Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-20/2025 29.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, dövlət ittihamçısı - Dövlət ittihamçısı, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, müdafiəçi – Gəncə şəhəri Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1986-cı ildə Gədəbəy rayonunda anadan olmuş, azərbaycanlı, Azərbşycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, məhkum olunmamış, Gədəbəy rayonu, Çalıburun kəndində qeydiyyatda olmaqla yaşayan barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Aparılmış istintaq zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs özünün əlillik pensiyası düzəldən tanışlarının olmasına inandırıb sonuncunun azyaşlı övladları. xx.xx.2011-ci il təvəlüdlü ibrahim Məmmədlini və xx.xx.2012-ci il təvəllüdlü Mahsum Məmmədliyə pensiya təyin etdirəcəyini vəd edərək aralarında yaranmış etibarlı münasibətlərdən sui-istifadə etməklə vahid niyyətlə 2019-cu ilin iyun ayında istintaqa dəqiq məlum olmayan günda ünvan 1ində Zərərçəkmiş şəxs işlədiyi bərbərxananınjçərisindö 5500 manat məbləğində nəğd pulu, xx.xx.2019-cu il tarixdə eyni niyyətlə 1500 manat nəğd pulu ünvan 1i ünvanında yerləşən "xxxx" MMC-in poç filialından, həmin MMC-in Gəncə şəhər filialına göndərtdirərək ələ keçirməklə Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikası CMnin 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, üzləşdirmə protokolları, istintaq hərəkətlərinin protokolları və işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Gəncə şəhər ATS MMC-də mantyor vəzifəsində işləyir. Zərərçəkmiş şəxs Elmin kimi tanıyır. Onunla təxminən 20 ildir ki, tanışdır və aralarında yaxşı münasibət olmuşdur. Zərərçəkmiş şəxs müraciəti üzrə bildirir ki, o, maddı imkanı zəif olduğu üçün ilk dəfə təxminən 2019-cu ilin aprel - may aylarında 1500 manat borc pul almışdır. Bundan təxminən 20 gün sonra ona yenidən |pul lazım olduğu üçün o, Sahibdən 2500 manat da borca pul almışdır. 2019-cu ilin axırlarında ucuz qiymətə bal tapdığı üçün o, şərikinə bal alveri etmək məqsədilə Sahibdən yenə pul istəmiuşdir. O, həmin pulu alıb bal alveri edib əldə etdiyi qazancdan Sahibə də verməli idi. Həmin vaxt o, Gəncə şəhərində olmuşdur. O, ona 1500 manat pulu poçt vasitəsi ilə İlqar adlı uzaqdan tanıdığı, münasibəti olmayan şəxsin adına pul vurmuşdur. O, şəxsiyyət vəsiqəsi üzərində olmadığı üçün İlqardan, şəxsiyyət vəsiqəsini verməyi bildirmişdir. O, pulu Gəncə şəhərində yerləşən "xxxx" MMC-dən götürmüşdür. Bundan əlavə, o, Zərərçəkmiş şəxs borc olaraq ünvan 1ində yerləşən mağazada da 700 manat almışdır. 2020-ci ildə o, Sahibə olan borclarını qaytarmamışdır. Həmin vaxtı onların münasibətləri davam etmişdir. Həmin ərəfədə Sahiblə birlikdə Gəncə şəhərində aksesuar mağazası açmaq qərarına gəlmişlər. Sahib isə dayısı arvadının ona Rusiya Federasiyasından kredit götürüb göndərəcəyini demişdir. O da razılıqlarına əsasən gedib Bakı şəhərindən 2020-ci ilin sentyabr ayında 21500 manat dəyərində telefon aksesuarları alıb Gəncə şəhərinə gəlmişdir. Gəncə şəhərində qızlar yataqxanasının yaxınlığında aksesuar mağazası açmışlar. Həmin vaxt Sahib bir ay müddətində ona şərik işləməkləri üçün əlavə 7000 manat da pul vercəyini demişdir. Mağazada onlar Sahiblə birlikdə malları açıb vitrinlərə yığmışlar. Mağazanı açdıqdan sonra Sahib Bakı şəhərinə getmiş, həmin günün səhəri binada kanalizasiya xəttində olan problem səbəbindən mağazaya su dolub onların aksesuarlarını məhv etmişdir. O da Sahibə zəng edib bu haqda məlumat vermişdir. Sahib həmin gün malların yararsız hala düşməsi səbəbindən şərik olmaqdan imtina etmişdir. Bundan xeyli sonra Sahib ona zəng edib anası xəstə olduğu üçün ondan pul istəmişdir. O da gəlib Gədəbəy rayonu İMiskinli kəndində Sahiblə görüşüb ona əlavə olaraq 920 manat pul vermişdir. Bütün bu məsələlərdən sonra onun Sahibə ümumilikdə 7300 manat borcu qalmışdır. O da maddi imkanı zəif olduğu üçün bu pulları qaytara bilməmişdir. 2021-ci ildə Zərərçəkmiş şəxsla aralarında söhbət edən zaman azyaşlı uşaqları Mahsum və İbrahimi əlillik pensiyasına düzəltmək istədiyini deyib ona kömək etməyini xahiş etmişdir. Həmin vaxt o, ona tanışlarının olduğunu deyib köməklik edəcəyini bildirmişdir. O da Zərərçəkmiş şəxs bildirmişdir ki, pensiya düzəldilməsi üçün 5500 manat pul lazımdır. O, 5500 manat pulun üzərinə də 900 manat pul qoyub ona verməsini, Sahib də borcundan siləcəyini bildirmişdir. Buna baxmayaraq pensiya işi düzəltmək çətin olduğu üçün o, adam tapa bilməmişdir. Həmin vaxtlar maddi imkanı da yerində olmadığı üçün o, pullarını da qaytara bilməmişdir. Mağazada da ziyanlıq etdiyinə görə ona olan borcunu qaytarmaq istəməmişdir. Sahib və anası Şahid1 ona dəfələrlə zəng edib maraqlandıqda yaxşı olacağını demişdir. O, Zərərçəkmiş şəxs ümumilikdə qazanclı, borcu 7300 manat pul almışdır. Həmin puldan 1400 manat və 920 manatını əvvəlcədən ödəmişdir. Həmçinin, 300 manatını isə polis şöbəsində vermişdir. Yerdə qalan pula isə Sahibin övladlarını pensiyaya düzəltmək üçün razılığa gəlmişdir. Lakin, həmin işi görə bilmədiyi üçün o pulları da ziyanı olduğu üçün həmin ziyanı ödəmək üçün xərcləmişdir. Lakin, pulların bir qismini borc kimi aldığı üçün özünü qismən təqsirli bilir, işə əlavə edilmiş DVD’’ diskdəki səslər ona məxsusdur. Sahibin anasına həmin səsdə o, əlillik pensiyasının 3 illik olduğunu demişdir və alınmasa pulu qaytaracağını bildirmişdir. İfadəsinin sonunda o, dəymiş ziyandan 3900 manat ödəniş etdiyini əsas gətirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı ifadə verərək bildirmişdir ki, o Təqsirləndirilən şəxs uşaqlıqdan tanıyır. Belə ki, o, onlarla qonşu kənddə yaşayır. Uzun müddətdir ki, Famillə aralarında dostluq münasibətlər yaranmışdır. Famil ilk dəfə ondan 2019cu ilin may ayında atasını pensiyaya düzəltdiyini və pulunun çatmadığını deyib 3000 manat borca pul istəmişdir. Həmin vaxt qısa müddətdə borcu qaytaracağını desə də, qaytara bilməmişdir. Həmin vaxt pula ehtiyacı olmadığından və aralarında münasibət olduğundan şikayət etməmişdir. O, onun yanına gəlib-getdikcə pensiya işi düzəltməsi haqqında tez-tez danışmışdır. 2019-cu ilin may ayının sonlarında söhbətləri zamanı azyaşlı uşaqlarını 1-ci qrup əlillik dərəcəsi ilə pensiyaya düzəltməyi ona təklif etmişdir. O da onunla razılaşmışdır. O, iki oğlunu ümumilikdə 5500 manat pula təqaüdə çıxaracağını demişdir. O, həmin vaxt Familə uşaqlarına pensiya düzəltməsi uçün onda 3000 manat pulumun olmasını və əlavə 2500 manat pul verməyini təklif etmişdir. Famil isə cavabında həmin pulu borc aldığını 3000 manatı ya qaytaracağını, ya da uşaqlarının işi alındıqdan sonra özünü pensiyaya çıxaracağını, uşaqlarının işi üçün ayrılıqda 5500 (beş min beş yüz) manat pul verməyini demişdir. O, Familin danışıqlarından və onunla aralarında olan yaxın münasibtədən ona tam şəkildə inanmışdır. Buna görə də, o, anası Sədaqətə bu haqda danışmışdır. Anası Sədaqətdə onunla razılaşıb evlərində olan 5500 manat pulu ona vermişdir. O, bundan sonra 2019-cu ilin iyun ayında azyaşlı uşaqları X3 və X4 pensiyasını düzəltməsi üçün 5500 manat pulu işlədiyi bərbərxanada Familə vermişdir. O, Familə həmin pulu verən zaman yanlarında heç kəs olmamışdır. Bundan sonra Famil onu hər ay düzələək deyə-deyə işin müddətini uzatmışdır. 2019-cu ilin təxminən dekabr ayında Famil ona pensiya işini düzəltmək üçün təcili olaraq əlavə 1500 manat pul lazım olduğunu demişdir. O da verdiyi puldan əlavə olaraq xx.xx.2019-cu il tarixdə 1500 manat pulu kəndlərində yerləşən poçt məntəqəsindən Familin şəxsiyyət vəsiqəsini ona göndərdiyi Şahid2 Nurəddin oğlunun adına göndərmişdir. Bundan sonra hissə-hissə Famil ondan əlavə olaraq 1300 manat da borc pul almışdır. Buna baxmayaraq Famil ondan aldığı 4300 manat borcu və pensiya düzəltmək üçün almış olduğu 7000 manat pulu geriyə qaytarmamışdır. Həmçinin, pensiya işlərini də düzəltməmişdir. İfadəsinin sonunda isə bildirmişdir ki, Təqsirləndirilən şəxs dəymiş ziyandan 3900 manat ödəmişdir, buna görə də sonuncuya yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şahid1 vəfat etməsi səbəbindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı Şahid1 ifadəsində göstərmişdir ki, o, Gədəbəy rayonu, Çalburun kəndində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. onkoloji xəstəliklə bağlı pensiya alır. Zərərçəkmiş şəxs onun oğlu X7 və X5 isə onun nəvələridir. Təqsirləndirilən şəxs təxminən 2017-ci ildən tanıyır. Qeyd edir ki, onun oğlu Zərərçəkmiş şəxs ünvan 1inin mərkəzində uzun müddətdir ki, bərbərlik edir. Kənd sakinləri Sahibi “Elmin” kimi tanıyırlar. Famil bir neçə dəfə oğlum Sahibin yanına gedib saçını kəsdirirərkən aralarında münasibət yaranmış və pensiya düzəldə bildiyinə oğlumu inandırmışdır. Həmin vaxt o, oğlumdan əvvəlcə 3000 manat borca pul istəmişdir. Oğlum Sahib də ona həmin vaxt istədiyi pulu vermişdir. Bundan sonra o, oğlum Sahibə onun azyaşlı uşaqları İbrahim və Mahsuna pensiya düzəltməyi təklif etmişdir. Sahib də bunun üçün gəlib mənimlə məsləhətləşdi və razılaşdı ki, uşaqlara pensiya düzəltsinlər. 2019cu ilin yay aylarında oğlu Sahib nəvələrinin sənədlərini və 5500 manat pulu düzəldib Familə verdi. Həmin vaxtdan Famil müxtəlif bəhanələrlə işin düzəlcəyini vəd etdi. 2019-cu ilin sonlarında dəqiq xatırlamadığı vaxtda Famil oğlu Sahibə zəng edib pensiya üçün əlavə olaraq 1500 manat pulun da təcili lazım olduğunu bildirdi. Bu səbəbdən həmin vaxt oğlum 1500 manat pulu Miskinli kəndi ərazisindən poçt məntəqəsindən Familə göndərmişdir. Sonradan Familin işi düzəltmədiyini görüb özü də onunla bir neçə dəfə zəng edib danışmışdır. Həmin vaxt Famil pensiyanın düzəlməyəcəyi halda pulunu qaytaracağını dedi. Onu da qeyd etmək istəyir ki, pensiya düzəltməyi söz verdiyi müddətdə Famil müxətlif vaxtlarda oğlu Zərərçəkmiş şəxs borc pul istəmiş, oğlu da ona ümumlikdə hissə-hissə 1300 manat da borca pul vermişdir. Beləliklə Təqsirləndirilən şəxs oğlumdan ümumilikdə 4300 manat borc pul almış, 7000 manat isə ikisinin birlikdə pullarını nəvələrini pensiyaya düzəltmək üçün dələduzluq yolu ilə keçirmişdir. Onun tələbi onlara vurduğu ziyanı qısa müddətdə ödəməsidir. Məhkəmə iclasında Şahid2 Nurəddin oğlunun məhkəmə iclasında iştirak etməməsi səbəbindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı Şahid2 Nurəddin oğlu ifadəsində göstərmişdir ki, o, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, Göy-Göl rayonu Yalqışlaq kəndində yaşayır. Heç bir yerdə şləmir. İİ qrup əlilliyə görə təqaüd alır. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanımır. Onlarla heç bir münasibəti ədavət və düşmənçiliyi yoxdur. xx.xx.2019-cu il tarixdə o, Gəncə şəhəri, "xxxx" MMC-nin qarşısına öz işi ilə bağlı getmişdir. Orada bir nəfər tanımadığı hazırda isə xatırlamadığı şəxs ona yaxınlaşıb ona Gədəbəy rayonundan pul gələcəyini və təcili olaraq həmin pulu götürməli olduğunu deyib ondan vəsiqəsini istəmişdir. O, isə ona yazığı gəlib vəsiqəsini ona vermişdir. Həmin şəxs onun ad soyadını və digər vacib məlumatları telefonla danışdığı şəxsə demişdir. Bundan təxminən 10-15 dəqiqə sonra həmin şəxslə birlikdə poçta daxıl olmuşdur. Orada onun adına göndərilmiş 1500 manat pulu həmin şəxsə vermişdir. Bundan sonra həmin şəxsi görməmişdir. Həmin şəxsi tanımır. O, həmin puldan heç bir gəlir əldə etməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 08 sentyabr 2023-cü il tarixli toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq icraata qəbul edilmişdir. (i.v.- 1); - 03 avqust 2023-cü il tarixli “diskə baxış keçirilməsi” haqqında protokoldan görünür ki, Famil Dilənçi oğlunun iş uzrə əhəmiyyət kəsb edən səs yazıları olan “CD” diskə baxış keçirilən zaman “K- Ömrün uzun olsun, Allah şəfanı versin;Q- Oldu, sağol; K- İnşallah mart ayının axırı yanına gələjəm, pullu paralı;Q- Qadan alem uşağı ləğv elə düzəltməyi, yalnız puluca al, boş şeydi, bu düzələcək gələn il kəsəcəklər, ay bala;K- Yox gələn il kəslmellər üç illiy olor;Q- Vopşe dana(ümumiyyətlə); K- Oldu, mənim gözüm üstə; Q- Gözün varolsun, sağol davay, inşallah filan vaxtı görüşərik; məzmunlu səs yazıları müəyyən edilmişdir (i.v.33- 35); - 08 sentyabr 2023-cü il tarixli “şübhəli şəxsin tutulması” haqqında qərardan və protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur; Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:00-da şübhəli şəxs qismində tutulmuşdur (i.v. 51-52, 61); - 09 sentyabr 2023-cü il tarixli “üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə ittiham elan edilməli olan şəxs Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və Zərərçəkmiş şəxs ifadəsində göstərilənləri Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. (i.v – 70-74); - 10 sentyabr 2023-cü il tarixli “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” qərardan görünür ki, CM-nin 178.2.4-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilmişdir (i.v.- 80- 82); - 10 sentyabr 2023-cü il tarixli “təqsirləndirilən şəxsin MSY-dən azad olunması və barəsində qətimkan tədbirinin seçilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v.- 87-88); - xx.xx.2023-cü il tarixli DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır (i.v.- 107); - 18 oktyabr 2023-cü il tarixli Gədəbəy rayon X6 Hüquqi şəxsindən əldə olunmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs psixonevroloji kabinetdə qeydiyyatdadır (i.v.108); - 16 noyabr 2023-cü il tarixli Gədəbəy Rayon Çalburun kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin arayışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2012-ci il təvəllüdlü və xx.xx.2013-cü il təvəllüdlü övladları himayəsindədir. (i.v. 139); - 06 noyabr 2023-cü il tarixli "xxxx" MMC-in X14 Filialından daxil olmuş məktubda görünür ki, 2019-cu il tarixdə Zərərçəkmiş şəxs tərəfindən Gədəbəy rayon X9 poçt şöbəsindən 3 halda pul göndərişi edilmişdir: xx.xx.2019-cu il tarixdə Zərərçəkmiş şəxs hesabından X2 hesabəına 31,50 (otuz bir tam yüzdə əlli) manat; xx.xx.2019-cu il tarixdə Zərərçəkmiş şəxs hesabından Təqsirləndirilən şəxs Dilıənçi oğlunun hesabına 660,40( altı yüz altmış tam yüzdə qırx) manat; xx.xx.2019-cu il tarixdə Zərərçəkmiş şəxs hesabından Şahid2 Nurəddin oğlunun hesabına 1514 (min beş yüz on dörd) manat (i.v. 111-113); - Miskinli kənd İƏD üzrə nümayəndə tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. (i.v. 118); -Gədəbəy RİH başçısının Çalburun kənd İƏD üzrə nümayəndə əvəzinin verdiyi xasiyyətnamədən görünür ki, nümayəndəliyə Təqsirləndirilən şəxs barəsində mənfi materiallar daxil olmamışdır (i.v. 140); - 16 noyabr 2023-cü il tarixli, 726 nömrəli “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X12 ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs cinayət törədərkən anlaqlı olmuş və törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 21 cə 22-ci maddələrinin təsifri altına düşmür. (i.v. 143-145); - 06 dekabr 2023-cü il tarixli “cinayət işi üzrə ibtidai istintaq müddətinin uzadılması barədə” qərardan görünür ki, Gədəbəy rayon polis şöbəsinin istintaq bölməsində CM-nin 178.2.4-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə istintaq müddəti 02 ay müddətinə, 4 ayadək, yəni, 12 dekabr 2023-cü il tarixdən 12 fevral 2023-cü il tarixədək uzadılmışdır. (i.v – 158-159); - 07 dekabr 2023-cü il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə CM-nin 178.2.4-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir. (i.v. 160); - 07 dekabr 2023-cü il tarixli “təqsirləndirilən şəxsin dindirilməsi” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.4-cü maddəsi ilə özünü qismən təqsirli bilmişdir (i.v. 170-172); - xx.xx.2024-cü il tarixli 3-13-16-3/2-2326/2024 nömrəli Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Baş Dövlət Yol Polisi idarəsi BDYPİ-nin Gəncə RQİTBŞ-nin məktubundan görünür ki, Təqsirləndirilən şəxs məxsus qeydiyyatda nəqliyyat vasitəsi yoxdur (i.v. 195); - 05 aprel 2024-cü il tarixli 3-21-3-33/2-3550/2024 nömrəli Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi idarəsinin məktubu ilə müəyyən edilmişdir ki, 1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs adına 3 saylı Əmlak Ərazi idarəsində elektron bazaya toplanmış məlumatlara, arxiv materiallarına, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim edilmiş elektron baza məlumatlarına, habelə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş kadastr, tam olmayan anket və elektron baza məlumatlarına əsasən Gəncə şəhəri, Göygöl, Samux, Daşkəsən rayonları üzrə qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. (i.v. 198); - 10 aprel 2024-cü il tarixli “ təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v. 217-218) - 17 aprel 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, iş üzrə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahid ifadələri, üzləşdirmə protokolları, ekspert rəyi, 1 ədəd CD disk və digər istintaq hərəkəti protokolları sübut kimi qiymətləndirilmişdir. (i.v. 224-234); - 29 iyul 2024-cü il məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs dəymiş ziyandan 900 manat hissəsini məhkəmə vasitəsilə ödədiyini bildirmişdir. - 05 noyabr 2024-cü il tarixli 1(125)-290/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir - 23 noyabr 2024-cü il tarixli Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdə 551260 nömrəli axtarış işi açılaraq axtarış elan olunmuşdur. - 06 dekabr 2024-cü il tarixli “axtarışda olan şəxsin tutulması” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:20 radələrində Gəncə şəhəri ərazisində saxlanılaraq Gəncə şəhər BPİ-nin MSY-nə təhvil verilmişdir. - 07 dekabr 2024-cü il tarixli Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:20 radələrində Gəncə şəhəri ərazisində saxlanılaraq Gəncə şəhər BPİ-nin MSY-nə təhvil verilmişdir. - 09 dekabr 2024-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 2 saylı İstintaq Təcridxanasının məktubundan görünür ki, Təqsirləndirilən şəxs məhkəmənin xx.xx.2024-cü il tarixli qərarına əsasən həbs edilərək xx.xx.2024-cü il tarixdə müəssisəyə daxil olmuşdur. -14 yanvar 2025-ci il məhkəməyə təqdim edilmiş qəbzdən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs 7000 manat dəymiş ziyandan 2200 manat hissəsini ödədiyini bildirmişdir. - Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(125)-20/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş və o, dərhal məhkəmə iclas zalında həbsdən azad olunmuşdur. - 04 mart 2025-ci il tarixli və 15 may 2025-ci il tarixli məhkəməyə təqdim edilmiş qəbzlərdən görünür ki, Təqsirləndirilən şəxs 300 (üç yüz) manat və 500 (beş yüz) manat olmaqla dəymiş ziyandan 800 (səkkiz yüz) manat Zərərçəkmiş şəxs ödəmişdir. - ƏƏSMN-nin yanında DSMF-nin Gədəbəy rayon şöbəsinin 02 oktyabr 2018-ci il tarixli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs İİ qrup əlildir. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 1-ci bəndində göstərilir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 2-ci və 3-cü bəndlərində isə qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Həmin qərarın 31-ci bəndində göstərilir ki, şəxs hər dəfə müstəqil yaranmış niyyətlə həm ayrı-ayrı şəxslərə, həm də eyni şəxsə qarşı bir neçə dələduzluq cinayəti törətdikdə, ələ keçirilmiş əmlakın dəyərinin toplanmasına yol verilmir və bu əməllər hər bir epizod üzrə ələ keçirilmiş əmlakın məbləğindən asılı olaraq müstəqil qiymətləndirilməlidir. Vahid qəsdlə əhatə olunan istər bir neçə şəxsə, istərsə də eyni şəxsə qarşı törədilən dələduzluq, ümumilikdə, vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeydinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. İşin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs şəxsi tanışlıq münasibətlərinə görə yaranmış inam və etibardan istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxsin pulunu ələ keçirərək ona qarşı dələduzluq etmişdir. Beləliklə, məhkəmə, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı ittihamda qeyd olunan dələduzluq cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadəsi, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş zərərin qismən ödəməsini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, himayəsində 2 azyaşlı uşağının olmasını və İİ qrup əlil olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunacağı təqdirdə təmin edilə bilər, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Gədəbəy rayon ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanını iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində 08 sentyabr 2023-cü il tarixdə “şübhəli şəxs” qismində 2 gün tutulmuş, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən xx.xx.2024cü il tarixdə həbs edilmiş, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(125)-20/2025 nömrəli qərarına əsasən barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilərək ümumilikdə 5 ay 22 gün həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında olduğu 5 ay 22 gün müddət müddət azadlığın məhdudlaşdırılması cəzasının bir gününə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri başqa yerə getməmək qətimkan tədbiri ilə əvəz edilməlidir. Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs məhkəmədə 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2, göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, işlədiyi Vəkil Bürosunun hesabına 550 (beş yüz əlli) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməli, 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddələsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət, həbsdə və ev dustaqlığında saxlandığı 5 (beş) ay 22 (iyirmi iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bir gün hesablanmaqla, ona təyin edilmiş cəzadan 11 (on bir) ay 18 (on səkkiz) gün müddət çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 6 (altı) ay 12 (on iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək, yaşadığı Gədəbəy rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanını iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və hazırda seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş 50 saat hüquqi yardıma görə Müdafiəçi2 işlədiyi Gəncə şəhəri Regional Vəkil Bürosunun hesabına Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 550 (beş yüz əlli) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №1(125)-20/2025
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-20/2025
29.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver