Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-203/2022 23.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X18 Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X10, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili X4 iştirakları ilə, xx.xx.1998-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs, məlum olmayan vaxt və mənbədən satış məqsədi ilə 7 ədəd bükümdə ümumilikdə təmiz çəkisi 1,663 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və 4 ədəd bükümdə ümumi çəkisi 1,41 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2022-ci il tarixdə saat 16:30-da Gəncə şəhəri, Atatürk prospektində yerləşən “Liman” çay evinin yaxınlığında Gəncə şəhər Nizami RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb Gəncə şəhər Nizami rayon polis idarəsinə gətirilərək üzərində şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli isti gödəkcənin sol iç cibindən “Keno” markalı siqaret qutusudan içərisindən 6 ədəd şəffaf sellofan bükümlərdə və 1 ədəd gümüşü rəngli kağız bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,322 qram, 0,253 qram, 0,249 qram, 0,348 qram, 0,184 qram, 0,215 qram, 0,092 qram heroin və 3 ədəd sellofan və 1 ədəd qara kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,405 qram, 0,385 qram, 0,366 qram, 0,254 qram metamfetamin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə “Liman” çay evinin yaxınlığında yerdən müxtəlif bükümlərdə heroin və metamfetamini götürmüş və şəxsi istifadə üçün üzərində saxlamışdır. Belə ki, o, bir ilə yaxın müddətdir ki, narkotik vasitə istifadəçisidir və bu müddət ərzində mütəmadi olaraq heroindən və metamfetamindən istifadə etmişdir. xx.xx.2022-ci il tarixdə də o, növbəti dəfə sosial şəbəkə vasitəsi ilə tanımadığı bir nəfər şəxsdən narkotik vasitə almaq üçün onunla danışmış, həmin şəxs də narkotik vasitəni gətirərək “Liman” çay evinin yaxınlığında ağacın yanında yerə qoymuşdur. O da həmin yerdən narkotik vasitəni gedib götürmüşdür. Onun həmin narkotik vasitələri satmaq niyyəti olmamış, tapdığı narkotik vasitənin hər hansı hissəsini kiməsə satmamışdır. xx.xx.2022-ci il tarixdə saat 16:30 radələrində Gəncə şəhəri “Liman” çay evinin yaxınlığından keçən zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etmiş və narkotik vasitə gəzdirməkdə və saxlanmasında şübhəli olduğunu bildirib onu Gəncə şəhər Nizami RPİ-nə aparmışlar. Nizami RPİ-yə gətirən zaman ona qarşı hər-hansı psixi və fiziki zor tətbiq olunmamışdır. Nizami RPİ-də müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş və onun üzərindən 7 ədəd bükümdə heroin və 4 ədəd bükümdə metamfetamin aşkar edilmişdir. Üzərindən aşkar edilmiş bükümlər elektron tərəzidə çəkilmiş və sonra qablaşdırılmışdır. Sonda təqsirləndirilən şəxs özünü Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bildiyini, törətdiyi əmələ görə çox peşman olduğunu bildirdi və ailə vəziyyətinin nəzərə alınaraq onun barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin CAŞ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə idarəyə Gəncə şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq üzərində saxlamasında, daşımasında, istifadəsi və alqı-satqısı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Onun həmin cinayət əməlinin ifşa edilməsi üçün əməliyyat tədbirləri keçirilməsinə dair qərar alınmış və əməliyyat qrupu yaradılmışdır. Bundan sonra idarənin PPXT-nin polis nəfəri, polis serjantı Şahid2 ilə birlikdə Gəncə şəhəri ərazisində Təqsirləndirilən şəxs ətrafında əməliyyataxtarış tədbirləri keçirməyə başlamışlar. xx.xx.2022-ci il tarixdə saat təxminən saat 16:30 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri, Atatürk prospektində yerləşən “Liman” çay evinin yaxınlığında tərəflərindən saxlanılmışdır. Onlar Təqsirləndirilən şəxs Gəncə şəhər Nizami rayon polis idarəsinin əməkdaşları olduğunu deyərək qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq üzərində saxlamasında, daşımasında, istifadəsi və alqı-satqısı ilə məşğul olmasında şübhəli olduğunu deyərək onu Gəncə şəhər Nizami RPİ-nin inzibati binasına dəvət etmişlər. Təqsirləndirilən şəxs onunla razılaşaraq idarəyə gəlmişdir. İdarədə müdafiəçisinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs əynində qara rəngli qış gödəkcəsinin sol iç cibindən bir ədəd qara-qızılı rəngli “Keno” markalı siqaret qutusu, əlavə olaraq cins şalvarın sol arxa cibindən bir ədəd “Whinchester” markalı siqaret qutusu, sol yan cibindən şəxsiyyət vəsiqəsi, “Redmi” markalı mobil telefon, bir ədəd “Bakı Kart” adlı plastik kart və 13 manat pul təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi qaraqızılı rəngli “Keno” markalı siqaret qutusuna baxış keçirilmişdir. Baxış keçirilən zaman həmin qutunun içərisində isə 6 ədəd şəffaf rəngli sellofana bükülü və içərisində narkotik vasitə heroinə bənzər toz şəkilli, qəhvəyi rəngli kütlələr, 3 ədəd ağ rəngli sellofana bükülü və içərilərində psixotrop maddə metamfetaminə bənzər kristal şəkilli kütlələr, həmin “Keno” markalı siqaret qutusunun üzünün sellofanının içərisindən isə 1 ədəd qara rəngli siqaret falqasının içərisində psixotrop maddə metamfetaminə bənzər kristal şəkilli kütlə, 1 ədəd gümüşü rəngli siqaret falqasının içərisində narkotik vasitə heroinə bənzər toz şəkilli, qəhvəyi rəngli kütlə, aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan psixotrop maddə metamfetaminə və narkotik vasitə heroinə bənzər kütlələri xx.xx.2022-ci il tarixdə “Liman” çay evinin yaxınlığında yerdən tapdığını və şəxsi istifadə üçün üzərində saxladığını, həmin yerə yaşadığı evdən gəldiyini, məqsədi Xanbağı parkına gedib gəzmək olduğunu, tapdığı siqaret qutusuna açıb baxmadığını, lakin içərisindəki kütlələrin hansı maddə olduğunu bildiyini, həmin kütlələrin “kola”, “şüşə”, “kakos” kimi tanıdığı narkotik vasitə olduğunu bildirmişdir. Aşkar olunmuş vasitələr elektron tərəzidə çəkilmiş və qablaşdırılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nin PPXT-nin polis nəfəri polis serjantı Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun bacısı Şöhrətin oğludur. Təqsirləndirilən şəxs atası və anası əqli qüsurlu olduğuna görə uşaq vaxtından onlarla birlikdə yaşayır. Təqsirləndirilən şəxs Gəncə şəhərində fəhləlik edərək özünü dolandırmışdır. xx.xx.2022-ci il tarixdə axşam saatlarında Gəncə şəhəri Nizami rayon polis idarəsindən ona zəng gəlmiş və həmin vaxt ona məlum oldu ki, bacısı oğlu Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində gəzdirməkdə, daşımaqda və qanunsuz dövriyyəsi ilə məşğul olmasına görə polis əməkdaşları tərəfindən saxlanılmışdır. Bundan sonra isə İbrahim məhkəmə tərəfindən həbs olunmuşdur.Onun, bacısı oğlu Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrdən istifadə etməsindən, üzərində gəzdirməsindən və dövriyyəsi ilə məşğul olmasından xəbəri olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və şəxsi axtarış zamanı qeydə alınmış video görüntüdən görünür ki, Gəncə şəhəri Nizami RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, Gəncə şəhəri Nizami RPİ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X1, Nizami RPİ-nin PPXT-nin polis nəfəri, polis serjantı Şahid2, Müdafiəçi, təqsirləndirilən şəxs X7 iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilmiş, onun əynində olan qara rəngli parça materialdan isti gödəkçənin sol iç cibindən 1 ədəd qara-qızılı rəngli, Keno markalı siqaret qutusu, həmin qutunun içərisindən isə 6 ədəd şəffaf rəngli sellofana bükülü və içərisində narkotik vasitə heroinə bənzər toz şəkilli, qəhvəyi rəngli kütlələr, 3 ədəd ağ rəngli sellofana bükülü və içərilərində psixotrop maddə kristal şəkilli kütlələr, həmin Keno markalı siqaret qutusunun üzünün sellofanın içərisindən isə 1 ədəd qara rəngli siqaret falqasının içərisində psixotrop maddə metamfetaminə bənzər kristal şəkilli kütlə, 1 ədəd gümüşü rəngli siqaret falqasının içərisində narkotik vasitə heroinə bənzər toz şəkilli, qəhvəyi rəngli kütlə, 1 ədəd qara rəngli işlək vəziyyətdə Redmi markalı mobil telefon aşkar edilərək götürülmüş, aşkar edilmiş 6 ədəd şəffaf rəngli sellofana bükülü kütlələr elektron tərəzidə çəkilmiş və həmin kütlələr 0,46 qram, 0,31 qram, 0,44 qram, 0,38 qram, 0,39 qram və 0,36 qram gəlmişdir. 1 ədəd gümüşü rəngli siqaret falqası içərisindəki kütlə ilə birlikdə elektron tərəzidə çəkilmiş, 0,24 qram gəlmiş və həmin heroinə bənzər 7 ədəd ümumilikdə 2,56 qram gəlmiş və həmin kütlələr 1 saylı zərfdə qablaşdırılmışdır. Aşkar edilmiş 3 ədəd ağ rəngli sellofana bükülü kütlələr elektron tərəzidə çəkilmiş və həmin kütlələr 0,47 qram, 0,42 qram, 0,45 qram gəlmişdir. 1 ədəd qara rəngli siqaret falqası içərisindəki kütlə ilə birlikdə elektron tərəzidə çəkilmiş, 0,35 qram qram gəlmiş və həmin metamfetaminə bənzər 4 ədəd ümumilikdə 1,69 qram gəlmiş və həmin kütlələr 2 saylı zərfdə qablaşdırılmışdır. Aşkar edilmiş Redmi markalı mobil telefon 3 saylı zərfdə qablaşdırılmışdır. Həmin zərflərin üzəri Azərbaycan Respublikası DİN-nin 110 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Qablaşdırılmış kütlələrin narkotik vasitə və ya psixotrop maddə olub-olmaması və dəqiq çəkisi barədə rəy alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X12 bölməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X12 Bölməsinin xx.xx.2022-ci il tarixli 16/324 №-li rəyindən görünür ki, “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş......” yazı və imzalar olan kağız paketdəki 6 (altı) ədəd şəffaf sellofan bükümdə və 1 (bir) ədəd kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,322 qram, 0,253 qram, 0,249 qram, 0,348 qram, 0,184 qram, 0,215 qram, 0,092 qram, ümumi təmiz çəkisi 1,663 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 4 ədəd yazı və imzalar olan kağız paketdəki 3 ədəd sellofan bükümdə və 1 ədəd qara rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,405 qram, 0,385 qram. 0,366 qram, 0,254 qram, ümumi təmiz çəkisi 1,41 qram ola maddələr kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir, xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında 961-İİQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən heroin 0,15 qramdan artıq olduqda şəxsi istehlak miqdarından artıq, 2 qram və daha çox olduqda külli miqdarda olması göstərilmişdir. Həmçinin həmin Qanunun İİ siyahısının 67-ci bəndində metamfetamin adlı psixotrop maddənin şəxsi istehlak miqdarının (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddinin 0,15 qram, küllü miqdarın (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddinin 2 qram olması göstərilmişdir. “Şübhəli şəxsin dindirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində dindirilərkən üzərindən aşkar olunan narkotik vasitəni və psixotrop maddəni heç kimə vermədiyini və satmadığını, özü istifadə etmək üçün üzərində saxladığını, 1 ildir ki narkotik vasitə istifadə etdiyini, Polis İdarəsinə gətirilən zaman polis əməkdaşları tərəfindən ona hər hansı formada təzyiq edilmədiyini bildirmişdir. Qeyd edilən protokol müstəntiq Seymur Musayev şübhəli şəxs Təqsirləndirilən şəxs və vəkili Müdafiəçi tərəfindən imzalanmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsi ilə ittiham elan edilmişdir. “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü qismən təqsirli bilərək, ifadəsində bildirmişdir ki, üzərindən aşkar olunan narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini özü istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. Qeyd edilən protokol müstəntiq, təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən imzalanmışdır. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 4(044)-39/2022 saylı xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanma müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Gəncə şəhəri BPİ 1-ci Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs Liman oğlundan aşkar edilmiş narkotik vasitə heroin və psixotrop maddə metamtetamini hansı mənbədən və nə vaxt əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroin və psixotrop maddə metamfetamini satış məqsədilə əldə etmiş, lakin narkotik vasitələri satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə, qanunsuz olaraq narkotik vasitə əldə etməsində Təqsirləndirilən şəxs kiminsə kömək etməsi, qanunsuz yolla əldə etdiyi narkotik vasitələrdən əlavə olaraq digər yerdə gizlədərək saxlaması, həmçinin onun baş vermiş digər cinayətlərdə iştirak etməsi müəyyən edilməmişdir. "xxxx" MMC-dən daxil olmuş diskdən və həmin diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, həmin diskdə “SMS Tarixçəsi” adlı faylın içərisinə daxil olan “***-***-**-**” saylı mobil nömrədən gedən mesaj mətnlərinə baxış zamanı müəyyən edildi ki, xx.xx.2022-ci il tarixdə saat 22:55:45-də “***-***-**-**” saylı mobil nömrəyə “Bu ne hereketi eliyisen adaw biz bele daniwmixdix yaxsiligin qarwisini bele verisen” məzmununda, eyni qaydada xx.xx.2022-ci il tarixdə saat 01:09:16-da “***-***-**- **” saylı mobil nömrəyə “Ay baba niye nervilenisen ki qadan alim allaha and olsun mende 25 27 manata verem uc-dort manata ma qalsin dana bes men yetim nagarim neter elivim denen elivim”. məzmununda, eyni qaydada xx.xx.2022-ci il tarixdə saat 01:21:56-da “***- ***-**-**” saylı mobil nömrəyə ”Baba qadan alim 50 manat puldu karta vurum yoxsa gelim harasa nagarim” məzmununda, eyni qaydada xx.xx.2022-ci il tarixdə saat 11:53:50-də “***-***-**-**” saylı mobil nömrəyə “Ay baba 40 bahadi men 40 qoturum neciye verim" məzmununda, xx.xx.2022-ci il tarixdə saat 12:04:11-də “***-***-**-**” saylı mobil nömrəyə “35 manat var baba bidene mene komeyliy elive bilmisen qadan alim” məzmununda, xx.xx.2022-ci il tarixdə saat 13:07:27-də ***-***-**-**” saylı mobil nömrəyə “Ay baba ozumde aqriyiram nolar ki qurvan olum ma bir komekliy eliverdin imkanin varsa yene kimese nervlenif men vazixdan cixisan nervini” məzmununda, xx.xx.2022-ci il tarixdə saat 18:29:32-də “***-***-**-**” saylı mobil nömrəyə “Qaqa gorusek olari birez asagi ele imkan varsa 200 manatdig gotrum borc tapmsam” məzmununda, xx.xx.2022-ci il tarixdə saat 18:53:36-da “***-***-**-**” saylı mobil nömrəyə “Baba ibisdi nağara bildin uşaqlar məni diriyif pulu isdiyiler” məzmununda iş üçün əhəmiyyət kəsb edən mesaj mətnləri göndərilmişdir. Bundan əlavə həmin diskdə “SMS Tarixçəsi” adlı faylın içərisinə daxil olan Təqsirləndirilən şəxs istifadəsində olan “***-***-**-**” saylı mobil nömrəyə gedən mesaj mətnlərinə baxış zamanı müəyyən edildi ki, xx.xx.2022-ci il tarixdə saat 19:08:52-də “055- 577-48-62” saylı mobil nömrədən “Baba yaz evdekiler yanimdadi” məzmununda, xx.xx.2022-ci il tarixdə saat 19:29:17-də “***-***-**-**” saylı mobil nömrədən ‘Cixagax ortya” məzmununda iş üçün əhəmiyyət kəsb edən mesaj mətnləri göndərilmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs istifadəsində olan “***-***-**-**” saylı mobil nömrəyə digər mobil nömrələrdən də, müxtəlif məzmunda mesaj mətnləri göndərilsə də, həmin mesaj mətnlərində iş üçün əhəmiyyət kəsb edən hər hansı bir hal aşkar edilməmişdir. “X3" adlı digər faylın içərisinə isə daxil olan zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş “055-583-76- 83” saylı mobil nömrələrlə digər mobil nömrələr arasında, o cümlədən X13 istifadəsində olmuş ***-***-**-** saylı, X8 istifadəsində olmuş ***-***-**-** saylı və X11 istifadəsində olan “***-***-**-**” və “***-***-**-**” saylı mobil nömrələr arasında çoxsaylı zənglər olmuş, həmin zənglər zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş “***-***-**-** saylı mobil nömrələr Göygöl rayonu, Üçtəpə kəndi, Gəncə şəhəri RTYS, Gəncə şəhəri, Tatarlı küçəsi Gəncə şəhəri Qızılgül şadlıq sarayının Gəncə şəhəri X22 prospektində anten dairələrində olmuşdur. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 411 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanseri tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 3451 nömrəli arayışdan məlum olur ki, Allahverdiyev X2 Dispanserində qeydiyyatda yoxdur. xx.xx.2022-ci il tarixli, 4566 nömrəli arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Narkoloji Dispanserdə xx.xx.2022-ci il tarixdən heroindən asılılıq diaqnozu ilə qeydiyyatdadır. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 7 ədəd kağız bükümdə qalıq çəkiləri 0,242 qram, 0,042 qram, 0,173 qram, 0,169 qram, 0,268 qram, 0,104 qram, 0,135 qram olan narkotik vasitə heroin, 4 ədəd kağız bükümdə olan qalıq çəkiləri 0,305 qram, 0,285 qram, 0,266 qram, 0,154 qram olan psixotrop maddə metamfetamin, eləcə də Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinin videogörüntülərinin qeydə alındığı 1 ədəd DVD disk və "xxxx" MMC-dən cavab məktubu ilə daxil olmuş 1 ədəd CD disk maddi sübut kimi tanınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən və məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1; 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 300 manat məbləğində cərimə cəzası təyin edilmişdir. xx.xx.2018-ci ildə cəzadan azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluqları ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Gəncə şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə təyin edilmiş cərimə cəzasından azad edildiyi vaxtdan bir ildən artıq müddət keçdiyinə görə, o, məhkumluğu olmayan şəxs hesab olunur. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs 7 ədəd bükümdə narkotik vasitə olan heroini və 4 ədəd bükümdə psixotrop maddə olan metamfetamini əldə edib üzərində daşımış və saxlamışdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilməyərək ifadəsində üzərindən aşkar olunmuş narkotik vasitələri və psixotrop maddəni özünün istifadə etməsi üçün sosial şəbəkədən üzünü görmədiyi, şəxsən tanımadığı şəxsdən əldə etdiyini, həmin narkotik vasitəni kiməsə satmaq niyyətinin olmadığını bildirsə də, təqsirləndirilən şəxsin narkotik vasitəni məhz satmaq niyyəti ilə əldə etməsi və saxlaması məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmışdır. Belə ki, iş materiallarında olan "xxxx" MMC mobil operator tərəfindən təqdim edilmiş diskdə olan təqsirləndirilən şəxsin istifadəsində olan telefon nömrələri ilə aparılmış yazışmalar tədqiq edilərkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitələri məhz başqa şəxslərə satmaq niyyəti ilə almışdır. Belə olan vəziyyətdə, məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitəni satmaq niyyətində olmaması ilə bağlı verdiyi ifadəsini məhkəmə məsuliyyəti yüngülləşdirmək məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirir. Məhkəmə, təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin 7 ədəd və psixotrop maddə olan metamfetaminin isə 4 ədəd ayrı-ayrı bükümlərə bölünməsini, üzərində saxlamasını və daşımasını, eləcə də təqsirləndirilən şəxsin istifadəsində olmuş mobil nömrələrlə aparılan yazışmaları qarşılıqlı surətdə təhlil edərək belə hesab edir ki, ibtidai araşdırma orqanı haqlı olaraq təqsirləndirilən şəxsin məhz satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini əldə edib üzərində daşıması və saxlaması qənaətinə gəlmiş və ona qarşı Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham irəli sürmüşdür. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-in yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə daha yüngül cəzanın təyin edilməsi və ya CM-in 70-ci maddəsi tətbiq edilməklə cəzanın şərti tətbiq edilməsini əsaslandırmaq mümkün deyil və bu normaların tətbiq olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət prinsipinə ziddir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti nəzərə alınmaqla, barəsində yalnız cinayət qanunu normasının sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM- 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəza çəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu xx.xx.2022-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitənin və psixotrop maddənin qalığı məhv edilməli (CPM-132), 1 ədəd DVD disk və 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1.) Bundan başqa, məhkəmə qeyd edir ki, xx.xx.2022-ci il tarixli, 411 nömrəli nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən təqsirləndirilən şəxsin narkomaniya xəstəliyindən əziyyət çəkməsi və müalicəyə ehtiyacının olması müəyyən olunduğundan, Azərbaycan Respublikası CM-in 93.1.2 və 93-1.2-ci maddələrinə əsasən onun barəsində tibbi xarakterli məcburi müalicə tətbiq olunmalıdır. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili X6 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 9 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X4 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 54 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 3 (üç) il 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 21 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93- 1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun. Cinayət işi üzrə maddi sübutlar - Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan 7 ədəd bükümdə ümumi çəkisi 1,133 qram olan narkotik vasitə heroin və 4 ədəd bükümdə ümumi çəkisi 1,01 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 1 ədəd DVD və 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 30,40 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X5, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X4 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 54 manat pul köçürülsün. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ**********0000067944, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Hökmdən elan edildiyi (təqsirləndirilən şəxsə isə ona təqdim olunduğu) gündən 20 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №1(125)-203/2022
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-203/2022
23.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver