Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-210/2023 31.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Təqsirləndirilən şəxs və müdafiəçi Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinib 02 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və halhazırda Azərbaycan Respublikası ƏN-nin PX-nin Gəncə 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq 1 ədəd nömrəsi silinmiş, zavod üsulu ilə keçmiş SSRİ-də istehsal olunmuş, 7.62 mm kalibrli Kalaşnikov konstruksiyalı AKM modelli, texniki cəhətdən saz və atəşə yararlı, yivli odlu silah hesab edilən avtomatı, 28 ədəd zavod üsulu ilə istehsal olunmuş, 7.62x39 mm kalibrli Kalaşnikov avtomatlarında, əl pulemyotlarında və SKS karabinlərində atəş açmaq üçün nəzərdə tutulmuş, atəşə yararlı, döyüş sursatı sayılan patronları və 1 ədəd Kalaşnikov konstruksiyalı silahın komplekt hissəsi olmaqla 30 ədəd 7.62X39 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış, texniki cəhətdən saz və atəşə yararlı darağı əldə etməklə üzərində daşıyaraq saxlamış, barəsində qanunsuz olaraq odlu silah saxlaması barədə Gəncə şəhər BPİ-nin CAİ-yə daxil olmuş məlumat əsasında 26 yanvar 2023-ci il tarixdə saat 13 radələrində Gəncə şəhər BPİ-nin CAİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri Zülfü Hacıyev küçəsi ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsində saxlanılaraq ünvan 3 ünvanda yerləşən Gəncə şəhər BPİ-yə gətirilmiş və üzərində şəxsi axtarış keçirilən zaman əlində olan sellofan torbanın içərisindən 1 ədəd nömrəsi silinmiş, zavod üsulu ilə keçmiş SSRİ-də istehsal olunmuş, 7.62 mm kalibrli Kalaşnikov konstruksiyalı AKM modelli, texniki cəhətdən saz və atəşə yararlı, yivli odlu silah hesab edilən avtomat, 28 ədəd zavod üsulu ilə istehsal olunmuş, 7.62x39 mm kalibrli Kalaşnikov avtomatlarında, əl pulemyotlarında və SKS karabinlərində atəş açmaq üçün nəzərdə tutulmuş, atəşə yararlı, döyüş sursatı sayılan patronlar və 1 ədəd Kalaşnikov konstruksiyalı silahın komplekt hissəsi olmaqla 30 ədəd 7.62X39 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış, texniki cəhətdən saz və atəşə yararlı daraq aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 24 yanvar 2023-cü il tarixdə axşam saat 22-23 radələrində Gəncə şəhəri, Depo qəsəbəsində gəzişərkən orada olan zibil qutusunun yaxınlığında bir ədəd göy sellofan torba diqqətini çəkmiş, yaxınlaşıb həmin torbanın içərisinə baxdıqda bir ədəd avtomat silahın lüləsinin çıxdığını görmüş həmin sellofan torbanı götürüb yaxınlıqda olan yarımtikilinin həyətində torpağa basdırıb gizlətmişdir. 26 yanvar 2023-cü il tarixdə saat 12 radələrində üzərində bir ədəd böyük ölçülü torba götürüb evdən çıxmış və gedib gizlətdiyi yerdən həmin silahı götürüb özü ilə gətirdiyi torbanın içərisinə qoyub polisə təhvil vermək üçün həmin silahı torbada əlində götürüb avtobus dayanacağına gəlib orada avtobus gözləyərkən 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşmış və onu Gəncə şəhər BPİ-nə dəvət etmişlər. Etiraz etməmiş və bundan sonra həmin şəxslərlə əlindəki torba ilə birlikdə Gəncə şəhər BPİ-nə gəlmiş, orada vəkilinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilmiş, həmin vaxt ondan üzərində hər hansı qanunsuz əşyanın olub-olmadığı soruşulmuş və o, əlində olan iri ölçülü torbanı təqdim etmiş, həmin torbanın içərisindən bir ədəd göy rəngli sellofan torbada bir ədəd avtomat, bir ədəd həmin avtomatın darağı və darağın içərisində 28 ədəd patron aşkar edilərək götürülmüş və qeyd edilən silah-sursat torbaya qoyularaq qablaşdırılmışdır. İfadəsində qeyd etdiyi kimi həmin silahı, darağı və içərisində olan patronları o, 24 yanvar 2023-cü il tarixdə Gəncə şəhər Depo qəsəbəsində zibil qutusunun yaxınlığından tapmış, həmin silahdan istifadə etməmiş və silahı götürüb saxlamaqda məqsədi silahı polis orqanlarına təhvil vermək olmuşdur.Odur ki, məhkəmədən qeyd edilənləri nəzərə alıb ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Gəncə şəhər BPİ-nin CAİ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Gəncə şəhər sakini Eşqin adlı şəxsin qanunsuz olaraq odlu silah əldə etməsi və saxlaması barədə ona daxil olmuş əməliyyat məlumatı əsasında o, adı qeyd olunan şəxsin Təqsirləndirilən şəxs olmasını müəyyən etmiş və bundan sonra Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi barədə qərar çıxarılmışdır. 24 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs olduğu yer barədə əməliyyat məlumatı əldə etdikdən sonra həmin məlumat əsasında Gəncə BPİ-nin CAİ-nin əməkdaşları Şahid2 və Şahid3 ilə birlikdə Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi ilə Z.Hacıyev küçəsinin kəsişməsində Sovxoz Nizami dairəsi kimi tanınan yerin yaxınlığında Təqsirləndirilən şəxs əlində böyük ölçülü torba daşıdığı zaman müəyyən etmiş və həmin vaxt sonuncuya yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərdikdən sonra barəsində qəbul olunmuş əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə qərarı ona elan edib, Gəncə şəhər BPi-nə dəvət edib Eşqini əlindəki torba ilə birlikdə İdarəyə gətirmişlər. İdarədə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və əlində olan torbadan bir ədəd avtomat, bir ədəd avtomatın darağı və içərisində 28 ədəd patron aşkar edilərək aşkar edilərək götürülmüşdür. Bundan sonra həmin avtomat, darağ və patronlar torbada qablaşdırılıb üzəri DİN-in 91 saylı möhürü ilə möhürlənmiş və üzəri iştirakçılkar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs həmin silah, daraq və ona aid patronları xx.xx.2023cü il tarixdə Depo qəsəbəsindən tapdığını, həmin qəsəbədə yarımtikilinin həyətində gizlədib saxladığını və həmin gün silahı götürüb yaşadığı evə gətirmək istəyən zaman polis əməkdaşları tərəfindən saxlandığını bildirmişdir. Gəncə şəhəri BPİ-nin CAİ-nin əməkdaşları Şahid2 və Şahid3 Şahid1 ifadəsində göstərilənləri bir daha təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Gəncə şəhəri BPİ-nin İTİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı X5 tərtib etdiyi 26 yanvar 2023-cü il tarixli “şəxsi axtarış və götürmə barədə” protokoldan və DVD diskdəki görüntülərdən görünür ki, polis əməkdaşları Gəncə şəhər BPİ-nin CAİ-nin baş əməliyyat müvəkilli, polis kapitanı Şahid1, həmin idarənin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və kiçik inspektoru, polis baş serjantı Şahid3, Gəncə şəhəri BPİ-nin KTB-nin inspektor kriminalisti, polis kapitanı X6, Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, həmin vaxt ondan üzərində hər hansı qanunsuz əşyanın olubolmadığı soruşulmuş və o, əlində olan iri ölçülü torbanı təqdim etmiş, həmin torbanın içərisindən bir ədəd göy rəngli sellofan torbada bir ədəd avtomat, bir ədəd həmin avtomatın darağı və darağın içərisində 28 ədəd patron aşkar edilərək götürülmüş və torbaya qoyularaq qablaşdırılıb üzəri DİN-in 91saylı möhürü ilə möhürlənmiş və sənədləşmə aparılmışdır. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə polis əməkdaşları tərəfindən axtarış keçirilmiş, onun üzərində qanunla qadağan edilmiş hər hansı əşya və predmet aşkar edilməmişdir. Azərbaycan Respublikası DİN Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2023-cü il tarixli 23/62 saylı məhkəmə-ballistik ekspertizasının ekspert rəyindən aşağıda qeyd edilənlər müəyyən edilir:
1. Tədqiqata təqdim edilmiş 01 ədəd nömrəsi silinmiş silah, zavod üsulu ilə keçmiş SSRİ-də istehsal olunmuş 7.62 mm kalibrli Lakaşnikov konstruksiyalı AKM modelli avtomatdır, yivli odlu silahlar növünə aiddir, texniki cəhətdən sazdır və atəşə yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində heç bir əlavə dəyişiklik edilməmişdir.
2. Tədqiqata təqdim edilmiş 28 ədəd patronlar, zavod üsulu ilə istehsal olunmuş 7.62x39 mm kalibrli Kalaşnikov avtomatlarında, əl pulemyotlarında və SKS karabinlərində atəş açmaq üçün nəzərdətutulmuş döyüş sursatıdır və atəşə yararlıdırlar.
3. Təqdim edilmiş 01 ədəd əşya, “Kalaşnikov” konstruksiyalı silahın komplekt hissəsi olmaqla, 30 ədəd 7.62x39mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış darağıdır, texniki cəhətdən sazdır və istifadəyə yararlıdır.
4. Təqdim edilmiş avtomatdan eksperimental qaydada atılmış güllə və giliz nümunələri DİN-in KTİ-də yerləşən “güllə-giliz” kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edilib nəticəsi haqqında əlavə məlumat veriləcəkdir. Qeyd: Tədqiqata təqdim edilmiş 28 ədəd 7.62x39 mm kalibrli patronlardan 03 ədədi eksperimental atəşlər zamanı istifadə olundu. Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş məktubdan görünür ki, 01 ədəd 7.62 mm kalibrli nömrəsi silinmiş Kalaşnikov konstruksiyalı AKM modelli avtomatdan eksperimental qaydada atılmış güllə-giliz nümunələri idarənin “güllə-giliz” kartotekasında “Arsenal” avtomatlaşdırılmış ballistik sistemi vasitəsilə yoxlanılmış, müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər rayonlararası ruhi-əsəb və narkoloji dispanserindən dispanserindən alınmış arayışlardan məlum olur ki, Təqsirləndirilən şəxs dispanserlərdə qeydiyyatda olmamışdır. 27 fevral 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında“ qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 1 ədəd nömrəsi silinmiş 7.62 mm kalibrli AKM modelli avtomat, 01 ədəd daraq, 25 ədəd 7.62X39 mm kalibrli patron xüsusiyyətlərinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxta görə cinayət təqibi üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut kimi tanınmış və Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmişdir. 27 fevral 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında“ qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən istifadə edilmiş video çəkilişin köçürüldüyü 1 ədəd DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmı və iş materiallarına əlavə edilmişdir. 26 yanvar 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs 26 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək tutulmuşdur. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 26 yanvar 2023-cü il tarixdən hesablanmaqla 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək barəsində 02 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş və xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 1(043)-42/2019 nömrəli, xx.xx.2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Elektron çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı (xx.xx.2012-ci təvvəllüdlü X8, xx.xx.2010-cü il təvəllüdlü X7) uşağı var. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxsn ifadəsində ondan aşkar edilib götürülmüş avtomat silahını aparıb təhvil vermək üçün gizlətdiyi yerdən götürdüyünü və təhvil vermək istəyən zaman polis əməkdaşları tərəfindən tutulduğunu göstərsədə məhkəmə həmin hissədə onun ifadəsinə tənqidi yanaşaraq, özünü müdafiə xarakterli, cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün verilmiş ifadə kimi qiymətləndirir və sübut növü kimi qəbul etmir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, maddi sübutlar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən haldır. 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran haldır. 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; 83.3.4-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını (59.1.4) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Həmçinin CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olması onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını, yenidən qəsdən cinayət törətməsini, digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halı, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəza təyin edilərkən cinayətlərin residivi nəzərə alınmalı, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 1 ədəd nömrəsi silinmiş 7.62 mm kalibrli AKM modelli avtomat, 01 ədəd darağ, ekspertiza tədqiqatından sonra qalıq qalan 25 ədəd 7.62X39 mm kalibrli patron müsadirə edilməli və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin sərəncamına verilməlidir. Həmçinin Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən iş üzrə maddi sübut olan təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış zamanı aparılmış videoçəkilişin qeyd edildiyi 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, həmin müdafiəçinin işlədiyi vəkil bürosunun hesabına 60 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384- cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 26 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 1 ədəd nömrəsi silinmiş 7.62 mm kalibrli AKM modelli avtomat, 01 ədəd darağ, ekspertiza tədqiqatından sonra qalıq qalmış 25 ədəd 7.62X39 mm kalibrli patron müsadirə edilsin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin sərəncamına verilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə müdafiəçi X2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 60 (altmış) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Hökmdən elan olunduğu andan, (həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan) 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir
Sədrlik edən Elxan Əlizadə