Məhkəmə qərarları › İş №1(125)-213/2024

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-213/2024

12.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-213/2024 12.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, məhkəmə iclasının katibi İbrahimov İbrahim Yasin oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X2, Təqsirləndirilən şəxs, müdafiəçi-Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1998-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, 19 fevral 2023-cü il tarixdə axşam saatlarında ünvan 2 ünvanında qeyrirəsmi ər-arvad münasibətində olduğu Zərərçəkmiş şəxs ailə daxili münasibətlər zəmnində yaranmış mübahisə zamanı yumruq zərbələri ilə vuraraq ona alın nahiyəsinin sağ və sol yarısının qançırları, alın nahiyəsinin mərkəzinin, sağ və sol gözətrafı nahiyənin və sağ və sol yanağın yuxarı yarısının hematomaları, hematoma fonunda sağ gözün ağlı qişasının bayır yarısına total qansızma, sağ yanağın şişkinliyi, sağ və sol qulaq seyvanının ön səthlərinin və arxa səthlərində qulaqdibi nahiyənin, sağ gicgah nahiyəsinin qançırları, boyunun yuxarı 1/3-nin sol yan səthinin sıyrığı, döş qəfəsinin arxa səthinin sağ yarısında arxa qoltuq xətti üzrə İV-V qabırğalararası sahənin, sağ bazunun yuxarı 1/3-nin arxa, sol bazu oynağının və bazunun orta 1/3-nin arxa-bayır səthlərinin qançırları, sağ dirsək oynağının arxa səthinin sıyrığı, sağ və sol əl pəncəsinin arxa səthlərinin qançırları ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid olan bədən xəsarətləri yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 2022-ci ilin oktyabr ayında Fatma ilə “Tiktok" sosial şəbəkəsində tanış olmuş və aralarında sevgi münasibətləri yaranmışdır. Əvvəllər aralarında mübahisələr olmamış və Fatma ilə yaxşı yola getmişdir. xx.xx.2023-cü il tarixdə axşam saatlarında yaşadığı evdə o, atası Ceyhun, dostu İsa və Fatma olmuşdur. O, dostu İsə ilə domino oynamışdır. Həmin vaxt Fatmaya zəng gəlmiş və Fatmanın telefon danışığından anası Elmira ilə danışdığını başa düşmüşdür. Fatmanın telefon danışığı uzandığı üçün, yaxınlaşıb nəyi müzakirə etdiyini soruşduqda, Fatma ona kobud cavab vermiş və bu zaman aralarında mübahisə yaranmış və o, əsəbləşərək Fatmanın üz nahiyəsinə bir neçə yumruq zərbəsi endirmiş, həmin vaxt İsa və atası Ceyhun isə otağa girib onları ayırmışdır. Sonra o, əsəbləri sakitləşdikdən sonra Fatma ilə barışmaq üçün həmin vaxt evlərinin yaxınlığında yerləşən dükana gedib şirniyyatlar alıb gətirib Fatmaya vermiş və beləcə aralarında yaranmış narazılıq sovuşmuşdur. xx.xx.2023-cü il tarixdə gündüz saatlarında isə Fatmanın anası Elmira yaşadıqları mənzilə gəlmiş və Fatmanı döydüyünə görə ona iradını bildirib, sonra isə Fatmaya məxsus əşyaları yığıb Fatma ilə birlikdə Bakı şəhərinə çıxıb getmiş və gedəndən sonra ondan polisə şikayət etmişlər. Bunda sonra o, bir daha Fatmanı görməmiş və aralarında telefon danışığı olmamışdır. Hazırda əməlindən peşmandır. Məhkəmədən səmimi etiraf ifadəsini nəzərə alıb ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışında cinayət prosesi tərəflərinin razılığı ilə ifadəsi tədqiq edilmiş Zərərçəkmiş şəxs ibtidai istintaqa verdiyi ifadəsindən görünür ki, o, heç bir yerdə işləmir və evdar qadındır. Təqsirləndirilən şəxs ilə təxminən 5 ay əvvəl tanış olmuş və onunla qeyrirəsmi ər-arvad münasibətində olmuşdur. xx.xx.2023-cü il tarixdə axşam saatlarında yaşadıqları evdə olan zaman Pərviz ona ev işlərini görməyini bildirib onunla mübahisə etmiş və onu nalayiq ifadələr ilə söyüb təhqir edib, sonra isə üzərinə gələrək əl və ayaq zərbələri ilə bədəninin müxtəlif nahiyyələrinə vuraraq onu döymüşdür. Həmin zaman evdə onlardan başqa Pərvizin atası Ceyhun və dostu İsə adlı şəxs olmuşdur. Məhkəmə baxışında cinayət prosesi tərəflərinin razılığı ilə ifadəsi tədqiq edilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsindən görünür ki, 2022-ci ilin oktyabr ayında oğlu Pərviz ona Zərərçəkmiş şəxs adlı şəxslə sosial şəbəkədə tanış olduğunu, aralarında sevgi münasibətləri yarandığı və birlikdə yaşayacaqlarını bildirmiş, o isə narazı olmadığını söyləmişdir. X5 arasında mübahisələr olmamış və birlikdə mübahisəsiz yaşamışlar. xx.xx.2023-cü il tarixdə axşam saatlarında yaşadığı evdə o, oğlu Pərviz, Pərvizin dostu İsə və Zərərçəkmiş şəxs olmuşdur. Həmin vaxt o yaşadıqları mənzilin yataq otağında olan zaman qəflətən səs-küy eşitmiş və yaşadıqları evin eyvanına yaxınlaşdıqda, orada Pərvizin Fatmanı döydüyünü, yəni Pərvizin Fatmanın üz nahiyəsinə bir neçə yumuruq zərbəsi endirdiyini görmüş, bu zaman o və Pərvizin dostu İsə onları ayırmış və Pərvizi sakitləşdirmişlər. Sonra Pərviz mənzildən çıxaraq yaşadıqları binanın yaxınığında yerləşən dükana alış-veriş etmək üçün getmiş və təkrar evə qayıdıb gəlmişdir. Səhəri gün, yəni xx.xx.2023-cü il tarixdə Fatmanın anası Elmira yaşadıqları mənzilə gəlmiş və Fatmanı Bakı şəhərində yerləşən yaşadıqları mənzilə aparacağını bildirdikdən sonra, Fatmaya məxsus əşyaları yığıb yaşadıqları mənzili birlikdə tərk edib getmişlər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, təhqiqat və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 X6 xx.xx.2023-cü il tarixli, 351 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarət - alın nahiyəsinin sağ və sol yarısının qançırları, alın nahiyəsinin mərkəzinin, sağ və sol gözətrafı nahiyənin və sağ və sol yanağın yuxarı yarısının hematomaları, hematoma fonunda sağ gözün ağlı qişasının bayır yarısına total qansızma, sağ yanağın şişkinliyi, sağ və sol qulaq seyvanının ön səthlərinin və arxa səthlərində qulaqdibi nahiyənin, sağ gicgah nahiyəsinin qançırları, boyunun yuxarı 1/3-nin sol yan səthinin sıyrığı, döş qəfəsinin arxa səthinin sağ yarısında arxa qoltuq xətti üzrə İV-V qabırğalararası sahənin, sağ bazunun yuxarı 1/3-nin arxa, sol bazu oynağının və bazunun orta 1/3-nin arxa-bayır səthlərinin qançırları, sağ dirsək oynağının arxa səthinin sıyrığı, sağ və sol əl pəncəsinin arxa səthlərinin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 19 fevral 2023-cü il tarixdə kənar şəxs tərəfindən alın nahiyyəsinin zərblə yerə çırpılması, boyun nahiyyəsinə əl ilə tutulub boğmağa cəhd edərkən və qeyd olunan digər nahiyələrə yumruqla vurma nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserin xx.xx.2024-cü il tarixli 458 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2024-cü il tarixli 387 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserində qeydiyyatda durmur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində olan əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ekspertiza rəyini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs bədənin müxtəlif nahiyələrinə bir neçə dəfə zərbələr vuraraq, sonuncunun sağlamlığına qəsdən yüngül zərər vurması və onun əməlində cinayət tərkibinin olması tam sübuta yetirilmişdir. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, zərərçəkmiş şəxsin ifadəsi, şahidin ifadələri, ekspertiza rəyi və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutlar istintaq zamanı Azərbaycan Respublikası Cinayət-Prosessual Qanunvericiliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs 19 fevral 2023-cü il tarixdə axşam saatlarında ünvan 2 ünvanında qeyri-rəsmi ər-arvad münasibətində olduğu Zərərçəkmiş şəxs ailə daxili münasibətlər zəmnində yaranmış mübahisə zamanı yumruq zərbələri ilə vuraraq ona alın nahiyəsinin sağ və sol yarısının qançırları, alın nahiyəsinin mərkəzinin, sağ və sol gözətrafı nahiyənin və sağ və sol yanağın yuxarı yarısının hematomaları, hematoma fonunda sağ gözün ağlı qişasının bayır yarısına total qansızma, sağ yanağın şişkinliyi, sağ və sol qulaq seyvanının ön səthlərinin və arxa səthlərində qulaqdibi nahiyənin, sağ gicgah nahiyəsinin qançırları, boyunun yuxarı 1/3-nin sol yan səthinin sıyrığı, döş qəfəsinin arxa səthinin sağ yarısında arxa qoltuq xətti üzrə İV-V qabırğalararası sahənin, sağ bazunun yuxarı 1/3-nin arxa, sol bazu oynağının və bazunun orta 1/3-nin arxa-bayır səthlərinin qançırları, sağ dirsək oynağının arxa səthinin sıyrığı, sağ və sol əl pəncəsinin arxa səthlərinin qançırları ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid olan bədən xəsarətləri yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət olmaqla, qəsdən sağlamlığa yüngül zərər yetirməklə əlaqədar qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs təqsirini etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini və hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzalarından islah işləri cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak və maddi sübut yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. Məhkəmə müəyyən etdi ki, hazırkı cinayət işi üzrə məhkəmə məsrəfləri yoxdur. İttiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət-Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə dövründə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 20 (iyirmi) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına (03 may 2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə məsrəfləri və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulmaqla 06 (altı) ay müddətinə islah işləri cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablansın. Hökmün icrası yaşayış yeri üzrə İcra və Probasiya qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 120 (yüz iyirmi) manat məbləğində pul Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar