Məhkəmə qərarları › İş №1(125)-207/2023

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-207/2023

11.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-207/2023 11.08.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X4, müdafiəçi – Gəncə şəhəri 01 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1957-ci ildə Ermənistan Respublikasının Ararat rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Samux rayonu, Seyidlər kəndində pasport qeydiyyatında olmaqla Gəncə şəhəri, Ələkbər Seyfi küçəsi 20 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə ” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Təqsirləndirilən şəxs tamah niyyətilə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 2020-ci ilin yanvar ayının əvvəlində, günü istintaqa dəqiq məlum olmayan tarixdə Zərərçəkmiş şəxs1 əvvəl işlədiyi “Azəravtoyol ASC”-nin mütəxəssisi vəzifəsinə bərpa etdirəcəyi adı ilə yalan vədlər verib, aldadaraq müvəqqəti yaşadığı ünvan 1 ünvandakı evdə Zərərçəkmiş şəxs1 6000 manat pulunu ələ keçirərək, zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrar, tamah niyyətilə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 2020-ci ilin mart ayının əvvəllərində, günü istintaqa dəqiq məlum olmayan tarixdə Zərərçəkmiş şəxs3 qohumlarını X16 Stansiyasına sürücü və xadiməçi vəzifəsinə işə düzəldəcəyi adı ilə yalan vədlər verib, aldadaraq müvəqqəti yaşadığı ünvan 1 ünvandakı evdə Zərərçəkmiş şəxs3 ilkin olaraq 8000 manat pulunu, təxminən 2 gündən sonra həmin ünvanda 2550 manat pulunu ələ keçirərək, ümumilikdə zərərçəkmiş şəxsə 10550 manatdan ibarət, xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrar, tamah niyyətilə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 03 mart 2021-ci il tarixdə Zərərçəkmiş şəxs4 X16 Stansiyasına sürücü kimi işə düzəldəcəyi adı ilə yalan vədlər verib, aldadaraq Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən tanışı Şahid4 işlədiyi evlərin alqı-satqısı və kirayəsi ofisində Zərərçəkmiş şəxs4 4000 manat pulunu ələ keçirərək, zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrar, tamah niyyətilə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 Gəncə şəhəri, Gülüstan qəsəbəsi, təzə məhlələrdə yerləşən fərdi yaşayış evinin çıxarış sənədini düzəldəcəyi adı ilə yalan vədlər verib, aldadaraq 09 avqust 2021-ci il tarixdə Zərərçəkmiş şəxs2 yaşadığı Gəncə şəhəri, Qızılqaya qəsəbəsindəki evində əvvəl 1000 manat pulunu, daha sonra 15 avqust 2021-ci il tarixdə özünün müvəqqəti yaşadığı ünvan 1 ünvandakı evdə Zərərçəkmiş şəxs2 1000 manat pulunu ələ keçirərək, ümumilikdə zərərçəkmiş şəxsə 2000 manatdan ibarət maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, həmçinin cinayət işinə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə baxışında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4-cü maddələri ilə elan olunmuş ittihamlar üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs3 çoxdan tanıyır və münasibətləri normal olmuşdur. 2020-ci ilin mart ayının əvvəllərində Zərərçəkmiş şəxs3 onun yaşadığı ünvan 2 ünvana gəlmiş və Dilşad ondan qohumlarını X16 şöbəsinə sürücü və xadiməçi kimi işə düzəltməyə köməklik etməyi xahiş etmişdir. O, da Dilşaddan həmin işlərin müqabilində 10.550 manat pul istəmiş, Dilşad da razılaşmışdır. Bir neçə gündən sonra Dilşad yenə yanında tanımadığı bir oğlanla gəlmiş, ona 8000 manat pul çıxarıb verib demişdir ki, qalan pulu da tezliklə gətirəcəkdir. O pulu almışdır. Bir neçə gün keçdikdən sonra Dilşad özü tək onun yaşadığı evə gəlmiş və ona əlavə olaraq 2550 manat pul gətirib verib çıxıb getmişdir. Həmin vaxt onların yanında heç kim olmamışdır. O, həmin pulu öz ehtiyaclarına xərcləmiş,sonradan isə Dilşad dəfələrlə ondan pulunu istəyəndə, o da əvvəlcə 3000 manat bir dəfə, 2550 manat da bir dəfə Dilşada pul qaytarmış, 5000 manatı isə ödəyə bilməyəndə eşitmişdir ki, Dilşad ondan gedib polisə şikayət etmişdir. Bundan başqa digər Zərərçəkmiş şəxs1 tanışı Nazim adlı şəxsin vasitəsi ilə tanımışdır. Belə ki, təxminən 2020-ci ilin yanvar ayında tanışı Nazim zərərçəkmiş Mahirlə birlikdə Gəncə şəhərinə gəlmiş və onu Mahirlə tanış edib demişdir ki, Mahiri "xxxx" ASC-yə işə bərpa olunmasında köməklik etmək lazımdır.O da Mahirə demişdir ki, onun yüksək vəzifədə qohumları var onların vasitəsi ilə onu işə bərpa etdirə bilər, bu məqsədilə Mahirdən 8000 manat pul istəmiş, o da o qədər imkanın olmadığını bildirmiş, təxminən bir həftədən sonra Mahir,yanında Nazim və atası və anası ilə birlikdə onun yaşadığı Gəncə şəhəri Bağmanlar qəsəbəsindəki evinə gəlmiş və Mahir ona 6000 manat pul vermışdır.O da həmin pulu alıb,yalandan Mahirə demişdir ki, onu işə bərpa etdirəcək, lakin həmin pulu da öz ehtiyaclarına xərcləmişdir. Sonra dəfələrlə Nazim ona zəng edib işini düzəltmədiyi üçün Mahirin ondan şikayət etmək istədiyini demişdir. O da Nazimə yalandan gözləməyi tapşırmışdır. Sonradan 600 manat pul Nazimə göndərmişdir ki, Mahirə çatdırsın, qalan pulunu da verəcəyini və işinin alınmadığını demişdir. Bundan başqa Zərərçəkmiş şəxs2 2014-cü ildən tanıyır. 2021-ci ilin avqust ayında Zərərçəkmiş şəxs2 ona yaxınlaşaraq bildirmişdir ki, onun Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən torpaq sahəsinə çıxarış sənədi almaq lazımdır və ondan xahiş etmişdir ki, ona köməklik etsin.O da razılaşmış, Mətanətə demişdir ki, “2000 manat pul ver, mən sənin evinin çıxarışını bir aya düzəldim”. Mətanət də razılaşmış və Gəncə şəhəri, Qızılqaya qəsəbəsindəki evində Mətanətdən ilkin olaraq 1000 manat, daha sonra avqust ayında 1000 manat pul almışdır. Həmin pulllarıda öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Sonradan Mətanət ondan pulunu və ya sənədini istəyəndə isə ona yalandan demişdir ki, guya sənədlərini düzəltmək üçün pulunu vermişdir, hələ düzəlmir, narahat olmasın və düzəlməsə pulunu alıb qaytaracaqdır. Daha sonra sənədlərin düzəlmədiyini Mətanətə bildirib, 2000 manat puldan 1000 manatını Zərərçəkmiş şəxs2 qaytarmış, qalan pulu da qaytaracağına söz vermişdir. Bundan başqa 2021-ci ilin mart ayının əvvəllərində tanışı, ev alqı-satqısı ilə məşğul olan Şahid4 vasitəsi ilə Zərərçəkmiş şəxs4 ilə tanış olmuşdur. Belə ki,Qəhrəman ona telefonla zəng edib bildirmişdir ki, onun tanışı var, onu Təcili X5 sürücü kimi işə düzəltmək lazımdır. O, da yalandan həmin işi görə biləcəyinə razılıq vermiş və demişdir ki, 4000 manat pul verərsə həmin şəxsi işə düzəldə bilər. Bundan sonra Qəhrəman ona zəng etmiş və həmin adamların gəldiyini söyləmişdir. O, da Qəhrəmanın işlədyi Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən ofisinə getmiş, orada Qəhrəman onu Rəşadla, onun atası və qaynatası ilə tanış etmiş, sonra Rəşadın atası ona 4000 manat pul sayıb vermişdir.Həmin pulun içində iki ədəd 100 ABŞ dollar olmuş, o həmin pulu götürməmiş və 4000 manat pulu onlardan götürərək, yalandan söz vermişdir ki, tez bir zamanda işlərini həll edəcəkdir. Həmin pulları da öz ehtiyaclarına xərcləmiş və yalanda verdiyi vədi yerinə yetirməmişdir. Bundan sonra 2021-ci ilin avqust ayında Rəşad da ondan Gəncə şəhəri BPİ-nin 1-ci Polis Şöbəsinə şikayət etmiş, bundan sonra özü də Rəşada əvvəlcə 3800 manat daha sonra isə 200 manat pul qaytarıb vermişdir. Sonda törətmiş olduğu cinayət əməllərindən peşman olduğunu, ibtidai istintaq zamanı zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam olaraq ödədiyini, zərərçəkmiş şəxslərlə barışıq əldə etdiyini, onların heç bir şikayət və tələbinin olmadığını, himayəsində azyaşlı uşaqlarının olduğunu və səhhətini nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs1 göstərmişdir ki, 2012-ci ildən 2017-ci ilin noyabr ayına kimi “Azəravtoyol ASC”-də mütəxəsis vəzifəsində işləmiş, lakin 2017-ci ilin noyabr ayında işlədiyi ASC-də ixtisası tutduğu vəzifəyə uyğun gəlmədiyi üçün işdən azad olunmuşdur. Bundan sonra işsiz qalmış və 2020-ci ilin əvvəlində özünə iş axtaran zamanı yaşadığı Bərdə rayonunun, Əyricə kənd sakini, tanışı Zaməddin adlı şəxs ona bildirmişdir ki, onun Goranboy rayonunda Nazim adlı tanışı var və o geniş əlaqələrə malikdir və onu köhnə işinə bərpa etdirə bilər. O, da 2020-ci ilin yanvar ayında Zaməddinlə birlikdə Goranboy rayonuna getmiş və orada məcburi köçkünlər üçün salınmış qəsəbədə yaşayan Zaməddinin tanışı Nazim adlı şəxslə görüşmüşlər. Həmin vaxtı Nazim ona bildirmişdir ki, Əlixan adlı tanışı var və sonuncu onu köhnə işinə pul qarşılığında qaytara bilər. O, da Nazimə inanmış və xahiş etmişdir ki, ona köməklik göstərsinlər. Sonra səhərisi gün Nazimlə Gəncə şəhəriə getmiş orada Nazim onu Təqsirləndirilən şəxsla tanış etmişdir. Söhbət vaxtı Əlixan ona bildirmişdir ki, vəzifədə qohumları var və onu öz köhnə işinə yəni, “Azəravtoyol ASC”-nə işə qəbul etdirəcəkdir. Bunun üçün Əlixan ondan Nazimin və Zaməddinin yanında 8000 manat pul istəmiş, o, da Əlixana bildirmişdir ki, onun o qədər pulu yoxdur və sonuncu ilə 6000 manat pulun müqabilində işə bərpa etdirməsinə razılaşmışdır. Bundan bir həftə sonra o, borc-xərc edib 6000 manat pul düzəltmiş, atası Şahid5, anası Şahid6 və Əlixanın tanışı Nazimlə birlikdə Əlixanın yaşadığı Gəncə şəhərində, Bağmanlar qəsəbəsində yerləşən evinə getmişlər. Onlar Əlixanın evində olan zaman Əlixan bildirmişdir ki, onun guya geniş əlaqələri var və xalasıqızı birinci vitse prezidentin hüquqşünasıdır. O, da Əlixana etibar edib inanmış və Əlixana yaşadığı evdə atası İbrahimin, anası Zəhlafın və Nazimin yanında 6000 manat pul vermişdir ki, onu işinə bərpa etdirsin. Həmin vaxt Əlixan ona vəd vermişdir ki, bir ay müddətində onu "xxxx" ASC-yə işə düzəldəcəkdir. O, Əlixana pul verən zaman özünə məxsus mobil telefonla Əlixanın fotoşəklini çəkmişdir ki, əgər sonradan Əlixan ondan aldığı pulu dansa sübut kimi istifadə etsin. Sonradan Əlixan verdiyi vədə əməl etməmiş və onu heç bir işlə təmin etməyib dələduzluq yolu ilə 6000 manat pulunu ələ keçirtmişdir. O, Əlixanın barəsində polisə şikayət edəcəyini bildirəndə 2021-ci ilin fevral ayında Zaməddin poçtla ona 600 manat pul göndərib bildirmişdir ki, Nazim həmin məbləğdə pulu ona dəymiş ziyanın bir hissəsi kimi göndərmiş və Zaməddin ona bildirmişdir ki, Nazim deyib ki, qalan 5400 manat pulu da yaxın vaxtlarda göndərəcəkdir. Lakin sonradan onun qalan pulu geri qaytarılmamış və o, da buna görə ərizə ilə müraciət etmişdir. Sonda bildirmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən ona vurulan ziyan tam şəkildə ödənilmişdir və Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs3 göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəlcədən tanımış və münasibətləri normal olmuşdur. Əlixanla görüşüb söhbət edən zaman Əlixan ona əlaqələrinin geniş olduğunu, vətəndaşları işə düzəldə bildiyini bildirib işə düzəlmək istəyən olarsa xəbər verməyini ona bildirmişdir. 2020-ci ilin mart ayında qohumları Sahil və Sənan ona bildirmişlər ki, Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə işə düzəlmək istəyirlər və bu işdə köməklik etməyi ondan xahiş etmişlər. O, da əvvəllər tanıdığı Təqsirləndirilən şəxs bu barədə ona köməklik göstərə biləcəyini güman etmiş və Təqsirləndirilən şəxs yaxın qohumlarını işə düzəltməkdə köməklik göstərməyi xahiş etmişdir. Təqsirləndirilən şəxs ona həmin şəxsləri X16 şöbəsinə sürücü və xadiməçi işlərinə düzəldə biləcəyini, bununla bağlı 10550 manat pul lazım olduğunu bildirmişdir.Ona Əlixan demişdir ki, yaxın qohumlarını işə düzəltmək üçün 10500 manat pul lazımdır, 50 manat isə Bakı şəhərinə gedib gəlməkdə yol pulu kimi lazım olacaqdır. Həmin vaxt işə düzəltməkdə köməklik etmək istədiyi qohumlarının maddi imkanı zəif olduğu üçün o, 2020-ci ilin mart ayının əvvəllərində, gününü dəqiq bilmədiyi tarixdə tanışı Turab adlı şəxslə birlikdə Təqsirləndirilən şəxs kirayədə yaşadığı Gəncə şəhəri, Ələkbər Seyfi küçəsində yerləşən qapı nömrəsini bilmədiyi ünvana getmiş, yaxın qohumlarını təcili yardım şöbəsinə sürücü və xadiməçi kimi işə düzəltmək məqsədilə Turabın yanında 8000 manat pulu Əlixanın yaşadığı evin qarşısında Əlixana vermişdir. Həmin vaxt Əlixanın yanında heç kim olmasa da onun yanında Turab olmuşdur. Təxminən bir-iki gün keçdikdən sonra isə yenə də özü tək Təqsirləndirilən şəxs kirayədə yaşadığı Gəncə şəhər Ələkbər Seyfi küçəsində yerləşən fərdi yaşayış evinə getmiş, sonuncunun yaşadığı evin içərisində yenə də qohumlarını X16 şöbəsinə sürücü və xadiməçi kimi işə düzəltmək məqsədilə Təqsirləndirilən şəxs 2550 manat pul vermişdir. Beləliklə qohumlarını X16 şöbəsinə sürücü və xadiməçi kimi işə düzəltmək məqsədilə Təqsirləndirilən şəxs ümumilikdə 10550 manat pul vermiş və Təqsirləndirilən şəxs verdiyi pulların hamısı ona məxsus olmuşdur. Lakin Təqsirləndirilən şəxs ona verdiyi vədinə əməl etməyib qohumlarını işə düzəltməyəndə o, Əlixandan verdiyi pulu geri qaytarmasını istəyən zaman 2022-ci ilin sentyabr ayında, gününü dəqiq bilmədiyi tarixdə Təqsirləndirilən şəxs pulun 3000 manatını, bir neçə gün keçdikdən sonra isə həyat yoldaşı Zülfiyə vasitəsilə 2550 manatını qaytarmışdır. Polis şöbəsində aparılan araşdırma zamanı isə Əlixan pulunun qalan hissəsini tam olaraq qaytarmışdır. Sonda təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən ona vurulan ziyanın tam şəkildə ödənildiyini, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi olmadığını nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, işsiz olduğu üçün işə düzəlməyində köməklik etməsi üçün atası Şahid2 2021-ci ilin əvvəllərində tələbə yoldaşı Şahid4 köməklik etməsini xahiş etmiş, Şahid4 də onun işə düzəlməyində köməklik edəcəyinə söz vermişdir. 2021-ci ilin mart ayında Şahid4 atasına zəng vurub bildirmişdir ki, bir nəfər tanışı var və onu Təcili X5 sürücü kimi işə düzəltmək üçün həmin şəxs 4000 manat pul istəyir. Atası da onunla söhbət edib razılaşdıqdan sonra həmin işə düzəlməyi üçün Qəhrəmana razılıq vermişdir. 2021-ci ilin mart ayının 3-də atası və qaynatası Şahid3 ilə birlikdə Şahid4 Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən evlərin alqı-satqısı ofisinə getmiş, orada Qəhrəmanla görüşmüş, Şahid4 mobil telefonu ilə zəng edib onu işə düzəldən tanışını oraya çağırmış və həmin vaxt oraya Təqsirləndirilən şəxs gəlmişdir. Şahid4 onları Təqsirləndirilən şəxsla tanış etmiş və onu işə düzəldən şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs onu işə düzəltməkdə köməklik göstərəcəyini bildirmiş və işə düzəlməyi üçün 4000 manat pul lazım olduğunu bildirmişdir. Həmin vaxt atası Şahid2 onun, qaynatası Şahid3 və tələbə yoldaşı Şahid4 yanında cibindən pulu çıxardıb Təqsirləndirilən şəxs vermiş, lakin atasının Əlixana verdiyi pulların arasında atasına məxsus iki ədəd 100 ABŞ dolları əskinazı olduğu üçün Təqsirləndirilən şəxs pulları saya bilməyib karıxmış və stolun üstünə qoymuşdur. Bundan sonra Şahid4 atasına məxsus iki ədəd 100 ABŞ dolları əskinazlarını milli əskinazların arasından ayırıb atasına vermiş, yerdə qalan pulu isə sayıb 4000 manat olduğunu müəyyən edərək onu işə düzəltmək məqsədilə Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs da 4000 manat məbləğində pulu götürüb cibinə qoymuş və yaxın zamanda onu Təcili X5 sürücü kimi işə düzəldəcəyinə söz vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs sağollaşaraq oradan çıxıb getmişdir. Lakin bundan sonra dəfələrlə Təqsirləndirilən şəxs zəng edib işi barədə maraqlananda sonuncu hər dəfə müxtəlif bəhanələr gətirib tez bir zamanda onu işə düzəldəcəyini bildirsə də sonradan vədinə əməl etməmişdir. Daha sonra Təqsirləndirilən şəxs onları aldadaraq 4000 manat məbləğində pulunu ələ keçirdərək dələduzluq etdiyini başa düşüb bu barədə 18 avqust 2021-ci il tarixdə Gəncə şəhər BPİ-nin 3-cü Polis Bölməsinə gedib şikayət ərizəsi yazmışdır. Təqsirləndirilən şəxs işə düzəltmək məqsədilə ondan aldığı pulu aparıb verəcəyi üçüncü şəxsin adını çəkməsə də əlaqələri geniş olduğu üçün tez bir zamanda onu işə düzəldəcəyinə söz vermişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam olaraq ödəmişdir. Sonda Təqsirləndirilən şəxs tərəfindən ona vurulan ziyanın tam şəkildə ödənilməsini və Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi olmadığını nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2014-cü oktyabr ayının sonlarında Təqsirləndirilən şəxs kimi tanıdığı şəxsin vasitəsi ilə Gəncə şəhəri, Gülüstan qəsəbəsində İcra Hakimiyyətinin sərəncamı ilə olan 2,5 sot topraq sahəsi alıb həmin torpaq sahisində ev tikdirmişdir. 2021-ci ilin avqust ayında təsadüfən Gəncə şəhəri, Gülüstan qəsəbəsində olarkən Təqsirləndirilən şəxsla rastlaşmış və Təqsirləndirilən şəxsla söhbət əsnasında onun vasitəsi ilə aldığı torpaq sahəsində tikdirdiyi evin torpaq sahəsinə çıxarış sənədi almaq istədiyini bildirəndə Əlixan ona çıxarış sənədi almaq mümkün olduğunu demişdir. Bundan bir neçə gün sonra Təqsirləndirilən şəxs ona zəng edərək evinə çıxarış sənədini düzəltmək üçün ondan 2000 manat pul istəmiş və söz vermişdir ki, ən geci 1 ay müddətində torpağa dair sənədi düzəldib verəcəkdir. O, da Əlixanın sözlərinə inanmış, 09 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs onun yaşadığı Gəncə şəhəri, Qızılqaya qəsəbəsində təzə məhlələrdə yerləşən fərdi yaşayış evinə getmiş və evinə çıxarış sənədi düzəltmək üçün qonşuluqda yaşayan Şahid8 yanında Təqsirləndirilən şəxs 1000 manat pul vermişdir. Təqsirləndirilən şəxs pulu götürəndə də bir daha söz vermişdir ki, bir ay müddətində evinin sənədini düzəldəcəkdir. Bundan sonra Təqsirləndirilən şəxs çıxıb getmişdir. 15 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs ona zəng edib pulun yerdə qalan hissəsini də istədiyi üçün o, iş yoldaşı Şahid9 ilə Əlixanın yaşadığı Gəncə şəhəri, Ələkbər Seyfi küçəsində yerləşən evinə getmiş və orada iş yoldaşı Şahid9 yanında Təqsirləndirilən şəxs 1000 manat pul vermişdir. Təqsirləndirilən şəxs yenə də ona söz vermişdir ki, bir ay müddətində evinin sənədini düzəldəcəkdir. Təqsirləndirilən şəxs ona vəd etdiyi müddət bitdikdən sonra o, Əlixana zəng edib, evinin sənədi ilə maraqlanmağa başlamışdır. Təqsirləndirilən şəxs isə yenə də tez bir zamanda evinin sənədini düzəldəcəyinə söz vermiş, lakin vədinə əməl etməmiş, o, da Təqsirləndirilən şəxs verdiyi 2000 manat pulu tələb etmişdir. Həmin vaxtlar Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirib tez bir zamanda pulunu qaytaracağına söz vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs 1000 manat pulunu qaytarsa da yerdə qalan 1000 manat pulunu qaytarmadığına görə o, məcbur qalıb Təqsirləndirilən şəxs barəsində polisə şikayət ərizəsi yazmışdır. İbtidai stintaq zamanı isə Təqsirləndirilən şəxs tərəfindən ona vurulan ziyan tam şəkildə ödənilmişdir. Odur ki, hazırda Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Şahid5 ifadəsində göstərmişdir ki, oğlu Zərərçəkmiş şəxs1 2012-ci ildən 2017-ci ilin noyabr ayına kimi “Azəravtoyol ASC”-də mütəxəsis vəzifəsində işləmiş, lakin 2017-ci ilin noyabr ayında işlədiyi ASC-də ixtisası tutduğu vəzifəyə uyğun gəlmədiyi üçün işdən azad olunmuşdur. Bundan sonra Mahir işsiz qaldığı üçün özünə iş axtarmağa başlamışdır. 2020-ci ilin əvvəlində Mahir ona bildirmişdir ki, Bərdə rayonu Əyricə kənd sakini Zaməddinin vasitəsilə Nazim adlı şəxsi tanımış və Nazimin də Əlixan adlı tanışı var, Əlixan Mahirə köhnə işinə qaytarmağı vəd verib və bunun qarşılığında Mahirdən 6000 manat pul istəyir. Həmin vaxtı o, da Əlixanın dediklərinə inandığı üçün qərara gəlmişdir ki, oğlu ilə birlikdə Əlixanın görüşsün və danışıb bu işi həll etsinlər. Sonra isə 2020-ci ilin yanvar ayının ortalarında o, arvadı Zəhlaf, oğlu Mahir və Nazimlə birlikdə Gəncə şəhərinə Əlixanın yaşadığı evə getmişlər. Əlixanın yaşadığı evdə söhbət zamanı Əlixan onlara vəd vermişdir ki, 6000 manat pul qarşılığında Mahiri “Azəravtoyol ASC”-yə işə düzəldəcəkdir. Onlar da Əlixana etibar edib inandıqları üçün razılaşmışlar və oğlu Mahir onların yanında Əlixana 6000 manat pul vermişdir. Lakin sonradan Əlixan onları aldatmış, vermiş olduğu vədə əməl etməyib Mahiri heç bir işlə təmin etməmiş və pulunu dələduzluq yolu ilə ələ keçirtmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 eyni məzmunlu ifadə verərək əri Şahid5 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında Şahid7 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 2020-ci ilin yanvar ayının əvvəllərində Zaməddin adlı tanışının vasitəsilə tanımış, həmin vaxtı Mahir ondan xahiş etmişdir ki, əvvəllər işlədiyi «Azəravtoyol ASC»-yə işə düzəlməsinə köməklik göstərsin. O, da Mahirə köməklik göstərəcəyinə söz vermişdir. Bundan sonra tanışı Təqsirləndirilən şəxs xahiş etmişdir ki, Mahirə köhnə işinə geri qayıtmaqda köməlik göstərsin. Əlixan da cavabında ona köməklik göstərəcəyini bildirmişdir. Bundan sonra, yəni 2020-ci ilin yanvar ayının ilk həftəsində o, Mahir, sonuncunun atası İbrahim və anası Zəhlafla birlikdə Əlixanın yaşadığı Gəncə şəhəri, Ə.Seyfi küçəsində yerləşən evinə getmişlər. Mahirlə Əlixan öz arasında razılaşmışlar ki, Əlixan Mahirin «Azəravtoyol ASC»yə işə düzəlməsinə köməklik göstərəcəkdir. Bundan sonra Mahirlə Əlixanın arasında olan söhbətdən onun xəbəri olmamışdır. Bundan iki-üç gün sonra Mahir ona zəng edib bildirmişdir ki, işi ilə bağlı Əlixangilə getsinlər. O, də etiraz etməmiş və onlar birlikdə Əlixangilə getmişlər, orada Mahir Əlixana 950 manat pul vermişdir. Aradan bir il vaxt keçdikdən sonra Mahir ona zəng edib telefonda bildirmişdir ki, Əlixana işə düzəltməsi üçün onun yanında 950 manat pul vermişdir, həmin pulu alıb ona geri qaytarmasa polisə şikayət edəcək və pulu 3000 manat artıqlaması ilə ondan alacaq, çünki Əlixanla onu o tanış edibdir. Aradan bir gün keçdikdən sonra Mahir yenidən ona zəng edib bildirmişdir ki, təcili ona 500 və ya 600 manat pul lazımdır. O, da öz hesabına poçtla Zaməddinin adına 600 manat pul göndərmişdir ki, Mahirə versin və peşmançılıq olmasın. Zaməddin də həmin məbləğdə pulu Mahirə geri qaytarmış, o, sonradan bilmişdir ki, Mahir Əlixanın barəsində polisə şikayət etmişdir. Zərərçəkmiş şəxs1 köməklik etməkdə onun heç bir marağı olmamış, heç bir maraq güdməmiş və sadəcə olaraq o, Mahirin xahişinə əsasən sonuncunu Əlixanla tanış etmişdir. Şahid7 həmçinin ifadəsində göstərmişdir ki, 2020-ci ilin yanvar ayında Zərərçəkmiş şəxs1, atası Şahid5, anası Şahid6 ilə birlikdə Əlixanın yaşadığı Gəncə şəhərində, Bağmanlar qəsəbəsində yerləşən evinə getmişlər. Zərərçəkmiş şəxs1 Əlixanla stol arxasında əyləşmiş, o, isə divanda əyləşib televizora baxmağa başlamış, Əlixanla Mahir söhbət edən vaxt Əlixan bildirmişdir ki, geniş əlaqələri var, xalasıqızı birinci vitse prezidentin hüquqşünasıdır. Zərərçəkmiş şəxs1 da Əlixana yaşadığı evdə atası, anası və onun yanında cibindən pul çıxardıb Əlixana vermiş, səhv etmirsə Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs 950 manat pul vermiş, çünki həmin vaxt o, divanda oturub televizora baxdığı üçün tam dəqiq olaraq Zərərçəkmiş şəxs1 Əlixana hansı məbləğdə pul verdiyini bilməmişdir.Sadəcə olaraq Əlixan pulu saymış və o, divanda oturub televizora baxdığı üçün güman etmişdir ki, Zərərçəkmiş şəxs1 Əlixana 950 manat pul verib, ancaq ola bilsin ki, Zərərçəkmiş şəxs1 Əlixana 6000 manat pul veribdir. Lakin Təqsirləndirilən şəxs vədinə əməl etməyib Zərərçəkmiş şəxs1 işini düzəldə bilmədiyi üçün Mahiri onunla Zaməddin tanış etdiyi üçün Mahir Zaməddindən pulunu tələb etməyə başlamışdır. Daha sonra o, da Əlixanla danışmış, öz yanından 600 manat pulu Zaməddinə göndərmişdir ki, həmin məbləğdə pulu sonuncu Zərərçəkmiş şəxs1 versin. Daha sonra isə Təqsirləndirilən şəxs onun Mahirə göndərdiyi 600 manat pulu ona qaytarmışdır. Onun Zərərçəkmiş şəxs1 köməklik etməkdə heç bir marağı olmamış, o, Mahirin xahişinə əsasən sonuncunu Əlixanla tanış etmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 aldığı puldan ona verməmiş, həmçinin əvvəlcədən Əlixanla bu barədə aralarında hər hansı bir razılaşma olmamışdır. Zərərçəkmiş şəxs1 Əlixanla tanış etməkdə hər hansı bir marağı da olmamış, sadəcə həmyerli olduğu üçün köməklik göstərmək məqsədilə Mahiri Təqsirləndirilən şəxsla tanış etmişdir. Məhkəmə iclasında Şahid4 ifadəsində göstərmişdir ki, o, evlərin alqı-satqısı ilə məşğul olur və ofisi Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşir. Şahid2 onun tələbə yoldaşıdır, münasibətləri həmişə yaxşı olub, aralarında düşmənçilik və ya ədavət olmayıbdır. Zərərçəkmiş şəxs4 tanıyır, Zərərçəkmiş şəxs4 tələbə yoldaşı Şahid2 oğludur. Mahiyyəti üzrə bildirmək istəyir ki, 2021-ci ilin əvvəllərində tələbə yoldaşı Şahid2 ondan xahiş etmişdir ki, oğlu Zərərçəkmiş şəxs4 işsiz oluğu üçün onu işə düzəltməkdə köməklik göstərsin. O da tanışları ilə maraqlanıb bu barədə ona xəbər edəcəyini bildirmişdir. Bundan sonra Rəşadı işə düzəltmək üçün tanışlarına məlumat vermişdir. Həmin ərəfələrdə Samux rayon sakini Təqsirləndirilən şəxs ilə görüşüb söhbət edən vaxt o, ona bildirmişdir ki, işə düzəlmək istəyən tanışı olarsa ona xəbər etsin, onun əlaqələri genişdir. O da tələbə yoldaşı Şahid2 oğlunu işə düzəltməyi ondan xahiş edəndə Əlixan 4000 manat pulun müqabilində Təcili X5 sürücü kimi işə düzəldə biləcəyini bildirmişdir. Bundan sonra o 2021-ci ilin mart ayının əvvələrində tələbə yoldaşı Şahid2 zəng edib bildirmişdir ki, oğlu Rəşadı 4000 manat pulun müqabilində Təcili X5 sürücü kimi işə düzəldə bilən tanışı var. Şahid2 də oğlu ilə danışıb ona xəbər edəcəyini bildirmişdir. Bundan sonra X1 İmamquliyev və sonradan tanıdığı qudası Şahid3la birlikdə onun işlədiyi Gəncə şəhəri Yeni Gəncə qəsəbəsində yerləşən evlərin alqı-satqısı ofisinə gəlmişlər. Daha sonra o mobil telefonu ilə zəng edib Təqsirləndirilən şəxs oraya çağırmışdır.O, Cavanşirgili Təqsirləndirilən şəxsla tanış etmiş və oğlunu işə düzəldən şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 işə düzəltməkdə köməklik göstərəcəyini bildirmiş və işə düzəlmək üçün 4000 manat pul lazım olduğunu bildirmişdir. Həmin vaxt Şahid2 oğlu Rəşadın, qudası Şahid3 və onun yanında cibindən pulu çıxardıb Təqsirləndirilən şəxs vermiş, lakin pulların arasında iki ədəd 100 ABŞ dolları əskinazları qarışıq olduğu üçün Təqsirləndirilən şəxs pulları saya bilməyib qarıxmış və stolun üstünə qoymuşdur. Bundan sonra o pulların arasından Cavanşirə məxsus iki ədəd 100 ABŞ dolları əskinazlarını milli əskinazların arasından ayırıb onun özünə qaytarmış, yerdə qalan pulu isə sayıb 4000 manat olduğunu bildirmiş və həmin məbləğdə pulu Zərərçəkmiş şəxs4 işə düzəltmək məqsədilə Təqsirləndirilən şəxs özünə vermişdir. Təqsirləndirilən şəxs da 4000 manat məbləğində pulu götürüb cibinə qoymuş və yaxın zamanda Zərərçəkmiş şəxs4 Təcili X5 sürücü kimi işə düəldəcəyinə söz vermişdir.Bundan sonra Təqsirləndirilən şəxs sağollaşaraq oradan çıxıb getmişdir. Daha sonra isə Cavanşirgildə onunla sağollaşaraq oradan çıxıb getmişlər. Bir neçə gün keçdikdən sonra Şahid2 ona zəng edib bildirmişdir ki, Təqsirləndirilən şəxs vədinə əməl etməyib, onun oğlunu hələ də işə düzəltməyib və zənglərinə də cavab vermir. Bundan sonra o Təqsirləndirilən şəxs zəng edəndə o, səhhəti ilə əlaqədar Bakı şəhərində müalicə olunduğunu, Gəncə şəhərinə gələn kimi Rəşadın işini düzəldəcəyini bildirmişdir. Lakin sonradan bilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 etibarından suiistifadə edərək 4000 manat məbləğində pulunu ələ keçirdib dələduzluq etdiyi üçün Zərərçəkmiş şəxs4 onun barəsində hüquq mühafizə orqanlarına şikayət ərizəsi yazmışdır. Təqsirləndirilən şəxs bu cür niyyəti olduğunu bilsəydi onu Şahid2lə tanış etməzdi və oğlunu işə düzəltmək üçün Təqsirləndirilən şəxs pul verməsinə razı olmazdı. Təqsirləndirilən şəxs işə düzəltmək məqsədilə aldığı pulu aparıb verəcəyi üçüncü şəxsin adını çəkməsə də əlaqələri geniş olduğu üçün tez bir zamanda Zərərçəkmiş şəxs4 işə düzəldəcəyinə söz vermişdir. Məhkəmə iclasında Şahid10 ifadəsində göstərmişdir ki, əslən Kəlbəcər rayonundan olan Zərərçəkmiş şəxs1 və onun ailə üzvlərini yaxşı tanıyır, münasibətləri həmişə yaxşı olub, aralarında düşmənçilik və ya ədavət olmamışdır. Zərərçəkmiş şəxs1 əvvəllər “Azəravtoyol ASC”-də işləmiş və daha sonra işdən azad olunmuşdur. 2020-ci ildə Bərdə rayonunda Zərərçəkmiş şəxs1la görüşüb söhbət edən vaxt o, işə bərpa olunmaq istədiyini ona bildirəndə o da bildirmişdir ki, Goranboy rayonunda Nazim adlı tanışı var, geniş əlaqələrə malikdir və onu köhnə işinə bərpa etdirə bilər. Bundan sonra 2020-ci ilin yanvar ayında Mahirlə birlikdə Goranboy rayonuna getmiş, orada məcburi köçkünlər üçün salınmış qəsəbədə yaşayan Nazimlə görüşmüş və orada Mahirlə Nazimi tanış etmişdir.O, söhbət əsnasında Nazimdən xahiş etmişdir ki, Zərərçəkmiş şəxs1 əvvəllər işlədiyi “Azəravtoyol ASC”-yə bərpa olunmasına köməklik göstərsin. Nazim də Zərərçəkmiş şəxs1 işə bərpa olunmasına köməklik göstərəcəyinə söz vermişdir. Bundan sonra Zərərçəkmiş şəxs1la birlikdə çıxıb evlərinə getmişdir.O, Zərərçəkmiş şəxs1 işə bərpa olunması ilə bağlı onun daha sonralar kiminləsə görüşlərində iştirak etməmiş, işə bərpa olunması ilə bağlı gedən söhbətlər barədə məlumatı olmamışdır. Bir müddət keçdikdən sonra Zərərçəkmiş şəxs1la görüşən vaxt o, tez bir zamanda işə düzələcəyini ona desə də kimin vasitəsilə və hansı yolla düzələcəyini bildirməmişdir. Lakin sonradan Zərərçəkmiş şəxs1 dəfələrlə ona zəng edib onu Nazimlə tanış etdiyi üçün ondan pulunu tələb edəndə o da bu barədə Nazimə bildirmiş, Nazim də ona göndərdiyi 600 manat pulu Zərərçəkmiş şəxs1 vermişdir.Bundan başqa onun həmin iş barədə digər məlumatı olmamışdır. 2020-ci ilin yanvar ayında Zərərçəkmiş şəxs1la birlikdə Goranboy rayonuna gedib Nazimin yaşadığı məcburi köçkünlər üçün salınmış qəsəbədə onunla görüşən vaxt Nazim Zərərçəkmiş şəxs1 işə bərpa olunmasına köməklik göstərəcəyinə söz versə də o, kimin vasitəsilə Mahirin işini düzəldəcəyini ona bildirməmişdir.Bu barədə onun hər hansı bir məlumatı olmamışdır.O, sadəcə olaraq Zərərçəkmiş şəxs1la Nazimi tanış etmişdir. Onun Zərərçəkmiş şəxs1 Nazim adlı tanışı ilə tanış etməkdə hər hansı bir marağı olmamış, sadəcə olaraq Nazim də əslən Kəlbəcər rayonundan olduğu halda fikirləşmişdir ki, Zərərçəkmiş şəxs1 işi ilə bağlı Nazimə müraciət etsə o, Mahirə köməklik edə bilər. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs4 onun oğludur. Şahid4 isə onun tələbə yoldaşı olmaqla, sonuncu ilə münasibətləri həmişə yaxşı olmuşdur. Oğlu Rəşad işsiz olduğu üçün 2021-ci ilin əvvəllərində tələbə yoldaşı Şahid4 xahiş etmişdir ki, oğlunun işə düzəlməsində köməklik etsin. Şahid4 də tanışları ilə maraqlanıb bu barədə ona xəbər edəcəyini bildirmişdir. 2021-ci ilin mart ayında Şahid4 ona zəng vurub bildirmişdir ki, bir nəfər tanışı var və oğlunu Təcili X5 sürücü kimi işə düzəltmək üçün 4000 manat pul istəyir. O, da bu barədə oğlu Rəşadla danışdıqdan sonra oğlunun həmin işə düzəlməsi üçün Qəhrəmana razılıq vermişdir. 2021-ci ilin mart ayının 3də oğlu Rəşad və qudası Şahid3 ilə birlikdə Şahid4 Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən evlərin alqı-satqısı ofisinə getmişlər.Orada Qəhrəmanla görüşüb hal-əhval tutmuşlar. Şahid4 mobil telefonu ilə zəng edib oğlunu işə düzəldən tanışını oraya çağırmışdır. Həmin vaxt oraya Təqsirləndirilən şəxs adlı şəxs gəlmiş, Şahid4 onları Təqsirləndirilən şəxsla tanış etmiş və oğlunu işə düzəldən şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs oğlunu işə düzəltməkdə köməklik göstərəcəyini bildirmiş və işə düzəlmək üçün 4000 manat pul lazım olduğunu bildirmişdir. Həmin vaxt o, oğlu Rəşadın, qudası Şahid3 və tələbə yoldaşı Şahid4 yanında cibindən pulu çıxardıb Təqsirləndirilən şəxs vermiş, lakin pulların arasında onun özünə məxsus iki ədəd 100 ABŞ dolları əskinazı olduğu üçün Təqsirləndirilən şəxs pulları saya bilməyib qarıxmış və stolun üstünə qoymuşdur. Bundan sonra Şahid4 ona məxsus iki ədəd 100 ABŞ dolları əskinazlarını milli əskinazların arasından ayırıb onun özünə qaytarmış, yerdə qalan pulu isə sayıb 4000 manat olduğunu müəyyən edərək oğlu Rəşadı işə düzəltmək məqsədilə Təqsirləndirilən şəxs özünə vermişdir. Təqsirləndirilən şəxs da 4000 manat məbləğində pulu götürüb cibinə qoymuş və yaxın zamanda oğlunu Təcili X5 sürücü kimi işə düzəldəcəyinə söz vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs sağollaşaraq oradan çıxıb getmişdir. Lakin bundan sonra dəfələrlə Təqsirləndirilən şəxs zəng edib oğlunun işi barədə maraqlananda sonuncu hər dəfə müxtəlif bəhanələr gətirib tez bir zamanda oğlunu işə düzəldəcəyini bildirsə də sonradan vədinə əməl etməmişdir. Daha sonra Təqsirləndirilən şəxs onları aldadaraq 4000 manat məbləğində pulunu ələ keçirdərək dələduzluq etdiyini başa düşüb oğlu Rəşad 18 avqust 2021-ci il tarixdə Gəncə şəhər BPİ-nin 3-cü Polis Bölməsinə gedib şikayət ərizəsi yazmışdır. Təqsirləndirilən şəxs işə düzəltmək məqsədilə aldığı pulu aparıb verəcəyi üçüncü şəxsin adını çəkməsə də əlaqələri geniş olduğu üçün tez bir zamanda oğlu Zərərçəkmiş şəxs4 işə düzəldəcəyinə söz vermişdir. O, da Təqsirləndirilən şəxs sözlərinə inanıb oğlunu işə düzəltmək məqsədilə Təqsirləndirilən şəxs 4000 manat məbləğində pul vermişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilərək araşdırılmış Şahid3 eyni məzmunlu ifadə verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilərək araşdırılmış Şahid8 ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs2 tanıyır, sonuncu ilə qonşuluqda yaşayır, qonşu kimi münasibətləri həmişə yaxşı olub, aralarında düşmənçilik və ya ədavət olmayıb, mütəmadi olaraq bir-birlərinin evinə gediş-gəlişləri vardır. 2021-ci ilin avqust ayının əvvəllərində qonşusu Zərərçəkmiş şəxs2 ona bildirmişdir ki, Gəncə şəhəri Qızılqaya qəsəbəsində yerləşən evinin sənədini Təqsirləndirilən şəxs adlı şəxs tərəfindən düzəltdirmək barədə razılığa gəlib və Təqsirləndirilən şəxs 2000 manat pulun müqabilində Mətanətin evinin sənədi düzəltməyə söz veribdir. Bundan sonra o, fikirləşmişdir ki, əgər Təqsirləndirilən şəxs vədinə əməl edib Zərərçəkmiş şəxs2 evinin sənədlərini düzəltsə o, da öz evinin sənədlərini Təqsirləndirilən şəxs vasitəsilə düzəltdirər. 09 avqust 2021-ci il tarixdə Zərərçəkmiş şəxs2 evinə getmiş və bir az keçdikdən sonra Təqsirləndirilən şəxs da oraya gəlmişdir. Zərərçəkmiş şəxs2 evinin sənədini düzəltmək üçün Təqsirləndirilən şəxs onun yanında 1000 manat pul vermiş və pulun yerdə qalan hissəsini də düzəldib sonra verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs da Zərərçəkmiş şəxs2 evinin bir ay müddətində sənədini düzəldəcəyinə söz vermişdir. Həmin vaxt o, öz evinin də sənədlərini düzəltmək fikrində olduğunu Əlixana deyəndə sonuncu ona demişdir ki, gələcəkdə onun da evinin sənədlərini düzəldər. Bundan sonra Təqsirləndirilən şəxs Mətanətin evinin sənədini düzəltmək məqsədilə verilmiş 1000 manat pulu da götürüb oradan getmişdir. Daha sonra Zərərçəkmiş şəxs2 ona bildirmişdir ki, evinin sənədinin düzəlməsi məqsədilə pulun yerdə qalan hissəsini, yəni 1000 manatı da iş yoldaşı Sevda ilə birlikdə aparıb Əlixanın kirayə yaşadığı evdə sonuncunun özünə vermişdir. Lakin sonradan Zərərçəkmiş şəxs2 ilə görüşüb söhbət edəndə sonuncu ona hələ də evinin sənədinin düzəlmədiyini və hər dəfə də Təqsirləndirilən şəxs müxtəlif bahənalər gətirib aldatdığını demişdir. Hətta bildiyinə görə Təqsirləndirilən şəxs Mətanətin evinin sənədini düzəltmək məqsədilə sonuncudan aldığı 2000 manat pulun 1000 manatını qaytarsa da yerdə qalan 1000 manatını qaytarmamışdır. Məhkəmə iclasında ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilərək araşdırılmış Şahid9 ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs2 onun xalası qızıdır. Zərərçəkmiş şəxs2 yaşadığı evin sənədləri olmadığından sonuncu evin sənədlərini əvvəllər tanıdığı Əlixan adlı şəxsin vasitəsilə düzəltdirmək qərarına gəlmişdir. Mətanət Əlixanla təxminən 2014-cü ilin oktyabr ayının sonunda torpaq sahəsi alarkən tanış olmuşlar. O, Mətanətin yaşadığı evdə qonaq olarkən sonuncu Əlixana zəng edib evin sənədlərinin olmadığını və sənədləri düzəltmək istədiyini demişdir. Əlixan da cavabında görüşüb üz-üzə söhbət etməli olduğunu Mətanətə bildirmişdir. Bundan sonra o, yaşadığı ünvana qayıtmış, bir neçə gün keçdikdən sonra Mətanət ilə söhbət edərkən sonuncu yaşadığı ünvanda Əlixanla görüşdüyünü, Əlixanın evinin sənədlərini düzəltmək məqsədilə 2000 manat istədiyini, həmin günü Əlixana 1000 manat pul verdiyini ona demişdir. Təxminən 1 həftə sonra Mətanət onunla birlikdə Əlixanın yaşadığı ünvana getməyi təklif etdiyi üçün o, etiraz etməyib razılaşmışdır. Bundan sonra o, Mətanətlə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində Əlixanın yaşadığı ünvana getmişlər, orada Əlixanla evlərinin məhləsində söhbət edərkən Əlixan yenə sənədləri düzəldə biləcəyini demiş və Mətanət 1000 manat pulu onun yanında Əlixana vermişdir. Bundan sonra onlar yaşadıqları ünvana qayıtmışlar. Bir müddət keçdikdən sonra xalası qızı Mətanət ona bildirmişdir ki, Əlixan dələduzluq yolu ilə 2000 manat pulunu ələ keçirsədə 1000 manat pulunu qaytarıb və 1000 manatını isə hələ də qaytarmamışdır. Məhkəmə iclasında ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilərək araşdırılmış Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Zərərçəkmiş şəxs3 onun uşaqlarının müəllimidir,uzaqdan da qohumluq əlaqələri vardır.Təxminən 2020-ci ilin mart ayında Zərərçəkmiş şəxs3 ona demişdir ki, onunla birlikdə “Xan arxı” deyilən yerin yaxınlığında küçə var oraya gedək,orada Təqsirləndirilən şəxsla görüşək. O, nə üçün onunla görüşdüyünü soruşanda Zərərçəkmiş şəxs3 ona bildirmişdir ki, Təqsirləndirilən şəxs müəyyən pul müqabilində onun yaxın qohumlarını işə düzəldəcəkdir. Daha sonra o və Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs yaşadığı ünvana gəlmişlər. Zərərçəkmiş şəxs3 orada qapını döyüb Təqsirləndirilən şəxs çölə çağırmışdır.Təqsirləndirilən şəxs çölə onların yanına çıxanda Zərərçəkmiş şəxs3 pulu çıxarıb ona vermişdir ki,saysın.O, da pulu saymış 8000 manat olduğunu bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs3 həmin pulu ondan alıb, Təqsirləndirilən şəxs vermişdir. Pulu Təqsirləndirilən şəxs götürdükdən sonra Zərərçəkmiş şəxs3 bildirmişdir ki, narahat olmasın, onun qohumlarının bir ay ərzində əmrlərini verdirib işə çıxaracaqdır. Sonra oradan çıxıb evlərinə getmişlər.Onlar pulu Təqsirləndirilən şəxs verən zaman yanlarında başqa heç kim olmamışdır.Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs 8000 manat pulu verən zaman o həmin vaxt orada olmuş, lakin əlavə Zərərçəkmiş şəxs3 2550 manat pul verməyini isə o sonradan eşitmişdir,onun yanında həmin pul verilməmişdir. İş materiallarında olan və məhkəmə baxış zamanı tədqiq edilərək araşadırılmış -03 oktyabr 2022-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə ********* nömrəli cinayət işi başlanmışdır. -11 noyabr 2022-ci il tarixli cinayət işlərinin bir icraatda birləşdirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi ilə ********* nömrəli cinayət işi birləşdirilmiş və ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddəsinə tövsif edilərək, cinayət işinin nömrəsi ********* kimi saxlanılmışdır. -“Üzləşdirmə haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, ifadələr arasında ziddiyyətlərin aradan qaldırılması məqsədilə Zərərçəkmiş şəxs1 ilə Şahid7 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşdirmə zamanı Şahid7 Zərərçəkmiş şəxs1 üzünə qarşı demişdir ki, ola bilər ki, Zərərçəkmiş şəxs1 Əlixana 6.000 manat pul vermiş, lakin o divanda oturub televizor baxdığı üçün 950 manat pul verdiyini güman etmişdir. -18 avqust 2021-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən evlərin alqı-satqısı və kirayəsi ofisinə Zərərçəkmiş şəxs4 iştirakı ilə baxış keçirilmiş, Zərərçəkmiş şəxs4 2021-ci ilin mart ayında Təqsirləndirilən şəxs həmin ofisdə 4000 manat pulu verdiyi yeri göstərmişdir.Baxış keçirilməsi barədə protokol tərtib edilərək hadisə yerinin fotoşəkilləri çəkilmişdir. -01 yanvar 2022-ci il tarixli “Cinayət işi üzrə icraatın dayandırlması haqqında” qərardan görünür ki, həmin tarixdə CPM-nin 53.1.3-cü maddəsinə əsasən cinayət işi üzrə icraat dayandırılmışdır. -30 yanvar 2022-ci il tarixli “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” qərardan görünür ki, həmin tarixdə cinayət işi üzrə icraat təzələnmişdir. -“Qətimkan tədbiri seçilməsi haqqında” 30 yanvar 2022-ci il tarxli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. -10 fevral 2022-ci il tarixli “Cinayət işi üzrə icraatın dayandırlması haqqında” qərardan görünür ki, həmin tarixdə CPM-nin 53.1.3-cü maddəsinə əsasən cinayət işi üzrə icraat dayandırılmışdır. -02 may 2022-ci il tarixli “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” qərardan görünür ki, həmin tarixdə cinayət işi üzrə icraat təzələnmişdir. -02 may 2022-ci il tarixli “Cinayət işi üzrə icraatın dayandırlması haqqında” qərardan görünür ki, həmin tarixdə CPM-nin 53.1.3-cü maddəsinə əsasən cinayət işi üzrə icraat dayandırılmışdır. -18 iyul 2022-ci il tarixli “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” qərardan görünür ki, həmin tarixdə cinayət işi üzrə icraat təzələnmişdir. -27 iyul 2022-ci il tarixli “Cinayət işi üzrə icraatın dayandırlması haqqında” qərardan görünür ki, həmin tarixdə CPM-nin 53.1.3-cü maddəsinə əsasən cinayət işi üzrə icraat dayandırılmışdır. -xx.xx.2022-ci il tarixli 316-11628-1222 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutulmuş, xx.xx.2022- ci il tarixdə Gəncə şəhər BPİ-nin İstintaq və Təhiqat İdarəsinə təhvil verilmişdir. -11 noyabr 2022-ci il tarixli “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” qərardan görünür ki, həmin tarixdə cinayət işi üzrə icraat təzələnmişdir. -11 noyabr 2022-ci il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. -Gəncə şəhər Məhkəməsinin 4(125)-209/2022-ci il tarixli xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdən hesablanmaqla “həbs” növündə qətimkan tədbiri seçilmişdir. -Gəncə şəhər Məhkəməsinin 4(125)-268/2022-ci il tarixli xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş və “ev dustaqlığı” qətimkan tədbirinin son müddəti 03 yanvar 2023-cü il müəyyən edilmişdir. -03 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. -Zərərçəkmiş şəxs1 Gəncə şəhər prokurorluğuna təqdim etdiyi xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, Gəncə şəhəri Bağmanlar ərazisində evini tanıdığı Əlixan adlı şəxsə onu işlə təmin etmək məqsədilə yaşadığı evində 6000 manat pul vermiş və Təqsirləndirilən şəxs aldığı pulu sayarkən onun fotoşəklini çəkmiş və həmin fotoşəkilləri ərizəsinə əlavə etmişdir. -“Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 istintaqa təqdim etdiyi fotoşəkillərə Zərərçəkmiş şəxs1 iştirakı ilə baxış keçirilmiş və Mahir İbrahimov bildirmişdir ki, həmin fotoşəkilləri Təqsirləndirilən şəxs yaşadığı Gəncə şəhəri, Ələkbər Seyfi küçəsi 20 ünvanında Təqsirləndirilən şəxs 6000 manat pulu onu işə düzəltmək adı ilə verdiyi vaxt Təqsirləndirilən şəxs həmin pulu sayarkən istifadəsində olan mobil telefonla onu çəkmişdir. Fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs stol arxasında oturaraq əlində pul sayır. Bu barədə protokol tərtib edilmiş və iş materiallarına əlavə edilmişdir. -03 iyul 2021-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, ünvan 1 ünvanda yerləşən evin qarşısına Zərərçəkmiş şəxs1 iştirakı ilə baxış keçirilmişdir. Baxışla müəyyən edilmişdir ki,Təqsirləndirilən şəxs həmin evdə yaşayır və 2020-ci ilin yanvar ayında həmin evdə Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs onu işə düzəltməsi üçün 6000 manat pul vermişdir. Baxış keçirilməsi barədə protokol tərtib edilərək hadisə yerinin fotoşəkilləri çəkilmişdir. -Gəncə Ərazi İdarəsi Daşınmaz Əmlakın Texniki pasportunun, reysetr nömrəsi **********21-12301, hüquq subeykti X7, Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə M.Xələfov küçəsinin kəsişməsindəki Xaraba yeri ərazisində 0,02634 ha torpaq sahəsinə dair ******* nömrəli çıxarışdan və həmin çıxarış sənədinin X7 adından notarial qaydada etibarnamə ilə Təqsirləndirilən şəxs adına verilməsinə dair sənədlərin surətindən və Zərərçəkmiş şəxs3 izahatından görünür ki, Təqsirləndirilən şəxs arvadı Nuranə həmin sənədlərin surətini ona vermişdir ki, həmin torpağın bir hissəsini Əlixanın ona verəcəyi pulun müqabilində adına keçirəcəkdir. -xx.xx.2023-cü il tarixli 3-13-575/2-2401/23 nömrəli Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 6000 manat pulunu, Zərərçəkmiş şəxs2ın 2000 manat pulunu, Zərərçəkmiş şəxs3 10550 manat pulunu və Zərərçəkmiş şəxs4 4000 manat pulunu şəxsi ehtiyacları üçün aldadaraq almış, zərərçəkmiş şəxslərdən müxtəlif məbləğlərdə pul almasında ona kömək edən hər hansı şəxs olmamış, Təqsirləndirilən şəxs hər hansı vəzifədə tanışlarının olması müəyyən edilməmiş, Təqsirləndirilən şəxs kimlərəsə də borcunun olduğu müəyyən edilməmiş, olmuşdursa da həmin şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan zərərçəkmiş şəxslərdən başqa digər şəxsləri dələduzluq yolu ilə aldatması barədə məlumat daxil olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs rayon ərazisində baş vermiş digər hər hansı cinayətdə iştirakı müəyyən edilməmişdir. -xx.xx.2022-ci il tarixli, 5807 nömrəli Gəncə şəhər Psixonevroloji Dispanserdən alınmış arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda yoxdur. -xx.xx.2022-ci il tarixli, 5375 nömrəli Gəncə şəhər rayonlararası Narkoloji Dispanserdən alınmış arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda yoxdur. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Katastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.23022-ci il tarixli. **********36 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına Gəncə şəhəri, Göygöl, Samux, Daşkəsən rayonları inzibati ərazi vahidi üzrə daşınmaz əmlakın dövlət reyestrində, keçmiş Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarələrinin arxiv məlumatlarında, Əmlak məsələləri Dövlət Komitəsi və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş elektron məlumat bazasında və Respublika üzrə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Milli Qeydiyyat Sistemində məlumat yoxdur. -Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Gəncə RQİTBŞ-dən alınmış xx.xx.2022-ci il tarixli, 313/7750-1222 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs məxsus nəqliyyat vasitəsi qeydiyyata alınmamışdır. -Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin əməliyyat tapşırığına cavab məktubundan görünür ki, tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 6000 manat pulunu, Zərərçəkmiş şəxs2ın 2000 manat pulunu, Zərərçəkmiş şəxs3 10550 manat pulunu və Zərərçəkmiş şəxs4 4000 manat pulunu şəxsi ehtiyacları üçün aldadaraq almış, zərərçəkmiş şəxslərdən müxtəlif məbləğlərdə pul almasında ona kömək edən hər hansı şəxs olmamış, Təqsirləndirilən şəxs hər hansı vəzifədə tanışlarının olması müəyyən edilməmiş, Təqsirləndirilən şəxs kimlərəsə də borcunun olduğu müəyyən edilməmiş, olmuşdursa da həmin şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan zərərçəkmiş şəxslərdən başqa digər şəxsləri dələduzluq yolu ilə aldatması barədə məlumat daxil olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs rayon ərazisində baş vermiş digər hər hansı cinayətdə iştirakı müəyyən edilməmişdir. -DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2021-ci il tarixli tələbnamədən və Gəncə şəhər Məhkəməsinin (köhnə Nizami rayon) xx.xx.2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Məhkəməsinin (köhnə Nizami rayon) xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4, 69.3cü maddələri ilə təqsirli bilinərək 05 ay 02 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir və xx.xx.2020-ci ildə Təqsirləndirilən şəxs cəza müddəti başa çatmışdır. -Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərər tam şəkildə ödənilmişdir, təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. -Zərərçəkmiş şəxs4 tərəfindən təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərər tam şəkildə ödənilmişdir və təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. -Zərərçəkmiş şəxs2 Məhəmməd qızı tərəfindən təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərər tam şəkildə ödənilmişdir və təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. -Zərərçəkmiş şəxs3 tərəfindən təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərər tam şəkildə ödənilmişdir və təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. -Samux rayonu Seyidlər kənd İƏD-si üzrə nümayəndə tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. -AZE 11816176 və AZE 10127694 nömrəli şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X9 adlı iki azyaşlı övladı var. -Akademik M.Topçubaşov adına Cərrahiyyə Mərkəzindən verilmiş xx.xx.2020-ci il tarixli 912 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs İİ tip ağır formalı şəkərli diabetdir. Beləliklə, məhkəmə, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan dələduzluq cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməllərdən peşmançılıq hissi keçirməsini, himayəsində azyaşlı uşaqlarının olması və Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın onun tərəfindən könüllü olaraq tamamilə ödənilməsini nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2021-ci il tarixli tələbnamədən və Gəncə şəhər Məhkəməsinin (köhnə Nizami rayon) xx.xx.2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Məhkəməsinin (köhnə Nizami rayon) xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4, 69.3cü maddələri ilə təqsirli bilinərək 05 ay 02 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. xx.xx.2020-ci ildə Təqsirləndirilən şəxs cəza müddəti başa çatmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş sayılır. Ona görə də Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir. Azərbaycan Respublikası CM-nin 18.4,18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı aşağıdakılar nəzərə alınmır-azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar.Ona görədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal olaraq cinayətin residivi kimi qiymətləndirilməməlidir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur və cəzasını yüngülləşdirən hallar CM-in 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs cəza təyin edilən zaman nəzərə alınmalıdır. CM-in 60-cı maddəsinin tələblərinə görə bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq cəza törətdiyi cinayət əməlinə görə CM-in 178.2.2 cə 178.2.4-cü maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddəsinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayətin törədilməsi halları nəzərə alındıqda, təqsirləndirilən şəxsə ən yüngül cəza növü olan cərimə cəzasının təyin edilməsi cəzanın CM-in 41.2-ci maddəsində göstərilən məqsədlərini təmin etmək üçün kifayət deyil. Çünki məhkəmə Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən cinayət törətməsini onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi nəzərə alır. Bununla yanaşı məhkəmənin qənaətinə görə, hazırki vəziyyətdə cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını da əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Təqsirləndirilən şəxsə isnad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəzalar nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini və CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah oluna bilər və azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin dörd epizoddan ibarət dələduzluq cinayət əməlini törətməsini, həmin epizodlar üzrə zərər çəkmiş şəxslərin zərərlərinin tam ödənilməsini, onların şikayət və tələblərinin olmamasını, himayəsində azyaşlı uşağının olmasını, eləcə də onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan yuxarı həddə yaxın azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə probasiya idarəsinə həvalə edilməlidir. Bundan başqa, iş materiallarından görünür ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində 03 yanvar 2023-cü ilə kimi həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəli xx.xx.2023-ci il tarixdən hesablanmışdır. Daha sonra Gəncə şəhər Məhkəməsinin 4(125)-268/2022-ci il tarixli xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş və qətimkan tədbirinin sonu 03 yanvar 2023-cü il müəyyən edilmişdir Belə olan halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2023-ci il tarixədək həbsdə saxlanıldığı 1 ay 24 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, ona təyin ediləcək cəzadan çıxılmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallarının müəyyən edilməsini, ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə və ev dustaqlığında olduğu müddət CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün bərabər tutulmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalı, cəza çəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə 35 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, həmin müdafiəçinin işlədiyi vəkil bürosunun hesabına 210 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. İş üzrə maddi sübut, məhkəmə xərci, mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384- cü maddələrini rəhbər tutub, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2023-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 1 ay 24 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 3 ay 18 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) il 08 (səkkiz) ay 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 210 manat məbləğində pul köçürülsün. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) Hökmdən elan edildiyi gündən 20 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir Hakim Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar