Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-210/2024 21.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1997-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsili, subay, məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan vaxt və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 1,663 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq satış məqsədi olmadan əldə edib eyni məqsəd ilə üzərində saxlayaraq daşımış, Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin CAB-ın əməkdaşlarının keçirtdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 25 sentyabr 2023-cü il tarixdə, saat 11:25 radələrində Gəncə şəhəri, Atatürk prospektində saxlanılaraq Gəncə şəhəri, H.Əliyev prospekti 265 ünvanında yerləşən Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin inzibati binasına gətirilmiş, üzərində şəxsi axtarış aparıldıqda əynində olan boz rəngli cins şlavarın ön sağ kiçik cibindən 01 ədəd şəffaf rəngli sellofondə iç-içə olan bükümün içərisindən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 1,663 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan vaxt və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0.311 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, 11 oktyabr 2023-cü il tarixdə saat 18:30 radələrində qanunsuz olaraq üzərində narkotik vasitə və psixotrop maddə saxlamasında şübhəli bilinərək, Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən Gəncə şəhəri Adilxan Ziyadxanov küçəsində yerləşən 18 nömrəli tam orta məktəbin yaxınlığnda saxlanılaraq, Gəncə şəhər BPİnin 1-ci Polis Şöbəsinə gətirilib üzərində şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli şalvarının ön sağ cibindən bir ədəd sarı rəngli kağız bükümündə təmiz çəkisi 0,311 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi, şahid ifadələri, şəxsi axtarış və götürmə protokolları, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizasının rəyləri, götürülmüş maddi sübutlar və digər istintaq hərəkəti protokolları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 25 sentyabr 2023-cü il tarixdə evlərinin yaxınlığında olan zaman polis əməkdaşları tərəfindən saxlanılmış və polis əməkdaşları hmin gün onu 2-ci Polis Şöbəsinə aparmışlar. Polis şöbəsində olan zaman orada ona qarşı fiziki şiddət olmuş və üzərinə məcburi olaraq narkotik vasitə qoyulmuşdur. O, həmin narkotik vasitəni qəbul etmək istəməsə də ona qarşı təzyiq göstərildiyindən üzərinə baxış keçirilən zaman videogörüntüdə polis əməkdaşlarının dediyi kimi üzərindən narkotik vasitə aşkar edildiyini etiraf etmişdir. Bundan başqa 11 oktyabr 2023-cü il tarixdə isə yaşadığı evdən çıxıb çörək almağa gedən zaman Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən yenidən qanunsuz olaraq tutulmuş və 1-ci polis şöbəsinə aparılaraq orada ona qarşı fiziki şiddət göstərilib üzərinə psixotrop maddə qoyulmuşdur. O, həmin psixotrop maddəni qəbul etmək istəməsə də ona qarşı təzyiqlər göstərildiyindən üzərinə baxış zamanı videoçəkilişdə üzərindən psixatrop maddə aşkar edildiyini etiraf etmişdir. Atası Qarabağ müahribəsi qazisidir. Ailədə 3 qardaş olmaqla digər iki qardaşı da məhkum olunmuşlar. Odur ki, ifadəsində qeyd etdiklərini nəzərə alıb barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsindən göstərmişdir ki, 2023-cü ilin sentyabr ayının axırlarında Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində daşıyaraq saxlaması barədə məxfi mənbələrdən daxil olmuş məlumatı idarə rəhbərliyinə raportla məruzə edib, yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, daha sonra Şöbənin əməliyyat müvəkkili Şahid1 ilə birlikdə Gəncə şəhəri ərazisində keçirtdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Gəncə şəhəri, Atatürk propektində yol kənarında saxlayıb Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinə dəvət etmiş, Təqsirləndirilən şəxs də onlarla razılaşaraq Şöbəyə getmişdir. Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsində ona hüquq və vəzifələri izah edilərək müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz saxlanılan hər hansı bir əşya olub-olmaması soruşulanda sonuncu bir ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş bükülünü çıxadıb təqdim etmişdir. Həmin şəffaf rəngli sellofan kəsiyinə bükülmüş bükülü açılmış, bükülünün içərisindən qəhvəyi rəngli, kəskin iyli, ilk baxışdan narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə bükümlə birlikdə elektron tərəzidə çəkilmiş, müvafiq qaydada zərfdə qablaşdırılıb möhürlənmiş, doğruluğu imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs ilə əvvəllər heç bir münasibəti olmamışdır. Saxlanılan zaman Təqsirləndirilən şəxs qarşı heç bir fiziki yaxud psixi təsir göstərilməmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 oxşar ifadə verərək, Şahid2 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində göstərmişdir ki, 2023-cü ilin oktyabr ayında Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə, psixotrop maddə əldə edib üzərində daşıyaraq saxlaması barədə məxfi mənbələrdən daxil olmuş məlumat barədə idarə rəhbərliyinə raportla məruzə olunmuş və yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmişdir. Daha sonra şöbənin əməliyyat müvəkkili Şahid4 ilə birlikdə Gəncə şəhəri ərazisində keçirtdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün Təqsirləndirilən şəxs Gəncə şəhəri, A.Ziyadxanov küçəsində 18 saylı orta məktəbin yaxınlığında saxlanılaraq Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinə gətirilmişdir. Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsində şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilərək müdafiəçi ilə təmin edilmiş, daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilən zamanı üzərində qanunsuz saxlanılan hər hansı bir əşya olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs də bir ədəd kağıza bükülmüş bükülünü çıxadıb təqdim etmiş, həmin bükülü açılmış, həmin bükülünün içərisindən ağ rəngli, kristal formasında, ilk baxışdan psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə bükümlə birlikdə elektron tərəzidə çəkilmiş və müvafiq qaydada zərfdə qablaşdırılıb möhürlənmiş, doğruluğu imzalarzla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs ilə əvvəllər heç bir münasibəti olmamışdır. Təqsirləndirilən şəxs saxlanılan zaman polis şöbəsində ona qarşı fiziki yaxud psixi təsirlər göstərilməsi barədə ifadəsində göstərdikləri tamamilə yalandır və həqiqəti əks etdirmir. Məhkəmə istintaqı zamanı Şahid4 oxşar ifadə verərək, Şahid3 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə cinayət işi başlanmışdır. “Şübhəli şəxsin tutulması” haqqında xx.xx.2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxs qisimində cəlbetmə haqqında” 26 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə Gəncə şəhər Baş Polis İdarəsinin MSY-dən azad olunmuşdur. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başqa bir cinayət işi başlanmışdır. “Şübhəli şəxsin tutulması” haqqında xx.xx.2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. “Cinayət işinin bir icraatda birləşdirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi ilə birləşdirilərək cinayət işinin istintaqının ********* saylı nömrə ilə davam etdirilməsi qərara alınmışdır. “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və bir ədəd DVD diskə baxışdan görünür ki, video çəkiliş vasitəsilə vətəndaş Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zamanı onun əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində 1,97 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüş, həmin bükülü zərfə qoyulub qablaşdırılaraq möhürlənmiş, baxış keçirilən zamanı çəkilmiş videogörüntü DVD köçürülərək materiala əlavə olunmuşdur. “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və bir ədəd DVD diskə baxışdan görünür ki, video çəkiliş vasitəsilə vətəndaş Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zamanı onun əynindəki boz rəngli şalvarın ön sağ cibindən bir ədəd sarı rəngli kağıza bükülmüş içərisində 4,20 qram psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüş, həmin bükülü zərfə qoyulub qablaşdırılaraq möhürlənmiş, baxış keçirilən zamanı çəkilmiş videogörüntü DVD köçürülərək materiala əlavə olunmuşdur. Məhkəmə-kimyəvi ekspertizasının 25 sentyabr 2023-cü il tarixli 16/948 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə aşkar olunmuş və götürülmüş” yazı və imzalar olan kağız paketdəki, 2 (iki) ədəd iç-içə olan şəffaf sellofan bükümdə, təmiz çəkisi 1,663 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə – heroindir. Məhkəmə-kimyəvi ekspertizasının 12 oktyabr 2023-cü il tarixli 16/998 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs qismində saxlanılan Təqsirləndirilən şəxsdan aşkar olunan......” yazı və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd sarı rəngli kağız bükümdə təmiz çəkisi 0,311 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə – metamfetamindir. Məhkəmə-narkoloji ekspertizasının 05 oktyabr 2023-cü il tarixli 1664 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. xx.xx.2023-cü il tarixli 3-13-57-2/2-24735/2023 nömrəli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, bir sıra əməliyyat-axtarış tədbirləri keçirilməsinə baxmayaraq Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini hansı mənbədən əldə etməsi müəyyən edilə bilməmiş, Təqsirləndirilən şəxs hər hansı şəxsə və ya şəxslərə narkotik vasitə satması, qanunsuz olaraq narkotik vasitə olan heroin əldə etməsində ona kiminsə kömək etməsi, qanunsuz yolla əldə etdiyi narkotik vasitədən digər yerlərdə gizlədərək saxlaması müəyyən edilməmişdir. 03 noyabr 2023-cü il tarixli, 3-13-57-1/2-27849/2023 nömrəli əməliyyat tapşırığına cavab məktubundan məlum olmuşdur ki, bir sıra əməliyyat-axtarış tədbirləri keçirilməsinə baxmayaraq Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamini hansı mənbədən əldə etməsi müəyyən edilə bilməmiş, Təqsirləndirilən şəxs hər hansı şəxsə və ya şəxslərə psixotrop maddə satması, qanunsuz olaraq psixotrop maddə əldə etməsində ona kiminsə kömək etməsi, qanunsuz yolla əldə etdiyi psixotrop maddədən digər yerlərdə gizlədərək saxlaması müəyyən edilməmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, qəti olaraq 05 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə cəzanın çəkilməmiş hissəsi 01 ay 05 gün müddətinə azadlqıdan məhrumetmə cəzasl ilə əvəz edilmişdir. Bundan başqa o, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.2, 180.2.3-cü maddələri ilə təqsirli bilinib, 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş edilmiş və xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” Qərarının 2.4 bəndinə əsasən azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,311 qram psixatrop maddə olan metamfetamin və 1,663 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, həmçinin cinayət işinə əlavə edilmiş xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi zamanı istifadə edilmiş video çəkilişin görüntülərini özündə əks etdirən 02 (iki)ədəd “DVD” disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmışdır. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü təqsirli bilməyərək ifadəsində üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin ona məxsus olmadığını, polis əməkdaşları tərəfindən tutularkən zorakılığa məruz qaldığını, bu səbəbdən üzərində şəxsi axtarış keçirilərkən narkotik vasitənin ona məxsus olduğunu etiraf etdiyini bildirmişdir. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadə ilə ibtidai istintaq zamanı həm şübhəli, həm də təqsirləndirilən şəxs qismində verdiyi ifadələr arasında ziddiyyətlər olduğundan, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilərək tədqiq edilmişdir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs həm şübhəli şəxs kimi, həm də təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə dindirilərkən ifadələrində bildirmişdir ki, Gəncə şəhərində fəhləlik edib özünü dolandırır, əvvəllər Azərbaycan Respublikası CM-nin 177, 180-ci maddələri ilə məhkum olunmuşdur. O, uzun müddətdir ki “kakos” kimi tanıdığı narkotik vasitə heroindən iynə vurma yolu ilə istifadə edir, narkotik vasitə onun ağrılarını yüngülləşdirir. Polis əməkdaşları tərəfindən saxlanıldığı gündən bir gün əvvəl yaşadığı binanın yaxınlığında yerləşən 29 saylı orta məktəbin yaxınlığında gəzən zaman orada olan zibil qutusunun yanından “Vinchester” markalı siqaret qutusu diqqətini cəlb etmiş, o, həmin siqaret qutusunun içərisində siqaret olduğunu düşünüb yerdən götürüb içərisinə baxanda şəffaf rəngli sellofon torbacığın içərisində “kakos” kimi tanıdığı narkotik vasitə heroinin olduğunu görmüşdür. Daha sonra ətrafda heç kəsin onu görməməsindən əmin olduqdan sonra həmin içərisində “kakos” kimi tanıdığı heroin olan sellofon torbacığı şalvarının cibinə qoymuş, siqaret qutusunu atmış və istifadə etmək üçün yaşadığı evə getmişdir. Orada bir dəfə həmin narkotik vasitədən iynə vurma üsulu ilə qəbul etmiş, qalanını isə istifadə etməkdən ötrü həmin sellofon torbacıqla birlikdə cibinə qoymuşdur. 25 sentyabr 2023-cü il tarixdə, saat təxminən 11:25 radələrində yaşadığı Gəncə şəhəri, Atatürk prospektində olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını və onun narkotik vasitəni əldə etməkdə, istifadə etməkdə və saxlamağında şübhəli olduğunu bildirib onu Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin inzibati binasına dəvət etmişlər. Həmin vaxt “kakos” kimi tanıdığı nakotik vasitə heroin də onun üzərində olmuşdur. O, bu barədə polis əməkdaşlarına heç bir etiraz etməyib birlikdə Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin inzibati binasınına getmişlər. Şöbənin inzibati binasında xidməti iş otağında hüquqları izah olunaraq hüquqlarının müdafiə olunması üçün müdafiəçi ilə təmin olunduqdan sonra müdafiəçinin iştirakı ilə onun üzərinə videoçəkiliş ilə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı üzərində narkotik vasitə və ya digər qanunla dövriyyəsi qadağan olunmuş əşya və predmet varsa çıxardıb təqdim etməsi təklif olunanda o, üzərində olan qara rəngli cins şalvarın sağ yan kiçik cibinin içərisində saxladığı bir ədəd şəffaf rəngli bükümdə olan “kakos” kimi tanıdığı narkotik vasitə heroini çıxardıb təqdim etmişdir. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş sellefon bükümdə olan narkotik vasitə heroin müdafiəçinin və digər iştirakçıların iştirakı ilə tərəzidə çəkilmiş və bükümün şəffaf rəngli sellofon büküm ilə birlikdə çəkisi 1,97 qram olmuş, AR DİN-in möhürü ilə möhürlənərək üzəri onun və digər iştirakçılar tərəfindən imzalanmış, bu barədə protokol tərtib olunmuş, o və digər iştirakçılar qablaşdırmanın üzərini və protokolu imzalamışlar. Polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir qanunsuz hərəkət olunmadığı üçün bununla bağlı şikayəti və ya vəsatəti yoxdur. Bundan başqa o, arabir narkotik vasitə və psixotrop maddələrdən istifadə edir. 09 oktyabr 2023-cü il tarixdə səhər saatlarında o, Gəncə şəhəri Adilxan Ziyadxanov küçəsində yerləşən 18 nömrəli tam orta məktəbin yaxınlığından piyada keçən zaman yerdə sarı rəngli kağız bükümü görmüş, həmin bükümü yerdən götürüb bükümün içərisinə baxanda ağ rəngli kristal şəklində maddə olduğunu görüb maddənin psixotrop maddə olan metamfetamin olduğunu başa düşmüşdür. O, narkotik vasitə və psixotrop maddələrin istifadəçisi olduğu üçün tapdığı metamfetamini özü istifadə etmək üçün cibinə qoymuşdur. 11 oktyabr 2023-cü il tarixdə, saat 18:30 radələrində o, Gəncə şəhəri Adilxan Ziyadxanov küçəsində yerləşən 18 nömrəli tam orta məktəbin yaxınlığı ilə hərəkət edən zamanı iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim etmiş, narkotik vasitə və psixotrop maddələri qanunsuz olaraq üzərində saxlamaqda, istifadə etməkdə şübhəli olduğu üçün onu Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinə aparmışlar. Orada vəkilin iştirakı ilə hüquqları ona izah edildikdən sonra video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynindəki boz rəngli şalvarın sağ ön cibində saxladığı sarı rəngli kağız büküm aşkar edilmiş, içərisində psixotrop maddə metamfetamin olan sarı rəngli kağız büküm tərəzidə çəkilmiş və çəkisi 4.20 qram müəyyən olunmuş, həmin büküm zərfə qoyalaraq qablaşdırılmış və zərfin üzəri Azərbaycan Respublikası DİN-in “zərflər üçün” 110 saylı möhrü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Polis Şöbəsində olan zamanı ona heç bir zor tətbiq edilməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişlərin əks olunduğu DVD disklər məhkəmə istintaqı zamanı tədqiq edilərkən müəyyən edilmişdir ki, şəxsi axtarış zamanı ona verilən suala cavab olaraq Təqsirləndirilən şəxs ona qarşı hər hansı formada zorakılığın və ya fiziki təsirin olmadığını bildirmişdir. Həmçinin məhkəmə istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsində polis əməkdaşları tərəfindən tutularkən zorakılığa məruz qaldığını bildirdiyindən, məhkəmə həmin xüsusatların araşdırılması üçün müvafiq məlumatı Gəncə şəhər prokurorluğuna göndərmiş və Azərbaycan Respublikası Baş Prokurorluğundan daxil olmuş cavab məktubundan görünür ki, Azərbycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs Gəncə şəhər BPİ-nin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılarkən fiziki zorakılığa məruz qalması barədə məhkəməyə vermiş olduğu məlumat üzrə Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncə, fiziki zor tətbiqinə və psixoloji təsirlərə məruz qalması öz təsdiqini tapmadığından toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü tarixli qərar qəbul edilmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən tutularkən fiziki zorakılığa məruz qalması məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarla öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsi tədqiq edilmiş digər mötəbər sübutlarla ziddiyyət təşkil etdiyindən, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş şahidlərin ifadələri, maddi sübut, ekspertiza rəyləri, istintaq hərəkətinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini və psixotrop maddə metamfetamini əldə edib üzərində daşıyaraq saxlaması tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 61.1.1-ci maddəsinə əsasən cinayətlərin təkrar törədilməsi cəzanı ağırlaşdıran hal hesab olunur. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmədə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında 05 noyabr 2021-ci il tarixli qərara əsasən xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” Qərarının 2.4 bəndinə əsasən azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən azad edilib. Həmin qərarın 7-ci bəndinə əsasən bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluqda götürülmüşdür. Ona görə də Təqsirləndirilən şəxs məhkumluğu götürülmüş hesab edilməlidir. Təqsirləndirilən şəxs tərəfindən eyni xarakterli cinayətin təkrar törədilməsi, Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hallara diqqət yetirərək nəzərə alır ki, Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitə olan heroinin şəxsi istehlak miqdarından dəfələrlə çox olmaqla külli miqdara yaxın olmuş, cinayətin təkrar törədilməsi cəzasını ağırlaşdıran hal olmuşdur. Təqsirləndirilən şəxsin hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, narkotik və psixotrop maddələrin külli miqdara yaxın olmasını nəzərə alınmaqla, onun barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir, azadlığın məhdudlaşması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəza növü kimi ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli və Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət müddət, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesabı ilə hesablanmaqla, cəmi dörd gün müddət ona təyin edilmiş cəzadan çıxılmalı, cəzaçəkmə müddətinin başlanğıcı 21 noyabr 2024-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli və hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbiri seçilməli, başqa cinayət işi üzrə həbsdə olmağı nəzərə alınmalı və məhkəmə narkolji ekspertizanın rəyinə əsasən məcburi müalicəyə ehtiyacı olduğundan onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, o, ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır . Həmçinin cinayət işi üzrə maddi sübutlar - Gəncə şəhəri Baş Polis İdarəsində saxlanılan tədqiqatdan sonra qalıq çəkiləri 1,563 qram narkotik vasitə olan heroin və 0, 261 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 60,80 manat (altmış manat səksən qəpik) pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X1, KOD– 210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilməlidir (CPM 198.1) Eyni zamanda qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 25 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 150 manat pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesabı ilə hesablanmaqla, cəmi dörd gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 21.11. 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilsin və başqa cinayət işi üzrə həbsdə olmağı nəzərə alnsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. . Cinayət işi üzrə maddi sübutlar- Gəncə şəhəri Baş Polis İdarəsində saxlanılan tədqiqatdan sonra qalıq çəkiləri 1,563 qram narkotik vasitə olan heroin və 0,261 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 60,80 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X1, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 150 manat məbləğində pul köçürülsün. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) Hökmdən elan edildiyi və ya həbsdə olan şəxsə münasibətdə isə ona təqdim olunduğu gündən 20 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Elxan Əlizadə
Məhkəmə qərarları › İş №1(125)-210/2024
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-210/2024
21.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver