Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-202/2023 05.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, ölmüş Təqsirləndirilən şəxs hüquqi varisi X3 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Gəncə Şəhər Məhkəməsinə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı daxil olmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialının baxılması Gəncə Şəhər Məhkəməsinə aiddir. İbtidai araşdırma zamanı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3-cü maddəsində nəzərdə tutulmuş kobud pozuntulara yol verilməmişdir. Yekun protokol cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun tərtib edilmişdir. Təhqiqat orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkəməyə verilmişdir ona görə ki, o, xx.xx.2023-cü il tarixdə saat 14 radələrində yaşadığı Gəncə şəhəri, Natavan 2 qəsəbəsində yerləşən fərdi yaşayış evində qeyri-rəsmi ər-arvad münasibətində birlikdə yaşadığı Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zamanı əl zərbələri ilə qəsdən sonuncunu vuraraq ona burun sümüyünün yerdəyişməyən sınığı ilə müşahidə olunan burun nahiyyəsinin qançırışişkinliyi, sol gözün hər iki qapaqlarının yumşaq toxumalarının qançır-şişkinlik halında əzilməsi, alt çənə, hər iki bazu, sol baldır nahiyələrininin qançırları kimi qəsdən sağlamlığının qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirmişdir. Məhkəmənin hazırlıq iclasında X6 11 aprel 2023-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək xx.xx.2023-cü il tarixdə qardaşı Təqsirləndirilən şəxs ölməsini bildirmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 106-1.1-ci maddəsinə əsasən ölmüş təqsirləndirilən şəxsin hüquq və vəzifələrini cinayət işi üzrə icraat zamanı həyata keçirmək istəyini bildirən yaxın qohumlarından biri təqsirləndirilən şəxsin hüquqi varisi hesab olunur. Məhkəmə təqsirləndirilən şəxsin ölməsi barədə daxil olmuş məlumat əsasında CPM-nin 106-1 maddəsinin tələblərinə əsasən ölmüş təqsirləndirilən şəxsin hüquqi varisi qismində onun hüquq və vəzifələrinin məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraat zamanı həyata keçirilməsi üçün onun ailə üzvlərinə 11 aprel 2023-cü il tarixdə bildiriş təqdim etmiş və həmin bildirişdə CPM-nin 106-1 maddəsinin tələblərinə əsasən izah edilmişdir ki, ölmüş təqsirləndirilən şəxsin yaxın qohumlarından hər hansı biri onun hüquqi varisi qismində tanınmasını istəyirsə, bu barədə məhkəməyə müraciət edə bilər. Təqsirləndirilən şəxsin qardaşı X6 11 aprel 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edərək məhkəməyə ərizə ilə müraciət edib onu ölmüş qardaşı Təqsirləndirilən şəxs hüquqi varisi qismində tanınmasını xahiş etmişdir. Məhkəmə həmin ərizəni nəzərə alaraq və cinayət prosesi tərəflərinin fikirlərini dinləyib X4 ölmüş Təqsirləndirilən şəxs hüquqi varisi qismində tanıyaraq işə buraxmışdır. Təqsirləndirilən şəxsin hüquqi varisi X6 məhkəməyədək sadələşdirilmiş icraat materialı ilə tanış olduqdan sonra məhkəmə iclasında Təqsirləndirilən şəxs müdafiəçisi Samir Tanırverdiyev ilə birlikdə ərizə ilə müraciət edərək təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişlər. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, təqsirləndirilən şəxslə barışdığını, ona vurulmuş zərərin tam ödənildiyini və bu səbəbdən təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirdi və ərizəsinin nəzərə alınmasını və növbəti məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etdi. Məhkəmə, cinayət prosesi tərəflərinin ölmüş Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsi barədə fikirlərini dinləyib, hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5 və 305.1-ci maddələrinə əsasən ölmüş Təqsirləndirilən şəxs barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməlidir. Belə ki, təqsirləndirilən şəxsin hüquqi varisi tərəfindən təqdim edilən və işə əlavə edilmiş 11 aprel 2023-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs 21 mart 2023-cü il tarixdə bədən səthinin 80-89% sahəsinin termiki yanığı nəticəsində yaranmış septik şokdan ölmüşdür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna olmaqla) barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialına (cinayət işinə) xitam verilməlidir. Həmin Məcəllənin 305.1-ci maddəsinə əsasən məhkəmənin iclasında bu Məcəllənin 39-cu maddəsində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsi haqında əsaslandırılmış qərar çıxarır. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs öldüyündən onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 305.2-ci maddəsində göstərilir ki, cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərara ibtidai istintaq mərhələsində qəbul edilmiş qətimkan tədbirlərinin və vurulmuş ziyanın ödənilməsinə dair tədbirlərin, habelə digər cinayət-prosessual məcburiyyət tədbirlərinin ləğv edilməsi barədə qərarlar daxil edilir. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.5 və 305-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs öldüyündən onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata CPMnin 39.1.5-ci maddəsinə əsasən xitam verilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Asif Əliyev
Məhkəmə qərarları › İş №1(125)-202/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-202/2023
05.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver