Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-209/2022 08.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1989-cu ildə Goranboy rayonu Ağamalıoğlu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, həbs edilənədək Goranboy rayonu Düzqışlaq kəndində yaşamış, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 182.2.1-ci maddəsi ilə təqsirli bilinib 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 7 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Gəncə şəhərində yerləşən 2 saylı İstintaq təcridxanasında saxlanıldığı müddətdə "X1 İntizam Qaydaları" ilə qadağan olunmuş əşya – 1 ədəd “Nokia” markalı “Mini Phone” modelli, proqram təminatında imei kodu “**********00158”, arxa məlumat lövhəsinə görə imei kodu “**********39682, **********39690” olan mobil telefon aparatını istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edərək özündə saxlamış, istifadə etmiş və xx.xx.2022-ci il tarixdə saat 14:00 radələrində Penitensiar Xidmətin əməliyyat-rejim idarəsinin əməkdaşlarının 2 saylı İstintaq təcridxanasının əməkdaşları ilə birlikdə keçirdikləri qəfləti əməliyyat axtarış-baxış tədbirləri zamanı təcridxanada saxlanıldığı 3 saylı rejim korpusunun 67-ci kamerasının sanitar qovşağındakı gizli saxlanc yerindən həmin mobil telefon aparatı aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində tam təqsirli bilərək ifadəsində bildirdi ki, o, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 182.2.1-ci maddəsi ilə təqsirli bilinib 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub və hazırda cəzasını 7 saylı cəzaçəkmə müəssisəsində çəkir. Həmin cinayət əməlini törətməkdə təqsirli bilinib həbs edilərək 07 iyul 2020-ci il tarixdən 07 mart 2022-ci il tarixədək 2 saylı İstintaq təcridxanasında saxlanılmış, təcridxanada saxlanıldığı 3 saylı rejim korpusunun 67-ci kamerasını təmizləyən zaman bir ədəd “Nokia” markalı “Mini Phone” modelli mobil telefon aparatını tapmışdır. O, həmin mobil telefonu kamerada müxtəlif yerlərdə gizlətməklə fürsət tapdıqda ondan istifadə edərək tanışlarına zəng edib danışmış, daha sonra danışıq kartını çıxarıb mobil telefon aparatından ayrılıqda gizlətmiş, sonuncu dəfə istifadə etdikdən sonra mobil telefon aparatını kameranın sanitar qovşağında gizlətmişdir. xx.xx.2022-ci il tarixdə saat 14:00 radələrində təcridxana əməkdaşları qəfləti olaraq saxlanıldığı kameraya gələrək kamerada saxlanılan bütün şəxslərin, o cümlədən onun üzərinə və kamerada axtarış-baxış tədbirləri keçirmişlər. Tədbir zamanı kameranın sanitar qovşağının gizli saxlanc yerində gizlətdiyi həmin mobil telefon aparatı müəssisə əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Aşkar edilərək götürülmüş mobil telefon aparatı onların iştirakı ilə qablaşdırılaraq möhürlənmiş və bu barədə protokol tərtib edilmiş, protokolla tanış olaraq doğruluğunu imzasıyla təsdiqləmişdir. O, tədbirdən dərhal sonra isə danışıq kartını sındıraraq məhv etmişdir. Sonda o, əməlindən peşman olduğunu barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasının əməliyyat bölməsinin böyük inspektoru Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs 2 saylı İstintaq təcridxanasında həbsdə saxlanılan şəxs kimi tanımış, onunla qərəzçiliyi, ədavəti və düşmənçiliyi yoxdur. 01 mart 2022-ci il tarixdə Penitensiar Xidmətin Əməliyyat-rejim idarəsinin əməkdaşları ilə birlikdə, hal şahidlərinin iştirakı ilə təcridxanada qəfləti axtarış-baxış tədbirləri keçirmişlər. Tədbir zamanı saat 14:00 radələrində təcridxananın 3 saylı rejim korpusunun 67-ci kamerasının sanitar qovşağında gizlədilmiş «X1 İntizam Qaydaları» ilə qadağan olunmuş əşya - daxilində danışıq kartı olmayan 1 ədəd ağ-qara rəngli “Nokia” markalı “Mini Phone” modelli mobil telefon aparatını aşkar edərək götürmüşlər. Faktla bağlı müvafiq protokol tərtib etmiş və tədbir iştirakçıları tanış olub doğruluğunu imzaları ilə təsdiqləmişlər. Həmçinin aşkar edilərək götürülmüş mobil telefon aparatını qablaşdıraraq protokola əlavə edib “Zərflər üçün” möhürü ilə möhürləmiş, daha sonra faktla bağlı toplanmış material hüquqi qiymət verilməsi üçün Ədliyyə Nazirliyinin İstintaq idarəsinə göndərilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasının əməkdaşları Şahid2 və Şahid3 digər Şahid1 ilə eyni məzmunda ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş: - xx.xx.2022-ci il tarixli protokoldan məlum olur ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq təcridxanasının Əməliyyat bölməsinin böyük inspektoru ədliyyə baş leytenantı Şahid1, RNŞ-nin inspektoru ədliyyə baş leytenantı Şahid2 və ədliyyə giziri Şahid3, hal şahidləri 2 saylı istintaq təcridxanasında dükançı işləyən X3 və 2 saylı istintaq təcridxanasında komendat işləyən X4 həbs edilmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, penitensiar xidmətin Əməliyyat-Rejim İdarəsinin və 2 saylı İstintaq təcridxanasının əməliyyat aparatının əməkdaşları ilə birlikdə keçirilmiş qəfləti əməliyyat axtarış-baxış tədbirləri zamanı 01 mart 2022-ci il tarixdə saat 14:00 radələrində 2 saylı istintaq təcrudxanasının 3 saylı rejim korpusunun 67-ci kameranın sanitar qovşağının gizli saxlanc yerindən qara-ağ rəngli işlək vəziyyətdə, daxilində danışıq kartı olmayan bir ədəd “X9” markalı mobil telefon aparatı aşkar edilərək götürülmüşdür. - Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 5/501 nömrəli kompüter texniki ekspertizasının rəyindən görünür ki, təqdim edilmiş bir ədəd “Nokia” markalı arxa məlumat lövhəsinə görə “Mini Phone” modelli proqram təminatında olan “**********00158” “**********00158” “imei” kodlu mobil telefon hal-hazırda işlək vəziyyətdə olub, istifadə üçün yararlıdır. Təqdim edilmiş “Nokia” markalı arxa məlumat lövhəsinə görə “Mini Phone” modelli mobil telefonun proqram təminatında olan “imei” kodla arxa tərəflərində məlumat lövhəsinə olan “imei” kod fərqlidir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinib, Goranboy Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ilə həbs olunmuş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1.08.2012-ci il tarixli hökmü ilə AR CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinib, 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2015-ci il tarixdə cəza müddətinin qurtarması ilə əlaqədar azad edilmişdir. Goranboy Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə AR CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinib 03 il 06 ay müddətinə azadlıqdam məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə cəzası 3 aya endirilmiş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə AR CM-nin 182.2.1ci maddəsi ilə təqsirli bilinib 05 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 25 fevral 2022-ci il tarixli 1(104)-21/2022 saylı qərarı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. - "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, **********39682, **********39690 İMEİ kodlu mobil telefon sorğulanan tarixdə "xxxx" şəbəkəsində istifadə edilməmiş, **********00158 İMEİ kodlu mobil telefon standartlara uyğun olmayan saxta cihaz olduğundan yoxlanılması texniki cəhətdən mümkün deyil. - "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, **********39682 və **********39690 İMEİ kodlu cihazın istifadəsi ümumiyyətlə xx.xx.2022-ci il tarixinədək Azercell şəbəkəsində qeydə alınmamış, **********00158 İMEİ kodlu cihazın istifadəsinin araşdırılması texniki cəhətdən mümkün olmamışdır. - "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, **********00158 İMEİ kodlu mobil telefon standartlara uyğun olmayan saxta cihaz olduğundan yoxlanılması texniki cəhətdən mümkün deyil.**********39682 və **********39690 İMEİ kodlu mobil telefonlar sorğulanan müddətdə Azerfon şəbəkəsində istifadə edilməmişdir. - Ədliyyə Nazirliyi Penitensiar xidmətin 7 saylı CM-nin tərbiyə işinin təşkili şöbəsinin rəisi İlham Qocayev tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, məhkum Təqsirləndirilən şəxs xx.xx.1989-cu il tarixdə Goranboy rayonun Ağamalıoğlu kəndində anadan olmuş, Goranboy rayonun Düzqışlaq kəndində qeydiyyatda olmaqla Tərtər şəhəri M.Hüseynzadə küçəsində yaşamış, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hökmdən göründüyü kimi məhkəmə prosesi zamanı zərərçəkmiş şəxs Saday Əliyev ifadəsində onunla barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Cəzasının əvvəli xx.xx.2020-ci il tarixdə, cəzasının sonu xx.xx.2026-ci il tarixdə bitir. Məhkumun 3875 saylı şəxsi işindən göründüyü kimi o, 7 saylı cəzaşəkmə müəssisəsinə xx.xx.2022-ci il tarixdə 2 saylı İstintaq Təcridxanasından daxil olmuş, məhkum karantin müddətini başa vuraraq 1 saylı dəstədə qeydiyyata alınmış, yataq yeri və ən zəruri ləvazimatlarla təmin edilmişdir. Məhkum yataq yeri və ən zəruri ləvazimatlarla təmin edilmiş, ona hüquq və vəzifələri, cəzanın çəkilməsi şərtləri, X5 izah olunmuşdur. İslah prosesinə cəlb olunması üçün müəssisədə aparılan abadlıq işlərinə, keçirilən mədəni-kütləvi tədbirlərə cəlb olunmuş, onun bu tədbirlərdəki iştirakı qeyriqənaətbəxş olmuş və keçirilən tədbirlərdən yayınmağa çalışmışdır. Əməyə və təhsilə olan münasibəti mənfidir. Şəxsi gigiyena qaydalarına əməl edir. Müsbət xarakterli məhkumlara münasibəti pisdir. Məhkum onunla aparılan fərdi-tərbiyəvi söhbətlərdən və profilaktiki tədbirlərdən özü üçün müsbət nəticə çıxarmamışdır. Məhkum özünə və digər şəxslərə xəsarət yetirməyə, intihar etməyə meyillidir. Məhkumun cəza çəkdiyi müddət ərzində barəsində həvəsləndirmə və tənbeh tədbirləri tətbiq edilməmişdir. Məhkum xasiyyətcə sakitdir. Törətmiş olduğu cinayət əməlindən peşmançılıq hissi keçirdiyini bildirir. Ailə üzvləri ilə görüş və telefon vasitəsilə əlaqə saxlayır. - Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-66/2020 saylı, xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1-ci maddəsi ilə təqsirli bilinib ona 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzanın əvvəlinin xx.xx.2020-ci il tarixdən hesablanması qərara alınmışdır. - Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(104)-21/2022 saylı, qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətli təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-66/2020 saylı, xx.xx.2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsinə əsasən cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317- 2.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, əməlindən peşman olmasını olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Bundan başqa məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə ittiham olunduğu cinayət əməlini barəsində çıxarılmış Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-66/2020 saylı, xx.xx.2021-ci il tarixli hökmü qanuni qüvvəyə minməmişdən əvvəl törətdiyinə görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5ci maddəsinə əsasən həmin hökmlə təyin edilmiş cəza hazırki iş üzrə təyin ediləcək cəza ilə qismən toplanılmaqla, təqsirləndirilən şəxsə qəti cəza təyin edilməli, cəzasını həmin hökmlə müəyyən olunmuş ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli həmin hökmlə təyin olunmuş qəti cəzanın başlandığı xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. Çünki Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş üzrə məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 53.65 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd “Nokia" markalı, "Mini Phone" modelli, proqram təminatında imei kodu “**********00158”, arxa məlumat lövhəsinə görə imei kodu “**********39682, **********39690” olan mobil telefon aparatı cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Müdafiəçi məhkum Təqsirləndirilən şəxs məhkəmədə 11 saat dövlət hesabına göstərdiyi hüquqi yardıma görə işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosuna, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərilmiş hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 66 manat məbləğində pul Azərbaycan Respublikası Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-66/2020 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası, hazırkı hökmlə təyin olunmuş 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla, ona qəti olaraq 05 (beş) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx.xx.2020-ci il tarixdən hesablansın və onun həbsdə olması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd “Nokia" markalı, "Mini Phone" modelli, proqram təminatında imei kodu “**********00158”, arxa məlumat lövhəsinə görə imei kodu “**********39682, **********39690” olan mobil telefon aparatı cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci - ekspertiza tədqiqatının dəyəri olan 53 (əlli üç) manat 65 (altmış beş) qəpik pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab №AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 66 (altmış altı) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə, müddətin başa çatdığı gündən sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №1(125)-209/2022
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-209/2022
08.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver