Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-206/2024 30.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, dövlət ittihamçısı - Dövlət ittihamçısı, Müdafiəçi2, təqsirləndirilən şəxs X6 iştirakları ilə, xx xxxx 1970-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi (13 dekabr 2023-cü il tarixədək olan redaksiya) ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X12 istintaqa dəqiq məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 0.191 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, bu barədə Gəncə şəhər BPİ-nin NMB-yə daxil olmuş məlumat əsasında 21 oktyabr 2023-cü il tarixdə, saat 11:00 radələrində Gəncə şəhər BPİ-nin NMB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri, İsaq Cəfərov küçəsi yaşadığı evin yaxınlığında saxlanılaraq ünvan 2 ünvanında yerləşən Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasına aparılması və üzərinə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 0.191 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs X6 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutanlan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən başqa, iş üzrə dindirilmiş şahid ifadələri, şəxsi axtarış və götürmə protokolu, ekspertiza rəyləri, həmçinin cinayət işinə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X12 çıxışında ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 11:00 radələrində Gəncə şəhəri, İ.Cəfərov küçəsində yaadığı yerin yaxınlığında olarkən 2 nəfər ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etmişdirlər. Sonra polis əməkdaşları ona Gəncə şəhər Baş Polis İdarəsinə gəlməyi dəvət etmişdirlər. Oda etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Gəncə şəhər Baş Polis İdarəsinə gəlmiş və orada inzibati otaqların birində onun hüquqularını müdafiə etmək üçün müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona təklif etmişdirlər ki, üzərində qanunla qadağan olunmuş hər-hansı bir əşya, predmet, dövriyyəsi qadağan edilmiş narkotik vasitə varsa təqdim etsin. Oda onlara üzərində olan 1 ədəd ağ rəngli kağıza bükülmüş halda olan kütləni təqdim etmişdir. Həmin kütlənin içərisində narkotik vasitə olan heroin müdafiəçisinin və iştirakçıların iştirakı ilə aptek tərəzisində çəkilmiş, ümumi çəkisi 0.40 qram olmuşdur. Sorğu zamanı o həmin kütlənin “kokos” olduğunu və ona məxsus olduğunu, həmin bükülünü xx.xx.2023-cü il tarixdə axşam saatlarında Gəncə şəhəri Dədə Qorqud küçəsində “Metallurk” stadionun yaxınlığında yerdən tapdığını, həmin narkotik vasitədən heç kimə satmadığını, həmin bükülüdən istifadə etmədiyini, başqa yerdə saxlamadığını bildirmişdir. Bundan sonra onun üzərindən aşkar edilmiş narkotik vasitəyə oxşar kütlə qablaşdırılmış, sonra zərfə qoyularaq 91 saylı möhürlə möhürlənmişdir. Bu barədə protokol tərtib edilərək video çəkilmiş, protokolun doğruluğunu imzalarımızla təsdiq etmişdirlər. Onun digər yerdə saxladığı narkotik vasitə, psixotrop maddə, eləcə də, qanunla dövriyyəsi qadağan edilmiş əşyası yoxdur. O, həmin narkotik vasitə heroini şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Onun üzərindən aşkar edilmiş narkotik vasitə heroin satmaq niyyəti olmamışdır. O, polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zor və təzyiq tətbiq edilməmişdir. Sonda əməlindən səmimi peşman olduğunu bildirərək barəsində yüngül cəza tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə ŞBPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1 çıxışında bildirmişdir ki, X8 əvvəllər tanımamış, hər hansı bir münasibəti olmamışdır. 21 oktyabr 2023-cü il tarixdə ünvan 1 yaşayan X6 mütamadi olaraq narkotik vasit qəbul etməsi, psixotrop maddə qəbul etməsi və üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra idarənin kiçik əməliyyat müvəkkili Şahid2 ilə birlikdə keçirtdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 21 oktyabr 2023-cü il tarixdə, saat 11 radələrində X8 yaşadığı Gəncə şəhəri, İ.Cəfərov küçəsində olmasını müəyyən etmiş və Səbuhi Heydərova yaxınlaşaraq xidməti vəsiqələrini təqdim etmiş, barəsində qəbul olunmuş təxirə salınmaz əməliyyat-axtarış tədbirlərinə dair qərarla tanış etmiş və üzərində narkotik vasitə saxlamasında şübhəli olduğunu bildirib Gəncə şəhəri BPİ-nə aparmışdırlar. Səbuhi Heydərovun üzərinə baxış keçirməzdən əvvəl hüquqlarını müdafiə etmək məqsədilə müdafiəçi qismində Müdafiəçi1 dəvət etmiş Səbuhi Heydərova təqdim etmiş və Səbuhi, ona təqdim olunmuş Siyavuş adlı müdafiəçi tərəfindən hüquqlarının müdafiə olunmasına etiraz etməmişdir. İlkin olaraq Səbuhi Heydərov şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş və şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansısa əşya yaxud predment varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra X12 əynində olan qara rəngli cins şalvarın sağ ön yan cibindən 1 ədəd ağ rəngli kağıza bükülmüş kütləni təqdim etmişdir. Sorğu zamanı şübhəli şəxs X12 həmin bükümü bu gün yəni xx.xx.2023-cü il tarixdə axşam saatlarında Gəncə şəhəri D.Qorqud küçəsində yerləşən “Metallurk” stadionun yaxınlığından yerdən tapdığını bildirmişdir. Şübhəli şəxs X6 təqdim etdiyi bükümə baxış zamanı ilk görünüşdən narkotik vasitə olan “heroin”-ə oxşar kütlə olması müəyyən olunmuşdur. Daha sonra şübhəli şəxs X6 üzərindən aşkar edilmiş bükümün ümumi çəkisinin 0,40 qram, olması müəyyən edilmişdir. Daha sonra şübhəli şəxs X6 üzərindən aşkar edilmiş kağız büküm içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmışdır. Bundan sonra həmin 1 ədəd kağız zərfin üzəri "DİN-nin 91 saylı" möhürü ilə möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə şahid qismində dindirilmiş Gəncə ŞBPİ-nin NMB-nin kiçik əməliyyat müvəkkili Şahid2 Şahid1 ifadəsində göstərilənləri bir daha təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -“cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarından görünür ki, toplanmış HK-1/968 saylı material əsasında fakta görə X12 barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işinin başlanması qərara alınmışdır (i.v.1); -“şübhəli şəxsin tutulması haqqında” 21 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, X12 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulması, Gəncə şəhəri BPİ-nin MSY-nə yerləşdirilməsi qərara alınmışdır.(i.v.11); -“cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 21 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, X1 şəhəri, İ.Cəfərov küçəsində yaşadığı yerin yaxınlığında xx.xx.2023-cü il tarixdə, saat 11:00-da tutulmuşdur.(i.v.22); -“şəxsi axtarış və götürmə haqqında” 21 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Gəncə şəhər PBİ-nin NBM-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, kiçik inspektor, polis baş serjantı Şahid2, Gəncə şəhər BPİ-nin KTB-nin baş inspektor kriminalisti, polis mayoru X9, şübhəli şəxs X6 və onun müdafiəçisi Müdafiəçi1 iştirakları ilə şübhəli şəxs X6 üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı X6 qara rəngli şalvarının ön sağ cibindən götürülən bir ədəd ağ rəngli kağıza bükülmüş kokos kimi tanınan heroin elektron tərəzidə çəkilərək ümumi çəkisi 0,40 qram olduğu müəyyən edilmiş, ağ rəngli zərfdə qablaşdırılaraq, üzəri "DİN-nin 91 saylı" möhürü ilə möhürlənərək götürülmüşdür (i.v.27-28); - “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-in X15” 22 oktyabr 2023-cü il tarixli 16/1054 saylı rəyində göstərilmişdir ki, “Şühəli şəxs X6 oğlunun üzərindən aşkar edilmiş kütlə” yazı və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd kağız bükümdə, təmiz çəkisi 0,191 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin “Azərbaycan Respublikasının” ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in 1-ci siyahısının l bəndinə daxildir; (i.v.37-38); - “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 23 oktybar 2023-cü il tarixli qərardan görünür ki, X12 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir.(i.v. 45-46); - 23 oktyabr 2023-cü il tarixli “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” protokoldan görünür ki, X12 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmişdir. (i.v.54- 56); - 23 oktyabr 2023-cü il tarixli “qətimkan tədbirinin seçilməsi və onun MSY-dən azad edilməsi haqqında” qərardan görünür ki, təqsirləndirilən şəxs X12 barəsidə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və saxlanıldığı Gəncə şəhər BPİ-nin MSYdən azad edilmişdir.(i.v. 65-66); - 24 oktyabr 2023-cü il tarixli “cinayət işinin icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1 maddəsi ilə olan ********* nömrəli cinayət işi Gəncə ŞBPİ-nin İTİ-nin müstəntiqi X13 icraatına qəbul edilməsi qərara alınmışdır.(i.v.73); - Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli “tələbnamədən” görünür ki, X6 əvvəllər məhkumluğu olmamışdır.( i.v.76); - 04 noyabr 2023-cü il tarixli “video görüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin Gəncə şəhər Baş Polis İdarəsinin İTİ-nin TŞ-nin təhqiqatçısı, polis baş leytenantı X2, Gəncə şəhər Baş Polis İdarəsinin NMB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1, həmin idarənin əməliyyat müvəkkili Şahid2 və Müdafiəçi1 iştirakı ilə şübhəli şəxs X6 üzərində şəxsi axtarış keçirilir. İlkin olaraq X12 şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilir və şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansısa əşya yaxud predment varsa təqdim etməsi təklif edilir. Bu təklifdən sonra X12 əynində olan qara rəngli cins şalvarın sağ ön yan cibindən 1 ədəd ağ rəngli kağıza bükülmüş kütləni təqdim edir. Sorğu zamanı şübhəli şəxs X12 həmin bükümü bu gün yəni xx.xx.2023-cü il tarixdə axşam saatlarında Gəncə şəhəri D.Qorqud küçəsində yerləşən “Metallurk” stadionun yaxınlığından yerdən tapdığını bildirir. Şübhəli şəxs X6 təqdim etdiyi bükümə baxış zamanı ilk görünüşdən narkotik vasitə olan “heroin”-ə oxşar kütlə olması müəyyən olunur. Daha sonra şübhəli şəxs X6 üzərindən aşkar edilmiş bükümün çəksinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda elektron tərəzi ilə çəkildi. Kağız bükümdə olan kütlənin qablaşdırılma ilə birlikdə ümumi çəkisinin 0,40 qram, olması müəyyən edildi. Daha sonra şübhəli şəxs X6 üzərindən aşkar edilmiş kağız büküm içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmışdır. Bundan sonra həmin 1 ədəd kağız zərfin üzəri "DİN-nin 91 saylı" möhürü ilə möhürləndi, üzəri iştirakçılar tərəfindən imzalandı. ( i.v.80); - 23 noyabr 2023-cü il tarixli “təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1 maddəsi ilə təqsirləndirilən şəxs X6 barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır. ( i.v.93); - 16 yanvar 2024-cü il tarixli “cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinin icraatı təzələnmişdir. ( i.v.96); - 16 yanvar 2024-cü il tarixli “qətimkan tədbirinin qüvvədə saxlanılması haqqında” qərardan görünür ki, təqsirləndirilən şəxs X6 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvədə saxlanılmışdır. ( i.v.101); - Gəncə şəhər Narkoloji Dispanserindən alınmış xx.xx.2024-cü il tarixli 453 saylı arayışda göstərilmişdir ki, X12 həmin dispanserdə qeydiyyatda durmur. (i.v.105); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixonevroloji dispanserindən alınmış 25 yanvar 2024-cü il tarixli, №389 saylı arayışdan məlum olur ki, X1 şəhər Psixonevroloji dispanserində qeydiyyatda durmur (i.v.106); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri X3 Məcburi Narkoloji-Tibbi Yoxlamanın 13 fevral 2024-cü il tarixli, 223 saylı rəyi ilə müəyyən edilmişdir ki, X6 narkotik vasitələrdən epizodik istifadə etmişdir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. (i.v.107); Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan heroinin şəxsi istehlak miqdarının yuxarı həddi 0,15 qram təşkil edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, iş üzrə təqsirləndirilən şəxs X10 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri qüvvədə saxlanılması, iş üzrə təqsirləndirilən şəxs X5 aşkar edilərək götürülmüş 0,191 qram narkotik vasitə heroin, eləcə də içərisində X6 üzərinə şəxsi axtarış keçirilən zaman çəkilmiş video görüntü olan bir ədəd “DVD” disk iş üzrə əhəmiyyət kəsb etdiyindən hazırki cinayət işi üzrə maddi sübut kimi tanınması, narkotik vasitənin saxlanılması üçün Gəncə şəhər BPİ-nin anbarına təhvil verilməsi, cinayət işi materiallarına əlavə edilməsi, iş üzrə təqsirləndirilən şəxs X6 cinayət əməlini törətməsi toplanmış sübutların məcmusu ilə təsdiq edildiyindən şəxsi axtarış və götürmə haqqında protokol, şahidlərin ifadələri, Gəncə şəhər Narkoloji Dispanserindən alınmış xx.xx.2024-cü il tarixli 453 saylı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixonevroloji dispanserindən alınmış 25 yanvar 2024-cü il tarixli, №389 saylı arayışları, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri X3 Məcburi Narkoloji-Tibbi Yoxlamanın 13 fevral 2024-cü il tarixli, 223 saylı rəyi, diskǝ baxış protokolu iş üzrə sübut növləri kimi qiymətləndirilməsi qərara alınmışdır (i.v.109-116); Məhkəmə iclasında tərəflərin iştirakı ilə videogörüntü tədqiq edilmiş, videogörüntüdə X6 barəsində şəxsi axtarış aparıldığı, hüquq və vəzifələri izah edildiyi, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif edildiyi, X6 üzərindən ümumi çəkisi ağ rəngli kağızda bükümlə birlikdə 0,40 qram kütləni xx.xx.2023-cü il tarixdə axşam saatlarında Gəncə şəhəri D.Qorqud küçəsində yerləşən “Metallurk” stadionun yaxınlığından yerdən tapdığını bildirmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs X6 törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə təqsirləndirilən şəxs X6 əməlini etiraf etməsini və səmimi peşmançılığını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. X6 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, X6 şəxsiyyətini, cəzanı yüngülləşdirən halları olmasını, ağırlaşdıran halların isə olmamasını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olmasına və onun ailəsinin həyat şəraitinə təsirini, eləcə də işin faktiki hallarını nəzərə alaraq, məhkəmə təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması imkanlarının hələ tükənmədiyi qənaətinə gələrək hesab edir ki, cəzanın məqsədləri X10 təqsirləndirildiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunacağı təqdirdə təmin edilə bilər, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Belə ki, Azərbaycan Respublikası CM-in 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X6 yaşayış yerini saat 22:00-dan saat 08:00-dək, yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanını iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs X12 21 oktyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 23 oktyabr 2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək MSY-dən azad edilmişdir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X6 şübhəli şəxs qismində tutulduğu 2 gün azadlığın məhdudlaşdırılması cəzasının bir gününə iki gün hesablanmaqla, ona təyin olunmuş cəzadan 4 gün çıxılaraq onun üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, X7 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə narkoloji ekspertizasının rəyinə əsasən X6 narkotik vasitə heroindən epizodik istifadə etdiyi və onun narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülmüşdür. Odur ki, məhkəmə hesab edir ki, X12 yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Eyni zamanda iş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhərBaş Polis İdarəsində saxlanılan, qalıq qalan 0,141 qram narkotik vasitə heroin Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhv edilməli, iş üzrə maddi sübut – 01 ədəd DVD disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri 30,40 (otuz manat qırx qəpik) manat pul X5 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir.“Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı X6 məhkəmədə hüquqlarını müdafiə etmiş 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 120 (yüz iyirmi) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində (13 dekabr 2023-cü il tarixədək olan redaksiyada) nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X6 şübhəli şəxs qismində tutulduğu 02 gün müddət azadlığın məhdudlaşdırılması cəzasının bir gününə iki gün hesablanmaqla, təyin edilmiş cəzadan 04 gün çıxılaraq onun üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. X6 üzərinə yaşayış yerini saat 22:00-dan 08:00-dək, yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası X6 yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. X6 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. X12 ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 0,141 qram heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin və iş üzrə sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertiza tədqiqatlarının cəmi dəyəri olan 30.40 (otuz manat qırx qəpik) manat pul X5 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) keçirilsin. Təqsirləndirilən şəxs X10 göstərilmiş hüquqi yardıma görə Müdafiəçi2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 gün müddətində Gəncə şəhəri Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə, müddətin başa çatdığı gündən sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №1(125)-206/2024
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-206/2024
30.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver