Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-215/2022 18.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X11 Qəhrəman oğlunun sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Dövlət ittihamçısı X7, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi, Zərərçəkmiş şəxsin hüquqi varisi X1 iştirakı ilə xx.xx.1971-ci ildə Xanlar rayonu, Sarısu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 20 iyul 2022-ci il tarixdə, saat 21:30 radələrində ayıq vəziyyətdə idarə etdiyi “VAZ 21065 minik” markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri Nizami Gəncəvi prospekti ilə üzü şəhərin mərkəzi istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bina əməl etməyib yolun sağ tərəfindən sol tərəfinə keçən piyada X3 avtomobilin ön sağ tərəfi ilə vuraraq, ehtiyatsızlıqdan sonuncunun baş beyninin yumşaq qişasına bütün nahiyələrdə qansızma, beyin mədəciklərinə və beyninə qansızma, başın yumşaq toxumalarına sağ alın təpə və sol ənsə nahiyələrinə qansızma, alın sümüyünün kəllə əsasına keçən xətti sınığı, alın və sağ təpə nahiyələrinin əzilmiş yaraları, burun sümüyünün sınığı, İİİ, İV bel fəqərələrinin sol yan çıxıntılarının, V bel fəqərəsinin isə sol və yan çıxıntılarının, sağ kürək sümüyünün akromion çıxıntısının, sağ bazu sümüyünün yuxarı 1/3 hissəsinin, sağ qalça və sol oturaq sümüklərinin sınıqları, döş qəfəsinin sağ tərəfində İ qabırğanın ön qoltuqaltı xətt üzrə sınması, sınıq ətrafı yumşaq toxumalara qansızmanın olması, sağ böyrəkətrafı yumşaq toxumalara qansızma, burun, hər iki baldır, hər iki ayağın üst səthlərinin sıyrıqları, sağ gözətrafı və sağ bazu nahiyələrinin qançırları ilə müşayiət olunan xəsarətlər yetirməklə açıq küt kəllə beyin travması nəticəsində əmələ gələn kəllə sümüklərinin sınması, baş beynin yumşaq qişasına, beyin mədəciklərinə, beyinciyə qansızma nəticəsində ehtiyatsızlıqdan Ramiz Novruzovun ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək göstərmişdir ki, B dərəcəli sürücülük vəsiqəsi əsasında idarə etdiyi özünə məxsus “VAZ-21065” markalı, **-CO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olub ailəsini dolandırır. 20 iyul 2022-ci il tarixdə, saat 21:30 radələrində idarə etdiyi həmin avtomobili ilə Gəncə şəhəri Nizami prospekti ilə «Ramada Plaza» oteli tərəfdən şəhərin mərkəzi istiqamətində təxminən saatda 40 km sürətlə yolun ikinci hərəkət zolağı ilə hərəkət edən vaxt onunla eyni istiqamətdə, yəni yolun birinci hərəkət zolağı ilə markasını, rəngini, dövlət qeydiyyat nömrə nişanını bilmədiyi avtomobil də hərəkət etmişdir. O, hərəkətdə olarkən qəfil anda yolun sağ tərəfindən, sol tərəfinə keçmək istəyən arıq bədənli orta yaşlı bir nəfər kişi onun sağ tərəfi ilə hərəkətdə olan markasını, dövlət qeydiyyat nömrə nişanını bilmədiyi avtomobilin qarşısından keçərək onun hərəkət yolunun qarşısına çıxmış, o, həmin şəxsi vurmamaq üçün dərhal əyləci bassa da hadisədən qaça bilməmiş və idarə etdiyi avtomobilin sağ ön tərəfi ilə həmin piyadanı vurmuş, həmin şəxsin başı avtomobilin ön alın şüşəsinə dəymiş və yerə yıxılmışdır. O, dərhal avtomobilini saxlayıb yerə düşmüş, hadisə yerinə toplaşmış tanımadığı şəxslərin köməkliyi ilə həmin şəxsi yerdən götürüb avtomobilinin arxa oturacağına uzatmış, əvvəlcə xəsarət alan şəxsi Gəncə şəhər Abbas Səhhət adına Xəstəxanaya aparsa da başından xəsarət aldığı üçün orada ona bildirmişlər ki, X4 aparmalıdır. O, da yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan şəxsi X4 aparıb oradakı həkimlərə təhvil vermiş, daha sonra xəstəxanaya gəlmiş yol patrul xidmətinin əməkdaşları ilə birlikdə hadisə baş verən yerə qayıtmışdır. Həkimlərin səyinə baxmayaraq, Ramiz Novruzov baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 21 iyul 2022-ci il tarixdə, saat 02 radələrində xəstəxanada vəfat etmişdir. Hadisənin baş verməsinə səbəb adını sonradan bildiyi piyada Ramiz Novruzovun yolun sağ tərəfdən sol tərəfə keçmək üçün qəfil anda idarə etdiyi avtomobilin qarşısına çıxması olmuşdur. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş tərəflə barışıq əldə etmiş, mərhumun dəfni və yas məclisi ilə bağlı xərclərin ödənilməsində iştirak etmişdir. Zərərçəkmiş tərəfin ona qarşı heç bir tələbi və şikayəti yoxdur. Göstərilənləri nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi X5 göstərmişdir ki, mərhum X6 onun əridir, sonuncu gündəlik olaraq qazancını qaynaqçı işləməklə əldə etmişdir. Ramiz Novruzov adətən səhər saat 07:30-da evdən çıxır və axşam saat 21-də evə qayıdır. 20 iyul 2022-ci il tarixdə, saat 15:30-da Ramiz Novruzov evdən çıxıb işə getmiş, həmin gün o, yaşadığı evdə olarkən saat 23 radələrində oğlu Ruslan evə gəlib Nizami Gəncəvi prospektində, 41 nömrəli məktəbin yaxınlığında Ramizin piyada yolu keçərkən avtomobil vurduğunu, nəticədə xəstəxanaya yerləşdirilyini bildirmişdir. Bundan sonra o, dərhal Gəncə şəhər Beynəlxalq Xəstəxanasına getsə də, həkimlər Ramizin həyatını xilas edə bilməmişlər. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Onlara dəymiş ziyan ödənilmişdir. Bu barədə notarial qaydada təsdiq olunmuş ərizə təqdim etmişdir. Məhkəmədə Şahid göstərmişdir ki, Gəncə şəhər Baş Polis İdarəsinin X13 Şöbəsində inspektor vəzifəsində işləyir, 20 iyul 2022-ci il tarixdə, saat 20:00-da xidmətdə olan vaxt növbətçi hissədən verilmiş ünvan 2 ünvanının qarşısında yol nəqliyyat hadisəsi baş verməsi barədə məlumat əsasında dərhal hadisə yerinə getmiş, həmin yerə çatanda yolun kənarında tanımadığı şəxslərin toplaşdıqlarını görmüş və həmin şəxslər bildirmişlər ki, göy-yaşıl rəngli “VAZ 21065 minik” markalı avtomobil yolu keçən piyada şəxsi vurub xəsarət yetirmiş və dərhal da avtomobilinə qoyaraq, xəstəxanaya aparmışdır. Bundan sonra o, Gəncə şəhər Beynəlxalq Xəstəxanasına getmiş, xəstəxanada olan vaxt bir nəfər orta yaşlı kişi ona yaxınlaşaraq özünü Təqsirləndirilən şəxs kimi təqdim edib bildirmişdir ki, idarə etdiyi “VAZ 21065 minik” markalı, **-CO-*** nömrə nişanlı avtomobili ilə Gəncə şəhəri Nizami prospekti ilə «Ramada Plaza» oteli tərəfdən şəhərin mərkəzi istiqamətində hərəkətdə olarkən sağ tərəfdən yolun sol tərəfinə keçmək istəyən piyada qəfil anda qarşısına çıxdığı üçün idarə etdiyi avtomobilin ön sağ tərəfi ilə həmin piyadanı vurub xəsarət yetirmiş və dərhal da avtomobilinə qoyaraq xəstəxanaya aparmışdır. Xəstəxanada olan vaxt onlara məlum olmuşdur ki, yolnəqliyyat hadisəsi nəticəsində xəsarət alan Ramiz Novruzov adlı şəxs aldığı xəsarətlərlə əlaqədar ölmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs sərxoşluğunu müəyyən etmək məqsədilə sonuncunu narkoloji dispanserə aparmış, həkim müayinəsindən sonra məlum olmuşdur ki, Təqsirləndirilən şəxs hadisə zamanı tam ayıq vəziyyətdə olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə birlikdə hadisə yerinə aparıb sonuncunun iştirakı ilə hadisə yeri müayinə olunmuş, müstəntiq tərəfindən müvafiq sənədləşmə aparılmışdır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X10-Təcrübi və Tədris Birliyinin 21 iyul 2022-ci il tarixli, 60 nömrəli rəyindən görünür ki, X2 bədəni üzərində olan xəsarətlər – baş beyinin yumşaq qişasına bütün nahiyələrdə qansızma, beyin mədəciklərinə və beyinciyə qansızma, başın yumşaq toxumalarına sağ alın təpə və sol ənsə nahiyələrinə qansızma, alın sümüyünün kəllə əsasına keçən xətti sınığı, alın və sağ təpə nahiyələrinin əzilmiş yaraları, burun sümüyünün sınığı, İİİ, İV bel fəqərələrinin sol yan çıxıntılarının, V bel fəqərəsinin isə sol və yan çıxıntılarının, sağ kürək sümüyünün akromion çıxıntısının, sağ bazi sümüyünün yuxarı 1/3 hisəssinin, sağ qalça və sol oturaq sümüklərinin sınıqları, döş qəfəsinin sağ tərəfində İ qabırğanın ön qoltuqaltı xətt üzrə sınması, sınıq ətrafı yumşaq toxumalara qansızmanın olması, sağ böyrəkətrafı yumşaq toxumalara qansızma, burun, hər iki baldır, hər iki ayağın üst səthlərinin sıyrıqları, sağ gözətrafı və sağ bazu nahiyələrinin qançırlar bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmiş, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir, həmin xəsarətlərin hərəkətdə olan avtomaşının vurması nəticəsində əmələ gəlmələri istisna edilmir, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. X2 ölümünə səbəb açıq küt kəllə beyin travması nəticəsində əmələ gələn kəllə sümüklərinin sınması, baş beyinin yumşaq qişasına, beyin mədəciklərinə və beyinciyə qansızma olmuşdur. İşdə olan AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 sentyabr 2022-ci il tarixli, 8/2107 nömrəli rəyindən görünür ki, “VAZ 21065 minik” markalı, **- CO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uygunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İşdə olan Gəncə şəhər Rayonlararası Narkoloji Dispanserdən alınmış xx.xx.2022-ci il tarixli 1634/2022 nömrəli sərxoşluq aktından görünür ki, sürücü Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Narkoloji dispanserindən alınmış xx.xx.2022-ci il tarixli, 3360 saylı arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixonevroloji dispanserindən alınmış xx.xx.2022-ci il tarixli, 4253 saylı arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur. İşdə olan məhkəmə-narkoloji ekspertizasının 04 oktyabr 2022-ci il tarixli, 1474 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. İşdə olan DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Gəncə şəhəri Nizami rayonu Hərbi Komissarlığının xx.xx.1993-cü il tarixli, 4/207 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1992-ci ildə könüllü olaraq Azərbaycan Milli Ordusu sıralarına daxil olmuş, xx.xx.1992-ci il tarixdə Tərtər rayonunda Malakan kəndinin azad olunması zamanı ağır yaralanmışdır. İş materiallarında olan BDYPİ-nin Gəncə RQİ və TBŞ-dən alınmış xx.xx.2022-ci il tarixli, 313-4742-1222 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2012-ci il tarixdən xx.xx.2031-ci il tarixdək BC 101991 nömrəli B kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququ məhdudlaşdırılmamışdır. İş materiallarından görünür ki, “VAZ 21065 minik” markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs mülkiyyətindədir. Zərərçəkmiş şəxsin hüquqi varisi X1 notarial qaydada təsdiqlənmiş ərizəsindən görünür ki, onun təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 85 (səksən beş) manat məbləğində qiymətləndirilmişdir. İş materiallarından görünür ki, bir ədəd “VAZ 21065 minik” markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınaraq, sahibi Təqsirləndirilən şəxs qaytarılmışdır. Məhkəmə işdəki sübutları araşdırıb, təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsin hüquqi varisini, şahidi dinləyib, onları məcmu üzrə qiymətləndirərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə tövsif edilmişdir, o, göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və barəsində ittiham hökmü çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda cinayət məsuliyyətinə səbəb olur. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etdiyini, ilk dəfə olaraq az ağır cinayət törətdiyini və əməlindən peşman olduğunu, yaşadığı yer üzrə müsbət xarakterzə olunduğunu, hadisədən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılmasına çalışdığını, birinci Qarabağ müharibəsi zamanı torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etdiyini və yaralandığını, zərərçəkən tərəflə barışıq əldə etdiyini, ona qarşı şikayət və tələbin olmadığını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən halların olması, o cümlədən birinci Qarabağ müharibəsi zamanı torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etməsi və yaralanması, cəzasını ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən Bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmışdır. Həmçinin, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar da aşkar edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyası çərçivəsində əlavə və əsas cəza təyin edilməlidir. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs, hadisədən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılmasına çalışdığını, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini, məhkumluğunun olmadığını, şəxsiyyətini müsbət səciyyələndirən halların məcmusunu, birinci Qarabağ müharibəsi zamanı torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etdiyini və yaralandığını, cəzasını ağırlaşdıran halların isə müəyyən edilmədiyini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin ona təyin ediləcək əsas cəzasını çəkmədən də islah olunması mümkündür və ona təyin ediləcək həmin cəza şərti olaraq tətbiq edilə bilər. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər; Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır; Cinayət qanununda cəzanın 3 məqsədi müəyyən olunmuşdur: 1) sosial ədalətin bərpası; 2) məhkumun islah edilməsi, yəni xüsusi xəbərdaredici məqsəd; 3) başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması, yəni ümumi xəbərdaredici məqsəd (CM, maddə 41.2). Şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas məhkumun cəza çəkmədən islah olunmasının mümkün sayılmasıdır, qanunverici başqa əsas müəyyən etməmişdir (CM-nin 70.1-ci maddəsi). Göründüyü kimi, şərti məhkum etmənin tətbiqi zamanı cəzanın 2-ci məqsədinə çatmağın mümkünlüyü müzakirə olunmalıdır, bu məqsəd isə məhkumun islah edilməsidir. Məhkumun islah edilməsi deyiləndə onda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılması başa düşülür (Cəzaların İcrası Məcəlləsi maddə 8.1). Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır, törətdiyi cinayət az ağır cinayət hesab olunur. Hazırki vəziyyətdə o, zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etmişdir, cəzasını ağırlaşdıran hallar isə mövcud deyildir. Belə vəziyyətdə iddia etmək olmaz ki, Təqsirləndirilən şəxs qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılması üçün o, mütləq cəza çəkməlidir. Əgər cəzanı ağırlaşdıran hallar mövcud deyildirsə, ehtiyatsızlıqdan az ağır cinayət törədən, cəzasını yüngülləşdirən kifayət qədər hallar olan bir şəxsin şərti məhkum etmə institunun imkanlarından yararlanmaq haqqı təmin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Həmin Məcəllənin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər; Həmin Məcəllənin 70.6-cı maddəsinə əsasən şərti məhkum edilmiş şəxs üzərində nəzarəti müvafiq dövlət orqanları, hərbi qulluqçular üzərində nəzarəti isə hərbi hissələrin və müəssisələrin komandanlığı həyata keçirir; Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə əlavə və əsas cəza təyin edilməli, onun məsuliyyətini yüngülləşdirən halların məcmusu nəzərə alınaraq cəza çəkmədən islah olunması mümkün hesab edilib Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin ediləcək əsas cəzası sınaq müddəti ilə şərti tətbiq edilməli, sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 85 manat pul təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış bir ədəd “VAZ 21065 minik” markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs qaytarıldığı nəzərə alınmalıdır. İş üzrə mülki iddia və müsadirə tətbiq ediləsi əmlak və vasitə yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan CPM-nin 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə müddətinə azadlıqdan məhrumetmə cəzası 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Şərti məhkum edilmiş Təqsirləndirilən şəxs üzərinə cəzaların icrasına nəzarət edən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd “VAZ 21065 minik” markalı, **-CO- *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs qaytarıldığı nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin Dövlət xəzinədarlığı Agentliyindəki AZ34CTRE******************** №-li hesabına köçürülsün. Hökmün icrası Gəncə şəhəri üzrə İcra idarəsinə həvalə olunsun. Hökmdən 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Xəqani Tağıyev
Məhkəmə qərarları › İş №1(125)-215/2022
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-215/2022
18.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver