Məhkəmə qərarları › İş №1(125)-203/2025

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-203/2025

05.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-203/2025 05.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X14 Umud oğlunun sədrliyi, məhkəmə iclas katibi X11 oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1987-ci ildə Rusiya Federasiyasının Kislovodsk şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İttiham aktında qeyd olunanlara əsasən -Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, o, cavabdeh kimi ondan 23 oktyabr 2019-cu il tarixdən başlayaraq xx.xx.2010-cu il təvvəllüdlü X4 və xx.xx.2014-cü il təvvəllüdlü X8 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 150,00 manat olmaqla, cəmi 300,00 manat sabit pul məbləğində alimentin tutularaq Abdıyeva (Qasımova) Ayişə Maarif qızına verilməsinə dair Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-43/2021 saylı, xx.xx.2021-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə, icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-in 528.1-ci və 528.1-1-ci maddələrinə əsasən Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 08 gün, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 15 gün, həmin məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə 10 gün, xx.xx.2024-cü il tarixli qərarı ilə isə 15 gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq təqdimat verilən 03 aprel 2025-ci il tarixədək cəmi 6250,00 manat məbləğində aliment borcunu ödəməyərək zərərçəkmiş şəxs Abdıyeva (Qasımova) Ayişə Maarif qızına maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, Abdıyeva (Qasımova) Ayişə Maarif qızı ilə 2009-cu il tarixdə faktiki nikah münasibətlərində olsa da, nikahlarını xx.xx.2012-ci il tarixində rəsmiləşdirilmişdir. Onların birgə nikahlarından xx.xx.2010-cu il təvvəllüdlü X9 və xx.xx.2014-cü il təvvəllüdlü X10 doğulmuşdur. Bundan sonra Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən 23 oktyabr 2019-cu il tarixdən başlayaraq iki uşağın yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin tutularaq Abdıyeva (Qasımova) Ayişə Maarif qızına verilməsi qət edilmişdir. İcra icraatı dövründə ümumilikdə 13550 manat aliment ödəsə də, 03 aprel 2025-ci il tarixədək 6250 manat aliment borcu yaranmışdır. Maddi imkanı pisdir, Bakı şəhərində gündəlik 15-20 manata fəhlə işləyir və bu səbəbdən də aliment borcunu tam olaraq ödəyə bilmir. Əməlindən peşmandır və azadlıqda qalarsa aliment borcunu hissə-hissə ödəyə biləcəkdir. Odur ki, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmədə verilən suallara cavab olaraq bildirdi ki, o yalnız barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edildiyi təqdirdə işləyib yaranmış borcunu ödəyə bilər. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs Abdıyeva (Qasımova) Ayişə Maarif qızı ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə aralarında olan nikah 2012-ci il də pozulduqdan sonra 2 uşaq onun himayəsində qalmış və məhkəmə qətnaməsinə əsasən Təqsirləndirilən şəxs birgə nikah dövründə doğulmuş uşaqların saxlanılması üçün hər ay ümumilikdə 300 manat aliment ödəməlidir. Lakin buna baxmayaraq o, alimenti vaxtıvaxtında ödəməmiş və nəticədə xx.xx.2025-ci il tarixinə 6250 manat borcu yaranmışdır. Uşağı xəstədir və onun müalicəsinə kifayət qədər pul xərcləyir. Odur ki, təqsirləndirilən şəxsdən şikayətçidir və aliment borcunun tam ödənilməsini istəyir. Əks halda məhkəmədən, ifadəsində göstərdiyi halları nəzərə alaraq təqsirləndirilən şəxsin cəzalandırılmasını xahiş edir. Məhkəmə istintaq zamanı zərərçəkmiş şəxs Abdıyeva (Qasımova) Ayişə Maarif qızı məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, cinayət işi üzrə zərərçəkmiş şəxsdir. Təqsirləndirilən şəxs ilə hazırda barışmamış, təqsirləndirilən şəxs ona dəymiş ziyan ödəməmiş və hazırda ondan şikayətçidir. Növbəti məhkəmə proseslərində iştirak edə bilməyəcək, odur ki məhkəmə proseslərinin onun iştirakı olmadan keçirilməsini xahiş edir. Məhkəmə istintaqında şahid Gəncə şəhəri üzrə icra idarəsinin icra məmuru Şahid1 ifadəsində göstərdi ki, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu Təqsirləndirilən şəxs iki uşağın saxlanılması üçün cəmi 300 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar X5 xeyrinə ödənilməsi qət edilmişdir. İcra sənədi xx.xx.2021-ci il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuş, ona tələbin könüllü olaraq təmin edilməsi barədə bildiriş verilmiş, “Elektron icra” sistemindən borclunun əmlak vəziyyəti yoxlanılmış, onun adına heç bir əmlak və gəlir aşkar edilməmişdir. Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə onun ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmış, icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə O, 4 dəfə inzibati qaydada həbs edilmişdir. İnzibati həbsdən sonra borclu Təqsirləndirilən şəxs məsuliyyəti elan olunmaqla yeni müddət verilmiş və ona cinayət məsuliyyətinə cəlb olunması barədə xəbərdarlıqlar edilmiş lakin buna baxmayaraq o aliment borcunu ödəməkdən qərəzli olaraq yayınmışdır. O, icra sənədi üzrə ümumilikdə 13550 manat ödəniş etmiş, 2025-ci ilin aprel ayı daxil olmaqla ümumilikdə 6250 manat aliment borcu qalmışdır. İş üzrə digər şahid Gəncə şəhəri üzrə icra idarəsinin icra məmuru Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli 2(043)- 43/2021 nömrəli qətnaməsindən görünür ki, 23 oktyabr 2019-cu ildən başlayaraq Təqsirləndirilən şəxs iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimentin tutulub X6 verilməlidir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli, 8(043)- 327/2021 nömrəli qərarından görünür ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli 2(043)-43/2021 nömrəli icra sənədi icra olunanadək Təqsirləndirilən şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin 10 mart 2023-cü il tarixli, 3(104)-135/2023 nömrəli qərarından görünür ki, Gəncə Şəhər Məhkəməsinin 10 fevral 2017-ci il tarixli qərarı dəyirdirilərək Təqsirləndirilən şəxs təyin edilmiş 500 (beş yüz) manat məbləğində cərimə növündə tənbeh tədbiri 08 (səkkiz) gün müddətinə inzibati həbslə əvəz olunmuşdur. 25 avqust 2023-cü il tarixli borclunun axtarılması haqqında qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası üzrə axtarış elan edilməsi qərara alınmışdır. Gəncə Şəhər Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, 3(125)-2519/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati qayada həbs edilmişdir. 06 may 2024-cü il tarixli borclunun axtarılması haqqında qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası üzrə axtarış elan edilməsi qərara alınmışdır. Gəncə Şəhər Məhkəməsinin 20 iyun 2024-cü il tarixli, 3(125)-2118/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 X2 Filialının 11 sentyabr 2024-cü il tarixli, 3-17-2/2- 46925/2024 saylı məktubundən görünür ki, Təqsirləndirilən şəxs işlə bağlı məşğulluq mərkəzinə müraciət etməmişdir. Gəncə Şəhər Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli, 3(125)-3693/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhər İcra Hakimiyyəti başçısının 3 saylı SİƏD-üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Gəncə şəhər İcra Hakimiyyəti başçısının 3 saylı SİƏD-üzrə nümayəndəliyinə heç bir şifahi və ya yazılı şikayət daxil olmamışdır. 04 noyabr 2024-cü il tarixli yeni müddətin təyin edilməsi haqqında bildirişdən görünür ki, borclu Təqsirləndirilən şəxs 10 (on) gün müddətində vaxt verilməklə icra sənədi üzrə borcunu ödəmək tələb olunmuşdur. Xəbərdarlıq məktublarından görünür ki, icra orqanı tərəfindən Təqsirləndirilən şəxs icra sənədində göstərilən tələbi icra etməyi tələb olunmuş, əks halda məsuliyyət daşıyacağı barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 04 iyun 2025-ci il tarixli, 3-13-12/2-377931/25 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2025-сi il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 18:00 radələrində Gəncə şəhəri ərazisində saxlanılaraq, xx.xx.2025-ci il tarixdə saat 11:00 radələrində Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təhvil verilmişdir. “Qətimkan tədbiri seçilməsi haqqında” 11 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(125)-203/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin “həbs” qətimkan tədbiri ilə əvəz edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasından xx.xx.2025-ci il tarixdə Gəncə Şəhər Məhkəməsinə daxil olmuş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə tutularaq xx.xx.2025-ci il tarixdə müəssisəyə daxil olmuşdur. xx.xx.2025-ci il tarixli “axtarışda olan şəxsin tutulması barədə” protokoldan görünür ki, Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində barəsində axtarış elan edilmiş Təqsirləndirilən şəxs Bakı şəhərinin ərazisində tutularaq Gəncə şəhər BPİ-nin MSY-nə təhvil verilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli 2(043)-43/2021 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməməsi və onun əməlində cinayət tərkibinin olması tam sübuta yetirilmişdir. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs və şahidlər ifadələri, eləcə də işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 82.3-cü maddəsinin tələbinə görə, icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair 02 oktyabr 2012-ci il taixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxsin əməlini səmimi etiraf etməsini və əməlindən peşman olmasını CM-nin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında beş növ cəza, yəni cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun hesab edir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə aktını icra etməməsinə görə barəsində tətbiq edilmiş inzibati tənbeh tədbirlərdən heç bir nəticə çıxarmadığını, zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəmədiyini və zərərçəkmiş şəxsin ondan şikayətçi olmasını nəzərə alıb məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1ci maddəsində nəzərdə tutulan cinayət əməli az ağır cinayətlər kateqoriyasına daxildir. Məhkəmə, azadlıqdan məhrum etmə növündə cəzanın hansı cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu müəyyən edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərini rəhbər tutmuşdur. Belə ki, həmin maddəyə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Cəzasının başlanğıcı Təqsirləndirilən şəxs tutulduğu vaxtdan, yəni 15 noyabr 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarından görünür ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs 10 iyul 2025-ci il tarixdən 11 iyul 2025-ci il tarixədək tutulduğu 01 (bir) gün müddətində həbsdə olmuşdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs həbsdə qaldığı 01 (bir) gün müddəti nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlandığı bir gün müddət ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak və maddi sübut müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. Məhkəmə dövründə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 330 (üç yüz otuz) manat məbləğində pul Gəncə Regional Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə ekspertiza xərci, maddi sübut,mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yekun olaraq məhkəmə Təqsirləndirilən şəxs barəsində bütün sübutlara məcmu halda bir daha qiymət verərək gəldiyi nəticəni onunla əsaslandırır ki, Təqsirləndirilən şəxs barəsində 4 dəfə inzibati tənbeh tətbiq edilmiş, o bir neçə dəfə, o cümlədən məhkəmə icraatı dövründə də axtarışa verilmiş, məhkəmənin yaranmış aliment borcunu ödəməklə bağlı təklifinə müsbət cavab verməmiş və bununla da məhkəmə o nəticəyə gəlir ki, onun hərəkətləri qərəzli olmuş və bilərəkdən məhkəmə qətnaməsini icra etməkdən yayınmışdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində olan axtarış qərarı əsasında 10 iyul 2025-ci il tarixdən 11 iyul 2025-ci il tarixədək tutulduğu 01 (bir) gün müddət CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 15 noyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 330 (üç yüz otuz) manat məbləğində pul Gəncə Regional Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan şəxsə isə verildiyi) andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar