həddini təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Beləliklə, məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini, təqsirləndirilən şəxsin ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və cinayətləri yetkinlik yaşına çatmadığı dövrdə törətməsini nəzərə alaraq, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmin Məcəllənin 52-1.3.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək əlavə vəzifəsi müəyyən edə bilər. Odur ki, Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İttiham hökmü qanuni qüvvəyə minənədək təsqirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət-Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri ləğv edilməli, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilməli və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan əlavə, məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59cu maddəsinə əsaslanaraq, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs2 əməlindən səmimi peşman olmasını, cinayət əməlini törədən zaman yetkinlik yaşına çatmamış olmasını və zərərçəkmiş şəxslərə dəymiş zərəri tam ödəməklə barışıq əldə etməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmənin qənaətinə görə, Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid edilmədən islah olunma imkanları tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi maddənin sanksiyasında daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasına alternativ olaraq nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini, təqsirləndirilən şəxsin ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və cinayətləri yetkinlik yaşına çatmadığı dövrdə törətməsini nəzərə alaraq, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Odur ki, Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İttiham hökmü qanuni qüvvəyə minənədək təsqirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət-Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri ləğv edilməli, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilməli və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1- ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmamışdır. Bundan əlavə müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş ekspertiza xərci yoxdur. İş üzrə maddi sübut – təqsirləndirilən şəxslərin dindirilməsi istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 02 (iki) ədəd “DVD” disk iş materiallarında saxlanılmalı və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məxsus 02 (iki) ədəd 26-lıq “Oskar” markalı velosipedlərin zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmə dövründə Təqsirləndirilən şəxs1 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 26 (iyirmi altı) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 nömrəli qərarına (xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 ödənilməsi üçün onun işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesablaşma hesabına 286 (iki yüz səksən altı) manat məbləğində pul köçürülməlidir. (Gəncə Regional Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Məhkəmə dövründə Təqsirləndirilən şəxs2 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 26 (iyirmi altı) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 nömrəli qərarına (xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 ödənilməsi üçün onun işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesablaşma hesabına 286 (iki yüz səksən altı) manat məbləğində pul köçürülməlidir. (Gəncə Regional Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********).Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə Gəncə şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı təhsil və iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası yaşayış yeri üzrə İcra və Probasiya qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri ləğv edilsin, hökm qanuni qüvvəyə minənədək barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan” tədbiri seçilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə Gəncə şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı təhsil və iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası yaşayış yeri üzrə İcra və Probasiya qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri ləğv edilsin, hökm qanuni qüvvəyə minənədək barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan” tədbiri seçilsin. İş üzrə maddi sübut olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məxsus 02 (iki) ədəd 26-lıq “Oskar” markalı velosipedlərin zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut olan və təqsirləndirilən şəxslərin dindirilməsi istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 02 (iki) ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi yardıma görə Müdafiəçi2 işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 286 (iki yüz səksən altı) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi yardıma görə Müdafiəçi1 işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 286 (iki yüz səksən altı) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Hökmdən elan olunduğu, (həbsdə saxlanılan şəxsə isə verildiyi) andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Məhəmməd Həsənli
Məhkəmə qərarları › İş №1(125)-199/2025
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-199/2025
05.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver