Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-202/2025 26.11.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X6, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.1972-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham irəli sürülmüşdür ki, ondan ötəri ki, o, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs, 21 noyabr 2024-cü il tarixdə saat 15 radələrində ictimai yer olan Gəncə şəhəri, H.Əliyev prospekti, ev 54B ünvanının qarşısında qonşusu Zərərçəkmiş şəxs oğlunun döyülməsinə görə ona haqlı irad bildirməsini bəhanə edib aralarında yaranmış mübahisə zamanı öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edib bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini qabaqcadan görüb və bunu arzu edərək, bilərəkdən özünü ictimai qaydaya qarşı qoyaraq gücünü nümayiş etdirmək üçün heç bir əsaslı səbəb olmadan ətrafda olan şəxslərə məhəl qoymadan, qarşılıqlı davranış qaydalarının pozulmasında ifadə olunan, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək heç bir əsaslı səbəb olmadan qəsdən əl zərbələri ilə Zərərçəkmiş şəxsı vuraraq sonuncuya burun sümüyünün yerdəyişməmiş sınığı, sağ said, burun, boyun nahiyyələrinin sıyrıqları ilə müşayiət olunan sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül aid edilən xəsarətlər yetirməklə zor tətbiq edib qərəzli xuliqanlıq etmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, zərərçəkmiş şəxsin anası Kəmalə Həsənova ilə eyni binada qonşuluqda yaşayır. Onlar arasında mübahisənin yaranma səbəbi uşaqların dava etməsi olmuşdur. Belə ki, xx.xx.2024-cü il tarixdə saat 15 radələrində yaşadığı evdə olan zaman 2013-cü il təvəllüdlü nəvəsi Şahid3 həyətdən onu çağıraraq bacısı 2017-ci il təvəllüdlü Sevinci zərərçəkmiş Zərərçəkmiş şəxs azyaşlı qızı Dilaranın boğduğunu bildirmiş və bir neçə dəqiqə sonra o, həyətə düşərkən həyətdən qışqırıq səsləri eşitmişdir. O, həyətə çıxdıqdan sonra Gülnaranın səs-küy saldığını və nəvələri Məhəmməd və Sevincin yaxınlıqda ağladıqlarını görmüşdür. O nəvəsi Məhəmməddən nə üçün ağladığını soruşduqda Məhəmməd ona azyaşlı bacısı X7 nəvələrini döydüyünü, bacısını oradan çıxarmaq istəyərkən Alparslanı itələdiyini, daha sonra da Alparslanın anası Gülnaranın gəlib onu təhqir etdiyini bildirmişdir. Bu zaman Gülnara əl-qol hərəkətləri ilə nəvəsinə nalayiq sözlər deməyə davam etmişdir. O, Gülnaranın azyaşlı oğlu Alparslanın dırnağında və biləyində qan olduğunu görmüşdür. Gülnara onun nəvəsi Məhəmmədin oğlu Alparslanı döyməkdə günahlandırmışdır. O, Gülnaranı sakitləşdirməyə çalışmış, lakin Gülnara sakitləşmək əvəzinə bu dəfə də onun ünvanına nalayiq sözlər işlədərək, onu Türkiyəyə gedərək nalayiq işlər görməyi barədə söymüş və təhqir etmişdir. Eyni zamanda onu və nəvələrini evindən oğurladacağı ilə hədələmişdir. Gülnara anası ilə birlikdə ona hücum çəkərək onu vurmuşdur. O isə müdafiə olunaraq həmin şəxslərdən birinin yəni ya Kəmalə yada Gülnaranın sinəsindən itələmişdir. O Kəmalə və Gülnaranı vurmamış və hadisə zamanı özünü müdafiə etmişdir. Gülnara onunla əllərini havaya qaldırıb yellədərək danışmışdır. Ona verilən suallara cavab olaraq bildirdi ki, zərərçəkmişin uşaqları əvvəllər də bağçada olarkən onun nəvələrini döyərək koftasını cırmışdır. Zərərçəkmiş tərəfin bütün qonşularla problemi var. Onlar əvvəllər də aralarında uşaqlarla bağlı mübahisələri olsa da dalaşmamışlar və məsələ sülh yolu ilə həll olunmuşdur. Həmçinin əvvəllər aralarında kondisionerlə bağlı anlaşılmazlıq da olmuşdur. Hadisə baş verən zaman əlində heç nə olmamışdır. Gülnara onun arxasından nalayiq ifadələr işlətməyə davam etmiş, o, isə evə getmək istəyən zaman binanın giriş hissəsində zərərçəkmiş şəxs və onun anası arxadan onun saçından tutmuşlar. O, Kəmalə və Gülnaraya qarşı heç bir nalayiq ifadə işlətməmiş, sadəcə onlara baş qoşmayacağını demişdir. Kəmalə Həsənova və qızı Zərərçəkmiş şəxs onu saçından yolaraq və bədəninin müxtəlif nahiyələrindən cırmaqlayıb, vuraraq bədəninə xəsarət yetirərək onu döymüşdür. Baş vermiş hadisə zamanı o xəsarət almışdır. Hadisə zamanı o, Kəmalə və Gülnaranın əlindən çıxmaq və qaçmaq üçün müdafiə olunmuş və həmin vaxt əli ilə Gülnaranın sinəsindən itələyərək özündən uzaqlaşdırmağa çalışmışdır. Təqribən münaqişə 10 dəqiqə davam etmiş və o Kəmalə və Gülnaranın hər ikisinin əlindən qaçaraq evə getmişdir. Ümumi hadisə isə 20 dəqiqə davam etmişdir. Həmin vaxt nəvəsi Məhəmməd yaşadıqları binanın giriş hissəsində onu Kəmalə və Gülnaranın əlindən almağa çalışmışdır. Bunu nəvəsi Məhəmməd öz ifadəsində də bildirmişdir. İİ tip şəkər xəstəliyindən əziyyət çəkir, Kəmalə və Gülnaranın əlindən çıxaraq evə getmiş və insulin dərmanı vurduqdan sonra özünə gəlmişdir. Hadisə günü qonşusu Firuzənin bacısı öldüyü üçün qonşular onun yas yerinə getdiyindən həyətdə heç kim olmamış və münaqişəni qonşular pəncərədən izləmişdir. Sonda zərərçəkmiş şəxsin burnunu qırmadığını bildirərək zərərçəkmiş şəxsə əməliyyat pulunu ödəməyəcəyini qeyd edib son qərarı məhkəmənin mülahizəsinə buraxdığını söyləmişdir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, ailəsi ilə birlikdə ilin böyük hissəsini Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən evlərində yaşayırlar. Lakin bayramlarda və tətillərdə ünvan 3 ünvanında yerləşən evlərinə gəlirlər. Bakı şəhərində keçirilən “COP 29” tədbiri ilə əlaqədar olaraq məktəblər tətil olduğu üçün anası Şahid1 və uşaqları ilə birlikdə ünvan 3 ünvanında yerləşən mənzillərinə gəlmişlər. Onlarla eyni binada qonşuluqda Təqsirləndirilən şəxs adlı qadın yaşayır. xx.xx.2024-cü il tarixdə günorta saatlarında azyaşlı övladları X2 və X9 binanın qarşısında oynamışlar. Təxminən saat 15:30 radələrində qızı Dilara onu həyətdən səsləyərək qonşuluqda yaşayan Təqsirləndirilən şəxs nəvəsi olan Məhəmməd adlı azyaşlı uşağın oğlu Alparslanın başından yumruqla vurduğunu bildirmişdir. Oğlu Alparaslanın isə beyindaxili təzyiqi var. O, həyətə düşüb sakit formada “skameyka”da oturan Məhəmməddən Alparslanı nə üçün vurduğunu soruşub, Alparslanı bir daha vurmaması üçün tənbeh etmiş, Məhəmməd isə Alparslanın onun bacısı Sevinci vurduğunu demişdir. Bu zaman həyətdə oynayan Sevinci çağırmış, Sevincdən Alparslanın onu vurubvurmadığını soruşmuş, Sevinc isə başını yelləyərək “yox” demişdir. Bundan sonra o, Alparslana başqa yerdə oynamasını bildirib evə qayıtmaq istəyərkən 1-2 dəqiqə sonra, evə çatmadan Alparslan ağlayaraq yanına gəlmiş və o, Alparslanın sağ əlinin 4-cü barmağının dırnağının qopduğunu, qan gəldiyini və sol əlinin bilək nahiyəsinin çapıldığını görmüşdür. O, Alparslandan nə baş verdiyini soruşduqda, o, Məhəmmədin bacısı Sevincin onu vurması nəticəsində xəsarət aldığını bildirmişdir. O, əsəbləşib Məhəmməddən uşaqlarından nə istədiyini soruşub yüksək səslə ona irad bildirmişdir. Bu zaman Məhəmmədin bacısı Sevinc nənəsi Sevinci çağırmış və Sevinc əlində açara bənzər əşyayla qışqıraraq onun üzərinə gəlmişdir. O, oğlu Alparslanın əlinin qanını göstərərək Sevincə nəvələrinin oğluna xəsarət yetirdiyini bildirmiş və onun uşağından nə istədiklərini soruşmuşdur. Bu zaman Təqsirləndirilən şəxs onunla üzbəüz dayandığı üçün onu itələmiş, Təqsirləndirilən şəxs isə cavabında aqressiv formada “nə istəyirsən məndən?” demişdir. Təqsirləndirilən şəxs onun əlindən tutaraq əlini qanırmışdır. Həmin vaxt zibil atmaq üçün həyətə çıxan anası Şahid1 Sevinc ilə mübahisə etdiyini görüb onları aralamaq üçün yanlarına gəlmişdir. Anası Kəmalə onları nə qədər aralamağa çalışsa da, bacarmamışdır. O, əlini Sevincin əlindən geri çəkməyə çalışsa da, Sevinc onun əlini buraxmamış və digər əli ilə onun burun nahiyəsinə zərbə endirmişdir. Bu zaman dırnağı qırılmış, biləyi cızılmışdır. Sevinc onun burnuna zərbə endirərkən əlinin içərisində qapı açarının olduğunu ehtimal etmiş, çünki burnunun üstündə üç cızıq olmuşdur. Sevincin onun burnuna endirdiyi zərbə nəticəsində onun burnundan qan gəlməyə başlamışdır. Sevinc ondan aralanıb evinə tərəf getmiş və qızına evdən balta gətirərək onları öldürəcəyini bildirmişdir. Bu zaman birinci mərtəbədə yaşayan qonşunun azyaşlı uşağı ona su gətirmiş və o, daha sonra burnunun qanını kəsməyə çalışmışdır. Təqsirləndirilən şəxs isə uzaqdan nalayiq ifadələrlə “Tiktok” və “İnstagram” sosial şəbəkə platformalarında açdığı canlı yayımlara və açıqsaçıq geyinməsinə görə onu təhqir etmiş və evinə getmişdir. O isə Təqsirləndirilən şəxs söyüşlərinə qarşılıq verərək onun özündən geri qalmasını bildirmişdir. Anası DİN-in 102 xidmətinə zəng vurub hadisə barədə məlumat vermiş və 10-15 dəqiqə sonra hadisə yerinə polis gəlmişdir. Bundan sonra taksi ilə xəstəxanaya getmiş və xəstəxanada burnuna ilk tibbi yardım göstərilmişdir. Təqsirləndirilən şəxs onu döyməsi 5-10 dəqiqə ərzində olmuşdur. Ona verilən suallara cavab olaraq bildirdi ki, keçən ilin yay aylarında da Təqsirləndirilən şəxs nəvəsi olan Məhəmməd adlı azyaşlı uşaq onun oğlu Alparslanı başından taxta ilə vurmuşdur. O vaxt Bakıda işdə olduğundan anası Kəmaləyə əsəbləşmişdir ki, nəyə görə beyindaxili təzyiqi olan oğlunu vurmuşdur. Anası Kəmalə isə onu sakitləşdirmişdir. Hətta Təqsirləndirilən şəxs illər öncə anasının belinə təpiklə vurmuşdur. Təqsirləndirilən şəxs günahkar olmasına baxmayaraq onunla barışmaq üçün heç bir cəhd göstərməmiş, əksinə onu hədələmişdir. Aldığı xəsarət nəticəsində bir ildir ki, əmək fəaliyyəti ilə məşğul ola bilmir. Burnunun qırılmasından 1 il 4 ay qabaq, yəni xx.xx.2023-cü il tarixdə burun əməliyyatı olunmuş, buna görə də burnu həssas vəziyyətdə olmuşdur. Sadəcə burnunun tikişlərində problem olmuşdur. Hadisədən sonra burnunun qırılması ilə əlaqədar müalicə ala bilməmiş, həkim ona əməliyyat olunmalı olmasını bildirmişdir. Hazırda burnunda ağır xəsarətdən dolayı çökmə var, həmçinin burnun bir hissəsi işləmir. Ekspertin rəyi ilə razı deyil, hesab edir ki, xəsarət yüngül yox, ağır xəsarət hesab olunmalıdır. Əvvəl burnunun nəfəs almasında problem olmasa da, hadisədən sonra nəfəsalmada çətinlik çəkir. Həmin ərəfədə oğlunun dırnağı qırıldığı üçün stress yaşadığından ətrafda kimlərin olub-olmamasını müşahidə edə bilməmiş, lakin qonşuların pəncərədən baxdığını görmüşdür. Lakin əminliklə deyə bilər ki, Xatirə adlı qadın hadisə baş verən zaman həyətdə olmamış, çünki hadisədən yarım saat əvvəl Xatirə başqa bir qadınla “Alov” ticarət mərkəzinə getmişdir. Təqsirləndirilən şəxs ilə əvvəllər hər hansı ədavəti olmamışdır. Hadisə zamanı nə anası, nə də özü Təqsirləndirilən şəxs vurmamışdır. Şahid2 ifadəsində yalan ifadələrdən istifadə edərək onu dırnaqlarını Təqsirləndirilən şəxs gözünə soxmaqla şərləyir. Sonda məhkəmədən zərərçəkmiş şəxsin azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaya məhkum olunmasını və ona dəymiş zərərin əvəzinin ödənilməsini xahiş etdi. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, 2-3 ildir ki, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən evlərində ailəsi ilə birlikdə yaşayır, lakin bayramlarda və tətillərdə ünvan 3 ünvanında yerləşən evlərinə gəlirlər. Bakı şəhərində keçirilən “COP 29” tədbiri ilə əlaqədar olaraq məktəblər tətil olduğu üçün qızı Zərərçəkmiş şəxs və nəvələri ilə birlikdə ünvan 3 ünvanında yerləşən mənzillərinə gəlmişlər. Eyni binada qonşuluqda Təqsirləndirilən şəxs adlı qadın yaşayır. Təqsirləndirilən şəxs onun yaşadığı blokda əlavə mənzili var və 2024-cü ilin yay aylarında Sevinc həmin mənzilə kondisioner quraşdırmış və həmin kondisioner onun pəncərəsinə baxdığı üçün narahatçılıq yaratmışdır. Sevincə müraciət edəndə Sevinc ona kobud formada cavab vermişdir. Lakin o, Sevinc ilə aralarında mübahisənin böyüməməsi üçün məsələni ötüşdürmüşdür. xx.xx.2024-cü il tarixdə günorta saatlarında azyaşlı nəvələri X2 və X9 binanın qarşısında oynamışlar. Təxminən saat 15:30 radələrində nəvəsi Dilara qızı Gülnaranı həyətdən səsləyərək qonşuluqda yaşayan Təqsirləndirilən şəxs nəvəsi olan Məhəmməd adlı azyaşlı uşağın digər nəvəsi Alparslanı vurduğunu bildirmişdir. Qızı Gülnara həyətə uşaqlarının yanına düşmüşdür. Daha sonra o, evdə olan zibilləri atmaq üçün həyətə çıxdıqda qızı Gülnara ilə qonşuları Təqsirləndirilən şəxs mübahisə etdiyini görmüşdür. O, Təqsirləndirilən şəxs əli ilə qızı Gülnaranın əlini qanırdığını görmüş və onları aralamağa çalışmış, lakin buna gücü çatmamışdır. Sevinc qızına qarşı ondan nə istədiyini soruşmuşdur. Həmçinin nəvəsi Alparaslanın əlinin qan içərisində olduğunu görmüşdür. Bu zaman Təqsirləndirilən şəxs digər əli ilə qızı Gülnaranın burun nahiyəsinə zərbə endirmiş və qızı Gülnaranın burnundan qan gəlməyə başlamışdır. Təqsirləndirilən şəxs isə bundan sonra Gülnaranı buraxmış və evə tərəf getmişdir. Sevinc qızına evdən balta gətirəcəyini və onları baltalayacağını bildirmişdir. Bu zaman qonşunun azyaşlı uşağı Gülnaraya su gətirmiş və o daha sonra burnunun qanını kəsməyə çalışmışdır. Təqsirləndirilən şəxs isə uzaqdan qızını ““Tiktok”da özünü reklam edən” tipli nalayiq ifadələrlə təhqir etmiş, qızı Gülnara da onun cavabını vermiş və bundan sonra Təqsirləndirilən şəxs evinə getmişdir. Bundan sonra DİN 102 xidmətinə zəng etmiş, bundan sonra polis gəlmişdir. Dava 5-10 dəqiqə çəkmiş və polislər gələndə artıq dava sona çatmışdır. Ona verilən suallara cavab olaraq bildirdi ki, illərdir ki, Təqsirləndirilən şəxs ilə qonşuluqda yaşayır, əvvəllər onların Təqsirləndirilən şəxs ilə aralarında heç bir mübahisələri, ədavətləri və düşmənçilikləri olmamışdır. Ümumiyyətlə hadisə baş verən zaman həm Təqsirləndirilən şəxs, həm də qızı Gülnara bir-birinə qarşı aqressiv münasibət göstərmişdir. Hadisə zamanı başını qaldıranda pəncərədən Təqsirləndirilən şəxs atasının və qardaşı qızının baxdığını görmüş, həmçinin Sevincin qızı Kamilə və Sevincin nəvələri hadisə yerinə olmuşdur. Həmin vaxt qonşularından birinin bacısı öldüyü üçün bütün qonşular yığılaraq getdiyi üçün ətrafda heç bir qonşusu olmamışdır. Xatirə adlı qonşusunu isə ümumiyyətlə orada görməmişdir. Onlar həmin gün təcili yardım maşını hadisə yerinə gecikdiyi üçün məcbur olub taksi ilə xəstəxanaya getmişlər. Məhkəmə baxışı zamanı qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Gəncə şəhər 20 nömrəli məktəbin 7-ci sinfində oxuyur. xx.xx.2024-cü il tarixdə saat 14 radələrində o, evdə olarkən bacısı Sevinc Məhərrəmova ilə birlikdə oyun oynamaq üçün həyətə düşmüşdür. O, uşaqlara həyətdə futbol oynayarkən həyətdə olan 8 yaşlı bacısı Sevinc digər qonşu uşaqları Alparslan və Ələddinin əlləri ilə onu boğduğunu deyərək qışqıraraq onu köməyə çağırmışdır. O, uşaqların yanına getmiş, onları aralamışdır. Ələddinin Alparslanı yıxmasını görməmiş, lakin Alparslanın bacısı Alparslanı onun yox, Ələddinin itələyərək yıxdığını demişdir. Lakin buna baxmayaraq Alparslanın anası onun Alparslanı yıxdığını demişdir. Alparslanın bacısı düzünü, yəni Alparslanı Ələddinin yıxmaq istədiyini demək istəyəndə Alparslanın nənəsi Kəmalə onun ağzından vurmuş, bundan sonra Alparslanın bacısı ağlayaraq evlərinə getmişdir. Bundan sonra nənəsi Sevinc onu və bacısını evə aparmaq üçün həyətə düşmüşdür. Nənəsi əvvəlcə qonşuları Kəmalə və qızına üzrxahlıq edərək bağışlamaları bildirmişdir. Bundan sonra nənəsi onlara evə aparanda Alparslan, Dilara və İlknurun nənəsi olan qonşuları Kəmalə və onun adını bilmədiyi qızı onların arxasınca nalayiq ifadələr işlətmişdir. Alparslan, Dilara və İlknuru tanımır, onlar Bakıda yaşayır. Nənəsi Sevinc ilə blokun qarşısına çatanda qonşuları Kəmalə və qızı nənəsini vurmuş, qonşuları Kəmalə bir əli ilə nənəsinin saçından tutmuş, digər əli ilə başına vurmuşdur. O, qonşuları Kəmalənin yumruqlarının qarşısını almağa çalışmışdır. Nənəsi Sevinc onlara vurmamış, sadəcə saçını onların əlindən çəkməyə çalışmışdır. Bundan sonra qonşuları Xatirə onları görərək bloka düşmüş, onları aralamışdır. Qonşuları Xatirə bu hadisədən sonra ürək əməliyyatı olunmuşdur. Məhkəmə iclasında ibtidai istintaqdakı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid2 ifadəsindən görünür ki, o, Gəncə şəhəri, H.Əliyev prospekti, ev 54A, mənzil 26-da ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Şahid1, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ilə qonşuluqda yaşayır və bu üç şəxsdən heç birisi ilə şəxsi ədavət və düşmənçiliyi yoxdur. xx.xx.2024-cü il tarixdə günorta saatlarında yaşadığı evdə olan zaman binanın həyətində səs-küy eşitmiş və pəncərədən baxmışdır. O pəncərədən baxan zaman Şahid1 və Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə mübahisə etdiklərini görmüşdür. Mübahisə zamanı Zərərçəkmiş şəxs az qala əlini Təqsirləndirilən şəxs gözünə soxaraq danışmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs nəvəsinin əlindən tutaraq evə getmək istəmiş, lakin Zərərçəkmiş şəxs əl çəkməmiş və mübahisəyə davam etmişdir. Zərərçəkmiş şəxs növbəti dəfə əlini Təqsirləndirilən şəxs gözünə tərəf uzadan zaman Təqsirləndirilən şəxs özünü müdafiə etmək məqsədi ilə onun əlini itələmişdir. Həmin vaxt həm Şahid1, həm də Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ünvanına təhqir və hədələr yağdırmışdır. O sonradan Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs az yaşlı uşaqlarına görə mübahisə etdiklərini öyrənmişdir. Şahid2 məhkəməyə teleqram ünvanlayaraq göstərmişdir ki, səhhətində çox ciddi problemlər olduğuna görə məhkəmədə iştirak edə bilməyəcək, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Odur ki, işə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında Şahid4 əvvəlcə hadisəni xatırlamadığını bildirsə də, məhkəmə tərəfindən ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, “MTE və PA birliyi” hüquqi şəxsin Gəncə şəhər şöbəsinin ekspert həkimi vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə Murat X5 şəhər BPİ-nin 1-ci PŞ-nin TB-nin təhqiqatçısı Bəxtiyar Həşimovun verdiyi məhkəmə-tibbi ekspertizasının təyin edilməsi haqqında qərarla birlikdə ona yaxınlaşmış və məhkəmə-tibbi müayinə edilmişdir. Zərərçəkmiş şəxs hadisə haqqında məlumat verərkən xx.xx.2024-cü il tarixdə saat 14:30 radələrində yaşadığı binanın qarşısında qonşusu Sevincin onu əli ilə döydüyünü bildirmişdir. Obyektiv müayinə zamanı müayinə olunanın orta boylu, düzgün bədən quruluşlu, kafi köklükdə olduğu müəyyən edilmişdir. Burun üstü nahiyyədə 0,5 sm, 0,6 sm və 0,8 sm sıyrıqlar aşkarlanmış və burun nahiyəsi nisbətən şişkin olmuşdur. Burun sümüklərini R-qramma etmək üçün Zərərçəkmiş şəxs Gəncə şəhər TTYX-nin rentgen şöbəsinə göndərilmişdir. xx.xx.2024-cü il tarixdə Gəncə şəhər TTYXdən təqdim olunmuş xx.xx.2024-cü il tarixli, rentgenoloqun rəyindən Zərərçəkmiş şəxs məxsus “burun sümüyünün R-qrammasında burun sümüyünün sınığı” müəyyən olunmuşdur. Vətəndaş Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə çəkilmiş burun nahiyəsinin rentgen şəklində və xx.xx.2024-cü il tarixdə Lor həkiminin baxışında travma ilə əlaqədar nə kimi patoloji dəyişiklikləri olub-olmaması müəyyən etmək üçün AR Səhiyyə Nazirliyi “MTE və PA Birliyi” Publik hüquqi şəxsin radioloq-ekspert Ceyhun Allahverdiyevə göndərilmişdir. xx.xx.2024-cü il tarixdə təqdim olunan AR Səhiyyə Nazirliyi “MTE və PA Birliyi” Publik hüquqi şəxsin radioloq-ekspert Ceyhun Allahverdiyevin xx.xx.2024-cü il tarixli, rentgenoloqun rəyindən müəyyən olunmuşdur ki: “Zərərçəkmiş şəxs təqdim edilmiş xx.xx.2024-cü il tarixdə çəkilmiş burunun yan proyeksiyalı rentgenoqrammasından burun sümüyünün distal ucunun defekti fonunda yerdəyişməmiş sümük fraqmentasiyası izlənir”. Zərərçəkmiş şəxs burun sümüyünün yerdəyişməmiş sınığı küt əşyanın təsiri nəticəsində əmələ gəlmiş və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilmişdir. O, Zərərçəkmiş şəxs aldığı burun sümüyünün yerdəyişməmiş sınığı xəsarətinin Təqsirləndirilən şəxs onu əli ilə zərbə vurması nəticəsində yarana biləcəyini bildirmişdir. O, Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilmiş xəsarət almasının, sonuncunun 03 iyul 2023-cü il tarixdə burun nahiyəsindən keçirdiyi cərrahi əməliyyat ilə heç bir əlaqəsinin olmadığını, Zərərçəkmiş şəxs aldığı xəsarətin yeni xəsarət olduğunu bildirmişdir. Ona verilən suallara cavab olaraq bildirdi ki, Zərərçəkmiş şəxs nəfəsalmasına yaranan problemlər onun burun sümüyündə yaranmış yerdəyişməmiş sınıqla əlaqəli deyil. Yerdəyişməmiş sınıq 2 həftə müddətində bərpa olunaraq əvvəlki vəziyyətinə qayıdır. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -21 noyabr 2024-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs hadisə yerini təqdim etmiş və hadisə yeri Gəncə şəhəri, H.Əliyev prospekti, ev 54-ün qarşısında yerləşir. Hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən hər hansı bir maddi sübut aşkar edilməmişdir. Hadisə yerinə baxış gündüz vaxtı təbii işıqlandırma şəraitində həyata keçirilmişdir. -İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının 22 noyabr 2024-cü il tarixli, 1551 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – burun sümüyünün yerdəyişməmiş sınığı, sağ said, burun, boyun nahiyələrinin sıyrıqları - KÜT əşyanın(əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. - Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 70-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, məhkəmənin xx.xx.2007-ci il tarixli hökmü ilə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və 03 (üç) il şərti sınaq müddəti təyin olunmuşdur. -22 yanvar 2025-ci il tarixli “cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilmiş və istintaqı davam etdirilmişdir. -23 yanvar 2025-ci il tarixli “zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. -03 fevral 2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddə ilə ittiham elan edilmişdir. -03 fevral 2025-ci il tarixli “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. -25 fevral 2025-ci il tarixli “cinayətin tövsif edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsindən həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif edilmişdir. -25 fevral 2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində yenidən ittiham elan etmək haqqında” qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində yenidən ittiham elan edilmişdir. -25 fevral 2025-ci il tarixli “qətimkan tədbirinin qüvvədə saxlanılması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvədə saxlanılmışdır. -26 fevral 2025-ci il tarixli əməliyyat tapşırığına cavab məktubunda qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında yaranmış mübahisə 21 noyabr 2024-cü il tarixdə, saat 15 radələrində Gəncə şəhəri, H.Əliyev prospekti, ev 54B ünvanının qarşısında baş vermişdir. Hadisənin hansı səbəbdən və şəraitdə baş verməsinin, hadisənin mexanizminin, hadisənin əlavə iştirakçılarının olub-olmamasının və əlavə şahidlərinin dairəsinin, hadisə yerinin yaxınlığında videomüşahidə kamerası müəyyən olunmamış, Təqsirləndirilən şəxs şəhər ərazisində başqa cinayətlər törədib-törətməməsini müəyyən etmək mümkün olmamışdır. Hadisə vaxtı ictimai qaydanın pozulması, cəmiyyətə açıqca hörmətsizlik olması müəyyən edilmişdir. Odur ki, bu barədə həyata keçirilmiş əməliyyat tədbirləri davam etdirilir, həmin xüsusat üzrə gələcəkdə hər hansı bir müsbət məlumat əldə edilərsə məlumat veriləcəyi bildirilmişdir. -Gəncə şəhər İcra hakimiyyəti MTKİB 13 saylı Xidmət Sahəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 24 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 5 ünvanında yaşayır və ailə üzvləri 1992-ci il təvəllüdlü Qanuni nümayəndə və 1997-ci il təvəllüdlü X4r. -Gəncə şəhər İcra hakimiyyəti MTKİB 13 saylı Xidmət Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ərazidə yaşadığı müddət ərzində onun barəsində 13 nömrəli XS-nə heç bir şikayət daxil olmamışdır. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixonevroloji dispanserindən alınmış 1398 nömrəli arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Narkoloji dispanserindən alınmış 1020 nömrəli arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya” X13 Şəxsinin canlı şəxsin ekspertizasının xx.xx.2025-ci il tarixli, 513 nömrəli ekspert rəyindən görünür ki, 1989-cu il təvəllüdlü vət. Zərərçəkmiş şəxs adına tərtib olunmuş xx.xx.2024-cü il tarixli 1551 saylı məhkəmə-tibbi ekspertiza rəyinə əsasən və ekspertiza qarşısında qoyulan suallara əsasən aşağıdakı nəticəyə gəlinmişdir: 1)Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – burun sümüyünün yerdəyişməmiş sınığı, sağ said, burun, boyun nahiyyələrinin sıyrıqları - KÜT əşyanın(əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. 2)Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət, yəni burun sümüyünün yerdəyişməmiş sınığı xəsarəti, onun 03 iyul 2023-cü il tarixdə burun nahiyəsində edilən cərrahi əməliyyat ilə əlaqəsi yoxdur. -11 iyul 2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, ekspertizaların rəyləri, istintaq hərəkətlərinin protokolları və digər sənədlərin cinayət işinə əlavə edilməsi nəzərə alınaraq sübut növü kimi tanınıb qəbul edilmişdir. -İş materiallarında doğum haqqında şəhadətnamənin surətindən və müayinə olunan şəxs üzrə barədə məlumatdan görünür ki, Təqsirləndirilən şəxs qızı olan X8 müddətsiz birinci dərəcəli əlil olmaqla, ona ağır dərəcəli əqli gerilik, kəskin imbesillik dərəcəsində olan ağıl zəifliyi, tez-tez baş verən cəngolma tutmaları ilə (ayda 8-10 dəfə) diaqnozu qoyulmuşdur. Məhkəmə təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidlərin məhkəmə iclasındakı ifadələrini dinləyərək işdəki sənədləri araşdırıb toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı işin faktiki hallarını düzgün müəyyən etməmiş, təqsirləndirilən şəxsin əməlinin cinayət qanunu ilə tövsifində səhvə yol vermişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Həmin Məcəllənin 138.2-ci maddəsinə görə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Qeyd olunan Məcəllənin 21.3-cü maddəsinə müvafiq olaraq cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Bundan əlavə Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunub-olunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilən cəzanın ağırlığını araşdırmalıdırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qanunun mənasına əsasən xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, onu törədən şəxs özünün şəxsiyyətini, başqa şəxsin və digər onun ətrafında olan şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydsizlik nümayiş etdirib ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan, bunlara etinasızlıq göstərən hərəkətlər edir. Məhkəmə qeyd edir ki, CM-in 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri törətməsi faktının müəyyən edilməsi kifayətdir. Belə tərkibə əsasən məsuliyyətin həllində ancaq dispozisiyada göstərilən hərəkət və ya hərəkətsizlik müəyyən edilir, nəticə tərkibdən kənarda qaldığı üçün onun müəyyən edilməsi lüzumu aradan qalxır. Hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs xuliqanlıq etməsi faktı ilə bağlı ittiham verilmişdir ki, bununla bağlı ilk növbədə təqsirləndirilən şəxsin məqsədinin xuliqanlıq niyyəti olması sübuta yetirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarının 30-cu bəndinə əsasən CM-in müvafiq maddəsində bu və ya digər əlamət şəxsin təqsirli bilindiyi cinayət tərkibinin obyektiv cəhətinin zəruri əlaməti kimi nəzərdə tutulduqda, cinayət əməli təsvir edilərkən həmin əlamətin sadəcə qeyd edilməsi ilə kifayətlənməməli, cinayətin təsvirində bu əlamətin mövcud olduğunu göstərən konkret faktlar da əksini tapmalıdır. Məsələn, xuliqanlıq cinayəti təsvir edilərkən CM-in 221.1-ci maddəsinin dispozisiyasına əsasən bu cinayət tərkibinin obyektiv cəhətinin zəruri əlamətləri kimi çıxış edən “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər” ifadəsi sadəcə təsvir edilməməli, bununla yanaşı cəmiyyətə açıqca hörmətsizliyin, ictimai qaydanın pozuntusunun nədən ibarət olması, pozuntunun məhz kobud olmasına dəlalət edən, hərəkətin qərəzliliyini aşkarlayan hallar əməlin təsvirində yer almalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır: 1)bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; 2)belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; 3)vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Həmin qərarda xuliqanlıq cinayətinin əlamətləri açıqlanaraq göstərilir ki, cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayiş, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zor tətbiq etmə hədəsi fiziki zor tətbiq etmək niyyətinin sözlərlə və ya hərəkətlərlə ifadə olunmasıdır. Hədəyə görə məsuliyyət o zaman yaranır ki, bu hədənin həyata keçirilməsi üçün real əsaslar olsun. Özgənin əmlakının məhv edilməsi əmlakın təsərrüfat, tarixi dəyərini tam itirməsi, zədələnməsi isə əmlakın tamamilə və ya qismən öz təyinatına uyğun gəlməməsi, lakin ona zərbə edilməsi mümkün olan dərəcədə zərər yetirilməsidir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələyəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivi əsasını təşkil edir. Məhkəmə, 21 noyabr 2024-cü il tarixdə saat 15 radələrində baş vermiş qeyd olunan hadisənin iştirakçıları olan təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin qarşılıqlı münasibətləri, baş vermiş hadisənin səbəbləri, baş vermə yeri, şəraiti və mexanizmini, onların hadisədən əvvəlki, hadisə zamanı və hadisədən sonrakı davranışlarını müəyyən edib qiymətləndirməklə, belə qənaətə gəlir ki, hadisə ictimai yer sayıla biləcək binanın qarşısında baş versə də, ümumiyyətlə, Təqsirləndirilən şəxs xuliqanlıq etmək niyyəti olmamış, o, cinayət əməlini şəxsi münasibətlər zəminində, zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və dalaşma gedişində, ümumilikdə zərərçəkmiş şəxsin münaqişə yaradan hərəkətlərinin təsiri, qarşılıqlı münasibətlərin pozulması nəticəsində törətmiş, hadisənin baş verməsi ilə ictimai qayda pozulmamış və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərə yol verilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin bu kateqoriyadan olan işlərə baxılması zamanı qanunvericiliyin tələblərinə əməl edilməsinin təmin edilməsi məqsədi ilə məhkəmələrə ünvanlanmış 18 may 2010-cu il tarixli 2-277-10 nömrəli icmal məktubunda qeyd olunmuşdur ki, xuliqanlıq hərəkətləri müxtəlif formada ifadə olunsa da, onların hamısı üç əlamətə malik olmalıdır: yəni, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalı, belə pozuntu cəmiyyətə qarşı açıqcasına hörmətsizlik ifadə etməli, həmçinin vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli 1 №-li qərarının 2-ci bəndində göstərilən tövsiyələrə əsasən, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkmiş şəxsin təşəbbüsü ilə başlanılmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq və ya xuliqanlıq niyyəti ilə törədilən əməl kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda CM-nin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutulan müvafiq maddələri ilə tövsif olunur. Göründüyü kimi qeyd olunan Plenumun qərarından aydın olur ki, təqsirləndirilən şəxsin hadisənin gedişindəki hərəkətləri sonradan açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Hazırki işin hallarından görünür ki, təqsirləndirilən şəxsin hərəkətləri səbəbli olaraq konkret yönəlmiş, ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilməmişdir. İstinad olunan qərarlarda xuliqanlıq cinayətinə və xuliqanlıq niyyətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bəhanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (o cümlədən, xuliqanlıq) kimi qiymətləndirilməməlidir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “CMin 221-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhətinin şərh edilməsinə dair” 12 oktyabr 2022-ci il tarixli qərardadında göstərilir ki, məhkəmə təqdim edilmiş sübutlar əsasında təqsirləndirilən şəxsin hərəkətlərində xuliqanlıq motivinin olmaması qənaətinə gəldikdə, yəni təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğunu müəyyən etmədikdə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Yusifovanın şikayəti üzrə 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq - öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. CM-nin 221-ci maddəsi xuliqanlıq cinayət əməlini - ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər - təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər - təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Həmin Qərarda həmçinin göstərilmişdir ki, eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. Məhkəmə məhz göstərilənləri nəzərə almaqla baş vermiş cinayətin faktiki əlamətləri ilə xuliqanlıq cinayətinə xas, yuxarıda təsvir olunan hüquqi əlamətləri tutuşduraraq hesab edir ki, bu əlamətlər arasında nə obyekt əlamətləri, nə obyektiv cəhətin əlamətləri, nə də subyektiv cəhətin əlamətləri baxımından oxşarlıq yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xuliqanlıq etməsi niyyətini təsdiq edən hər hansı sübut mövcud deyildir, yəni onun 21 noyabr 2024-cü il tarixdə saat 15 radələrində ictimai yer olan Gəncə şəhəri, H.Əliyev prospekti, ev 54B ünvanının qarşısında qonşusu Zərərçəkmiş şəxs oğlunun döyülməsinə görə ona haqlı irad bildirməsini bəhanə edib aralarında yaranmış mübahisə zamanı öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edib bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini qabaqcadan görüb və bunu arzu edərək, bilərəkdən özünü ictimai qaydaya qarşı qoyaraq gücünü nümayiş etdirmək üçün heç bir əsaslı səbəb olmadan ətrafda olan şəxslərə məhəl qoymadan, qarşılıqlı davranış qaydalarının pozulmasında ifadə olunan, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək heç bir əsaslı səbəb olmadan qəsdən əl zərbələri ilə Zərərçəkmiş şəxsı vuraraq sonuncuya burun sümüyünün yerdəyişməmiş sınığı, sağ said, burun, boyun nahiyyələrinin sıyrıqları ilə müşayiət olunan sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül aid edilən xəsarətlər yetirməklə zor tətbiq edib qərəzli xuliqanlıq etməsi öz təsdiqini tapmır. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs ehtimal və mülahizələrə əsaslanaraq xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkəti ilə qəsdən əl zərbələri ilə vuraraq zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlər ilə bağlı ittiham verilmişdir ki, həmin ittiham əsasında məhkəmə Təqsirləndirilən şəxs CM-in 221.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsini mümkün hesab etmir. Təqsirləndirilən şəxsin ittiham olunduğu və təqsirli bilindiyi xuliqanlıq cinayətinin nəzərdə tutulduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin mənasına görə xuliqanlıq zamanı təqsirkarın hərəkətləri müəyyən səbəbə və şəxsi motivlərə görə konkret şəxsə qarşı deyil, hadisə ilə ümumiyyətlə, əlaqəsi olmayan şəxslərə, topluma, cəmiyyətə qarşı yönəlir və təqsirkarın niyyəti ondan ibarət olur ki, qeyri müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini göstərsin. Lovğalıq, özünəmüştəbehlik, ictimai maraqlara və hakim əxlaqa laqeyidlik, özünü cəmiyyətin fövqündə görmək xuliqanın tipik əlamətləri, xuliqanlıq niyyətinin xarakterik cizgiləridir. Belə niyyətlə deyil, şəxsi münaqişə zəminində qisas motivi ilə edilən hərəkətlər xuliqanlıq kimi qiymətləndirilə bilməz. Elə işə bu mövqedən yanaşaraq məhkəmə qeyd edir ki, hadisənin ümumi mənzərəsi və təqsirləndirilən şəxsin davranışı və niyyəti barədə məhkəmədə dindirilmiş şəxslərin ifadələrində göstərilənlər birmənalı olaraq onu deməyə əsas verir ki, cinayət hadisəsi cəmiyyətə hörmətsizlik, ictimai dəyərlərə biganəlik motivləri ilə baş verməmişdir. Zərərçəkmiş şəxsin və şahidlərin ifadələrindən də göründüyü kimi, təqsirləndirən şəxsin törətmiş olduğu cinayət əməlində xuliqanlıq motivi yəni, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi təzahür edən əməl mövcud olmamışdır. Hazırkı baxılan cinayət hadisəsinin baş vermə səbəbi zərərçəkmiş şəxslə təqsirləndirilən şəxs arasında zərərçəkmiş şəxsin oğlunun təqsirləndirilən şəxsin nəvələri tərəfindən döyülməsi ilə bağlı aralarında mübahisəsinin yaranması olmuşdur. Eyni zamanda ibtidai istintaq orqanı sözügedən cinayət hadisəsi baş verən ana qədər olan dövr ərzindəki tərəflər arasındaki münasibətlərə hüquqi qiymət verməmiş, cinayətin baş vermə motivi araşdırılmamış, ittihamı sadəcə cinayət hadisəsi baş verən gün tərəflər arasında yaranan mübahisə kontekstində cüzi səbəb kimi dəyərləndirərək, şəxsi münasibətlər zəminini istisna edərək səhv qənaətə gəlmişdir, halbuki hadisə baş verən ana qədər tərəflər arasında bir neçə dəfə mübahisə olmuş və aralarında gərginlik yaranmışdır (Həm zərərçəkmiş şəxsin, həm təqsirləndirilən şəxsin, həm də şahidlərin ifadəsindən müəyyən edilir ki, əvvəllər də tərəflər arasında təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin evinin qarşısına kondisioner quraşdırması, bu hadisədən əvvəl də zərərçəkmiş şəxsin qeyd etdiyinə görə oğlunun başına təqsirləndirilən şəxsin nəvəsi Məhəmməd tərəfindən taxta ilə xəsarət yetirilməsi, anası Şahid1 həmin ailə tərəfindən belindən təpiklə vurulması, həmçinin təqsirləndirilən şəxsin deməsinə görə bağçada olarkən nəvələrini döyərək koftasının zərərçəkmiş şəxsin uşaqları tərəfindən cırılması ilə bağlı mübahisələr olmuşdur) Məhkəmə qeyd edir ki, tərəflər arasında şəxsi münasibətlər zəminində yaranmış münasibət gərginliyi və bunun nəticəsində baş vermiş cinayət hadisəsi ilə bağlı təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddələri ilə təqsirli bilinməsi əsassızdır. Göründüyü kimi hazırkı işdə də mübahisə şəxsi münasibətlər zəminində yaranmaqla yanaşı, təqsirləndirilən şəxsin ümumiyyətlə hərəkəti qəsdən əl zərbələri ilə Zərərçəkmiş şəxsı vurması olmuş və bununla onun hərəkəti başa çatmışdır. O, zərərçəkmiş şəxsi qəsdən əl zərbələri ilə vurduqdan sonra isə çıxıb getmişdir ki, bununla onun hərəkətlərinin sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilməsi baş verməmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda onun qərəzli xuliqanlıq hərəkətlərini “ictimai yer olan Gəncə şəhəri, H.Əliyev prospekti, ev 54B ünvanının qarşısında”, “ətrafda olan şəxslərə məhəl qoymadan” törətdiyini xüsusi olaraq vurğulasa da, bu, mücərrəd bir ifadə olmaqla əslində ittihamın guya əsaslı olması, təqsirləndirilən şəxsin hadisə zamanı cəmiyyətə qarşı açıqca hörmətsizlik və laqeydlik nümayiş etdirdiyi, ictimai qaydanı kobud surətdə pozduğu, cəmiyyətə açıqca hörmətsizlik ifadə etdiyi görüntüsü yaratmağa hesablanmışdır. “Hansı ki, ittiham tərəfi Təqsirləndirilən şəxs ictimai qaydanı pozmasına istinad etsə də, ibtidai istintaq orqanı tərəfindən konkret olaraq həmin vaxt hadisə yerində cəmiyyətin üzvü hesab olunan kənar şəxslərin olması (kənar şəxslərin xeyli az olması), hansı kənar şəxslərin olması, mübahisənin aradan qaldırılması məqsədi ilə hər hansı bir şəxsin hadisəyə müdaxilə etməsi müəyyən edilməmiş, əgər kənar şəxs olmuşsa da, həmin şəxslərin ifadələri alınmamış, şahidlər siyahısında göstərilməmişdir. İbtidai istintaq orqanı dindirdiyi şəxslərin dairəsini müstəsna olaraq zərərçəkmiş şəxsin özü, təqsirləndirilən şəxs və hadisənin şahidi olan ailə üzvləri ilə (şahid) məhdudlaşdırmış, kənar şəxslərdən bir nəfəri belə müəyyən etməmiş və dindirilməsi üçün məhkəməyə təqdim etməmişdir.” Bu da, dolayı yolla hadisənin baş verdiyi yerdə kənar şəxslərin olmasını, təqsirləndirilən şəxsin cəmiyyətə qarşı hörmətsizlik ifadə etməsi, ictimai qaydanı pozması əlamətlərini istisna edir. Məhkəmə iclasında ifadə verən zaman zərərçəkmişin özü və anası olan şahid də hadisə yerində hər hansı kənar şəxsin olmadığını qeyd etmişlər. Təqsirləndirilən şəxs həmin hərəkətləri, nəinki digər şəxslərin gözü qarşısında törətməmiş, əksinə, Zərərçəkmiş şəxs burnundan qan açıldığını görəndən sonra hadisə yerindən uzaqlaşmışdır. Təqsirləndirilən şəxs özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək, bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, bununla da xuliqanlıq etmək niyyəti olsa idi, hadisə yerindən uzaqlaşmaz, öz hərəkətlərini məhz digər şəxslərin gözü qarşısında davam etdirərdi. Xüsusən nəzərə alınmalıdır ki, istintaq zamanı müstəntiq tərəfindən 04 fevral 2025ci il tarixdə hadisənin bilavasitə şahidi olmuş şəxslərin dairəsinin müəyyən edilərək dindirilmələri üçün istintaq orqanına təmin edilmələri ilə bağlı Gəncə şəhər BPİ-nin 1-ci polis şöbəsinə əməliyyat tapşırığı verilmiş, həmin əməliyyat tapşırığına xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında yaranmış mübahisə 21 noyabr 2024-cü il tarixdə, saat 15 radələrində Gəncə şəhəri, H.Əliyev prospekti, ev 54B ünvanının qarşısında baş vermişdir. Hadisənin hansı səbəbdən və şəraitdə baş verməsinin, hadisənin mexanizminin, hadisənin əlavə iştirakçılarının olub-olmamasının və əlavə şahidlərinin dairəsinin, hadisə yerinin yaxınlığında videomüşahidə kamerası müəyyən olunmamış, Təqsirləndirilən şəxs şəhər ərazisində başqa cinayətlər törədib-törətməməsini müəyyən etmək mümkün olmamışdır. Hadisə vaxtı ictimai qaydanın pozulması, cəmiyyətə açıqca hörmətsizlik olması müəyyən edilmişdir. Odur ki, bu barədə həyata keçirilmiş əməliyyat tədbirləri davam etdirilir, həmin xüsusat üzrə gələcəkdə hər hansı bir müsbət məlumat əldə edilərsə məlumat veriləcəyi bildirilmişdir. O cümlədən 22 yanvar 2025-ci il tarixdə fakta görə cinayət işi Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə başlansa da, istintaq orqanı əməliyyat tapşırığına cavab məktubunu nəzərə almayıb heç bir qanuni əsas, hüquqi qiymətləndirmə olmadan 25 fevral 2025-ci il tarixli qərarla cinayət əməlini Azərbaycan Respublikası CM-nin 128-ci maddəsindən həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif etmişdir. Halbuki, Təqsirləndirilən şəxs hərəkətlərinin ictimai qaydaya, yəni cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sisteminə qarşı yönələn hərəkət və ya hərəkətsizlik kimi deyil, bilavasitə Zərərçəkmiş şəxs istiqamətlənən və onun özünün qanunsuz hərəkətinə (ona söyüş söyməsinə və vurmasına görə) qarşı olan cavab hərəkətləri kimi təzahür etməsi işin ibtidai istintaqının ilkin mərhələsindən məlum olmuşdur və belə olan halda təqsirləndirilən şəxsin əməlində xuliqanlıq cinayətinin tərkibinin olmasından söhbət gedə bilməzdi. İstər məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, istərsə də məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinin dispoziyasında nəzərdə tutulan əməldə onun təqsirli olması sübuta yetməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə əhatə olunan cinayət əməlinin tərkib əlamətləri olmamışdır, onun hərəkətləri tam olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə əhatə olunduğundan, baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs qəsdi Azərbaycan Respublikası CM-nin 221-ci maddəsi ilə qorunan ictimai münasibətlərə qarşı deyil, şəxsiyyət əleyhinə yönələn hərəkətlərdə ifadə olunduğundan, onun Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə verilmiş ittiham üzrə əməli həmin Məcəllənin 128-ci maddəsi ilə müəyyən edilmiş qəsdən sağlamlığa yüngül xəsarət yetirmə kimi tövsif olunmalıdır. Sözügedən maddənin tələbinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, məhkəmə ekspertizalarının rəyi və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə görə məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanı çəkmələri nəzərdə tutulmuşdur; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə də, məhkumun azadlıqdan məhrum edilməsi üçün qanuni penoloji əsaslar sırasına cəzalandırma, çəkindirmə, cəmiyyətin müdafiəsi və islah məqsədləri daxildir (Vinter və Başqaları Birləmiş Krallığa qarşı [BP], № 66069/09, § 111, 9 iyul 2013-cü il). Təsvir edilən maddi hüquq normaların məzmunundan, eləcə də cəza institutunun məqsədlərindən bəhs edən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Avropa Məhkəməsinin şərhindən belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilindiyi cinayət əməli, eyni Məcəllənin 15-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində birinci qrup əlil olan qızının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-in 59.2-ci maddəsinə əsasən nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddələrində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənildikdən sonra hazırki cinayət əməlini törətmişdir. Belə ki, CM-in 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 70-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və 03 (üç) il şərti sınaq müddəti təyin olunmuşdur. Məhkəmə bununla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs azad edildiyi vaxtdan 06 il keçdikdən sonra, yəni xx.xx.2024-cü il tarixdə hazırki cinayət əməlini törətmişdir. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsinə əsasən Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə cəzanın növünü və həddini təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. Həm də burada söhbət təkcə maddi zərərdən getmir. Əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Məhkəmə onu da nəzərə çatdırır ki, heç şübhəsiz ki, sosial ədalətin bərpası zərərçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini-məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərə uyğunluğunu təmin etməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə istinad edilən CM-nin 128-ci maddəsinin sanksiyasında cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə kimi cəzalar nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə ona istinad edilən maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, daha ciddi cəza növündə cəzanın seçilməsi üçün əsaslar görmür, az ciddi cəza növü olan cərimə cəzasının cəzanın məqsədlərini təmin edə bilməsi qənaətinə gəlir. Məhkəmənin fikrinə görə cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxsə cərimə cəzasının təyin edilməsi tam əsaslıdır və bu cəzanın məqsədini təmin edə bilər. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs ictimai təhlükəliyə malik olan böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyası həddində cərimə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət-Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 23.1-ci maddəsinə əsasən məhkum cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən orqana həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə 8 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 nömrəli qərarına (xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla ümumilikdə həmin müdafiəçinin işlədiyi vəkil bürosunun hesabına cəmi 88 (səksən səkkiz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Eyni zamanda Zərərçəkmiş şəxs ona dəymiş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi barədə iddia ərizəsi ilə müvafiq məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut,ekspertiza xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsindən, həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin və ona 1000 (bir min) manat məbləğində cərimə cəzası təyin edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi1 işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 88 (səksən səkkiz) manat məbləğində pul ödənilsin. Zərərçəkmiş şəxs ona dəymiş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi barədə iddia ərizəsi ilə müvafiq məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmdən elan olunduğu, (həbsdə saxlanılan şəxsə isə verildiyi) andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Məhəmməd Həsənli
Məhkəmə qərarları › İş №1(125)-202/2025
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-202/2025
26.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver