Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-20/2024 09.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Firəngiz Elçin qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, müdafiəçilər - Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2, Müdafiəçi4 və Müdafiəçi3 iştirakları ilə, xx xxxxxx 2002-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2n, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə, xx xxxxxx 1996-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 3n, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə, xx xxxxxxxx 2002-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 4 ünvanında qeydiyyatda olan və Gəncə şəhəri, Poçt qəsəbəsi, Abbas Səhət küçəsində ünvansız fərdi yaşayış evində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə, xx xxxxxx 1996-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, "xxxx" MMC-də qablaşdırıcı vəzifəsində işləyən, ünvan 6 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə, Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs1 silah qisimində istifadə olunan əşyadan istifadə etməklə bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ictimai qaydanın pozulmasının qarşısını alan zərərçəkmiş şəxslərə zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq etmişdir. Belə ki, o, xx.xx.2022-ci il tarixdə, saat 21 radələrində Gəncə-Samux yolunda yerləşən “Şahzadə” şadlıq sarayının binasında keçirilən toy məclisində spirtli içki qəbulu nəticəsində sərxoş vəziyyətdə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, eləcə də Emin və Elmir adlı şəxsiyyətləri istintaqa məlum olmayan şəxslər ilə bir qrup şəxs halında istintaqa məlum olmayan cib bıçağını silah qismində istifadə edərək çoxsaylı insanların gözü qarşısında cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərilməsi ilə müşayiət olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə Zərərçəkmiş şəxs6 fiziki zorakılığa məruz qalmasının, bununla da ictimai qaydanın pozulmasının qarşısını alan Zərərçəkmiş şəxs1 ənsə və bədəninin müxtəlif nahiyələrinə həmin cib bıçağı, eləcə də əl və ayaq zərbələri ilə vurub fiziki zor tətbiq etmiş, həmin vaxt Zərərçəkmiş şəxs1 döyülməsinin, bununla da ictimai qaydanın pozulmasının qarşısını alan Zərərçəkmiş şəxs6 ənsə nahiyəsinə həmin bıçaqla bir neçə dəfə zərbə vurmuş, həmin vaxt Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs6 döyülmələrinin, bununla da ictimai qaydanın pozulmasının qarşısını alan Zərərçəkmiş şəxs2 sağ gicgah və kürək nahiyələrinə həmin bıçaqla bir neçə dəfə zərbə vurmuş, həmin vaxt Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs2 döyülmələrinin, bununla da ictimai qaydanın pozulmasının qarşısını alan Zərərçəkmiş şəxs3 ənsə nahiyəsinə həmin bıçaqla bir dəfə zərbə vurmuş, az sonra Təqsirləndirilən şəxs2 yumruq zərbəsi ilə Zərərçəkmiş şəxs6 sifət nahiyəsinə zərbə vurduğuna görə Zərərçəkmiş şəxs6 döyülməsinin, bununla da ictimai qaydanın pozulmasının qarşısını alan Zərərçəkmiş şəxs4 təpə nahiyəsinə yumruq zərbələri ilə bir neçə dəfə vurmuş, sonra isə həmin şadlıq sarayının birinci mərtəbəsində olan üstü şüşəli 1 ədəd jurnal masasını sındırıb məhv etmiş, nəticədə Zərərçəkmiş şəxs6 dərəcəsinə görə sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən ənsə nahiyəsinin səthi yarası, Zərərçəkmiş şəxs2 dərəcəsinə görə sağlamlığa zərər vurmadığından dərəcələri təyin edilməyən sağ gicgah və sağ kürək nahiyələrinin sıyrıqları, Zərərçəkmiş şəxs3 dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmaqla sağlamlığa yüngül zərərvurmaya aid edilən ənsə nahiyəsinin əzilmiş yarası xəsarətləri, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4 isə fiziki ağrılar yetirməklə, o cümlədən şadlıq sarayının müdiri Zərərçəkmiş şəxs5 120 manat maddi ziyan vurmaqla qərəzli xuliqanlıq etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ictimai qaydanın pozulmasının qarşısını alan zərərçəkmiş şəxslərə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq etmişdir. Belə ki, o, xx.xx.2022-ci il tarixdə, saat 21 radələrində Gəncə-Samux yolunda yerləşən “Şahzadə” şadlıq sarayının binasında keçirilən toy məclisində spirtli içki qəbulu nəticəsində yaranmış sərxoş vəziyyətdə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, eləcə də Emin və Elmir adlı şəxsiyyətləri istintaqa məlum olmayan şəxslər ilə bir qrup şəxs halında çoxsaylı insanların gözü qarşısında cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərilməsi ilə müşayiət olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə Zərərçəkmiş şəxs6 fiziki zorakılığa məruz qalmasının, bununla da ictimai qaydanın pozulmasının qarşısını alan Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyələrinə əl zərbələri ilə vurmuş, həmin vaxt Zərərçəkmiş şəxs1 döyülməsinin, bununla da ictimai qaydanın pozulmasının qarşısını alan Zərərçəkmiş şəxs6 kürəyinin sağ yan hissəsinə bir dəfə yumruq zərbəsi vurmuş, həmin vaxt Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs6 döyülmələrinin, bununla da ictimai qaydanın pozulmasının qarşısını alan Zərərçəkmiş şəxs2 boynundan tutub sıxaraq yerə yıxmaqla həmin formada sıxıb saxlamış, bundan sonra yumruq zərbəsi ilə Zərərçəkmiş şəxs6 sifət nahiyəsinə bir dəfə zərbə vurmuş, sonra isə Zərərçəkmiş şəxs2 sifət nahiyəsinə bir dəfə yumruq zərbəsi vurmuş, nəticədə Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs6 fiziki ağrılar yetirməklə qərəzli xuliqanlıq etmişdir. Daha sonra Təqsirləndirilən şəxs3 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ictimai qaydanın pozulmasının qarşısını alan zərərçəkmiş şəxslərə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq etmişdir. Belə ki, o, xx.xx.2022-ci il tarixdə, saat 21 radələrində Gəncə-Samux yolunda yerləşən “Şahzadə” şadlıq sarayının binasında keçirilən toy məclisində spirtli içki qəbulu nəticəsində yaranmış sərxoş vəziyyətdə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, eləcə də Emin və Elmir adlı şəxsiyyətləri istintaqa məlum olmayan şəxslər ilə bir qrup şəxs halında çoxsaylı insanların gözü qarşısında cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərilməsi ilə müşayiət olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə Zərərçəkmiş şəxs6 fiziki zorakılığa məruz qalmasının, bununla da ictimai qaydanın pozulmasının qarşısını alan Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyələrinə əl zərbələri ilə vurmuş, daha sonra Təqsirləndirilən şəxs2 yumruq zərbəsi ilə Zərərçəkmiş şəxs6 sifət nahiyəsinə zərbə vurduğuna görə Zərərçəkmiş şəxs6 döyülməsinin, bununla da ictimai qaydanın pozulmasının qarşısını alan Zərərçəkmiş şəxs4 təpə nahiyəsinə yumruq zərbələri ilə bir neçə dəfə vurmuş, nəticədə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 fiziki ağrılar yetirməklə qərəzli xuliqanlıq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs4 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ictimai qaydanın pozulmasının qarşısını alan zərərçəkmiş şəxslərə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq etmişdir. Belə ki, o, xx.xx.2022-ci il tarixdə, saat 21 radələrində Gəncə-Samux yolunda yerləşən “Şahzadə” şadlıq sarayının binasında keçirilən toy məclisində spirtli içki qəbulu nəticəsində sərxoş vəziyyətdə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, eləcə də Emin və Elmir adlı şəxsiyyətləri istintaqa məlum olmayan şəxslər ilə bir qrup şəxs halında çoxsaylı insanların gözü qarşısında cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərilməsi ilə müşayiət olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə Zərərçəkmiş şəxs6 fiziki zorakılığa məruz qalmasının, bununla da ictimai qaydanın pozulmasının qarşısını alan Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyələrinə ardıcıl əl zərbələri ilə, ardınca yumruq zərbəsi ilə sağ göz nahiyəsinə bir dəfə vurmuş, sonra isə idman fəndi işlətməklə yerə yıxıb kürəyinə çıxmaqla bir neçə saniyə saxlamış, həmin vaxt Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs6 döyülmələrinin, bununla da ictimai qaydanın pozulmasının qarşısını alan Zərərçəkmiş şəxs2 sifət nahiyəsinə yumruq zərbəsi ilə bir dəfə, ardınca Təqsirləndirilən şəxs1 əlindəki istintaqa məlum olmayan bıçaqla Zərərçəkmiş şəxs1 ardıcıl zərbələr vurarkən yumruq zərbəsi ilə sonuncunun sifət nahiyəsinə də bir neçə dəfə zərbə vurmuş, daha sonra Zərərçəkmiş şəxs6 bədəninin müxtəlif nahiyələrinə ardıcıl bir neçə təpik zərbəsi ilə vurduğuna görə Zərərçəkmiş şəxs6 döyülməsinin, bununla da ictimai qaydanın pozulmasının qarşısını alan Zərərçəkmiş şəxs4 bədəninin müxtəlif nahiyələrinə təpik zərbələri ilə bir neçə dəfə vurmuş, sonra isə həmin şadlıq sarayının birinci mərtəbəsində olan üstü şüşəli 1 ədəd jurnal masasını sındırıb məhv etmiş, nəticədə Zərərçəkmiş şəxs1 dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmaqla sağlamlığa yüngül zərərvurmaya aid edilən sağ gözün ağlı qişasına qansızma ilə müşaiyət olunan sağ göz nahiyəsinin yumşaq toxumalarının əzilməsi, hematoması, eləcə də sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən sol bazu, bel nahiyələrinin sıyrıqları, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 isə fiziki ağrılar yetirməklə, o cümlədən şadlıq sarayının müdiri Zərərçəkmiş şəxs5 120 manat maddi ziyan vurmaqla qərəzli xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 27 iyul 2022-ci il tarixdə dostu Pərvin adlı şəxsin dəvəti ilə sonuncunun qohumunun Gəncə şəhərində “Şahzadə” adlanan şadlıq sarayında keçirilən toyuna getmişdir. Həmin vaxt onunla birlikdə qardaşı Ruzigar, dostu Əli, tanışları Azad, Cavid, eləcə də Elmir və Emin qardaşları da toyda olmuş və onlar bir masada əyləşmişlər. Həmin vaxt hamısı spirtli içki qəbul etmişdir. Masada olarkən tanışı Azad özünə məxsus cib bıçağını çıxarıb masanın üzərinə qoymuş, o, isə həmin bıçağı götürüb şalvarının belinə qoymuşdur. Saat 21 radələrində özü, Ruzigar, Azad, Əli, Elmir və Emin şadlıq sarayının dəhlizində ikinci mərtəbədə olarkən Eminin bir nəfər cavan oğlanla mübahisə etdiyini görmüşdür. Həmin vaxt qardaşı Ruzigar onlardan açıq rəngli şalvar və tünd rəngli köynək geyinmiş şəxsi uzaqlaşdırıb kənara aparmaq istəyərkən birinci mərtəbədən bir nəfər dolu bədənli, ağ köynəkli və açıq rəngli şalvarı olan tanımadığı şəxs qaça-qaça pilləkəni çıxıb əli ilə Emini itələmişdir. Həmin vaxt özü, Azad, Emin, eləcə də Elmir sərxoş olduqlarına görə dolu bədənli həmin şəxsi əl və ayaq zərbələri ilə, o özü isə həmçinin cibindən çıxartdığı bıçağın arxa tərəfi ilə başına vurmağa başlamışlar. Dava həmin vaxt böyümüş, davaya Əli və qardaşı Ruzigar da qoşulmuşdur. Belə ki, Əli və Ruzigar da əl və ayaq zərbələri ilə dolu bədənli həmin şəxsi vurub döyməyə başlamışdır. Dava əsnasında Azad yumruq zərbəsi ilə dolu bədənli həmin şəxsin gözünə zərbə vurmuşdur. Həmin vaxt orada qadınlar və azyaşlı uşaqlar da olmuşdur. Qadınlar onları dartışdırıb ayırmaq istəmiş və davaya başqa şəxslər də qoşulmuşlar. Həmin şəxslər isə qarşı tərəfdən olmuşdur. Onlar, yəni o, qardaşı Ruzigar, Azad, Emin və Elmir qardaşları, eləcə də Əli qarşı tərəfdən olan həmin şəxslərlə dalaşmış və əl-ayaq zərbələri ilə həmin şəxsləri vurmuşlar. Hadisə vaxtı ağ rəngli qısaqol köynək, boz rəngli şalvarda olan gənc oğlan da hadisəyə qoşulduqda o, bıçaqla həmin şəxsin başının arxa tərəfinə zərbə vurmuş, həmçinin onunla birlikdə dalaşanlar həmin şəxsin sifətinə yumruq zərbələri vurmuşlar. Həmin şəxsi isə bir nəfər dolu bədənli yaşlı şəxs çəkib içəri aparmışdır. Davaya qoşulan ağ saçlı, əynində zolaqlı qara köynəyi olan, bir qədər canlı və hündürboylu şəxs davaya qoşulduqda o, həmin şəxslə süpürləşmiş, əlindəki bıçağın arxası ilə həmin şəxsin kürəyinə zərbələr vurmuşdur. Artıq həmin əsnada o, əlindəki bıçağın arxası ilə qeyd edilən şəxsin təpə nahiyəsinə zərbələr də vurmuşdur. Həmin vaxt davaya qayıdan açıq rəngli şalvarı və tünd rəngli köynəyi olan şəxsin başının arxasına da sərxoş vəziyyətdə bir dəfə bıçaqla zərbə vurmuşdur. Bundan sonra dava-dalaş bir qədər səngimiş və qardaşı onu çəkib ayaqyoluna aparmışdır. Bir qədər keçmiş o, geri qayıtdıqda qardaşı Ruzigar pilləkənlə yuxarı qaçıb orada olan kimisə yumruqla vurmuşdur. Həmin vaxt o özü, Azad, Əli, Emin və Elmir də Ruzigarın arxasınca qaçıb orada qəhvəyi rəngli köynəkdə olan, bir qədər dolu bədənli şəxsi, habelə həmin şəxsin yanında əks tərəfdən davaya qoşulan şəxsləri təpik və yumruq zərbələri ilə vurmağa başlamışlar. Qəhvəyi rəngli köynəkdə və dolu bədən quruluşlu həmin şəxs onlarla dalaşa-dalaşa aşağı düşərkən onlar həmin şəxsi yerə yıxıb yerdə əl və ayaq zərbələri ilə döyməyə başlamışlar. Həmin vaxt onun əlində bıçaq olmamış, çünki aşağıda kimsə artıq onun əlindən bıçağı almışdır. Lakin buna baxmayaraq, o, yumruğu ilə həmin qəhvəyi rəngli köynəkdə olan şəxsi vurmuşdur. Həmin vaxt bir nəfər tanımadığı yaşlı kişinin arxası üstə yıxılması nəticəsində şadlıq sarayının şüşə stolu sınmışdır. Bundan sonra oradan uzaqlaşıb getmək istədikdə polis əməkdaşları onları saxlayıb Gəncə şəhər 2-ci Polis Şöbəsinə aparmışlar. Orada sərxoşluqları müayinə olunmuş, təcili-tibbi yardım avtomobili gəlib əlinə sarğı qoymuş və evə buraxılmışlar. Daha sonra isə çağırışa əsasən, Gəncə şəhər Baş Polis İdarəsinə gəlib izahat vermişlər. Hadisə vaxtı bıçaq onun əlini kəsmiş, lakin necə kəsildiyini xatırlamır. Hadisə vaxtı istifadə etdiyi bıçağın harada olmasını bilmir. Bundan başqa, hadisə 10-15 dəqiqə davam etmişdir. Hadisə vaxtı onu aralamaq üçün itələyən, yerə yıxan olsa da, xəsarət almamış, əlinin kəsilməsi isə öz ehtiyyatsızlığından olmuşdur. Hadisə vaxtı dalaşanların hamısı söyüş söymüşdür. Hazırda əməlindən peşmandır. Zərərçəkmiş şəxslərə vurduğu ziyanı tam şəkildə ödəmiş və onlarla barışmışdır. Vətən müharibəsi iştirakçısı olmasını, Füzulinin və Xocavəndin azad olunmasına görə medallarla təltif edilməsini və ifadəsində göstərilənləri nəzərə alıb, ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə dostu Pərvinin dəvəti ilə sonuncunun qohumunun Gəncə şəhərində yerləşən “Şahzadə” adlanan şadlıq sarayında toy məclisinə getmişdir. Həmin vaxt onunla birlikdə qardaşı Abdulla, tanışları Əli, Azad, Cavid, eləcə də Elmir və Emin qardaşları da toyda olmuşdur. Qardaşı Abdulla toyun sonlarına yaxın oraya gəlmiş və onlar bir masada əyləşmişdir. Həmin vaxt hamısı spirtli içki qəbul etmişdir. Saat 21 radələrində o, Abdulla, Azad, Əli, Elmir və Emin şadlıq sarayının dəhlizində ikinci mərtəbədə olarkən Eminin bir nəfər azyaşlı oğlanla mübahisə etdiyini görmüş, həmin vaxt onlardan qəhvəyi rəngli şalvar və qara köynək geyinmiş şəxsi uzaqlaşdırıb kənara aparmaq istəyərkən birinci mərtəbədən bir nəfər dolu bədənli, ağ köynəkli və açıq rəngli şalvarı olan tanımadığı şəxs qaça-qaça pilləkəni çıxıb əli ilə Emini itələmişdir. Həmin vaxt Abdulla, Azad və Emin, eləcə də Elmir dolu bədənli həmin şəxsi əl və ayaq zərbələri ilə, Abdulla isə həmçinin cib bıçağının arxa tərəfi ilə başına vuraraq döyməyə başlamışdır. Dava həmin vaxt böyümüş və davaya o, eləcə də Əli qoşulmuşlar. Belə ki, onlar da əl və ayaq zərbələri ilə dolu bədənli həmin şəxsi vurub döymüşlər. Həmin vaxt orada qadınlar və azyaşlı uşaqlar da olmuş və qadınlar onları dartışdırıb ayırmaq istəmişdir. Qısa vaxtda davaya başqa şəxslər də qoşulmuş və onlar qarşı tərəfin adamları olmuşdur. Onlar həmin şəxslər ilə dalaşmış və əl, ayaq zərbələri ilə onları vurmuşlar. Həmin vaxt boz şalvarlı, ağ köynəkli şəxs də davaya qoşulanda o, yumruqla həmin şəxsin bədəninə zərbə vurmuşdur. Davaya qoşulan ağ saçlı, zolaqlı qara köynəyi olan, bir qədər canlı və hündürboylu şəxs davaya qoşulduqda qardaşı Abdulla həmin şəxslə süpürləşmişdir. Abdulla həmçinin əlindəki bıçağın arxası ilə dalaşdığı şəxslərə zərbələr vurmuşdur. Bundan sonra dava-dalaş bir qədər səngimiş, o, qardaşı Abdullanı çəkib ayaqyoluna aparmışdır. Bir qədər keçmiş ikinci mərtəbədən maykada, boz şalvarda gənc oğlan artıq-əksik danışdığına görə o, qaçaraq ikinci mərtəbəyə çıxıb yumruqla həmin şəxsin sifətinə zərbə vurmuş, onunla birlikdə davada onlar tərəfdən iştirak edən şəxslər də ikinci mərtəbəyə qalxıb açıq qəhvəyi rəngli köynəkdə olan, bir qədər dolu bədən quruluşlu şəxsi dartışdırıb aşağı salmışlar. O özü üzərinə gələn ağ saçlı, zolaqlı qara köynək geyinmiş şəxsin sifətinə yumruq zərbəsi vurub həmin şəxslə süpürləşməyə başlamış, az sonra orada olan şəxslər onları ayırmışlar. Bundan sonra oradan uzaqlaşıb getmişdir. Ertəsi gün onu Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinə dəvət etmişlər. Davada qardaşı Abdullanın istifadə etdiyi bıçaq Azadın olmuş, Abdulladan başqa heç kimdə bıçaq olmamışdır. Hadisə vaxtı Abdullanın istifadə etdiyi bıçağın harada olmasını bilmir. Hadisə təxminən 10-15 dəqiqə davam etmişdir. Onu aralamaq üçün itələyən, yerə yıxan olmuş, lakin konkret olaraq necə və kim tərəfindən xəsarət aldığını bilmir, bədənində cüzi xəsarətlər olmuşdur. Hadisə vaxtı dalaşanların hamısı söyüş söymüşlər. Hazırda əməlindən peşmandır. Zərərçəkmiş şəxslərə vurduğu ziyanı tam şəkildə ödəmiş və onlarla barışmışdır. Vətən müharibəsi iştirakçısı olmasını, o cümlədən Vətən müharibəsi iştirakçısı medalı ilə təltif edilməsini, himayəsində azyaşlı uşağının olmasını və ifadəsində göstərilənləri nəzərə alıb, ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə dostu Pərvinin dəvəti ilə sonuncunun qohumunun Gəncə şəhərində yerləşən “Şahzadə” adlanan şadlıq sarayında keçirilən toy məclisində iştirak etmişdir. Həmin vaxt onunla birlikdə toyda tanışları Abdulla, Ruzigar, Azad, Cavid, eləcə də Elmir və Emin qardaşları da olmuş və onlar bir masada əyləşmişdir. Həmin vaxt hamısı spirtli içki qəbul etmişdir. Saat 21 radələrində o, Ruzigar, Abdulla, Azad, Elmir və Emin şadlıq sarayının dəhlizində ikinci mərtəbədə olarkən Eminin bir nəfər cavan oğlanla mübahisə etdiyini görmüş, həmin vaxt Ruzigar onlardan qəhvəyi rəngli şalvar və qara köynək geyinmiş şəxsi uzaqlaşdırıb kənara aparmaq istəyərkən birinci mərtəbədən bir nəfər dolu bədənli, ağ köynəkli və açıq rəngli şalvarı olan tanımadığı şəxs qaça-qaça pilləkəni çıxıb əli ilə Emini itələmişdir. Həmin vaxt Abdulla, Azad, Emin və Elmir sərxoş vəziyyətdə dolu bədənli şəxsi əl və ayaq zərbələri ilə, Abdulla isə həmçinin cib bıçağının arxa tərəfi ilə başına vuraraq döyməyə başlamışlar. Dava həmin vaxt böyümüş və davaya o özü, eləcə də Ruzigar da qoşulmuşdur. Belə ki, onlar da əl və ayaq zərbələri ilə dolu bədənli həmin şəxsi vurmuşlar. Həmin vaxt orada qadınlar və azyaşlı uşaqlar da olmuş və qadınlar onları ayırmaq istəmişlər. Həmin vaxt davaya tanımadığı qarşı tərəfdən olan şəxslərdə qoşulmuşdur. Onlar, yəni o özü, Ruzigar, Abdulla, Azad, Emin və Elmir qardaşları həmin şəxslər ilə dalaşmış, əl və ayaq zərbələri ilə həmin şəxsləri vurmuşlar. Ağ saçlı, zolaqlı qara köynəyi olan, bir qədər canlı və hündürboylu şəxs davaya qoşulduqda Abdulla həmin şəxslə süpürləşmiş və dartışmışdır. Həmin vaxt o da başqa bir tərəfdə dalaşmışdır. Bundan sonra dava-dalaş bir qədər səngimiş, Ruzigar çəkib Abdullanı ayaqyoluna aparmış, bir qədər keçmiş Ruzigar pilləkənlə yuxarı qaçıb orada olan kimisə yumruqla vurmuş, həmin vaxt Azad, Abdulla, Emin və Elmir də Ruzigarın arxasınca qaçıb orada qəhvəyi rəngli köynəkdə olan, bir qədər dolu bədənli şəxsi, habelə həmin şəxsin yanında əks tərəfdən davaya qoşulan şəxsləri təpik və yumruq zərbələri ilə vurmağa başlamışlar. O özü də yuxarıya – həmin şəxslərə tərəf qaçmış, lakin yuxarıdan onları itələyib aşağı qovduqlarına görə pilləkəndən aşağı düşmüşlər. Birinci mərtəbədə qəhvəyi rəngli köynəkdə olan, bir qədər dolu bədənli həmin şəxsi onlar təpik və yumruq zərbələri ilə vurub döymüşlər. Həmin vaxt bir nəfər tanımadığı yaşlı kişinin arxası üstə yıxılması nəticəsində şadlıq sarayının şüşə stolu sınmışdır. Həmin vaxt o, qəhvəyi rəngli köynəkdə və dolu bədən quruluşlu şəxsi əli ilə itələyib arxası üstə yerə yıxmış və özü oradan uzaqlaşmışdır. Bundan sonra dava-dalaş başa çatmış və onlar uzaqlaşıb getmək istədikdə polis əməkdaşları onları saxlayıb Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinə aparmışlar. Orada sərxoşluqları müayinə olunmuş və evə buraxılmışlar. Davada Abdullanın istifadə etdiyi bıçaq Azadın olmuş, hadisə vaxtı Abdulladan başqa heç kimdə bıçaq olmamışdır. Hadisə vaxtı Abdullanın istifadə etdiyi bıçağın harada olmasını bilmir. Hadisə təxminən 10- 15 dəqiqə davam etmişdir. Hazırda əməlindən peşmandır. Zərərçəkmiş şəxslərə vurduğu ziyanı tam şəkildə ödəmiş və onlarla barışmışdır. Odur ki, məhkəmədən ifadəsində göstərilənləri nəzərə alıb, ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs4 ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə dostu Pərvin adlı şəxsin dəvəti ilə sonuncunun qohumunun Gəncə şəhərində “Şahzadə” adlanan şadlıq sarayında keçirilən toy məclisində iştirak etmişdir. Həmin vaxt onunla birlikdə toyda tanışları Abdulla, Ruzigar, Əli, Cavid, eləcə də Elmir və Emin qardaşları da olmuş və onlar bir masada əyləşmişlər. Həmin vaxt hamısı spirtli içki qəbul etmişdir. Saat 21 radələrində o, Ruzigar, Abdulla, Əli, Elmir və Emin şadlıq sarayının dəhlizində ikinci mərtəbədə olarkən Eminin bir nəfər cavan oğlanla mübahisə etdiyini görmüş, həmin vaxt Ruzigar onlardan qəhvəyi rəngli şalvar və qara köynək geyinmiş şəxsi uzaqlaşdırıb kənara aparmaq istəyərkən birinci mərtəbədən bir nəfər dolu bədənli, ağ köynəkli və açıq rəngli şalvarı olan tanımadığı şəxs qaça-qaça pilləkəni çıxıb əli ilə Emini itələmişdir. Bu vaxt Abdulla, Emin, Elmir və o özü sərxoş vəziyyətdə dolu bədənli həmin şəxsi əl və ayaq zərbələri ilə, Abdulla həmçinin cib bıçağının arxa tərəfi ilə başına vuraraq döyməyə başlamışlar. Həmin vaxt o, yumruq zərbəsi ilə dolu bədənli, ağ köynəkli və açıq rəngli şalvarı olan həmin şəxsin göz nahiyəsinə vurmuşdur. Dava həmin vaxt böyümüş və davaya Əli, eləcə də Ruzigar da qoşulmuşlar. Həmin vaxt orada qadınlar da olmuş və qadınlar onları ayırmaq istəmişlər. Həmin vaxt davaya qarşı tərəfdən tanımadığı başqa şəxslər də qoşulmuşlar. Onlar, yəni özü, Ruzigar, Abdulla, Əli, Emin və Elmir qardaşlar həmin şəxslər ilə dalaşmış, əl və ayaq zərbələri ilə həmin şəxsləri vururmuşlar. O, özü dolu bədənli, açıq rəngli şalvarda olan şəxsi fənd işlədib kürəyi üstə yerə yıxmış və üzərinə çıxıb sıxmağa başlamışdır. Davaya qoşulan ağ saçlı, zolaqlı qara köynəyi olan, bir qədər canlı və hündürboylu şəxs davaya qoşulduqda Abdulla həmin şəxslə süpürləşmişdir. Həmin vaxt o, özü də başqa bir tərəfdə dalaşmışdır. Bundan sonra dava-dalaş bir qədər səngimiş, Ruzigar qardaşı Abdullanı götürüb ayaqyoluna aparmışdır. Bir qədər keçmiş Ruzigar pilləkənlə yuxarı qaçıb orada olan kimisə yumruqla vurmuş, həmin vaxt o, Əli, Abdulla, Emin və Elmir də Ruzigarın arxasınca qaçıb orada qəhvəyi rəngli köynəkdə olan, bir qədər dolu bədənli şəxsi, habelə həmin şəxsin yanında əks tərəfdən davaya qoşulan şəxsləri təpik və yumruq zərbələri ilə vurmağa başlamışdır. Lakin yuxarıdan onları itələyib aşağı qovduqlarına görə pilləkəndən aşağı düşmüşlər. Birinci mərtəbədə qəhvəyi rəngli köynəkdə olan, bir qədər dolu bədənli həmin şəxsi onlar təpik və yumruq zərbələri ilə vurub döymüşlər. Həmin vaxt bir nəfər tanımadığı yaşlı kişi onu köynəyindən dartdığına görə özü də arxası üstə yıxılması nəticəsində şadlıq sarayının şüşə stolu sınmışdır. Bundan sonra dava-dalaş başa çatmışdır. Həmin gecə o, hadisə yerindən uzaqlaşıb evinə getmişdir. Daha sonra polis əməkdaşlarının çağırışı ilə Gəncə şəhər Baş Polis İdarəsinə gəlib izahat vermişdir. Davada Abdullanın istifadə etdiyi bıçaq onun olmuş, belə ki, həmin bıçaq cib bıçağı olmuş, o, toyda cibində olan bıcağı onu narahat etdiyi üçün çıxarıb masanın üzəriə qoymuş, Abdulla isə həmin bıçağı götürmüşdür. Dava vaxtı o, həmin bıçağı Abdullanın əlindən alıb davadan sonra xatırlamadığı yerə tullamışdır. Hadisə vaxtı Abdulladan başqa heç kimdə bıçaq olmamışdır. Hadisə təxminən 10-15 dəqiqə davam etmişdir. Hazırda əməlindən peşmandır. Zərərçəkmiş şəxslərə vurduğu ziyanı tam şəkildə ödəmiş və onlarla barışmışdır. Odur ki, daimi iş yeri olmaqla ailədə yeganə qazanc gətirən şəxs olmasını və ifadəsində göstərilənləri nəzərə alıb, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadə verərək bildirdi ki, xx.xx.2022-ci il tarixdə Gəncə şəhərində yerləşən “Şahzadə” şadlıq sarayında dayısının nəvəsi Aygülənin qız toyu mərasimi keçirilmişdir. Toyun sonlarına yaxın, saat 21 radələrində şadlıq sarayının birinci mərtəbəsində olarkən ikinci mərtəbədə qardaşı oğlu Sədirini üç-dörd nəfərin çevrəyə alıb mübahisə etdiyini görmüş, Sədirinin döyülməsinin qarşısını almaq üçün tez həmin çevrəyə girərək qeyd edilən şəxsləri əli ilə itələmişdir. Həmin vaxt orada olan tanımadığı, adlarının Abdulla, Ruzigar olduğunu sonradan bildiyi sərxoş vəziyyətdə olan şəxslər, o cümlədən həmin şəxslərin yanında olan digər tanımadığı şəxslər əl və ayaq zərbələri ilə onu döyməyə başlamışlar. O, zərbələrdən yerə yıxılmışdır. Onu döyən şəxslərdən birinin əlində hansısa alət olmuşdur. Hadisə nəticəsində o, sağ gözətrafı, kürək və sol qol nahiyələrindən xəsarətlər almışdır. Hadisə vaxtı qardaşı Pərvizin oğlu Sədir və əmisioğlu Kənan da təpə nahiyələrindən xəsarət almışdır. Qardaşı Pərviz də onu və oğlunu müdafiə etmək üçün davaya müdaxilə edərək müdafiə məqsədi ilə əl və qol zərbələri atmışdır. Lakin, orada olan şəxslər Pərvizi də döymüşlər. Hadisə vaxtı onun təpə nahiyəsinə zərbələr dəyəndə hiss etmişdir ki, hansısa alətlə onun təpə nahiyəsinə vururlar, lakin həmin alətin nə olmasını görməmişdir. Həmin alətlə onu vuran şəxs göy cins şalvarda və qara rəngli qısaqol köynəkdə olan şəxs olmuşdur. Belə ki, həmin şəxs əlindəki alətlə onun təpə nahiyəsinə möhkəm zərbələr vurmuş və o, bundan fiziki ağrı keçirtmiş, lakin təpə nahiyəsində xəsarəti olmamışdır. Adının Azad olduğunu sonradan bildiyi qara geyimli və saqqallı şəxs də onun təpə nahiyəsinə zərbələr vurmuşdur. Həmin şəxs həmçinin göz nahiyəsinə yumruq vurmuşdur. Bundan başqa, ağ köynəkli şəxs, eləcə də tanımadığı digər şəxslər də onu döymüşlər. Əlavə olaraq bildirir ki, hadisənin hansı səbəbdən baş verdiyini bilmir, o, qardaşı oğluna kömək olmaq üçün yuxarı qalxdıqda onu döymüşlər. Dava da bununla qızışmış və geniş vüsət almışdır. Hadisə təxminən 10-15 dəqiqə davam etmişdir. Onun sağ göz nahiyəsinə yumruqla vuran saqqallı, qara paltarlı, adının Azad olduğunu sonradan bildiyi şəxsdir. Azad həmçinin fənd işlədib onu yerə yıxarkən sol qolu və bel nahiyəsinin sol hissələri də sıyrılmışdır. Hadisə vaxtı özü heç kimə zorakılıq etməmiş, buna macalı belə olmamışdır. Hazırda onun təqsirləndirilən şəxslərdən şikayət və tələbi yoxdur və barışmışlar. Odur ki, qərar qəbul edərkən ifadəsində göstərilənlərin nəzərə alınmasını və təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadə verərək bildirdi ki, xx.xx.2022-ci il tarixdə Gəncə şəhərində yerləşən “Şahzadə” şadlıq sarayında dayısının nəvəsi Aygülənin qız toyu mərasimi keçirilmişdir. Toyun sonlarına yaxın, saat 21 radələrində o, şadlıq sarayının dəhlizində səs-küy eşidib dəhlizə çıxdıqda ikinci mərtəbədə oğlu Sədirin başının arxasından qan gəldiyini, kütləvi dava-dalaş getdiyini, qardaşı Eldənizi bir qrup şəxsin döydüyünü görmüş, həmin vaxt aralamaq məqsədi ilə davaya müdaxilə etdikdə saqqallı və qara geyimli şəxs yumruq zərbələri ilə onu vurmağa başlamışdır. O, sağ kürək nahiyəsinə hansısa alətlə zərbələr dəydiyini hiss edib geri çevrildikdə onu vuranın əlində bıçaq olan, göy rəngli cins şalvarda, qara köynəkdəki şəxs olmasını görmüşdür. Həmin şəxsə mane olmaq, həmin şəxsin digər şəxslərə xəsarət yetirməsinin qarşısını almaq məqsədi ilə tutub zərərsizləşdirməyə çalışarkən qeyd edilən şəxs bıçaqla onun sağ gicgah və kürək nahiyələrinə zərbələr vurub ona xəsarət yetirmişdir. Həmin vaxt qadınlar, o cümlədən toyun qonaqları araya girib dava-dalaşı sakitləşdirməyə çalışmış, lakin davada iştirak edən şəxslər onları döyməyə, hücum etməyə, aralayanlara məhəl qoymadan öz hərəkətlərinə davam etmişlər. Bir qədər sonra dava-dalaş nisbətən səngimiş, lakin bir qədər sonra göy rəngli cins şalvarda və əlində bıçaq olan şəxs yenidən pilləkənlə ikinci mərtəbəyə qalxıb hücum etmək istədikdə o özü və orada olan şəxslər təpiklə itələməklə həmin şəxsi aşağı salmışlar. Bir qədər sakitlikdən sonra ağ köynəkli, alçaqboylu, qara şalvarda olan və davada iştirak edən şəxs pilləkənlə aşağıdan yuxarıya doğru qaçaraq əmisioğlu Kənanı yumruqla vurmuşdur. Həmin vaxt orada olan bir nəfər dolu bədənli, qəhvəyi rəngli köynəkdə olan şəxs Kənanı müdafiə etmək üçün həmin ağ köynəkli şəxsi və sonuncu ilə birlikdə hücum edən digər şəxsləri tutub pilləkəndən aşağı düşürtmüşdür. O özü də kömək olmaq üçün pilləkəndən aşağı düşərkən ağ könyəkli, alçaqboylu, qara şalvarda olan şəxs yumruq zərbəsi ilə onun sifətinə vurmuşdur. O həmin şəxslə tutuşarkən onları ayırmışlar. Həmin vaxt digər tərəfdə qeyd edilən qəhvəyi rəngli köynəkdə olan şəxsi döymüşlər. Bundan sonra dava-dalaş başa çatmışdır. Əlavə olaraq bildirdi ki, hadisənin hansı səbəbdən baş verdiyini bilmir, qardaşına və oğluna kömək olmaq üçün hadisəyə müdaxilə etdikdə onu da döymüşlər. Hadisə təxminən 10-15 dəqiqə davam etmişdir. Onu bıçaqla başından vuran adını sonradan bildiyi Abdulla adlı şəxs olmuşdur. Hadisə vaxtı o özünü və qohumlarını müdafiə etmək, zərərvuranları zərərsizləşdirmək məqsədi ilə müqavimət göstərmişdir. Hazırda onun təqsirləndirilən şəxslərdən şikayət və tələbi yoxdur. Odur ki, qərar qəbul edərkən ifadəsində göstərilənlərin nəzərə alınmasını və təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs6 ifadə verərək bildirdi ki, xx.xx.2022-ci il tarixdə Gəncə şəhərində yerləşən “Şahzadə” şadlıq sarayında dayısının nəvəsi Aygülənin qız toyu mərasimi keçirilmişdir. O həmin toyda iştirak etməmiş, onun əvəzinə atası Təbriz orada iştirak etmişdir. Toyun sonlarına yaxın, saat 21 radələrində atası Təbriz ona zəng edərək gəlib onu avtomobillə evə aparmasını istədiyinə görə o həmin şadlıq sarayına getmişdir. Oraya çatdıqda ikinci mərtəbədə-dəhlizdə dava-dalaş getdiyini, əmisoğlu Eldənizi bir qrup şəxsin döydüyünü görmüşdür. Belə ki, onlardan adını sonradan bildiyi Abdullanın əlində bıçaq olmuşdur. O, Eldənizi müdafiə etmək üçün araya girdikdə əlində bıçaq olan Abdulla bıçağın arxası ilə onun başının arxasına möhkəm zərbə vurmuşdur. Həmin vaxt o, aşağı əyilmiş, əmisioğlu Eldənizi onların əlindən almağa çalışmışdır. Həmin vaxt atası Təbriz onu həmin şəxslərin əlindən alıb şadlıq sarayının içərisinə aparmışdır. Bir qədər sonra o, dəhlizə çıxdıqda xalasıqızının yoldaşı Nəsir, eləcə də atası yanında olmuşdur. Həmin vaxt dava-dalaş başa çatmışdır. Lakin, aşağıda olan şəxslərdən ağ köynəkli və qara şalvarlı olanı onu pilləkənin baş tərəfində görüb aşağıdan yuxarı doğru qaçaraq ona hücum etmiş və yumruqla onun sifətinə möhkəm zərbə vurmuşdur. Həmin vaxt qohumu Nəsir onların qarşısına keçib orada olan qadınlarla birlikdə həmin şəxsi və yanında hücum edən digər şəxsləri pilləkəndən itələyib aşağı düşürtmüşlər. Onu isə qohumları tutub saxlamışlar. Həmin vaxt o, şadlıq sarayının birinci mərtəbəsində Nəsirin və Pərvizin döyüldüklərini görmüş, bundan sonra dava-dalaş başa çatmışdır. Əlavə olaraq bildirdi ki, hadisənin hansı səbəbdən baş verdiyini bilmir, o, əmisoğluna kömək olmaq üçün yuxarı qalxdıqda döyülmüşdür. Dava da bununla qızışmış və geniş vüsət almışdır. Hadisə təxminən 10-15 dəqiqə davam etmişdir. Yumruqla sifətinə vuran şəxs alçaqboylu, ağ köynək və qara şalvarda olmuşdur. Hadisə vaxtı kiməsə zorakılıq etməyə macalı belə olmamışdır. Hazırda onun təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbi yoxdur, barışmışlar. Odur ki, qərar qəbul edərkən ifadəsində göstərilənlərin nəzərə alınmasını və təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ibtidai istintaqa verdiyi və məhkəmədə elan olunmuş ifadəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə Gəncə şəhərində yerləşən “Şahzadə” şadlıq sarayında atası Pərvizin dayısı nəvəsi Aygülənin qız toyu mərasimi keçirilmişdir. Toyun sonlarına yaxın, saat 21 radələrində o, şadlıq sarayının dəhlizində dayanarkən orada tanımadığı şəxslər onu əhatəyə alıb döymək istəmişlər. Həmin vaxt alçaqboylu, ağ rəngli köynəkdə və qara şalvarda olan şəxs onu çəkib kənara aparmaq istədikdə əmisi Eldəniz pilləkənlə qalxıb araya girmiş və onu müdafiə etmişdir. Həmin vaxt orada olan şəxslər əl və ayaq zərbələri ilə Eldənizi döyməyə başlamışlar. Belə ki, əynində göy rəngli cins şalvar, qara rəngli köynək olan və əlində bıçaq olan şəxs Eldənizin başına vurmuşdur. O, qaçıb kömək etmək istədikdə qeyd edilən şəxs anidən onun təpə nahiyəsinin arxa tərəfindən bıçaqla zərbə vurmuşdur. O həmin zərbədən özündən getmişdir. O, özünə gələndə dava başa çatmışdır. Onu vuran şəxsin hansı səbəbdən vurmasını bilmir. Gözünü açanda anası və atasının onun başı üzərində ona yardım etdiklərini görmüşdür. Toyda onun əynində tünd yaşıl rəngli qısaqol köynək və açıq rəngli kətan şalvar olmuşdur. Əlavə olaraq bildirdi ki, hadisə orada olan şəxslərin onu döymək istəmələrinə görə Eldənizin araya girməsi səbəbindən olmuşdur. Hadisə xeyli müddət davam etmişdir. Hadisə vaxtı özü heç kimi vurmamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs5 ifadə verərək bildirdi ki, Gəncə-Samux yolunun üzərində yerləşən “Şahzadə” adlanan şadlıq sarayının müdiridir. Fiziki şəxs olaraq sahibkarlıqla məşğul olur. xx.xx.2022-ci il tarixdə müdiri olduğu şadlıq sarayında toy mərasimi keçirilmişdir. Toyun sonlarına yaxın, yəni saat 21 radələrində şadlıq sarayının ikinci mərtəbəsindəki zalın çıxışında kütləvi dava-dalaş baş vermişdir. Həmin vaxt sərxoş vəziyyətdə olan tanımadığı şəxslər bir-biriləri ilə əlbəyaxa dalaşmışlar. Toyda olan qonaqlar, qadınlar, uşaqlar, hətta yaşlılar da bundan narahatlıq keçirərək toyu vaxtından əvvəl tərk etməli olmuşlar. Dava-dalaş zamanı həmin şəxslər şadlıq sarayının birinci mərtəbəsindəki şüşəli stolu sındırmışlar. Bununla bağlı ona təxminən 120 manat maddi ziyan dəymişdir. Həmin masanı kimin sındırdığını xatırlamır, lakin dəqiq odur ki, davadalaş zamanı sındırılmışdır. Ona dəymiş zərər ödənmişdir. Hazırda onun təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbi yoxdur. Odur ki, qərar qəbul edilərkən ifadəsində göstərilənlərin nəzərə alınmasını və təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 ifadə verərək bildirdi ki, qohum-əqrəba arasında Nəsir adı ilə tanınır. xx.xx.2022-ci il tarixdə Gəncə şəhərində yerləşən “Şahzadə” şadlıq sarayında yoldaşının dayısı nəvəsi Aygülənin qız toyu mərasimi keçirilmişdir. Toyun sonlarına yaxın, saat 21 radələrində şadlıq sarayından çöldə siqaret çəkərkən şadlıq sarayının ikinci mərtəbəsində dava-dalaş getdiyini görmüş və həmin vaxt özü də sərxoş vəziyyətdə olmuşdur. Dava-dalaşı sakitləşdirmək, dalaşanları aralamaq məqsədi ilə ikinci mərtəbəyə qalxmış, həmin vaxt nisbətən sakitçilik yaranmış, lakın qısa vaxt sonra birinci mərtəbədən bir neçə şəxs qaçaraq ikinci mərtəbəyə qalxıb yumruq zərbəsi ilə orada olan bir nəfər gənci döyməyə başlamışlar. O, dalaşanları aralayıb aşağı endirmiş, lakin həmin vaxt dava-dalaşa müdaxilə etmək istədiyinə görə tanımadığı həmin şəxslər onu yerə yıxıb əl və ayaq zərbələri ilə döyməyə başlamışlar. O həmin şəxslərin əlindən güc-bəla ilə ayrılmışdır. Hadisə vaxtı ona fiziki zorakılıq olunsa da, gözlə görünə bilən xəsarət almamış, ona görə də məhkəmə-tibbi ekspertizasından keçməkdən imtina etmişdir. Hadisə vaxtı əynində açıq qəhvəyi rəngli qısaqol köynək və qara rəngli şalvar olmuşdur. Əlavə olaraq bildirdi ki, hadisənin hansı səbəbdən baş verdiyini bilmir, sadəcə özü dalaşanları ayırmaq üçün araya girəndə onu da döymüşlər. Hadisə təxminən 10-15 dəqiqə davam etmişdir. O özünü və qohumlarını müdafiə etmək, zərərvuranları zərərsizləşdirmək məqsədi ilə onlara müqavimət göstərmişdir. Hazırda onun təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbi yoxdur. Odur ki, qərar qəbul edərkən ifadəsində göstərilənlərin nəzərə alınmasını və təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Şahid ibtidai istintaqa verdiyi və məhkəmədə elan olunmuş ifadəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə Gəncə şəhərində yerləşən “Şahzadə” şadlıq sarayında qardaşının qızı Aygülənin toy mərasimi keçirilmişdir. Həmin vaxt qız toyu olduğundan Lənkəran rayon sakini olan oğlan evindən bir-iki nəfər toyda iştirak etmişdir. Toyun sonlarına yaxın, yəni saat 21 radələrində şadlıq sarayının dəhlizində özü və bacısı Aynurə gəlini xına mərasimi üçün bəzəyərkən anidən dava başlamışdır. Belə ki, bibisioğlu Eldənizi orada olan təxminən 4-5 nəfər şəxs əl və ayaq zərbələri ilə vurmaqla döymüşlər. Həmin vaxt o, qışqırıb onları ayırmağa çalışsa da orada olan kənar şəxslər, o cümlədən bibisioğlu Pərviz də dava-dalaşa qoşulmuş, demək olar ki, hər kəs bir-biri ilə əl-ayaq davasına çıxmışdır. Orada olan şəxslərdən adının Abdulla olduğunu sonradan bildiyi şəxsin əlində dəstəyi qəhvəyi rəngli bıçaq olmuşdur. Abdulla həmin bıçağın dəstəyi ilə Pərvizin təpə nahiyəsinə zərbələr vurmuşdur. Həmin davada bibisioğlu Kənan da baş nahiyəsindən xəsarət almışdır. Kənanı kimin vurduğunu dəqiq görə bilməmiş, çünki davadalaş zamanı qarışıqlıq olmuşdur. Hadisə təxminən 10-15 dəqiqə davam etmişdir. Hadisə zamanı şadlıq sarayının şüşə stolu da sındırılmışdır. Bundan başqa, hadisə vaxtı qohumu Nəsir (əsl adı Nəimi) də döyülmüşdür. Hadisə nəticəsində özü heç bir xəsarət almamışdır. Hadisə təxminən 10-15 dəqiqə davam etmiş və hadisə yerində bibisioğlanlarından Eldəniz və Pərviz qardaşları, Pərvizin oğlu Sədir, digər bibisioğlu Kənan, bacısıoğlu Pərvin, Kənanın atası, qohumları Nəsir, o cümlədən Gəncə şəhər sakinləri Abdulla və Ruzigar qardaşları, habelə bir neçə nəfər tanımadığı şəxslər olmuşdur. Bacısıoğlu Pərvin davadalaşda iştirak etməmiş, yalnız qardaşı Eldənizi müdafiə etmək üçün davaya qoşulmuşdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, maddi sübut, ekspert rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: Məhkəmə iclasında hadisəni özündə əks etdirən DVD diskə baxış keçirilən zaman qeyd edilən cinayət hadisəsinin baş verdiyi təsdiqini tapmışdır. «Hadisə yerinə baxış keçirilməsi haqqında» xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Gəncə-Samux şossesində yerləşən “Şahzadə” şadlıq sarayının dəhlizidir. Baxış zamanı dəhlizdə qanabənzər izlər, sındırılmış şüşə stol, şüşə qırıntıları, plastik butulka, ayaqqabı palçığı, kağız dəsmal tullantıları aşkar edilmiş və beləliklə, həqiqətən də dava-dalaş olması müəyyən edilmişdir. Hadisə yerinə baxış keçirilmiş, videokamera ilə çəkiliş aparılaraq fotoşəkillər çəkilmişdir. xx.xx.2022-ci il tarixli 1256/2022 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs3 yüngül dərəcəli alkoqol sərxoşluğu olmuşdur. xx.xx.2022-ci il tarixli 1254/2022 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 yüngül dərəcəli alkoqol sərxoşluğu olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 X7 xx.xx.2022-ci il tarixli, 1311 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs6 bədəni üzərində müəyyən edilmiş xəsarət – ənsə nahiyəsinin səthi yarası – bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmiş, əmələgəlmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 X7 xx.xx.2022-ci il tarixli, 1298 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 bədəni üzərində müəyyən edilmiş xəsarət– ənsə nahiyəsinin əzilmiş yarası – bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmiş, əmələgəlmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 X7 xx.xx.2022-ci il tarixli, 1299 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər– sağ gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sağ göz nahiyəsinin yumşaq toxumalarının əzilməsi, hematoması, sol bazu, bel nahiyələrinin sıyrıqları – bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmiş, əmələgəlmə müddətləri xx.xx.2022-ci il tarixə uyğun gəlir, ağırlıq dərəcələrinə görə sağ gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sağ göz nahiyəsinin yumşaq toxumalarının əzilməsi, hematoması – sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir, sol bazu, bel nahiyələrinin sıyrıqları isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 X7 xx.xx.2022-ci il tarixli, 1302 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər– sağ gicgah, sağ kürək nahiyələrinin sıyrıqları – bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmiş, əmələgəlmə müddətləri xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Cinayət işinin materiallarında olan DVD diskə baxış keçirilməsi protokolundan görünür ki, diskin içərisində üç ədəd fayl var. Birinci fayl 2 dəqiqə 50 saniyədən ibarət videogörüntüdür. Birinci görüntüdə şadlıq sarayının ikinci mərtəbəsində orta və yaşlı şəxslərin, uşaqların, o cümlədən qadınların olması məlum olur. Dörd-beş nəfər gənc oğlanın əynində ağ rəngli şalvar, qara rəngli qısaqol köynək olan gənc oğlanı (bundan sonra şərti olaraq A) əhatəyə alır, həmin vaxt ağ rəngli uzunqol köynəkdə və qara rəngli şalvarda olan nisbətən dolu bədən quruluşlu şəxs (bundan sonra şərti olaraq B) A-nı əlini çiyninə qoymaqla çəkib kənara aparır, onu əhatəyə alan şəxslərdən arıq bədən quruluşlu, gur saçlı, qara rəngli uzunqol köynək və qara rəngli şalvar geyinmiş şəxs (bundan sonra şərti olaraq C) isə onunla mübahisə edir. Həmin vaxt dolu bədən quruluşlu, əynində ağ rəngli qısaqol köynək və açıq boz rəngli şalvar olan şəxs (bundan sonra şərti olaraq D) şadlıq sarayının birinci mərtəbəsindən iti addımlarla pilləkənlə yuxarı çıxıb C-nin sinəsindən tutub dartışdırmağa çalışır, elə bu vaxt altı nəfər, yəni əynində göy rəngli jiletka olan şəxs (bundan sonra şərti olaraq E), ağ rəngli uzunqol köynəkdə və qara rəngli şalvarda olan arıq bədən quruluşlu şəxs (bundan sonra şərti olaraq F), idman cüssəli, qara rəngli uzunqol köynək və qara rəngli şalvarda olan üzü tüklü şəxs (bundan sonra şərti olaraq G), qara rəngli qısaqol köynək və göy rəngli şalvarda olan arıq bədən quruluşlu şəxs (bundan sonra şərti olaraq R), B, o cümlədən C, D-ni əl-qol zərbələri ilə, R isə həmçinin əlində olan predmetlə vurub döyürlər. Görüntünün 1 dəqiqə 5-ci saniyəsində G sağ əlinin yumruğu ilə D-nin sifət nahiyəsinə möhkəm zərbə vurur. Həmin vaxt A davaya qoşulmaq istədikdə qara rəngli uzunqol köynəkdə və qara rəngli şalvarda olan üzü tüklü digər şəxs (bundan sonra şərti olaraq Y) onu tutub kənara çəkir və davadan uzaq dayanırlar. Həmin vaxt qadınlar da D-nin döyülməsinin qarşısını almaq üçün müdaxilə etməyə çalışır, lakin nail ola bilmirlər. Görüntünün 1 dəqiqə 9-cu saniyəsində ağ rəngli qısaqol köynəkdə və tünd rəngli şalvarda olan arıq bədən quruluşlu digər şəxs (bundan sonra V) yuxarıda dava-dalaş olmasını görüb pilləkənlə qaçaraq ikinci mərtəbəyə çıxır və araya girib D-nin döyülməsinə mane olmaq istədikdə qarışıqlıq əsnasında F ilə birlikdə yerə yıxılırlar. Həmin vaxt R əlində olan predmetlə V-nin başının arxa tərəfinə zərbələr vurur, V uzaqlaşır. Ardınca B yumruq zərbəsi ilə V-nin kürəyinin sağ yan hissəsinə bir dəfə zərbə vurur. Bu vaxt E və C təpik zərbələri ilə D-nin ayaq nahiyələrinə zərbələr vurur, G isə idman fəndi işlətməklə D-ni yerə yıxır və onun kürəyinə çıxaraq bir neçə saniyə saxlayaraq ayağa qalxmasına mane olur, sonradan buraxır. Görüntünün 1 dəqiqə 40-cı saniyəsində şadlıq sarayının toy məclisi keçirilən zalından saçı bir qədər ağarmış, nisbətən dolu bədənli, üzərində ağ rəngli zolaqları olan qara qısaqol köynək geyinmiş şəxs (bundan sonra şərti olaraq J) dava-dalaş baş verən yerə çıxaraq müdaxilə etmək istədikdə G yumruq zərbəsi ilə J-ni vurur. Onlar tutaşmağa başlayanda R əlindəki predmetlə J-nin başının arxa tərəfinə bir neç dəfə zərbə vurur və özü də yerə yıxılır. Bu vaxt J ona hücum edərək əlindəki predmeti almağa çalışır, lakin R əlindəki predmetlə yenə onun təpə nahiyəsinə bir neçə dəfə zərbə vurur. Bu vaxt G yumruq zərbələri ilə J-nin sifət nahiyəsinə vurmağa başlayır. Həmin vaxt əynində açıq qəhvəyi rəngli qısaqol köynək və qara rəngli şalvar olan dolu bədən quruluşlu, hündürboylu şəxs (bundan sonra şərti olaraq M) G-yə mane olaraq D-ni döyməsinin qarşısını alır. Görüntünün 2 dəqiqə 9-cu saniyəsində A onun tutub saxlamağa çalışan Y-nin əlindən çıxıb davaya qoşulmaq üçün qaçaraq qarmaqarışıqlıqda yerə yıxılır. Həmin vaxt R əlindəki predmetlə A-nın başının arxa tərəfinə bir dəfə zərbə vurur. Bu vaxt orada olan orta yaşlı şəxs R-i uzaqlaşdırır. Həmin vaxt ikinci mərtəbədə B, J-nin boynundan tutub sıxaraq yerə yıxır və həmin formada sıxıb saxlayır, yaşlı bir şəxs isə onları ayırmağa çalışır. Bu vaxt bir nəfər ağ köynəkli şəxs R-i şadlıq sarayının birinci mərtəbəsindəki tualetə salır ki, dava-dalaş başa çatsın. İkinci fayldakı 2 dəqiqə 20 saniyədən ibarət videogörüntüdən şadlıq sarayının ikinci mərtəbəsində orta yaşlı kişi və qadınların proseslərə aktiv müdaxiləsi nəticəsində nisbətən sakitlik olması, bir nəfər gəncin halı pisləşdiyindən divanda əyləşməsi, şadlıq sarayının birinci mərtəbəsində isə göy rəngli donda olan qadının ayağı ilişib yerə yıxıldığına görə kişilərin onun başına toplaşması müşahidə olunur. Həmin vaxt bir nəfər ağ rəngli donda olan qadın və J əlləri ilə R, G və B-ni pilləkəndən aşağı itələyib uzaqlaşdırmağa çalışırlar. Həmin videogörüntüdə qərəzli zorakılıq müşahidə olunmur. Üçüncü fayldakı 1 dəqiqə 43 saniyədən ibarət videogörüntündən məlum olur ki, ilk saniyələrdən şadlıq sarayının ikinci mərtəbəsində qadınlar və M, əynində üst geyim köynəyi olmayan, ağ rəngli trikotaj yay köynəyində olan şəxsin (V-nin) başına toplaşıb onu qorumağa çalışır, M isə həmçinin onun başının arxa tərəfinə diqqətlə baxır. Həmin vaxt B, ardınca F və E şadlıq sarayının birinci mərtəbəsindən qaçaraq ikinci mərtəbəyə çıxır və B qəflətən yumruq zərbəsi ilə V-nin sifətinə bir dəfə vurur. Həmin vaxt qadınların, M-in və V-nin təzyiqi ilə qeyd edilən şəxslər pilləkəndən birinci mərtəbəyə endirilir, G təpik zərbələri ilə V-ni vurur, eyni zamanda M əli ilə F-in boynundan tutub aşağı çəkərək yerə yıxır. Həmin vaxt B yumruq zərbəsi ilə J-nin sifətinə vurur. Həmin vaxt R, F və G təpik-yumruq zərbələri ilə M-i yerdə döyürlər. D isə onları aralamağa çalışır. Bu vaxt orta yaşlı bir şəxs G-ni özünə tərəf dartır, M də macal tapıb ayağa qalxaraq G-nin ayağından tutub qeyd edilən şəxslə birlikdə onu şüşə masanın üzərinə yıxırlar. Həmin vaxt ikinci və birinci mərtəbələrdə qarışıqlıq müşahidə olunsa da yavaş-yavaş sakitlik yaranır, videogörüntü başa çatır. Baxış zamanı Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 videogörüntülərdə özlərini və digər iştirakçıları tanımaqla R kimi təsvir edilən şəxsin Təqsirləndirilən şəxs1, əlindəki predmetin bıçaq, B kimi təsvir edilən şəxsin Təqsirləndirilən şəxs2, C kimi təsvir edilən şəxsin Emin, E kimi təsvir edilən şəxsin Elmir, F kimi təsvir edilən şəxsin Təqsirləndirilən şəxs3, G kimi təsvir edilən şəxsin Təqsirləndirilən şəxs4, Y kimi təsvir edilən şəxsin isə Pərvin olmasını, videogörüntülərdə olanların hamısının obyektiv həqiqəti əks etdirdiyini, sərxoş olduqları üçün belə hərəkətlərə yol verdiklərini bildirmişlər. "xxxx" MMC-dən alınmış arayışdan məlum olur ki, 1 ədəd üstü şüşəli jurnal masasının qiyməti 120 manat olmuşdur. İşdə olan “Əməliyyat tapşırığıa cavab” məktubundan görünür ki, Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirlərinə baxmayaraq, Emin və Elmir adlı şəxslərin şəxsiyyətlərini, o cümlədən cinayət zamanı istifadə edilən cib bıçağını müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 200 manat cərimə cəzasına məhkum olunmuş və xx.xx.2019-cu il tarixdə cəriməni tam ödəmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 200 manat cərimə cəzasına məhkum olunmuş və xx.xx.2019-cu il tarixdə cəriməni tam ödəmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədə görünür ki, Təqsirləndirilən şəxs2 barəsində olan əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədə görünür ki, Təqsirləndirilən şəxs4 barəsində olan əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2022-ci il tarixli 4597 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs3 Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2022-ci il tarixli 4598 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2022-ci il tarixli 4599 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2022-ci il tarixli 4600 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs4 Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Azərbaycan Respublikası Gəncə şəhər Narkoloji Dispanserin xx.xx.2022-ci il tarixli 4267 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 Gəncə şəhər Narkoloji Dispanserdə qeydiyyatda durmur. Azərbaycan Respublikası Gəncə şəhər Narkoloji Dispanserin xx.xx.2022-ci il tarixli 4268 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs4 Gəncə şəhər Narkoloji Dispanserdə qeydiyyatda durmur. Azərbaycan Respublikası Gəncə şəhər Narkoloji Dispanserin xx.xx.2022-ci il tarixli 4266 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 Gəncə şəhər Narkoloji Dispanserdə qeydiyyatda durmur. Azərbaycan Respublikası Gəncə şəhər Narkoloji Dispanserin xx.xx.2022-ci il tarixli 4262 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs3 Gəncə şəhər Narkoloji Dispanserdə qeydiyyatda durmur. Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında 01 mart 2023-cü il tarixli qərardan görünür ki, həmin cinayət işindən Emin və Elmir adlı şəxslərin törətdikləri xuliqanlıq cinayəti ilə bağlı fakta görə CM-nin 221.2.1 və 221.2.2-ci maddələri ilə ********* nömrəli cinayət işi ayrılaraq icraata qəbul edilmişdir. Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 ilə barışıq əldə etmiş, onlardan heç bir şikayət və tələbi yoxdur. Ona dəymiş zərər ödənilmişdir. Zərərçəkmiş şəxs3 atası Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 ilə barışıq əldə etmiş, onlardan heç bir şikayət və tələbi yoxdur. Ona dəymiş zərər ödənilmişdir. Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 ilə barışıq əldə etmiş, onlardan heç bir şikayət və tələbi yoxdur. Ona dəymiş zərər ödənilmişdir. Zərərçəkmiş şəxs4 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 ilə barışıq əldə etmiş, onlardan heç bir şikayət və tələbi yoxdur. Ona dəymiş zərər ödənilmişdir. Zərərçəkmiş şəxs6 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 ilə barışıq əldə etmiş, onlardan heç bir şikayət və tələbi yoxdur. Ona dəymiş zərər ödənilmişdir. Zərərçəkmiş şəxs5 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 ilə barışıq əldə etmiş, onlardan heç bir şikayət və tələbi yoxdur. Ona dəymiş zərər ödənilmişdir. Azərbaycan Respublikası Medalının № İ-7589 nömrəli vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Medalının № İ-13231 nömrəli vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Medalının № İ-72083 nömrəli vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. AZ-İV seriyalı, 744183 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə X4 doğulmuşdur. Valideynləri: atası - Təqsirləndirilən şəxs2, anası – X3 qeyd edilmişdir. Elektron Məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs4 "xxxx" MMC-də qablaşdırıcı vəzifəsində işləyir. “Şübhəli şəxsin tutulması haqqında” 29 iyul 2022-ci il tarixli protokoldan və cinayət işinin materiallarından görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs1 29 iyul 2022-ci il tarixdən 31 iyul 2022-ci il tarixədək 02 (iki) gün şübhəli şəxs qismində həbsdə saxlanılmış və 31 iyul 2022-ci il tarixdə onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək, o, MSY-dən azad edilmişdir. “Şübhəli şəxsin tutulması haqqında” 29 iyul 2022-ci il tarixli protokoldan və cinayət işinin materiallarından görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs3 29 iyul 2022-ci il tarixdən 31 iyul 2022-ci il tarixədək 02 (iki) gün şübhəli şəxs qismində həbsdə saxlanılmış və 31 iyul 2022-ci il tarixdə onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək, o, MSY-dən azad edilmişdir. “Şübhəli şəxsin tutulması haqqında” 29 iyul 2022-ci il tarixli protokoldan və cinayət işinin materiallarından görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs2 29 iyul 2022-ci il tarixdən 31 iyul 2022-ci il tarixədək 02 (iki) gün şübhəli şəxs qismində həbsdə saxlanılmış və 31 iyul 2022-ci il tarixdə onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək, o, MSY-dən azad edilmişdir. “Şübhəli şəxsin tutulması haqqında” 30 iyul 2022-ci il tarixli protokoldan və cinayət işinin materiallarından görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs4 30 iyul 2022-ci il tarixdən 31 iyul 2022-ci il tarixədək 02 (iki) gün şübhəli şəxs qismində həbsdə saxlanılmış və 31 iyul 2022-ci il tarixdə onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək, o, MSY-dən azad edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 qərəzli xuliqanlıq hərəkətləri etmiş, bununla ictimai təhlükəli əməli törətmiş və onların əməlində cinayət tərkibinin bütün əlamətlərinin olması tam sübuta yetirilmişdir. Onlara qarşı elan edilmiş ittihamda təqsirli olması, özlərinin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadələri, şahid ifadəsi və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxslərin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin mənasına görə, xuliqanlıq, həmin Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunması ilə törədildikdə həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir: «Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin bu kateqoriyadan olan işlərə baxılması zamanı qanunvericiliyin tələblərinə əməl edilməsinin təmin edilməsi məqsədi ilə məhkəmələrə ünvanlanmış 18 may 2010-cu il tarixli 2-277-10 nömrəli icmal məktubunda qeyd olunmuşdur ki, xuliqanlıq hərəkətləri müxtəlif formada ifadə olunsa da, onların hamısı üç əlamətə malik olmalıdır: yəni, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalı, belə pozuntu cəmiyyətə qarşı açıqcasına hörmətsizlik ifadə etməli, həmçinin vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 nömrəli Qərarında da göstərilmişdir ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. İctimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Yusifovanın şikayəti üzrə 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq- öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. CM-nin 221-ci maddəsi xuliqanlıq cinayət əməlini - ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; şəxslər üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər - təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 törətdiyi cinayət əməli onların özlərinin, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspertiza rəyləri, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Bununla əlaqədar Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından onlara cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Həmin Qərarda qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxslərə cəza təyin edərkən onların şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.6-cı maddəsinin tələbinə uyğun olaraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmiş hallar məhkəmənin hökmündə təqsirləndirilən şəxslərin hər birinə aid olan hissədə ayrı-ayrılıqda qeyd edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 törətdiyi əməli etiraf edərək peşman olmasını, zərərçəkmiş şəxslərlə barışmasını, dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və Vətən Müharibəsi iştirakçısı olmaqla “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halları nəzərə alaraq Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə cəzanın təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 əsas cəza kimi yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi cinayətin az ağır cinayətlər kateqoriyasına aid olmasını, habelə onun şəxsiyyətini xarakterizə edən halları, törətdiyi əməli etiraf etməsini və əməlindən səmimi peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, Vətən Müharibəsi iştirakçısı olmaqla “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilməsini və yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən digər halları, eləcə də cəzanı ağırlaşdıran halların mövcud olmadığını, törətdiyi cinayət əməlinin ağırlıq dərəcəsini və nəticələrinə dair məsuliyyəti dərk etməsini, ibtidai istintaq və məhkəmə baxışı zamanı üzərinə düşən cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, habelə məhkəmə iclasındakı davranışını, işin digər mühüm və diqqətəlayiq hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını çəkmədən də islah olunması mümkündür. Ona görə də, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqini daha məqsədə uyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum edilmiş şəxsə sınaq müddəti müəyyən edilməli və CM-in 70.5-ci maddəsinə əsasən iş və daimi yaşayış yerini dəyişərkən onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermək vəzifəsi qoyulmalı, hökmün icrasına nəzarət isə yaşayış yeri üzrə İcra və Probasiya qurumuna həvalə edilməlidir. Həmçinin, Təqsirləndirilən şəxs1 təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesab edilməlidir. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə günə gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs1 həbsdə qaldığı 2 (iki) gün müddəti nəzərə alaraq hesab edir ki, həbsdə qaldığı bir gün azadlıqdan məhrum etmənin bir gününə bərabər tutularaq, cəmi 02 (iki) gün müddət ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. İttiham hökmü qanuni qüvvəyə minənədək təsqirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət-Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 törətdiyi əməli etiraf edərək peşman olmasını, zərərçəkmiş şəxslərlə barışmasını, dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, himayəsində bir azyaşlı uşağının olmasını, Vətən Müharibəsi iştirakçısı olmaqla “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs3 törətdiyi əməli etiraf edərək peşman olmasını, zərərçəkmiş şəxslərlə barışmasını, dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəmiyyətdən təcrid edilmədən islah olunma imkanları tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından onlara azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası ilə yanaşı təqsirləndirilən şəxslərin təqsirləndirildiyi maddənin sanksiyasında daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzası alternativ olaraq nəzərdə tutulmuşdur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə cəzanın növünü və həddini təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Beləliklə, məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmin Məcəllənin 52-1.3.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək əlavə vəzifəsi müəyyən edə bilər. Odur ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üzərinə yaşayış yerini axşam saat 00:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri, Samux rayonu və Göygöl rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Həmçinin, məhkəmə qeyd edir ki, hökmün icrasına nəzarət isə yaşayış yeri üzrə İcra və Probasiya qurumuna həvalə edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxslərin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 həbsdə qaldığı 2 (iki) gün müddəti nəzərə alaraq hesab edir ki, həbsdə qaldığı bir gün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutularaq, cəmi 4 (dörd) gün müddət onlara təyin ediləcək cəzadan çıxılmalı və üzərilərində qəti cəza saxlanılmalıdır. İttiham hökmü qanuni qüvvəyə minənədək təsqirləndirilən şəxslərə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət-Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs4 törətdiyi əməli etiraf edərək peşman olmasını, zərərçəkmiş şəxslərlə barışmasını, dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və ailədə yeganə qazanc gətirən şəxs olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs4 barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs4 cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, törətdiyi əməlin nəticələrinə dair məsuliyyəti dərk etməsini, ibtidai istintaq və məhkəmə baxışı zamanı üzərinə düşən cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, məhkəmə iclasındakı davranışını, işin digər mühüm və diqqətə layiq hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, daimi iş yerinin olmasını, həmçinin cəzasını yüngülləşdirən halları nəzərə alaraq, onun cəmiyyətdən təcrid olunmadan da islah olunmasını mümkün sayır və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs4 cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddəsi ilə islah işləri cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.22-ci maddəsində nəzərdə tutulmuş məsələni həll edərək məhkəmə hesab edir ki, cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs4 əmək haqqından dövlət nəfinə ilk tutulmanın aparıldığı tarixdən hesablanmalıdır. Həmçinin, hökmün icrasına nəzarət isə yaşayış yeri üzrə İcra və Probasiya qurumuna həvalə edilməlidir. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin islah işləri növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti islah işləri növündə cəzanın müddətinə bir günə dörd gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs4 həbsdə qaldığı 2 (iki) gün müddəti nəzərə alaraq hesab edir ki, həbsdə qaldığı bir gün islah işləri cəzasının 04 (dörd) gününə bərabər tutularaq cəmi 08 (səkkiz) gün müddət ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. İttiham hökmü qanuni qüvvəyə minənədək təsqirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət-Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut kimi tanınmış hadisənin görüntülərini özündə əks etdirən 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. Məhkəmə dövründə Təqsirləndirilən şəxs1 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 50 (əlli) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına (03 may 2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 ödənilməsi üçün onun işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına 300 (üç yüz) manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Eyni zamanda, məhkəmə dövründə Təqsirləndirilən şəxs2 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 50 (əlli) saat vaxt sərf olunmuşdur. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 ödənilməsi üçün onun işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına 300 (üç yüz) manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Eyni zamanda, məhkəmə dövründə Təqsirləndirilən şəxs3 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs3 hüquqlarının müdafiəsi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 50 (əlli) saat vaxt sərf olunmuşdur. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi4 ödənilməsi üçün onun işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına 300 (üç yüz) manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Eyni zamanda, məhkəmə dövründə Təqsirləndirilən şəxs4 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs4 hüquqlarının müdafiəsi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 50 (əlli) saat vaxt sərf olunmuşdur. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi3 ödənilməsi üçün onun işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına 300 (üç yüz) manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia, xüsusi müsadirə edilməli əmlak və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 29 iyul 2022-ci il tarixdən 31 iyul 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə sınaq müddəti ərzində iş və daimi yaşayış yerini dəyişərkən onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermək vəzifəsi qoyulsun. Hökmün icrası yaşayış yeri üzrə İcra və Probasiya qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 29 iyul 2022-ci il tarixdən 31 iyul 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutularaq cəmi 04 (dörd) gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini axşam saat 00:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri, Samux rayonu və Göygöl rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası yaşayış yeri üzrə İcra və Probasiya qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 29 iyul 2022-ci il tarixdən 31 iyul 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutularaq cəmi 04 (dörd) gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 üzərinə yaşayış yerini axşam saat 00:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri, Samux rayonu və Göygöl rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası yaşayış yeri üzrə İcra və Probasiya qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona hər ay qazancından dövlət nəfinə 10 % məbləğində pul tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətinə islah işləri cəzası təyin edilsin və cəzasını iş yeri üzrə çəksin. Təqsirləndirilən şəxs4 30 iyul 2022-ci il tarixdən 31 iyul 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın 01 (bir) günü islah işləri cəzasının 04 (dörd) gününə bərabər tutularaq cəmi 08 (səkkiz) gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 22 (iyirmi iki) gün müddətə islah işləri cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs4 əmək haqqından dövlət nəfinə ilk tutulmanın aparıldığı tarixdən hesablansın. Hökmün icrası yaşayış yeri üzrə İcra və Probasiya qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış hadisənin görüntülərini özündə əks etdirən 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs1 məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi1 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 300 (üç yüz) manat məbləğində pul Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs2 məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi2 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 300 (üç yüz) manat məbləğində pul Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs3 məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi4 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 300 (üç yüz) manat məbləğində pul Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs4 məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi3 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 300 (üç yüz) manat məbləğində pul Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Asif Əliyev
Məhkəmə qərarları › İş №1(125)-20/2024
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-20/2024
09.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver