Məhkəmə qərarları › İş №1(125)-207/2024

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-207/2024

29.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-207/2024 29.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1977-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2əsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilir ondan ötrü ki, o, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 18 fevral 2015-ci tarixdən başlayaraq 09 oktyabr 2006-cı il təvəllüdlü X4, 07 yanvar 2009-cu il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün alimentin miqdarı artırılaraq hər ay hər bir uşağa görə 95 manat olmaqla, cəmi 190 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs1 verilməsinə dair Gəncə şəhər Nizami Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(044)-1027/2015 saylı, 30 mart 2015-ci il tarixli qətnaməsini, habelə 5530 manat məbləğində pulun alınaraq Zərərçəkmiş şəxs2 verilməsinə dair Gəncə Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(104)- 2924/2019 saylı, 25 iyun 2019cu il tarixli qətnaməsini və qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan, yəni 29 mart 2022-ci il tarixdən başlayaraq 09 oktyabr 2006-cı il təvəllüdlü X4, 07 yanvar 2009-cu il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün alimentin miqdarı artırılaraq hər ay hər bir uşağa görə 165 manat olmaqla cəmi 330 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs1 verilməsinə dair Gəncə şəhər Nizami Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(044)-356/2022 saylı 23 fevral 2022-ci il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Gəncə şəhəri Nizami Rayon Məhkəməsin 08 fevral 2016-cı il tarixli, 3(044)-115/2016 saylı, Gəncə Apellyasiya Məhkəməsinin 25 fevral 2022ci il tarixli, 3(104)-03/2022 saylı və Gəncə Şəhər Məhkəməsinin 08 may 2023-cü tarixli, 3(125)-920/2023 saylı qərarları ilə müvafiq olaraq 05 gün, digər iki halda isə 15 gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədlərindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2021-ci il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixlərdə rəsmi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 10 avqust 2023-cü il tarixədək cəmi 12857.00 manat məbləğində aliment borcunu və qeyd olunan 5530 manat məbləğində pul vəsaitini ödəməyərək zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, pandemiya dövründə işləmədiyi üçün məhkəmə tərəfindən uşaqlarının saxlanılması üçün qət edilmiş alimenti ödəyə bilməmiş, daha sonra həmin alimentin miqdarı zərərməkmişin iddiasına əsasən məhkəmə tərəfindən artırılmış və nəticədə məbəğ daha da çoxalmışdır. Pandemiyadan sonra o, aliment borcundan hər ay qismən ödənişlər etsə də, həmin pul onun yığılmış borcundan çıxıldığı üçün nəticədə yenə də borcu qalmaqdadır. Eyni zamanda o, altı ay depressiya vəziyyətində olmuş, müalicələr etdirmişdir. Həmin dövrdə də işləyə bilməmişdir. O, icra məmuru Şahid1 müraciət etmişdir ki, onu işlə təmin etmək üçün köməklik göstərsin, icra məmuru ona işlə təmin olunmaq üçün köməklik göstərmiş, onu Nizami kinoteatrının yanında slesar kimi (avtomobil təmiri yerində) işlə təmin etmişlər. Lakin daha sonra onun barəsində cinayət işi başlanmışdır. O, işlə təmin olunduqdan barəsində cinayət işi açılması ilə bağlı icra məmuru tərəfindən təqdimat verilməsini qərəzli hesab edir. Sonda o, himayəsində bir azyaşlı uşağının olmasını və icra sənədlərinin icrasından qərəzli yayınmadığını, ona vaxt veriləcəyi təqdirdə ödənişlər edəcəyini nəzərə alıb barəsində bəraət verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs torpaq satqısı və briqadir işi ilə məşğuldur. 2017-ci il tarixdə Təqsirləndirilən şəxs ona 17000 manat müqabilində onun mülkiyətində olan torpaqda ev tikib ona verəcəyini vəd etmişdir. Evin tikilişinə başlaması üçün o, Ramilə 5500 manat ilkin ödəniş etmiş, qalan pulu da hissə-hissə ödəyəcəyini demişdir. Evin tikilisi başlanandan bir müddət sonra onlar tikiliyə baxmaq üçün həmin ünvana getmiş və orada işləyən fəhlələrin quma sadəcə bir kisə sement əlavə edib istifadə etdiklərini görmüşlər. O, fəhlələrə iradını bildirdikdə fəhlələr ona briqadir kimi fəaliyyət göstərən Təqsirləndirilən şəxs onlara belə göstəriş verdiyini demişdir. Daha sonra onlar həmin yerə ekspert gətirmiş, ekspert də təsdiq etmiş ki, tikili keyfiyyətsizdir. Onlar Təqsirləndirilən şəxs tikilidən narazı olduğunu bildirmişlər və tikilini yarımçıq saxlamasını istəmişlər və pullarını geri tələb etmişlər. Lakin Təqsirləndirilən şəxs onların narazılığına məhəl qoymayaraq onu məhkəməyə vermişdir ki, guya o, əsassız olaraq işi dayandırmış və onun pulunu kəsmişdir. Daha sonra o, qarşılıqlı iddia vermiş, və məhkəmə qətnaməsinə əsasən Ramilin ilkin iddiası rədd edilmiş, onun qarşılıqlı iddiası isə təmin edilmişdir. Ramil qətnamənin ödənişini 30 manat, 50 manat hissə-hissə poçt vasitəsilə etmiş, lakin onun həmin ödənişlərdən məlumatı olmadığı üçün gedib həmin pulları almamışdır. Belə olan təqdirdə Ramil ödədiyi pulları gedib geri almışdır. Ümumilikdə 800 manat ödəniş etmiş və ödədiyi pulları birdəfəlik geri götürmüşdür. Daha sonra Ramil banka 510 manat onun hesabına pul ödəmiş, məqsədi də o olmuşdur ki, borc məbləği 5000 manat olanda ona cinayət işi açılmayacaqdır. Hazırda onun 4990 manat borcu vardır. Onun barəsində dörd dəfə inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmuşdur. Sonda o, olan borcu tam şəkildə tələb etdiyini, əks təqdirdə Ramilinin barəsində ən ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə 2012-ci ildən rəsmi qaydada ayrılmış, məhkəmə qaydasında onun himayəsində olan iki uşağın saxlanması üçün hər uşağa ayda ümumilikdə 190 manat aliment kəsilmişdir. Əvvəllər o, borcundan hissə-hissə ödəsə də son bir il yarımdır ki, aliment borcundan heç bir ödəniş etməmişdir. Sonuncu ödənişi o, 2023-cü ildə etmişdir. Borclunun rəsmi qaydada işləməməsini əsas gətirməsini boş bir səbəb kimi qiymətləndirdiyini bildirmiş, belə ki, sonuncu makler kimi fəaliyyət göstərir və kifayət qədər qazancı vardır. Sonda o, borclu tərəfindən aliment borcunu tam şəkildə ödəmədiyi təqdirdə onun barəsində azadlıqdan məhrum etmə cəzası tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhəri üzrə icra idarəsinin icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, hazırki cinayət işi ilə bağlı üç icra sənədi vardır. Bildiyimiz icra işinin ikisi alimentlə bağlı digəri isə borc tələbi ilə bağlıdır. Borclu tərəflə dəfələrlə borcu ödəməsi üçün əlaqə saxlanılması üçün onun qeydiyyat ünvanına gedilmiş, həmin ünvanda başqa şəxs yaşadığı üçün borclunu axtarışla polis vasitəsi ilə icra idarəsinə gətirmişlər. O, dəfələrlə inzibati qaydada inzibati həbs edilmiş, lakin onun tərəfindən ödəniş edilməmişdir. Borc tələbi ilə bağlı o, ödəniş etmiş, onların əlində bu barədə qəbzlər olmuş, tələbkar tərəf onlara ödəniş olunmaması ilə bağlı müraciət etmiş, onlara pulun ödənilmədiyini bildirdikdə İcra idarəsi tərəfindən sorğu verilmiş və məlum olmuşdur ki, borclu poçt vasitəsi ilə ödədiyi pulu geri almışdır. Digər borc olan aliment tələbi ilə bağlı tərəf Bakı şəhərində olduğu üçün onunla telefon əlaqəsi saxlanılmış, lakin o, ödəniş etməmişdir. Alimentlə bağlı daha əvvəllər ödəniş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Şahid2 ifadəsində göstərmişdir ki, vətəndaş Təqsirləndirilən şəxs icra işi ilə əlaqədar hal şahidi kimi onun qeydiyyatda olduğu Təbriz küçəsi, 3-cü döngə, ev 4 ünvanında olmuş,məlum olmuşdur ki, şəxs həmin ünvanda yaşamır. Hazırki cinayət işi ilə bağlı icra sənədi onun icraatında olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 30 mart 2015-ci il tarixli icra vərəqəsindən görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, xx.xx.2015-ci il tarixdən başlayaraq xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün sabit pul məbləğində hər ay bir uşağa 95 manat olmaqla, cəmi 190 manat məbləğində aliment cavabdeh Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs1 Aydin qızının xeyrinə ödənilməsi qət edilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin icraata başlamaq haqqında xx.xx.2015-ci il tarixli Qərarından görünür ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(044)-1027/2015 saylı icra sənədi üzrə icraata başlanılmış və borclu Təqsirləndirilən şəxs 10 (on) gün müddətinə icranı könüllü təmin etməsi təklif olunmuş, əks təqdirdə, onun barəsində məcburi icra tədbirlərinin görülməsi barədə xəbərdar olunmuşdur. Bildiriş və xəbərdarlıq məktublarından, eyni zamanda Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 08 fevral 2016-cı il tarixli 3(044)-116/16 saylı qərarından, həmçinin digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Gəncə şəhər Nizami Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2015-ci il tarixli 2(044)-1027/2015 saylı qətnaməsini qərəzli olaraq icra etməmişdir. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(044)-70/2019 saylı qətanaməsindən görünür ki, ilkin iddia rədd edilmiş, qarşılıqlı iddia təmin edilmiş, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh Təqsirləndirilən şəxs Firuddun oğlunun ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Zərərçəkmiş şəxs2 qarşı pul tələbinə dair iddia tələbi təmin edilməmiş, ilkin iddia üzrə cavabdeh qarşılıqlı üzrə iddiaçı X3 ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh Təqsirləndirilən şəxs qarşı öhdəliyin icra edilməməsi səbəbindən vurulmuş ziyanın və mənəvi ziyanın alınması tələbinə dair iddia qismən təmin edilmiş və ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh Təqsirləndirilən şəxs ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Zərərçəkmiş şəxs2 xeyrinə 5500 manat maddi ziyan, 1000 manat mənəvi ziyan və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutulması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 25 iyun 2019-cu il tarixli icra vərəqəsindən görünür ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 04 mart 2019-cu il tarixli, 2(044)- 70/2019 saylı qətnaməsi ilə ilkin iddia rədd edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Təqsirləndirilən şəxs Firuddun oğlunun ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Zərərçəkmiş şəxs2 qarşı pul tələbinə dair iddiasının təmin edilməməsi, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X6 ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh Təqsirləndirilən şəxs qarşı öhdəliyin icra edilməməsi səbəbindən vurulmuş ziyanın və mənəvi ziyanın alınması tələbinə dair iddianın qismən təmin edilməsi, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh Təqsirləndirilən şəxs ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Zərərçəkmiş şəxs2 xeyrinə 5500 manat ziyan, 1000 manat mənəvi ziyan və qarşılıqlı iddia üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin qərarına əsasən apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 04 mart 2019-cu il tarixli, 2(044)-70/2019 saylı qətnaməsinin qismən, yəni ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Təqsirləndirilən şəxs ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Zərərçəkmiş şəxs2 xeyrinə 1000 manat mənəvi ziyanın tutulmasının təmin edildiyi hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə çıxarılaraq iddia tələbiin təmin edilməməsi, qalan hissədə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması, aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat pulun iddiaçı Təqsirləndirilən şəxs utularaq Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməsi qət edilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin icraata başlamaq haqqında xx.xx.2020-ci il tarixli Qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(104)- 2924/2019 saylı icra sənədi üzrə icraata başlanılmış və borclu Təqsirləndirilən şəxs 10 (on) gün müddətinə icranı könüllü təmin etməsi təklif olunmuş, əks təqdirdə, onun barəsində məcburi icra tədbirlərinin görülməsi barədə xəbərdar olunmuşdur. Bildiriş və xəbərdarlıq məktublarından, eyni zamanda Gəncə Apellyasiya Məhkəməsinin 25 fevral 2022-ci il tarixli 3(104)-03/22 saylı qərarından, həmçinin digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Gəncə Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2019-cu il tarixli 2(104)-2924/2019 saylı qərarını qərəzli olaraq icra etməmişdir. Gəncə Şəhəri üzrə icra idarəsinin sorğusuna cavab olaraq X1 İnkişaf və Nəqliyyat Nazirliyi Azərpoçt Məhdud Məsuliyyətli Cəmiyyəti X19 Filialının 23 fevral 2023-cü il tarixli mktubundan görünür ki, xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixə kimi Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs2 adına xx.xx.2022-ci il tarixdə 300 manat xx.xx.2022-ci il tarixdə isə hissə-hissə ümumilikdə 800 manat ödəniş edilmiş, daha sonra xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixi müddətində həmin ödənişlər onun özünə ödənilmişdir. Yelobankın hesabdan çıxarışından görünür ki, xx.xx.2022-xx.xx.2023-cü il tarixi aralığında Zərərçəkmiş şəxs2 hesab nömrəsinə ümumilikdə 150 manat məbləğində pul köçürülmüşdür. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(044)-356/2022 saylı qətnaməsindən görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(044)-1027/2015 saylı qətnaməsinə əsasən müəyyən olunmuş alimentin məbləği dəyişdirilməklə, 09 oktyabr 2006-cı il təvəllüdlü X4 və 07 yanvar 2009-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün 165 manat, cəmi 330 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs1 ödənilməsi qət edilmiş, həmin qətnamə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il icra vərəqəsi ilə icra olunmaq üçün Gəncə şəhər üzrə icra idarəsinə göndərilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin icraata başlamaq haqqında xx.xx.2022-ci il tarixli Qərarından görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(044)-356/2022 saylı icra sənədi üzrə icraata başlanılmış və borclu Təqsirləndirilən şəxs 10 (on) gün müddətinə icranı könüllü təmin etməsi təklif olunmuş, əks təqdirdə, onun barəsində məcburi icra tədbirlərinin görülməsi barədə xəbərdar olunmuşdur. Bildiriş və xəbərdarlıq məktublarından, eyni zamanda Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 08 may 2023-cü il tarixli 3(125)-920/23 saylı qərarından, həmçinin digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(044)-356/2022 saylı qətnaməsini qərəzli olaraq icra etməmişdir. Gəncə Şəhər Məhkəməsinin 08 may 2023-cü il tarixli 3(125)-920/23 saylı inzibati xəta haqqında iş üzrə qərardan görünür ki, Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini üzrsüz səbəbdən icra etməkdən qərəzli olaraq boyun qaçırdığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək ona müvafiq olaraq 15 (on beş) və 10 (on) gün müddətində inzibati həbs edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X8 X2 Filialının xx.xx.2023-cü il tarixli, 3-17-2/2-39993/2023 saylı məktubundən görünür ki, Təqsirləndirilən şəxs Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində (MEİS) işaxtaran və ya işsiz kimi qeydiyyata alınmadığından onun münasib işlə təmin edilməsi üçün müvafiq tədbirlərin görülməsi mümkün olmamışdır. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli SİƏD üzrə nümayəndəliyinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Gəncə şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli SİƏD üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan və xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Bakı şəhəri ərazisində tutularaq Bakı şəhər Yasamal RPİ-nin MSY-nə təhvil verilmişdir. X9 görünür ki, Təqsirləndirilən şəxs ilə X12 arasında xx.xx.2014-cü il tarixdə Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuşdur. Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il təvəllüdlü X13 adlı uşağı vardır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Təminat Agentliyi publik hüquqi şəxsi 1 saylı DOST Mərkəzinin 19 iyun 2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsisteminə əsasən işaxtaran (işi və qazancı olmayan şəxs) kimi qeydiyyatdadır və adına qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. 02 fevral 2024-cü il tarixli müvəqqəti saxlama yerindən azad edilmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o, Bakı şəhər Yasamal Rayon Polis İdarəsinin Müvəqqəti Sxalama Yerindən dərhal azad edilmişdir. Yelobankın hesabdan çıxarışından görünür ki, Zərərçəkmiş şəxs2 hesabına hissəhissə ümumilikdə 510 manat pul köçürülmüşdür. Məhkəmə istintaqında təqdim edilmiş və iş materiallarına əlavə edilmiş xx.xx.2013cü il tarixdə 210 manat, xx.xx.2013-cü il tarixdə 40 manat, xx.xx.2013-cü il tarixdə 80 manat, xx.xx.2013-cü il tarixdə 100 manat, xx.xx.2014-cü il tarixdə 100 manat, xx.xx.2014cü il tarixdə 100 manat, xx.xx.2014-cü il tarixdə 50 manat, xx.xx.2014-cü il tarixdə 50 manat, xx.xx.2014-cü il tarixdə 100 manat, xx.xx.2014-cü il tarixdə 100 manat, xx.xx.2014cü il tarixdə 60 manat, xx.xx.2014-cü il tarixdə 100 manat, xx.xx.2014-cü il tarixdə 40 manat, xx.xx.2014-cü il tarixdə 50 manat, xx.xx.2014-cü il tarixdə 50 manat, xx.xx.2014-cü il tarixdə 100 manat, xx.xx.2014-cü il tarixdə 70 manat, xx.xx.2014-cü il tarixdə 150 manat, xx.xx.2014-cü il tarixdə 180 manat, xx.xx.2014-cü il tarixdə 50 manat, xx.xx.2014-cü il tarixdə 60 manat, xx.xx.2014-cü il tarixdə 50 manat, xx.xx.2014-cü il tarixdə 50 manat, xx.xx.2014-cü il tarixdə 100 manat, xx.xx.2014-cü il tarixdə 50 manat, xx.xx.2015-ci il tarixdə 50 manat, xx.xx.2015-ci il tarixdə 100 manat, xx.xx.2015-ci il tarixdə 50 manat, xx.xx.2014-ci il tarixdə 60 manat, xx.xx.2015-ci il tarixdə 70 manat, xx.xx.2015-ci il tarixdə 50 manat, xx.xx.2015-ci il tarixdə 80 manat, xx.xx.2015-ci il tarixdə 180 manat, xx.xx.2015-ci il tarixdə 100 manat,xx.xx.2015-ci il tarixdə 50 manat, xx.xx.2015-ci il tarixdə 50 manat, xx.xx.2015-ci il tarixdə 100 manat, xx.xx.2015-ci il tarixdə 80 manat, xx.xx.2015-ci il tarixdə 120 manat, xx.xx.2015-ci il tarixdə 50 manat, xx.xx.2015-ci il tarixdə 100 manat, xx.xx.2015-ci il tarixdə 250 manat, xx.xx.2015-ci il tarixdə 150 manat, xx.xx.2016-cı il tarixdə 50 manat, 28.01.201-cı il tarixdə 50 manat, xx.xx.2016-cı il tarixdə 200 manat, xx.xx.2016-cı il tarixdə 100 manat, xx.xx.2016-ci il tarixdə 100 manat, xx.xx.2016-cı il tarixdə 200 manat, xx.xx.2016-cı il tarixdə 100 manat, xx.xx.2016-cı il tarixdə 100 manat, xx.xx.2016-cı il tarixdə 100 manat, xx.xx.2016-cı il tarixdə 100 manat,xx.xx.2016-cı il tarixdə 200 manat, xx.xx.2016-cı il tarixdə 100 manat, xx.xx.2016-cı il tarixdə 200 manat, xx.xx.2016-cı il tarixdə 200 manat, xx.xx.2016-cı il tarixdə 100 manat, xx.xx.2017-ci il tarixdə 100 manat, xx.xx.2017-ci il tarixdə 100 manat, xx.xx.2018-ci il tarixdə 200 manat, xx.xx.2018-ci il tarixdə 200 manat, xx.xx.2018-ci il tarixdə 100 manat, xx.xx.2018-ci il tarixdə 100 manat, xx.xx.2018-ci il tarixdə 220 manat, xx.xx.2018-ci il tarixdə 250 manat, xx.xx.2018-ci il tarixdə 210 manat, xx.xx.2018-ci il tarixdə 210 manat, xx.xx.2019-cu il tarixdə 200 manat, xx.xx.2019-cu il tarixdə 200 manat, xx.xx.2019-cu il tarixdə 200 manat, xx.xx.2019-cu il tarixdə 200 manat, xx.xx.2020-ci il tarixdə 110 manat, xx.xx.2020-ci il tarixdə 200 manat, xx.xx.2020-ci il tarixdə 80 manat, xx.xx.2020-ci il tarixdə 150 manat, xx.xx.2020-ci il tarixdə 20 manat, xx.xx.2020-ci il tarixdə 50 manat, xx.xx.2020-ci il tarixdə 50 manat, xx.xx.2020-ci il tarixdə 30 manat, xx.xx.2020-ci il tarixdə 20 manat, xx.xx.2020-ci tarixdə 80 manat, xx.xx.2021-ci tarixdə 50 manat, xx.xx.2021-ci il tarixdə 50 manat, xx.xx.2021-ci il tarixdə 20 manat, xx.xx.2021-ci il tarixdə 20 manat, xx.xx.2021-ci il tarixdə 20 manat, xx.xx.2021-ci il tarixdə 20 manat, xx.xx.2021-ci il tarixdə 10 manat, xx.xx.2021-ci il tarixdə 20 manat, xx.xx.2021-ci il tarixdə 10 manat + 20 manat, xx.xx.2021-ci il tarixdə 60 manat, xx.xx.2021-ci il tarixdə 50 manat, xx.xx.2021-ci il tarixdə 50 manat, xx.xx.2021-ci il tarixdə 100 manat, xx.xx.2021-ci il tarixdə 50 manat, xx.xx.2021-ci il tarixdə 50 manat, xx.xx.2021-ci il tarixdə 20 manat, xx.xx.2021-ci il tarixdə 20 manat, xx.xx.2021-ci il tarixdə 50 manat, xx.xx.2021-ci il tarixdə 50 manat, xx.xx.2021ci il tarixdə 60 manat, xx.xx.2021-ci il tarixdə 60 manat, xx.xx.2021-ci il tarixdə 20 manat, xx.xx.2021-ci il tarixdə 10 manat, xx.xx.2021-ci il tarixdə 10 manat, xx.xx.2021-ci il tarixdə 10 manat, xx.xx.2021-ci il tarixdə 10 manat, xx.xx.2021-ci il tarixdə 100 manat, xx.xx.2021-ci il tarixdə 10 manat, xx.xx.2021-ci il tarixdə 20 manat, xx.xx.2021-ci il tarixdə 20 manat, xx.xx.2021-ci il tarixdə 20 manat, xx.xx.2021-ci il tarixdə 20 manat, xx.xx.2021ci il tarixdə 20 manat, xx.xx.2021-ci il tarixdə 100 manat, xx.xx.2021-ci il tarixdə 100 manat, xx.xx.2021-ci il tarixdə 150 manat, xx.xx.2021-ci il tarixdə 100 manat, xx.xx.2021-ci il tarixdə 100 manat, xx.xx.2021-ci il tarixdə 100 manat, xx.xx.2021-ci il tarixdə 100 manat, xx.xx.2021-ci il tarixdə 22 manat, xx.xx.2022-ci il tarixdə 6 manat, xx.xx.2022-ci il tarixdə 50 manat, xx.xx.2022-ci il tarixdə 5 manat, xx.xx.2022-ci il tarixdə 30 manat, xx.xx.2022-ci il tarixdə 100 manat, xx.xx.2022-ci il tarixdə 100 manat xx.xx.2022-ci il tarixdə 110 manat, xx.xx.2022-ci il tarixdə 10 manat, xx.xx.2023-cü il tarixdə 100 manat, xx.xx.2023-cü il tarixdə 50 manat, xx.xx.2023-cü il tarixdə 10 manat, xx.xx.2023-cü il tarixdə 20 manat, xx.xx.2023-cü il tarixdə 50 manat, xx.xx.2023-cü il tarixdə 50 manat, xx.xx.2024-cü il tarixdə 50 manat pulun ödənilməsdinə dair ödəniş qəbzlərindən görünür ki, Təqsirləndirilən şəxs göstərilən tarixlərdə aliment borcundan ödəniş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, cinayət işi üzrə toplanmış sənədlər, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı cinayət işində Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli birbaşa qəsdlə törədilən cinayətdir. Yəni, təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə aktını qərəzli olaraq icra etmədiyini dərk etmiş, bununla ədalət mühakiməsinin nüfuzuna xələl gətirməsini və zərər çəkmiş şəxsin hüquqlarının pozulmasını görmüş və bunları arzu etmişdir. Digər tərəfdən, təqsirləndirilən şəxs bu əməli davamlı olaraq uzun vaxt müddətində, qərəzli olaraq həyata keçirmişdir. Təqsirləndirilən şəxs icra məmurunun qanuni tələblərini icra etməməklə, Azərbaycan Respublikası adından qəbul edilmiş, qanuni qüvvədə olan qətnaməini bilərəkdən və qərəzli şəkildə icra etməmişdir. Məhkəmə xüsusilə qeyd edir ki, məhkəmənin qərarının və digər aktının icra edilməməsinin təhlükəliliyi ondan ibarətdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarını icra etməmə məhkəmə orqanlarını nüfuzdan salır, pozulmuş hüquqların bərpası, dəymiş ziyanın ödənilməsi qeyri-mümkün olur və ədalət mühakiməsinin həyata keçirilməsi zamanı dövlət adından çıxarılmış qərarlar kağız üzərində qalır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” işdə (7 may 2002-ci il) eyni xarakterli məsələlərə bir daha münasibət bildirərək qeyd etmişdir ki, məhkəmə qərarlarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1-ci bəndində ifadəsini tapmış müddəanı faydalılıq qüvvəsindən məhrum etmiş olur. “Tarverdiyev Azərbaycana qarşı” işdə Avropa Məhkəməsi xatırlatmışdır ki, ərizəçi məhkəmə çəkişməsini udduqdan sonra bu uduşdan yararlanmağa maneələrin yaradılması Konvensiyanın 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun pozuntusudur. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etmək üçün zəruri tədbirlərin görülməməsi ilə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin səmərəsi heçə endirilir. Beləliklə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini qismən etiraf etməsini, borcundan cüzi ödəniş etməsini, əməlindən peşman olmasını, himayəsində azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında 5 növ cəza, yəni cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 (iki) gün müddətində axtarışla tutulmasını nəzərə alaraq həmin müddətin ona təyin olunacaq azadlıqdan məhrumetmə cəzasından çıxılmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli 29 may 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək “həbs” qətimkan tədbiri ilə əvəz edilməklə məhkəmə iclas zalında həbs edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs məhkəmədə 19 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, işlədiyi vəkil bürosunun hesabına 114 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən 02 fevral 2024-cü il tarixədək axtarışla tutulduğu 02 (iki) gün müddətin azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər hesablanmaqla 02 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli həbsə alındığı 29 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 114 (yüz on dörd) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə münasibətdə isə surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə (təqsirləndirilən şəxs tərəfindən isə həmçinin həbsdə saxlama yerinin müdiriyyəti vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar