Məhkəmə qərarları › İş №1(125)-204/2022

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-204/2022

20.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-204/2022 20.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə ittiham olunmasına dair cinayət işi Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs cinayət işinin aidiyyəti üzrə göndərilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında dövlət ittihamçısı cinayət işinin aidiyyəti üzrə göndərilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə tərəflərin münasibətini aydınlaşdırıb, cinayət işinin materiallarını araşdıraraq hesab edir ki, cinayət işi aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilməlidir. Çünki verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlləri ölkənin müxtəlif şəhər və rayonlarında, həmçinin bir qismi Sumqayıt şəhərində törədilmiş, cinayət işi üzrə ibtidai istintaq Sumqayıt şəhərində Sumqayıt şəhər Polis idarəsinin İstintaq şöbəsi tərəfindən aparılmış və cinayət işinin məhkəməyədək icraatının başa çatdığı yer üzrə Sumqayıt Şəhər Məhkəməsi fəaliyyət göstərir. Belə olan halda Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 74.8-ci maddəsinin tələbinə görə cinayət işinə Sumqayıt Şəhər Məhkəməsi tərəfindən baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 74.8-ci maddəsinə əsasən eyni səviyyəli birinci instansiya məhkəmələrinə aid olan iki və ya daha çox cinayətlər üzrə işə, həmin cinayət işinin məhkəməyədək icraatının başa çatdığı yer üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Həmin Məcəllənin 299.1.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə məsələlərə baxılır. Həmin Məcəllənin 300.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74, 299, 300, 301 və 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair 1(125)-204/2022 nömrəli cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilsin. Təqsirləndirilən şəxsin Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar