Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-216/2022 21.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X10 Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X4, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs Oqtay oğlunun, Müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Oqtay oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs Oqtay oğlu, 05 aprel 2022-ci il tarixdə saat 14 radələrində ayıq vəziyyətdə idarə etdiyi KİA OPTİMA markalı **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinə (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” qadağan nişanı) əsasən maksimum sürətin məhdudlaşdırılması qadağan nişanı tələblərinə əməl etməyərək maksimum hərəkət sürəti 50 km/saat sürətlə məhdudlaşdırılmış Gəncə şəhəri, Ə.Əliyev prospekti ilə üzü şəhərin mərkəzi istiqamətində 60 km/saat sürətlə avtomobili idarə edərək, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan bütün tədbirləri görməli olduğu halda, həmin tələblərə əməl etməyərək həmin prospektdə yolun sağ kənarında dayandığı yerdən sola tərəf dönmə əməliyyatı edib Qəmərli küçəsi istiqamətində hərəkət etmək istəyən Zərərçəkmiş şəxs idarə etdiyi VAZ-21011 markalı, **- BD-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sol bud sümüyünün, boynunun və sol çanaq sümüklərinin sınıqları, sağ baldır, sol bazu nahiyələrinin qançırları xəsarətləri ilə müşayiət olunan, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır dərəcəli bədən xəsarəti vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Oqtay oğlu ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, “Kia Optima” markalı ** NE *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili baş etibarnamə əsasında idarə edir. xx.xx.2022-ci il tarixdə idarə etdiyi “Kia Optima” markalı avtomobillə Göygöl rayonundan gəlib yaşadığı Gəncə şəhəri Eminbəyli küçəsində yerləşən evlərinə getmək istəmiş, həmin vaxt idarə etdiyi avtomobildə tək olmuşdur. O, idarə etdiyi avtomobillə Gəncə şəhəri Əziz Əliyev küçəsi ilə Qəmərli küçəsində olan işıqforu keçdikdən sonra işıqfordan təxminən 20 metr aşağıda dayanmış Vaz 21011 markalı avtomobilin sürücüsü Qəmərli küçəsinə dönmək istəyərkən idarə etdiyi avtomobilin qabaq hissəsi həmin avtomobilin sol yan hissəsinə dəymişdir. Sonra Vaz 21011 markalı avtomobilin sürücüsünə yaxınlaşıb, vəziyyətini soruşmuşdur. Bir neçə dəqiqədən sonra hadisə yerinə X9 avtomobili gəlmiş, Vaz 21011 markalı avtomobilin sürücüsünü Gəncə şəhər TTY xəstəxanasına aparmışdır. Bundan sonra hadisə yerinə gəlmiş polis əməkdaşları hadisə yerini müayinə etmişlər, müayinədən sonra onu sərxoşluq müayinəsindən keçmək üçün narkoloji disponserə aparıb həkimdən keçirmişlər və ayıq olmağı bilinmişdir. Hadisənin baş verməsinə səbəb Vaz 21011 markalı avtomobilin sürücüsünün qəflətən yolun sağ tərəfindən sol tərəfinə sərt manevr etməsi olmuşdur. Hadisə zamanı o heç bir xəsarət almamışdır. O, VAZ-21011 markalı avtomobili yol-ayrıcında vurmamış, nə də ki, həmin avtomobil işıqfor olan yolla hərəkət etməmişdir. Hadisə vaxtı “Kia optima” markalı avtomobili təxminən 60 km/saat sürətlə idarə etmişdir. Vaz 21011 markalı avtomobilin sürücüsünün sola manevr etməsini 1-2 metr məsafədən görmüş və hadisədən yayına bilməmişdir. Sonda təqsirləndirilən şəxs baş vermiş hadisəyə görə peşman olduğunu, bununla belə hadisənin baş verməsində əsas təqsirkarın avtomobili düzgün manevr etməyən Vaz 21011 markalı avtomobilin sürücüsünün olduğunu nəzərə alaraq, onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs Oqtay oğlunu əvvəllər tanımamışdır. VAZ-21011 markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. xx.xx.2022-ci il tarixdə saat 14 radələrində idarə etdiyi VAZ-21011 markalı avtomobillə Göygöl rayonu Murovdağ qəsəbəsindən gəlib Gəncə şəhəri Gülüstan qəsəbəsinə daxil olmuş və Gülüstan qəsəbəsindən Əziz Əliyev prospektinə daxil olan yolda dayanmışdır. Sonra isə Qəmərli küçəsi istiqamətində hərəkətdə olan zaman Göygöl rayonu tərəfdən yüksək sürətlə gələn ağ rəngli Kia markalı avtomobil gələrək avtomobilin qabaq tərəfi ilə onun idarə etdiyi avtomobilin sol yan tərəfindən vuraraq toqquşmuşdur. Hadisə vaxtı avtomobilində gəlinləri Gülarə və Samirə də olmuşdur. Toqquşma nəticəsində o və gəlinləri xəsarət almışdır. O, işıqfordan yol ayrıcına daxil olmuş, həmin vaxt sürəti 5-10 km/saat olmuşdur. Kia markalı avtomobilin üzərinə gəlməsini ani bir vaxtda görmüş, həmin vaxtda məsafə az olduğu üçün heç bir tədbir görə bilməmişdir. Sonda zərər çəkmiş şəxs müalicəsinə xeyli miqdarda vəsait xərcləndiyini, onun çəkmiş olduğu xərclərin təqsirləndirilən şəxs tərəfindən ödənilmədiyi halda, onun barəsində qanunamüvafiq cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid4 ifadəsində bildirdi ki, VAZ-21011 markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil qayınatası Zərərçəkmiş şəxs məxsusdur. xx.xx.2022-ci il tarixdə saat 14 radələrində qayınatası Zərərçəkmiş şəxs idarə etdiyi avtomobillə Göygöl rayonu Murovdağ qəsəbəsindən gəlib Gəncə şəhəri Gülüsütan qəsəbəsinə daxil olmuş və Gülüstan qəsəbəsindən Əziz Əliyev prospektinə daxil olan yolda dayanmışlar. Daha sonra isə Qəmərli küçəsi istiqamətində hərəkətdə olan zaman Göygöl rayonu tərəfdən yüksək sürətlə gələn ağ rəngli Kia markalı avtomobil gələrək avtomobilin qabaq tərəfi ilə onlar olan avtomobilin sol yan tərəfindən vuraraq toqquşmuşdur. Toqquşma nəticəsində onlar xəsarət almışlar. Hadisə vaxtı onları vuran Kia markalı avtomobil çox yüksək sürətlə hərəkət etmişdir. Kia Optima markalı avtomobilin onların üzərinə gəlmələrini ani bir vaxtda görmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid3 Şahid4 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində bildirdi ki, 2008-ci ildən X7 xidmət edir. xx.xx.2022-ci il tarixdə, saat 14 radələrində patrul avtomobili ilə 8-ci marşrut xətti üzrə xidmət apararkən Gəncə şəhəri, Əziz Əliyev prospekti ilə Qəmərli küçəsinin kəsişməsindəki yolayrıcında avtomobillərin toqquşması barədə Gəncə şəhər Baş Polis İdarəsinin Növbətçi Hissəsindən xidməti məlumat alıb onunla birlikdə xidmət aparan DYP-nin inspektoru, polis baş serjantı Şahid2 ilə birlikdə dərhal qeyd edilən hadisə yerinə getmişlər. Hadisə yerinə çatdıqda orada qırmızı rəngli “VAZ 21011” minik markalı avtomobilin və ağ rəngli, “KİA OPTİMA” minik markalı avtomobilin Ə.Əliyev prospekti ilə üzü şəhər istiqamətində yolun sol kənarındakı səkinin üzərində səkiyə çırpılmış vəziyyətdə olmalarını, hadisə yerində çoxsaylı insanların toplaşmasını görmüşlər. Dərhal yolun nizamlanmasını təmin edib yaralı şəxslərə köməklik göstərməyə çalışmışlar. Həmin vaxt bir nəfər şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim edərək “KİA OPTİMA” markalı avtomobili özünün idarə etdiyini bildirmiş və sənədlərini onlara təqdim etmişdir. Onlar hadisə yerinin müayinəsində iştirak etmişlər. Hadisə yerində avtomobillərin və hadisə yerinin fotoşəkilləri çəkilmişdir. Bundan sonra isə hər iki avtomobil DYP-nin cərimə meydançasına aparılmışdır. Sonradan onlara məlum olmuşdur ki, VAZ-21011 markalı avtomobil Gəncə şəhər Ə.Əliyev prospektində yolun sağ kənarında dayandığı yerdən sola tərəf dönmə əməliyyatı edib yolun sol tərəfində yerləşən Qəmərli küçəsi istiqamətində hərəkətdə olmaq istəyən zaman işıqforun yaşıl işığında düzünə hərəkətdə olan KİA OPTİMA markalı avtomobil həmin avtomobilin sol yan tərəfindən vuraraq toqquşmuş, nəticədə bir neçə nəfər xəsarət almışdır. Hadisə zamanı hər iki avtomobili idarə edən süürücülər ayıq vəziyyətdə olmuşlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında xx.xx.2022-ci il tarixli 748/2022 nömrəli aktdan görünür ki, sürücü Təqsirləndirilən şəxs Oqtay oğlu hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında xx.xx.2022-ci il tarixli 749/2022 nömrəli aktdan görünür ki, sürücü Zərərçəkmiş şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi Gəncə şəhəri, Ə.Əliyev prospektində baş vermişdir. Yol-nəqliyyat hadisəsinin baş vermiş avtomobil yolu asfalt olmaqla düz, quru vəziyyətdədir, yolun ümumi eni 11 metrdir, avtomobil yolu bir tərəfli hərəkət üçün nəzərdə tutulmuşdur. Yolun hər iki tərəfindən piyadaların hərəkəti üçün nəzərdə tutulmuş səkilər vardır. Hadisə yerinə baxış zamanı avtomobillərin toqquşma nöqtəsi müəyyən edilmişdir, belə ki, avtomobillər düzünə hərəkət etdikdə yolun sağ tərəfindən mərkəzə tərəf 9 metr məsafədə toqquşmuşdur. Hadisə yerində qəzaya uğramış avtomobillərə məxsus heç bir tormoz izi müəyyən edilməmişdir. Hadisədən əvvəl qəzaya uğramış avtomobillər texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Hadisədən əvvəl hər iki avtomobilin sürücüsü ayıq vəziyyətdə olmuş və onların avtomobili idarə etmək üçün sürücülük vəsiqələri olmuşdur. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 589 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər – sol bud sümüyünün boynunun və sol çanaq sümüklərinin sınıqları, sağ baldır, sol bazu nahiyələrinin qançırları – bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. Məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 1562 saylı rəyində göstərilmişdir ki, Şahid3 bədənində xəsarət müəyyən edilməmişdir. Məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 1561 saylı rəyində göstərilmişdir ki, Şahid4 bədənində xəsarət müəyyən edilməmişdir. Şahid4 adına verilmiş tibbi arayışda həkim tərəfindən yazılan “Sağ diz oynağının, sol topuğun, çiynin əzniyi” diqanozu obyektiv əlamətlərlə təsdiq edilmədiyindən sağlamlığa zərər vurmanın təyinində nəzərə alınmamışdır. Məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının xx.xx.2022-ci il tarixli 8/1018 nömrəli rəyində göstərilmişdir ki, təhqiqat tərəfindən təqdim olunan məlumatlara əsasən KİA OPTİMA markalı **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs Oqtay oğlunun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin 5-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs maksimum hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 50 km/saat sürətdən artıq idarə etməsi şəratində onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı) tələblərinə uyğunsuzluq olmuşdur. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə VAZ-21011 markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini tədqiq etmək mümkün deyildir. Məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının xx.xx.2022-ci il tarixli 8/1769 nömrəli rəyində göstərilmişdir ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən VAZ-21011 markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. KİA OPTİMA markalı **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs Oqtay oğlunun hadisənin qarşısının almasına texniki cəhətdən imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Əhmədov avtomobili maksimum hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” qadağan nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində 60 km/saat sürətlə idarə etməsi şəraitində onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24“Maksimum sürətin məhdudlaşdırılması” qadağan nişanı) tələblərinə uyğunsuzluq olmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X13 İdarəsinin xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubundan və sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Oqtay oğluna AE 114 685 saylı, BC dərəcəli sürücülük vəsiqəsi xx.xx.2015-ci il tarixdən xx.xx.2025-ci il tarixədək verilmişdir. Onun sürücülük hüququ məhdudlaşdırılmamışdır. AC N 944385 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “KİA Optima” minik markalı **-NE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil X5 mülkiyyətindədir. ƏN-Vİİİ № 041910 nömrəli etibarnamənin surətindən görünür ki, “KİA Optima” minik markalı **-NE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil üzərində sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər etməyə dair mülkiyyətçi X8 tərəfindən Təqsirləndirilən şəxs Oqtay oğluna etibarnamə verilmişdir. AZ-İV 594283 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Oqtay oğlunun himayəsində xx.xx.2022-ci il təvəllüdlü bir azyaşlı uşağı vardır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixonevroloji dispanserindən və Gəncə şəhər rayonlararası narkoloji dispanserindən alınmış arayışlardan görünür ki, Təqsirləndirilən şəxs Oqtay oğlu həmin dispanserlərdə qeydiyyatda yoxdur. Gəncə şəhəri 21 nömrəli Evlər Üçlüyü tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Oqtay oğlu yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Oqtay oğlunun məhkumluğu yoxdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs ifadəsində baş vermiş hadisədə onun təqsirinin olmadığını, hadisənin baş verməsinə əsas səbəbin “VAZ 21011” markalı avtomobilin sürücüsünün qəflətən yolun sağ tərəfindən sol tərəfinə sərt manevr etməsi olduğunu bildirmişdir. Lakin, məhkəmə iş üzrə keçirilmiş məhkəmə-yol nəqliyyat hadisələri ekspertizalarının xx.xx.2022-ci il tarixli 8/1018 nömrəli və xx.xx.2022-ci il tarixli 8/1769 nömrəli rəylərini mötəbər sübut kimi qiymətləndirərək qeyd edir ki, həmin ekspertiza rəylərinə əsasən hadisə baş verən vaxt təqsirləndirilən şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin və 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsində qeyd edilir ki, sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Həmin Qanunun 64-cü maddəsinin 1-ci hissəsinə əsasən qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir. Həmin maddələrin tələbinə əsasən Təqsirləndirilən şəxs Oqtay oğlu hadisə vaxtı maksimum sürətin məhdudlaşdırılması qadağan nişanının tələbinə əməl etməli, eyni zamanda avtomobili idarə edən zaman hadisənin qarşısını almaq üçün sürət həddini tam dayanma həddinə qədər azaltmalı idi. Lakin, ekspertizanın rəylərinə əsasən hadisənin baş verməsinin səbəblərindən biri onun qanunun bu tələblərinə riayət etməməsi olmuşdur. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs Oqtay oğlu özünü təqsirli bilməsə də, onun tərəfindən yol hərəkəti qaydalarının pozulması (konkret olaraq “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1ci hissəsinin və 64-ci maddəsinin 1-ci hissəsinin tələbləri) nəticəsində ehtiyatsızlıqdan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsinin törədilməsi özünün qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxsin və şahidlərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına görə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Oqtay oğlunun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs Oqtay oğlunun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs Oqtay oğlunun ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində azyaşlı uşağının olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Oqtay oğlunun əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs Oqtay oğluna cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən halların olması və cəzasını ağırlaşdıran halların müəyyən edilməməsi, ekspertizanın rəyinə əsasən baş vermiş yolnəqliyyat hadisəsində zərər çəkmiş şəxsin də təqsirinin olması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması imkanları hələ tükənməmişdir, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin sanksiyasında daha yüngül cəza növü olan cərimə, islah işləri və azadlığın məhdudlaşdırılması cəzasına alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Təqsirləndirilən şəxsə isnad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəzalar nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini və CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah oluna bilər və azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halların olmasını və cəzasını ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, cəza çəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, iş üzrə maddi sübut kimi tanınan – 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, qəzaya uğramış nəqliyyat vasitələrinin qanuni sahiblərinə geri qaytarılması nəzərə alınmalı, ekspertiza tədqiqatlarının dəyəri olan 213 manat pul təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir. (CPM-198.1.). Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili X3 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 16 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X1 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 96 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Oqtay oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 8 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməsinə və yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Gəncə şəhər Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs Oqtay oğlunun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan Kia Optima markalı, **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobil və Vaz-21011 markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahiblərinə qaytarıması nəzərə alınsın, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri kimi 213 (iki yüz on üç) manat pul Təqsirləndirilən şəxs Oqtay oğlundan tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD–210005, VÖEN **********, m/h AZ41 NABZ013601**********3944, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X1 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 96 manat pul köçürülsün. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. X12
Məhkəmə qərarları › İş №1(125)-216/2022
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-216/2022
21.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver