Məhkəmə qərarları › İş №1(125)-219/2023

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-219/2023

19.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-219/2023 19.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx.xx.1975-ci il Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, işsiz, məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, ünvan 2xanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 3 ünvanın həyətində heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozaraq ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edərək, ümumqəbul edilmiş əxlaq normalarına zidd olaraq ünvanlı nalayiq ifadələr işlətməklə, öz şəxsiyyətini başqalarının fövqündə qoymaqla şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək Zərərçəkmiş şəxs1 qəsdən əl və ayaq zərbələri ilə döyərək sol bazu nahiyəsinin yumşaq toxumalarının və sol gözün alt və üst qapaqlarının yumşaq toxumalarının qançır-şişkinlik halında əzilməsi, sol gözün ağlı qişasına qansızma, döş qəfəsi nahiyəsinin qançırı, sol baldır nahiyəsinin, sol ayağın bayır topuq nahiyəsinin sıyrıqları xəsarətlərini, əlində olan kustar üsulu ilə hazırlanmış, bir tərəfi kəsici ucu deşici xassəyə malik olan soyuq silah hesab edilməyən turist bıçağını silah qismində tətbiq edərək Zərərçəkmiş şəxs1 təpə nahiyəsindən qəsdən zərbələr vuraraq ənsə nahiyəsinin qançır-şişkinliyi, sıyrığı ilə nəticələnən və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL dərəcəli zərər vuran xəsarətləri yetirmiş, həmin vaxt araya girərək hadisənin qarşısını almaq istəyən Zərərçəkmiş şəxs2 onu sakitləşdirmək cəhdlərinə məhəl qoymayaraq qərəzli xuliqanlıq hərəkətlərini davam etdirib sonuncuya qəsdən əl-ayaq zərbələri ilə vuraraq sol göz ətrafı nahiyənin yumşaq toxumalarının əzilməsi, hemotoması və şişkinliyi, sol gözün ağlı qışasına qansızma, burun nahiyəsinin səthi yarası, sağ bazu, boyun nahiyələrinin qançırları, boyun nahiyəsinin sıyrıqları xəsarətlərini, həmçinin əlində olan həmin bıçağı silah qismində tətbiq edərək Zərərçəkmiş şəxs2 üz nahiyəsinə qəsdən vuraraq alt çənə nahiyəsinin sıyrığı xəsarətləri ilə nəticələnən və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL dərəcəli zərər vuran xəsarətləri yetirməklə silah qismində istifadə edilən əşyanı tətbiq etməklə və ictimai qaydanın qorunması üzrə vəzifəsini yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə qərəzli xuliqanlıq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəməiclasındatəqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, O, 5 il əvvəl Türkiyədə olan zaman tanışı Vəli ilə aralarında ticarət fəaliyyəti ilə bağlı əlaqələr olmuşdur. Həmin vaxtlar Türkiyədə olan zaman Vəli yanına gəlib ondan 33000 ABŞ dolları dəyərində Moskvada satması üçün idman geyim əşyaları almışdır. Həmin malları qardaşı, Moskvada olan Raziyə göndərdikdən sonra onlara zəng edib pulunu istəsədə indiyənədək onun pulunu verməmişlər. O, Gəncə şəhərinə gəldikdən sonra Vəlini tapa bilmədiyi üçün bir neçə dəfə evlərinə gedib pulunu istəmiş, lakin bir nəticə olmadığı üçün 2022-ci ilin avqust ayının sonlarında yenə Vəlinin valideynlərinin yaşadığı Poçt qəsəbəsi Məmmədyarov küçəsində olan evə getmişdir. Həmin vaxt küçədə Vəlinin anası ilə danışan zaman onlardan pulunu tələb edib bir kişinin gəlib qarşısına çıxmasını və söhbət etməsini demişdir. Bir qədər sonra Vəlinin dayısı oğlu Eltun adlı şəxs gəlib onunla söhbət edərək onun bibisinin qapısına gəlməməyini demişdir. Həmin vaxt aralarında mübahisə yaranmışdır. Bir neçə dəqiqə sözlə mübahisə etdikdən sonra Eltun çıxıb getmişdir. Bundan sonra, yəni xx.xx.2022-ci il tarixdə axşam saat 19 radələrində sərxoş vəziyyətdə yenə pulunu stəmək üçün Vəlinin ata evinə getmişdir. Həmin vaxt üzərində olan bıçaqla içəri daxil olub qapını bağladıqdan sonra həyətdə Vəlinin anası Xanım onun qarşısına çıxmışdır. Xanımdan əri Əlini çağırmasını istəmişdir. Əli gəlmiş, Əlidən pulu tələb etdikdə, o, pulu ondan yox oğlundan almasını deyərək Şahindən onun evindən getməsini tələb etmişdir. O bundan əsəbləşərək Əlinin üzündən sillə vurmuşdur. Sonra isə həyəti tərk etmişdir. Vəlinin atasının evinə getdikdə üzərində bıçaq olmuş, lakin onu cibindən çıxarmamışdır. O, oradan çıxıb Küçə ilə piyada gedən zaman arxadan qonşuluqda yaşayan Araz və onun dostu Rüstəm ona çatmışlar, həmin vaxt Arazın yanında olan Rüstəm adlı şəxs lapatka ilə onun arxadan sifət hahiyyəsinə vurmuşdur. Eyni zamanda Arazda əlində olan dəmir boru ilə onun kürək və baş tahiyyəsinə vurub ona xəsarət yetirmişlər. İrəli sürülmüş ittiham üzrə özünü təqsirli bilmədiyindən barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Şahin adlı şəxs onunla bir ərazidə yaşamışdır. Belə ki, Şahinin yaşadığı ev onlardan bir küçə aralıda yerləşir. VZərərçəkmiş şəxs1 və Razi Əliyev övladlarıdır. Hər iki övladı Rusiya Federasiyasının Moskva şəhərində həm yaşayır, həm işləyirlər. Təxminən 1-2 il bundan əvvəl Şahin ilə oğlu Vəlinin arasında ticarət fəaliyyəti ilə bağlı müəyyən işləri olmuş, Şahin həmin vaxtdan etibarən əsassız yerə oğlunun ona borcu olduğunu deyərək ondan pul tələb etmişdir. Əvvəllər bir neçə dəfə Şahin onlara gələrək oğlu Vəlinin guya ona borclu olduğu 33000 ABŞ dolları pulunu istəmişdir. O da bu işdən xəbəri olmadığını, oğlu ilə danışmasını məsləhət görmüşdür. xx.xx.2022-ci il tarixdə təxminən saat 19 radələrində əri Əli işdən evə gəlmiş, o isə çöldə su almışdır. Bu zaman Şahinin onların yaşadığı evə gəldiyini görmüş, Şahini görən kimi əri Əlinin yanına gedərək Şahinin artıq həyətdə olduğunu demişdir. Şahin həyətə daxil olan kimi darvazanı içəridən bağlamış və sağ ayağından corabın içindən bıçaq çıxartmış, əri Əli həyətə çıxıb Şahinlə salamlaşmaq üçün əl uzadanda Şahın əlində bıçaqla onun üstünə getmişdir. Şahin əvvəlcə Əlini nalayiq ifadələrlə təhqir etmiş, yumruqla baş nahiyəsinə vuranda o zərbənin təsirindən yerə yıxılmışdır. Əri Əli yerdə olanda Şahin boğazından tutub onu yerdə təpikləyərək döyməyə başlamışdır. Eyni zamanda onu bıçaqla hədələyib, təpə nahiyəsinə xəsarət yetirmişdir. Bu vaxt əri Əlini müdafiə etmək üçün onun qarşısına duranda Şahin ona da məhəl qoymayıb yumruq və təpik zərbələri, eyni zamandan əlindəki bıçaqla onun sifət nahiyəsinə vuraraq xəsarət yetirmişdir. Şahin sakitləşməyərək evinin içərisinə daxil olub evin bəzi məişət əşyalarını vurub sındırmağa başlamışdır. Həmin vaxt Əli oradan qaçıb qapını açanda Şahin onun arxasınca küçəyə çıxmışdır. Təxminən 3-4 dəqiqə sonra yenidən evə qayıtmış və həyətin darvazasını bağlamışdır. Şahin həyətdə yerdə onu təpikləmiş və sifət nahiyəsinə yumruqla vuraraq döyməyə başlamışdır. Sonra əri Əli qonşuların köməkliyi ilə darvazanı açıb içəri daxil olmuşdur. O da Şahinin əlindən çıxıb dərhal AR DİN-in 102 zəng xidməti mərkəzinə müraicət etmişdir. Sonra qonşusu Araz gəlib Şahini evdən çıxarıb aparmışdır. Şahin ilə aralarında əvvəllər bir ciddi münaqişə və konflikt olmamışdır. Təqsirləndirilən şəxs ilə aralarında dava-dalaş yaşadığı evin həyətində baş vermiş, təxminən 20-25 dəqiqə davam etmiş, Təqsirləndirilən şəxs onu və ərini döyərək bıçaqla xəsarət yetirən zaman evin darvazası bağlı olduğu üçün yanında heç kim olmamışdır. Hadisənin konkret olaraq şahidi yoxdur. Təqsirləndirilən şəxs şikayətçidir, ona ağır cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Şahin adlı şəxs köhnə qonşusudur. VZərərçəkmiş şəxs1 və Razi Əliyev övladlarıdır. Hər iki övladı Rusiya Federasiyasının Moskva şəhərində həm yaşayır, həm işləyirlər. Təxminən 1-2 il əvvəl Şahin ilə oğlu Vəlinin arasında ticarət fəaliyyəti ilə bağlı müəyyən işləri olmuşdur. Şahin həmin vaxtdan etibarən əsassız yerə oğlunun ona borclu olduğunu deyərək ondan pul tələb etmişdir. Əvvəllər bir neçə dəfə Şahin onlara gələrək oğlu Vəlinin guya ona borclu olduğu 33000 ABŞ dolları pulunu istəmişdir. xx.xx.2022-ci il tarixdə təxminən saat 19 radələrində işdən evə gəlmiş, təzəcə evə daxil olmuşdur ki, arvadı X5 yanına gələrək Şahinin həyətdə olduğunu demişdir. O da həyətə çıxıb Şahinə salamlaşmaq üçün əl uzadanda Şahin əlində bıçaqla təkbaşına üstünə gəlmiş, əvvəlcə onu nalayiq ifadələrlə təhqir etmiş, yumruqla baş nahiyəsinə vuranda zərbənin təsirindən yerə yıxılmışdır. O, yerdə olanda Şahin boğazından tutub onu yerdə təpikləyərək döyməyə başlamışdır. Eyni zamanda onu bıçaqla hədələyib, təpə nahiyəsinə xəsarət yetirmişdir. Bu vaxt arvadı Xanım onu müdafiə etmək üçün onun qarşısına duranda Şahin ona da məhəl qoymayıb yumruq və təpik zərbələri, eyni zamandan əlindəki bıçaqla arvadı Xanımı döyüb xəsarət yetirmişdir. Şahin sakitləşməyərək evinin içərisinə daxil olub evin bəzi məişət əşyalarını vurub sındırmağa başlamışdır. Həmin vaxt oradan qaçıb qapını açanda Şahin arxasınca küçəyə çıxmış, küçədə bir xeyli Şahin arxasınca gəlsədə aralarında məsafə çox olduğundan yenidən evinə qayıtmış və həyətin darvazasını bağlamışdır. O, çöldə qalanda qonşuların köməkliyi ilə darvazanı içib içəri daxil olmuşdur. Arvadı Xanım dərhal AR DİN-in 102 zəng xidməti mərkəzinə müraicət etmiş, sonra qonşusu Araz gəlib Şahini evdən çıxarıb aparmışdır. Şahin ilə əvvəllər bir ciddi münaqişə və konflikt olmamışdır. Təqsirləndirilən şəxs ilə aralarında dava-dalaş yaşadığı evin həyətində baş vermiş, təxminən 20-25 dəqiqə davam etmiş, Təqsirləndirilən şəxs onu və arvadını döyərək bıçaqla xəsarət yetirən zaman evin darvazası bağlı olduğu üçün yanlarında heç kim olmamışdır. Hadisənin konkret olaraq şahidi yoxdur. Təqsirləndirilən şəxs şikayətçidir, ona ağır cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 bibisi, Zərərçəkmiş şəxs1 isə onun əridir. Razi Əliyev və VZərərçəkmiş şəxs1 isə bibisi oğullarıdır. Şahin adlı şəxs ilə bir qəsəbədə qalır. Şahini qiyabi tanıyır. Lakin Şahinlə yaxından tanışlığı olmamışdır. 2022-ci ilin sentyabr ayının əvvəllərində evdə olmuş, bibisi Xanım onu mobil telefon vasitəsi ilə zəng edib evinə çağırmışdır. O, mobil telefonda nə məsələ olduğunu soruşanda demişdir ki, Şahin pul istəmək üçün gəlib mübahisə edir. O da bibisi gilə getmişdir. O, ora çatanda küçədə Şahinin bibisi Xanım ilə söhbətləşdiyini görmüşdür. Şahinlə salamlaşmış, onu kənara dəvət etmişdir. Şahinə demişdir ki, olar ki, bibisi gilə gəlməsin. Çünki bibisi oğulları Vəli və Razi Rusiya Federasiyasındadırlar. Bibisi Xanımın isə təzyiqi var və xəstədir. Şahin onun kim olduğunu soruşanda demişdir ki, Xanım onun bibisidir. Şahin də ona demişdir ki, “yaxşı deyisən ki, bura gəlmə, bəs mən pulumu kimdən tələb edim”. O da demişdir ki, kim deyir ki, pulunu istəməsin. Vəli və Razi gələndən sonra onlardan pulunu tələb edər. Amma bibisi Xanımı narahat eləməsin. O da Şahinlə dava etmədən sözlə mübahisə etmiş, sonra Şahin çıxıb getmişdir. O da bibisi Xanımın yanına gedib Şahinin getdiyini demişdir. Təxminən həmin haqq-hesabdan 2 gün sonra ona məlum olmuşdur ki, Şahin xx.xx.2022-ci il tarixdə yenidən bibisi gilə gedərək münaqişə yaratmış və həm bibisi Xanımı, həmdə ki əri Əlinidöymüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 valideynləridir. VZərərçəkmiş şəxs1 isə qardaşıdır. 2018-ci ildən hadisə baş verənə kimi Rusiya Federasiyasında olmuş, Şahın adlı şəxs ilə bir qəsəbədə qalır və onu qiyabi tanıyır. Lakin Şahinlə yaxından tanışlığı olmamışdır. Belə ki, qardaşı Vəli Şahini yaxından tanımış və aralarında Rusiya Federasiyasının Moskva şəhərində ticarət münasibətləri olmuşdur. Qardaşı Vəlinin deməsinə görə 2016-ci ilin yay aylarında o zamin durmaqla Rusiya Federasiyasında tacik millətindən geyim əşyalarını satması üçün nisyə alıb Şahinə vermişdir. Şahin gördüyü iş müqabilində müəyyən miqdarda pul versə də sonra qardaşı Vəliyə heç bir ödəniş etməmişdir. X13 tapa bilməmiş, təxminən 5-6 ay sonra X12 Federasiyasının digər şəhərində tapmış, Şahin də ona borclu olduğu 22000 ABŞ dollarını Türkiyə Respublikasında qaytaracağına söz vermişdir. Vəli də Şahindən Türkiyədə aldığı geyim paltarlarını alıb borclu olduğu Taciklərə göndərmişdir. Daha sonra Şahin iddia etmişdir, Vəliyə verdiyi geyim əşyalarını baha qiymətə almışdır. Şahin Vəlinin ona 22000 ABŞ dolları borclu olduğunu bildirmişdir. X8 heç bir borcu yoxdur. Sadəcə olaraq bir dəfə Şahin Vəlidən xahiş etmişdir ki, Türkiyədən paltar aldığı adama köməklik məqsədi ilə guya Vəlinin Şahinə 40000 dollar borclu olmağı barədə səs atsın. Bu səslə Şahin həmin adamdan vaxt istəyəcəkdi. Vəlidə Şahinin xahişini yerə salmamışdır. Səbəb isə həmin vaxtlar onun Şahin ilə yaxşı münasibəti olduğu və çörək kəsməyi olmuşdur. Heç vaxt ağlına gəlməzdi ki, Şahin Vəliyə belə bir hərəkət edəcəkdir. Hətta Vəli səs yazısında Şahinə guya 40000 ABŞ dolları borclu olduğunu bildirdiyi üçün Rusiya Federasiyasında Şahinin tanışlarına 10000 manat pul vermişdir. Sonra ona məlum olmuşdur ki, Şahin xx.xx.2022-ci il tarixdə Gəncədə valideynlərinin yaşadığı evə gedərək münaqişə yaratmış və valideynlərinə əl qaldırmışdır. O da bu hadisədən 7-8 gün sonra Gəncəyə qayıtmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X10 ifadsəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 valideynləridir. Şahin adlı şəxs ilə bir qəsəbədə qalır. Şahini qiyabi tanıyır, lakin Şahinlə yaxından tanışlığı Rusiya Federasiyasının Moskva Bəhərində olmuşdur. 2016-ci ilin yay aylarında Rusiya Federasiyasında Şahin ilə birlikdə iş görmüş, belə ki, Rusiya Federasiyasında tacik millətindən zamin durmaqla geyim əşyalarını atması üçün nisyə alıb Şahinə vermiş, Şahin gördükləri iş müqabilində müəyyən miqdarda Pİ versə də sonra heç bir ödəniş etməmişdir. Sonra Şahini tapa bilməmiş, təxminən 5-6 ay sonra Şahini Rusiya Federasiyasının digər şəhərində tapmış, Şahin də ona borclu olduğu 22000 ABŞ dollarını Türkiyə Respublikasında qaytaracağına söz vermişdir. O da Şahindən Türkiyədə aldığı geyim paltarlarını alıb borclu olduğu Taciklərə göndərmiş, daha sonra ahin iddia etmişdir ki, ona verdiyi geyim əşyalarını baha qiymətə almışdır. Şahin ona 22000 ABŞ dolları borclu olduğunu bildirmişdir. Halbuki Şahinə heç bir borcu yoxdur. Şadəcə olaraq bir dəfə Şahin ondan xahiş etmişdir ki, Türkiyədən paltar aldığı adama köməklik məqsədi ilə güya onun Şahinə 40000 dollar borclu olmağı barədə səs atsın. Bu şəslə Şahin həmin adamdan vaxt istəyəcəkdi. O da Şahinin xahişini yerə salmamış, səbəb isə həmin vaxtlar Şahin ilə yaxşı münasibəti olması və çörək kəsməyi olmuşdur. Heç vaxt ağlına gəlməzdi ki, Şahin ona belə bir hərəkət edəcəkdir. Hətta səs yazısında guya Şahinə 40000 ABŞ dolları borclu olduğunu bildirdiyi üçün Rusiya Federasiyasında Şahinin tanışlarına 10000 manat pul vermişdir. O, bir neçə dəfə Şahin ondan iddia etdiyi 22000 ABŞ dollarını istəyəndə onu gözləməsini və Rusiya Federasiyasından gələn kimi söhbət edəcəyini bildirmişdir. Şahinə heç bir borcu yoxdur. Lakin sonra ona məlum olmuşdur ki, Şahin xx.xx.2022-ci il tarixdə Gəncə də valideynlərinin yaşadığı evə gedərək münaqişə yaratmış və valideynlərinə əl qaldırmışdır. O da bu hadisədən 7-8 gün sonra Gəncəyə qayıtmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Şahid4 arvadıdır. Şahin adlı şəxsi şəxsən tanımasada ərinə pul borclu olduğunu bilmiş, belə ki, Vəli 2 ildir ki, işləmək üçün Rusiya Federasiyasına getmişdir. Təxminən 1-2 il bundan əvvəl Şahin ilə əri Vəlinin arasında ticarət fəaliyyəti ilə bağlı müəyyən işləri olmuşdur. Şahin həmin vaxtdan etibarən əsassız yerə əri Vəlinin ona borclu olduğunu deyərək ondan pul tələb etmişdir. Əvvəllər bir neçə dəfə Şahin onlara gələrək Vəlinin guya ona borclu olduğu 33000 ABŞ dolları pulunu istəmişdir. Qaynatası Əli və qaynanası Xanım da bu işdən xəbərləri olmadığını, Vəli ilə danışmasını məsləhət görmüşlər. xx.xx.2022-ci il tarixdə təxminən saat 19 radələrində 4 yaşlı övladı Bəynurun qonşu uşağı ilə oynaması üçün qonşunun evinə getmişdir. O, evə qayıdanda Şahin adlı şəxsin küçədə 50 kq alüminium su qabına təpik vuraraq evlərinə girdiyini və darvazanın rəzəsini arxadan bağladığının şahidi olmuşdur. Təxminən 2-3 dəqiqə sonra qaynanası Xanımın qışqırtısını eşitmiş, qorxub AR DİN-nin 102 xidmətinə zəng edib, hadisə barədə məlumat vermişdir. Təxminən 7-8 dəqiqə sonra qaynanatası Əlinin darvazanı açıb çölə qaçdığını və Şahin adlı şəxsində onun arxasınca qaçmasının şahidi olmuşdur. Qaynatası Əli yaxınlıqdakı marketə qədər qaçmış, lakin Şahin qaynatası Əlinin arxasınca qaçmamış və 4 yaşlı uşağını küçədə görüb əlində bıçaqla “ayə bura gəl” deyib çağırmışdır. O da qorxduğu üçün uşağı qucağına alıb yan qonşunun evinə girmişdir. O, uşağı qonşuda qoyub çölə çıxanda Şahinin evlərinə artıq girib qapını bağlamışdır. O, qaynanası Xanımın qışqırtısını və “kömək edin” deyə səslənməsini eşidəndə təkrarən yenə AR DİN-in 102 xidmətinə məlumat vermişdir. Təxminən 10 dəqiqə sonra Şahin əlində bıçaqla evdən çıxıb yaxınlıqdakı marketə doğru gedəndə dərhal evlərinə girmişdir. Bu zaman qaynanası Xanımın sol gözünün göyərtisini və sifət nahiyəsində xəsarətlərini, qaynatası Əlinin isə baş və dirsək nahiyəsində xəsarətlərini görmüşdür. Qaynanası Xanım və qaynatası Əli qanlar içində olmuş, sonra X11 gəlmiş və tibbi yardım göstərmişlər. Əri Vəli isə bu hadisədən 7-8 gün sonra Rusiya Federasiyasından qayıtmış və baş verənləri ona danışmışlar. Şahin adlı şəxs xx.xx.2022-ci il tarixdə evlərinə gəlib əri Vəlini soruşmuş və sözlə onun və qaynanası Xanımın ünvanına nalayiq ifadələr işlətməklə hədələmişdir. Lakin aralarında hər hansı bir dava-dalaş baş verməmişdir. Hətta evdə olanda Şahin həmin axşam xəbərsiz küçələrinə gələrək evin pəncərəsinin şüşəsini daşlamışdır. Məhkəmə istintaqında ifadəsi elan olunmuş Şahid5 ibtidai istintaq müddətində Şahid3 ilə eyni məzmunlu ifadə vermiş və onun göstərmiş olduğu xüsusuatları tam təsdiq etmişdir. Məhkəmə istintaqında ifadəsi elan olunmuş Şahid6 ibtidai istintaqdakı ifadəsində bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə axşam saat 19 radələrində yaşadığı evdə dostu Rüstəmlə oturub çay içən zaman küçədən səs-küy gəldiyini eşitmiş, evdən çölə çıxmışdır. Daha sonra qarşı evdə qalan qonşusu Zərərçəkmiş şəxs1 evində qonşuların yığıldığını dava-dalaş olduğunu görmüşdür. Rüstəmlə birlikdə içəri daxil olan zaman Şahini evdə görmüşdür. Sonra eşitmişdir ki, Şahin Əli və arvadı Xanımı döymüşdür. Şahin onu tanıdığı üçün evdən çıxmışdır. Şahin evdən çıxanda sonuncunun bədəni üzərində hər hansı bir xəsarətinin olduğunu görməmişdir. Qeyd etmişdir ki, o Şahin adlı şəxsin qonşusu Əli və arvadı Xanımın döyməsinin şahidi olmamış, sadəcə olaraq səs-küy eşitdiyi üçün qonşusu Əligilə getmişdir. Həmin vaxt nə o dəmir boru ilə, nə də dostu Rüstəm lapatka ilə Şahinə xəsarət yetirməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 12 oktyabr 2022-ci il tarixli Üzləşdirmə Protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 ilə şübhəli şəxs Təqsirləndirilən şəxs arasında üzləşdirmədə dindirmə istintaq hərəkəti keçirilmiş və izləşdirmə zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə təxminən saat 19 radələrində yaşadıqları evə ələrək heç bir əsaslı səbəb olmadan onu və əri Əlini döyərək, əlində olan bıçaqla onlara xəsarət yetirdiyini demişdir. 12 oktyabr 2022-ci il tarixli Üzləşdirmə Protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 ilə şübhəli şəxs Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə təxminən saat 19 radələrində yaşadıqları evə gələrək heç bir əsaslı səbəb olmadan onu və arvadı Xanımı döyərək, əlində olan bıçaqla onlara xəsarət yetirdiyini demişdir. 05 sentyabr 2022-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” Protokoldan görünür ki, hadisə ünvan 4 ünvanında baş vermişdir. 05 sentyabr 2022-ci il tarixli “Baxış və götürmə keçirilməsi haqqında” Protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 vuraraq xəsarət yetirdiyi bıçağa baxış keçirilərək götürülmüşdür. 04 sentyabr 2022-ci il tarixli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə aktı”ndan görünür ki, Təqsirləndirilən şəxs hadisə günü yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. 15 dekabr 2022-ci il tarixli “əşyanın tanınmaya təqdim edilməsi haqqında” Protokoldan görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs hadisə zamanı əlində olmuş bıçaq təqdim edilmiş, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 də həmin bıçağı tanıyaraq Təqsirləndirilən şəxs həmin bıçaqdan istifadə edərək onlara xəsarət yetirdiyini bildirmişlər. Məhkəmə-soyuq silah ekspertizasının 12 oktyabr 2022-ci il tarixli 16/1162 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən bıçaq kustar üsulu ilə hazırlanmış, bir tərəfi kəsici ucu deşici xassəyə malik olan turist bıçaqlarına uyğun gəlir, soyuq silah hesab edilmir və təyinatı üzrə istifadəyə yararlıdır. Məhkəmə-tibbi ekspertizasının 26 sentyabr 2022-ci il tarixli 1596 nömrəli rəyindəngörünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sol göz ətrafı nahiyənin yumşaq toxumalarının əzilməsi, hemotoması və şişkinliyi, sol gözün ağlı qışasına qansızma, burun nahiyəsinin səthi yarası, sağ bazu, boyun nahiyələrinin qançırları, alt çənə, boyun nahiyələrinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixdə əmələ gələ bilər və sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. Məhkəmə-tibbi ekspertizasının 27 sentyabr 2022-ci il tarixli 1609 nömrəli rəyindəngörünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sol bazu nahiyəsinin yumşaq toxumalarının və sol gözün alt və üst qapaqlarının yumşaq toxumalarının qançır-şişkinliyi, sıyrığı, döş qəfəsinin nahiyəsinin qançırı, sol baldır nahiyəsinin, sol ayağın bayır topuq nahiyəsinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixdə əmələ gələ bilər və sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş 26 oktyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Gəncə şəhər İcra Hakimiyyəti başçısının Sadıllı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsindən alınmış 07 yanvar 2023-cü il tarixli Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Gəncə şəhər Psixonevroloji Dispanserindən alınmış xx.xx.2022-ci il tarixli 5323 arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. Gəncə şəhər Narkoloji Dispanserindən alınmış xx.xx.2022-ci il tarixli 5524 arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. 27 yanvar 2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi barədə” Qərardan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 vuraraq xəsarət yetirdiyi bıçaq cinayət işi üzrə üzrə sübut əhəmiyyətinə malik olduğu üçün maddi sübut kimi tanınmış və saxlanılması üçün Gəncə şəhər BPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib sübut növü kimi qəbul edir. Beləliklə, məhkəmə, məhkəmə istintaqında tədqiq edilən sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması, şahid ifadələri və digər məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 221.3-cü maddəsi ilə təqsirli bilinməli və bu maddənin sanksiyasında nəzərdə tutulmuş həddə ona cəza təyin edilməlidir. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. Təyin ediləcək cəzanın həddi ilə bağlı isə məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli Qərarında qeyd olunur ki, ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi, vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi xuliqanlıq hadisəsini xarakterizə edən əlamətlərdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür (2-ci bənd); Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilir ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərər çəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Bu zaman təqsirləndirilən şəxsin hərəkətləri Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tam əhatə olunduğundan əməlin əlavə olaraq 128-ci maddəsi ilə tövsif edilməsinə ehtiyac qalmır (4cü bənd); xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhd edilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif edilməsi üçün əsasdır (8-ci bənd); xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə silah dedikdə, hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmuyu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib-edilməməsindən asılı olmayaraq, zavod və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah, həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə, silah olmayan lakin, silah kimi istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür (9-cu bənd). Göründüyü kimi, xuliqanlıq hərəkətləri müxtəlif formada ifadə olunsa da, onların hamısı üç əlamətə malik olmalıdır. Yəni, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalı, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməli və nəhayət vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin əməlin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, himayəsində iki azyaşlı uşağının olmasını cinayət məsuliyyətini yüngülləşdirən hal qismində nəzərə alır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Beləliklə, məhkəmə törədilmiş əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən halı və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarına əlavə edilmiş 11 oktyabr 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” Protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Gəncə Şəhər Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli 4(125)-162/2022 nömrəli Qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 11 oktyabr 2022-ci il tarixdən hesablanmaqla 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə Şəhər Məhkəməsinin 08dekabr 2022-ci il tarixli 4(125)-244/2022 nömrəli Qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirininmüddəti01 ay uzadılmışdır. İş materiallarına əlavə edilmiş Gəncə Şəhər Məhkəməsinin 08 yanvar 2023-cü il tarixli 4(125)-2/2023 nömrəli Qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 02 ay uzadılmışdır. Şəxsin həbsdə saxlanılması müddətinin ona təyin olunmuş cəza müddətinə daxil edilməsi barədə qanunvericiliyin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 11 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınan, saxlanılması üçün Gəncə şəhər BPİ-nin saxlanc anbarına təhvil verilmiş bir ədəd bıçaq Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən müsadirə olunaraq məhv edilməlidir. Ekspertiza tədqiqatının dəyəri 31.50 (otuz bir manat əlli qəpik) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X4tərəfindən 15 (on beş) iş saatı məsrəf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 (doxsan) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və ya xüsusi müsadirə obyekti yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 02 (iki) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli 11 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd bıçaq məhv edilsin. İş üzrə 31.50 (otuz bir manat, əlli qəpik) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi olaraq Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. (AZ.MEM, VÖEN **********, AZ34 CTRE********************, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** S.W.İ.F.T. Bik: CTREAZ22). Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 (doxsan) manat məbləğində pul keçirilsin.(ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar