Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-203/2024 18.03.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim: Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi Məhkəmə iclasının katibi: X4 Xüsusi ittiham qaydasında şikayət X1 və vermiş şəxslər: X3 Barəsində xüsusi ittiham qaydasında Bağırov Tural Arif oğlunun şikayət verilmiş şəxs: iştirakları ilə Bağırov Tural Arif oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X1 və X3 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 və X6 xüsusi ittiham qaydasında şikayətlə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Bağırov Tural Arif oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi və həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmasını xahiş etmişlər. Şikayət ərizəsində xüsusi ittihamçılar X2 və X6 qeyd etmişlər ki, Bağırov Tural Arif oğlu onların əxlaqı, şərəfi və ailələri barəsində sosial şəbəkələrdə şər və böhtan xarakterli məlumatlar yaymış, nüfuzlarına xələl gətirən məlumatlarla çıxışlar etmişdir. Bundan başqa xüsusi ittihamçı Z.Əmrahovanın öz qızını 5000 ABŞ dollarına satmaqla bağlı T.Bağırov ona böhtan atmışdır. Qeyd edilən şər və böhtanla bağlı halları təsdiqləyən sübutları şikayət ərizəsinə əlavə edərək Bağırov Tural Arif oğlunun barəsində Azərbaycan Respublikasının CM-nın 147-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Xüsusi ittiham qaydasında şikayət verilən şəxs Bağırov Tural Arif oğlu xx.xx.2024-cü il tarixdə məhkəməyə elektron qaydada müraciət edərək, ailə vəziyyəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini və iştirakı olmadan iclasın keçirilməsini xahiş etmişdir. Həmçinin, məhkəməyə elektron kabinetdən ərizə və vəsatət ünvanlayaraq X1 və X3 şikayət ərizələrinin sürətini Elektron Məhkəmə sisteminə yerləşdirilməsinin təmin edilməsini və xüsusi ittiham qaydasında şikayətə baxılması üçün aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət baxılması üçün aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilməlidir. Çünki, xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılmalıdır. Belə ki, şəxsin yaşayış yeri ünvan 1 ünvanı olduğu üçün xüsusi ittiham qaydasında şikayət baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilməlidir. Belə ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli 3 saylı Qərarının 12-ci bəndində göstərilmişdir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Xüsusi ittiham qaydasında verilmiş şikayətin məzmunundan görünür ki, Bağırov Tural Arif oğlu sosial şəbəkələrdə X1 və X3 ünvanlarına böhtan ataraq şərəf və ləyaqətlərini ləkələyən və nüfuzdan salan paylaşımlar edərək barələrində yalan olan məlumatları yaymışdır. Sosial şəbəkənin hüquqi ünvanı isə Azərbaycan Respublikası ərazisindən kənarda yerləşməsi mübahisəsiz haldır. Belə olan vəziyyətdə, Ali Məhkəmənin Plenumun Qərarındakı izaha əsasən xüsusi ittiham qaydasında şikayətə təhqir və böhtan xarakterli məlumatları yaymış şəxsin “axırıncı yaşayış yeri” üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılmalıdır. Elektron sistemdən görünür ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş Bağırov Tural Arif oğlu həqiqətən ünvan 1 ünvanda yaşayır. Bununla bağlı qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayış şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Bununla yanaşı qeyd edilməlidir ki, qanunvericiliyə əsasən şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır və şəxsin bir neçə yaşayış yeri ola bilər (Mülki Məcəllə maddə 27.1). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin ümumi prinsipi isə ondan ibarətdir ki, istər ibtidai araşdırma, istərsə də cinayət işi və ya digər material üzrə məhkəmə araşdırması cinayətin törədildiyi yer üzrə müvafiq olaraq ibtidai araşdırma orqanı və ya məhkəmə tərəfindən aparılmalıdır. (Cinayət Prosessual Məcəllə maddə 74.1 və 216.1) Məhz həmin prinsip əsas götürülərək Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 saylı Qərarının 12-ci bəndində qeyd edilmişdir ki, kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı Azərbaycan Respublikasında olmadıqda, xüsusi ittiham qaydasında şikayətə təhqir və böhtan xarakterli məlumatları yaymış şəxsin “axırıncı yaşayış yeri” üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılmalıdır. Çünki, yuxarıda qeyd edildiyi kimi şəxsin bir neçə yaşayış yeri ola bilər və belə güman olunur ki, o, ona istinad edilən cinayət əməlini axırıncı yaşayış yerində törətmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən Gəncə Şəhər Məhkəməsinin elektron poçt ünvanına (e-mail) göndərilmiş xx.xx.2024-cü il tarixli müraciətdən görünür ki, Bağırov Tural həqiqətən ünvan 1 ünvanında yaşayır. Məhkəmə hesab edir ki, Tural Bağırovun axırıncı yaşayış yeri Sumqayıt şəhəri ərazisində yerləşdiyindən, şikayətdə göstərilən əməllərin Sumqayıt şəhəri ərazisində törədilməsi ehtimal olunur. Belə olan vəziyyətdə, hazırki xüsusi ittiham qaydasında şikayətə Sumqayıt Şəhər Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 67.4-cü maddəsinə əsasən hər bir rayon (şəhər) məhkəməsinə yalnız onun yurisdiksiyasında baş vermiş cinayətlərlə bağlı işlər aiddir. Həmin Məcəllənin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin fəaliyyət dairəsinə aid olan birinci instansiya məhkəməsində baxılır. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən cinayət işinin məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Həmin Məcəllənin 299.3 və 299.3.1-ci maddələrinin tələblərinə görə məhkəmə hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş cinayət işinin ona aid olub-olmaması məsələsinə baxır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinin tələbinə görə hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Hər kəsin işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ olduğundan, həm şikayətçinin, həm də barəsində şikayət verilən şəxsin bu hüququnu təmin etmək üçün aidiyyat düzgün müəyyən edilməlidir. Azərbaycan Respublikasının CPM-in 300.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biri də CPM-nin 300.1.4cü maddəsindəki qərardır. Belə ki, həmin Məcəllənin 300.1.4-cü maddəsinə əsasən müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biridir. Həmin Məcəllənin 302.1.1-ci maddəsinə əsasən şikayət həmin məhkəməyə aid olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmçinin həmin Məcəllənin 302.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 302.1.1-ci maddəsində nəzərdə tutulmuş halda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək, xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar çıxarır. Həmin Məcəllənin 302.3-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında həmin işin məhkəməyə aid olmadığını müəyyən etdikdə belə qərarın qəbul edilməsinin hüquqi əsaslarını və işin göndərildiyi məhkəməni göstərməklə, məhkəmə cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar çıxarır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasi CPM-in 300, 302-ci maddələrini tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bağırov Tural Arif oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X2 və X6 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət baxılması üçün aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilsin. Qərardan apellyasiya şikayəti və ya protesti verilə bilməz. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №1(125)-203/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-203/2024
18.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver