Məhkəmə qərarları › İş №1(125)-211/2022

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-211/2022

10.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-211/2022 10.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Göygöl rayon vəkil bürosunun vəkili X1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 və 228.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə açıq məhkəmə iclasında ilkin dinləmələr keçirərək, müəyyənetdi: Gəncə Şəhər Məhkəməsinə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 və 228.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr keçirilərkən ibtidai araşdırma orqanı tərəfindən ibtidai araşdırma zamanı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303-cü maddəsində nəzərdə tutulan kobud qanun pozuntusuna yol verildiyi müəyyən edildiyindən cinayət işinin baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihama əsasən o, dəqiq məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq 01 ədəd, 164188 nömrəli, zavod üsulu ilə Belçika dövlətində istehsal olunmuş, 7.65 mm kalibri, Brauninq 1910 modelli, texniki cəhətdən saz və atəşə yararlı, yivli odlu döyüş silahı olan tapançanı, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, Brauninq 1910 modelli tapançaların komplekt hissəsi olan, texniki cəhətdən saz, bircərgəli, 07 ədəd 7.65 mm kalibrli patronların saxlanması üçün nəzərdə tutulmuş darağı, 04 ədəd zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 7.65x17 mm kalibrli Brauninq konstruksiyalı tapançalardan və həmin kalibrli digər silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş atəş üçün yararlı, döyüş sursatı olan patronları əldə edərək saxlayıb daşıyaraq gəzdirmiş, xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Ş.İ.Xətai prospekti ilə M.Xələfov küçələrinin kəsişməsində istintaqa məlum olmayan şəxslərlə etiyi mübahisənin səbəbkarının tanışı Zərərçəkmiş şəxs olmasını bəhanə edib bunu özünə qarşı edilmiş hörmətsizlik kimi qəbul edərək, həmin hörmətsizliyin hər kəsin görməsi, qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdən ötrü ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə özünün üstün olduğunu nümayiş etdirmək məqsədilə, yəni xuliqanlıq niyyətilə qarşılıqlı davranış qaydalarının pozulmasında ifadə olunan, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək ictimai yer olan ünvan 1 ünvanının həyətində heç bir əsaslı səbəb olmadan üzərində olan soyuq silah hesab edilməyən turist bıçağı ilə Zərərçəkmiş şəxs sol bud nahiyəsinə bir dəfə zərbə endirərək sonuncuya sol bud nahiyəsinin kəsilmiş-deşilmiş yarası xəsarəti ilə müşayiət olunan sağlamığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaqla zor tətbiq edib qərəzli xuliqanlıq etmiş, bundan sonra həmin xuliqanlıq hərəkətlərinin davamı olaraq ictimai yer olan Gəncə şəhəri, 4-cü mikrorayon, ev 3-ün arxa həyətinə gedib orada dayanmış şəxsiyyətləri istintaqa məlum olmayan şəxslərə qaçmamalarını deyib zor tətbiq edəcəyi ilə hədələyib qanunsuz olaraq əldə edərək saxlayıb daşıyaraq üzərində gəzdirdiyi Brauninq 1910 modelli tapançadan havaya iki dəfə atəş açaraq zor tətbiq edəcəyi ilə hədələyib qərəzli xuliqanlıq etmişdir. Bununla da, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 və 228.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın məzmunundan göründüyü kimi, o, xx.xx.2022-ci il tarixdə saat 23 radələrində ünvan 1 ünvanının həyətində heç bir əsaslı səbəb olmadan üzərində olan soyuq silah hesab edilməyən turist bıçağı ilə Zərərçəkmiş şəxs sol bud nahiyəsinə bir dəfə zərbə endirərək sonuncuya sol bud nahiyəsinin kəsilmiş-deşilmiş yarası xəsarəti ilə müşayiət olunan sağlamığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaqla zor tətbiq edib qərəzli xuliqanlıq hərəkətlərinə başlamış və bundan sonra həmin xuliqanlıq hərəkətlərinin davamı olaraq Gəncə şəhəri, 4-cü mikrorayon, ev 3-ün arxa həyətinə gedib orada dayanmış şəxsiyyətləri istintaqa məlum olmayan şəxsləri üzərində gəzdirdiyi tapançadan havaya iki dəfə atəş açaraq zor tətbiq edəcəyi ilə hədələyib onlara qarşı qərəzli xuliqanlıq etmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə X3 zərər çəkmiş şəxs qismində tanınsa da, onun qərəzli xuliqanlıq hərəkətlərini davam etdirərək odlu silahdan havaya iki dəfə atəş açmaqla zor tətbiq edəcəyi ilə hədələdiyi şəxslər istintaq orqanı tərəfindən müəyyən edilməmiş, həmin şəxslərin müəyyən edilməsi istiqamətində hər hansı real addımlar atılmamış, bu barədə müvafiq qaydada əməliyyat tapşırığı verilməmişdir. Halbuki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında qeyd olunduğu kimi, xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan əməldir. Xuliqanlıq cinayətinin bilavasitə obyekti ictimai qaydadır. Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasından məlum olur ki, xuliqanlıq şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət olunur. Ona görə də xuliqanlığın əlavə obyekti qismində şəxslərin sağlamlığı, şərəf və ya ləyaqəti, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər təşkil edir. Digər tərəfdən, Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin dispizisiyasında bir başa göstərilir ki, bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda əməl Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif olunmalıdır. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 1-ci bəndində də göstərilir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdəpozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya beləzorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi,yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. İctimai qaydanın pozulması və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə vəya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, yaxud özgənin əmlakının məhvedilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə təqsirkar şəxsin əməli xırda xuliqanlığa görə inzibati məsuliyyətə səbəb olur. Cinayət qanunvericiliyinin qeyd edilən normalarına əsaslanaraq və Ali Məhkəmənin Plenumunun Qərarındakı tövsiyyəni nəzərə alaraq məhkəmə hesab edir ki, əməlin xuliqanlıq cinayət əməli kimi qiymətləndirilə bilməsi üçün digər şərtlərlə yanaşı həmin əməl mütləq qaydada hər hansı müəyyən bir fiziki şəxsə qarşı (onun sağlamlığına qarşı zor tətbiq etmək və ya zor tətbiq etmək hədəsi ilə yaxud əmlakının məhv edilməsi və ya zədələnməsi ilə) törədilməlidir və həmin şəxs cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmaqla onun bütün hüquqları təmin olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 85.2.1-ci maddəsinə əsasən müstəntiq bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada törədilmiş və ya hazırlanan cinayətlərə dair daxil olmuş ərizə və digər məlumatlara baxmaq, kifayət qədər səbəblər və əsaslar olduqda cinayət işi başlamaq, işi öz icraatına götürmək, cinayətin açılması, işin hərtərəfli, tam və obyektiv araşdırılması üçün zəruri tədbirlər görmək, səlahiyyəti daxilində bütün istintaq və ya digər prosessual hərəkətləri həyata keçirməyi yerinə yetirməlidir. Əvvəla məhkəmə qeyd edir ki, cinayət işinin materiallarından görünür ki, Gəncə şəhər BPİ-nin TŞX-nin Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə M.Xələfov küçələrinin kəsişməsini əhatə edən müşahidə kamerasında qeydə alınmış görüntülər olan bir ədəd DVD disk istintaq orqanına təqdim edilmişdir. Həmin videogörüntüyə müstəntiq tərəfindən baxış keçirilməsinə dair protokoldan görünür ki, kənardan gələn şəxslərlə Təqsirləndirilən şəxs arasında dava olur, həmin şəxslər Təqsirləndirilən şəxs arxası ilə qaçaraq onu təqib edir, bundan sonra onlar aralanaraq oradan gedib gözdən itirlər. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan isə görünür ki, həmin bir ədəd DVD disk cinayət işi üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Lakin, cinayət işinin materiallarından görünür ki, sözügedən DVD disk faktiki olaraq iş materiallarına əlavə edilməmişdir. Digər tərəfdən qeyd edilməlidir ki, təqsirləndirilən şəxsin ifadələrindən görünür ki, o, hadisədən əvvəl onunla dalaşan və ona xəsarət yetirən şəxslərin üzərinə odlu silahla gedərək onları zor tətbiq etməklə hədələmişdir. Hadisədən bilavasitə əvvəl Təqsirləndirilən şəxsla dalaşan və ona xəsarət yetirən şəxsin (və ya şəxslərin) videogörüntüsü mövcud olduğundan, məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən həmin şəxslərin müəyyən edilməsi rahatlıqla təmin oluna bilərdi. Lakin, iş materiallarından görünür ki, istintaq orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş bütün imkanlardan istifadə edilməklə təqsirləndirilən şəxsin odlu silahla üzərilərinə getdiyi və hədələdiyi şəxslər müəyyən edilməmiş, həmin şəxslər zərər çəkmiş şəxs qismində tanınmamış, onların izahatı və ifadələri alınmamış, həmin şəxslər cinayət işinin materialları ilə tanış edilməmiş, bununla da zərər çəkmiş şəxs qismində tanınmalı olan həmin şəxslərin bütün hüquqları pozulmuş, digər tərəfdən ittiham aktında həmin şəxslərin ifadələri və onların şəxsiyyətlərini səciyyələndirən hallar əks etdirilməmiş, bununla da kobud qanun pozuntusuna yol verilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 289.3.2 və 289.3.5-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin təqsirliliyini təsdiq edən sübutlar (o cümlədən zərər çəkmiş şəxsin ifadəsi), zərər çəkmiş şəxsi səciyyələndirən hallar ittiham aktının təsviriəsaslandırıcı hissəsində göstərilməlidir. Həmçinin, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 303.3.6-cı maddəsinə əsasən cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolun müvafiq olaraq bu Məcəlləni 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması; 303.3.8-ci maddəsinə əsasən məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286, 288 və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılması üçün əsasdır. 300.1 və 300.1.5-ci maddələrinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində həmçinin, cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilir. Məhkəmə hesab edir ki, müstəntiq tərəfindən yol verilmiş göstərilən kobud qanun pozuntuları məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün deyildir və bu səbəbdən də cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 306.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərarlar çıxarmaqla yanaşı, həmçinin təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığına, qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığına dair qərar çıxarır. 306.2.1-ci maddəsinə əsasən ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarın çıxarıldığı andan 7 (yeddi) gün müddətində qurtardıqda, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarı elan etdikdən sonra məhkəmə bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə məsələyə baxmalıdır. 159.2-ci maddəsinə əsasən məhkəməyədək icraat zamanı işin müstəsna dərəcədə mürəkkəbliyi ilə əlaqədar həbsdə saxlanılma müddəti bu Məcəllənin 159.3-1-ci maddəsində nəzərdə tutulmuş qaydada az ağır cinayətlər üzrə 2 (iki) aydan, ağır cinayətlər üzrə 3 (üç) aydan, xüsusilə ağır cinayətlər üzrə isə 5 (beş) aydan artıq olmayan müddətə məhkəmə tərəfindən uzadıla bilər. Qətimkan tədbirinə münasibətdə məhkəmə qeyd edir ki, iş üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və təqsirləndirilən şəxsin barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbirinin müddəti artıq bitmişdir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun tərəfindən yenidən eyni məzmunlu cinayət əməllərinin törədilə biləcəyi ehtimalının olması, onun məhkəməyədək icraat dövründə azadlıqda qalmaqla istintaqdan qaçıb gizlənəcəyinə və bununla da istintaqın normal gedişinə maneçilik edəcəyinə kifayət qədər əsasların olmasına dəlalət etdiyi nəzərə alınaraq, təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddəti iki ay müddətinə, yəni 10 yanvar 2023-cü il tarixədək uzadılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 300, 303, 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 və 228.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən pozuntuların aradan qaldırılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti iki ay müddətinə, yəni 10 yanvar 2023-cü il tarixədək uzadılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilməz. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar