Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-204/2023 15.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçi Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Gəncə şəhəri, Cavadxan qəsəbəsi, Yeni məhəllələr, ünvansız fərdi evdə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tamah məqsədi ilə qanunsuz olaraq ünvan 3 ünvanından açıq şəkildə istifadəsində olan uşaq otağından əks təsirinə məruz qalmayacağına arxayın olduqdan sonra gizli olaraq həmin otaqda olan 5 tavadan ibarət olan 150 (bir yüz əlli) manat dəyərində olan “Galaksi” markalı tava dəstini, içərisində 6 ədəd 280 ml ölçüdə olmaqla 50 (əlli) manat dəyərində olan 1 ədəd Bohemia markalı bakal dəstini, 1 ədədinin qiyməti 30(otuz) manat olmaqla ümumi dəyəri 60 (altmış) manat olan 2 ədəd xrustal mürəbbə qabını, içərisində 5 ədəd kül qabı olmaqla 20 (iyirmi) manat dəyərində olan “Royal Bloorlin” markalı kül qabı dəstini, içərisində 6 ədəd olmaqla 30 (otuz) manat dəyərində olan fincan dəstini, 6 ədəddən ibarət olmaqla 15 (on beş) manat dəyərində olan “Saucer” markalı orta ölçülü nəlbəki dəstini, 6 ədəddən ibarət olmaqla 12 (on iki) manat dəyərində olan “Saucer” markalı mürəbbə qabı dəstini, 6 ədəddən ibarət olmaqla 20 (iyirmi) manat dəyərində olan “Saucer” markalı böyük nəlbəki dəstini, 6 ədəddən ibarət olmaqla 10 (on) manat dəyərində kiçik ölçülü çömçə dəstini, 6 ədəddən ibarət olmaqla 5 (beş) manat dəyərində qaşıq dəstini, 6 ədəddən ibarət olmaqla 5 (beş) manat dəyərində qaşıq dəstini, 1 ədəd 180 (bir yüz səksən) manat dəyərində olan yataq dəstini, 1 ədəd 40 (qırx) manat dəyərində olan odeyalı, 6 ədəd olmaqla 20 (iyirmi) manat dəyərində olan xrustal stəkan dəstini, 6 ədəd orta ölçülü boşqab və 1 ədəd böyük ölçülü boşqab olmaqla 35 (otuz beş) manat dəyərində olan “Paradise Porelain” markalı boşqab dəstini, 1 ədəd 13 (on üç) manat dəyərində olan skater adlandırdığımız süfrə üzlüyünü götürərək Zərərçəkmiş şəxs ümumilikdə 665 (altı yüz altmış beş) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununlada Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadəsi, istintaq hərəkətlərinin protokolları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs az müdətdir ki, tanımış, əvvəllər kirayə yaşadığı ünvan 4 ünvanının sahibidir. Zeynəb Ağalarova qarşı heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Qeyd olunan evi xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs kirayə götürmüşdür. Ev həyət evidir, 5 otaqdan ibarətdir. Danışıqlarına əsasən o, həmin evin bütün otaqlarından istifadə etmək imkanı olmuş, lakin evin uşaq otağında olan əşyalar Zərərçəkmiş şəxs məxsus olmuş, həmin əşyalardan istifadə etmə imkanı olmamışdır. Həmin evin kirayə pulunu ödəyə bilmədiyi üçün xx.xx.2023-cü il tarixdə evdən çıxmaq qərarına gəlmişdir. Maddi vəziyyətinin aşağı olması ilə əlaqədar olaraq tamah məqsədilə həmin günü yəni, xx.xx.2023-cü il tarixdə evin uşaq otağında olan istifadə edilməmiş, Zərərçəkmiş şəxs məxsus əşyaları, yəni içərisində 5 tavadan ibarət olan “Galaksi” markalı tava dəstini, içərisində 6 ədəd 280 ml ölçüdə olmaqla 1 ədəd Bohemia markalı bakal dəstini, 2 ədəd xrustal mürəbbə qabını, içərisində 5 ədəd kül qabı olmaqla “Royal Bloorlin” markalı kül qabı dəstini, içərisində 6 ədəd olmaqla fincan dəstini, 6 ədəddən ibarət olmaqla “Saucer” markalı orta ölçülü nəlbəki dəstini, 6 ədəddən ibarət olmaqla “Saucer” markalı mürəbbə qabı dəstini, 6 ədəddən ibarət olmaqla “Saucer” markalı böyük nəlbəki dəstini, 6 ədəddən ibarət olmaqla kiçik ölçülü çömçə dəstini, hər biri 6 ədəddən ibarət olmaqla 2 ədəd qaşıq dəstini, 1 ədəd yataq dəstini, 1 ədəd odeyalı, 6 ədəd olmaqla xrustal stəkan dəstini, 6 ədəd orta ölçülü boşqab və 1 ədəd böyük ölçülü boşqab olmaqla “Paradise Porelain” markalı boşqab dəstini, 1 ədəd skater adlandırdığımız süfrə üzlüyünü tamah məqsədilə gizli olaraq oğurlamışdır. Bundan sonra evin sahibəsi Zərərçəkmiş şəxs zəng edərək evdən çıxdığını bildirmiş, lakin oğurluq barədə heç bir məlumat verməmişdir. Sonradan ona xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs onun oğurluq etməyi barədə DİNnin 102 xidmətinə məlumat verməsi məlum olmuşdur. Oğurluq etmiş olduğu əşyaları təqdim etmişdir. Zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək onunla barışıq əldə etmişdir. Notarial qaydada təsdiqlənmiş barışıq ərizəsini məhkəmə təqdim etdi. Törətdiyi əməldən peşmandır. Onun barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs qarşı heç bir düşmənçiliyi və ədavəti olmamışdır. X3 onun qızıdır, ünvan 5 ünvanı qızının adına olsa da ona məxsus olmuşdur. Ev 5 otaqdan ibarətdir, fərdi yaşayış evidir, kürsülü formadadır. Həmin evi o, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs kirayə vermişdir. Təqsirləndirilən şəxs ilə danışıqlarına əsasən evin içərisində olan bütün otaqlardan istifadə edə biləcəyini, yalnız uşaq otağında ona məxsus əşyalar olduğu üçün həmin əşyaları ona istifadə etməməyi tapşırmışdır. xx.xx.2023-cü il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs ona evdən çıxdığını, artıq kirayə yaşamayacağını bildirmişdir. Bundan sonra o, xx.xx.2023-cü il tarixdə 14 radələrində qeyd olunan evə nəzarət etmək üçün getmişdir. Evə baxış keçirən zaman uşaq otağında olan ona məxsus içərisində 5 tavadan ibarət olan 150 (bir yüz əlli) manat dəyərində olan “Galaksi” markalı tava dəstinin, içərisində 6 ədəd 280 ml ölçüdə olmaqla 50 (əlli) manat dəyərində olan 1 ədəd Bohemla markalı bakal dəstinin, 1 ədədinin qiyməti 30 (otuz) manat olmaqla ümumi dəyəri 60 (altmış) manat olan 2 ədəd xrustal mürəbbə qabının, içərisində 5 ədəd kül qabı olmaqla 20 (iyirmi) manat dəyərində olan “Royal Bloorlin” markalı kül qabı dəstinin, içərisində 6 ədəd olmaqla 30 (otuz) manat dəyərində olan fincan dəstinin, 6 ədəddən ibarət olmaqla 15 (on beş) manat dəyərində olan “Saucer” markalı orta ölçülü nəlbəki dəstinin, 6 ədəddən ibarət olmaqla 12 (on iki) manat dəyərində olan “Saucer” markalı mürəbbə qabı dəstinin, 6 ədəddən ibarət olmaqla 20 (iyirmi) manat dəyərində olan “Saucer” markalı böyük nəlbəki dəstinin, 6 ədəddən ibarət olmaqla 10 (on) manat dəyərində kiçik ölçülü çömçə dəstinin, 6 ədəddən ibarət olmaqla 5 (beş) manat dəyərində qaşıq dəstinin, 6 ədəddən ibarət olmaqla 5 (beş) manat dəyərində qaşıq dəstinin, 1 ədəd 180 (bir yüz səksən) manat dəyərində olan yataq dəstinin, 1 ədəd 40 (qırx) manat dəyərində olan odeyalın, 6 ədəd olmaqla 20 (iyirmi) manat dəyərində olan xrustal stəkan dəstinin, 6 ədəd orta ölçülü boşqab və 1 ədəd böyük ölçülü boşqab olmaqla 35 (otuz beş) manat dəyərində olan “Paradise Porelain” markalı boşqab dəstinin, 1 ədəd 13 (on üç) manat dəyərində olan skater adlandırdığımız süfrə üzlüyünün oğurlandığını aşkar etmişdir. Bundan sonra o, AR DİN-nin 102 xidmətinə zəng edərək polisə məlumat vermişdir. Ona ümumilikdə 665 manat maddi ziyan dəymişdir. Ona dəyən ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı hər hansı tələbi yoxdur. Məhkəmə iclasında iştirak etməmiş, ona görə də məhkəməyədək sadələşdirilmiş icraat zamanı verdiyi ifadəsi elan edilmiş Şahid göstərmişdir ki, Zərərçəkmiş şəxs onun anasıdır, Təqsirləndirilən şəxs isə əvvəllər tanımamışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus ünvan 6 ünvanında kirayə yaşayan şəxs kimi tanımışdır. Təqsirləndirilən şəxs qarşı heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Ev 5 otaqdan ibarətdir, fərdi yaşayış evidir, kürsülü formadadır. Həmin evi anası Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs kirayə vermişdir. Təqsirləndirilən şəxs ilə danışıqlarına əsasən evin içərisində olan bütün otaqlardan istifadə edə biləcəyini, yalnız uşaq otağındakı əşyalar anası Zərərçəkmiş şəxs məxsus olduğu üçün həmin əşyaları Təqsirləndirilən şəxs istifadə etməməyi Arzuya tapşırmışdır. xx.xx.2023-cü il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs evdən çıxdığını, artıq kirayə yaşamayacağını bildirmiş, bundan sonra o, anası Zeynəb ilə birlikdə xx.xx.2023-cü il tarixdə saat 14 radələrində qeyd olunan evə nəzarət etmək üçün getmişdir. Evə baxış keçirən zaman uşaq otağında olan anası Zeynəbə məxsus içərisində 5 tavadan ibarət olan 150 (bir yüz əlli) manat dəyərində olan “Galaksi” markalı tava dəstinin, içərisində 6 ədəd 280 ml ölçüdə olmaqla 50 (əlli) manat dəyərində olan 1 ədəd Bohemia markalı bakal dəstinin, 1 ədədinin qiyməti 30(otuz) manat olmaqla ümumi dəyəri 60 (altmış) manat olan 2 ədəd xrustal mürəbbə qabının, içərisində 5 ədəd kül qabı olmaqla 20 (iyirmi) manat dəyərində olan “Royal Bloorlin” markalı kül qabı dəstinin, içərisində 6 ədəd olmaqla 30 (otuz) manat dəyərində olan fincan dəstinin, 6 ədəddən ibarət olmaqla 15 (on beş) manat dəyərində olan “Saucer” markalı orta ölçülü nəlbəki dəstinin, 6 ədəddən ibarət olmaqla 12 (on iki) manat dəyərində olan “Saucer” markalı mürəbbə qabı dəstinin, 6 ədəddən ibarət olmaqla 20 (iyirmi) manat dəyərində olan “Saucer” markalı böyük nəlbəki dəstinin, 6 ədəddən ibarət olmaqla 10 (on) manat dəyərində kiçik ölçülü çömçə dəstinin, 6 ədəddən ibarət olmaqla 5 (beş) manat dəyərində qaşıq dəstinin, 6 ədəddən ibarət olmaqla 5 (beş) manat dəyərində qaşıq dəstinin, 1 ədəd 180 (bir yüz səksən) manat dəyərində olan yataq dəstinin, 1 ədəd 40 (qırx) manat dəyərində olan odeyalın, 6 ədəd olmaqla 20 (iyirmi) manat dəyərində olan xrustal stəkan dəstinin, 6 ədəd orta ölçülü boşqab və 1 ədəd böyük ölçülü boşqab olmaqla 35 (otuz beş) manat dəyərində olan “Paradise Porelain” markalı boşqab dəstinin, 1 ədəd 13 (on üç) manat dəyərində olan skater adlandırdığımız süfrə üzlüyünün Təqsirləndirilən şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. Bundan sonra anası Zərərçəkmiş şəxs DİN-nin 102 xidmətinə zəng edərək polisə məlumat vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 07 fevral 2023-cü il tarixli protokoldan görünür ki, oğurluq hadisəsi baş vermiş evə baxış keçirilmiş və müəyyən edilmişdir ki, yaşayış evindən Zərərçəkmiş şəxs məxsus əşyalar uşaq otağından oğurlanmışdır. “Baxış və götürmə haqqında” 07 fevral 2023-cü il tarixli Protokoldan görünür ki, 5 tavadan ibarət olan 150 (bir yüz əlli) manat dəyərində olan “Galaksi” markalı tava dəstinin, içərisində 6 ədəd 280 ml ölçüdə olmaqla 50 (əlli) manat dəyərində olan 1 ədəd Bohemia markalı bakal dəstinin, 1 ədədinin qiyməti 30(otuz) manat olmaqla ümumi dəyəri 60 (altmış) manat olan 2 ədəd xrustal mürəbbə qabının, içərisində 5 ədəd kül qabı olmaqla 20 (iyirmi) manat dəyərində olan “Royal Bloorlin” markalı kül qabı dəstinin, içərisində 6 ədəd olmaqla 30 (otuz) manat dəyərində olan fincan dəstinin, 6 ədəddən ibarət olmaqla 15 (on beş) manat dəyərində olan “Saucer” markalı orta ölçülü nəlbəki dəstinin, 6 ədəddən ibarət olmaqla 12 (on iki) manat dəyərində olan “Saucer” markalı mürəbbə qabı dəstinin, 6 ədəddən ibarət olmaqla 20 (iyirmi) manat dəyərində olan “Saucer” markalı böyük nəlbəki dəstinin, 6 ədəddən ibarət olmaqla 10 (on) manat dəyərində kiçik ölçülü çömçə dəstinin, 6 ədəddən ibarət olmaqla 5 (beş) manat dəyərində qaşıq dəstinin, 6 ədəddən ibarət olmaqla 5 (beş) manat dəyərində qaşıq dəstinin, 1 ədəd 180 (bir yüz səksən) manat dəyərində olan yataq dəstinin, 1 ədəd 40 (qırx) manat dəyərində olan odeyalın, 6 ədəd olmaqla 20 (iyirmi) manat dəyərində olan xrustal stəkan dəstinin, 6 ədəd orta ölçülü boşqab və 1 ədəd böyük ölçülü boşqab olmaqla 35 (otuz beş) manat dəyərində olan “Paradise Porelain” markalı boşqab dəstinin, 1 ədəd 13 (on üç) manat dəyərində olan süfrə üzlüyü iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut qismində götürülmüşdür. “Əşyanın maddi sübut hesab edilməsi haqqında” 08 fevral 2023-cü il tarixli Qərardan görünür ki, içərisində 5 ədəd kül qabı olmaqla 20 (iyirmi) manat dəyərində olan “Royal Bloorlin” markalı kül qabı dəstinin, içərisində 6 ədəd olmaqla 30 (otuz) manat dəyərində olan fincan dəstinin, 6 ədəddən ibarət olmaqla 15 (on beş) manat dəyərində olan “Saucer” markalı orta ölçülü nəlbəki dəstinin, 6 ədəddən ibarət olmaqla 12 (on iki) manat dəyərində olan “Saucer” markalı mürəbbə qabı dəstinin, 6 ədəddən ibarət olmaqla 20 (iyirmi) manat dəyərində olan “Saucer” markalı böyük nəlbəki dəstinin, 6 ədəddən ibarət olmaqla 10 (on) manat dəyərində kiçik ölçülü çömçə dəstinin, 6 ədəddən ibarət olmaqla 5 (beş) manat dəyərində qaşıq dəstinin, 6 ədəddən ibarət olmaqla 5 (beş) manat dəyərində qaşıq dəstinin, 1 ədəd 180 (bir yüz səksən) manat dəyərində olan yataq dəstinin, 1 ədəd 40 (qırx) manat dəyərində olan odeyalın, 6 ədəd olmaqla 20 (iyirmi) manat dəyərində olan xrustal stəkan dəstinin, 6 ədəd orta ölçülü boşqab və 1 ədəd böyük ölçülü boşqab olmaqla 35 (otuz beş) manat dəyərində olan “Paradise Porelain” markalı boşqab dəstinin, 1 ədəd 13 (on üç) manat dəyərində olan süfrə üzlüyü iş üzrə maddi sübut hesab edilmişdir. Gəncə şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 988 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Gəncə şəhər Psixonevroloji Dispanseri tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 1993 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli Hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 200 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, xx.xx.2013-cü il tarixdə cəriməsini ödəmişdir. Bundan əlavə, Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli Hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə əmək haqqından hər ay 15 faiz tutulmaqla islah işləri cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016cı il tarixli Amnistiya Qərarının 1.5-ci maddəsinə əsasən cəzadan azad edilmişdir. Gəncə şəhəri 24 nömrəli Evlər Üçlüyü tərəfindən verilmiş 19 fevral 2023-cü il tarixli Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Müsbət xarakterizə olunur. Qeyd olunan ünvanda yaşadığı müddətdə onun barəsində evlər üçlüyünə nə yazılı, nə də şifahi surətdə şikayət daxil olmamışdır. Azərbaycan Respubliası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli Rəyindən görünür ki, iş üzrə sübut qismində götürülmüş içərisində 5 ədəd kül qabı olmaqla 20 (iyirmi) manat dəyərində olan “Royal Bloorlin” markalı kül qabı dəstinin, içərisində 6 ədəd olmaqla 30 (otuz) manat dəyərində olan fincan dəstinin, 6 ədəddən ibarət olmaqla 15 (on beş) manat dəyərində olan “Saucer” markalı orta ölçülü nəlbəki dəstinin, 6 ədəddən ibarət olmaqla 12 (on iki) manat dəyərində olan “Saucer” markalı mürəbbə qabı dəstinin, 6 ədəddən ibarət olmaqla 20 (iyirmi) manat dəyərində olan “Saucer” markalı böyük nəlbəki dəstinin, 6 ədəddən ibarət olmaqla 10 (on) manat dəyərində kiçik ölçülü çömçə dəstinin, 6 ədəddən ibarət olmaqla 5 (beş) manat dəyərində qaşıq dəstinin, 6 ədəddən ibarət olmaqla 5 (beş) manat dəyərində qaşıq dəstinin, 1 ədəd 180 (bir yüz səksən) manat dəyərində olan yataq dəstinin, 1 ədəd 40 (qırx) manat dəyərində olan odeyalın, 6 ədəd olmaqla 20 (iyirmi) manat dəyərində olan xrustal stəkan dəstinin, 6 ədəd orta ölçülü boşqab və 1 ədəd böyük ölçülü boşqab olmaqla 35 (otuz beş) manat dəyərində olan “Paradise Porelain” markalı boşqab dəstinin, 1 ədəd 13 (on üç) manat dəyərində olan süfrə üzlüyünün ümumi orta bazar qiyməti 645 AZN müəyyən edilmişdir. Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim olunmuş notarial qaydada təsdiq edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını - CM-in 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, ona dəymiş ziyanı ödəməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasında 4 növ cəza, yəni ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan islah işləri növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini nəzərə alaraq, hazırki vəziyyətdə cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Təqsirləndirilən şəxsə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəzalar nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini və CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah oluna bilər və islah işləri növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə islah işləri cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.22-ci maddəsində nəzərdə tutulmuş məsələni həll edərək məhkəmə hesab edir ki, cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs əmək haqqından dövlət nəfinə ilk tutulmanın aparıldığı tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 5 ədəd kül qabı olmaqla “Royal Bloorlin” markalı kül qabı dəsti, içərisində 6 ədəd olmaqla fincan dəsti, 6 ədəddən ibarət olmaqla “Saucer” markalı orta ölçülü nəlbəki dəsti, 6 ədəddən ibarət olmaqla “Saucer” markalı mürəbbə qabı dəsti, 6 ədəddən ibarət olmaqla “Saucer” markalı böyük nəlbəki dəsti, 6 ədəddən ibarət olmaqla kiçik ölçülü çömçə dəsti, 6 ədəddən ibarət olmaqla qaşıq dəsti, 6 ədəddən ibarət olmaqla qaşıq dəsti, yataq dəsti, odeyal, 6 ədəd olmaqla xrustal stəkan dəsti, 6 ədəd orta ölçülü boşqab və 1 ədəd böyük ölçülü boşqab olmaqla “Paradise Porelain” markalı boşqab dəsti, süfrə üzlüyü Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi olaraq Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 15 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 manat pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona hər ay qazancından dövlət nəfinə 5 % məbləğində pul tutulmaqla 03 (üç) ay müddətinə islah işləri cəzası təyin edilsin və cəzasını iş yeri üzrə çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs əmək haqqından dövlət nəfinə ilk tutulmanın aparıldığı tarixdən hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Gəncə şəhər Probasiya şöbəsinə tapşırılsın. İş üzrə maddi sübut kimi tanınmış 5 ədəd kül qabı olmaqla “Royal Bloorlin” markalı kül qabı dəsti, içərisində 6 ədəd olmaqla fincan dəsti, 6 ədəddən ibarət olmaqla “Saucer” markalı orta ölçülü nəlbəki dəsti, 6 ədəddən ibarət olmaqla “Saucer” markalı mürəbbə qabı dəsti, 6 ədəddən ibarət olmaqla “Saucer” markalı böyük nəlbəki dəsti, 6 ədəddən ibarət olmaqla kiçik ölçülü çömçə dəsti, 6 ədəddən ibarət olmaqla qaşıq dəsti, 6 ədəddən ibarət olmaqla qaşıq dəsti, yataq dəsti, odeyal, 6 ədəd olmaqla xrustal stəkan dəsti, 6 ədəd orta ölçülü boşqab və 1 ədəd böyük ölçülü boşqab olmaqla “Paradise Porelain” markalı boşqab dəsti, süfrə üzlüyü Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi olaraq Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. (AZ.MEM, VÖEN **********, AZ34 CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** S.W.İ.F.T. Bik: CTREAZ22). Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 manat pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №1(125)-204/2023
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-204/2023
15.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver