Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-215/2024 13.06.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, dövlət ittihamçısı - Dövlət ittihamçısı, Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1990-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 15-ci küçədə yaşayan barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi (13 dekabr 2023-cü il tarixədək olan redaksiya) ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan xeyli miqdarda, yəni təmiz çəkisi 1,468 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 15 yanvar 2024cü il tarixdə Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında həmin şöbənin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, həmin günü, yəni 15 yanvar 2024-cü il tarixdə, saat 18:05-da Gəncə şəhəri, Məhsəti qəsəbəsində saxlanılaraq Gəncə şəhəri, H.Əliyev prospekti 265 ünvanında yerləşən Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin inzibati binasına gətirilmiş, həmin şöbədə üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli cins şalvarın ön sağ cibindən 1 ədəd şəffaf sellofan bükümün içərisindən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 1,468 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan “metamfetamin” aşkar olunaraq götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsindənəzərdə tutulmuş cinayət əməlini törətmişdir. İşin halları və dəlilləri: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək ifadə verməkdən imtina etmiş və istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Gəncə ŞBPİ-nin 2-ci PŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Gəncə şəhər sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti, ədavət və düşmənçiliyi olmamışdır. Gəncə şəhəri, Ə.Əliyev pr. ev 2, m 8-də qeydiyyatda olmaqla Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 15-ci küçədə yaşayan Təqsirləndirilən şəxs mütamadi olaraq psixotrop maddələri qəbul etməkdə, əldə edib üzərində gəzdirməkdə və istifadə etməkdə şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Gəncə şəhər Baş Polis İdarəsinin Gəncə ŞBPİ-nin 2-ci PŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 Asini oğlu ilə birlikdə 15 yanvar 2024-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində psixotrop maddə qəbul etməkdə, əldə edib üzərində saxlamaqda və daşımaqda şübhəli olan Təqsirləndirilən şəxs həmin günü saat 18:05-da Gəncə şəhəri, Məhsəti qəsəbəsində yolun kənarında saxlanılaraq onu Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Şöbəsinə dəvət etmişdirlər. Şöbədə ona hüquqlarının müdafiə olunması üçün müdafiəçi ilə təmin olunmaq hüququ izah edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiə olunması üçün müdafiəçi ilə təmin olunmaq hüququ izah edilmiş və X6 müdafiəçi qismində iştirakı təmin olunmuşdur. Şəxsi axtarış aparmazdan əvvəl şübhəli şəxsin hüquq vəzifələri izah edilmiş, şübhəli şəxs və müdafiəçisi həmin bildirişi imzalamış və bildiriş protokolu ona təqdim edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində hər hansı cinayət xarakterli əşya və ya predmet varsa təqdim etməsi bildirilmişdir. Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın ön sağ cibindən üzərindən aşkar olunaraq götürülmüş bükümün içərisində ilk baxışdan psixotrop maddə olan “metamfetamin” kütlə aşkar olunaraq götürülmüşdür. Bundan başqa üzərində hər hansı cinayət xarakterli əşya və ya predmet olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs şəxsi istifadəsi üçün üzərində saxladığını, üzərindən götürərək istifadə etmədiyini, heç kimə satmadığını, bu barədə heç kəsin məlumatının olmadığını bildirmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə olan "metamfetamin” kütlə elektron tərəzidə çəkilmiş, psixotrop maddəyə oxşar kütlənin ümumi çəkisi 1,57 qram olmaqla zərfə qoyulub qablaşdırılmış və zərfin üzəri Azərbaycan Respublikası DİN-in 120 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs üzərindən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Müdafiəçi X1 Sənan Tahir oğlundan üzərində aşkar olunmuş kütlənin özünə məxsus olub-olmadığını, ona qarşı hər hansı təzyiq, hədə qorxu olub-olmadığını soruşmuş və Təqsirləndirilən şəxs həmin kütlənin özünə məxsus olduğunu, ona qarşı heç bir təzyiq və hədə-qorxu olmadığını, aşkar olunmuş kütləni öz şəxsi istifadəsi üçün üzərində saxladığını, heç kimdən almadığını, heç kimə satmadığını bildirmişdir. Bu barədə protokol tərtib edilmiş, doğruluğu imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən psixotrop maddəni haradan və necə əldə etməsi barədə konkret məlumatları yoxdur, lakin bu istiqamətdə əməliyyat tədbirləri davam etdirilir. Təqsirləndirilən şəxs saxlanılarkən və ya polis idarəsində heç bir fiziki və ya psixoloji təzyiqə məruz qalmamışdır. Şahid qismində dindirilmiş Gəncə ŞBPİ-nin 2-ci PŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermiş və onun göstərmiş olduğu xüsusatları tam təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanması və icraata götürülməsi haqqında” qərardan görünür ki, toplanmış HK-1/184 nömrəli material əsasında Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işinin başlanması və icraata qəbul edilməsi qərara alınmışdır.(i.v.1); - xx.xx.2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək xx.xx.2024-cü il tarixdə, saat 18:05 dəqiqədə tutulmuşdur (i.v.13); - xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1, Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 şübhəli şəxs Təqsirləndirilən şəxs, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X6 və şəxsi axtarışı video lentə çəkən Gəncə şəhər BPİ-nin KTQ-nin baş inspektoru, polis leytenantı X3 iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, baxış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın ön sağ cibindən 1 ədəd şəffaf rəngli sellofanda olan bükümün içərisindən metamfetamin aşkar edilmiş, həmin kütlə elektron tərəzidə çəkilərək 1.59 qram müəyyən edilmişdir. Həmin kütlə ağ rəngli kağız zərfə qablaşdırılaraq, DİN-nin “Zərflər üçün” 120 saylı möhürü ilə möhürlənərək, iştirakçılar tərəfindən imzalanmış və ekspertiziya göndərilmişdir (i.v.33-34); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin 16 yanvar 2024-cü il tarixli 16/76 nömrəli rəyində göstərilmişdir ki, Məhkəmə-kimyəvi ekspertizasının 16 yanvar 2024-cü il tarixli 16/76 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs” yazılar və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 1,468 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə “metamfetamindir”.(Metamfetamin təmiz çəkisi - 1,468 qram, tədqiqata sərf edildi - 0,05 qr, qalıq - 1,368 qr) Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” siyahısına əsaslanaraq yoxlanıldı və müəyyən olundu ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin”- in 1-ci siyahısına daxildir. (i.v.42-43); - 17 yanvar 2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddə ilə ittiham elan edilmişdir.(i.v. 56-57); - 17 yanvar 2024-cü il tarixli “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmişdir.(i.v. 65-66); - 17 yanvar 2024-cü il tarixli “təqsirləndirilən şəxsin MYS-dən azad olunması və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsidə “polisin nəzarəti altına vermə” haqqında iltizam qətimkan tədbiri seçilmiş və saxlanıldığı Gəncə şəhər BPİ-nin MSY-dən azad edilmişdir.(i.v. 75-76); - Gəncə şəhər Narkoloji Dispanserindən alınmış xx.xx.2024-cü il tarixli, 279 saylı arayışda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Narkoloji Dispanserdə qeydiyyatda durmur. ( i.v.82); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Psixo-nevroloji dispanserinin 17 yanvar 2024-cü il tarixli, №29 saylı məktubdan görünür ki, Gəncə şəhəri, Ə.Əliyev pr. ev2, m 8-də yaşayan 1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2008-ci il tarixdən dispanserə müraciət etmiş və ona “Ruhi xəstəliyi yoxdur. Anamnezində nevrotik reaksiyalar” diaqnozu qoyulmuşdur. Bundan sonra X8 bir daha dispanserə müraciət etməmişdir. ( i.v.83); - DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il tarixdə Nərimanov Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikasının CM 185.2.1-ci maddəsi ilə 01 il 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı il tarixdə Xəzər Rayon MƏhkəməsinin qərarı ilə 03 ay 29 gün vaxtından əvvəl şərti olaraq azad edilmiş, xx.xx.2017-ci il tarixdə isə cəzasını çəkib qutarmışdır. Daha sonra Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə AR-nın CM-nin 177.2.1-ci maddəsində qeyd olunmuş cinayət hadisəsini törətdiyi üçün 01 il 08 ay 12 gün azadlığı məhdudlaşdırılmışdır. xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmışdır. Ona görə də onun hazırkı cinayət əməli cinayətlərin residivi kimi qiymətləndirilməmişdir. (i.v. 85-86); - xx.xx.2019-cu il tarixli, 1(011)-19/2019-cü il saylı Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.3-cü maddəsinə əsasən CM-nin maddəsinə əsasən CM-nin 62-ci maddəsi tətbiq edilməklə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasında məhkum eilməsi, Təqsirləndirilən şəxs həbsdə saxlandığı 01 (bir) ay 25 (iyirmi beş) gün AR CM-nin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla Təqsirləndirilən şəxs təyin olunmuş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 03 (üç) ay 20 (iyirmi) gün çıxmaqla üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 10 (on) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılması hökm edilmişdir. (i.v. 88-93); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 02 fevral 2024-cü il tarixli, 153 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür.( i.v.100); - 05 fevral 2024-cü il tarixli “video görüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin təhqiqatçısı, polis leytenantı X4, Gəncə ŞBPİ-nin 2-ci PŞ-nin CAB-nin, əməliyyat müvəkkili, polis kapitanı Şahid1, həmin idarənin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, müdafiəçi X6 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildi. Şəxsi axtarış keçirilməzdən qabaq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq vəzifələri izah edilir. Daha sonra ona üzərində qanunla qadağan olunmuş əşya və predmet varsa təqdim etməsi təklif olunur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın ön sağ cibindən 1 ədəd şəffaf sellofana bükülmüş içərisində şəffaf rəngli və ilk baxışdan psixotrop maddə olan “metamfetaminə” oxşar kütlə aşkar olunaraq götürülmüşdür. Bundan sonra diskdə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə olan "metamfetaminə" bənzər kütləni haradan əldə etməsini soruşduqda sonuncu bildirdi ki, Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerdən tapmışdır. Diskdə Təqsirləndirilən şəxs o psixotrop maddəni hər hansı bir şəxsə satmaq niyyəti olmadığını bildirir. Müdafiəçi X12 ona hər hansı bir fiziki və ya psixi təsirin olub-olmadığını soruşan zaman Təqsirləndirilən şəxs ona qarşı heç bir təsirin olmadığını bildirmişdir. Bundan sonra həmin kütlə elektron tərəzidə çəkilir və bükümlə birlikdə ümumi təmiz çəkisi 1,57 qram olmuşdur. Daha sonra müvafiq qaydada qablaşdırılır, 120 nömrəli möhrlə möhrlənir və imzalarla təsdiq edilir. (i.v. 106); - xx.xx.2024-cü il tarixli 3-13-57-3/298/24 saylı əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamini həqiqətən hansı mənbədən əldə etməsi müəyyən edilə bilməmişdir. Təqsirləndirilən şəxs hər hansı şəxsə və ya şəxslərə psixotrop maddə satması, qanunsuz olaraq psixotrop maddə əldə etməsində ona kiminsə kömək etməsi, qanunsuz yolla əldə etdiyi psixotrop maddədən digər yerlərdə gizlədərək saxlaması müəyyən edilməmişdir.(i.v.111); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MPEM-nin xx.xx.2024-cü il tarixli, 104 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs qeyd edilən hadisəni törədən zaman və hal-hazırda hır hansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin təktək psixopatik çizgiləri) baxmayaraq o, hadisə zamanı və hal-hazırda öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni cinayət hadisəsini törədən zaman ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür, onun hal-hazırda məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyacı yoxdur. (i.v.113-114); - xx.xx.2024-cü il tarixli Asan-Gəncə tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 5 ünvanında qeydiyyatdadır. (i.v.117); - Sübutların qiymətləndirilməsi haqqında 15 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin 16 yanvar 2024-cü il tarixli 16/76 nömrəli, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 02 fevral 2024-cü il tarixli, 153 saylı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MPEM-nin xx.xx.2024-cü il tarixli, 104 saylı rəyləri, Gəncə şəhər Narkoloji Dispanserindən alınmış xx.xx.2024-cü il tarixli, 279 saylı arayışı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Psixo-nevroloji dispanserinin 17 yanvar 2024-cü il tarixli, №29 saylı məktubu, xx.xx.2024-cü il tarixli 3-13-57-3/298/24 saylı əməliyyat tapşırığına cavab məktubu, Gəncə şəhər BPİ-nin 2-ci PŞ-də Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zamanı qeydə alınmış videogörüntü olan 1 (bir) ədəd DVD disk, şahidlərin, təqsirləndirilən şəxsin ifadələri, şəxsi axtarış və götürmə protokolları, maddi sübutlar və cinayət işi üzrə toplanmış digər istintaq sənədləri ilə qiymətləndirilmişdir ( i.v.118-125); - 14.02.2024-cü il tarixli “cinayət işinin materiallarından ayrıca materialın ayrılması haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1 maddəsi ilə olan ********* nömrəli cinayət işinin istintaq materiallarından iş üzrə Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan əldə edib üzərində daşıyaraq saxladığı təmiz çəkisi 1,468 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə etdiyi mənbə müəyyən edilə bilmədiyindən həmin mənbəyə görə ayrıca material ayrılmışdır. ( i.v.127-128); - Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(125)-215/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclasına məcburi gətirilməsi qərara alınmışdır. ( i.v.162-163); - Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(125)-215/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. ( i.v.175- 177); - xx.xx.2024-cü il tarixli “axtarışda olan şəxsin tutulması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 16:00-da Gəncə ŞBPİ-nin 2-ci PŞ-nə könüllü gəlmiş və o, Gəncə şəhər BPİ-nin MSY-yə təhvil verilmişdir. ( i.v.184); - Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(125)-215/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnmişdir. ( i.v.187-188); Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda psixtrop maddə olan metamfetaminin şəxsi istehlak miqdarının yuxarı həddi 0,15 qram təşkil edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin mütamadi olaraq narkotik vasitə qəbul etməsi, narkotik vasitəni üzərində saxlaması tamamilə sübuta yetirilir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadələrinə, şahid ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisələri törədilmişdir, törədilmiş cinayət hadisələri ilə əlaqədar təqsirləndirilən şəxsin əməllərində cinayət tərkibi vardır, cinayət əməllərinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 18.2.1-ci maddəsində göstərilmişdir ki, qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin təhlükəli residivi sayılır. Təqsirləndirilən şəxs Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə ARnın CM-nin 177.2.1-ci maddəsində qeyd olunmuş cinayət hadisəsini törətdiyi üçün 01 il 08 ay 12 gün azadlığı məhdudlaşdırılmışdır. xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmışdır. Ona görədə Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş şəxs hesab edilməklə, törətdiyi cinayət əməli cinayətin residivini yaratmır. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, eləcə də cəzanın səmərəliliyi və məqsədəuyğunluğu nəzərə alınmaqla təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan müddətdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu (CMnin 234.1-ci maddəsinə əsasən) 02 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Beləliklə, məhkəmə törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəza çəkmə müddətinin əvvəli həbsdə alındığı andan – 14 may 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhəri Baş Polis İdarəsində saxlanılan təhqiqata sərf edildikdən sonra təmiz çəkisi 1,368 qram psixotrop maddə olan metamfetamin Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhv edilməli, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatlarının dəyəri 32,40 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 120 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 11 ay (on bir) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün hesablanmaqla, təyin edilmiş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 10 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 1,368 qram metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin və iş üzrə sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertiza tədqiqatlarının cəmi dəyəri olan 32.40 (otuz iki manat qırx qəpik) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 gün müddətində Gəncə şəhəri Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə, müddətin başa çatdığı gündən sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №1(125)-215/2024
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-215/2024
13.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver