Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-21/2024 29.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X4, zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs, müdafiəçi-Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 11 avqust 1988-ci il tarixdə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Kəlbəcər rayonu, Allı kəndində qeydiyyatda olmaqla Şəmkir rayonu, Nərimanlı kəndində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 157.2, 182.1 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə, Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İstintaq orqanı tərəfindən irəli sürülmüş ittihama əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə zor tətbiq etmək hədəsi ilə mənzilə daxil olmuş, zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmiş və silah qismində istifadə edilən əşyanı tətbiq etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Belə ki, o, istifadəsində olan “Samsung” markalı mobil telefonun “Whatsapp” mobil tətbiqi vasitəsinin +99470 *** ** ** saylı mobil nömrəsinə xalası qızı Zərərçəkmiş şəxs3 istifadəsində olan “Redmi” markalı mobil telefonun “Whatsapp” mobil tətbiqi vasitəsinin +99450 *** ** ** mobil nömrəsindən sonuncunun ona çoxsaylı təkid və şantajlarına görə göndərdiyi yarı çılpaq vəziyyətdə fotoşəkilini özünə məxsus “Samsung” markalı mobil telefonunun yaddaşına köçürməklə saxlayaraq, 03 noyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs3 yaşadığı ünvan 1 ünvanında olan zaman “Samsung” markalı mobil telefonun yaddaşında saxladığı fotoşəkili göstərərək bu barədə yaxın qohumlarına və qəsəbə sakinlərinə xəbər verəcəyini bildirməklə, həmin yarı çılpaq fotoşəkili nümayiş etdirib barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək Zərərçəkmiş şəxs3 4000 (dörd min) manat pul və qızıl-zinət əşyasını hədə-qorxu ilə tələb etmişdir. Bundan başqa o, xalası qızı Zərərçəkmiş şəxs3 onunla yaxın münasibət qurmaq təklifindən imtina etdiyindən hiddətlənərək 26 noyabr 2022-ci il tarixdə saat 22 radələrində Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan xalası Zərərçəkmiş şəxs1 iradəsi ziddinə sonuncunun yaşadığı ünvan 1 ünvanına hasardan aşmaqla həmin mənzilə zor tətbiq etmə hədəsi ilə qanunsuz daxil olaraq saxlanc yeri kimi istifadə edilən otaqda ictimai asayişin pozulmasına, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qəsdən qərəzli hərəkətlərlə üzərində gəzdirdiyi kustar üsulla hazırlanmış soyuq silah hesab edilməyən təsərrüfat-məişət təyinatlı alət olan çapacağın küt hissəsini silah qismində istifadə, həmçinin aktiv hərəkətləri ilə fiziki güc tətbiq etməklə, Zərərçəkmiş şəxs1 sol said nahiyyəsinin sıyrığı ilə müşaiyət olunan, sağlamlığa zərər vurmaya aid edilməyən dərəcəsi təyin edilməyən, alın nahiyyəsinin əzilmiş yarası, burun sümüyünün sınığı, burun nahiyyəsinin qançır və sıyrığı ilə müşaiyət olunan, dərəcələrinə görə hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilən bədən xəsarətləri, həmçinin sonuncunun əri Zərərçəkmiş şəxs2 sol əlin İİİ barmağının qançırı, sol almacıq və hər iki baldır nahiyyələrinin sıyrıqları ilə müşaiyət olunan sağlamlığa zərər vurmaya aid edilməyən dərəcəsi təyin edilməyən, sağ əlin İİ barmağının yarası ilə müşaiyət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilən bədən xəsarətləri yetirməklə qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 tanıyır. Belə ki, Zərərçəkmiş şəxs1 onun xalası, Zərərçəkmiş şəxs2 xalasının əri və Zərərçəkmiş şəxs3 isə xalası qızıdır. Həmin zərərçəkmiş şəxslər ondan 2022-ci ilin mart ayında şikayət etmişlər. Onun xalasının əri Nofəli öldürmək fikri olmamış və belə bir niyyəti olsaydı bu hərəkəti “mal bazarında” edərdi. Həmçinin o, xalası qızı Zərərçəkmiş şəxs3 şantaj etməmiş və məcburiyyətdən Səbinə ilə aralarında olan yazışma və fotoşəkilləri ortaya çıxarmışdır. Buna isə onu xalasının əri Nofəl məcbur etmişdir. Hadisə ilə əlaqədar olaraq bildirir ki, bir neçə il əvvəl xalası qızı Səbinə onu istəməyi ilə bağlı ona qısametrajlı video göndərmiş, lakin o Səbinəni sevməmiş və Aygün adlı qızı sevmiş, həmin ərəfədə həmin qızgilədə xalası Şəfiqə ilə anası elçi getmişdir. Bununla belə o, xalası qızı Səbinə ilə mütəmadi olaraq telefonda danışmış, onunla telefonda açıq söhbətlər etmiş və onda Səbinəyə qarşı sevgi yaranmışdır. Bundan sonra da onlar telefonda yazışmış və bir-birlərinə şəkillər göndərmişlər. Sonralar o xalasıgilə getmiş və Səbinə də ər evindən onunla görüşmək üçün oraya gəlmişdir. Bir dəfə o, Səbinəyə zəng vurararq ondan ayrılmaq istəyib-istəmədiyini soruşmuş, Səbinə də ona 02 noyabr 2021-ci il tarixdə anası Şəfiqənin evinə gəlməsini orada onunla görüşüb ayrılacağını söyləmişdir. Həmin tarixdə o, Səbinəyə bağlandığı üçün xalası evinə getmişdir.Onların evində olarkən o, Səbinəyə qabaqcadan ona yaxınlaşa bilməyəcəyini dediyi üçün ona yaxın getməmişdir. Orada Səbinə ondan nə üçün əri Orxana onun şəkilini göndərdiyini soruşmuş, o, da Səbinəyə Orxanın onunla aralarında münasibəti təsdiq etməsi üçün ondan sübut istədiyi üçün özünün də məhz bu səbəbdən onun şəklini əri Orxana göndərdiyini demişdir. Bundan sonra 2022-ci ilin fevral ayından başlayaraq onlar arasında mübahisələr yaranmış və Səbinəgil ondan şikayətlər etməyə başlamışdır. Nəhayət 2022-ci ilin noyabr ayında Səbinəgil ona demişlər ki, “gəl danışaq razılaşaq”. Buna görə də həmin gün saat 22 radələrində o, Nofəlgilin evinə getmiş, getməmişdən əvvəl o, DİN 102 xidmətinə zəng edib Nofəlin onu evlərinə çağırdığını onlara gedəcəyini demiş, lakin oradan ona xalası evinə tək getməməyi deyilmiş, sonradan isə ona “Get orada post-patrul var” deyilmişdir. O, da xalası Şəfiqəgilin evinə getmiş, əvvəlcə evin qapısının zəngini basmış sonra çağıra-çağıra evin həyətinə girmək üçün qəssabxanadan keçib xalasıgilin qarajına daxil olmuş, orada Nofəlin əlində dəmir, xalası Şəfiqənin isə əlində kəndir dayandığını görüb onlara gücü çatmayacağını görüb oradan qaçmaq istəmiş, lakin həmin vaxt Nofəl iki dəfə dəhrə ilə başından vurmuş, onun halı dəyişmiş, həmin vaxt Nofəl onu vuranda oğlu Vüqar isə çəkib onu yerə yıxmış, Səbinə isə yerdə əlindəki dəmirlə onun qoluna-qoluna vurmuş, sonra oraya polislər gəlmiş və onu sürüyüb polis maşınına aparıb mindirmiş oradan əvvəlcə polis şöbəsinə daha sonra isə xəstəxanaya aparmışlar. Hadisə zamanı Nofəlgil onu döyüb ölümcül vəziyyətə saldıqdan sonra ayağını iplə bağlayıb əlinə çapacağı qoyub özlərinə xəsərət yetirmiş, sonra isə ona şər-böhtan ataraq işi aparan müstəntiqlə əlbir olub sənədləri saxtalaşdırıb onu qanunsuz həbsə salmışlar. Əvvələr isə xalası qızı Səbinə ərdə olmasına baxmayaraq ondan əl çəkməmiş, eləcə ondan gəlib onu aparmasını istəmiş, onu çox şeylərə məcbur etmiş, bundan isə xalası Şəfiqənin məlumatı olmuşdur. Sonuncu dəfə isə Bakı şəhərində olan zaman Səbinə yenə ona zəng edib gəlib onu aparmasını, əgər aparmasa onun adını yazıb cibinə qoyaraq özünü öldürəcəyini və bununla da onun tutulacağını söyləmiş, o da bu barədə xalası Şəfiqəyə söyləmişdir. Bundan başqa xalasının əri Nofəl onda olan qızı Səbinənin şəkilini telefondan silmək üçün ona pul da təklif etmiş, lakin o, razı olmamışdır. O, müstəntiqə hadisə vaxtı ətrafda kənar şəxslərin olmasına dair hər hansı ifadə də verməmişdir. Odur ki, baş vermiş hadisədə təqsirsiz olduğundan ona bəraət verilməsini məhkəmədən xahiş edir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, ünvan 1 ünvanında yaşayır və evdar qadındır. Təqsirləndirilən şəxs onun bacısı oğludur. Onun qızı Səbinə 2019-cu ilin dekabr ayının 15-də qaynı oğlu X7 ilə rəsmi evlənib ailə həyatı qurmuş və onların həmin nikahdan 1 azyaşlı qız övladları olmuşdur. Lakin, sonradan Cəsarət qızının evində söz-söhbət yaratığı üçün qızı ərindən ayrılaraq, həmin xəstə azyaşlı uşağı ilə gəlib onların evində yaşamışdır. Əvvəllər Cəsarətlə onların münasibətləri bir qohum kimi normal olmuşdur. Təxminən 2022-ci ilin yanvar ayında Cəsarət qızını hər dəfə görəndə ondan xoşu gəldiyini, onunla evlənmək istədiyini deməyə başlamış, qızı isə Cəsarətə evli olduğunu və onu narahat etməməsini demişdir. Lakin Cəsarət ondan əl çəkməmiş və qızından özünə aid foto şəkilləri ona göndərməyini əks təqdirdə onunla intim münasibətlərdə olması barədə böhtan xarakterli məlumatlar yayacağını demiş, qızı Səbinə isə Cəsarətin bu sözlərindən qorxub ona bir neçə özünə aid foto şəkil göndərmişdir. Bundan sonra Cəsarət qızının həmin şəkillərini əldə etdikdən sonra Səbinəyə şər-böhtan ataraq guya onunla qeyri-rəsmi olaraq birgə yaşadığını bildirmiş, qızını və onları mütamadi olaraq öldürməklə hədələmişdir. Bundan sonra Cəsarət qızı Səbinənin onunla cinsi əlaqədə olmağını deməyə başlamış, qızı isə bu hərəkətləri barədə Cəsarətin bacısı Rəqsanəyə və əri Nofələ demişdir. Bundan sonra Cəsarət qızı Səbinənin ona göndərdiyi foto şəkilləri əri Orxana göndərmiş, Orxanda Cəsarətin sözlərinə inanmış və beləcə qızının ailəsini Cəsarət dağıtmışdır. Bundan başqa Cəsarət qızı Səbinədən 2022-ci ilin noyabr ayında qızıl, pul tələb edərək, əks halda onun göndərdiyi açıq-saçıq şəkillərini yayacağı ilə şantaj etmiş, bu barədə qızı Səbinə də ona məlumat vermişdir. Bu hadisədən əvvəl isə, yəni xx.xx.2022-ci il tarixdə saat 11:00 radələrində Cəsarət onlara məxsus ünvan 1 ünvanında yerləşən evlərinə gələrək onu və əri Nofəli döyərək xəsarət yetirməsinə görə o, inzibati qaydada 1 ay müddətinə həbs edilmişdir. Onlar Cəsarətin hərəkətlərinə görə dəfələrlə aidiyyatı orqanlara şikayət ərizələri yazmışlar. Axırıncı dəfə 26 noyabr 2022-ci il tarixdə Kəlbəcər rayon polis şöbəsində onların şikayətləri ilə əlaqədar araşdırma aparılan zaman orada Cəsarət ilə görüşmüşlər. Elə həmin gün axşam isə bacısı Pakizə ona zəng edərək Cəsarətin gəlib onları evdə öldürəcəyini bildirmiş, o isə Pakizənin sözünə inanmamışdır. Lakin həmin gün saat təxminən 22:30 radələrində əri Nofəl müharibədə yaralanmış ögey oğlu Vüqarın Bakı şəhərində yerləşən hərbi qospitaldan evə gələcəyi ilə əlaqədar onu qarşılamaq üçün Gəncə şəhərinə gedən vaxtı evdə o, qızı Səbinə, qızının azyaşlı xəstə övladı, yaşlı anası olan zaman bacısı oğlu Cəsarətin onların həyətinə darvazanın üstündən aşaraq gəldiyini görmüş, buna görə dərhal qızı Səbinə əri Nofələ zəng vurub Cəsarətin onların həyətində olduğunu söyləmişdir. Bundan sonra əri Nofəl dərhal evlərinə geri qayıtmış, Nofəl geri qayıdana qədər isə qızı Səbinə DİN-nin 102 xidmətinə bu barədə məlumat verib polisdən kömək istəmişdir. O, qızı Səbinə ilə özlərini müdafiə etmək üçün həyətə çıxanda həyətdə olan əl damının qapısının açıq vəziyyətdə olduğunu və Cəsarətin orada olduğunu görüb onun üzərinə gedən zaman Cəsarət onun üstünə gəlib əlindəki çapacağın (dəhrənin) arxası ilə onun baş nahiyyəsindən vurmuş, qızı Səbinə isə bunu görüb əl damının qapısını dartaraq qapı ilə Cəsarətin baş nahiyyəsinə vurmuş və Cəsarət yerə yıxılmışdır. Cəsarət yerə yıxılanda əri Nofəl gəlib hadisə yerinə çatmış, qızı Səbinə və o Cəsarətin əlindəki dəhrəni alıb yerə atmış və polis gələnə kimi qaçmasın deyə Cəsarətin ayaqlarını əl damında olan iplə dolamışlar. Əri Nofəl gələndə görmüşdür ki, qızı Səbinə ilə o, əl damında Cəsarətin ayağını iplə dolamışlar. Buna görə Nofəl dərhal Cəsarətin qollarından tutmuşdur ki, o, ayağını aça bilməsin. Cəsarət də həmin vaxtı Nofəlin barmağını dişləmiş və əl atıb yenidən özü ilə gətirdiyi dəhrəni yerdən götürərək Nofəlin barmağına vuraraq ona xəsarət yetirmişdir. Təxminən 10 dəqiqə sonra polis əməkdaşları oraya gəlib çatmış və polislər Cəsarəti sakitləşdirib götürüb özləri ilə polis şöbəsinə apardıqdan sonra Nofəl onu baş nahiyyəsindən xəsarət aldığına görə dərhal öz avtomobilinə əyləşdirərək Gəncə şəhəri 3 saylı xəstəxanaya aparmış və orada ona və ərinə ilkin tibbi yardımlar göstərilmişdir. Cəsarətin öz ailəsi ilə də şəxsi münasibətlər zəminində problemləri olmuş və həmin münaqişələr zamanı o, öz anasına və qardaşına da xəsarətlər yetirmişdir. Bununla bağlı onların Şəmkir Rayon Məhkəməsində cinayət işi də olmuşdur. Sonuncu hadisədən sonra isə Cəsarət ögey oğlu Siraca da zəng edərək bu işdə ölüm olacağını bildirmişdir. Cəsarətin onları ölümlə hədələməsi ilk deyildir. Əvvəllərdə onunla və digər ailə üzvləri ilə telefon əlaqəsi saxlayan zaman Cəsarət qızı Səbinənin onunla ailə həyatı qurmayacağı təqdirdə onları öldürəcəyi ilə hədələmişdir. Bundan başqa Cəsarət həmin hadisədən 2 saat əvvəl ögey oğlu Siraca və öz anası Pakizəyə zəng vuraraq, Gəncə şəhəri, Hacıkənd qəsəbəsinə onların evinə gedib xalasıgilin ailəsinin, yəni onların hamısının başını kəsərək, benzin töküb evlərini yandıracağını söyləmişdir. Bu barədə isə ona Cəsarətin anası Pakizə və ögey oğlu Sirac zəng vuraraq Cəsarət gəlməmişdən qabaq xəbər vermişdir. Həmin vaxtı evdə o, xəstə nəvəsi, qızı Səbinə və yaşlı anası Hamar olmuş, onlardan başqa digər şəxslər olmamışdır. Baş vermiş hadisə təxminən 10 dəqiqə davam etmiş və hadisə vaxtı Cəsarət əlindəki dəhrə ilə onun baş nahiyyəsindən vuraraq xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs hadisə baş verən zaman oğlu Vüqarında guya hadisə yerində olması və Cəsarətə xəsarət yetirməsi barədə ifadəsində göstərdikləri tam yalandır. Hazırda Təqsirləndirilən şəxs şikayətçidir. İfadəsində göstərdiklərini, həyatlarının təhlükə altında olduğunu və Cəsarətin həbsdən azad olunan kimi onları öldürəcəkləri ilə hədələrini nəzərə alaraq, Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada ən ağır cəza təyin edilməsini məhkəmdən xahiş edir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun baldızı oğludur. Qızı Səbinə 2019-cu ildə qardaşı oğlu X7 ilə evlənib ailə həyatı qurmuş və onların bu nikahdan 1 azyaşlı qız övladları anadan olmuşdur. Əvvəllər Cəsarətlə onların münasibətləri bir qohum kimi normal olmuşdur. X3 həyatını məhv etmiş, həmçinin onu qardaşı ilə düşmən etmişdir. Belə ki, qızı ərdə olduğu vaxtlar Cəsarət qızını hər dəfə görəndə ondan xoşu gəldiyini, onunla evlənmək istədiyini deməyə başlamış, qızı Səbinə isə ona evli olduğunu, onu narahat etməməsini bildirmişdir. Lakin Cəsarət qızından əl çəkməmişdir. Həmçinin, Cəsarət qızından özünə aid foto şəkilləri ona göndərməyini, əks təqdirdə onunla intim münasibətlərdə olması barədə böhtan xarakterli məlumatlar yayacağını deməyə başlamışdır. Qızı Səbinə isə Cəsarətdən qorxub ona bir neçə özünə aid foto şəkil göndərmişdir. Bundan sonra Cəsarət daha da irəli gedərək, qızı ilə cinsi əlaqədə olmağını deməyə başlamışdır. Qızı isə Cəsarətin bu hərəkətləri barədə sonradan Cəsarətin bacısı Rəqsanəyə və ona demişdir. Bundan sonra Cəsarət qızı Səbinənin ona göndərdiyi foto şəkilləri əri Orxana göndərmiş və bu cür hərəkətləri ilə qızı Səbinənin ailəsini dağıdaraq onu ərindən boşatdırmışdır. Bundan başqa Cəsarət qızı Səbinədən 2022-ci ilin noyabr ayında qızıl və ya pul tələb edərək guya onun açıq-saçıq şəkillərini yaymaqla onu şantaj etməyə başlamışdır. Bu hadisədən əvvəl isə xx.xx.2022-ci il tarixdə saat 11:00 radələrində Cəsarət ona məxsus ünvan 1 ünvanında yerləşən evinə gələrək onu və arvadı Şəfiqəni döyərək xəsarət yetirdiyinə görə 1 ay müddətinə inzibat qaydada həbs edilmişdir. Sonuncu dəfə isə xx.xx.2022-ci il tarixdə saat təxminən 22:30 radələrində o müharibədə yaralanmış oğlunu Bakı şəhərində yerləşən hərbi qospitaldan gəlməsi ilə əlaqədar onu qarşılamaq üçün Gəncə şəhərinə gedən vaxtı qızı Səbinə ona zəng vuraraq bildirmişdir ki, “Cəsarət bizim həyətdədir, polisə zəng vur və özünü tez evə çatdır”. O, da dərhal Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 102-zəng xidmətinə məlumat vermiş və yoldan geri evə qayıtmışdır. O, evə geri qayıdan zaman görmüşdür ki, Cəsarət həyətlərində olan əl damının içərisində əlindəki dəhrə ilə yoldaşı Şəfiqənin baş nahiyyəsinə zərbə vurmuş, arvadının başı qanayıb və əl damında onlar arasında dava gedir. Həmin vaxt Cəsarət yerə yıxılmış arvadı Şəfiqə və qızı Səbinə Cəsarətin əlindəki dəhrəni alıb kənara atmış və polis gələnə kimi qaçmasın deyə onun ayaqlarını iplə dolamışlar. Ona görə özü dərhal onlara yaxnlaşıb yerdə olan Cəsarətin qollarından tutmuşdur ki, o, ayağındakı ipi aça bilməsin. Həmin vaxtda Cəsarət onun əlindən çıxaraq dəhrəni yerdən götürüb əlindəki dəhrə ilə ona zərbə vurmuş, eyni zamanda sol əlinin uzun barmağını dişləyərək ona xəsarətlər yetirmişdir. Elə həmin vaxt oraya polis əməkdaşları gəlmiş və Cəsarəti sakitləşdirib özləri ilə götürərək Gəncə şəhər 2-ci Polis Şöbəsinə aparmışlar. Bundan sonra o özünün barmağının qan aparmasını və yoldaşının baş nahiyyəsindən xəsarət aldığını görüb dərhal yoldaşını öz avtomobilinə əyləşdirərək Gəncə şəhəri 3 saylı xəstəxanaya aparmış və orada onlara ilkin tibbi yardımlar göstərilmişdir. Bundan başqa qeyd etmək istəyir ki, Cəsarətin qızı Səbinəyə şər böhtan atmağı birincə dəfə deyil. Cəsarət öz bacısı haqqında da yaşadığı kənddə bir neçə nəfərlə cinsi əlaqədə olmağı ilə bağlı şər atmışdır. Cəsarətin ailəsində də şəxsi münasibətlər zəmində problemləri olmuş və o, öz doğma anasına və qardaşına da xəsarətlər yetirmişdir. Bununla bağlı onların Şəmkir Rayon Məhkəməsində işləri də olmuşdur. Sonuncu hadisədən sonra Cəsarət oğlu Siraca zəng edərək bu işdə ölüm olacağını bildirmişdir. Cəsarətin onları ölümlə hədələməsi ilk deyil. Belə ki, Cəsarət əvvəllərdə onunla və digər ailə üzvləri ilə telefon əlaqəsi saxlayan zaman qızı Səbinənin onunla ailə həyatı qurmayacağı təqdirdə onları ölümlə hədələmişdir. Təqsirləndirilən şəxs həmin hadisədən 2 saat əvvəl ögey oğlu Siraca və öz anası Pakizəyə zəng vuraraq Gəncə şəhəri, Hacıkənd qəsəbəsinə gedib xalasığilin ailəsinin hamısının başını kəsərək benzin töküb evi yandıracağını söyləmişdir. Buna görə Cəsarətin anası Pakizə və ögey oğlu Sirac onlara zəng vuraraq o gəlməmişdən qabaq bu barədə onlara xəbər vermişdir. Həmin hadisə vaxtı evlərində yoldaşı Şəfiqə, qızı Səbinə, xəstə nəvəsi və yaşlı qayınanası Hamar olmuş, başqa heç kim olmamışdır. Dava-dalaş təxminən 10 dəqiqə davam etmişdir. Təqsirləndirilən şəxs hadisə baş verən zaman oğlu Vüqarında guya hadisə yerində olması və Cəsarətə xəsarət yetirməsi barədə ifadəsində göstərdikləri tam yalandır. Hazırda Təqsirləndirilən şəxs şikayətçidir. İfadəsində göstərdiklərini, həyatlarının təhlükə altında olduğunu və Cəsarətin həbsdən azad olunan kimi onları öldürəcəkləri ilə hədələrini nəzərə alaraq, Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada ən ağır cəza təyin edilməsini məhkəmdən xahiş edir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun xalası oğludur. 2019-cu ildə əmisi oğlu X7 ilə rəsmi evlənib ailə həyatı qurmuşdur. Onların həmin nigahdan 1 azyaşlı qız övladları olmuşdur. Lakin həmin övladı xəstə olduğu üçün evdə həmin övladına baxmışdır. Bir müddət sonra əri ilə arasında soyuqluq yaranmışdır. Həmin ərəfədə xalası oğlu Cəsarət öz bacısından onun mobil telefon nömrəsini almış və ona yazmağa başlamış, ilk vaxtlar Cəsarət ona xalaoğlu kimi yazsada sonradan mesaj yazaraq “Ərindən boşan mən səni alım, mən səni istəyirəm” lakin özü Cəsarətə sevgili gözü ilə baxmamış qardaş kimi ona münasibət bəsləmişdir. Bir dəfə mərhum xalasının il mərasimi olan zaman bir qohum kimi hamısı bir yerə yığışmış və yas yerində olan zaman Cəsarət onu otaqlardan birinə çəkib ona “Səbinə mənə 4000 manat pul lazımdır” o, Cəsarətdən o qədər pulu nə edəcəyini soruşduqda Cəsarət ona “kişiliyimdə problem var, onu müalicə etdirmək istəyirəm və xəstəxana ilə danışmışam” demiş, özü də cavabında pulu olmadığını Cəsarətə söyləmişdir. Bundan sonra bir dəfə o, Cəsarətgilin evinə qurban kəsdikləri üçün qayınanasıgillə birlikdə gedən zaman Cəsarət orada ona pis niyyətlə yaxınlaşmaq istəyəndə o, Cəsarəti itələmiş və söyüb onu yaxına buraxmamışdır. Lakin Cəsarət onu hər dəfə görəndə ondan xoşu gəldiyini, onunla evlənmək istədiyini deməyə başlamış, o isə Cəsarətə evli olduğunu və onu narahat etməməsini söyləmişdir. Lakin Cəsarət ondan əl çəkməmişdir. Həmçinin Cəsarət ondan özünə aid lüt foto şəkilləri çəkib ona göndərməsini, əks təqdirdə onunla intim münasibətlərdə olması barədə böhtan xarakterli məlumatlar yayacağını söyləmiş, o, əvvəlcə bundan imtina etmiş, lakin sonradan Cəsarətdən qorxub həmin vaxt bir neçə özünə aid foto şəkil, o, cümlədən Cəsarətin tələbi ilə özünün sinədən yuxarı şəkilini çəkib gördərmişdir. Bundan sonra Cəsarət onunla cinsi əlaqədə olmasını təklif etməyə başlamışdır. O da bu hərəkətləri barədə Cəsarətin bacısı Rəqsanəyə və atası Nofələ demişdir. Bundan sonra Cəsarət onun ona göndərdiyi foto şəkilləri əri Orxana göndərmiş və bu cür hərəkətləri ilə onun ailəsini dağıdaraq onu ərindən boşatdırmışdır. Cəsarətə öz foto şəkilini göndəməsi hadisəsilə əlaqədar olaraq bildirir ki, 2022-ci ilin oktyabr ayının əvvəllərində Cəsarət istifadəsində +99470 *** ** ** saylı mobil nömrənin whatsapp tətbiqi vasitəsilə onun istifadəsində olan +99450 *** ** ** saylı mobil nömrənin “Redmi” markalı mobil telefonun whatsapp tətbiqi ilə əlaqə saxlayan zaman ona çılpaq fotoşəkillərini göndərməyini? əks təqdirdə onunla cinsi əlaqədə olmağı ilə bağlı yaxın qohumları və qəsəbə sakinləri arasında rüsvayedici məlumatlar yayacağını bildirmiş, o da Cəsarətin belə bir hərəkət edəcəyindən qorxduğu və ailəsinin dağılmaması üçün ona bir neçə sinəsindən yuxarı açıq olan fotoşəkillərini göndərmişdir. Həmin şəkilləri Cəsarətə göndərməkdə məqsədi isə sonuncunun ondan əl çəkməsi olmuşdur. Foto şəkillərini əldə etdikdən sonra isə Cəsarət daha da irəli gedərək, ondan qızıl və yaxud 4000 manat pul tələb etmiş, verməyəcəyi təqdirdə isə onun açıq-saçıq şəkilini yayaraq onu el içində rüsvay edəcəyi ilə şantaj etmişdir. Belə ki, 03 noyabr 2022-ci il tarixdə Cəsarət onların yaşadıqları evdə olan zaman ona “Samsung” markalı mobil telefonun yaddaşındakı ona aid yarı çılpaq fotoşəkilini göstərib bunu yaxın qohumları və qəsəbə sakinləri arasında yaymamağı müqabilində ondan qızıl yaxud da 4000 (dörd min) manat pul tələb edərək onu şantaj etmişdir. O, isə Cəsarətə özünün maddi imkanı olmadığını qızıllarının isə qayınanasıgildə olduğunu demiş və ona istədiyi pulu verməyəcəyini deyib onu fikrindən daşındırmağa çalışmış, lakin Cəsarət öz fikrindən dönməmiş və tələb etdiklərini verməyəcəyi təqdirdə şəkillərini yayacağını ona bildirmişdir. Bundan sonra tələbini yerinə yetirmədiyi üçün Cəsarət onun fotoşəkillərini əri Orxana və yaxın qohum əqrəbasına göndərmiş və guya onunla cinsi əlaqədə olduğunu, yaxın münasibətləri olduğunu söyləmişdir. Bu söhbətdən sonra əri də Cəsarətə inanıb onu boşamışdır. Axırıncı dəfə xx.xx.2022-ci il tarixdə saat təxminən 22:30 radələrində atası müharibədə yaralanmış qardaşını Bakı şəhərində yerləşən hərbi qospitaldan gəlməsi ilə əlaqədar onu qarşılamaq üçün Gəncə şəhərinə gedən vaxtı evdə o, anası, xəstə övladı, yaşlı nənəsi olan zaman xalası Pakizə anası Şəfiqəyə zəng edərək, oğlu Cəsarətin onların evinə onları öldürmək, evlərini yandırmaq məqsədilə gələcəyini, buna görə də əsas Nofəlin ehtiyatlı olmasını söyləmişdir. Bir qədər keçmiş o, həyətdə səs gəldiyini eşidib pərdəni aralayıb baxan zaman Cəsarətin onların həyətlərində olduğunu görmüş, buna görə anasına xəbər verib atasını zəng vurub çağırmasını istəmiş, sonra özü atası Nofələ zəng vurub bu barədə xəbər vermişdir. Atası isə dərhal geri qayıtmışdır. Atası geri qayıdana qədər o, DİN-nin 102 xidmətinə bu barədə müraciət etmiş və anası Şəfiqə ilə özlərini müdafiə etmək üçün evdən dəmir maşa götürüb həyətə çıxan zaman Cəsarətin həyətdə tikilmiş, qapıları açıq vəziyyətdə olan əl damında olduğunu görmüş özləri ona tərəf əl damına girən zaman Cəsarət də anasının üzərinə gələrək, əlindəki dəhrənin arxası ilə anasının baş nahiyyəsindən vurub ona xəsarət yetirmiş o, isə bunu görüb əl damının qapısını çəkib qapı ilə Cəsarətin başına vurmuş bu zaman Cəsarət qapı ilə çərçivənin arasında qalmış, özü isə Cəsarəti elə orada sıxıb saxlamağa çalışmış daha sonra onun əlindəki dəhrəni vurub salmaq üçün əlindəki maşa ilə onun qolundan vurmuş və bu zaman Cəsarət yerə yıxılmışdır. Cəsarət yerə yıxılanda atası Nofəl gəlib çatana kimi o və anası Şəfiqə tez Cəsarətin əlindəki dəhrəni alıb kənara atmış və qaçmasın deyə əl damındakı ipi götürüb onun ayaqlarına dolamışlar. Elə həmin vaxt atası Nofəl də evə gəlib çıxmış və onların Cəsarətin ayağını iplə doladıqlarını görüb dərhal Cəsarətin qollarından tutmuşdur ki, o, polis gələnə kimi ayağını açıb qaça bilməsin. Cəsarət də həmin vaxtı atasının barmağını dişləmiş və əlini ataraq yenidən özü ilə gətirdiyi dəhrəni yerdən götürərək atasının barmağına vurub ona xəsarət yetirmiş, sonra isə onun sağ ayağından tutub özünə tərəf çəkməyə başlamışdır. Elə həmin vaxt həyətlərinə polis əməkdaşları gəlib çıxmış və polislər onu Cəsarətin əlindən alıb onu sakitləşdirərək, avtomobillə polis şöbəsinə aparmışlar. Bundan sonra atası Nofəl anasının baş nahiyyəsindən xəsarət alıb qan gəldiyi üçün anasını öz avtomobilinə əyləşdirərək Gəncə şəhəri 3 saylı xəstəxanasına aparmışdır. Bundan başqa qeyd etmək istəyir ki, Cəsarətin ona şər-böhtan atması birinci dəfə olmamışdır. Cəsarət öz bacısı haqqında da yaşadığı kənddə onun guya bir neçə nəfərlə cinsi əlaqədə olmağı ilə bağlı şər atmışdır. Cəsarətin öz ailəsində də şəxsi münasibətlər zəminində problemləri olmuş və o, anasına və qardaşına da xəsarətlər yetirmişdir. Sonuncu hadisədən sonra Cəsarət onun qardaşı Siraca zəng edərək bu işdə ölüm olacağını bildirmişdir. Cəsarət əvvəllərdə onunla və digər ailə üzvləri ilə telefon əlaqəsi saxlayan zaman onunla ailə həyatı qurmayacağı təqdirdə onları öldürməklə hədələmişdir. Hadisə baş verən gün isə hadisədən təxminən bir-iki saat əvvəl Təqsirləndirilən şəxs öz anasına zəng vuraraq bildirmişdir ki, “Gedirəm Səbinəgilin ailəsində hər kəsi öldürüb Səbinəni götürüb aparacam”. Cəsarətin anası Pakizə də buna görə həmin vaxt onun anasına zəng vuraraq Cəsarət gəlməmişdən qabaq bu barədə onlara xəbər vermişdir. Hadisə vaxtı evdə anası Şəfiqə, xəstə övladı və yaşlı nənəsi Hamar olmuş, onlardan başqa heç kim olmamışdır. Baş vermiş hadisə vaxtı o sağ ayağından xəsarət almışdır. Hadisə zamanı Təqsirləndirilən şəxs baş nahiyyəsindən vuraraq xəsarət yetirdiyi maşanı hadisədən sonra hara tulladığını xatırlaya bilmədiyi üçün istintaqa təqdim edə bilməmişdir. Hadisə baş verən vaxt Təqsirləndirilən şəxs onun ailəsinə xəsarət yetirməsindən ehtiyatlanaraq qapı ilə onun başına, maşa ilə isə qollarına vurub xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs guya hadisə baş verən zaman qardaşı Vüqarında hadisə yerində olması və Cəsarətə xəsarət yetirməsi barədə ifadəsində göstərdikləri tam yalandır. Hazırda Təqsirləndirilən şəxs şikayətçidir. İfadəsində göstərdiklərini, həyatlarının təhlükə altında olduğunu və Cəsarətin həbsdən azad olunan kimi onları öldürəcəkləri ilə hədələrini nəzərə alaraq, Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada ən ağır cəza təyin edilməsini məhkəmdən xahiş edir. Məhkəmə baxışı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, Şəmkir rayonu, Nərimanlı kəndində ailəsi ilə birlikdə yaşayır və təqaüdçüdür. Təqsirləndirilən şəxs onun doğma oğludur. Oğlu Cəsarət bacısıqızı Səbinə ilə onlardan xəbərsiz danışmışdır. Həmin münasibətlər ərəfəsində hətta bir dəfə Cəsarət intihar da etmək istəmiş, lakin o, buna imkan verməmişdir. Bundan sonra Cəsarət ondan 8 baş heyvan, maşın və pastel istəyib demişdir ki, o, gedib kirayədə yaşayacaqdır. Bundan sonra da aləm qarışmış və məlum olmuşdur ki, Səbinə ilə Cəsarət gizlin danışırmışlar. Həmin ərəfədə bir dəfə bacısının əri Nofəl gəlib ona demişdir ki, “Gəl gedək Cəsarətin telefonunu qıraq və ona təzə telefon alaq, o da razılaşmış və Nofəllə Cəsarətin yanına getmiş, orada Cəsarətdən telefonunu istəmiş Cəsarət demişdir ki, mesajları oxu ondan sonra” bu sözdən sonra da orada onlar arasında mübahisə düşmüşdür. Bundan sonra 26 noyabr 2022-ci il tarixdə saat təxminən 20:00 radələrində oğlu Cəsarət ona zəng edib demişdir ki, “mən gedirəm Hacıkəndə”, özüdə buna görə dərhal bacısı Şəfiqəyə zəng vurub demidir ki, Cəsarət sizin evinizə gəlir, bir-birinizi yola verin, dalaşmayın”. Bir az sonra bacısı Şəfiqə isə ona ağlayaraq zəng vurub demişdir ki, “Oğlun Cəsarət gəlib bizi döyərək, ərim Nofələ və mənə xəsarət yetirdi”. Bundan sonra o dərhal qonşusu Yolçudan xahiş eləmişdir ki, onu təcili Gəncə şəhərinə aparsın. O, Gəncə şəhərinə gedən vaxtı yolda bacısına zəng vuraraq hansı xəstəxanaya getmələrini soruşmuş və onların Gəncə şəhəri 3 saylı xəstəxanaya getdiklərini öyrənib oraya getmişdir. O, xəstəxanaya çatanda görmüşdür ki, bacısı əri Nofəlin iki barmağı sarıqlıdır, bacısı Şəfiqənin isə baş nahiyyəsi yaralıdır və onu palataya yerləşdirərək sistem vururlar. Bundan sonra o Cəsarətin olduğu xəstəxanaya getmiş və orada Cəsarətin danışa bilmədiyini və onu qan apardığını görmüş, lakin Cəsarətdən onu kimin vurmasını soruşmamışdır. Əvvəllər oğlu Cəsarət onu yaşadığı evdə döyərək onu evdən qovduğu üçün o onunla yollarını ayırmışdır. Bildiyinə görə oğlu Cəsarətin bacısı evinə getməsinə səbəb xalası qızı Səbinəni istəməsi ilə bağlı olmuşdur. Dava-dalaş da bu səbəbdən baş vermişdir. Cəsarətlə arasında olan söhbətlər vaxtı söhbət əsnasında Cəsarət ona xalasıqızı Səbinənin 7 kişi ilə gəzdiyini demişdir. Məhkəmə baxışı zamanı Şahid5 ifadəsində göstərmişdir ki, Göygöl rayonu Murovdağ qəsəbəsində ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs bir neçə ay olar ki, tanıyır. Lakin ona qədər şifahi olaraq məlumatı olmuşdur ki, Cəsarət onun ögey bacısı Səbinənin fotoşəkillərini paylaşmaqla ona şər-böhtan atmaqla əri Orxandan boşanmasına səbəb olmuşdur. Həmin ərəfələrdə Səbinə ilə Cəsarətin arasında olan bu mübahisələrə görə söhbət əsnasında Səbinə ona bildirmişdir ki, Kəlbəcər Rayon Məhkəməsində olan zaman Cəsarət məhkəmədə atası Nofəlin 1-ci arvadının, yəni onun anası Rahilənin pozğun olduğunu bildirmişdir. O da həmin vaxt müvəqqəti olaraq Kəlbəcər şəhərində tibb qardaşı vəzifəsində işləmişdir. Səbinə ona bildirmişdir ki, Cəsarətdə Kəlbəcər şəhərində işləyir və o, ehtiyatlı olsun. O da Cəsarət ilə söhbət etmək üçün Kəlbəcər şəhərində şirkətdə Cəsarəti soraqlayan zaman ona məlum olmuşdur ki, Cəsarət “Kolin” şirkətində ixtisara düşüb. Orada işləyən şəxslər ona dedilər ki, Cəsarət orada gəlib iş yoldaşlarına bir qız şəkili göstərib deyirmiş ki, guya o, həmin qızı saxlayır. Bundan sonra Cəsarət onun yaşadığı ünvana gəlmiş və ona bildirmişdir ki, “sən Kəlbəcərdə məni axtarmısan?”. O da ona bildirmişdir ki, “bəli axtarmışam və axtarmağımada səbəb sənin mənim anam Rahilə barədə pozğun deməyindi”. Cəsarətdə ona bildirmişdir ki, “mən elə söz deməmişəm”. Bundan sonra Cəsarət ondan nömrəsini istəmiş, o, da nömrəsini vermişdir. Daha sonra isə Cəsarət ona Səbinə ilə olan yazışmalarının şəkillərini atmışdır. Bundan sonra Cəsarət ilə bir müddət heç bir danışıqları olmamışdır. Anasının 1-ci həyat yoldaşı Nofəlgilə qardaşı Vüqarın Nofəl ilə yaşadığına görə gediş-gəlişləri olmuşdur.Növbəti dəfə onlara gedən zaman xx.xx.2022-ci il tarixdə Cəsarətin atası Nofəlin evinə gecə gedərək, Nofələ və Şəfiqəyə xəsarət yetirməsini öyrənmişdir. xx.xx.2022-ci il tarixdə isə Cəsarət ona ***-***-**- ** saylı mobil nömrədən zəng edərək bildirmişdir ki, “Səndə Səbinənin qardaşı kimisən sən bizim işimizə qarışma çəkil dur qırağa, yoxsakı bu işdə ölüm olacaq”. O da Cəsarətə cavab olaraq bildirmişdir ki, “əgər qız, yəni Səbinə səni istəyirsə onu sənə qoşum getsin”. Cəsarətdə ona bildirmişdir ki, “ Səbinə məni istəyir, lakin atası Nofəl icazə vermir”. Bundan sonra danışıqları sona çatmışdır. Məhkəmə baxışı zamanı Şahid2 ifadəsində göstərmişdir ki, ünvan 1-də ailəsi ilə birlikdə yaşayır və Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində qrup komandiri vəzifəsində işləyir. 13 sentyabr 2022-ci il tarixdə Laçın rayonunda xidmətdə olduğu vaxtı sağ qolundan güllə yarası aldığı üçün Bakı şəhərində yerləşən “Papalin” adlı hərbi qospitalına bir neçə dəfə ayrı-ayrı vaxtlarda müalicə almaq üçün müraciət etmişdir. Sonuncu dəfə yoxlanış məqsədi ilə Bakı şəhərində yerləşən “Papalin” adlı hərbi qospitalında 3 gün müalicə aldıqdan sonra xx.xx.2022-ci il tarixdə saat təxminən 22 radələrində o, Bakı şəhərində yerləşən “Papalin” adlı hərbi qospitalında olan vaxtı atası Zərərçəkmiş şəxs2 zəng vuraraq bildirmişdir ki, o Gəncə şəhərinə gəlir və yarım saatdan sonra yola düşəcək, onu Gəncə şəhərində qarşılasın. Təxminən 20 dəqiqə sonra atası Zərərçəkmiş şəxs2 isə ona zəng vuraraq bildirmişdir ki, özünün işi çıxmış və bir-iki saat ləngiyib sonra yola çıxsın. Bundan sonra o, xx.xx.2022-ci il tarixdə saat 01 radələrində Bakı şəhərindən taksi ilə Gəncə şəhərinə yola çıxaraq səhərə yaxın saat təxminən 05 radələrində Gəncə şəhərinə çatmışdır. Atası Zərərçəkmiş şəxs2 onu qarşılayanda, atasının sağ əlinin şəhadət barmağının və sol əlinin uzun barmağının bint ilə sarınmış formada olduğunu görmüşdür. Atasından barmaqlarına nə olduğunu soruşanda o, bildirmişdir ki, anası Şəfiqənin bacısı oğlu Cəsarət evə basqın edərək, ona və ögey anası Şəfiqəyə dəhrə ilə xəsarətlər yetirmişdir. O ögey anası Zərərçəkmiş şəxs1 harada olmasını soruşduqda atası bildirmişdir ki, anası hal-hazırda Gəncə şəhəri 3 saylı xəstəxanadadır. Bundan sonra o atası ilə birlikdə Gəncə şəhəri 3 saylı xəstəxanaya getmişdir. O, xəstəxanaya çatanda ögey anası Zərərçəkmiş şəxs1 baş nahiyyəsinin bint ilə sarıqlı vəziyyətdə olduğunu görmüşdür. Bundan sonra o Gəncə şəhəri, Hacıkənd qəsəbəsində yerləşən evlərinə getmiş, iki gün sonra isə Laçın şəhərində yerləşən hərbi hissəyə xidmətini davam etdirmək üçün yola düşmüşdür. Təqsirləndirilən şəxs guya hadisə baş verən zaman onun da hadisə yerində olması və ona xəsarət yetirməsi barədə ifadəsində göstərdikləri tam yalandır. Hadisənin səbəbi ilə maraqlananda ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs onun bacısından pul tələb etmiş, onun şəkillərini yayacağı ilə hədələmiş daha sonra da bacısının ailəsini dağıtmışdır. Məhkəmə baxışı zamanı Şahid3 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Gəncə şəhər Baş Polis İdarisinin 2-ci Polis Şöbəsində PPXT-da xidmət aparır. xx.xx.2022-ci il tarixdə saat təxminən 22:30 radələrində Gəncə şəhəri, Hacıkənd qəsəbəsində xidmətdə olan vaxtı 2-ci X10 Hissəsindən zəng gələrək bildirilmişdir ki, Gəncə şəhəri, Hacıkənd qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs2 102 zəng xidmətinə müraciət edərək ona məxsus Gəncə şəhəri, Hacıkənd qəsəbəsi, 1-ci döngə, 2-ci küçədə yerləşən evinə baldızı oğlu gələrək davadalaş salmışdır. Bundan sonra o və iş yoldaşı Rauf dərhal deyilən ünvana getmiş, gedəndə yolda palçıq olduğundan maşın batdığından o, maşından düşüb birinci Nofəlin evinə getmiş, Rauf isə ondan az sonra oraya gəlmişdir. O, hadisə yerinə çatanda görmüşdür ki, evin həyətində olan əl damının qapıları açıq vəziyyətdədir və Cəsarət adlı şəxs həmin əl damının içərisində əlində dəhrə divara dayanıb, Şəfiqə adlı qadının alını yaralanmış, qan axır, bu vaxt özü davaya müdaxilə edib Cəsarətin əlindən dəhrəni alıb kənara atmaq istəyəndə, Cəsarət əl atıb Səbinənin ayağından tutmuş, həmin vaxt Cəsarətin ayağının yanında yerdə ip görsədə, lakin həmin ipin tam olaraq Cəsarətin ayağına dolandığını görməmiş, bu zaman o və ekipaj yoldaşı Şahid4 çevik hərəkət edərək dəhrəni Cəsarətin əlindən almış, daha sonra Səbinənin sağ ayağından tutub özünə tərəf dartığını görərək, əl atıb Səbinənin ayağını Cəsarətin əlindən dartıb çıxarmış və davadalaşı sakitləşdirmişlər. Onlar Cəsarəti hadisə yerindən götürərək Patrul avtomaşınına əyləşdirərək, Gəncə şəhəri, 2-ci Polis Şöbəsinə aparmış və raportla növbətçiyə təhvil vermişlər. O və ekipaj yoldaşı Şahid4 hadisə yerinə çatan zaman Zərərçəkmiş şəxs1 alın nahiyyəsindən qan axdığını və Zərərçəkmiş şəxs2 isə əlinin qanadığını görmüşdür. Hadisə olan vaxtı orada Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 olmuş, başqa heç kəs o, cümlədən zərərçəkmiş şəxsin oğlu Şahid2 orada olmamışdır. Təqsirləndirilən şəxs hadisə yerində Şahid2da olması barədə ifadəsində göstərdikləri tamamilə yalandır. Bundan başqa həmin vaxt Cəsarətin üzərində bir ədəd mobil telefon olmuşdur ki, onlarda həmin mobil telefonu Cəsarətlə birlikdə növbətçi hissəyə təhvil vermişlər. Məhkəmə baxışı zamanı Şahid4 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsində PPXT-da xidmət aparır. xx.xx.2022-ci il tarixdə saat təxminən 22:30 radələrində Gəncə şəhəri, Hacıkənd qəsəbəsində xidmətdə olan vaxtı 2-ci X10 Hissəsindən zəng gələrək bildirilmişdir ki, Gəncə şəhəri, Hacıkənd qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs2 102 zəng xidmətinə müraciət edərək ona məxsus Gəncə şəhəri, Hacıkənd qəsəbəsi, 1-ci döngə, 2-ci küçədə yerləşən evinə baldızı oğlu gələrək davadalaş salıb və dərhal həmin ünvana getmək lazımdır. Bundan sonra o da dərhal ekipaj yoldaşı Kürdoğlu ilə oraya getmiş, hadisə yerinə gedəndə yol palçıq olduğundan maşını batdığı üçün o, iş yoldaşı Kürdoğluya ”Sən düş qaç, məndə gəlirəm demiş” Kürdoğluda dediyi kimi etmiş, bundan 5 dəqiqə sonra özüdə hadisə baş verən ünvana getmiş, evin həyətinə daxil olanda evin həyətində olan əl damının qapılarının açıq vəziyyətdə olduğunu, dalaşan şəxslərin üst-başının qan içində olduğunu, iş yoldaşı Kürdoğlunun onların arasında qaldığını, onunda üstünün qan olduğunu görmüş, həmin vaxt Cəsarət Səbinənin ayağından möhkəm tutub özünə tərəf dartdığını və əlində dəhrə olmaqla ayağına ip dolandığını görmüş, həmin vaxt o və ekipaj yoldaşı Şahid3 çevik hərəkət edərək həmin dəhrəni Cəsarətin əlindən almış və dava-dalaşı sakitləşdirmişlər. Bundan sonra onlar Təqsirləndirilən şəxs götürüb post-patrul avtomaşınına əyləşdirərək onu Gəncə şəhəri 2-ci Polis Şöbəsinə apararaq orada növbətçi hissəyə raportla təhvil vermişlər. Hadisə zamanı səs-küy yaranması yaxud ora kənar şəxslərin yığışması halı baş verməmişdir. O, Şahid3la hadisə yerinə çatanda Zərərçəkmiş şəxs1 alın nahiyyəsindən qan axdığını və Zərərçəkmiş şəxs2 isə əlinin qanamasını görmüşlər. Hadisə olan vaxtı həmin yerdə Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 olmuş, adları qeyd olunan şəxslərdən başqa hadisə yerində kənar şəxslər olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (zərərçəkmiş şəxslərin, şahidlərin) ifadələri ilə yanaşı, maddi sübut, ekspert rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: Təqsirləndirilən şəxs ifadəsinin düzgünlüyünü müəyyən etmək və dəqiqləşdirmək məqsədi ilə təqsirləndirilən şəxs qismində fotoçəkilişlə onun ifadəsinin yerində yoxlanılması aparılmış və Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerində göstərərək ifadəsini bir daha təsdiq etmişdir. Üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirilmə aparılmışdır. Üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiklərini təsdiq edərək həmin xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirilmə aparılmışdır. Üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiklərini təsdiq edərək həmin xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs3 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirilmə aparılmışdır. Üzləşdirmə zamanı Zərərçəkmiş şəxs3 ifadəsində göstərdiklərini təsdiq edərək həmin xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Üzləşdirmə protokolundan görünür ki, Şahid2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirilmə aparılmışdır. Üzləşdirmə zamanı Şahid2 ifadəsində göstərdiklərini təsdiq edərək həmin xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 X13 xx.xx.2022-ci il tarixli, 2103 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sağ bud və sağ ayaq nahiyələrinin qançırları - bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 X13 xx.xx.2022-ci il tarixli, 2104 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – alın nahiyəsinin əzilmiş yarası, burun sümüyünün sınığı ilə müşayət olunan burun nahiyəsinin qançır və sıyrığı, sol said nahiyəsinin sıyrığı bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən alın nahiyəsinin əzilmiş yarası, burun sümüyünün sınığı ilə müşayət olunan burun nahiyəsinin qançır və sıyrığı ağırlıq dərəcələrinə görə, hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir; digər xəsarət - sol said nahiyəsinin sıyrığı isə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 X13 xx.xx.2022-ci il tarixli, 2105 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sağ əlin İİ barmağının yarası, sol əlin İİİ barmağının qançırı, sol almacıq və hər iki baldır nahiyələrinin sıyrıqları - bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən sağ əlin İİ barmağının yarası ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir; digər xəsarətlər- sol əlin İİİ barmağının qançırı, sol almacıq və hər iki baldır nahiyələrinin sıyrıqları isə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X9 Bölməsinin 14 fevral 2023-cü il tarixli, 16/161 nömrəli məhkəmə-ballistik ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilən predmet kustar usulla hazırlanmış təsərrüfat-məişət təyinatlı alətdir (çapacaqdır) və soyuq silah hesab edilmir. Üzərində təyinatını dəyişdirən əlavə və dəyişiliklər edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X13 Kompleks ambulator məhkəmə psixatrik və psixoloji ekspertizasının 01 fevral 2023-cü il tarixli, 66 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi aşkar edilmir. Təqsirləndirilən şəxs praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma kimi psixoloji əlamətlər müşahidə olunur. Təqsirləndirilən şəxs ona şamil edilən hadisəni törədən zaman və hal-hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs hadisə zamanı və hal-hazırda öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs ona şamil edilən cinayət əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür, onun məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs ona şamil edilən cinayət əməlini törədərkən əsəbi emosional vəziyyətdə olmuşdur və bunun yaranma səbəbi xalası Şəfiqə və digər şəxslərlə mübahisəsi ola bilər. Təqsirləndirilən şəxs ona şamil edilən cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X6 X13 Məhkəmə-tibbi bioloji ekspertizasının 28 yanvar 2023-cü il tarixli, 06 nömrəli rəyindən görünür ki, vət.Zərərçəkmiş şəxs2 maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə O(İ) alfa, beta-dır. Vət.Zərərçəkmiş şəxs1 maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə A(İİ) beta-dır. Təqdim olunmuş bir ədəd dəhrə (çapacaq) üzərində insana məxsus qan aşkar olundu, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi A(İİ) beta olduğundan vət.Zərərçəkmiş şəxs1 məxsus ola bilər. Təqdim olunmuş üç ədəd (ob.2, ob.3, ob.4) tamponlar üzərində insana məxsus qan aşkar olundu, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi A(İİ) beta olduğundan vət.Zərərçəkmiş şəxs1 məxsus ola bilər. Təqdim olunmuş bir ədəd (ob.1) tampon üzərində insana məxsus qan aşkar olundu, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi O(İ) alfa, beta olduğundan vət. Zərərçəkmiş şəxs2 məxsus ola bilər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X6 X13 Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 320 nömrəli rəyindən görünür ki, Vətəndaş Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – alın nahiyəsinin əzilmiş yarası, burun sümüyünün sınığı ilə müşayiət olunan burun nahiyəsinin qançır və sıyrığı, sol said nahiyəsinin sıyrığı – bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, həmin xəsarətlər ekspertizaya maddi sübut qismində təqdim olunmuş çapacağın küt hissələrinin təsiri nəticəsində də əmələ gələ bilər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X6 X13 Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 321 nömrəli rəyindən görünür ki, Vətəndaş Zərərçəkmiş şəxs2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sağ əlin İİ barmağının yarası, sol əlin İİİ barmağının qançırı, sol almacıq və hər iki baldır nahiyələrinin sıyrıqları – bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, həmin xəsarətlər ekspertizaya maddi sübut qismində təqdim olunmuş çapacağın küt hissələrinin təsiri nəticəsində də əmələ gələ bilər. Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2023-cü il tarixli, 393 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserin xx.xx.2023-cü il tarixli, 418 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Füzuli-Qubadlı Hərbi Məhkəməsinin xx.xx.2009-cu il tarixli qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə 7 ay müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmişdir. Bundan başqa onun barəsində Şəmkir rayon Polis Şöbəsində xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ********* saylı cinayət işi başlanaraq xx.xx.2022-ci il tarixdə məhkəməyə göndərilmişdir. Şəmkir Rayon Məhkəməsinin 1(076)-209/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata CM-nin 73.2-ci maddəsinə əsasən xitam verilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” 14 aprel 2023-cü il tarixli qərardan görünür ki, ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Şahid2 və Zərərçəkmiş şəxs1 əməlində Azərbaycan Respublikası CM-də nəzərdə tutulmuş hər hansı cinayətin tərkibi müəyyən olunmadığından onların barəsində cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin həmin qərarla Zərərçəkmiş şəxs1 əməli Təqsirləndirilən şəxs onlara xəsarət yetirməsinin qarşısını almaq üçün ayağına ip dolaması zərərsizləşdirmə və özünü müdafiə kimi qiymətləndirilmiş və həmin xüsusatla bağlı hər iki şəxsin barəsində cinayət işi başlanması rədd edilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilməyərək, hər hansı bir cinayət törətmədiyini bildirsədə onun törətmiş olduğu cinayət əməlləri toplanmış sübutların məcmusu, o, cümlədən zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, həmçinin təqsirləndirilən şəxsin özünün məhkəməyə təqdim etdiyi zərərçəkmiş şəxslə təqsirləndirilən şəxs arasında olan səs yazıları ilə tam təsdiq olunduğundan məhkəmə təqsirləndirilən şəxsin həmin ifadəsini özünü müdafiə xarekterli və cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün verilmiş ifadə kimi qiymətləndirir və sübut növü kimi qəbul etmir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahid ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, maddi sübutlar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Lakin, məhkəmə Təqsirləndirilən şəxs hadisə zamanı xuliqanlıq cinayət əməlini törədərək, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə bağlı ibtidai istintaq tərəfindən araşdırılaraq təqdim edilmiş sübutlara qiymət verərək həmin hissədə istintaq orqanının Təqsirləndirilən şəxs əməlini xuliqanlıq hərəkətləri kimi qiymətləndirilib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif olunmasını düzgün hesab etmir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX bəndinə əsasən, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi öz səlahiyyətlərinə aid edilən məsələlərə dair qərarlar qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, xuliqanlıq kimi cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq - öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsi xuliqanlıq cinayət əməlini ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Plenum daha sonra qeyd etmişdir ki, şərh olunan maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər - təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər - təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli qərarında qeyd olunur ki, Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəmnində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə görə, xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə görə, xuliqanlıq, silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədilir. Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsi xuliqanlıq cinayət əməlini – ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; şəxslər üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. İctimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq zamanı zor tətbiq etmə hədəsi fiziki zor tətbiq etmək niyyətinin sözlərlə və ya hərəkətlərlə ifadə olunmasıdır. Hədəyə görə məsuliyyət o zaman yaranır ki, bu hədənin həyata keçirilməsi üçün real əsaslar olsun. Özgənin əmlakının məhv edilməsi əmlakın təsərrüfat, tarixi dəyərini tam itirməsi, zədələnməsi isə əmlakın tamamilə və ya qismən öz təyinatına uyğun gəlməməsi, lakin ona bərpa edilməsi mümkün olan dərəcədə zərər yetirilməsidir. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər CM-in şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. Bundan başqa “Xuliqanlıq cinayətləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 mart 2004-cü il tarixli qərarının 2-ci bəndində qeyd edilir ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Bu qərarın 3-cü bəndində qeyd edilir ki, məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Belə ki, Təqsirləndirilən şəxs elan olunan ittihamdan görünür ki, istintaq orqanı təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham elan edərkən həmin maddənin dispozisiyasında xuliqanlıq hadisəsini xarakterizə edən əlamətləri sadalamaqla kifayətlənmiş, təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olmasını müəyyənləşdirməmiş, Təqsirləndirilən şəxs əməlini hansı əlamətlərə əsasən məhz xuliqanlıq kimi qiymətləndirilməsini, yəni onun xuliqanlıq hərəkətlərinin mahiyyətinin nədən ibarət olmasını, hansı ictimai qaydanı pozmasını və cəmiyyətə qarşı açıqca hörmətsizliyinin onun konkret hansı hərəkətləri ilə ifadə olunmasını irəli sürdüyü ittihamda göstərməməklə ittihamı daha çox ehtimallar üzərində qurmuşdur. Məhkəmə eyni zamanda hesab edir ki, istintaq orqanı hər hansı cinayət əməlinin törədildiyi yer və şəraitin də, əməlin xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdən biri olduğunu nəzərə almalı olduğu halda təqsirləndirilən şəxsin əməlini tövsif edərkən hadisənin törədildiyi yeri nəzərə almamışdır. Belə ki, cinayət işinin materiallarından təqsirləndirilən şəxsin xuliqanlıq hərəkətləri etmək niyyətinin olması, onun xuliqanlıq hərəkətlərinin nəticələrinin qabaqcadan görməsi və bu nəticələrin baş verməsini arzu etməsi müəyyən edilmir. Əksinə, məhkəmə istintaqı zamanı tədqiq olunan ittiham və müdafiə tərəfinin sübutları ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat təxminən 22:30 radələrində əvvəllər xalası Şəfiqənin ailəsi ilə bir neçə dəfə aralarında yaranmış mübahisəyə son qoymaq məqsədi ilə Gəncə şəhəri, Hacıkənd qəsəbəsi, 1-ci döngə, 2-ci küçədə yerləşən xalası Şəfiqəyə məxsus evə getmiş və həmin vaxt orada şəxsi münasibətlər zəminində xalası və onun ailə üzvləri ilə arasında dava-dalaş baş vermişdir ki, həmin vaxtda təqsirləndirilən şəxsin qəsdi ictimai qaydanın pozulmasına yaxud cəmiyyətə açıqca hörmətsizliyə yönəlməmişdir. Qanunun mənasına görə xuliqanlıq cinayəti qəsdən törədilən əməldir və həmin əməl obyektiv cəhətinə görə ictimai qaydanın və ictimai təhlükəsizliyin əleyhinə yönəldilməlidir və subyektiv cəhətdən şəxs heç bir motiv olmadan ictimai qaydanı və ictimai təhlükəsizliyə qəsd etdiyini dərk etməlidir. Bu zaman şəxs ictimai qaydanı elə kobud surətdə pozmalıdır ki, bu qaydalara əhəmiyyətli dərəcədə ziyan vurmuş olsun və bununla insanların qanunla qorunan maraqları, onların dincliyi dayanaqlı şəkildə, uzun müddət ərzində, dözülməz halda pozulmuş olsun və bu hərəkətləri törədən şəxs bu hərəkətləri ilə onlara açıqca hörmətsizlik göstərmiş olsun. Bundan başqa, hadisənin qısa zaman kəsiyində, şəxsi münasibətlər zəminində və dar bir çərçivədə baş verməsi özlüyündə hadisənin xuliqanlıq kimi qiymətləndirilməsinə əsas vermir. Çünki, cinayət qanununa görə xuliqanlıq cinayəti obyektiv cəhətdən başqa əlamətlərlə yanaşı, ictimai qaydanın kobud surətdə pozulması, belə pozuntunun cəmiyyətə açıqca hörmətsizlik ifadə olunması ilə xarakterizə olunur. Yəni hadisənin xuliqanlıq kimi qiymətləndirilməsi üçün zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi ilə yanaşı həmin iki əlamətin olması da zəruridir. Göründüyü kimi, Təqsirləndirilən şəxs hərəkətlərində ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi əlamətləri mövcud olmamış və onun belə niyyətinin olması müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, hakimlər cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər və cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları, məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 25.2, 25.3., 28.5-ci maddə) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olmamasını nəzərə alıb, onun əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə deyil, həmin Məcəllənin 128-ci maddəsi ilə tövsif olunması qənaətinə gəlir. Bundan əlavə, məhkəmə iclasında təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş Zərərçəkmiş şəxs3 razılığı ilə onunla arasında baş vermiş 01 (bir) ədəd “DVD” diskdə olan audio səs yazıları tərəflərin iştirakı ilə tədqiq edilərək dinlənilmişdir. Həmçinin, tərəflər “səs yazıları”nı mübahisələndirməmiş və onlara məxsus olaraq birbirlərinə göndərilmiş “səs yazıları”nın olduğunu bildirmişlər. Belə ki, həmin 01 (bir) ədəd “DVD” diskdə olan “səs yazıları”ndan müəyyən olunur ki: “AUD-20220530-WA0000” adlı, 20 KB həcmdə olan səs yazısı – Təqsirləndirilən şəxs: Gəl Hacıkəndə səni axtarırıq. Sən 2-3 günə gör qolubağlı gedirsən ya yox. “PTT-20220508-WA0020” adlı, 33 KB həcmdə olan səs yazısı – Zərərçəkmiş şəxs3: Əgər onları silməsən, ləğv etməsən, mən özüm özümü öldürəcəm. Mən öldükdən sonra nə dəyişəcək? “PTT-20220516-WA0004” adlı, 59 KB həcmdə olan səs yazısı – Zərərçəkmiş şəxs3: Səndən də ağıllı mən varam. Sənin elədiklərinin əksini edərəm. İtirəcəyim heç nə yoxdur. Anam, atam yanımda olacaq. Sən ölüb gedəcəksən. Türmədə çürüyəcəksən. Həyatını məhv eləmə. “PTT-20220517-WA0001” adlı, 99 KB həcmdə olan səs yazısı – Zərərçəkmiş şəxs3: Məni itirmək istəmirsənsə onların hamısını ləğv etməlisən, yox and ola Allaha, Mələyin canı hər şeyi gözümə alıb özümü asacam, deyəcəm ki, mənə belə elədi, məni məcbur elədi. Əlaqəmiz kəsiləcək. Əgər məni itirmək istəmirsənsə o kartları şəkilləri ləğv edəcəksən, yazışmaları siləcəksən. Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş səs yazılarından açıqaydın göründüyü kimi, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs3 ona məxsus olan şəkillərin yayılması və rüsvayedici məlumatların yayılması ilə bağlı hədələnmişdir. Məhkəmə qeyd edir ki, həmin səs yazıları başqası tərəfindən gizli yazılmamış, iki şəxs arasında könüllü olaraq bir-birinə göndərilən səs yazılarıdır və onların etirazı olmadan həmin səs yazıları dinlənilmişdir. Bu qaydada tərtib edilmiş sübutlara güvən daha çoxdur. Ona görə ki, sərbəst səs yazısı göndərən şəxs şüuraltı olaraq ehtimal etməlidir ki, göndərmiş olduğu səs yazısı digər başqa situasiyada istifadə oluna bilər. Ona görə, analoji sübutlar digər sübutlarla birlikdə təsdiq olunduğu təqdirdə mötəbər sübut kimi dəyərləndirilə bilər. Belə ki, Azərbaycan Respublikası CM-in 182.1-ci maddəsinə əsasən, hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə - üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu xx.xx.2011-ci il tarixli qərarında qeyd etmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182-ci maddəsinə əsasən hədə-qorxu ilə tələb etmə cinayət əməli özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə anından başa çatmış hesab edilir. Bundan başqa Azərbaycan Respublikası CM-in 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmçinin Azərbaycan Respublikası CM-in 157.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə daxil olma - iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128, 157.2 və 182.1-ci maddələri ilə tövsif olunmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Belə ki, məhkəmə istintaqında tam sübuta yetmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan “Samsung” markalı mobil telefonun “Whatsapp” mobil tətbiqi vasitəsinin +99470 *** ** ** saylı mobil nömrəsinə xalası qızı Zərərçəkmiş şəxs3 istifadəsində olan “Redmi” markalı mobil telefonun “Whatsapp” mobil tətbiqi vasitəsinin +99450 *** ** ** mobil nömrəsindən sonuncunun ona çoxsaylı təkid və şantajlarına görə göndərdiyi yarı çılpaq vəziyyətdə fotoşəkilini özünə məxsus “Samsung” markalı mobil telefonunun yaddaşına köçürməklə saxlayaraq, 03 noyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs3 yaşadığı ünvan 3 ünvanında olan zaman “Samsung” markalı mobil telefonun yaddaşında saxladığı fotoşəkili göstərərək bu barədə yaxın qohumlarına və qəsəbə sakinlərinə xəbər verəcəyini bildirməklə, həmin yarı çılpaq fotoşəkili nümayiş etdirib barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək Zərərçəkmiş şəxs3 4000 (dörd min) manat pul və qızıl-zinət əşyasını hədə-qorxu ilə tələb etmişdir. Bundan başqa o, xalası qızı Zərərçəkmiş şəxs3 onunla yaxın münasibət qurmaq təklifindən imtina etdiyindən hiddətlənərək 26 noyabr 2022-ci il tarixdə saat 22 radələrində Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan xalası Zərərçəkmiş şəxs1 iradəsi ziddinə sonuncunun yaşadığı ünvan 4 ünvanına hasardan aşmaqla həmin mənzilə zor tətbiq etmə hədəsi ilə qanunsuz daxil olaraq saxlanc yeri kimi istifadə edilən otaqda üzərində gəzdirdiyi kustar üsulla hazırlanmış soyuq silah hesab edilməyən təsərrüfat-məişət təyinatlı alət olan çapacağın küt hissəsini silah qismində istifadə, həmçinin aktiv hərəkətləri ilə fiziki güc tətbiq etməklə, Zərərçəkmiş şəxs1 sol said nahiyyəsinin sıyrığı ilə müşaiyət olunan, sağlamlığa zərər vurmaya aid edilməyən dərəcəsi təyin edilməyən, alın nahiyyəsinin əzilmiş yarası, burun sümüyünün sınığı, burun nahiyyəsinin qançır və sıyrığı ilə müşaiyət olunan dərəcələrinə görə, hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilən bədən xəsarətləri, həmçinin sonuncunun əri Zərərçəkmiş şəxs2 sol əlin İİİ barmağının qançırı, sol almacıq və hər iki baldır nahiyələrinin sıyrıqları ilə müşaiyət olunan sağlamlığa zərər vurmaya aid edilməyən dərəcəsi təyin edilməyən, sağ əlin İİ barmağının yarası ilə müşaiyət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilən bədən xəsarətləri yetirmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, məhz 128, 157.2 və 182.1-ci maddələri ilə tövsif olunmalı və o, həmin maddələr üzrə təqsirli bilinərək, ona cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət olmaqla, sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma ilə əlaqədar qəsdən törədilən cinayətdir. Həmin Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət olmaqla Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə daxil olma ilə əlaqədar qəsdən törədilən cinayətdir. Həmin Məcəllənin 182.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır cinayət olmaqla, qanunla qorunan mülkiyyət münasibətləri əleyhinə olan, zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etməsi ilə əlaqədar qəsdən törədilən cinayətdir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Həmçinin məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cəzanın növünü və həddini təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin yuxarıdakı tələblərinə əməl edərək cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onların törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128, 157.2 və 182.1-ci maddələri ilə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməli, həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən ona təyin edilmiş cəzalar qismən toplanmaqla ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, həmçinin yuxarıda qeyd edilən xüsusatları nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128, 157.2 və 182.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının CM-nin 17.1-ci maddəsinə əsasən, həmin Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə, azadlıqdan məhrum etmə növündə cəzanın hansı cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu müəyyən edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərini rəhbər tutmuşdur. Belə ki, həmin maddəyə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət-Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmamışdır. Həmçinin, iş üzrə maddi sübut kimi tanınmış zərərçəkmiş şəxsin səs yazılarını özündə əks etdirən 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə maddi sübut olub Gəncə şəhər prokurorluğunda saxlanılan 01 (bir) ədəd kustar usulla hazırlanmış təsərrüfat-məişət təyinatlı alət (çapacaq) istifadəyə yarasız olduğundan hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəfləri ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 31,50 (otuz bir manat əlli qəpik) manat pul Təqsirləndirilən şəxs tutulub X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT- BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: (VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilməlidir. Məhkəmə dövründə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 100 (yüz) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına (03 may 2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına 600 (altı yüz) manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən, həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.2, 182.1 və 128-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona CM-nin 157.2-ci maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 182.1-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası və CM-nin 128-ci maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən ona təyin edilmiş cəzalar qismən toplanmaqla, ona qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 08 dekabr 2022-ci il tarixdən hesablansın. Zərərçəkmiş şəxsin səs yazılarını özündə əks etdirən 01 (bir) ədəd DVD disk maddi sübut kimi tanınsın və cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut olub Gəncə şəhər prokurorluğunda saxlanılan 1 (bir) ədəd kustar üsulla hazırlanmış təsərrüfat-məişət təyinatlı alət (çapacaq) istifadəyə yarasız olduğundan hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 31,50 (otuz bir manat əlli qəpik) manat pul Təqsirləndirilən şəxs tutulub X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: (VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 600 (altı yüz) manat məbləğində pul Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan şəxsə isə hökmün verildiyi) andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Asif Əliyev
Məhkəmə qərarları › İş №1(125)-21/2024
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-21/2024
29.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver