Məhkəmə qərarları › İş №1(125)-20/2023

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-20/2023

21.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-20/2023 21.08.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx.xx.1997-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənməmiş, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1,177.2.2, 177.2.5 və 228.1-ci maddələri ilə, xx.xx.1997-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 təkrar qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxsin cibindən çıxarmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmiş və qanunsuz olaraq odlu silahı və onun komplekt hissəsini əldə edib gəzdirərək üzərində daşıyaraq saxlamışdır. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə qardaşı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 09 mart 2022-ci il tarixdə saat 15 radələrində Gəncə şəhəri, İsmət Qayıbov küçəsində 6 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunda hər ikisi sərnişin qismində ayaq üstə dayanmış Zərərçəkmiş şəxs1 yaxınlaşdıqdan sonra qabaqcadan aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 əlini Zərərçəkmiş şəxs1 üzərində olan qara rəngli qış gödəkcəsinin sağ yan cibinə salıb oradan sonuncuya məxsus 01 ədəd 400 manat dəyərində "Samsung Galaxy A12” markalı, 64 GB yaddaşlı mobil telefonu, üzərində olan 1 ədəd 10 manat dəyərində həmin telefonun üzlüyü, hər birinin dəyəri 5 manat olan "*** *** ** **” və "*** *** ** **” saylı mobil nömrələri ilə birlikdə çıxarıb diqqəti yayındırmaq üçün öz arxasında dayanmış ona verməklə gizli olaraq talayıb ümumilikdə zərər çəkmiş şəxə 420 (dörd yuz iyirmi) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrar tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə qardaşı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 22 mart 2022-ci il tarixdə saat 13 radələrində Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsində 11 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunda sərnişin qismində ayaq üstə dayanmış Zərərçəkmiş şəxs2 yaxınlaşdıqdan sonra qabaqcadan aralarında olan razılaşmaya əsasən o, əlini Zərərçəkmiş şəxs2 üzərində olan qış gödəkcəsinın sol yan cibinə salıb oradan sonuncuya məxsus 01 ədəd 480 manat dəyərində “Samsung Galaxy A11” markalı, 64 GB yaddaşlı mobil telefonu, üzərində olan 1 ədəd 10 manat dəyərində həmin telefonun üzlüyünü, 01 ədəd 5 manat dəyərində “*** *** ** **” saylı mobil nömrə ilə birlikdə çıxarıb diqqəti yayındırmaq üçün Təqsirləndirilən şəxs2ya verməklə gizli olaraq talayıb ümumilikdə zərər çəkmiş şəxə 495 (dörd yüz doxsan beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrar tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 26 mart 2022-ci il tarixdə saat 16 radələrində Gəncə şəhəri, Nizami küçəsi, 9cu döngə ilə Gəncə şəhəri, Muxtar Hacıyev küçəsinın kəsişməsində küçədə qardaşı Təqsirləndirilən şəxs2 ilə söhbət edən qonşusu Zərərçəkmiş şəxs3 yaxınlaşıb sonuncunun üzərində olan qara rəngli paltonun sağ yan cibinə əlini salıb oradan sonuncuya məxsus 01 ədəd 400 manat dəyərində “Samsung A12” markalı, 64 GB yaddaşlı mobil telefonu üzərində olan 01 ədəd 10 manat dəyərində həmin telefonun üzlüyü, 01 ədəd 8 manat dəyərində "***-***-**-**” saylı mobil nömrə ilə birlikdə çıxararaq gizli olaraq talayıb ümumilikdə zərər çəkmiş şəxsə 415 (dörd yüz on beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq 1 ədəd 3497 nömrəli, keçmiş SSRİ dövlətində “Tula” silah zavodunda 1961-ci ildə istehsal olunmuş, 5.6 mm kalibrli TOZ-17 modelli sürgülü beş atılan ov karabini, quş və xırda heyvan ovlamaq üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və atəşə yararlı odlu yivli silah və 01 ədəd zavod üsulu ilə istehsal olunmuş TOZ-17 modelli karabinin komplekt hissəsi, döyüş sursatı hesab edilməyən istifadəyə yararlı darağını əldə edib üzərində gəzdirərək saxlamış, Gəncə şəhər Nizami Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 30 mart 2022-ci il tarixdə saat 19:30 radələrində Gəncə şəhəri, S.Bahəddin küçəsində Gəncə çayının sahilinin yaxınlığında saxlanılaraq Gəncə şəhəri, H.Əliyev prospekti 475 ünvanında yerləşən Gəncə şəhər Nizami Rayon Polis İdarəsinə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman əlində olan 01 ədəd karton qutunun içərisindəki ağ rəngli kisənin içərisindən 1 ədəd 3497 nömrəli, keçmiş SSRİ dövlətində “Tula” silah zavodunda 1961-ci ildə istehsal olunmuş, 5,6 mm kalibrli TOZ-17 modelli sürgülü beş atılan ov karabıni, quş və xırda heyvan ovlamaq üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və atəşə yararlı odlu yivli silah və 01 ədəd zavod üsulu ilə istehsal olunmuş TOZ-17 modelli karabinin komplekt hissəsi, döyüş sursatı hesab edilməyən istifadəyə yararlı darağı aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.5 və 228.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2təkrar qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxsin cibindən çıxarmaqla, həmçinin özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə qardaşı X13 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 09 mart 9022-ci il tarixdə saat 15 radələrində Gəncə şəhəri, İsmət Qayıbov küçəsində 6 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunda hər ikisi sərnişin qismində ayaq üstə dayanmış Zərərçəkmiş şəxs1 yaxınlaşdıqdan sonra qabaqcadan aralarında olan razılaşmaya əsasən o, əlini sonuncunun üzərində olan qara rəngli qış gödəkcəsinin sağ yan cibinə salıb oradan sonuncuya məxsus 01 ədəd 400 manat dəyərində “Samsung Galaxy A12” markalı, 64 GB yaddaşlı mobil telefonu, üzərində olan 1 ədəd 10 manat dəyərində həmin telefonun üzlüyü, hər birinin dəyəri 5 manat olan “*** *** ** **” və “*** *** ** **” saylı mobil nömrələri ilə birlikdə çıxarıb diqqəti yayındırmaq üçün öz arxasında dayanmış Təqsirləndirilən şəxs1 verməklə gizli olaraq talayıb ümumilikdə zərər çəkmiş şəxə 420 (dörd yüz iyirmi) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrar tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə qardaşı X13 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 22 mart 2022-ci il tarixdə saat 13 radələrində Gəncə şəhəri, Nizami küçəsində 11 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunda sərnişin qismində ayaq üstə dayanmış Zərərçəkmiş şəxs2 yaxınlaşdıqdan sonra qabaqcadan aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 əlini Zərərçəkmiş şəxs2 üzərində olan qış gödəkcəsinin sol yan cibinə salıb oradan sonuncuya məxsus 01 ədəd 480 manat dəyərində “Samsung Galaxy A11” markalı, 64 GB yaddaşlı mobil telefonu üzərində olan 1 ədəd 10 manat dəyərində həmin telefonun üzlüyü, 01 ədəd 5 manat dəyərində “*** *** ** **” saylı mobil nömrə ilə birlikdə çıxarıb diqqəti yayındırmaq üçün ona verməklə gizli olaraq talayıb ümumilikdə zərər çəkmiş şəxə 495 (dörd yüz doxsan beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrar tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 29 mart 2022-ci il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs5 məxsus Gəncə şəhəri, Natiq Novruzov küçəsində yerləşən fərdi yaşayış evinin qarşısında yerləşən torpaq sahəsindən 1 ədəd 50 manat dəyərində su matoru, 1 metrinin qiyməti 1 manat olan 30 metr uzunluğunda ümumilikdə 30 manat dəyərində rezin boruları, 1 metrinin qiyməti 3 manat olan 25 metr uzunluğuna ümumi dəyəri 75 manat olan dəmir materialdan olan qaz boruları və 1 metrinin qiymət 3 manat olan 15 metr uzunluğunda ümumi dəyəri 45 manat olan küncüklərini talayıb ümumilikdə zərərçəkmiş şəxsə vahid niyyətlə 200 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxslərin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onların öz ifadələri, zərər çəkmiş və şahid ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirli bilsə də, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə özünü təqsirli bilmir. Gəncə şəhərində müxtəlif ərazılərdə plastik və metal tullantıları yığıb satır. Əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2, 180.1 və 234.1-ci maddələri ilə məhkum olunmuşdur.2022-ci ilin fevral ayında cəzaçəkmə müəssisəsindən azad olunmuşdur. xx.xx.2022-ci il tarixdə saat təxminən 14 radələrində saatlarında pula ehtiyacları olduqları üçün qardaşı Təqsirləndirilən şəxs2 ilə birlikdə Gəncə şəhərində sərnişin avtobuslarında olan sərnişinlərin çantalarından oğurluq etməyə qərar vermişlər. Bu məqsədlə qardaşı Umut ilə birlikdə Gəncə şəhərində İsmət Qayıbov küçəsinə gəlmişlər. Orda olan zaman saat 15 radələrində 6 saylı sərnişin avtobusuna minmişlər. Həmin vaxt sərnişin avtobusunda sərnişinlər çox olduğuna görə sıxlıq olmuş, qarşıda onlardan qabaqda ayaqüstə tanımadığı bir qadın dayanmış, bu zaman qardaşı Umut sərnişinlərin sıxlığından istifadə edərək və avtobusda olan sərnişinlərin görməməsindən tam əmin olaraq tanımadıqları həmin qadının cibindən gizli olaraq telefonu götürüb ona ötürmüşdür. Həmin vaxt qardaşı Umutdan arxada ayaqüstə dayanmış, daha sonra tanımadığı həmin qadın Gəncə şəhəri, Atatürk prospekti ilə M.A Abbaszadə küçəsində yerləşən dayanacaqda düşmüş, daha sonra isə qardaşı Umut ilə birlikdə oradan biraz qabaqda yerləşən “Xan Bağı” adlanan parkın qarşısında 6 saylı avtobusdan düşmüşlər. Avtobusdan düşəndən sonra oğurladıqları telefona baxan zaman həmin telefonun “Samsung A12” markalı mobil telefon olduğunu müəyyən etmişlər. Həmin “Samsung A12” markalı mobil telefonun arxası göy rəngli olmuş və üzərində rəngini xatırlamadığı üzlük və telefonun içərisində iki ədəd nömrə olmuş, qardaşı Umut həmin mobil telefonun üzlüyünü və nömrələrini çıxardıb “Xan Bağında” olan zibil qutusuna atmış, daha sonra həmin telefonu satmaqdan ötrü telefona format eləmiş, daha sonra həmin günü, yəni xx.xx.2022-ci il tarixdə saat 18 radələrində qardaşı Umut ilə birlikdə həmin telefonu Gəncə şəhərində yerləşən Mərkəzi Univermaqda satmaq üçün getmişlər.Oraya çatan zaman o içəri girməmiş, bir neçə dəqiqədən sonra qardaşı Umut univermaqdan çıxaraq həmin telefonu yaşadıqları Gəncə şəhəri Nizami küçəsi 9-cu döngədə qonşuluqda yaşayan və Mərkəzi Univermaqda telefon alqı-satqısı ilə məşğul olan Eşqinə 50 (əlli) manat pul müqabilində satdığını bildirmişdir. Daha sonra həmin pulu götürərək qardaşı Umut ilə birlikdə şəxsi ehtiyacları üçün xərcləmişlər. Bundan başqa xx.xx.2022-ci il tarixdə qardaşı Umut ilə yenidən sərnişin avtobuslarında olan sərnişinlərin telefonunu oğurlamağa qərar vermişlər və bu məqsədlə insanların daha sıx olduğu yerə, yəni Gəncə şəhəri Mərkəzi Univermağın qarşısında yerləşən dayanacaqdan üzü "Ramada Plaza" oteli istiqamətdə 11 Saylı sərnişin avtobusuna saat təxminən 13 radələrində minmişlər. Biraz gedəndən sonra Gəncə şəhəri, Nizamı küçəsində yerləşən “Nostalji” kafenin yanında tanımadığı bir qadın azyaşlı uşaqları ilə birlikdə avtobusa minmiş, həmin qadının azyaşlı uşaqlarına avtobusa minməyə köməklik etmək şəraiti yaradaraq həmin qadının əynində olan paltonun sol yan cibindən telefonu oğurlayaraq arxada dayanmış qardaşı Umuta ötürmüşdür. Sonra dərhal avtobusdan düşmüşlər. Daha sonra həmin telefona baxan zaman telefonun ağ rəngli "Samsung A11” markalı telefon olduğunu müəyyən etmişlər. Sonra həmin telefonun İçərisində olan nömrəni çıxardaraq atmış və telefona format vermişlər. Daha sonra qardaşı ilə həmin günü, yəni 22 03.2022-ci il tarixdə saat təxminən 17 radələrində həmin Samsung A11” markalı mobil telefonu Gəncə şəhəri, Mərkəzi Univermaqda telefon alqı-satqısı ilə məşğul olan qonşuları Eşqinə satmaga getmişlər. Həmin vaxt Umut içəri girməmiş, daha sonra o, Eşqinin yanına getmiş, Eşqinə həmin telefonun özünə məxsus olmasını və pula ehtiyacı olduğuna görə satdığını bildirmiş, Eşqin həmin "Samsung A11" markalı mobil telefonun oğurluq telefon olub olmadığını soruşmuş, Eşqinə narahat olmamasını, eyni zamanda həmin telefonun ona məxsus olmasını birdaha bildirmişdir, Daha sonra Eşqin onunla razılaşmış və o, “Samsung A11" markalı mobil telefonu vermiş və əvəzində Eşqindən 50 (əlli) manat pul almışdır. Daha sonra həmin pulu götürərək qardaşı Umut ilə birlikdə şəxsi ehtiyacları üçün xərcləmişlər. Bundan başqa xx.xx.2022-ci il tarixdə saat 15-16 radələrində qardaşı Umut, qardaşının dostu Əli və o, yaşadıqları Gəncə şəhəri, Nizami küçəsi, 9-cu döngədə söhbət edən zaman qonşuluqlarında yaşayan Südabə xala onlar tərəf gəlmiş, Südabə xala Gəncə şəhəri, Heydər Əliyev prospektində yerləşən "İsti Çörək” adlı çörək sexində kündəçi işləyir. Həmin hadisədən bir neçə gün əvvəl qardaşı Umut Sudabə xaladan iki ədəd nisyə çörək almış, həmin vaxt, yəni xx.xx.2022-ci il tarixdə Südabə xala Umuta nisyə aldığı çörəklərin pulunu verməsini bildirmiş, bu zaman qardaşı Umut ilə birlikdə Südabə xalaya yaxınlaşmış, həmin vaxt Südabə xalanın əynində paltonun sağ yan cibində telefon olduğunu və bir hissəsi görsəndiyini görmüş Umut dostu Əlidən 1 manat alaraq Südabə xalaya verən zaman o Südabə xalanın sağ tərəfinə keçmiş və sağ yan cibindən telefonu götürərək oradan uzaqlaşmış, daha sonra həmin telefona baxan zaman “Samsung A12” markalı mobil telefon olduğunu bilmiş, daha sonra həmin telefonun üzlüyünü və içərisində olan nömrəni çıxardıb atmış və telefona format vermişdir. Daha sonra həmin “Samsung A12” markalı mobil telefonu həmin günü,yəni xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri, Mərkəzi Univermaqda telefon alqı-satqısı ilə məşğul olan qonşuları Eşqinə 60(altmış) qiymətə satmışdır. Həmin günü axşam saatlarında evə gələndə qardaşı Umut ona qonşuları Südabənin “Samsung A12” markalı mobil telefonunu oğurlayıb-oğurlmadığını soruşmuş, o, qardaşı Umuta Südabəyə nisyə aldığı çörəklərin pulunu verən zaman Südabə xalanın başının qarışdığından istifadə edərək əynində olan qara rəngli paltonun sağ yan cibindən “Samsung A12” markalı mobil telefonu oğurladığını və həmin telefonu Gəncə şəhəri, Mərkəzi Univermaqda telefon alqı-satqısı ilə məşğul olan qonşuları Eşqinə 60 (altmış) qiymətə satdığını bildirmişdir. Belə ki, qardaşı Umutun və dostu Əlinin qonşuları Südabə xalanın telefonunu oğurlanmasını həmin vaxt məlumatı olmamış və görməmişdir.Əlinin isə sonrada ümumiyyətlə xəbəri olmamışdır. 30 mart 2022-ci il tarixdə saat 19:30 radələrində Gəncə şəhəri S.Bahəddin küçəsində Gəncə çayının sahilində olan zaman üç nəfər mülki geyimli şəxslərin ona yaxınlaşdıqlarını görmüş, xidməti vəsiqələrini nümayiş etdirib, Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər.Barəsində olan əməliyyat-axtarış tədbirləri haqqında qərarla tanış edərək qanunsuz olaraq odlu sılah əldə etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğunu bildirərək üzərinə baxış keçirilməsi zərurətinin olduğunu söyləmişlər.Sonra polis əməkdaşları birlikdə Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinə gedəcəyini bildirmiş, o da bu barədə polis əməkdaşlarına heç bir etiraz etməmiş, sonra polis əməkdaşları xidməti avtomobilləri ilə Gəncə şəhər Nizami rayon Polis İdarəsinin inzibati binasınına aparmışlar. İdarənin inzibati binasında onun qarşısına ov tüfəngi qoyaraq, ona bildirmişlər ki, onun həmin ov silahını götürərək ona məxsus olmasını bildirməlidir. Ona İdarədə edilən təzyiqdən sonra o, razılaşmışdır. İdarənin inzibati binasında xidməti iş otağında ona təqdim edilmiş vəkillərin siyahısından Müdafiəçi1 hüquqlarının dövlət hesabına müdafiə olunması üçün seçmiş və bu barədə ərizə ilə müraciət etmişdir. Müdafiəçi1 dəvət olunaraq təqdim edilmiş, müdafiəçisinə etirazının olmadığı bildirmişdir. Bundan sonra protokol və digər sənədlər tərtib olunmuş, həmin sənədləri imzalamışdır. Daha sonra videoçəkilişlə müdafiəçısinın iştirakı ilə üzərinə axtarış keçirilməyə başlanılmışdır. Axtarış zamanı üzərində hər hansı qanunla qadağan edilmiş əşya və predmet varsa təqdim etməyini bildirmişlər O, üzərində qanunla qadağan olunmuş əşyanın olmadığını,lakin karton qutuda ov tufənginin olduğunu bildirmiş və qabaqcada polis əməkdaşları tərəfindən üzərinə qoyulmuş,içərisində ov tüfəngi olan karton qutunu təqdim etmişdir. Təqdim edilmiş silah ondan götürülərək rəsmiləşdirilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətmədiyinə görə ona bəraət verilməsini, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.5-ci maddələri üzrə zərərçəkmiş şəxslərlə barışmasını, onlara dəymiş zərəri ödəməsini nəzərə alaraq, həmin maddələr çərçivəsində ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 14 radələrində saatlarında pula ehtiyacları olduqları üçün qardaşı Əliağa ilə birlikdə Gəncə şəhərində sərnişin avtobuslarında olan sərnişinlərin çantalarından oğurluq etməyə qərar vermişlər. Bu məqsədlə qardaşı Əliağa ilə birlikdə Gəncə şəhərində İsmət Qayıbov küçəsinə gəlmişlər. Orda olan zaman saat 15 radələrində 6 saylı sərnişin avtobusuna minmişlər. Avtobusda olan zaman oturacaqlarda sərnişinlər əyləşdiyinə görə tanımadığı bir qadın arxası onun tərəf istiqamətdə ayaqüstə dayanmış və həmin vaxt sərnişin avtobusunda sərnişinlər çox olduğuna görə sıxlıq olmuş, həmin qadının əynində olan gödəkcənin sağ cibində telefon olduğunu görmüş, bu zaman sərnişinlərin sıxlığından istifadə edərək və avtobusda olan sərnişinlərin onu görməməsindən tam əmin olaraq tanımadığı həmin qadının sağ yan cibindən gizli olaraq həmin telefonu götürmüş və ondan arxada dayanan qardaşı Əliağaya ötürmüşdür. Daha sonra tanımadığı həmin qadın Gəncə şəhəri, Atatürk prospekti ilə M.A.Abbaszadə küçəsində yerləşən dayanacaqda düşmüş, daha sonra isə qardaşı Əliağa ilə birlikdə o, oradan biraz qabaqda yerləşən “Xan Bağı” adlanan parkın qarşısında 6 saylı avtobusdan düşmüşlər. Avtobusdan düşəndən sonra sonra oğurladıqları telefona baxan zaman həmin telefonun “Samsung A12” markalı mobil telefon olduğunu müəyyən etmişlər.Həmin “Samsung A12” markalı mobil telefonun arxası göy rəngli olmuş və üzərində rəngini xatırlamadığı üzlük və telefonun içərisində iki ədəd nömrə olmuşdur. Həmin mobil telefonun üzlüyünü və nömrələrini çıxardıb “Xan Bağında” olan zibil qutusuna atmış, daha sonra həmin telefonu satmaqdan ötrü telefona format eləmiş, daha sonra həmin günü, yəni xx.xx.2022-ci il tarixdə saat 18 radələrində qardaşı Əliağa ilə birlikdə həmin telefonu Gəncə şəhərində yerləşən Mərkəzi Univermaqda satmaq üçün getmişlər. Oraya çatan zaman qardaşı Əliağanın içəri girməməsini bildirmiş, daha sonra həmin telefonu yaşadığı Gəncə şəhəri Nizami küçəsi 9-cu döngədə qonşuluqda yaşayan və Mərkəzi Univermaqda telefon alqı-satqısı ilə məşğul olan Eşqinə satmaq üçün yanına getmişlər. O, Eşqinə həmin telefonun özünə məxsus olmasını və pula ehtiyacı olduğuna görə satdığını bildirmişdir. Eşqın həmin “Samsung A12” markalı mobil telefonun oğurluq telefon olub-olmadığını soruşmuş, Eşqinə narahat olmamasını, eyni zamanda həmin telefonun özünə məxsus olmasını birdaha bildirmişdir. Daha sonra Eşqin onunla razılaşmış və “Samsung A12" markalı mobil telefonu vermiş və əvəzində Eşqindən 50 (əlli) manat pul almışdır. Daha Sonra həmin pulu götürərək qardaşı ilə birlikdə şəxsi ehtiyacları üçün xərcləmişlər. Bundan başqa xx.xx.2022-ci il tarixdə qardaşı Əliağa ilə yenidən sərnişin avtobuslarında olan sərnişinlərin telefonunu oğurlamağa qərar vermişlər və bu məqsədlə insanların daha sıx olduğu yerə, yəni Gəncə şəhəri Mərkəzi Univermağın qarşısında yerləşən dayanacaqdan üzü “Ramada Plaza” oteli istiqamətdə 11 saylı sərnişin avtobusuna saat təxminən 13 radələrində minmişlər. Biraz gedəndən sonra Gəncə şəhəri, Nizamı küçəsində yerləşən “Nostalji” kafenin yanında tanımadığı bir qadın azyaşlı uşaqları ilə birlikdə avtobusa minmişlər, qardaşı Əliağa həmin qadının azyaşlı uşaqlarına avtobusa minməyə köməklik etmək şəraiti yaradaraq həmin qadının əynində olan paltonun sol yan cibindən telefonu oğurlayaraq arxaya ona ötürmüş, sonra dərhal avtobusdan düşmüşlər, Daha sonra həmin telefona baxan zaman telefonun ağ rəngli "Samsung A11" markalı telefon olduğunu müəyyən etmişlər. Sonra qardaşı həmin telefonun içərisində olan nömrəni çıxardaraq atmış və telefona format vermişdir. Daha sonra qardaşı ilə həmin günü, yəni xx.xx.2022-ci il tarixdə saat təxminən 17 radələrində həmin "Samsung A11” markalı mobil telefonu Gəncə şəhəri, Mərkəzi Univermaqda telefon alqı satqısı ilə məşğul olan qonşuları Eşqinəsatmağa getmişlər. Həmin vaxt o, çöldə gözləmiş, bir neçə dəqiqədən sonra qardaşı Əliağa Univermaqdan çıxaraq həmin telefonu qonşuları Eşqinə 50 (əlli) manat qiymətə satdığını bildirmişdir. Daha sonra həmin pulu ehtiyacları üçün xərcləmişlər. Bundan başqa xx.xx.2022-ci il tarixdə saat 15-16 radələrində qardaşı Əlağa, dostu Əli və o, yaşadığı Gəncə şəhəri, Nizami küçəsi, 9-cu döngədə söhbət edən zaman qonşuluqda yaşayan Südabə xala onlara tərəf gəlmişdir. Südabə xala Gəncə şəhəri, Heydər Əliyev prospektində yerləşən “İsti Çörək” adlı çörək sexində kündəçi işləyir. Həmin hadisədən bir neçə gün əvvəl o, Südabə xaladan iki ədəd nisyə çörək almışdır.Həmin vaxt, yəni xx.xx.2022-ci il tarixdə Südabə xala ona nisyə aldığı çörəklərin pulunu verməyini bildirmişdir. Bu zaman qardaşı Əliağa ilə birlikdə Südabə xalaya yaxınlaşmışlar, üzərində pulu olmadığına görə dostu Əlidən 1 manat alaraq Südabə xalaya vermişdir.Biraz Südabə xala ilə söhbət etdikdən sonra oradan uzaqlaşmışlar. Təxminən 15 dəqiqə sonra Südabə xalanın küçəyə çıxdığını görərək Südabə xalaya məxsus olan "Samsung A12" markalı telefonunun cibindən oğurlandığını və həmin telefonu oğurlayıb-oğurlamadığını soruşmuş, həmin vaxt o, Südabə xalaya telefonun oğurlamadığını və bundan xəbəri olmadığını bildirmiş, daha sonra Südabə xala qardaşı Əliağanın "Samsung A12” markalı mobil telefonu cibindən götürüb-gotürmədiyini soruşmuş, Əliağa bundan xəbəri olmadığını bildirmişdir. Həmin günü axşam saatlarında qardaşı Əliağa evə gələndə qonşuları Südabənin “Samsung A12” markalı mobil telefonunu oğurlayıb-oğurlmadığını soruşmuşdur. Qardaşı Əliağa ona Südabəyə nisyə aldığı çörəklərin pulunu verən zaman Südabə xalanın başının qarışdığından istifadə edərək əynində olan qara rəngli paltonun sağ yan cibindən “Samsung A12” markalı mobil telefonu oğurladığını və həmin telefonu Gəncə şəhəri, Mərkəzi Univermaqda telefon alqı-satqısı ilə məşğul olan qonşuları Eşqinə 60 (altmış) manat qiymətə satdığını bildirmişdir. Belə ki, qardaşı Əliağanın qonşuları Südabə xalanın telefonunu oğurlanmasını həmin vaxt məlumatları olmamışdır. Əlinin isə sonrada ümumiyyətlə xəbəri olmamışdır. Bundan başqa xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən Mərkəzi bankın arxa hissəsində yerləşən dərə ilə yaşadığı evə gələn zaman orada yerləşən fərdi yaşayış evinin ətrafında hasar olmadığını və yanında su çəni olduğunu görmüş, su çəninin yanına yaxınlaşan zaman orada bir ədəd su matoru və su borusunu yaşadığı evdə istifadə etmək məqsədilə oğurlayaraq yaşadığı evə aparıb gizlətmişdir. Zərərçəkmiş şəxslərlə barışmasını, onlara dəymiş zərəri ödəməsini nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Gəncə şəhəri Heydər Əliyev prospektində yerləşən “İsti Çörək” çörək sexində kündəçi işləyir. xx.xx.2022-ci il tarixdə saat təxminən 16 radələrindəGəncə şəhəri, Nizami prospektində yerləşən “Kontakt Home” mağazasının qarşısından 23 saylı sərnişin avtobusuna minərək Gəncə şəhəri, S.Vurğun küçəsində avtobusdan düşərək yaşadığı evə tərəf piyada gələn zaman yaşadığı Gəncə şəhəri, Muxtar Hacıyev küçəsində yerləşən evinə çatmağına 15 metr məsafə qalmış qonşuluqda yaşayan Umut və Əliağa adlı qardaşları görmüş, bir neçə gün əvvəl qonşuluqda yaşayan Umut adlı şəxs işlədiyi Gəncə şəhəri, Heydər Əliyev prospektində yerləşən “İsti Çörək" çörək sexindən iki ədəd nısyə çörək almışdır. Həmin gün,yəni xx.xx.2022-ci il tarixdə saat 16 radələrində Umut və Əliağa nisyə aldıqları çörəyin pulunu qaytarmalarını bildirmişdir. Həmin vaxt Umut və Əliağa ona yaxınlaşaraq nisyə aldıqları iki ədəd çörəyin pulunu vermişlər. Daha sonra yaşadığı evə getmiş, əlini əynində olan qara rəngli paltonun cibinə salan zaman ona məxsus olan 2021-ci ilin dekabr ayının 31-də Gəncə şəhəri, Nizami küçərmdə yerləşən “Kontakt Home” mağazasından kreditlə aldığı 2021-ci il istehsallı, 64 GB yaddaşa malik iki kartlı, üzərində 10 manat dəyərində üzlüyünü və içərisində 5 manat dəyərində "***-***-**- **” nömrə olan qara rəngli "Samsung A12" markalı mobil telefonunun naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdır. X16 şikayət və tələbi yoxdur. Belə ki, onun oğurlanmış telefonu istintaq zamanı ona qaytarılmışdır. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 bildirdi ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 13 radələrində Gəncə şəhəri, Nizami rayonu, Natıq Novruzov küçəsi yeni məhlələrdə yerləşən fərdi yaşayış evinin qarşısındakı açıqlıq torpaq sahəsinə baxan zaman oradan 1 ədəd 50 manat dəyərində su matoru, 1 metrinin qiyməti 1 manat olan 30 metr uzunluğunda ümumilikdə 30 manat dəyərində rezin boru, 1 metrinin qiyməti 3 manat olan 25 metr uzunluğuna ümumi dəyəri 75 manat olan dəmir materiladan olan qaz boruları və 1 metrinin qiymət 3 manat olan 15 metr uzunluğunda ümumi dəyəri 45 manat olan künclüklərin naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. Bir gün əvvəl həmin əşyalar yerində olmuşdur. Baş vermiş hadisə nəticəsində ona 200(iki yüz) manat maddi ziyan dəymişdir. Sonradan polis idarəsinə dəvət edilmiş və həmin əşyaların Təqsirləndirilən şəxs2 tərəfindən oğurlandığını öyrənmişdir. Təqsirləndirilən şəxslə barışmışdır. Heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən bu halın nəzərə alınmasını xahiş etdi. Məhkəmə istintaqında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaqdakı ifadəsində bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 13:20 radələrində şəxsi işi ilə əlaqədar Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən Olimpiya idman kompleksinə getmək üçün Gəncə şəhəri,Nizami küçəsində yerləşən “Nostlalji” kafesinin yaxınlığındakı dayanacaqda azyaşlı uşaqları ilə birlikdə 11 saylı sərnişin avtobusuna minmişdir.Həmin vaxt avtobusda 2 nəfər ayaqüstə olan tanımadığı şəxslər var imiş.O, azyaşlı uşaqları ilə birlikdə olduğu üçün ortaboylu bir nəfər tanımadığı şəxs uşaqlarına avtobusa minməkdə köməklik etmiş və o, həmin iki nəfər şəxsin arasından keçərək uşaqları yerləşdirdikdən sonra həmin şəxslərin avtobusda olmadığını görmüşdür. Avtobus Gəncə şəhəri, Nizami küçəsində yerləşən 6 nömrəli orta məktəbin bərabərliyində olan zaman əlini üzərində olan paltonun sol yan cibinə salan zaman ona məxsus olan 2021-ci ildə Gəncə şəhəri, Nizami küçəsində yerləşən “Kontakt Home” mağazasından kreditlə aldığı 2021-ci il istehsallı, 64 GB yaddaşa malik, iki kartlı və içərisində 5 manat dəyərində "***-***-**-**" nömrə olan ağ rəngli 480 manat dəyərində “Samsung A11” markalı mobil telefonunun oğurlandığını aşkar etmişdir Daha sonra baş vermiş hadisə barədə Gəncə şəhər Nizami Rayon Polis ldarəsinə ərizə ilə müraciət etmişdir. İş uzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 verilmiş Suallara cavab olaraq bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 13:20 radələrində Gənca Şəhəri, Nizami prospektində yerləşən “Nostalji" kafesinin yanındakı dayanacaqda 11 saylı sərnişin avtobusuna minəndə ona məxsus olan "Samsung Galaxy A11” markalı mobil telefon üzərində imiş. Həmin vaxt avtobusda 2 nəfər ayaq üstə olan tanımadığı şəxslər var imiş. Həmin şəxslər avtobusdan düşdükdən sonra telefonunun üzərində olmadığını aşkar etmişdir. Ona məxsus olan "Samsung Galaxy A11” markalı mobil telefonun 480(dörd yüz səksən) manat, telefonun üzərində olan üzlüyün 10 (on) manat və mobil telefonun içərisində olan “055-719-43 88" saylı mobil nömrənin 5 (beş) manat qiyməti olmuşdur. Baş vermiş hadisə nəticəsində ona 495(dörd yüz doxsan beş) manat maddi ziyan dəymişdir. Məhkəmə istintaqında ifadəsi elan edilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaqdakı ifadəsində göstərmişdir ki, xx.xx.2022ci il tarixdə saat təxminən 15 radələrində şəxsi işi ilə əlaqədar Gəncə şəhəri, Bağmanlar küçəsində, 6 saylı sərnişin avtobusuna minmiş, həmin vaxt ona məxsus olan Gəncə şəhərində yerləşən “Gəncə Mall” ticarət mərkəzinin içərisindən kreditlə aldığı 2021-ci il istehsallı, 64 GB yaddaşa malik, iki kartlı, üzərində 5 manat dəyərində üzlüyünü və içərisində hər birinin dəyəri 5 manat dəyərində "***-***-**-**” və “***-***-**-**” saylı mobil nömrələr olan arxası göy rəngli "Samsung A12” markalı mobil telefonunu sağ cibınə qoymuş, daha sonra avtobusda oturacağa oturmuş, bir neçə dəqiqədən sonra yaşlı bir qadın avtobusa minmiş və yer vermək üçün ayağa durmuşdur.Gəncə şəhərində, Totanlının dairəsi adlanan yerdə 6 saylı sərnişin avtobusu dayanacaqda dayanmış və iki nəfər gənc oğlan avtobusa minmiş, biri qarabəniz və üzü tüklü olmuş, digəri isə sarışın, arıq bədən quruluşlu olmuşdur.Həmin şəxlər də ayaqüstə qarşısında dayanmışlar. Gəncə şəhəri, Atatürk prospekti ilə M.A.Abbaszadə küçəsinin kəsişməsində yerləşən dayanacağa avtobus çatan zaman həmin şəxslər qarşısında olduğuna görə yol vermələrini bildirərək avtobusdan düşmüş, avtobusdan düşdükdən sonra oğluna zəng vurmaq üçün əlini sağ cibinə salan zaman telefonunun üzərində olmadığını və oğurlandığını aşkar etmiş, daha sonra baş vermiş hadisə barədə Gəncə şəhər Nizami Rayon Polis İdarəsinə ərizə ilə müraciət etmiışdır. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 verilmiş suallara cavab olaraq bildirmişdir ki, xx.xx.2022-cı il tarixdə saat 15 radələrində Gəncə şəhəri, 6 saylı sərnişin avtobusunda olan zaman ona məxsus olan “Samsung A12” markalı mobil telefon üzərində olmuş, Gəncə şəhəri, Totanlı darəsi adlanan yerdə iki nəfər gənc oğlan mindikdən sonra və o, Gəncə şəhəri, Atatürk prospekti ilə M.A.Abbaszadə küçəsinin kəsişməsində yerləşən dayanacaqdan düşən zaman telefonunun oğurlandığını aşkar etmişdir. Ona məxsus olan “Samsung A12” markalı mobil telefonun 400(dörd yüz) manat, telefonun üzərində olan üzlüyün 5 (beş) manat və mobil telefonun içərisində olan “***-***- **-**” və “***-***-**-**” saylı mobil nömrələrin hər birinin 5(beş) manat qiyməti vardır. Baş vermiş hadisə nəticəsində ona 420(dörd yüz iyirmi) manat maddi ziyan dəymişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2008-ci ildən Gəncə şəhəri, Mərkəzi Univermaqda təzə və işlənmiş telefonların alqı-satqısı ilə məşğul olur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 uzun müddətdir ki tanıyır. Belə ki, onun yaşadığı Gəncə şəhəri, Nizami küçəsində qonşuluqda yaşayırlar. xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs2 işlədiyi Gəncə Şəhərində yerləşən Mərkəzi Univermaqa gələrək pula ehtiyacı olduğuna görə özünə məxsus “Samsung A12” markalı mobil telefonunu satmaq istədiyini bildirmiş, Umutdan satmaq istədiyi "Samsung A12” markalı mobil telefonun oğurluq olub-olmadığını soruşmuş, Umut ona həmin telefonun özünə məxsus olmasını və pula ehtiyacı olduğu üçün satdığını bildirmişdir. Umuta yetərincə satmaq üçün telefonunun olduğunu, eyni zamanda alqısatqının zəif olduğunu demiş və əgər həmin "Samsung A12” markalı mobıl telefonu 50 manat qiymətə satsa ala biləcəyini bildirmişdir. Umut onunla razılaşmış və Umuta 50 manat ödəniş etmişdir.Həmın “Samsung A12” markalı mobil telefonu almışdır. Bundan sonra Əmin "Samsung A12” markalı mobil telefonu işlədiyi Gəncə şəhərində Mərkəzi Univermaqda vitrinə qoyaraq satışa çıxarmışdır. Sonradan polis əməkdaşları onun iş yerinə gəlmiş, telefonun oğurluq olmasını polis əməkdaşlarında öyrənmişdir. Ona görə də, telefonu könüllü təhvil vermişdir. Bundan başqa, xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs1 işlədiyi Gəncə şəhərində yerləşən Mərkəzi Univermaqa gələrək pula ehtiyacı olduğuna görə özünə məxsus “Samsung A11” markalı mobil telefonunu satmaq istədiyini bildirmişdir. Əliağadan satmaq istədiyı "Samsung A11” markalı mobil telefonun oğurluq olub-olmadığını soruşmuş Əliağa həmin telefonun özünə məxsus olmasını və pula ehtiyacı olduğu üçün satdığını bildirmişdir. Əliağadan həmin telefonu alıb baxan zaman telefonun işlənmiş və üzərində cızıqlar olduğunu demiş və həmin telefonu 50 manat qiymətə ala biləcəyini bildirmiş, Əliağa ilk öncə qiymətlə razılaşmasa da sonradan razılaşmışdır. Daha sonra Əliağaya 50 (əlli) manat verərək həmin "Samsung A11” markalı mobil telefonu almış və Əliağaya şəxsiyyət vəsiqəsinin surətini çıxardaraq verməsini bildirmişdir. Əliağa şəxsiyyət vəsiqəsinin kserokopiya aparatında surətini çıxarmağını bildirmiş, həmin vaxt kserokopiya aparatı təmirdə olduğuna görə Əliağanın şəxsiyyət vəsiqəsinin surətini çıxarda bilməmiş və şəxsiyyət vəsiqəsinin surəti çıxarıldıqdan sonra alqı-satqının mümkün olduğunu demişdir. Həmin vaxt Əliağa vaxt az olduğunu və təcili pula ehtiyacı olduğu üçün şəxsiyyət vəsiqəsini ona vermiş və vaxtı olanda həmin şəxsiyyət vəsiqəsinin surətini çıxartmağını və daha sonra gəlib şəxsiyyət vəsiqəsini götürəcəyini bildirmişdir. Bundan başqa, xx.xx.2022-ci il tarixdə saat 18:30 radələrində yenidən Təqsirləndirilən şəxs1 işlədiyi Gəncə şəhərində yerləşən Mərkəzi Univermağa gələrək pula ehtiyacı olduğuna görə özünə məxsus “Samsung A12” markalı mobil telefonunu satmaq istədiyini bildirmiş, Əliağadan satmaq istədiyi “Samsung A12” markalı mobil telefonun oğurluq olub-olmadığını soruşmuş, Əliağa həmin telefonun özünə məxsus olmasını və pula ehtiyacı olduğu üçün satdığını bildirmişdir. Həmin telefona baxmış və 60 manat qiymətə ala biləcəyini bildirmiş, daha sonra Əliağaya 60 manat pul verərək “Samsung A12” markalı mobil telefonu almışdır. Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə aldığı “Samsung A11” markalı və xx.xx.2022-ci il tarixdə aldığı “Samsung A12” markalı mobil telefonları könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. Məhkəmə istintaqında ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaqdakı ifadəsində bildirmişdir ki, 2013 cü ildən X18, 2022-cı ildən isə tutduğu vəzifədə xidmət edir. 30 mart 2022-ci il tarixdə ünvan 4 ünvanında qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs1 qanunsuz olaraq odlu silah əldə etməsi, üzərində gəzdirməsi və saxlaması barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılaraq Təqsirləndirilən şəxs1 cinayət əməlinin ifşa olunması məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirməkdən ötəri qərar qəbul edilmişdir. Bundan sonra İdarənin baş əməliyyat müvəkkili Şahid3 və idarənin əməliyyat müvəkkili X22 ilə birlikdə Təqsirləndirilən şəxs1 ətrafında Gəncə şəhəri ərazisində əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar. Həmin gün saat təxminən 19 radələrində Təqsirləndirilən şəxs1 Gəncə şəhəri, Ş.Bahəddin küçəsində Gəncə çayının sahilinin yaxınlığında olması müəyyən edilərək onlar tərəfindən nəmin yerdə saxlanılmış, Gəncə şəhər BPİ-nın Nizami RPİ-nın əməkdaşları olduqlarını deyərək qanunsuz olaraq odlu silah əldə etməkdə, üzərində gəzdirməkdə şübhəli olduğunu bildirib saxlayaraq Gəncə şəhər BPİ-nin Nizami RPİ-nin inzibati binasına gətirmişlər. İdarənin inzibati binasının xıdməti iş otağında hüquqlarının müdafiə olunması üçün müdafiəçi ilə təmin olunmağından ötrü müdafiəçilərin siyahısını təqdim edilmiş və həmin müdafiəçilərdən kimi istəyərsə seçə biləcəyini demişlər. Təqsirləndirilən şəxs1 təqdim olunmuş vəkillərin siyahısından hər hansı bir müdafiəçinin hüquqlarını dövlət hesabına müdafiə olunması üçün bu barədə ərizə ilə müraciət etmiş, həmin gün növbədə olan Müdafiəçi1 dəvət olunaraq təqdim edilmiş, bundan sonra protokol və digər sənədlər tərtib olunmuşdur. Əllağa Adıgözəlov həmin sənədləri düzgün tərtib edildiyinə görə imzalamış, həmin sənədləşmədən sonra müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs1 üzərinə baxış aparılmış, baxış zamanı Əliağa Adıgözlovun üzərindən hər hansı bir qanunla qadağan olunmuş əşya və predmet aşkar olunmamış, daha sonra Təqsirləndirilən şəxs1 yanında olan kartona bükülmüş əşyanın nə olduğu soruşulmuş, suala cavab olaraq Gəncə şəhərində Komsomol deyilən yerdən dəmir axtaran zaman kisədə həmin ov silahı tapmış və yaşadığı evə satmaq üçün gətirdiyi bildirmişdir. Daha sonra karton qutunun içərisinə baxan zaman oradan 1 ədəd ağ rəngli parçaya bükülmüş “TOZ-17” modelli odlu ov silahı aşkar edilmişdir. Baxış zamanı həmin silahı tapdığını və satmaq üçün üzərində gəzdirdiyini və bu barədə heçkəsin məlumatı olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 1 ədəd “TOZ-17” modelli ov silahı qablaşdırılıb möhürlənmiş və bu barədə protokol tərtib edilmiş doğruğunu imzalarla təsdiq etmişlər. Təqsirləndirilən şəxs1 ilə heç bir düşmənçiliyi yaxud ədavəti olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 və X22 da Şahid2 ilə eyni məzmunlu ifadələr verərək sonuncunun qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: Təqsirləndirilən şəxs1 üzərində həyata keçirilmiş şəxsi axtarış istintaq hərəkətinin görüntülərini əks etdirən 1 ədəd DVD diskə məhkəmə istintaqında baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Gəncə şəhər Nizami RPİ-nın TB-nin təhqiqatçısı, polis mayoru Aqil Əliyev, Gəncə şəhər BPİ-nin Nizami RPİ-nin baş əməliyyat muvəkkili,polis kapitanı Şahid2, Gəncə şəhər BPİ-nin Nizami RPİ-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3, Gəncə BPİ-nin Nizami RPİ-nin əməliyyat müvəkkili, polis leytenantı X15 və Müdafiəçi1 iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilir. Şəxsi axtarış keçirilməzdən qabaq Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilir, bu barədə protokol imzalanır. Həmin sənədləşmədən sonra Adıgözəlovun üzərinə şəxsi axtarış aparılır, baxış zamanı üzərindən hər hansı bir qanunla qadağan olunmuş əşya və predmet aşkar olunmur.Daha sonra Təqsirləndirilən şəxs1 yanında olan kartona bükülmüş əşyanın nə olduğu soruşulur, o suala cavab olaraq bildirir ki, Gəncə şəhərində Komsomol deyilən yerdən dəmir axtaran zaman kisədə həmin ov silahı tapmış və yaşadığı evə satmaq üçün gətirmişdir.Həmin silahın gülləsinin olmadığını və yararsız olmasını bildirir.Bundan sonra isə polis əməkaşları tərəfindən yaxalanmışdır.Həmin silahı haradan əldə edildiyini ondan soruşan zaman o, həmin silahı tapdığını deyir, daha sonra ona nə üçun tapandan sonra polis əməkdaşlarına təhvil vermədiyi soruşulur, o suala cavab olaraq bildirir ki, kiməsə satmaqdan ötrü həmin silahı polis əməkdaşlarına təhvil verməmişdir Daha sonra həmin karton qutuda olan bağlama açılır və içərisindən 1 ədəd TOZ-17 modelli odlu silah aşkar edilir. Daha sonra həmin silahın darağı çıxarılır və içərisində güllə olmadığı müəyyən edilir. Sonra ona polis əməkdaşları tərəfindən harada yaxalandığı soruşulur, o buna cavab olaraq bildirir ki,onu Gəncə çayının qırağında polis əməkdaşları tərəfindən saxlanılaraq idarəyə gətirildiyini və həmin silahı tapdığı yeri göstərə biləcəyini bildirir. Həmin sılahı satmaq üçün çayın qırağına gətirdiyini və “istəyən olsa həmin silahı sataram, istəyən olmasa isə tullayaram” deyir. Sonra polis əməkdaşları ona yaxınlaşaraq əlindəkinin nə olmasını ondarı soruşmuşlar, o buna cavab olaraq "metallomluq dəmir” olduğunu bildirmişdir.Həmin silahı yaşadığı evin zirzəmisində gizlətdiyini və heçkəsin həmin silahın onda olmasından xəbəri olmadığını bildirir. Həmin vaxt Müdafiəçi1 Təqsirləndirilən şəxs1 polis əməkdaşları saxlayarkən və ya sonrasında hər hansı bir fıziki zoraklığa və ya işgəncəyə məruz qalıb-qalmaması barədə sual verdikdə Təqsirləndirilən şəxs1 heç bir təzyiqə, fiziki zorakılığa məruz qalmadığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs1 hüquq və vəzifələrə dair bildiriş vərəqəsi təqdim olunur, sonra isə polis əməkdaşı tərəfindən ona yenidən hüquq və vəzifələri uca səslə oxunaraq izah edilir. Sonra Təqsirləndirilən şəxs1 həmin hüquq və vəzifələr dair bildiriş vərəqəsinə imza edir. Bundan sonra Təqsirləndirilən şəxs1 aşkar edilmiş içərisində 1 ədəd TOZ-17 modelli odlu silah qablaşdırılıb möhürlənir və bu parədə protokol tərtib edilərək doğruluğu iştirakçılar tərəfindən imzalarla təsdiq edilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2022-ci il tarixli 22/272R nömrəli rəyindən görünür olur ki,

1. Tədiqiqata təqdim edilmiş 01 ədəd 3497 No-li silah, keçmiş SSRİ dövlətində Tula silah zavodunda 1961-ci ildə istehsal olunmuş 5,6 mm kalibrli, TOZ-17 modelli sürgülü beş atılan ov karabinidir, odlu yivli silahdır.Həmin silah quş və xırda heyvan ovlamaq üçün nəzərdə tutulmuşdur, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır.Silahın hissə və mexanizmlərinin üzərində sonradan təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir.

2. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş TOZ-17 modelli karabinin komplekt hissəsidir-darağıdır, döyüş sursatı hesab edilmir və istifadəyə yararlıdır. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/4058 nömrəli rəyindən görünür ki,aparılmış tədqiqat nəticəsində, respublika ərazisində yerləşən ticarət məntəqələrində, internet saytlarında mövcud olan qiymətlərə və eləcə də Mərkəzdə olan məlumatlardan istifadə edilməklə, ekspertiza tədqiqatına təqdim edilmiş və təqdim edilməmiş malların 2022-ci ilin mart ayına orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən edilir. - 2021-ci il istehsallı, 64 GB yaddaşlı, iki kartlı, qara rəngli “Samsung Galaxy A12” markalı, SM-A127F/DSN modelli mobil telefon1 ədədinin qiyməti 180 manat - 2021-ci il istehsallı, 64 GB yaddaşlı, iki kartlı, göy rəngli “Samsung Galaxy A12” markalı, SM-A125F/DSN modelli mobil telefonun1 ədədinin qiyməti 180 manat -2021-ci il istehsallı, 64 GB yaddaşlı, iki kartlı, ağ rəngli “Samsung Galaxy A11" markalı, SM-A115F/DSN modelli mobil telefon1 ədədinin qiyməti 150 manat - 2021-cı il istehsallı su matorunun qiyməti -30 manat - 30 metr uzunluğunda rezin borunun qiyməti 15 manat - "Samsung Galaxy A12” markalı mobil telefonun üzlüyünün 1 ədədinin qiyməti 2 manat olmaqla ümumilikdə qiyməti — 6 manat -1 ədəd mobil nömrənin qiyməti 3 manat olmaqla 4 ədəd mobil nömrənin ümumi Qiyməti12 manat - 25 metr uzunluğunda dəmir materialdan olan qaz borusunun qiyməti37,50 manat - 15 metr uzunluğunda dəmir materialdan olan künclüklərin qiyməti22.50 manat Ekspertiza tədqiqatına təqdim edilmiş və təqdim edilməmiş malların 2022-ci ilin mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 633,0 manat müəyyən edilmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertinin rəyində əşyaların dəyəri ümumi şərti hesablama yolu ilə nəzəri müəyyən edildiyindən, zərər çəkmiş şəxslərə dəymiş ziyanın məbləği hesablanarkən onların ifadəsində qeyd olunan məbləğlər əsas kimi götürülmüşdür. Məhkəmə-tibb ekspertizasının 01 aprel 2022-ci il tarixli 486 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 bədəni üzərində xəsarət müəyyən edilməmişdir. Məhkəmə-tibb ekspertizasının 01 aprel 2022-ci il tarixli 492 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 bədəni üzərində xəsarət müəyyən edilməmişdir. 29 mart 2022-ci il tarixli “baxış keçirilməsi haqqında” Protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus əmlak həqiqətən Gəncə şəhəri, 1 saylı məktəbin yaxınlığında oğurlanmışdır. 30 mart 2022-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” Protokoldan görünür ki, Zərərçəkmiş şəxs5 məxsus əmlak həqiqətən Gəncə şəhəri, Natiq Novruzov küçəsində yerləşən fərdi yaşayış evindən oğurlanmışdır. 30 mart 2022-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” Protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 məxsus əmlak həqiqətən ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evindən oğurlanmışdır. 06 may 2022-ci il tarixli “baxış və götürmə aparılması haqqında” Protokoldan görünür ki, Şahid1 Ərəsdun oğlu Zərərçəkmiş şəxs1 məxsus mobil telefonu istintaqa təhvil vermişdir. 30 mart 2022-ci il tarixli “baxış və götürmə haqqında” Protokoldan görünür ki, Şahid1 Ərəsdun oğlu Zərərçəkmiş şəxs2 məxsus mobil telefonu istintaqa təhvil vermişdir. 30 mart 2022-ci il tarixli “baxış və götürmə haqqında” Protokoldan görünür ki, Şahid1 Zərərçəkmiş şəxs3 məxsus “Samsung Galaxy A12” markalı mobil telefonu istintaqa təqdim etmişdir. 30 mart 2022-ci il tarixli “Əşyaya baxış keçirilməsi haqqında” Protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 oğurladığı 01 ədəd su matoru və 25 metr uzunluğunda rezin borunu istintaqa təqdım etmişdir. 14 may 2022-ci il tarixli “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” Protokoldan görünür ki, Şahid1 istintaqa təqdim etdiyi 01 ədəd “Samsung Galaxy A12” markalı mobil telefon Zərərçəkmiş şəxs1 tanınmaya təqdim edilmiş, Zərərçəkmiş şəxs1 həmin mobil telefonu tanıyıb göstərərək bildirmişdir ki, həmin mobil telefon 09 mart 2022-ci il tarixdə saat 15 radələrində Gəncə şəhəri, Nizami rayonu, İsmət Qayıbov küçəsində 6 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunda olan zaman üzərində olan qara rəngli qış gödəkcəsinin sağ yan cibindən oğurlanmış 1 ədəd göy rəngli “Samsung Galaxy A12” markalı mobil telefondur. 10 may 2022-ci il tarixli “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” Protokoldan görünür ki, Şahid1 istintaqa təqdim etdiyi 01 ədəd “Samsung Galaxy A11” markalı mobil telefon Zərərçəkmiş şəxs2 tanınmaya təqdim edilmiş, Zərərçəkmiş şəxs2 həmin mobil telefonu tanıyıb göstərərək bildirmişdir ki, həmin mobil telefon 22 mart 2022-ci il tarixdə saat 13 radələrində Gəncə şəhəri, Nizami prospektində 11 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunda olan zaman üzərində olan paltonun sol yan cibindən oğurlanmış 1 ədəd ağ rəngli “Samsung Galaxy A11” markalı mobil telefondur. 12 may 2022-ci il tarixli “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” Protokoldan görünür ki, Şahid1 istintaqa təqdim etdiyi 01 ədəd “Samsung Galaxy A12" markalı mobil telefon Zərərçəkmiş şəxs3 tanınmaya təqdim edilmiş, Zərərçəkmiş şəxs3 həmin mobil telefonu tanıyıb göstərərək bildirmişdir ki, həmin mobil telefon 26 mart 2022-ci il tarixdə saat 16 radələrində Gəncə şəhəri, Nizami küçəsi, 9-cu döngə ilə Gəncə şəhəri, Muxtar Hacıyev küçəsinin kəsişməsində küçədə olan zaman üzərində olan paltonun sağ yan cibindən oğurlanmış 1 ədəd ağ rəngli “Samsung Galaxy A12” markalı mobil telefondur. 16 may 2022-ci il tarixli “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” Protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istintaqa təqdim etdiyi 01 ədəd su matoru və 25 metr uzunluğunda rezin boru Zərərçəkmiş şəxs5 tanınmaya təqdim edilmiş, Zərərçəkmiş şəxs5 həmin əşyaları tanıyıb göstərərək bildirmişdir k. həmin əşyalar 29 mart 2022-ci il tarixdə yaşadığı Gəncə şəhəri, Natiq Novruzov küçəsində yerləşən fərdi yaşayış evindən oğurlanmış əşyaların bir qismidir. 01 aprel 2022-ci il tarixli “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” Protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsinin düzgünlüyünü müəyyən etmək və dəqiqləşdirmək məqsədi ilə onun ifadəsinin yerində yoxlanılması aparılmış və Təqsirləndirilən şəxs1 ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerlərində göstərərək ifadəsini bir daha təsdiq etmişdir. 31 mart 2022-ci il tarixli “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” Protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsinin düzgünlüyünü müəyyən etmək və dəqiqləşdirmək məqsədi ilə onun ifadəsinin yerində yoxlanılması aparılmış və X20 ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerlərində göstərərək ifadəsini bir daha təsdiq etmişdir. DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu yoxdur. Azərbaycan Respublikası DİN BƏSİİ-nin daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin residivi mövcuddur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Şəhər Psixonevroloji Dispanserinin 18 aprel 2023-cü il tarixli Arayışından görünür ki, Adıgözəlov X7 qeydiyyatda durmur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Şəhər Psixonevroloji Dispanserinin 18 aprel 2023-cü il tarixli Arayışından görünür ki, Adıgözəlov X12 qeydiyyatda durmur. Gəncə şəhər prokurorunun köməkçisi, İİ dərəcəli hüquqşünas X5 04 may 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərarından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasından daxil olmuş məktubda Təqsirləndirilən şəxs1 cinayət işi üzrə istintaqın qeyri-obyektiv aparılmasını əsas gətirərək özünə xəsarət yetirməsi faktı üzrə Təqsirləndirilən şəxs1 polis əməkdaşlarının təzyiqinə məruz qalması xüsusatı araşdırılaraq cinayət işinin başlanması rədd edilmişdir. 06 iyul 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” Qərardan görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd TOZ-17 markalı odlu silah və onun komplekt hissəsi olan 01 ədəd daraq iş üzrə maddi sübut qismində tanınaraq Gəncə şəhər Baş Polis İdarəsinə məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs1 üzərində keçirilmiş şəxsi axtarış istintaq hərəkətinin görüntülərini əks etdirən 01 ədəd DVD disk işmateriallarına əlavə edilmiş, Şahid1 götürülmüş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məxsus 1 ədəd “Samsung Galaxy A12” markalı mobil telefon, Zərərçəkmiş şəxs3 məxsus “Samsung Galaxy A12” markalı mobil telefon, Zərərçəkmiş şəxs2 məxsus “Samsung Galaxy A11” markalı mobil telefon, Təqsirləndirilən şəxs2 götürülmüş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 məxsus 1 ədəd su matoru və 30 metr uzunluğunda rezin boru maddi sübut kimi tanınaraq zərər çəkmiş şəxslərə təhvil verilmişdir. Zərərçəkmiş şəxs3 15 mart 2023-cü il tarixli Ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs3 təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs5 10 may 2023-cü il tarixli Ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs5 təqsirləndirilən şəxslərlə barışmışdır, onlardan heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 16 avqust 2023-cü il tarixli teleqramından görünür ki, Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxslərlə barışmışdır, ona dəymiş zərər ödənilmişdir, onlardan heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs1 16 avqust 2023-cü il tarixli ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxslərlə barışmışdır, ona dəymiş zərər ödənilmişdir, onlardan heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə, məhkəmə istintaqında tədqiq edilən sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması, özünün qismən etiraf ifadəsi ilə yanaşı şahid ifadələri və digər məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 228.1, 177.2.1, 177.2.2 və 177.2.5-ci maddələri ilə düzgün tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin göstərilən maddələri ilə təqsirli bilinməli və bu maddənin sanksiyasında nəzərdə tutulmuş həddə ona cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində göstərilmiş cinayət əməlini törətməkdə təqsirinin olmaması barədə verdiyi ifadəni özünümüdafiə kimi qiymətləndirilməlidir. Belə ki, iş üzrə təqdim edilmiş təkzibedilməz sübutlar onun bu cinayət əməlində təqsirli olması qənaətinə gəlinməsinə tam əsas verir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilən sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs2 şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması, şahid ifadələri və digər məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.5-ci maddələri ilə düzgün tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin göstərilən maddələri ilə təqsirli bilinməli və bu maddənin sanksiyasında nəzərdə tutulmuş həddə ona cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarı). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına görə deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlüləlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxslər tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. Təyin ediləcək cəzanın həddi ilə bağlı isə məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.5-ci maddəsinə əsasən təkrar qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxsin cibindən çıxarmaqla özgənin əmlakını gizli olaraq talama bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 228.1, 177.2.1, 177.2.2 və 177.2.5-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs1 CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi CM-in 228.1, 177.2.1, 177.2.2 və 177.2.5-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə əməlini qismən etiraf etməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin residivinin mövcudluğunu onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Belə ki, Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən və Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 234.1 və 180.1-ci maddəsilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Salyan Rayon Məhkəməsinın qərarına əsasən Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarıxli Amnıstiya Qərarının 4-cü bəndinə əsasən xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsi 06 ay azaldılmışdır. Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs1 sözügedən Cinayət hadisəsini törətməsi təsnifata görə az ağır cinayətlər qrupuna aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum edilmiş şəxs tərəfındən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar çəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 sonuncu məhkumluğu Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə yaranmışdır və məhkumluğun ödənilməsi müddəti isə xx.xx.2021-ci il tarixdən hesablanmaqla xx.xx.2023-cü il tarixədək müəyyən edilir. Təqsirləndirilən şəxs1 məhkumluğun ödənilmədiyi dövrdə müvafiq cinayətləri törətdiyindən onun əməli cinayətin residivi kimi qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs1 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları və əməlində cinayətlərin residivinin mövcudluğunu nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Qanunvericiyin yuxarıda göstərilən müddəasını nəzərə alaraq, məhkəmə Təqsirləndirilən şəxs1 münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1ci maddəsi ilə təyin ediləcək azadlıqdan məhrumetmə cəzası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.5-ci maddələri ilə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını qismən toplamaqla ona qəti cəza təyin edilməsini qanunamüvafiq hesab edir. Təqsirləndirilən şəxs2 da öz növbəsində, CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi CM-in 177.2.1, 177.2.2 və 177.2.5-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Məhkəmə əməlini səmimi etiraf etməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlində onun məsuliyyətini ağırlaşdıran hal müəyyən etməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs2 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halların olmasını və cəzanı ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə isə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 30 mart 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” Protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1şübhəli şəxs qismində tutulmuşdur. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 01 aprel 2022-ci il tarixli Qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində əvvəli 30 mart 2022-ci il tarixdən hesablanmaqla 02 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli Qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 30 iyun 2022-ci il tarixədək uzadılmışdır. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli Qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 30 iyul 2022-ci il tarixədək uzadılmışdır. Gəncə Şəhər Məhkəməsinin 27 iyul 2022-ci il tarixli Qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 20 (iyirmi) gün müddətinə uzadılmışdır. Gəncə Şəhər Məhkəməsinin 17 avqust 2022-ci il tarixli Qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmə hazırlıq iclası keçirilənədək dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilmişdir. Bu baxımdan, Təqsirləndirilən şəxs1 cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu gündən – yəni 30 mart 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 31 mart 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” Protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 01 aprel 2022-ci il tarixli “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və onun MSY-dən azad edilməsi haqqında” Qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək o MSY-dən azad olunmuşdur. Gəncə Şəhər Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli Qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilərək onun barəsində axtarış elan edilmişdir. 01 noyabr 2022-ci il tarixli “Axtarışda olan şəxsin tutulması barədə” Protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə tutularaq MSY-ə təhvil verilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq, Təqsirləndirilən şəxs2 31 mart 2022-ci il tarixdən 01 aprel 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətin və 01 noyabr 2022-ci il tarixdən 21 avqust 2023-cü il tarixədək həbsdə saxlanıldığı 09 (doqquz) ay 20 (iyirmi) gün müddətin – cəmi 09 (doqquz) ay 22 (iyirmi iki) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla 01 (bir) il 07 (yeddi) ay 14 (on dörd) gün müddətin ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmasını məqsədə müvafiq hesab edir. Həmçinin Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməli və o məhkəmə zalından dərhal azadlığa buraxılmalıdır. Təqsirləndirilən şəxs2təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası üzrə cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2üzərinə daimi yaşayış yerini axşam saat 21:00-dan səhər saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinin tələbinə əsasən şəxsin cinayət törədərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinin tələbinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarında saxlanma müddəti ərzində işdə saxlanmalı və ya maraqlı təşkilat və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3cü maddəsində nəzərdə tutulmuş qaydada onlara təhvil verilməlidir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 132.1.7-ci maddəsinin tələbinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olub Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd TOZ-17 markalı odlu silah və onun komplekt hissəsi olan 01 ədəd daraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin sərəncamına verilməli, Təqsirləndirilən şəxs1 üzərində keçirilmiş şəxsi axtarış istintaq hərəkətinin görüntülərini əks etdirən 01 ədəd DVD disk iş materiallarında saxlanılmalı, Şahid1 götürülmüş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məxsus 1 ədəd “Samsung Galaxy A12” markalı mobil telefonun, Zərərçəkmiş şəxs3 məxsus “Samsung Galaxy A12” markalı mobil telefonun, Zərərçəkmiş şəxs2 məxsus “Samsung Galaxy A11” markalı mobil telefonun, Təqsirləndirilən şəxs2 götürülmüş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 məxsus 1 ədəd su matorunun və 30 metr uzunluğunda rezin borunun zərər çəkmiş şəxslərə qaytarılması nəzərə alınmalıdır. İş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsinə 50 (əlli manat) manat sərf edilmişdir. Məhkəmə hesab edir ki, iş üzrəəmtəəşünaslıq ekspertizanın keçirilməsinə sərf edilmiş 50 (əlli) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslərTəqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxslərTəqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün onlara dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X10 tərəfindən 35 (otuz beş) iş saatı və X9 tərəfindən 20 (iyirmi) iş saatı məsrəf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Odur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2na göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X3 münasibətdə 120 (yüz iyirmi) manat və X6 münasibətdə isə 210 (iki yüz on) manat – cəmi 330 (üç yüz otuz) manat onların vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabınapul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdanməhrumetmə cəzaları qismən toplamaqla ona qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzasının çəkilməsinin əvvəli 30 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1,177.2.2 və 177.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 31 mart 2022-ci il tarixdən 01 aprel 2022-ci il tarixədək 02 (iki) gün tutulduğu müddət və 01 noyabr 2022-ci il tarixdən 21 avqust 2023-cü il tarixdək həbsdə saxlanıldığı 09 (doqquz) ay 20 (iyirmi) gün – cəmi 09 (doqquz) ay 22 (iyirmi iki) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla 01 (bir) il 07 (yeddi) ay 14 (on dörd) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 10 (on) ay 16 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəza çəkməsinin yaşayış yeri üzrə probasiya orqanında qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə zalından dərhal azad edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd TOZ-17 markalı odlu silah və onun komplekt hissəsi olan 01 ədəd daraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin sərəncamına verilsin. Təqsirləndirilən şəxs1 üzərində keçirilmiş şəxsi axtarış istintaq hərəkətinin görüntülərini əks etdirən 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. Şahid1 götürülmüş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məxsus 1 ədəd “Samsung Galaxy A12” markalı mobil telefonun, Zərərçəkmiş şəxs3 məxsus “Samsung Galaxy A12” markalı mobil telefonun, Zərərçəkmiş şəxs2 məxsus “Samsung Galaxy A11” markalı mobil telefonun, Təqsirləndirilən şəxs2 götürülmüş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 məxsus 1 ədəd su matorunun və 30 metr uzunluğunda rezin borunun zərər çəkmiş şəxslərə qaytarılması nəzərə alınsın. İş üzrə hesablanmış ekspertiza xərci 50 (əlli) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulularaq dövlət büdcəsinə ödənilsin. (AZ.MEM, VÖEN **********, AZ34 CTRE********************, X8, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** S.W.İ.F.T. Bik: CTREAZ22). Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğluna göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X4 münasibətdə 120 (yüz iyirmi) manat, X6 münasibətdə 210 (iki yüz on) manat – cəmi 330 (üç yüz otuz) manat pul onların vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına keçirilsin. (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar