Məhkəmə qərarları › İş №1(125)-206/2023

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-206/2023

03.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-206/2023 03.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçi Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili X1 iştirakları ilə, xx xxxxxx 1987-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Gəncə şəhəri X6 Y/S D-1, sahə 3-də qeydiyyatda olmaqla, Gəncə şəhəri, Natavan qəsəbəsi, 1-ci küçədə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs 21 iyun 2022-ci il tarixdə saat 20 radələrində ictimai yer hesab olunan Gəncə şəhər Nətavan qəsəbəsi Arif Əliyev küçəsində cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərilməsi ilə müşayiət olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlərlə qonşusu Zərərçəkmiş şəxs ilə sonuncunun atası Şahid1 Qəmədər oğlunun onun anasının ünvanına nalayiq ifadələr işlətməsini bəhanə edərək heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs qəsdən yumruqla bir dəfə vuraraq sol göz nahiyyəsinin yumuşaq toxumalarının əzilməsi, hematoması, yarası ilə müşaiyət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilən bədən xəsarəti yetirməklə, qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün cinayət işi üzrə verdiyi qismən etirafedici ifadələr ilə yanaşı, toplanmış digər sənədlərlə — zərərçəkmiş şəxsin və şahidlərin dindirilməsi, hadisə yerinə baxış, ifadənin yerində yoxlanılması istintaq hərəkətlərinin protokolları, ekspertiza rəyləri, habelə digər sübutların məcmusu ilə aşağadakı qaydada tam olaraq təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, Şahid1 Qəmədər oğlu onun qonşusudur. xx.xx.2022-ci il tarixdə saat 18 radələrində mən Rafiq və Elçin ilə birlikdə Samux yolunda yemək yeyib araq içən zaman Rafiq onun ünvanına anası ilə bağlı nəlayiq ifadələr işlətmişdir. Bu zaman aralarında sözlə mübahisə yaranmışdır və o Rafiqə yumruq atsada həmin zərbə Rafiqə dəyməmişdir. Əyləşdiyi kafenin tanımadığı sahibi onları aralaşdırıb ona bildirmişdir ki, Rafiq sərxoşdu sonra söhbət edərsiz. O bundan sonra tək yaşadığı ünvana gəlmişdir. Rafiq ilə Elçinlə birlikdə həmin kafedən qalxıb yaşadıqları ünvana tərəf getmişdirlər. O evdə olan zaman anası Məhəbbətə bildirmişdir ki, Rafiq sənin haqqında nalayiq ifadələr işlətmişdir. Bu səbəbdən də Rafiq ilə aralarında mübahisə yaranmışdır. Anası Məhəbbət də bunu eşidən zaman qardaşı Xaliq ilə birlikdə Rafiqin yaşadığı ünvana getmişlər ki, onun barəsində nalayiq ifadələr işlətməsinin səbəbini soruşsun. Anası Məhəbbət ilə qardaşı Xaliq evdən çıxdıqdan sonra Rafiq ona zəng edərək bildirmişdir ki, küçənin başına çıx. O küçənin başına tərəf çıxan zaman Rafiq onun üzərinə tərəf gəlmişdir ki, onu vursun. Bu zaman Mətləb atası Rafiqdən cəld davranaraq onun üzərinə hücum çəkmiş və əlində olan taxta parçası ilə onun əlindən vurmuşdur. Bundan sonra o Mətləbin əlindəki taxtanı alaraq kənara atmışdır. Daha sonra isə Mətləb ilə atası Rafiq birlikdə onu döyüb xəsarət yetirəcəyindən çəkindiyi üçün Mətləbin sifət nahiyyəsindən əlinin arxası ilə vurmuşdur. Mətləb çönüb getmək istəyən zaman isə ayağı ilişib yıxılmışdır. Bundan sonra Rafiq kənardan ona daş atmışdır. Həmin daş onun bel nahiyyəsindən dəymişdir. Bundan sonra anası Zülfiyyə Mətləbi yaşadığı evə aparmışdır. Həmçinin qonşuluqda yaşayan Elminazın köməkliyi ilə Rafiqidə yaşadığlı evdə aparmışdırlar. Bunlada aralarında mübahisə başa çatmışdır. Bundan başqa qeyd etmişdir ki, o küçənin başına çıxan zaman anası Məhəbbət onu çağıraraq bildirmişdir ki, qaç Rafiqin əlində atvyorka (burac) var. Dava-dalaş təxminən 5 dəqiqə davam etmişdir. O Mətləbi vuran zaman yanlarında heç kəs olmamışdır. Lakin ətrafda onlardan biraz aralıda Rafiq, Elminaz, anası Məhəbbət, qardaşı Xaliq və Zülfiyyə olmuşdur. Hazırda zərərçəkmiş Zərərçəkmiş şəxslə barışmışdır. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Şahid1 onun atasıdır. Həsən adlı şəxsi tanıyır, onlarla qonşuluqda digər küçədə yaşayır. Əvəllər münasibətləri normal olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 20 radələrində o yaşadığı evdə olan zaman qonşuluqda yaşayan Həsən adlı şəxsin anası Məhəbbət və qardaşı Xaliq onun yaşadığı evə gəlmişdir və ona demişdir ki, nə üçün atası Rafiq onun haqqında nalayiq ifadələr işlətmişdir. O da Məhəbbətə demişdir ki, onun olanlardan xəbəri yoxdur, atası evə gəlsin onunla danışar. Həmin vaxt Həsən də ora gəlmişdir. Həsən yüksək səslə söyüş söymüşdür. O isə atam gəlsin onunla danışaram deyib Həsəni sakitləşdirməyə çalışmışdır. Lakin Həsən onun sözlərinə məhəl qoymamışdır. Bundan sonra Həsən onun yaşadığı evin qarşısında əli ilə onun sol göz nahiyyəsində vurmuşdur. Bu zaman Elminazın qızı Gülnar gəlmiş və o onları aralamışdır. Yaranmış səs küyə görə qonşulquda yaşayan digər şəxslərdə hadisə yerinə gələrək onları aralamışdırlar. Həmin vaxt Həsən yenədə onun ünvanına nalayiq ifadələr işlətmişdir. Həsənin sakitləşmədiyini görüb polisə zəng edib hadisə barədə məlumat vermişdir. Davadalaş hadisəsi təxminən 5-10 dəqiqə davam etmişdir.Hadisə zamanı onun və Həsənin ailə üzvləri orada olmuşlar. Bundan başqa qonşuluqda yaşayan Elminazda hadisənin şahidi olmuşdur. Onu Həsən adlı şəxs əli ilə heç bir səbəb olmadan döymüşdür. Hadisə zamanı səs-küy yaranmış və qonşuluqda yaşayan şəxslər yaranmış səs küyə görə ətrafa toplaşmışdır. Hazırda Həsənlə barışmışdır. Bu barədə notarial ərizəni məhkəməyə təqdim edərək nəzərə alınmasını xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində göstərmişdir ki, Həsən adlı şəxs onun qonşusudur, əvəllər münasibətləri normal olmuşdur. xx.xx.2022ci il tarixdə saat 18 radələrində mən Həsən və Elçin adlı şəxslərlə öz yaşadığı qəsəbədə əyləşib yemək yeyib araq içmişdirlər. Lakin Elçin içməmişdir. Həmin vaxt Həsən kənarda olan şəxslərlə zarafatlaşan zaman o Həsənə demişdir ki, sənin ananın keçmişini bilirəm başqa söz danışma. Bu zaman Həsən onun ünvanına nalayiq ifadələr işlətmişdir. Həmin vaxt Həsən ona yumruq atsa da lakin yumruq ona dəyməmişdir. Həmin vaxt onlar ordan aralaşmışdırlar. Bundan sonra təxminən saat 20 radələrində o yaşadığı evə gələn zaman görmüşdür ki, Həsən, onun anası Məhəbbət və qardaşı Xaliq onların evin qarşısındadılar və onun ailə üzvlərimlə münaqişə edirlər. O görmüşdür ki, onun oğlu Mətləbin gözü şişibdir və kimsə Mətləbi vurmuşdur. O Mətləbi kimin vurmasını soruşqda Mətləb Həsənin onu vurduğunu demişdir. O da bundan sonra DİN-nin 102 xidmətinə zəng etmiş və məlumat vermişdir. Həmin münaqişə zamanı onu Həsən vurmaq istəsə də lakin ona yumruq dəyməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 öz ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onunla qonşuluqda yaşayır. xx.xx.2022-ci il tarixdə saat 19 radələrində qonşusu Elminaz ilə birlikdə mağazaya getmişdir. Həmin vaxt Elminaza zəng gəlmişdir. Elminaz ona bildirmişdir ki, oğlun Mətləb qonşu Həsənlə dalaşmışdır. O bundan sonra dərhal yaşadığı ünvana tərəf qaçmışdır. Küçəyə çatan zaman görmüşür ki, əri Rafiq ilə oğlu Mətləb küçədə dayanmışdırlar. O yaxınlaşıb baxan zaman görmüşür ki, Mətləbin sol gözü göyərib və şişmişdir. Mətləbdən niyə gözünün göyərib şişdiyini soruşmuşdur. Mətləb isə ona bildirmişdir ki, Həsən vurub xəsarət yetirmişdir. Bundan sonra DİN-nin 102 xidməti zəng mərkəzinə müraciət edərək polisin gəlməsini istəmişdir. O hadisə yerinə çatan zaman dava-dalaş hadisəsi yekunlaşmışdır. O Mətləbin gözünün göyərdiyini görmüşür. Dava-dalaş hadisəsini kimin görməsi barədə heç bir məlumatı yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 öz ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanıyır. Onlar onunla qonşuluqda yaşayırlar. Hər ikisi ilə də münasibəti normaldır. xx.xx.2022-ci il tarixdə 17 radələrində küçədə olan zaman Rafiq və Həsən ona demişdirlər ki, onları yeməkxanaya aparım və yemək yeyək. Onlar yaşadığı evin yaxınlığındakı yeməkxanaya getmişdirlər. Həmin vaxt Həsən və Rafiq yemək yeyib spirtli içki qəbul etdilər. Lakin o spirtli içki qəbul etməmişdir. Bir qədər sonra Həsən və Rafiq sərxoş olmuşdurlar. Həmin vaxt Həsən zarafat edib nalayiq ifadələr işlətdiyi üçün Rafiq ona iradını bildirmişdir ki, söyüş söyməsin. Həmin vaxt onların aralarında narazılıq yaranmışdır və münaqişə baş vermişdir. O tez avtomobilinə əyləşmiş və Rafiqi gözləmişdir ki, gəlsin Rafiqi aparsın. Oradan digər şəxslər Həsəni aparmışdırlar. O Rafiqi maşına mindirib öz yaşadığı evə aparmışdır. Onlar Rafiqin evinə çatan zaman görmüşür ki, Mətləb və Həsən münaqişə edirlər. O orada olan zaman Mətləbi orada görmüşdür. O evə çatan zaman Mətləb ona zəng edib bildirmişdir ki, köməyə adam çağır 102 telefona cavab vermir. O bu zaman Mətləbin davası ilə bağlı DİN-in 102 xidmətinə zəng edib məlumat vermişdir. Daha sonra olanlardan onun xəbərim olmamışdır. O küçəyə çatan zaman Həsənlə Mətləbi münaqişə edən görmüşdür. Başqa heç kəsi görməmişdir. Məhkəmə iclasında Şahid4 ifadəsi elan edilmiş və o ibtidai istintaqdakı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur, münasibətləri normaldır. Şahid1 da tanıyır onlarla birlikdə qonşuluqda yaşayır. Münasibətləri normal olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 20 radələrində o yaşadığı evdə olan zaman Həsən sərxoş halda evə gəlmiş və Rafiqin onun haqqında nalayiq ifadələr işlətdiyini bildirmişdir. Bu zaman o Rafiqin onun haqqında dediyi sözlərə əsəbləşmiş və Xaliq Rafiqin evinə getmişdir ki, nə üçün onun ünvanına nalayiq ifadələr işlətmişdir. O Rafiqgilin evinə gedən zaman Mətləbi küçədə yaşadıqları evin qarşısında görmüşür. Bu barədə Mətləblə danışmış və atası Rafiqin onun nə üçün haqqında nalayiq ifadələr işlətməsini soruşmuşdur. Mətləbdə ona kobud cavab vermişdir. Bu zaman Rafiq kənardan əlində atvyorka ilə gəldiyini görmüş bu zaman kənarda dayanan oğlu Həsəni çağıraraq bildirmişdir ki, Rafiqin əlində atvyorka var. Bu zaman Rafiqdən əvvəl Mətləb oğlu Həsənin yanına çatmışdır. Həsənin yanına çatan kimi sonradan küçədən götürdüyü taxta parçası ilə Həsənə əlindən zərbə vurmuşdur. Daha sonra isə oğlu Həsən əlinin arxası ilə Mətləbi sifət nahiyyəsindən vurmuşdur. Həmin vaxt Rafiqdə kənardan Həsənə tərəf daş atmışdır. Atdığı daş isə Həsənin bel nahiyyəsindən dəymişdir. Bundan sonra ətrafda olan şəxslərin köməyi ilə Mətləb və Rafiqi Həsəndən aralaşdırmışdırlar. Onun oğlu Həsəni, Rafiq və Mətləb öz yaşadıqları evin qarşısında olan zaman döymüşlər. Həmin vaxt o həyəcanlı olduğu üçün oğlunun 3 nəfər şəxs tərəfindən döyüldüyünü bildirmişdir. Əslində isə 2 nəfər şəxsin oğlunu döydüyünü bildirmək istəmişdir. Hadisə təxminən 5 dəqiqə davam etmişdir. Elminaz, Zülfiyyə, Xaliq, Rafiq, o, Mətləb və Həsən hadisə zamanı orada olmuşdurlar. Hadisə zamanı səs küy yaranmış qonşuluqda olan şəxslər Həsən və Mətləbi aralamaq üçün ətrafa toplaşmışdırlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertizanın 22 iyun 2022-ci il tarixli 1024 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlərsol göz nahiyyəsinin yumşaq toxumalarının əzilməsi, hemotoması, yarası, boyun nahiyyəsinin qançırı - bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən - sol göz nahiyyəsinin yumşaq toxumalarının əzilməsi, hemotoması, yarası, sağlamlığın qısa müddətə pozulmasına, səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir: digər xəsarət-boyun nahiyyəsinin qançırı isə sağlamlığa zərərvurmayan xəsarət oldquları üçün dərəcələri təyin edilmir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli “Tələbnamədən “ görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Gəncə şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 7080 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Gəncə şəhər Psixo-nevroloji Dispanseri tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 6040 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim olunmuş notarial qaydada təsdiq edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxs Çobanov X3 Həsən Səməd oğlu ilə barışmışdır. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyi, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, zərərçəkmiş şəxsin, şahidlərin verdikləri ifadələri ilə, digər iş materialları ilə onun ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər - min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə həmin Məcəllənin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü qismən təqsirli bilməsini və əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də o, təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyası həddində islah işləri növündə cəzaya məhkum olunmalıdır. Məhkəmənin belə mövqeyi «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 saylı Qərarındakı tövsiyyələrə də uyğundur. Belə ki, həmin Qərarda məhkəmələrə tövsiyyə olunmuşdur ki, hadisələrin təsadüfi axarı zəminində, ilk dəfə ağırlaşdırıcı hallar olmadan xuliqanlıq cinayəti törətmiş şəxslərə cəza təyin edilərkən, Azərbaycan Respublikası CMnin 221.1 və 221.2-ci maddələrinin sanksiyasında daha ağır cəza növü kimi nəzərdə tutulan azadlıqdan məhrumetmə yalnız o vaxt təyin oluna bilər ki, həmin qanunda buna alternativ olan az ciddi cəza növlərinin təyin olunması, cəzanın məqsədini təmin edə bilməsin. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Təqsirləndirilən şəxs hazırda rəsmi qeydə alınmaqla iş yerinin olmaması, onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 49.1-ci maddəsilə islah işləri növündə cəzanın təyin edilməsinə maneə deyildir. Belə ki, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 43.3-cü maddəsinə görə işsiz məhkum özü işə düzəlməli və ya icra məmurunun iştirakı ilə məşğulluq xidməti orqanında qeydiyyata durmalıdır. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2 tərəfindən 15 (on beş) iş saatı məsrəf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamının 1.3-cü bəndinə əsasən vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin İ hissəsinə müvafiq olaraq müəyyən edilmiş məbləğin 3 dəfə artırılması qərara alınmışdır. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 (doxsan) manat məbləğində pul köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Təqsirləndirlən şəxs Cahid Bayramlının barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona hər ay qazancından dövlət nəfinə 10 % məbləğində pul tutulmaqla 05 (beş) ay müddətinə islah işləri cəzası təyin edilsin və cəzasını iş yeri üzrə çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs əmək haqqından dövlət nəfinə ilk tutulmanın aparıldığı tarixdən hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Gəncə şəhər Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X1 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 manat pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar