Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-201/2024 28.06.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, dövlət ittihamçısı – Dövlət ittihamçısı, müdafiəçi – Müdafiəçi2, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, ali təhsilli, Gəncə şəhəri, 2 saylı avtomobillərin altqı-satqısı üzrə ixtisaslaşmış komissyon mağazada direktor işləyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə, Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan suiistifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, təkrar öz qulluq mövqeyindən istifadə etməklə tamah məqsədilə Zərərçəkmiş şəxs ilə aralarında yaranan etibarlı münasibətdən istifadə edərək sonuncunun əmlakını hüquqazidd, əvəzsiz ələ keçirmək niyyəti ilə Chevrolet Cruze” markalı **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilin həbsini götürməyə kömək edəcəyi barədə söz verərək üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda ona bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, etibardan suiistifadə etmə və aldatma yolu ilə sonuncudan 02 noyabr 2022-ci il tarixdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində 1150 (min yüz əlli) manat pulu, daha sonra 11 noyabr 2022-ci il tarixdə Gəncə şəhəri, X4 25 ünvanında yerləşən 9 saylı Rayonlararası Qeydiyyat-İmtahan və X3rşısında 650 manat pulu, ümumilikdə Zərərçəkmiş şəxs məxsus 1800 min səkkiz yüz) manat pulu ələ keçirməklə dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2-ci və 178.2.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, Gəncə şəhər 2 saylı avtomaşınların alqı-satqısı ixtisaslaşdırılmış komissiyon mağazada direktor vəzifəsində işləyir. O, bildirmişdir ki, 2022-ci ilin oktyabr ayında Goronbaydan adı hazırda yadında olmayan bir neçə dəfə işini gördüyü şəxs ona zəng etmiş, həmin şəxs Aleksey adlı şəxsin problemi olduğunu və ona köməklik etməsini xahiş etmişdir. Bununla bağlı Zərərçəkmiş şəxs ilə telefon ilə danışmış və həmin şəxs ona etibarnamə vasitəsi ilə avtomaşın aldığını, lakin sahibi tarəfindən etibarnamənin ləğv olunduğunu və hazırda avtomaşınına həbs qoyulmasını bildirmişdir. O, Aleksey ilə xx.xx.2022-ci il tarixdə yaşadığı evdə görüşmüş və sonuncu ona yaşadığı ünvanda 1150 manat, avtomaşına məxsus qeydiyyat şəhadətnamasini və anası Annaya məxsus şəxsiyyət vəsiqəsini vermişdir. O, avtomaşına qoyulan həbslə bağlı icra nümayəndələrinin vasitəsi ilə maraqlanmış və məhkəmə tərəfindən həbs qoyulduğunu bilmişdir. Məhkəmə tərəfindən avtomaşına həbs qoyulduğundan 1150 manata həbsi götüzdürmək mümkün olmamışdır. Bununla bağlı o Alekseydən 650 manat həbsi götüzdürmək üçün əlavə pul istəmiş və xx.xx.2022-ci il tarixda saat təxminən 16 radələrində Gəncə şəhər 2 saylı Rayonlararası Qeydiyyat- İmtahan və X3rşısında həmin məbləğdə pulu ona Alekseyin anası Şahid2 vermiş lakin o, avtomaşına qoyulan həbsi götürə bilməmişdir. Aleksey sonra ondan verdiyi 1800 manatı istəsə də, maddi imkanım olmadığı üçün o, həmin məbləği öz ehtiyacları üçün xərcləmişdir. O, ümumilikdə Aleksey Korobin avtomobilinin həbsini götürəcəyini vədd edərək 1800 manat pul almışdır. O, ilkin olaraq 1150 manat məbləğlə Alekseyə köməklik edə biləcəyini zənn edirmiş, lakin sonradan o, həmin məbləğlə həbsi götüzdürə bilməyəcəyini anlamış və əlavə olaraq 650 manat istəmişdir. O həmin məbləğləri öz ehtyacları üçün xərcləmiş, avtomobilin həbsi məsələsində isə köməklik edə bilməmişdir. Həmin əməli törətməkdə ona heç kəs kömək etməmiş və heç kəsin bu barədə məlumatı olmamışdır. O, başqa heç kəsə qarşı dələduzluq etməmişdir. Sonda zərərçəkmiş şəxslə razılıq əldə etdiyini, ona dəymiş ziyanı ödədiyini və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini nəzərə çatdıraraq cinayət məsuliyyətindən azad edilməsi haqda qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxsin hüquqi varisi X2 məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə ünvanlayaraq təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini, heç bir tələbinin və şikayətinin olmadığını bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanması barədə” qərarından görünür ki, toplanmış HK-1/1025 nömrəli material üzrə fakta görə Azərbaycan Respublikasının CMnin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanması qərara alınmışdır. (i.v.1) - xx.xx.2023-cü il tarixli “cinayət işinin icraata qəbul edilməsi haqqında” qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi icraata qəbul edilmişdir. (i.v.19) - xx.xx.2023-cü il tarixli “cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən olunmadığından dayandırılmışdır. (i.v.34) - Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2023-cü il tarixli 3105 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. (i.v.39) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserdən xx.xx.2023-cü il tarixli 3258 saylı arayışdan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. (i.v.40) - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində olan əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (i.v.41) - xx.xx.2023-cü il tarixli “cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. (i.v.43) - xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddə ilə ittiham elan olunmuşdur. (i.v.54) - xx.xx.2023-cü il tarixli “ittiham elan etmək üçün şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində ittiham elan etmək üçün axtarış elan edilmişdir. (i.v.55) - xx.xx.2023-cü il tarixli “axtarışda olan şəxsin tutulması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs.Gəncə şəhəri ərazisində saxlanılaraq Gəncə şəhər BPİ-nin 4-cü PB-nin MSY-nə təhvil verilmişdir. (i.v.60) - xx.xx.2023-cü il tarixli “cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.1-ci və 178.3.4-cü maddələri ilə olan ********* nömrəli cinayət işinin icraatı təzələnmişdir. (i.v.61) - xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmişdir. (i.v.79-80) - xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və onun MSY-dən azad edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və saxlanıldığı Gəncə şəhər BPİ-nin MSY-dən azad edilmişdir. (i.v.86-87) - xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və iş üzrə icraat dayandırılmışdır. (i.v.93-94) - xx.xx.2023-cü il tarixli “cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinin icraatı təzələnmişdir. (i.v.110) - xx.xx.2023-cü il tarixli “şəxsin könüllü gəlməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs İlsam oğlu həmin tarixdə, saat 10:10-da Gəncə ŞBPİ-nin inzibati binasına könüllü gəlib özünü təqdim etmişdir. (i.v.113) - xx.xx.2023-cü il tarixli “cinayət əməlinin tövsif edilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə istintaqı olan ********* nömrəli cinayət işi həmin məcəllənin 178.2.2-ci və 178.2.3-cü maddələrinə tövsif edilmişdir. (i.v.115) - xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci və 178.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi, ona həmin maddə ilə ittiham elan olunması qərara alınmışdır. (i.v.116) - xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” Azərbaycan Respublikası CM-nin 178.2.2-ci və 178.2.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmişdir. (i.v.124-126) - xx.xx.2023-cü il tarixli “qətimkan tədbirinin qüvvədə saxlanılması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri qüvvədə saxlanılması qərara alınmışdır. (i.v.127) - Sübutların qiymətləndirilməsi haqqında 22 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2-ci və 178.2.3-cü maddələri nəzərdə tutulan cinayət əməlini törətməsi cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2023-cü il tarixli 3105 saylı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserdən xx.xx.2023-cü il tarixli 3258 saylı arayışları təqsirləndirilən, zərərçəkmiş şəxslərin və şahid ifadələri, baxış protokolları, maddi sübutlar və cinayət işi üzrə toplanmış digər istintaq sənədləri ilə qiymətləndirilmişdir ( i.v.137-144); - xx.xx.2024-cü il tarixli, 1(125)-201/2024 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmi və barəsində seçilmiş “polisin nəzaərti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. (i.v.224-226) İşdə olan Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tamamilə ödənilmiş və onlar barışmışlar. Onun Təqsirləndirilən şəxs heç bir şikayəti, tələbi və iddiası yoxdur. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X1 əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Lakin məhkəmə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin məhkəmə baxışı zamanı verdikləri ifadələrini, onun ərizəsində göstərilən halları və məhkəmədə araşdırılmış işdə olan sübutları qiymətləndirərək hesab edir ki, tərəflərin barışması və ziyanın tamamilə ödənilməsi əsası ilə cinayət işinin icraatına xitam verilməli və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən olunur ki, Təqsirləndirilən şəxs ilk dəfədir ki, az ağır cinayət törətmiş, cinayəti törətdikdən sonra zərərçəkmiş şəxslə barışmış və onlara vurduğu zərəri tamamilə ödəmiş, eləcə də Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmişdir. Başqa sözlə, işdə olan xx.xx.2024-cü il tarixli bank qəbzindən görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə ümumilikdə vurmuş olduğu 1800 manat ziyanın 25 faizi, yəni 450 manat məbləğində dövlət büdcəsinə ödəniş etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını, tərəflərin barışmasını və dəymiş ziyanın tamamilə ödənilməsini, təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş edilməsini əsas tutaraq cinayət işinə xitam verilməsini mümkün hesab edir və o nəticəyə gəlir ki, işin icraatına xitam verilməsi təqsirləndirilən şəxsin, zərərçəkmişin və digər üçüncü şəxslərin qanuni mənafelərini və hüquqlarını pozmur. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin qeydinə əsasən şəxs bu Məcəllənin 72–73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası CM-in 72 və 73-cü maddələri ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən azad olunmamışdır. Azərbaycan Respublikasının CPM-in 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikasının CPM-in 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Göründüyü kimi məhkəmə iclasında cinayət işinin məhkəmə tərəfindən müəyyən olunmuş halları yuxarıda sadalanan qanunvericilik aktlarında göstərilən əsasları özündə ehtiva edir və bu əsasla işin icraatına xitam verilməsi, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi mümkün sayılır. Məhkəmə həmçinin, hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə dövründə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs oğlunun hüquqlarının müdafiəsi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 14 (on dörd) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına (03 may 2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 ödənilməsi üçün onun işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına 168 (yüz altmış səkkiz) manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Cinayət işi üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. İş üzrə müsadirə edilməli əmlak və maddi sübut yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 234.4, 321, 344-347, 356, 358 və 384.1.3-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət işinin icraatına Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə, eləcə də cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyinə görə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin, dərhal məhkəmə iclas zalından azad edilsin. Təqsirləndirilən şəxs məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi2 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 168 (yüz altmış səkkiz) manat məbləğində pul Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, müddətin başa çatdığı gündən sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən : Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №1(125)-201/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-201/2024
28.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver