Məhkəmə qərarları › İş №1(125)-208/2025

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-208/2025

12.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-208/2025 12.11.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Xurşudov Nadir Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X4, Təqsirləndirilən şəxs, Müdafiəçi Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1971-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsili, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Gəncə şəhəri, X10, bina 13, mənzil 17 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham irəli sürülmüşdür ki, ondan ötəri ki, o, satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə metamfetamini xeyli miqdarda əldə edib daşıyaraq saxlamışdır. Belə ki, o, istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə xeyli miqdarda, ümumi təmiz çəkisi 1,168 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib eyni məqsədlə 0,235 qram, 0,238 qram, 0,167 qram, 0,178 qram, 0,212 qram və 0,138 qram olmaqla hissələrə bölüb satışa hazır vəziyyətə gətirərək üzərində saxlayaraq daşımış, 02 may 2025-ci il tarixdə saat 12:05-də Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi əməkdaşların həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri, Heydər Əliyev prospekti 430 ünvanında saxlanılmaqla video çəkilişlə üzəri yoxlanılarkən, əynində olan boz rəngli cins şalvarın sağ ön kiçik cibindən qanunsuz olaraq əldə edərək, üzərində saxlayaraq daşıdığı 01 ədəd sellofanın içərisindən 06 ədəd kağız bükümlərində, kimyəvi tərkiblərinə görə eynilik təşkil edən, ayrı-ayrılıqda təmiz çəkiləri 0,235 qram, 0,238 qram, 0,167 qram, 0,178 qram, 0,212 qram və 0,138 qram olmaqla ümumi təmiz çəkisi 1,168 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxışı zamanı Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 02 may 2025-ci il tarixdə o, bacısının onun kartına vurduğu pulu bankomatdan çıxartmaq üçün yolla gedərkən polis əməkdaşları tərəfindənyolda saxlanılmış və onların avtomaşını ilə Gəncə şəhər Baş Polis İdarəsinə gətirilmiş, həmin İdarənin 2-ci mərtəbəsində rəisin göstərişi ilə yenidən “Heydər Əliyev” muzeyinin yanına aparılmış və orada zibil qutusunun yanında əyləşdirilərək polis əməkdaşları tərəfindən hədə-qorxu ilə onun cibinə narkotik vasitə qoyulmuşdur. Bundan sonra isə videoçəkiliş edilərək həmin narkotik vasitə onun cibindən çıxarılmışdır. Polis əməkdaşları ona hədə-qorxu gələrək başqa maddə ilə həbs olunacağı bildirmiş, lakin ona hədə-qorxu gələn polis əməkdaşının adını xatırlamır, sadəcə polis əməkdaşının boğazında qızıl sepin olduğu yadındadır. İfadəsində göstərdikləri ilə bağlı 2 saylı İstintaq Təcridxanasında saxlanılan zaman ora gələn Gəncə şəhər prokurorunun köməkçisinə məlumat vermişdir. Ona verilən suallara cavab olaraq bildirdi ki, əvvəllər narkotik vasitə və ya psixotrop maddə istifadə etməmişdir. Əvvəllər AR CM-in 234.1-ci maddəsi ilə məhkum olunsa da, Faiq adlı dostu həmin narkotik vasitəni onun evinə qoymuşdur. Sonuncu dəfə 2021-ci ildə cəzasının sonu ilə cəzaçəkmə müəssisəsindən azad olunmuşdur. Məhkəmə iclasında şahid qismində ifadə vermiş polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Onun heç bir təqsiri yoxdur, tamamilə günahsızdır. Səhhətində problemlər var, insult xəstəsidir. Sonda qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdir. Məhkəmə baxışı zamanı Şahid2 ifadəsində göstərmişdir ki, Gəncə şəhər BPİ-nin CAİ-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx.xx.2025-ci il tarixdə Gəncə şəhər BPİ-nin CAİ-na Gəncə şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və ya psixotrop maddə əldə edərək üzərində saxlaması daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Onun həmin cinayət əməlinin ifşa edilməsi üçün əməliyyat tədbirləri keçirilməsinə qərar alınmış və əməliyyat qrupu yaradılmışdır. Bundan sonra Gəncə şəhəri ərazisində Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar. xx.xx.2025-ci il tarixdə günün birinci yarısında Təqsirləndirilən şəxs Gəncə şəhəri Heydər Əliyev prospektində yerləşən X6 yaxınlığında olmasını müəyyən etmiş və o saxlanılmışdır. Onlar Təqsirləndirilən şəxs xidməti vəsiqələrini nümayiş etdirib Gəncə şəhər BPİ-nin CAİ-nin əməkdaşları olduqlarını deyərək qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələri üzərində saxlamasında, daşımasında və istifadəsində şübhəli olduğunu bildirərək üzərinə videoçəkilişlə şəxsi axtarış keçirmişlər. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və predmet varsa təqdim etməsi təklif olunmuş, bundan sonra Ülvi əynində olan boz rəngli cins şalvarın sağ ön kiçik cibinin içərisindən 01 ədəd şəffaf rəngli sellofan bükümü təqdim etmişdir. Həmin kağız bükümün içərisinə baxış keçirilmiş və içərisindən 06 ədəd kağız bükümdə ilk baxışdan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Sorğu zamanı Ülvü Əliyev üzərindən aşkar edilmiş ilk baxışdan psixotrop maddə metamfetaminə bənzər kütləni xx.xx.2025-ci il tarixdə günün birinci yarısında X6 yaxınlığında tapdığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsə də qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Bundan sonra aşkar edilmiş 01 ədəd şəffaf rəngli sellofan bükümdə olan 06 ədəd kağız bükümlərdəki ilk baxışdan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminə bənzər kütlə tərəzidə çəkilmiş və həmin kütlənin kağız büküm ilə birlikdə çəkiləri 0.23, 0.30, 0.30, 0.34, 0.28 və 0.17 qram olmaqla ümumi çəkiləri 1.52 qram olması müəyyən edilmişdir. Daha sonra isə içərisində ilk baxışdan psixotrop maddə metamfetaminə bənzər kütlə kağız büküm ilə birlikdə müvafiq qaydada qablaşdırılaraq protokol tərtib edilmiş və doğruluğunu imzalarla təsdiq etmişlər. Ona verilən suallara cavab olaraq bildirdi ki, təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli üzrə özünü təqsirli bilməsə də, cinayət işinin materiallarında olan “CD” diskdəki videogörüntülərdə təqsirləndirilən şəxs ona heç bir təzyiq göstərilmədən özünü təqsirli bilərək psixotrop maddə olan metamfetaminin ona məxsus olduğunu etiraf etmişdir. Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi zamanı özündən başqa iki əməkdaş olmuşdur. Məhkəmə baxışı zamanı şahid Gəncə şəhər BPİ-nin CAİ-nin kiçik inspektoru, polis baş serjantı Şahid3 və Gəncə şəhər BPİ-nin CAİ-nin XMİÜ baş əməliyyat müvəkkili Şahid1 Şahid2 ifadəsində göstərilənləri bir daha təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -“Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqının aparılması qərara alınmışdır. -“Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edərək saxlaması, istifadə etməsi, üzərində gəzdirməsi və satması barədə daxil olmuş əməliyyat məlumatı əsasında onun olduğu yerin müəyyən edilməsi, tədbirin gedişi zamanı şəraitdən asılı olaraq onun olduğu yerin müşahidəsinin aparılması, sonuncu tutulduqdan sonra üstünün yoxlanılması, polis orqanına gətirilməsi, üzərinə və ondan aşkar edilmiş əşyalara baxış keçirilməsi qərara alınmışdır. -“Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxin üstünün yoxlanılmasına dair” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edərək saxlaması, üzərində gəzdirməsi və istifadə etməsi barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu 02 may 2025-ci il tarixdə, saat 12:05 radələrində Gəncə şəhəri, Heydər Əliyev prospekti, "X6 yaxınlığında saxlanılmışdır. Həmin şəxsin saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində qanunla dövriyyəsi qadağan edilmiş narkotik vasitənin, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə Təqsirləndirilən şəxs üstü yoxlanılmağa başlanılmışdır. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən, narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ ön iç cibindən 1 ədəd şəffaf sellofanda 6 ədəd ağ rəngli siqaret falqasına bükülmüş, içərisində metamfetaminə bənzər kütləni təqdim etmişdir. Daha sonra içərisində metamfetaminə bənzər kütlə olan bükümlər elektron tərəzidə çəkilmiş, bükümlər ayrıayrılıqda 0.23, 0.30, 0.30, 0.34, 0.28 və 0.17 qram sellofan ilə birlikdə ümumi çəkisi 1.52 qram olmuşdur. Sonra həmin kütlə əvvəlki halına qaytarılaraq qablaşdırılmış, saxlanılan şəxs, tərəfindən imzalanmış və götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs üstü yoxlanılan zaman əynində olan qara rəngli dəri gödəkcənin sol iç cibindən 1 ədəd "Samsung" markalı mobil telefon aşkar edilərək qablaşdırılmış, saxlanılan şəxs tərəfindən imzalanmış və götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olunmuş psixotrop maddəni xx.xx.2025-ci il tarixdə səhər saatlarında Gəncə şəhəri, Heydər Əliyev prospektində zibil qablarının yaxınlığından tapdığını və şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. -“Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - İş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 03 may 2025-ci il tarixli 16/419 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə” yazı və imzalar olan kağız paketdəki 1(bir) ədəd sellofan bükümdə olan 6 (altı) ədəd kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0.235 qram, 0.238 qram, 0.167 qram, 0.178 qram, 0.212 qram, 0.138 qram, ümumi təmiz çəkisi 1.168 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir, kimyəvi tərkiblərinə görə eynidir. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr”in siyahısına (1-ci siyahı) daxildir. -“Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir və ona həmin maddə ilə ittiham elan olunmuşdur. -“Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində ona ittiham olunan maddə ilə özünü təqsirli bilməyərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə özünü təqsirli bilmişdir. -Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(125)-221/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində istintaq müddətinin sonunadək, 03 (üç) ay müddətinə, yəni 02 avqust 2025-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanma müddətinin əvvəli Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən hesablanmışdır. -İş materiallarında olan “videogörüntüyə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, 02 may 2025-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı istifadə edilmiş video çəkiliş materiallara əlavə edilmişdir. Həmin video görüntülərə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, Gəncə şəhər BPİ-nin CAİ-nin XMİÜ baş əməliyyat müvəkkili, polis mayoru Şahid1, Gəncə şəhər BPİ-nin CAİ-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2 və Gəncə şəhər BPİ-nin CAİ-nin kiçik inspektoru, polis baş serjantı Şahid3 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir. Şəxsi axtarış keçirilməzdən qabaq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmişdir və o hüquqlarının aydın olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya və predmet varsa təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ ön kiçik cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümü təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlənin “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu, onu Heydər Əliyev prospektində yerləşən X6 yaxınlığında tapdığını və şəxsi istifadə üçün saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd şəffaf rəngli sellofan büküm açılmış və içərisindən 06 ədəd kağız bükümlərdə ilk baxışdan psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs başqa yerdə psixotrop maddə saxlamadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsə də qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ilk baxışdan psixotrop maddə metamfetaminə bənzər kütlə tərəzidə çəkilmiş və həmin kütlənin kağız büküm ilə birlikdə çəkiləri 0.23, 0.30, 0.30, 0.34, 0.28 və 0.17 qram olmaqla ümumi çəkiləri 1.52 qram olması müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üstü yoxlanılan zaman əynində olan qara rəngli dəri gödəkcənin sol iç cibindən 01 ədəd "Samsung" markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Ona hər hansı bir fiziki və ya psixi təsirin, insan ləyaqətini alçaldan hərəkətlərin olub-olmadığını soruşan zaman Təqsirləndirilən şəxs ona qarşı heç bir psixi, fiziki təsirin olmadığını bildirmişdir. Bundan sonra həmin kütlə və 01 ədəd "Samsung" markalı mobil telefon Şahid1 tərəfindən 02 ədəd zərfdə qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin möhürü ilə möhürlənmiş və imzalarla təsdiq edilmişdir. - DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin 02 sentyabr 1992-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 143.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin 06 iyul 1993-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 185.1 və 143.3-cü maddələri ilə təqsirli bilinərək 04 il 02 ay 02 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin 16 iyul 1998-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 226-1.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin 20 avqust 2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin 20 sentyabr 2006-cı il tarixli hökmü Azərbaycan Respublikasının CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin 17 iyun 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.1, 180.2.1 və 180.2.2-ci maddələri ilə təqsirli bilinərək 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin 13 fevral 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 127.2.2, 127.2.3, 133.2.4 və 133.2.6-cı maddələri ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 27 avqust 2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər narkoloji dispanseri tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3370 nömrəli arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs Gəncə şəhər narkoloji dispanserində qeydiyyatda durmur. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri psixo-nevroloji dispanseri tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 280 nömrəli sorğuya cavab məktubundan məlum olur ki, Təqsirləndirilən şəxs dispanserə müraciət etmişdir və ona “Şəxsiyyətin dissosial pozuntusu, tez-tez baş verən dekompensasiyalar” diaqnozu qoyulmuşdur. -Gəncə Şəhər Baş Polis İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-13-57/2-14070/2025 nömrəli ********* nömrəli cinayət işi üzrə verilmiş əməliyyat tapşırığına cavab məktubunda qeyd edilmişdir ki, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetaminin hansı mənbədən və nə vaxt əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə olan metamfetamini satış məqsədi ilə əldə etməsi müəyyən olunsa da, satdığı şəxs və ya şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddəni əldə etməsində kiminsə ona kömək etməsi, qanunsuz olaraq əldə etdiyi psixotrop maddədən digər yerdə gizlədərək saxlaması, həmçinin onun digər cinayətlərdə iştirak edib-etməməsi müəyyən edilməmişdir. -İş materiallarında olan “baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş “055-901-20- *4” saylı "xxxx" nömrəsindən xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək olan müddət ərzində daxil olan, eləcə də çıxan zənglərin və mesaj mətnlərinin izahlarının, həmin nömrələrin həmin vaxt ərzində hansı ötürücü antenanın əhatə dairəsində olması barədə məlumatların ələ keçirilməsi üçün müvafiq sorğular verilərək cavab alınmışdır. Bununla əlaqədar olaraq "xxxx" MMC-dən daxil olmuş 1 ədəd qırmızı rəngli, üzərində çap üsulu ilə "xxxx" yazısı, həmçinin qara rəngli qələmlə əl yazma üsulu ilə “5910” yazıları olan CD diskə baxış keçirilmiş, həmin diskdə Təqsirləndirilən şəxs məxsus “***-***-**-**” saylı mobil nömrədən gedən və həmin mobil nömrəyə daxil olan mesaj mətnləri aşkar edilməmişdir. “X2” adlı digər faylın içərisinə isə daxil olan zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş “***-***-**-**” saylı mobil nömrə ilə digər mobil nömrələr arasında çoxsaylı zənglər olmuş, həmin zənglər zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş “***-***-**-**” saylı mobil nömrə Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, 2-ci mikrorayon, 28 may küçəsi, Gəncə şəhəri Bayan küçəsi 108A, Göygöl rayonu Balçılı kəndi, Göygöl rayonu Qızılqaya qəsəbəsi, Göygöl rayonu Üçtəpə kəndi Bala Bağbanlı və sonuncu anten dairəsi xx.xx.2025-ci il tarixdə saat 23:34:52-də ünvan 4 ünvanında olmaqla müxtəlif anten dairələrində olmuşdur. - İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 07 iyul 2023-cü il tarixli, 1139 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. -İş materiallarında olan kompleks ambulotor məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 16 may 2025-ci il tarixli, 286 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs qeyd edilən hadisəni törədən zaman “Şəxsiyyətin dissosial pozuntusu” xəstəliyindən əziyyət çəkmişdir. O, hal-hazırda da həmin xəstəlikdən əziyyət çəkir. Təqsirləndirilən şəxs müəyyən edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, o, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə emtək iqtidarında olmasın. Buna görə də o, ittiham olunduğu əmələ görə anlaqlı hesab edilir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Onun barəsində halhazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyac yoxdur. -İş materiallarında olan “baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş “077-322-33- 89” saylı “Narmobile” nömrəsindən xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək olan müddət ərzində daxil olan, eləcə də çıxan zənglərin və mesaj mətnlərinin izahlarının, həmin nömrələrin həmin vaxt ərzində hansı ötürücü antenanın əhatə dairəsində olması barədə məlumatların ələ keçirilməsi üçün müvafiq sorğular verilərək cavab alınmışdır. Bununla əlaqədar olaraq "xxxx" MMC-dən daxil olmuş 1 ədəd qırmızı rəngli, üzərində çap üsulu ilə “Nar sənə ən yaxın” yazısı, həmçinin qara rəngli qələmlə əl yazma üsulu ilə “3-13-57/2- 16926/2025” yazıları və imza olan CD diskə baxış keçirtdim. Həmin diskdə “SMS Tarixçəsi” adlı faylın içərisinə daxil olan Təqsirləndirilən şəxs məxsus “***-***-**-**” saylı mobil nömrədən gedən mesaj mətnlərinə baxış zamanı müəyyən edildi ki, xx.xx.2025-ci il tarixdə saat 18:23:05-də “**********26” saylı mobil nömrəyə “Tutu mene zenk ele ulvu” məzmununda, xx.xx.2025-ci il tarixdə saat 15:19:03-də **********60” saylı mobil nömrəyə “Ramil mene zenk ele ülvi” məzmununda və xx.xx.2025-ci il tarixdə saat 15:13:49-da “**********26” saylı mobil nömrəyə “Tutu” məzmununda iş üçün əhəmiyyət kəsb edən mesaj mətnləri göndərilmişdir. Bundan əlavə həmin diskdə “SMS Tarixçəsi” adlı faylın içərisinə daxil olan Təqsirləndirilən şəxs istifadəsində olan “***-***-**-**” saylı mobil nömrəyə gedən mesaj mətnlərinə baxış zamanı müəyyən edildi ki, iş üçün əhəmiyyət kəsb edən mesaj mətnləri göndərilməmişdir. “X2” adlı digər faylın içərisinə isə daxil olan zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş “***-***-**-**” saylı mobil nömrə ilə digər mobil nömrələr arasında çoxsaylı zənglər olmuş, həmin zənglər zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş “***-***-**-**” saylı mobil nömrə Gəncə şəhəri Ş.İ.Xətai prospekti 155 ünvanında, ünvan 5ında, ünvan 8u anten dairəsi xx.xx.2025-ci il tarixdə saat 13:36:09-da Gəncə şəhəri Ş.İ.Xətai prospekti 155 ünvanında olmaqla müxtəlif anten dairələrində olmuşdur. -Gəncə şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli SİƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 09 iyul 2025-ci il tarixli, 1476 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Gəncə şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli SİƏD üzrə nümayəndəliyinə heç bir məlumat və şikayət daxil olmamışdır. -Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(125)-369/2025 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 20 (iyirmi) gün müddətinə yəni, xx.xx.2025-ci il tarixədək uzadılmışdır. -“Sübutların qiymətləndirilməsi haqqında” 10 iyul 2025-ci il tarixli qərardan görünür ki, ilkin araşdırma materiallarında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilib götürülmüş 06 ədəd kağız bükümlərdə olan psixotrop maddə metamfetaminin kağız bükümlər ilə birlikdə çəkiləri 0.23, 0.30, 0.30, 0.34, 0.28 və 0.17 qram olmaqla ümumi çəkiləri 1.52 qram olması kimi qeyd edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 6 ədəd kağız bükümdə psixotrop maddə metamfetaminin təmiz çəkiləri bu sahə üzrə ekspert tərəfindən müəyyən edilməmiş və məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyində göstərilən kimi tədqiqata sərf edildikdən sonra 6 ədəd kağız bükümdə olan psixotrop maddə metamfetaminin təmiz çəkisi 1.168 qram olması nəzərə alınmış, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra 6 ədəd kağız bükümdə ümumi təmiz çəkisi 1.168 qram psixotrop maddə metamfetamin iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış və təqsirləndirilən şəxslə müdafiəçisi cinayət işinin materialları və maddi sübutlarla tanış olduqdan sonra Gəncə şəhər BPİ-nə məsul saxlanca verilmiş, xx.xx.2025ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı istifadə edilmiş video çəkilişin 01 ədəd “DVD” disk, "xxxx" və "xxxx" MMC-dən daxil olmuş 02 ədəd “CD” disklər iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və işə əlavə edilmiş, iş üzrə təqsirləndirilən və şahid ifadələri, şəxsiaxtarış və götürmə, məhkəmə fizikikimyəvi, məhkəmə-narkoloji ekspertlərin rəyləri, həmçinin digər istintaq sənədləri iş materiallarına uyğun olduğu üçün sübut növü kimi qəbul edilmişdir. - Azərbaycan Respublikası Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsinin prokuroru, ədliyyə müşaviri X5 tərəfindən qəbul edilmiş 30 iyun 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Şuriyə oğlunun xx.xx.2025-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılaraq psixoloji təzyiqlərə məruz qalması, üzərinə qanunsuz narkotik vasitə qoyulması, etiraf ifadəsi verməyə məcbur edilməsi barədə müraciəti əsasında Xidməti araşdırmalar idarəsində araşdırma aparılmışdır. Araşdırma zamanı Təqsirləndirilən şəxs Şuriyə oğlunun Gəncə şəhər BPİnin əməkdaşları tərəfindən psixi təsirlərə və fiziki zorakılığa, işgəncə və qeyriinsani rəftara məruz qalması, etiraf ifadəsi verməyə məcbur edilməsi xüsusatları öz təsdiqini tapmamışdir. Odur ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Xidməti araşdırmalar idarəsində toplanmış 582-C-25 nömrəli material üzrə cinayət işinin başlanılması rədd olunmuşdur. Məhkəmə iclasında tərəflərin iştirakı ilə DVD diskə baxış keçirilmiş, videogörüntülərdə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış aparıldığı, hüquq və vəzifələri izah edildiyi, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif edildiyi, Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ ön kiçik cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümü təqdim etdiyi, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlənin “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu, onu Heydər Əliyev prospektində yerləşən X6 yaxınlığında tapdığını və şəxsi istifadə üçün saxladığını bildirdiyi, həmin bükümün zərfə qoyularaq möhürlənməsi müəyyən edilmişdir. Məhkəmə, məhkəmə iclasında əldə edilən, qiymətləndirilən sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ibtidai istintaq orqanı işin faktiki hallarını düzgün müəyyən etməmiş, təqsirləndirilən şəxsin əməlinin cinayət qanunu ilə tövsifində səhvə yol vermişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Həmin Məcəllənin 138.2-ci maddəsinə görə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Qeyd olunan Məcəllənin 21.3-cü maddəsinə müvafiq olaraq cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Bundan əlavə Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunub-olunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilən cəzanın ağırlığını araşdırmalıdırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin redaksiyası satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə, həmin Məcəllənin 234.2-ci maddəsi satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Müstəntiq tərəfindən qəbul edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərarda və tərtib edilmiş ittiham aktında təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsini təsdiq edən yeganə sübut kimi Gəncə Şəhər Baş Polis İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-13-57/2-14070/2025 nömrəli ********* nömrəli əməliyyat tapşırığına cavab məktubu göstərilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham olunmasına, yəni 1(bir) ədəd sellofan bükümdə olan 6 (altı) ədəd kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0.235 qram, 0.238 qram, 0.167 qram, 0.178 qram, 0.212 qram, 0.138 qram, ümumi təmiz çəkisi 1.168 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini məhz satış məqsədi ilə əldə edib saxlaması barədə ibtidai istintaq orqanının nəticəyə gəlməsinə cinayət işi üzrə verilmiş əməliyyat tapşırığına cavabda Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə olan metamfetamini satış məqsədi ilə əldə etməsinin qeyd olunması səbəb olmuşdur. Lakin, iş materiallarında olan Gəncə Şəhər Baş Polis İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-13-57/2-14070/2025 nömrəli ********* nömrəli həmin cavab məktubunda deyilir ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə olan metamfetamini satdığı şəxs və ya şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddəni əldə etməsində kiminsə ona kömək etməsi, qanunsuz olaraq əldə etdiyi psixotrop maddədən digər yerdə gizlədərək saxlaması, həmçinin onun digər cinayətlərdə iştirak edib-etməməsi müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, qeyd olunan əməliyyat tapşırığına cavab məktubu Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə sübut kimi qiymətləndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddəni satış məqsədi ilə əldə etməsinə dair əməliyyat materialları yalnız «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda, CPM-in tələblərinə uyğun məhkəməyə təqdim edildikdə və məhkəmə tərəfindən əməliyyat-tədbiri qanuni hesab edildikdə, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş material sübut kimi qəbul oluna bilərdi. Odur ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qeyd edilən maddəni əldə edib saxladığına dair məlumatların «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunması, CPM-in tələblərinə uyğun təqdim edilməsi və yoxlanılması müəyyən olunmadığından, əməliyyat tapşırığına cavab məktubu sübut kimi nəzərə alına bilməz. Eyni zamanda “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır (9-cu bənd). Təsvir edilənlər belə deməyə əsas verir ki, şəxsin narkotik vasitələri satış üçün əldə edib gəzdirməsi haqda nəticəyə gəlmək üçün onun məhz yuxarıda sadalanan məqsədlərin hər hansı birini güdərək narkotik vasitələri əldə edib gəzdirməsi sübut edilməlidir. Plenum qərarının izahı ilə müqayisə etməklə hazırki cinayət işinin faktiki hallarına əsasən Təqsirləndirilən şəxs götürülmüş psixotrop maddə olan metamfetaminin çəkisinin 1.168 qram olduğu müəyyən edilsə də, onun digər istehlakçılarla razılıq əldə etməsi, məhz satış üçün narkotik vasitəni bükümlərə qablaşdırması, hazırlanması kimi hallar ibtidai istintaq orqanı tərəfindən müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs satış məqsədi ilə hərəkət etməsi və onun əməlində Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin tərkibinin olması ibtidai istintaq orqanının istinad etdiyi sübutlarla da uzlaşmır. İstər məhkəməyədək araşdırma zamanı, istərsə də məhkəmə istintaqında Təqsirləndirilən şəxs əvəzli, qazanc əldə etmək məqsədi ilə və ya digər şəxsi marağa görə psixotrop maddə olan metamfetamini əldə etməsinə və yaymasına, narkotik vasitəni əldə etməmişdən öncə başqa şəxslə (şəxslərlə) sövdələşməsinə dair hər hansı mötəbər sübut əldə etmək mümkün olmamışdır. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metafetamini əldə edib üzərində saxlamaqla daşımışdır. Lakin, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddəni məhz “satış məqsədi ilə” əldə edib üzərində saxlaması və daşımasını təsdiq edən heç bir mötəbər sübut cinayət işinin materiallarında mövcud deyildir. Təqsirləndirilən şəxs istər məhkəmə istintaqı zamanı, istərsə də məhkəməyədək icraat dövründə verdiyi ifadələrində heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Belə olan halda isə ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs görə psixotrop maddəni satması və ya satmaq niyyətinin və istehlakçı ilə razılığının olmasını təsdiq edən mötəbər sübutlar əldə edib, qiymətləndirmədən, ehtimal əsasında Təqsirləndirilən şəxs əməlini narkotik vasitə olan maddələrin satma kimi qiymətləndirilməsi və əməlin CM-in 234.2-ci maddəsi ilə tövsif edilməsi əsassız və qanunsuzdur. Bununla bağlı məhkəmə vurğulayır ki, təqsirləndirilən şəxsin cinayətkar məqsədi və əməlin hüquqi tövsifi barədə nəticələr ehtimal üzərində qurula bilməz. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilən heç bir sübutla Təqsirləndirilən şəxs digər şəxsə psixotrop maddəni satması, dəyişdirməsi, borc əvəzinə verməsi, borc olaraq verməsi kimi hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsi də məhkəmənin ittiham hökmünün ehtimallara əsaslanmasına yol vermir və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda belə hökmün çıxarılmasını şərtləndirir. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamini satış məqsədi ilə əldə edib üzərində saxlaması məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən olunmur. Bundan başqa məhkəmə qeyd edir ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda psixotrop maddə olan metafetaminin xeyli miqdarı 0,15 qram təşkil edir. Təqsirləndirilən şəxs üzərindən təmiz çəkisi 1,168 qram təşkil edən psixotrop maddə olan metafetamin aşkar edilmişdir. Beləliklə məhkəmə istintaqında Təqsirləndirilən şəxs qanunsuz olaraq təmiz çəkisi Təqsirləndirilən şəxs psixotrop maddə olan metafetamini xeyli miqdarda əldə edib üzərində saxlaması faktı öz təsdiqini tapır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 21.3-cü maddəsinin tələbinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət- Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 349.3 və 349.5-ci maddələrinə əsasən məhkəmə hökmü şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Cinayət prosessual qanunvericiliyinin qeyd olunan normalarına əsaslanaraq və iş üzrə toplanmış mövcud sübutları qiymətləndirərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, yəni onun psixotrop maddə olan metafetamini satış məqsədi ilə əldə edib üzərində saxlaması və daşıması məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. İttiham tərəfi bu barədə hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə olan vəziyyətdə təqsirləndirilən şəxsin psxiotrop maddəni satış niyyəti ilə və ya belə niyyət olmadan əldə etməsinə dair şübhələr onun xeyrinə həll edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metafetamini əldə etməsi, saxlaması və daşıması tam sübuta yetirilir. Göstərilənlərə əsasən məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları təhlil edib və bir-biri ilə müqayisə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə edib saxlaması kimi deyil, onun tərəfindən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə etmə, saxlama, daşıma kimi qiymətləndirilməli və bununla bağlı onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə görə məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı saxlanılan zaman üzərində narkotik vasitə olmaması ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu məzmunda ifadə verməsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, təqsirləndirilən şəxsin bu ifadəsi iş materialları, şahidlərin ifadələri, həmçinin ekspert rəyləri və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadələrində üzərində narkotik vasitə olduğunu etiraf edərək, səmimi ifadələr vermiş, müdafiəçisinin iştirakı ilə də dindirilərkən eyni faktları təsdiq etmiş, məhkəmə istintaqı zamanı verdiyi ifadəsində isə saxlanılan zaman üzərində narkotik vasitə olmadığını bildirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanı çəkmələri nəzərdə tutulmuşdur; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə də, məhkumun azadlıqdan məhrum edilməsi üçün qanuni penoloji əsaslar sırasına cəzalandırma, çəkindirmə, cəmiyyətin müdafiəsi və islah məqsədləri daxildir (Vinter və Başqaları Birləmiş Krallığa qarşı [BP], № 66069/09, § 111, 9 iyul 2013-cü il). Təsvir edilən maddi hüquq normaların məzmunundan, eləcə də cəza institutunun məqsədlərindən bəhs edən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Avropa Məhkəməsinin şərhindən belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilindiyi cinayət əməli, eyni Məcəllənin 15.3-cü maddəsində az ağır cinayətlər kateqoriyasına aid edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən hallar müəyyən olunmamışdır Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddələrində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin 13 fevral 2018-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənildikdən sonra hazırki cinayət əməlini törətmişdir. Belə ki, CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 13 fevral 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 127.2.2, 127.2.3, 133.2.4 və 133.2.6-cı maddələri ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs 27 avqust 2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs azad edildiyi vaxtdan 02 il keçdikdən sonra, yəni xx.xx.2025-ci il tarixdə hazırki cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, o cümlədən təqsirləndirilən şəxsin kriminal meyilliyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət-Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, azadlıqdan məhrum etmə növündə cəzanın hansı cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu müəyyən edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərini rəhbər tutmuşdur. Belə ki, həmin maddəyə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Bundan əlavə müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 30,40 manat məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.6 maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1, 197.1.4, 198.1 və 198.3-cü maddələrinə əsasən məhkəmə fiziki-kimyəvi ekspertizasının keçirilməsinə xərclənmiş 30,40 (otuz manat qırx qəpik) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2.), cəzasının əvvəli 02 may 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhəri Baş Polis İdarəsinə məsul saxlanca verilmiş çəkisi tədqiqatdan sonra qalıq qalmış 1,168 qram çəkidə psixotrop maddə - metafetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “DVD” disk və 02 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-132), 30,40 (otuz manat qırx qəpik) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmə-narkoloji ekspertizasının 07 iyul 2023-cü il tarixli, 1139 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə 18 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 nömrəli qərarına (xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla ümumilikdə həmin müdafiəçinin işlədiyi vəkil bürosunun hesabına cəmi 198 (bir yüz doxsan səkkiz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən, həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli 02 may 2025-ci il tarixdən hesablansın. Cinayət işi üzrə maddi sübutlar - Gəncə şəhəri Baş Polis İdarəsində saxlanılan çəkisi tədqiqatdan sonra qalıq qalmış 0,988 qram çəkidə psixotrop maddə - metafetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd “DVD” disk və 02 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci - məhkəmə fiziki-kimyəvi ekspertizasının keçirilməsinə xərclənmiş 30,40 (otuz manat qırx qəpik) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 198 (bir yüz doxsan səkkiz) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Hökmdən elan olunduğu, (həbsdə saxlanılan şəxsə isə verildiyi) andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Məhəmməd Həsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar