Məhkəmə qərarları › İş №1(125)-22/2024

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-22/2024

08.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-22/2024 08.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X4 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi – mütəxəssis X14, Təqsirləndirilən şəxs və müdafiəçi- Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1989-cu il tarixdə Kəlbəcər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Sosial Xidmətlər Agentliyi” X33 böyük mütəxəssis vəzifəsində işləyən, Kəlbəcər rayonu, Comərd ərazi dairəsinin, Nəcəfalı kəndində qeydiyyatda olmaqla Gəncə şəhəri, ADAU 6 ətrafında yerləşən ünvansız fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, 179.2.4, 309.1 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə, Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs qismində xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edərək hüquqi şəxsin hüquqlarına və qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərini aşmış, qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla vahid niyyətlə israf etmə yolu ilə talamış, vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs qismində rəsmi sənədlərə bilə-bilə yalan məlumatları vahid şəxsi niyyətlə daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə xx.xx.2017-ci il tarixli, **********0 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X23 rayon Şöbəsinin Sosial Xidmət sektorunun aparıcı məsləhətçisi vəzifəsinə təyin edilib həmin vəzifədə işləyərkən, həmin dövrdə qüvvədə olmuş Dövlət Sosial Müdafiə Fondu sədrinin 13 aprel 2012-ci il tarixli 434 nömrəli əmri ilə təsdiq edilmiş “İnzibati vəzifələr üzrə vəzifə təlimatları”na əsasən, sosial xidmətin göstərilməsini, sosial xidmətə olan tələblərin qiymətləndirilməsini və müəyyənləşdirilməsini həyata keçirmək, sosial xidmətə götürülən şəxsə (ailəyə) sosial xidmət göstərilməsinə dair planı tərtib etmək, sosial xidmətlərin sosial xidmətin göstərilməsi üzrə standartların tələblərinə uyğun olmasını təmin etmək, sosial xidmət göstərdikləri şəxslərə münasibətdə ayrı-seçkiliyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara yol verilməməsinə nəzarət etmək, sosial xidmət göstərdikləri şəxsləri hüquqi, sosial, tibbi və digər qanunda təsbit olunmuş sosial müdafiə tədbirləri və çətin həyat şəraitində şəxsin (ailənin) rifahının yaxşılaşdırılması üçün mövcud olan imkanlar haqqında məlumatlandırılmasını təmin etmək, xidmət göstərdikləri şəxslərin hüquqlarına, şərəf və ləyaqətinə hörmətlə yanaşılmasına, sosial xidmətlərin göstərilməsi sahəsində qanunvericiliyə və etika normalarına əməl edilməsinə nəzarət etmək, səlahiyyətləri daxilində sektora daxil olan ərizə, şikayət və məktubların araşdırılmasını və cavablandırılmasını təmin etmək və digər təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarına malik vəzifəli şəxs kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Əlillərin, sağlamlıq imkanları məhdud uşaqların, İkinci Dünya müharibəsi iştirakçılarının, şəhid ailələrinin, Çernobıl AES-də qəzanın nəticələrinin köçürmə zonasında ləğv edilməsinin iştirakçılarının, eləcə də köçürülmə günü ana bətnində olan uşaqlar da daxil edilməklə, uzaqlaşdırma və köçürmə zonalarından köçürülmüş uşaqların və ya 18 yaşınadək yeniyetmələrin, habelə 1986-cı il aprelin 26-dan sonra doğulmuş və Çernobıl AES-də qəzanın nəticələrinin ləğv edilməsinin iştirakçısı olmuş, yaxud Çernobıl qəzası nəticəsində zərər çəkmiş və birbaşa radioaktiv şüalanmaya məruz qalmaq ehtimalı olmuş valideynlərin birindən olan uşaqların, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşların sanatoriya-kurort müalicəsi ilə təmin edilməsi Qaydalarının və Hərbi qulluqçuların və onların ailə üzvlərinin (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ailələrindən başqa) sanatoriyalarda və istirahət evlərində sanatoriya-kurort müalicəsi, pansionatlarda və turist bazalarında istirahət üçün putyovkalarla (yollayışlarla) təmin olunması Qaydasının təsdiq edilməsi haqqında” 12 avqust 2002-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlillərin, sağlamlıq imkanları məhdud uşaqların, İkinci Dünya müharibəsi iştirakçılarının, şəhid ailələrinin, Çernobıl AES-də qəzanın nəticələrinin köçürmə zonasında ləğv edilməsinin iştirakçılarının, eləcə də köçürülmə günü ana bətnində olan uşaqlar da daxil edilməklə, uzaqlaşdırma və köçürmə zonalarından köçürülmüş uşaqların və ya 18 yaşınadək yeniyetmələrin, habelə 1986-cı il aprelin 26-dan sonra doğulmuş və Çernobıl AES-də qəzanın nəticələrinin ləğv edilməsinin iştirakçısı olmuş, yaxud Çernobıl qəzası nəticəsində zərər çəkmiş və birbaşa radioaktiv şüalanmaya məruz qalmaq ehtimalı olmuş valideynlərin birindən olan uşaqların, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşların sanatoriya-kurort müalicəsi ilə təmin edilməsi” Qaydalarının 3-cü bəndinə əsasən Əlillər və ya sağlamlıq imkanları məhdud uşaqlar (əmək zədəsi və peşə xəstəliyi səbəbindən əlil və ya sağlamlıq imkanları məhdud uşaq olanlar və "Əmək pensiyaları haqqında" Qanuna uyğun olaraq əlilliyə görə pensiya almaq hüququ olan hərbi qulluqçular istisna olmaqla), İkinci Dünya müharibəsi iştirakçıları, şəhid ailəsi statusunu almış ailənin üzvləri, fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşların sanatoriya-kurort putyovkası ilə təmin olunmasının həmin şəxslər işlədikləri halda iş yerlərinin, işləmədikləri halda isə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun yerli orqanlarının səlahiyyətində olmasına baxmayaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə xx.xx.2016-cı il tarixli 09/11-532 nömrəli əmrlə Dövlət Sosial X23 rayon Şöbəsinin müdiri vəzifəsinə təyin edilmiş Şahid13 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar kənara çıxan hərəkətlər etməklə, özlərinə müraciət edən şəxslər qarşısında nüfuz əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məxsus olmaqla onlara etibar edilmiş əmlakı öz qulluq mövqelərindən istifadə etməklə vahid niyyətlə israf etmə yolu ilə talamaq məqsədilə, aralarındakı ümumi cinayətkar niyyətlərinə uyğun olaraq, həmin Şöbənin Gəncə şəhəri, Nizami Gəncəvi prospekti 3 ünvanında yerləşən inzibati binasında xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddətdə sanatoriya-kurort müalicəsi üçün yollayış (putyovka) verilməsindən ötrü Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X23 rayon Şöbəsinə müraciət edən və həmin dövrdə faktiki olaraq ayrı-ayrı idarə, müəssisə və təşkilatlarda rəsmi əmək müqaviləsi əsasında işləmiş ayrı-ayrı şəxslərin sanatoriya-kurort müalicəsi üçün yollayış (putyovka) verilməsinə dair rəsmi sənəd olan yollayış vərəqlərinin məzmununa “iş yeri” qrafasının qarşısında sadəcə “təqaüdçü” olmasına dair qeydlər aparıb bilə-bilə yalan məlumatları şəxsi niyyətlə daxil edib həmin məlumatların qabaqcadan əlbir olduğu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X23 rayon Şöbəsinin müdiri vəzifəsində işləmiş Şahid13 tərəfindən imzalanması və sonuncuya təhkim olunmuş Şöbənin üzərində “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X23 rayon şöbəsi” sözləri yazılmış rəsmi dairəvi gerbli möhürü ilə təsdiq edilib, o cümlədən xx.xx.2018-ci il tarixdə müalicə məqsədi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 601,7 manat dəyərində sanatoriya-kurort müalicəsi üçün yollayış (putyovka) verilməsindən ötrü Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X23 rayon Şöbəsinə müraciət edib 2-ci qrup əlil kimi imtiyazlı şəxs qismində növbəyə dayanan və həmin dövrdə faktiki olaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində fəhlə vəzifəsində işləmiş Şahid1 təqdim etdiyi rəsmi sənəd olan Abşeron rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təmiri İstehsalat İstismarı Təmiri Birliyinin 5 saylı Mənzil Təsərrüfat İstehsalat İstismarı Təmiri sahəsinin 26 aprel 2018-ci il tarixli, 1100 nömrəli arayışında 2018-ci ilin may ayının əvvəllərində Şöbənin Gəncə şəhəri, Nizami Gəncəvi prospekti 3 ünvanında yerləşən inzibati binasında “Hal-hazırda heç bir yerdə işləmir” sözlərini qeyd edib bilə-bilə yalan məlumatları vahid şəxsi niyyətlə daxil etməklə sonuncuya xx.xx.2018-ci il tarixdə GPT015436 nömrəli, eyni niyyətlə, xx.xx.2018-ci il tarixdə müalicə məqsədi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 601,7 manat dəyərində sanatoriya-kurort müalicəsi üçün yollayış (putyovka) verilməsindən ötrü Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X23 rayon Şöbəsinə müraciət edib 2-ci qrup əlil kimi imtiyazlı şəxs qismində növbəyə dayanan və həmin dövrdə faktiki olaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində iş icraçısı vəzifəsində işləmiş Şahid2 xx.xx.2018-ci il tarixdə GPT015442 nömrəli, eyni niyyətlə, xx.xx.2018-ci il tarixdə müalicə məqsədi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 440,68 manat dəyərində sanatoriya-kurort müalicəsi üçün yollayış (putyovka) verilməsindən ötrü Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X23 rayon Şöbəsinə ərizə ilə müraciət edib 2-ci qrup əlil kimi imtiyazlı şəxs qismində növbəyə dayanan və həmin dövrdə faktiki olaraq Kəlbəcər rayon Təhsil Şöbəsinin tabeliyində olan Kəlbəcər rayonu 68 saylı tam orta məktəbin ocaqçısı vəzifəsində işləmiş Şahid3 xx.xx.2018-ci il tarixdə GPT015940 nömrəli, eyni niyyətlə, xx.xx.2018-ci il tarixdə müalicə məqsədi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 440,68 manat dəyərində sanatoriya-kurort müalicəsi üçün yollayış (putyovka) verilməsindən ötrü Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X23 rayon Şöbəsinə ərizə ilə müraciət edib 2-ci qrup əlil kimi imtiyazlı şəxs qismində növbəyə dayanan və həmin dövrdə faktiki olaraq Kəlbəcər rayon Təhsil Şöbəsinin tabeliyində olan Kəlbəcər rayonu 11 saylı tam orta məktəbin ibtidai sinif müəllimi vəzifəsində işləmiş Şahid4 xx.xx.2018-ci il tarixdə GPT015943 nömrəli, eyni niyyətlə, xx.xx.2018-ci il tarixdə müalicə məqsədi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 440,68 manat dəyərində sanatoriya-kurort müalicəsi üçün yollayış (putyovka) verilməsindən ötrü Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X23 rayon Şöbəsinə ərizə ilə müraciət edib 2-ci qrup əlil kimi imtiyazlı şəxs qismində növbəyə dayanan və həmin dövrdə faktiki olaraq Kəlbəcər rayon Təhsil Şöbəsinin tabeliyində olan Kəlbəcər rayonu 119 saylı tam orta məktəbin xadiməsi vəzifəsində işləmiş Şahid5 xx.xx.2018-ci il tarixdə GPT015942 nömrəli, eyni niyyətlə, xx.xx.2018-ci il tarixdə müalicə məqsədi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 440,68 manat dəyərində sanatoriya-kurort müalicəsi üçün yollayış (putyovka) verilməsindən ötrü Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X23 rayon Şöbəsinə ərizə ilə müraciət edib 2-ci qrup əlil kimi imtiyazlı şəxs qismində növbəyə dayanan və həmin dövrdə faktiki olaraq Kəlbəcər rayon Təhsil Şöbəsinin tabeliyində olan Kəlbəcər rayonu 77 saylı tam orta məktəbin xadiməsi vəzifəsində işləmiş Şahid6 xx.xx.2018-ci il tarixdə GPT023410 nömrəli, eyni niyyətlə, xx.xx.2018-ci il tarixdə müalicə məqsədi ilə Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin "xxxx" kardioloji sanatoriyasından 650,18 manat dəyərində sanatoriya-kurort müalicəsi üçün yollayış (putyovka) verilməsindən ötrü Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X23 rayon Şöbəsinə ərizə ilə müraciət edib 2-ci qrup əlil kimi imtiyazlı şəxs qismində növbəyə dayanan və həmin dövrdə faktiki olaraq X22 İdarəsinin Kəlbəcər rayon X9 kənd Mədəniyyət evinin metodisti vəzifəsində işləmiş Şahid7 xx.xx.2018-ci il tarixdə GPT034149 nömrəli, eyni niyyətlə, xx.xx.2018-ci il tarixdə müalicə məqsədi ilə Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin "xxxx" kardioloji sanatoriyasından 650,18 manat dəyərində sanatoriya-kurort müalicəsi üçün yollayış (putyovka) verilməsindən ötrü Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X23 rayon Şöbəsinə ərizə ilə müraciət edib 2-ci qrup əlil kimi imtiyazlı şəxs qismində növbəyə dayanan və həmin dövrdə faktiki olaraq X22 İdarəsində Kəlbəcər rayon X15 kənd kitabxanasının müdiri vəzifəsində işləmiş Şahid8 xx.xx.2018-ci il tarixdə GPT034150 nömrəli, eyni niyyətlə, xx.xx.2019-cu il tarixdə müalicə məqsədi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 440,68 manat dəyərində sanatoriya-kurort müalicəsi üçün yollayış (putyovka) verilməsindən ötrü Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X23 rayon Şöbəsinə ərizə ilə müraciət edib 2-ci qrup əlil kimi imtiyazlı şəxs qismində növbəyə dayanan və həmin dövrdə faktiki olaraq Kəlbəcər rayon Təhsil Şöbəsinin tabeliyində olan Kəlbəcər rayonu 11 saylı tam orta məktəbin ibtidai sinif müəllimi vəzifəsində işləmiş Şahid4 xx.xx.2019-cu il tarixdə ĞMU008416 nömrəli, eyni niyyətlə, xx.xx.2019-cu il tarixdə müalicə məqsədi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 440,68 manat dəyərində sanatoriya-kurort müalicəsi üçün yollayış (putyovka) verilməsindən ötrü Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X23 rayon Şöbəsinə ərizə ilə müraciət edib 2-ci qrup əlil kimi imtiyazlı şəxs qismində növbəyə dayanan və həmin dövrdə faktiki olaraq Daşkəsən rayon Təhsil Şöbəsinin Daşkəsən qəsəbəsi tam orta məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işləmiş Şahid9 xx.xx.2019-cu il tarixdə ĞMU008417 nömrəli, eyni niyyətlə, xx.xx.2019-cu il tarixdə müalicə məqsədi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 440,68 manat dəyərində sanatoriya-kurort müalicəsi üçün yollayış (putyovka) verilməsindən ötrü Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X23 rayon Şöbəsinə ərizə ilə müraciət edib 2-ci qrup əlil kimi imtiyazlı şəxs qismində növbəyə dayanan və həmin dövrdə faktiki olaraq Kəlbəcər rayon Təhsil Şöbəsinin tabeliyində olan Kəlbəcər rayonu 119 saylı tam orta məktəbin xadiməsi vəzifəsində işləmiş Şahid5 xx.xx.2019-cu il tarixdə ĞMU008420 nömrəli, eyni niyyətlə, xx.xx.2019-cu il tarixdə müalicə məqsədi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 440,68 manat dəyərində sanatoriya-kurort müalicəsi üçün yollayış (putyovka) verilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X23 rayon Şöbəsinə ərizə ilə müraciət edib 2-ci qrup əlil kimi imtiyazlı şəxs qismində növbəyə dayanan və həmin dövrdə faktiki olaraq Azərbaycan Respublikası Qaçqınların və X19 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Gəncə şəhəri Mənzil-Kommunal İstismar Sahəsinin fəhləsi vəzifəsində işləmiş Şahid12 xx.xx.2019-cu il tarixdə ĞMU009057 nömrəli, eyni niyyətlə, xx.xx.2019-cu il tarixdə müalicə məqsədi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 440,68 manat dəyərində sanatoriya-kurort müalicəsi üçün yollayış (putyovka) verilməsindən ötrü Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X23 rayon Şöbəsinə ərizə ilə müraciət edib 2-ci qrup əlil kimi imtiyazlı şəxs qismində növbəyə dayanan və həmin dövrdə faktiki olaraq Azərbaycan Avtomobil Yolları X27 Hüquqi Şəxsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində sürücü vəzifəsində işləmiş Şahid10 xx.xx.2019-cu il tarixdə ĞMU009058 nömrəli, eyni niyyətlə, xx.xx.2019-cu il tarixdə müalicə məqsədi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 440,68 manat dəyərində sanatoriya-kurort müalicəsi üçün yollayış (putyovka) verilməsindən ötrü Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X23 rayon Şöbəsinə ərizə ilə müraciət edib 2-ci qrup əlil kimi imtiyazlı şəxs qismində növbəyə dayanan və həmin dövrdə faktiki olaraq Kəlbəcər rayon Təhsil Şöbəsinin tabeliyində olan Kəlbəcər rayonu 59 saylı tam orta məktəbin gözətçisi vəzifəsində işləmiş Şahid11 xx.xx.2019-cu il tarixdə ĞMU009059 nömrəli sanatoriya-kurort müalicəsi üçün yollayış (putyovka) vərəqələrinin yuxarıda adları qeyd edilmiş 14 halda 12 şəxsə təqdim edilməsinə və həmin şəxslərin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondu (VÖEN **********) ilə Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin "xxxx" kardioloji sanatoriyası (VÖEN **********) arasında bağlanmış xx.xx.2018-ci il tarixli, K1301 nömrəli və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 02 nömrəli, xx.xx.2019-cu il tarixli 07 nömrəli, xx.xx.2019-cu il tarixli, 60 nömrəli, xx.xx.2019-cu il tarixli, 235 nömrəli sosial xidmət sifarişi üzrə müqavilələr, həmin müqavilələr əsasında tərtib edilmiş xx.xx.2018-ci il tarixli, EAAN seriyalı, 470437 nömrəli, xx.xx.2018-ci il tarixli, EAAH seriyalı, 309896 nömrəli, xx.xx.2018-ci il tarixli, EAAİ seriyalı, 007895 nömrəli, xx.xx.2018-ci il tarixli, EAAİ seriyalı, 443823 nömrəli, xx.xx.2018-ci il tarixli, EAAJ seriyalı, 694107 nömrəli, xx.xx.2018ci il tarixli, EAAL seriyalı, 263129 nömrəli, xx.xx.2018-ci il tarixli, EAAM seriyalı, 392399 nömrəli, xx.xx.2018-ci il tarixli, EAAN seriyalı, 268794 nömrəli, xx.xx.2018-ci il tarixli, EAAM seriyalı, 793127 nömrəli, xx.xx.2018-ci il tarixli, EAAN seriyalı, 532375 nömrəli, xx.xx.2019-cu il tarixli, EAAT seriyalı, 301325 nömrəli, xx.xx.2019-cu il tarixli, EAAU seriyalı, 367630 nömrəli, xx.xx.2019-cu il tarixli, EAAV seriyalı, 707060 nömrəli, xx.xx.2019-cu il tarixli, EAAW seriyalı, 604718 nömrəli, xx.xx.2019-cu il tarixli, EAAX seriyalı, 393453 nömrəli, xx.xx.2019-cu il tarixli, EAAZ seriyalı, 439858 nömrəli, xx.xx.2019-cu il tarixli, EBAA seriyalı, 112394 nömrəli, xx.xx.2019-cu il tarixli, EBAB seriyalı, 972816 nömrəli, xx.xx.2019-cu il tarixli, EBAC seriyalı, 026596 nömrəli qaimələr əsasında Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin "xxxx" kardioloji sanatoriyasının "xxxx" ASC-də olan AZ03NABZ******************** nömrəli bank hesabına xx.xx.2018-ci il tarixdə 67.614,40 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" ASC-də olan AZ37NABZ******************** nömrəli bank hesabına isə xx.xx.2018-ci il tarixdə 355.003 manat, xx.xx.2018-ci il tarixdə 139.871,18 manat, xx.xx.2018-ci il tarixdə 297.492,51 manat, xx.xx.2018-ci il tarixdə 702.003,24 manat, xx.xx.2018-ci il tarixdə 312.001,44 manat, xx.xx.2018-ci il tarixdə 88.400,41 manat, xx.xx.2018-ci il tarixdə 134.680,62 manat, xx.xx.2018-ci il tarixdə 260.001,20 manat, xx.xx.2018-ci il tarixdə 134.680,62 manat, xx.xx.2019-cu il tarixdə 396.480 manat, xx.xx.2019-cu il tarixdə 99.120 manat, xx.xx.2019cu il tarixdə 297.360 manat, xx.xx.2019-cu il tarixdə 99.120 manat, xx.xx.2019-cu il tarixdə 198.240 manat, xx.xx.2019-cu il tarixdə 198.240 manat, xx.xx.2019-cu il tarixdə 198.240 manat, xx.xx.2019-cu il tarixdə 86.730 manat, xx.xx.2019-cu il tarixdə 86.624,69 manat olmaqla, cəmi 4.151.903,31 manat məbləğində köçürülmüş pul vəsaitindən 14 ədəd sanatoriya-kurort müalicəsi üçün yollayış (putyovka) vərəqələri üzrə hesablanmış ümumilikdə 6.910,56 manat məbləğində pul vəsaitinin təyinatı üzrə istifadə edilməməsi nəticəsində həmin şəxslərin müvafiq olaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin "xxxx" kardioloji sanatoriyasında müalicə almasına nail olub öz qulluq mövqeyindən istifadə edərək Şahid13 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna məxsus olmaqla onlara etibar edilmiş cəmi 6.910,56 manat (altı min doqquz yüz on manat əlli altı qəpik) məbləğində pul vəsaitini vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla israf etmə yolu ilə talamış, qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun pul vəsaitinin aidiyyatı üzrə düzgün yönləndirilməsi, sosial sahədə ödənişlərin qanuna müvafiq aparılması ilə əlaqədar fəaliyyətini pozmaqla əmlak hüquqlarına və bu sahədə dövlət təminatlarının həyata keçirilməsində ifadə olunan qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərini aşmış, qabaqcadan əlbir olan bir qrup şəxs halında rəsmi sənədlərin məzmununa vahid şəxsi niyyətlə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamlar üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial X23 rayon şöbəsinin Sosial Xidmətlər Sektorunun aparıcı məsləhətçisi vəzifəsində işləmişdir. İş fəaliyyəti Kəlbəcər rayonu üzrə əlillik, şəhid vəsiqələrinin verilməsi, habelə müraciət edən şəxslərin sanatoriya-kurort putyovkaları ilə təmin edilməsindən, habelə qüvvədə olmuş Dövlət Sosial Müdafiə Fondu sədrinin 13 aprel 2012-ci il tarixli 434 nömrəli əmri ilə təsdiq edilmiş “İnzibati vəzifələr üzrə vəzifə təlimatları”na əsasən, sosial xidmətin göstərilməsini, sosial xidmətə olan tələblərin qiymətləndirilməsini və müəyyənləşdirilməsini həyata keçirmək, sosial xidmətə götürülən şəxsə (ailəyə) sosial xidmət göstərilməsinə dair planı tərtib etmək, sosial xidmətlərin sosial xidmətin göstərilməsi üzrə standartların tələblərinə uyğun olmasını təmin etmək, sosial xidmət göstərdikləri şəxslərə münasibətdə ayrıseçkiliyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara yol verilməməsinə nəzarət etmək, sosial xidmət göstərdikləri şəxsləri hüquqi, sosial, tibbi və digər qanunda təsbit olunmuş sosial müdafiə tədbirləri və çətin həyat şəraitində şəxsin (ailənin) rifahının yaxşılaşdırılması üçün mövcud olan imkanlar haqqında məlumatlandırılmasını təmin etmək, xidmət göstərdikləri şəxslərin hüquqlarına, şərəf və ləyaqətinə hörmətlə yanaşılmasına, sosial xidmətlərin göstərilməsi sahəsində qanunvericiliyə və etika normalarına əməl edilməsinə nəzarət etmək, səlahiyyətləri daxilində sektora daxil olan ərizə, şikayət və məktubların araşdırılmasını və cavablandırılmasını təmin etmək və digər vəzifələrdən ibarət olmuşdur. 2018-2019-cu il tarixlərində sanatoriya-kurort müalicəsi üçün müraciət edən 14 halda 12 nəfər şəxsin faktiki işlədiklərini bilə-bilə sanatoriya-kurort müalicəsi üçün yollayış vərəqələrində (putyovkalarda) həmin şəxslərin iş yerlərini bildirməmək üçün “iş yeri” qrafasının qarşısında sonuncuların sadəcə “təqaüdçü” olmalarına dair qeydlər aparmış, həmin şəxslərin iş yerlərini qeyd etməmişdir. Həmçinin Şahid1 münasibətdə sonuncuya Abşeron RİH MKTİİTB-nin 5 saylı MTİİTS tərəfindən təqdim edilmiş 26 aprel 2018-ci il tarixli, 1100 nömrəli arayışda “Hal-hazırda heç bir yerdə işləmir” sözlərini yazmışdır. Bütün bunları etməkdə hər hansı maddi və başqa marağı olmamışdır. Sadəcə olaraq həmin dövrdə Şöbə müdiri olmuş Şahid13 göstərişi ilə müraciət edən şəxslərə məcburi köçkün kimi köməklik etmək məqsədi ilə bilə-bilə rəsmi sənəd olan sanatoriya-kurort müalicəsi üçün yollayış vərəqələrinin (putyovkaların), adıçəkilən arayışın məzmununa həmin yalan məlumatları daxil etmişdir. Belə ki, 2017- 2020-ci illərdə Şöbənin Sosial Xidmətlər Sektorunda ondan başqa məsul əməkdaş, o cümlədən Şöbənin Sosial Xidmətlər Sektorunun müdiri olmamışdır. Bu səbəbdən də Sosial Xidmətlər Sektoruna aid bütün məsələlərin icrası Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nin Kəlbəcər rayon Şöbəsinin həmin dövrdə müdiri olmuş Şahid13 tərəfindən şifahi qaydada ona tapşırılmış, özü də sosial xidmətlər sahəsinə aid verilən həmin tapşırıqları icra etmişdir. Bununla əlaqədar hər hansı daxili əmr verilməmişdir. Bildirir ki, onun Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli, 128 saylı qərarı ilə təsdiq edilmiş “Əlillərin, sağlamlıq imkanları məhdud uşaqların, İkinci Dünya müharibəsi iştirakçılarının, şəhid ailələrinin, Çernobıl AES-də qəzanın nəticələrinin köçürmə zonasında ləğv edilməsinin iştirakçılarının, eləcə də köçürülmə günü ana bətnində olan uşaqlar da daxil edilməklə, uzaqlaşdırma və köçürmə zonalarından köçürülmüş uşaqların və ya 18 yaşınadək yeniyetmələrin, habelə 1986-cı il aprelin 26-dan sonra doğulmuş və Çernobıl AES-də qəzanın nəticələrinin ləğv edilməsinin iştirakçısı olmuş, yaxud Çernobıl qəzası nəticəsində zərər çəkmiş və birbaşa radioaktiv şüalanmaya məruz qalmaq ehtimalı olmuş valideynlərin birindən olan uşaqların, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşların sanatoriya-kurort müalicəsi ilə təmin edilməsi” “Qaydaları”n 3-cü bəndinə əsasən DSMFnin yerli rayon şöbələrinin yalnız işləməyən vətəndaşlara sanatoriya-kurort putyovkası vermək səlahiyyətinin olması, işləyən vətəndaşlara isə sanatoriya-kurort putyovkasının yalnız həmin şəxslərin iş yerləri tərəfindən verilə biləcəyindən, DSMF-nin yerli rayon Şöbələrinin isə belə bir səlahiyyətinin olmamasından əvvəlcədən məlumatı olsa da DSMFnin rəhbərliyi tərəfindən işləyən vətəndaşlara DSMF-nin yerli rayon Şöbələri, o cümlədən Kəlbəcər rayon Şöbəsi tərəfindən putyovka verilməməsi ilə bağlı hər hansı yazılı göstərişi olmadığından, habelə DSMF-nin Kəlbəcər rayon Şöbəsinin müdiri olmuş Şahid13 ona vətəndaşın işləyib-işləməməsindən asılı olmayaraq əlilliyi və şəhid ailəsinin üzvü olduğu təqdirdə sonunculara köməklik göstərərək putyovka verməyini birmənalı şəkildə tapşırdığından özü 2018-2019-cu il tarixlərdə faktiki olaraq ayrı-ayrı idarə, müəssisə və təşkilatlarda işləyən 12 nəfər əllilə 14 hal üzrə sanatoriya-kurort müalicəsi üzrə putyovka vermişdir. Həmin 14 ədəd putyovkanın arxa vərəqlərində Şahid13 göstərişi ilə “iş yeri” qrafasının qarşısında həmin şəxslərin işləməmələri görüntüsünü yaratmaq üçün sadəcə “təqaüdçü” sözünü bütün hallarda özü yazmış, orada olan imza və DSMF-nin Kəlbəcər rayon Şöbəsinin gerbli möhürü isə bütün hallarda Şahid13 tərəfindən icra edilmişdir. Bundan sonra özü həmin putyovkaları müvafiq tarixlərdə qeyd edilən 12 nəfər vətəndaşa təqdim etmiş, həmin şəxslər də gedib putyovkalar əsasında "xxxx" MMC və "xxxx" kardioloji sanatoriyasında müalicə kursu keçmişdirlər. Qeyd edir ki, sanatoriya-kurort müalicəsi üzrə yollayış vərəqələri (putyovkalar) "xxxx" MMC və "xxxx" kardioloji sanatoriyasının sifarişi əsasında əvvəlcədən həmin müəssisələrin adlarına tərtib edilərək DSMF ilə həmin müəssisələr arasında bağlanmış müqavilələr əsasında ön vərəqlərində həmin müəssisələrin möhürləri vurulmaqla DSMF-yə təqdim edilir. Daha sonra DSMF tərəfindən həmin putyovkalar tələbata uyğun olaraq yerli rayon Şöbələrinə, o cümlədən DSMF-nin Kəlbəcər rayon Şöbəsinə paylaşdırılır, sonra DSMF-nin yerli rayon Şöbəsi həmin putyovkaların arxa vərəqində müvafiq vətəndaşın adına qeydlər aparır, DSMF-nin yerli rayon Şöbəsinin möhürü ilə təsdiq edir və həmin putyovkanı vətəndaşa təqdim edir. Vətəndaş isə həmin putyovka ilə "xxxx" MMC və "xxxx" kardioloji sanatoriyasına müraciət edir və putyovkanı həmin MMC-lərə təqdim edir. Müvafiq MMC-lərdə putyovkaların üzərində vətəndaşın orada hansı müddətdə müalicə kursu keçməsi qeyd edilir və həmin putyovkalar sözügedən müəssisələrdə saxlanılır. Vətəndaşın müalicəsi bitdikdən sonra sonuncuya həmin müəssisələr tərəfindən “geri qaytarılan talon” adlı sənəd təqdim edilir. Həmin talon vətəndaş tərəfindən DSMF-yə təqdim edilir və sonuncuya putyovka verilməsi ilə bağlı şəxsi işinə tikilir. Putyovkaların dəyəri isə ilbəil dəyişir, onların dəyəri isə DSMF ilə "xxxx" MMC və "xxxx" kardioloji sanatoriyası arasında bağlanmış müqavilələr əsasında müəyyən edilərək əvvəlcədən DSMF tərəfindən ödənilir. Bildiyinə görə, 2018-ci ilin ilk 6 ayı ərzində "xxxx" MMC-də bir putyovkanın dəyəri 601,70 manat olsa da 2018-ci ilin ikinci yarımili, habelə 2019-cu ildə bir putyovkanın dəyəri həmin MMC-də 440,68 manat olmuşdur. "xxxx" kardioloji sanatoriyasında isə bir putyovkanın dəyəri 2018-ci ilin ikinci yarımilində 650,18 manat olmuşdur. 2020-ci ilin fevral ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmət Agentliyindən Şöbəyə ixtisası üzrə imtahan verməli olduğu barədə məlumat daxil olmuşdur. Həmin imtahana hazırlaşıb dəqiqləşdirmə apararkən bir daha əmin olmuşdur ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli, 128 saylı qərarı ilə təsdiq edilmiş “Qaydaları”n 3-cü bəndinə əsasən işləyən vətəndaşlar sanatoriya-kurort putyovkası ilə həmin şəxslərin iş yerləri tərəfindən təmin edilməlidir və bunun üçün DSMF-nin rəhbərliyi tərəfindən hər hansı yazılı göstərişə ehtiyac yoxdur. Bu zaman Şahid13 göstərişi olsa da pozuntular etdiyini bir daha anlamışdır. Həmçinin qeyd edir ki, audit yoxlaması zamanı həmin pozuntular üzə çıxarkən Şöbənin rəisi olmuş Şahid13la əlaqə saxlamış, sonuncu və özü sözügedən məsələ ilə əlaqədar audit yoxlamasında iştirak etmiş və Şahid13 ona 14 ədəd qanunsuz verilmiş sanatoriya-kurort putyovkalarının Şöbədən pensiya alan şəxslərə verildiyini, həmin vaxt işləyən pensiyaçılara putyovka verilməməsi barədə Kəlbəcər rayon şöbəsinə yuxarı orqanlar tərəfindən heç bir rəsmi məktub daxil olmadığını, rəsmi və ya şifahi göstəriş verilmədiyini bildirmişdir. Buna baxmayaraq audit yoxlamasını həyata keçirən şəxslər bunu audit arayışında pozuntu kimi qeyd etmiş, özü də həmin vaxt tərtib edilmiş və audit aktına əlavə olunmuş bununla əlaqədar məlumat cədvəlində imza atmaqla bu pozuntuları təsdiq etmişdir. Belə ki, Şahid13la aralarında dəfələrlə olan söhbətləri zamanı sonuncu ona əlil və DSMF-nin Kəlbəcər rayon Şöbəsindən pensiya alan istənilən şəxsə müraciəti olduğu təqdirdə haradasa işləyib-işləməməsindən asılı olmayaraq putyovka verilməsini bildirmişdir. Özü də Şahid13 rəisi olduğu üçün sonuncunun bu göstərişlərini icra etmiş, işlədiyini bilə-bilə 14 halda 12 nəfər şəxsə DSMF-dən putyovka ayrılmasını təmin etmişdir. Həmçinin məlumat üçün bildirir ki, yoxlama tərəfindən tələb olunan qaydaya uyğun olaraq həmin 14 halda 12 nəfər şəxsin hər birinə putyovkaların qiymətinin ödənilməsi üçün rəsmi bildirişlər göndərilmiş və pulların fərdi qaydada ödənişi həmin şəxslərdən tələb olunmuşdur. Həmin şəxslərdən biri 440 manat pul vəsaitini nağd qaydada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bank hesabına ödəmiş, altısı ərizə ilə müraciət edərək həmin məbləğin təqaüdlərindən hissə-hissə tutulmasına razılıq vermiş, biri, yəni X5 isə X22 İdarəsinin tabeliyində olan Kəlbəcər rayon Hacıkənd kənd Mədəniyyət evinin metodisti vəzifəsində işləməsinə baxmayaraq, X22 idarəsindən daxil olmuş məktubdan görünür ki, sonuncuya xx.xx.2017-ci il tarixdən orta aylıq əmək haqqının ödənişi dayandırılmışdır. Digər şəxslər isə şifahi qaydada qısa müddət ərzində onlara düşəcək məbləğin nağd formada ödənilməsini öhdələrinə götürmüşdürlər. Putyovkaların verilməsi ilə əlaqədar nə özü, nə də ki, Şahid13 hər hansı şəxsdən pul vəsaiti maddi və ya sair nemət, pul vəsaiti tələb etməmiş, almamışdır. Habelə qeyd etdiyi 14 hal üzrə 12 nəfər işləyən şəxsə putyovka verilməsindən başqa digər işləyən şəxslərə hər hansı putyovka verməmişlər. Şahid2, Şahid11, Şahid3, Şahid5, Şahid10, Şahid1, Şahid9, Şahid12,Şahid6, Şahid4 adlı şəxslərin "xxxx" MMC-yə, X5 və Şahid8 Bilgəh kardioloji sanatoriyasına göndərilməsi barədə 2018-2019-cu illərdə verilmiş putyovkalar onun tərəfindən müvafiq vətəndaşlara təqdim edilmişdir. Belə ki, əvvəlcə həmin vətəndaşlar şifahi qaydada ona müraciət etmiş, bundan sonra həmin şəxslərin müraciətini özünün xidməti istifadəsində olan kompüterində müəyyən edilmiş aylıq növbəlilik siyahısında müraciət etdiyi vaxta uyğun ardıcıllıqla qeyd etmişdir. Həmin şəxslər müraciət edərkən işlədiklərini bildirsələr də buna əhəmiyyət verməmişdir. Çünki Şahid13 ona vətəndaşın istisnasız olaraq işləyibişləməməsindən asılı olmayaraq DSMF-nin Kəlbəcər rayon Şöbəsinin uçotunda olan və putyovka üçün müraciət edən hər kəsə putyovka verilməsini tapşırmışdır. Özü də Şahid13 tapşırıqlarını icra etmişdir. Vətəndaş şifahi müraciət etdikdən sonra vətəndaşın özündən putyovka verilməsi ilə bağlı DSMF-nin Kəlbəcər rayon Şöbəsinin rəisi Şahid13 adına ərizəsini almışdır. Habelə sanator-kurort vərəqələri təqdim etdikləri halda onu, şəxsiyyət vəsiqələrinin kserosurətlərini, bəzilərindən isə təqdim etdikləri nümayəndəliklərdən verilən arayışı götürmüşdür. Bəzi hallarda vətəndaşlar ərizələri onların yerinə yazmağını xahiş etdiklərindən ərizəni də yazmış, lakin buna baxmayaraq vətəndaşın özü həmin ərizəni imzalamışdır. Ərizəni aldıqdan sonra onu Şahid13 xidməti otağına aparmış, sonuncuya vətəndaşın müraciəti barədə məlumat verib ərizəni təqdim etmişdir. Şahid13 da həmin ərizəyə baxıb üzərinə onun adına imza atmaqla və adını qeyd etməklə dərkənar qoymuşdur. Bundan sonra ərizəni aparıb xidməti otağına qoymuş, həmin ərizə əsasında vətəndaşın adına müvafiq olaraq üzərində “Bilgəh kardioloji sanatoriya”sı və "xxxx" MMCnin möhürləri olan və ƏƏSMN yanında DSMF-nin Sosial Xidmətlər Sektorun tərəfindən verilmiş putyovkalar üzərində Şahid13 şifahi göstərişi ilə “putyovka alan şəxsin soyadı, adı və atasının adı” olan hissədə vətəndaşın soyadı, adı və atasının adı, “iş yeri” olan hissədə “təqaüdçü”, “putyovkanı verən təşkilatın adı” olan hissədə isə “ƏƏSMN yanında DSMF Kəlbəcər rayon şöbəsi” sözlərini əlyazma formasında qeyd etmişdir. Daha sonra putyovkanı aparıb qeydlər apardığı hissədə Şahid13 təqdim etmiş, sonuncu da həmin putyovkada müvafiq hissəni imzalamış, daha sonra DSMF-nin Kəlbəcər rayon Şöbəsinin gerbli möhürü ilə təsdiqləmişdir. Sonra Şahid13 ona putyovkanı təqdim edərək müvafiq müraciət edən şəxsə verməyini tapşırmışdır. Bundan sonra vətəndaşı dəvət edib üzərində onun tərəfindən qeydlər aparılmış, Şahid13 tərəfindən isə imza və DSMF-nin Kəlbəcər rayon Şöbəsinin möhürü ilə təsdiqlənmiş putyovkanı təqdim etmişdir. Bundan sonra vətəndaşlar müvafiq olaraq “Bilgəh kardioloji sanatoriya”sı və "xxxx" MMC-yə getmiş, həmin müəssisələrdə müalicə kursu keçmiş, geri qayıtdıqdan sonra ona "xxxx" MMC-dən “geri qaytarılan talon”, “Bilgəh kardioloji sanatoriyası”ndan isə sanator-kurort kitabçasını təqdim etmişdirlər. Özü də həmin sənədləri müvafiq vətəndaşların şəxsi işlərinə əlavə etmişdir. Əlavə olaraq qeyd edir ki, 14 halda 12 nəfər şəxsə putyovka verilməsi ilə bağlı müraciətlərindən sonra sanator-kurort vərəqəsi tələb olunduğunu bildirmiş, həmin şəxslərdən bəziləri sanator-kurort vərəqəsinin əslini və ya kserosurətini təqdim etdiklərindən şəxsi işlərinə əlavə etmiş, təqdim etməyənlərdən isə bu barədə hər hansı zəruri tələb kimi istəməmiş, buna ciddi əhəmiyyət verməmiş, sanator-kurort vərəqələrini təqdim etməsələr belə həmin şəxslərə sadəcə ərizə ilə müraciətləri əsasında Şahid13 göstərişi ilə putyovka verilməsini təmin etmişdir. Həmin şəxslərin sanator-kurort vərəqələrini aldıqlarını və sanatoriya-kurort müalicə mərkəzlərinə təqdim etdiklərini düşünmüşdür. Yalnız sonradan sanator-kurort vərəqəsi təqdim edilmədən vətəndaşa putyovka verilməsinin əsassız olduğunu bilmişdir. Əlavə olaraq qeyd edir ki, putyovka verilməsi ilə əlaqədar hər hansı vətəndaşdan, o cümlədən adıçəkilən 14 halda 12 nəfər şəxsdən və ya qeyrilərindən hər hansı pul vəsaiti, maddi və ya sair nemət istəməmiş, almamışdır. Bu 14 halda 12 nəfər şəxsə putyovka verilərkən növbəlilik prinsipi pozulmamışdır. Belə ki, növbəlilik cədvəli aylıq olaraq onun tərəfindən kompüterdə “Excel” formatında tərtib edilmiş, daha sonra onun tərəfindən kompüterdən çıxarılıb Şahid13 təqdim edilmiş və Şahid13 tərəfindən imzalanmaqla təsdiqlənərək DSMF-nin Sosial Xidmətlər Sektoruna göndərilmişdir. Növbə vaxtı çatdıqda vətəndaşa tərəfindən zəng edilmiş, vətəndaş növbəsindən şifahi qaydada imtina etdikdə növbəti vətəndaşa zəng edərək putyovka verilməsini təmin etmişdir. Vətəndaşlara putyovka verərkən bununla əlaqədar tərtib etdiyi qeyd dəftərində bu barədə qeydlər aparıb vətəndaşa imzalatdırmışdır. Şahid2, Şahid11, Şahid3, Şahid5, Şahid10, Şahid1, Şahid9, Şahid12, Şahid6, Şahid4 adlarına tərtib edilmiş putyovkalar da əks olunmuş üzərində “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial X23 rayon Şöbəsi” sözləri yazılmış dairəvi formalı möhür, habelə həmin hissədə “Məsul şəxs” sözünün qarşısındakı imzalar həmin dövrdə DSMF-nin Kəlbəcər rayon Şöbəsinin müdiri Şahid13 tərəfindən icra olunmuşdur. Həmin sənədlərdə, o cümlədən qeyd edilən 14 halda 12 nəfər şəxsə putyovka verilməsi ilə bağlı sənədlərdə hər hansı imzası yoxdur, qeyd edilən şəxslərə putyovka verilməsi ilə bağlı yazılı formada nə özü, nədə ki, Şahid13 və ya qeyriləri hər hansı arayış, eləcə də qərar qəbul etməmişdirlər. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 22 iyun 2021-ci il tarixli audit aktına əlavə edilən “Nazirlik yanında DSMF-nin 18 saylı regional ərazi filialının Kəlbəcər rayon Şöbəsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövrün seçmə üsulla araşdırılması zamanı vətəndaşa işlədiyi dövrdə sanatoriya-kurort müalicəsi üçün putyovka (yollayış) verildiyi aşkar edilmiş işlər barədə məlumat” adlı 35 nömrəli cədvəldə “Təqsirləndirilən şəxs” sözlərinin qarşısındakı imza ona məxsusdur. Həqiqətən də 14 hal üzrə 12 nəfər şəxsə əsassız olaraq 2018-2019-cu illər ərzində ümumilikdə 6.910,56 manat dəyərində putyovkalar verilmişdir. Abşeron RİH MKTİİTB-nin 5 saylı MTİİTS tərəfindən Şahid1 təqdim edilmiş 26 aprel 2018-ci il tarixli, 1100 nömrəli arayışdakı “Hal-hazırda heç bir yerdə işləmir” sözləri onun tərəfindən 2018-ci ilin may ayının əvvəllərində DSMF-nin Kəlbəcər rayon Şöbəsinin Gəncə şəhəri, Nizami Gəncəvi prospekti 3 ünvanında yerləşən inzibati binasında daxil edilmişdir. Belə ki, 2018-ci ilin may ayının əvvəllərində Abşeron RİH MKTİİTB-nin 5 saylı MTİİTS tərəfindən Şahid1, daha sonra sonuncu tərəfindən ona təqdim edilmiş 26 aprel 2018-ci il tarixli, 1100 nömrəli arayışda Şahid1 işləmədiyini təsdiqləmək məqsədi ilə özünə məxsus göy rəngli diyircəkli qələmlə “Hal-hazırda heç bir yerdə işləmir” sözlərini yazmış, daha sonra həmin arayışı putyovka ilə bağlı toplanılan sənədlərin içərisinə qoymuş, onun əsasında Şahid1 GPT015436 nömrəli putyovka vermişdir. Həmin putyovka əsasında Şahid1 "xxxx" MMC-yə getmiş və orada müalicə kursu keçmişdir. Putyovka verilən vaxtlar Şahid1 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində çalışmışdır. Sonda törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, dövlətə vurulmuş ziyanın tam ödənilməsini, zərərçəkmiş hüquqi şəxsin ondan hər hansı şikayət və tələbinin olmadığını və himayəsində azyaşlı uşağı olmaqla ailədə yeganə qazanc gətirən şəxs olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialın mütəxəssisi X24 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə zərərçəkmiş şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna ümumilikdə 6.910,56 manat məbləğində ziyan dəymiş və həmin ziyan məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilmişdir. Qeyd olunanların məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etdi. Məhkəmə baxışı zamanı Şahid4 ifadəsində göstərdi ki, xx.xx.2015-ci il tarixdən etibarən Kəlbəcər rayonu 11 saylı tam orta məktəbin ibtidai sinif müəllimi olaraq çalışır. Anadangəlmə olaraq sağ-bud çanaq oynağının anadangəlmə çıxığı, diz yırtığı, revmatizm, qığırdaq yeyilməsi, təzyiq və digər adını xatırlamadığı xəstəliklərdən əziyyət çəkir. 07 aprel 2016-cı il tarixdə xəstəlikləri ilə əlaqədar TSEK-də həkim yoxlanışından keçmiş və həmin vaxt “əmək qabiliyyətli” hesab edilməklə ona xx.xx.2021-ci il tarixədək olan müddətə ümumi xəstəliklə ikinci dərəcəli əlillik dərəcəsi verilmişdir. 2018-ci ilin iyul ayında xatırlamadığı şəxsdən DSMF-nin Kəlbəcər rayon Şöbəsindən hətta işləyən şəxslərə də sanatoriya-kurort müalicəsi üçün putyovka verilməsini eşidib DSMF-nin Kəlbəcər rayon Şöbəsində çalışan və bu işlərə baxan Təqsirləndirilən şəxs adlı şəxsin yanına gedib "xxxx" MMC-yə müalicə məqsədi ilə göndərilməyi üçün ərizə ilə müraciət etmiş, Səbuiyə işlədiyini bildirmiş və sonuncudan putyovka verilməsini xahiş etmişdir. Səbui də ona özünün putyovka verə biləcəyini bildirmişdir. Səbui ondan sanator-kurort vərəqəsi tələb etmiş, özü də gedib Kəlbəcər RMX-da müayinə olunmuş və ona oradan sanator-kurort vərəqəsi verilmişdir. Özü də həmin sanator-kurort vərəqəsini aparıb Səbuiyə vermiş, DSMF-nin Kəlbəcər rayon Şöbəsinin rəhbərliyinin adına ona putyovka verilməsi üçün ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs ərizəsini alıb ona xəbər edəcəyini bildirmişdir. 2018-ci ilin iyul ayında Təqsirləndirilən şəxs onu DSMF-yə çağırıb "xxxx" MMC-yə müalicə məqsədi ilə getməyi üçün putyovka (yollayış) vermişdir. Həmin putyovkanı alıb Goranboy rayonu, Naftalan şəhərində yerləşən "xxxx" MMC-yə getmiş, orada xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddətdə müalicə almış, xx.xx.2018-ci il tarixdə oranı tərk etmişdir. Həmin MMC-dən çıxarkən ona MMC-nin imza və möhürü ilə təsdiqlənmiş “geri qaytarılan talon” adlı sənəd verilmiş, özü də həmin sənədi aparıb Təqsirləndirilən şəxs təqdim etmişdir. Eyni qaydada 2019-cu ilin iyul ayında Təqsirləndirilən şəxs yaxınlaşıb ərizə ilə müraciət etmişdir. Həmin vaxtı da Təqsirləndirilən şəxs ərizədən başqa hər hansı bir sənəd, o cümlədən sanator-kurort vərəqəsi təqdim edib-etməməyini xatırlamır. Səhv etmirsə sanator-kurort vərəqəsi verməmişdir. Təqsirləndirilən şəxs onun ərizəsini alıb ona xəbər edəcəyini bildirmişdir. 2019-cu ilin iyul ayında Təqsirləndirilən şəxs onu DSMF-nin Kəlbəcər rayon Şöbəsinə çağırıb "xxxx" MMCyə müalicə məqsədi ilə getməyi üçün putyovka (yollayış) vermişdir. Həmin putyovkanı alıb Goranboy rayonu, Naftalan şəhərində yerləşən "xxxx" MMC-yə getmiş, orada müayinə olub analizlər verərək MMC-yə qəbul edilmiş, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddətdə orada müalicə almış, xx.xx.2019-cu il tarixdə oranı tərk etmişdir. Həmin MMC-dən çıxarkən ona MMC-nin imza və möhürü ilə təsdiqlənmiş “geri qaytarılan talon” adlı sənəd təqdim edilmişdir. Həmin sənədi aparıb Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs ona putyovka verməsi üçün nə ondan, nə də ki, ailə üzvlərindən hər hansı pul vəsaiti, maddi və ya sair nemət istəməmiş, almamışdır. 2021-ci ilin avqust ayında putyovkaların səhvən verildiyini, əslində işləyən şəxslərə DSMF-nin Kəlbəcər rayon Şöbəsinin putyovka vermək səlahiyyətinin olmadığını və həmin putyovkaların dəyərinin pensiyasından tutulacağını öyrənmişdir. Məhkəmə baxışı zamanı Şahid8 ifadəsində göstərdi ki, 1991-ci il tarixdən 22 noyabr 2021-ci il tarixinə kimi X22 İdarəsinin tabeliyində Kəlbəcər rayon X15 kənd kitabxanasının müdiri vəzifəsində çalışmışdır. 22 noyabr 2021-ci il tarixdə 65 yaşı tamam olduğu üçün onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. 1992-ci il tarixdən etibarən mədə yazvası, öd kisəsi, ürək işemiyası, revmatizm və digər xəstəliklərlə əlaqədar Kəlbəcər RMX və adını xatırlamadığı digər xəstəxanalarda ambulator və stasionar qaydada müalicə almışdır. 1993-cü ildə xəstəlikləri ilə əlaqədar TSEK-də həkim yoxlanışından keçmiş və ona qeyd etdiyi ümumi xəstəliklərlə ikinci dərəcəli əlillik dərəcəsi verilmişdir. Hazırda pensiya alır. 2018-ci il tarixdə xatırlamadığı şəxsdən DSMF-nin Kəlbəcər rayon Şöbəsindən hətta işləyən şəxslərə də sanatoriya-kurort müalicəsi üçün putyovka verilməsini eşidib DSMF-nin Kəlbəcər rayon Şöbəsində çalışan və bu işlərə baxan Təqsirləndirilən şəxs adlı şəxsin yanına getmiş, özünün “Bilgəh Kardioloji” sanatoriyasına müalicə məqsədi ilə göndərilməyi üçün ərizə ilə müraciət etmişdir. Səbui də ona özünün putyovka verə biləcəyini bildirmiş, həmin vaxt Səbui ona sanator-kurort vərəqəsi almalı olduğunu söyləmiş və ona Kəlbəcər RMX-ya getməyini tövsiyə etmişdir. Özü də oraya gedib müayinə olunmuş, Kəlbəcər RMX-da adını xatırlamadığı şəxsdən sanator-kurort vərəqəsini alıb Səbuiyə vermişdir. Səbuiyə ərizə və sanator-kurort vərəqəsindən başqa hər hansı sənəd təqdim etməmişdir. Nə də ki, Təqsirləndirilən şəxs ondan ərizədən və sanator-kurort vərəqəsindən başqa heç bir sənəd tələb etməmişdir. Təqsirləndirilən şəxs onun ərizə və sanator-kurort vərəqəsini alıb ona xəbər edəcəyini bildirmişdir. 2018-ci ilin dekabr ayında DSMF-nin Kəlbəcər rayon Şöbəsinə çağırıb “Bilgəh kardioloji” sanatoriyasına müalicə məqsədi ilə getməyi üçün putyovka (yollayış) vermişdir. Həmin putyovkanı alıb sanatoriyaya getmiş, orada dəqiq xatırlamadığı tarixlərdə müayinə olunub müalicəyə qəbul olunmuş, orada müalicə olunmuşdur. Həmin sanatoriyadan çıxarkən ona sanatoriyanın imza və möhürü ilə təsdiqlənmiş “sanator-kurort kitabçası” adlı sənəd təqdim edimişdir. Həmin sənədi aparıb Təqsirləndirilən şəxs təqdim etmişdir. Əlavə olaraq qeyd edir ki, Təqsirləndirilən şəxs putyovka verməsi üçün nə ondan, nə də ki, ailə üzvlərindən hər hansı pul vəsaiti, maddi və ya sair nemət istəməmiş, almamışdır. Sadəcə onu bildirir ki, 2021-ci ilin iyul ayında Təqsirləndirilən şəxs adından ona verilən putyovkanın etibarsız hesab edilməsi və həmin putyovkanın dəyəri olan 650,18 manat pul vəsaitinin ödənilməsi barədə məktub gəlmişdir. Həmin məktubu götürüb Təqsirləndirilən şəxs yanına getmiş, Səbui həmin vaxt ona əmək müqaviləsi olduğu halda ona DSMF-dən putyovka verilməli olmadığını, bunun səhvən olduğunu, buna görə həmin putyovkanın dəyəri olan pulu geri qaytarmalı olduğunu demişdir. Özü də DSMF-nin Kəlbəcər rayon Şöbəsinin rəhbərliyinə pensiyasından ayda 50 manat olmaqla ümumilikdə 650,18 manat pul vəsaitinin tutulması barədə ərizə ilə müraciət etmişdir. Məhkəmə baxışı zamanı Şahid9 ifadəsində göstərdi ki, xx.xx.2010-cu il tarixdən hazırki dövrədək Daşkəsən rayonu, Daşkəsən qəsəbəsi tam orta məktəbinin 0,5 ştat vahidi təlim-tərbiyə işləri üzrə direktor müavini, həmçinin həmin tarixdən sözügedən məktəbin ibtidai sinif müəllimi vəzifəsində çalışır. 2015-ci il tarixdən etibarən sağ ayağının parezi, bel yırtığı, şəkər və digər adını xatırlamadığı xəstəliklərdən əziyyət çəkir. xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə ona ümumi xəstəliklə əlaqədar ikinci dərəcəli əlillik dərəcəsi verilmişdir. Hazırda ikinci dərəcəli əlilliyə görə pensiya alır. 2019-cu il tarixdə xatırlamadığı şəxsdən DSMF-nin Kəlbəcər rayon Şöbəsindən hətta işləyən şəxslərə də sanatoriya-kurort müalicəsi üçün putyovka verilməsini eşidib DSMF-nin Kəlbəcər rayon Şöbəsində çalışan və bu işlərə baxan Təqsirləndirilən şəxs adlı şəxsin yanına gedib "xxxx" MMC-yə müalicə məqsədi ilə göndərilməyi üçün ərizə ilə müraciət etmiş, həmin vaxt Səbuiyə işlədiyini bildirmişdir. Səbui ondan hər hansı sanator-kurort vərəqəsi tələb etməmiş, almamışdır. Səbuiyə ərizədən başqa hər hansı sənəd təqdim etməmiş, nə də ki, Təqsirləndirilən şəxs ondan ərizədən başqa heç bir sənəd tələb etməmişdir. Təqsirləndirilən şəxs onun ərizəsini alıb ona xəbər edəcəyini bildirmişdir. 2019-cu ilin iyul ayında Təqsirləndirilən şəxs onu DSMF-nin Kəlbəcər rayon Şöbəsinə çağırıb "xxxx" MMC-yə müalicə məqsədi ilə getməyi üçün putyovka (yollayış) vermişdir. Özü həmin putyovkanı alıb Goranboy rayonu, Naftalan şəhərində yerləşən "xxxx" MMC-yə getmiş, orada xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddətdə müalicə almışdır. xx.xx.2019-cu il tarixdə oranı tərk etmişdir. Həmin MMC-dən çıxarkən ona MMC-nin imza və möhürü ilə təsdiqlənmiş “geri qaytarılan talon” adlı sənəd təqdim edilmiş, özü həmin sənədi aparıb Təqsirləndirilən şəxs təqdim etmişdir. Təqsirləndirilən şəxs putyovka verməsi üçün nə ondan, nə də ki, ailə üzvlərindən hər hansı pul vəsaiti, maddi və ya sair nemət istəməmiş, almamışdır. 2021-ci ilin avqust ayında Təqsirləndirilən şəxs onu DSMF-nin Kəlbəcər rayon Şöbəsinə çağırıb ona verdiyi sözügedən putyovkanı səhvən verdiyini, əslində işləyən şəxslərə onun putyovka vermək səlahiyyətinin olmadığını bildirmiş və ondan putyovkanın dəyəri olan ümumilikdə 440,68 manat pul vəsaitini verməyini söyləmişdir. Özü də Səbuiyə həmin pulu tutmasını bildirmiş və bu barədə DSMF-nin Kəlbəcər rayon Şöbəsinin rəhbərliyinin adına pensiyasından hər ay 50 manat tutulması ilə bağlı ərizə ilə müraciət etmişdir. Həmin pul da tam həcmdə pensiyasından tutulmuşdur. Məhkəmə baxışı zamanı Şahid12 ifadəsində göstərdi ki, xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə Azərbaycan Respublikası Qaçqınların və X19 üzrə Dövlət Komitəsinin Mənzil İstismarı Departamentinin Gəncə şəhər Mənzil-Kommunal İstismar Sahəsinin fəhləsi kimi çalışmışdır. xx.xx.2022-ci il tarixdə öz ərizəsi əsasında işdən ayrılmışdır. Təqribən 20-30 il olar ki təzyiq, nevroloji, qaraciyər, böyrək, ürək çatışmazlığı və digər adını xatırlamadığı xəstəliklərdən əziyyət çəkir. Sonuncu dəfə TSEKdə həkim yoxlanışından keçərkən ona “əmək qabiliyyətsiz” olduğu bildirilməklə adını xatırlamadığı ümumi xəstəliklə müddətsiz ikinci dərəcəli əlillik dərəcəsi verilmişdir. Hazırda ikinci dərəcəli əlilliyə görə pensiya alır. 2019-cu ilin sentyabr ayında xatırlamadığı şəxsdən DSMF-nin Kəlbəcər rayon Şöbəsindən hətta işləyən şəxslərə də sanatoriya-kurort müalicəsi üçün putyovka verilməsini eşitmişdir. Əri Şahid10 hər ikisinə putyovka verilməsi üçün DSMF-nin Kəlbəcər rayon Şöbəsində çalışan və bu işlərə baxan Təqsirləndirilən şəxs adlı şəxsin yanına getmiş, orada hər ikisinin "xxxx" MMC-yə müalicə məqsədi ilə göndərilmələri üçün şifahi müraciət etmişdir. Həmin vaxt Səbui əri Allahverdidən hər hansı sənəd, hər hansı məbləğdə pul vəsaiti, maddi və ya sair nemət istəməmiş, almamışdır. Sadəcə onu bilir ki, əri Səbuiyə müraciət etdikdən sonra 2019-cu ilin sentyabr ayında Təqsirləndirilən şəxs əri Şahid10 DSMF-nin Kəlbəcər rayon Şöbəsinə çağırıb "xxxx" MMCyə müalicə məqsədi ilə getmələri üçün sonuncuya iki putyovka (yollayış) vermişdir. Əri Şahid10 həmin putyovkaları alıb onunla birlikdə Goranboy rayonu, Naftalan şəhərində yerləşən "xxxx" MMC-yə getmiş, orada xatırlamadığı müddətlərdə müalicə almış, xx.xx.2019-cu il tarixdə oranı tərk etmişdirlər. Həmin MMC-dən çıxarkən əri Şahid10 MMCnin imza və möhürü ilə təsdiqlənmiş həm onun, həm də ərinin adına olan “geri qaytarılan talon” adlı sənədlər təqdim edilmişdir. Şahid10 da həmin sənədi aparıb Təqsirləndirilən şəxs təqdim etmişdir. Təqsirləndirilən şəxs putyovka verməsi üçün nə ondan, nə də ki, ailə üzvlərindən hər hansı pul vəsaiti, maddi və ya sair nemət istəməmiş, almamışdır. 2021-ci ilin iyul ayında Təqsirləndirilən şəxs Şahid10 DSMF-nin Kəlbəcər rayon Şöbəsinə çağırıb sonuncuya 2019-cu ildə verdiyi sözügedən putyovkaları səhvən verdiyini, əslində işləyən şəxslərə onun putyovka vermək səlahiyyətinin olmadığını bildirmiş və ondan putyovkaların dəyəri olan pul vəsaitini verməyini söyləmişdir. Şahid10 da Səbuiyə həmin pul vəsaitini ödəyə bilməyəcəyini bildirmişdir. Hazırki dövrədək bununla əlaqədar hər hansı vəsaiti ödəməmişdirlər. Xəstəlikləri olsa da heç vaxt “əmək qabiliyyətsiz” olmamış, həmişə vaxtlıvaxtında işə gedib-gəlmiş, əmək haqqı almış, müvafiq tabel kitablarını imzalamışdır. Lakin həmin müddətdə də paralel olaraq müvafiq olaraq pensiya almışdır. Bunun mümkün olduğunu düşündüyündən, həmçinin xəstəlikləri də olduğundan ona pensiya düşdüyünü güman etmişdir. Burada onun başqa heç bir marağı olmamışdır. Putyovka verilməsi ilə əlaqədar isə çalışdığı iş yerinin rəhbərliyinə və Həmkarla İttifaqına hər hansı müraciət etməmişdir. Məhkəmə baxışı zamanı Şahid10 ifadəsində göstərdi ki, 07 iyun 2016-cı il tarixdən xx.xx.2022-ci il tarixə kimi olan dövrdə Azərbaycan Avtomobil Yolları X27 Hüquqi şəxsinin "xxxx" MMC-də sürücü vəzifəsində çalışmışdır. xx.xx.2022-ci il tarixdə səhhəti ilə əlaqədar oradan vəzifədən ayrılmışdır. Təqribən 15-20 il olar ki təzyiq, nevroloji, qaraciyər, ürək çatışmazlığı və digər adını xatırlamadığı xəstəliklərdən əziyyət çəkir. Sonuncu dəfə 2010cu il tarixdə TSEK-də həkim yoxlanışından keçmiş və ona “əmək qabiliyyətsiz” olduğu bildirilməklə adını xatırlamadığı ümumi xəstəliklə müddətsiz olaraq ikinci dərəcəli əlillik dərəcəsi verilmişdir. Hazırda ikinci dərəcəli əlilliyə görə pensiya alır. 2019-cu il tarixində xatırlamadığı şəxsdən DSMF-nin Kəlbəcər rayon Şöbəsindən hətta işləyən şəxslərə də sanatoriya-kurort müalicəsi üçün putyovka verilməsini eşidib DSMF-nin Kəlbəcər rayon Şöbəsində çalışan və bu işlərə baxan Təqsirləndirilən şəxs adlı şəxsin yanına gedib onun "xxxx" MMC-yə müalicə məqsədi ilə göndərilməyi üçün şifahi müraciət etmiş, Səbuiyə işlədiyini bildirmişdir. Həmin vaxt Səbui ondan hər hansı sənəd, hər hansı məbləğdə pul vəsaiti, maddi və ya sair nemət istəməmiş, almamışdır. Təqsirləndirilən şəxs sadəcə ona xəbər edəcəyini söyləmişdir. 2019-cu ilin sentyabr ayında Təqsirləndirilən şəxs onu DSMF-nin Kəlbəcər rayon Şöbəsinə çağırıb "xxxx" MMC-yə müalicə məqsədi ilə getməyi üçün putyovka (yollayış) vermişdir. Həmin putyovkanı alıb Goranboy rayonu, Naftalan şəhərində yerləşən "xxxx" MMC-yə getmiş, orada xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddətdə müalicə almış, xx.xx.2019-cu il tarixdə oranı tərk etmişdir. Həmin MMC-dən çıxarkən ona MMC-nin imza və möhürü ilə təsdiqlənmiş “geri qaytarılan talon” adlı sənəd təqdim edilmişdir. Həmin sənədi aparıb Təqsirləndirilən şəxs təqdim etmişdir. Təqsirləndirilən şəxs putyovka verməsi üçün nə ondan, nə də ki, ailə üzvlərindən hər hansı pul vəsaiti, maddi və ya sair nemət istəməmiş, almamışdır. 2021-ci ilin iyul ayında Təqsirləndirilən şəxs onu DSMF-nin Kəlbəcər rayon Şöbəsinə çağırıb ona 2019-cu ildə verdiyi sözügedən putyovkanı səhvən verdiyini, əslində işləyən şəxslərə onun putyovka vermək səlahiyyətinin olmadığını bildirmiş və ondan putyovkanın dəyəri olan ümumilikdə 440,68 manat pul vəsaitini verməyini söyləmişdir. Xəstəlikləri olsa da heç vaxt “əmək qabiliyyətsiz” olmamış, həmişə vaxtlı-vaxtında işə gedib-gəlmiş, əmək haqqı almış, müvafiq tabel kitablarını imzalamışdır. Lakin həmin müddətdə də paralel olaraq müvafiq olaraq pensiya almışdır. Bunun mümkün olduğunu düşündüyündən, həmçinin xəstəlikləri də olduğundan ona pensiya düşdüyünü güman etmişdir. Burada onun başqa heç bir marağı olmamışdır. Putyovkada olduğu müddətdə çalışdığı 30 saylı Yol İstismarı MMCdən məzuniyyət götürmüşdür. Putyovka verilməsi ilə əlaqədar isə 30 nömrəli Yol İstismarı MMC-nin rəhbərliyinə və Həmkarlar İttifaqına hər hansı müraciət etməmişdir. Məhkəmə baxışı zamanı Şahid11 ifadəsində göstərdi ki, 2009-cu il tarixdən etibarən Göygöl rayonu Bənövşəli kəndində yerləşən Kəlbəcər rayonu 59 saylı tam orta məktəbin gözətçisi vəzifəsində çalışır. Təqribən 20-30 il olar ki təzyiq, nevroloji, revmatizm, ürək çatışmazlığı və digər adını xatırlamadığı xəstəliklərdən əziyyət çəkir. Sonuncu dəfə 2005- 2006-cı il tarixlərdə TSEK-də həkim yoxlanışından keçmiş və ona adını xatırlamadığı ümumi xəstəliklə müddətsiz olaraq ikinci dərəcəli əlillik dərəcəsi verilmişdir. Hazırda ikinci dərəcəli əlilliyə görə pensiya alır. 2019-cu il tarixdə xatırlamadığı şəxsdən DSMF-nin Kəlbəcər rayon Şöbəsindən hətta işləyən şəxslərə də sanatoriya-kurort müalicəsi üçün putyovka verilməsini eşidib DSMF-nin Kəlbəcər rayon Şöbəsində çalışan və bu işlərə baxan Təqsirləndirilən şəxs adlı şəxsin yanına gedib onun "xxxx" MMC-yə müalicə məqsədi ilə göndərilməyi üçün ərizə ilə müraciət etmiş, Səbuiyə işlədiyini bildirmişdir. Səbui də ona özünün putyovka verə biləcəyini bildirmiş, həmin vaxt Səbui ona sanatorkurort vərəqəsi almalı olduğunu söyləmiş və Kəlbəcər RMX-ya getməyini tövsiyə etmişdir. Özü də oraya gedib müayinə olunmuş, Kəlbəcər RMX-dan sanator-kurort vərəqəsini alıb Səbuiyə vermişdir. Səbuiyə ərizə və sanator-kurort vərəqəsindən başqa hər hansı sənəd təqdim etməmiş, nə də ki, Təqsirləndirilən şəxs ondan ərizədən və sanator-kurort vərəqəsindən başqa heç bir sənəd tələb etməmişdir. Təqsirləndirilən şəxs onun ərizəsini və sanator-kurort vərəqəsini alıb ona xəbər edəcəyini bildirmişdir. 2019-cu ilin sentyabr ayında Təqsirləndirilən şəxs onu DSMF-nin Kəlbəcər rayon Şöbəsinə çağırıb "xxxx" MMCyə müalicə məqsədi ilə getməyi üçün putyovka (yollayış) vermişdir. Həmin putyovkanı alıb Goranboy rayonu, Naftalan şəhərində yerləşən "xxxx" MMC-yə getmiş, orada xx.xx.2019cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddətdə müalicə almış, xx.xx.2019-cu il tarixdə oranı tərk etmişdir. Həmin MMC-dən çıxarkən ona MMC-nin imza və möhürü ilə təsdiqlənmiş “geri qaytarılan talon” adlı sənəd təqdim edilmiş, həmin sənədi aparıb Təqsirləndirilən şəxs təqdim etmişdir. Təqsirləndirilən şəxs putyovka verməsi üçün nə ondan, nə də ki, ailə üzvlərindən hər hansı pul vəsaiti, maddi və ya sair nemət istəməmiş, almamışdır. 2021-ci ilin iyul ayında Təqsirləndirilən şəxs onu DSMF-nin Kəlbəcər rayon Şöbəsinə çağırıb ona 2019-cu ildə verdiyi sözügedən putyovkanı səhvən verdiyini, əslində işləyən şəxslərə onun putyovka vermək səlahiyyətinin olmadığını bildirmiş və ondan putyovkanın dəyəri olan ümumilikdə 440,68 manat pul vəsaitini verməyini söyləmişdir. Özü də xx.xx.2021-ci il tarixdə Kapital bankın Gəncə kart mərkəzindən Səbuinin verdiyi DSMFnin hesab nömrəsinə tam həcmdə ziyanı ödəmişdir. Məhkəmə baxışı zamanı şahid X3 ifadəsində göstərdi ki, 2016-cı il tarixdən etibarən Azərbaycan Təhsil İşçiləri X20 Kəlbəcər rayon komitəsinin sədri vəzifəsində çalışır. Mahiyyəti üzrə bildirir ki, təhsil müəsissələrində çalışan və həmkarlar ittifaqının üzvü olan hər bir müəllim və texniki heyət istirahət mərkəzlərinə, sanatoriya-kurort müalicə mərkəzlərinə getmək üçün Azərbaycan Təhsil İşçiləri X20 tabeliyində yerləşən məktəblərdə, bağçalarda və digər təhsil müəssisələrində fəaliyyət göstərən ilk həmkarlar təşkilatına onlara putyovka (yollayış) verilməsi üçün ərizə ilə müraciət edə bilərlər. Ərizə ilə müraciət edərkən müraciət edən şəxslər ərizəyə sanator-kurort vərəqəsi, şəxsiyyət vəsiqəsinin kserosurətini əlavə etməlidirlər. Həmin ərizəyə əvvəlcə müraciət edən şəxsin çalışdığı təhsil müəssisəsində fəaliyyət göstərən ilk həmkarlar təşkilatında baxılaraq şəxsə putyovka verilməsi barədə protokol tərtib olunur. Daha sonra tərtib edilmiş həmin protokol müraciət edən şəxsin ərizəsi və ona əlavə etdiyi sanatoriya-kurort vərəqəsi, şəxsiyyət vəsiqəsinin kserosurəti ilə birlikdə ilk həmkarlar təşkilatı tərəfindən rayon həmkarlar komitəsinə təqdim olunur. Rayon həmkarlar komitəsində ilk həmkarlar təşkilatı tərəfindən təqdim edilən həmin sənədlər əsasında putyovka üçün müraciət edən şəxs növbəyə götürülür. Bundan sonra müəyyən müddətdən bir rayon komitəsi tərəfindən Azərbaycan Təhsil İşçiləri X20 Respublika Komitəsinə putyovka göndərilməsi ilə bağlı sifariş verilir. Respublika Komitəsi isə müvafiq sanatoriya-kurort müalicə mərkəzləri ilə bağladığı müqavilə əsasında həmin mərkəzlərdən sifarişə uyğun sayda putyovka alınmasını təmin edərək Rayon komitəsinə göndərir. Bildirir ki, putyovkalar sanatoriya-kurort müalicə mərkəzləri tərəfindən hazırlanır və Respublika Komitəsinə təqdim edilir. Putyovkalar Rayon Komitəsinə təqdim edildikdən sonra növbəlilik əsasında putyovka üçün müraciət edən şəxs Rayon Komitəsinə dəvət olunur və sonuncuya putyovkanın dəyərinin 15 faizini DSMF-nin bank hesabına ödəyərək çekini təqdim etməsi təklif olunur. Müraciət edən şəxs həmin 15 faizi ödəyib çeki Rayon Komitəsinə təqdim etdikdən sonra həmin şəxsə putyovka təqdim edilir. Bundan sonra müraciət edən şəxs əldə etdiyi putyovka ilə birlikdə müvafiq sanator-kurort müalicə mərkəzinə gedir, orada putyovkanı təqdim edib həmin mərkəzə qəbul edilir. Orada müalicə kursu başa çatdıqdan sonra vətəndaş sanatoriyakurort mərkəzindən aldığı “geri qaytarma talonu”nu Rayon Komitəsinə təqdim edir. Həmin talonda vətəndaşın harada, hansı müddətdə müalicə kursu keçməsi qeyd olunur. Rayon Komitəsində isə həmin talon müraciət edən şəxsin şəxsi işinə tikilir. Əlavə olaraq qeyd edir ki, putyovkanın dəyərinin 15 faizini vətəndaş ödəsə də qalan 85 faizi tam həcmdə Azərbaycan Təhsil İşçiləri X20 Respublika Komitəsi tərəfindən ödənilir. Əlillik dərəcəsi və şəhid ailəsinin üzvü olan şəxslər də əgər işləyirlərsə onlara putyovka Azərbaycan Təhsil İşçiləri X16 çalışan şəxsin müraciəti olduğu təqdirdə verilir. Həmin şəxslər işlədikləri müddətdə DSMF-dən hər hansı putyovka ala bilməzlər. Belə ki, qüvvədə olan müvafiq qanunvericiliyin tələbinə əsasən DSMF yalnız işləməyən əlilliyi və şəhid ailəsinin üzvü olan şəxslərə putyovka verə bilər. Şahid5, Şahid4, Şahid6, Şahid3, Şahid11 adlı şəxslər həqiqətən də uzun müddətdir ki, o cümlədən də 2018-2019-cu illərdə Kəlbəcər rayon Təhsil Şöbəsində və onun tabeliyində olan təhsil müəssisələrində çalışmışdırlar. Onlardan bəziləri hazırda da çalışırlar. Həmin şəxslər 2018-2019-cu illərdə putyovka verilməsi ilə bağlı Azərbaycan Təhsil İşçiləri X20 Kəlbəcər Rayon Komitəsinə və ya onun tabeliyində olan ilk həmkarlar təşkilatına yazılı və ya şifahi formada müraciət etməmişdirlər. Həmin şəxslər 2018-2019-cu illərdə faktiki olaraq işlədiklərindən, əlilliklərinin və şəhid ailəsinin üzvü olub-olmamalarından asılı olmayaraq onlara DSMF-nin Kəlbəcər rayon Şöbəsi tərəfindən putyovka verilməsi qanunsuz və əsassızdır. Çünki qüvvədə olan qanunvericiliyin tələbinə əsasən DMSF-nin rayon Şöbələri əlillərə və şəhid ailələrinə putyovkanı yalnız işləmədikləri halda verə bilər. İşləyən şəxslərə isə DSMF-nin putyovka verməsi qanunsuzdur. Məhkəmə baxışı zamanı Şahid2 elan olunmuş ibtidai istintaqa verdiyi ifadəsindən görünür ki, 2014-cü il tarixdən 2021-ci ilin aprel ayına kimi Bakı şəhəri, Binəqədi rayonunda yerləşən “14 nömrəli X34 İstismarı” MMC-də iş icraçısı işləmişdir. 2021-ci ilin aprel ayında öz ərizəsi əsasında oradan işdən ayrılmışdır. Təqribən 25-30 il olar ki təzyiq, revmatizm, astma-bronxit, ürək və digər adını xatırlamadığı xəstəliklərdən əziyyət çəkir. Sonuncu dəfə 2013-cü il tarixdə TSEK-də həkim yoxlanışından keçmiş və “əmək qabiliyyətsiz” hesab edilərək ona adını xatırlamadığı ümumi xəstəliklə müddətsiz olaraq ikinci dərəcəli əlillik dərəcəsi verilmişdir. 2018-ci il tarixində xatırlamadığı şəxsdən DSMFnin Kəlbəcər rayon Şöbəsindən hətta işləyən şəxslərə də sanatoriya-kurort müalicəsi üçün putyovka verilməsini eşidib DSMF-nin Kəlbəcər rayon Şöbəsində çalışan və bu işlərə baxan Təqsirləndirilən şəxs adlı şəxsin yanına getmiş, onun "xxxx" MMC-yə müalicə məqsədi ilə göndərilməyini xahiş etmişdir. Səbuiyə işlədiyini, lakin iş yerindən ona putyovka verilmədiyini bildirmişdir. Səbui də ona özünün putyovka verə biləcəyini söyləmiş, lakin sanator-kurort vərəqəsi almalı olduğunu bildirmiş, ona Kəlbəcər RMX-ya getməyini tövsiyə etmişdir. Özü də Kəlbəcər RMX-ya gedib müayinə olunmuş, oradan sanator-kurort vərəqəsini alıb Səbuiyə vermişdir. Səbuiyə sanator-kurort vərəqəsindən başqa hər hansı sənəd təqdim etməmişdir. Təqsirləndirilən şəxs onun sanator-kurort vərəqəsini aldıqdan sonra ona putyovka verilməsi üçün DSMF-nin Kəlbəcər rayon Şöbəsinin müdirinin adına ərizə yazdırmışdır. 2018-ci ilin may ayında Təqsirləndirilən şəxs ona zəng edib "xxxx" MMC-yə müalicə məqsədi ilə getməyi üçün putyovkanı təqdim etmiş və birbaşa olaraq oraya gedib müalicə almağını bildirmişdir. Bundan sonra Goranboy rayonu, Naftalan şəhərində yerləşən "xxxx" MMC-yə getmiş, orada xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddətdə müalicə almış, xx.xx.2018-ci il tarixdə oranı tərk etmişdir. Həmin MMC-dən çıxarkən ona MMC-nin imza və möhürü ilə təsdiqlənmiş “geri qaytarılan talon” adlı sənəd təqdim edilmişdir. Həmin sənədi aparıb Təqsirləndirilən şəxs təqdim etmişdir. Putyovkanı alarkən, "xxxx" MMC-də müalicə alarkən “14 nömrəli X34 İstismarı” MMC-də iş icraçısı olaraq çalışmış, Səbui də bunu bilmişdir. "xxxx" MMC-də müalicə alarkən “14 nömrəli X34 İstismarı” MMC-dən məzuniyyət götürmüş, məzuniyyətdə olarkən müalicə almışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə təqdim edilmiş Kəlbəcər RİHB-nın Hacıkənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilən 01 may 2018-ci il tarixli, 35 nömrəli arayışı xahişi əsasında qardaşı X17 RİHB-nın Hacıkənd İƏD üzrə nümayəndəsi Nəciməddin Quluyevdən almış, Təqsirləndirilən şəxs vermişdir. 2018-ci il ərzində faktiki olaraq “14 nömrəli X34 İstismarı” MMC-də iş icraçısı kimi çalışmışdır. Məhkəmə baxışı zamanı Şahid1 elan olunmuş ibtidai istintaqa verdiyi ifadəsindən görünür ki, 2017-2021-ci il tarixlərində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Nərimanov rayonunda yerləşən filialında fəhlə olaraq çalışmışdır. 2021-ci ilin sonları 2022ci ilin əvvəllərində öz ərizəsi ilə həmin MMC-dən işdən ayrılmışdır. Uşaqlıqdan etibarən revmatizm, təzyiq, nevroloji, oynaq, qaraciyər, ürək çatışmamazlığı və digər adını xatırlamadığı xəstəliklərdən əziyyət çəkir. 2011-ci il tarixdən etibarən ikinci dərəcəli əlilliyə görə pensiya alır. 2018-ci il tarixində xatırlamadığı şəxsdən DSMF-nin Kəlbəcər rayon Şöbəsindən hətta işləyən şəxslərə də sanatoriya-kurort müalicəsi üçün putyovka verilməsini eşidib Fondun Kəlbəcər rayon Şöbəsində çalışan və bu işlərə baxan Təqsirləndirilən şəxs adlı şəxsin yanına getmiş və sonuncunun "xxxx" MMC-yə müalicə məqsədi ilə göndərilməyi üçün şifahi müraciət etmişdir. Həmin vaxt Səbuiyə yaşadığı əraziyə baxan Abşeron Rayon İcra Hakimiyyəti MKTİİB-nin 5 saylı MTİİTS-dən aldığı xx.xx.2018-ci il tarixli arayışı da təqdim etmişdir. Həmin vaxt X13 Cəmiyyətinin Nərimanov filialında fəhlə olaraq çalışmışdır. Bu barədə 5 saylı MTİİS-nin vəzifəli şəxslərinə məlumat verməmişdir. Qeyd etdiyi vaxt Səbui ondan Abşeron Rayon İcra Hakimiyyəti MKTİİB-nin 5 saylı MTİİTS-nin arayışını alıb DSMF-nin Kəlbəcər rayon Şöbəsinin rəhbərliyinin adına ərizə ilə müraciət etməyini xahiş etmiş və özü xx.xx.2018-ci il tarixdə DSMF-nin Kəlbəcər rayon Şöbəsinin adına ərizə yazmışdır. Səbui bundan başqa ondan hər hansı sənəd tələb etməmişdir. Həmçinin danışıqları zamanı Səbui ondan hər hansı sanator-kurort vərəqəsi tələb etmədiyindən Səbuiyə hər hansı sanator-kurort vərəqəsi təqdim etməmişdir. Təqsirləndirilən şəxs ondan hər hansı məbləğdə pul vəsaiti, maddi və ya sair nemət istəməmiş, almamışdır. Səbuhi Abbasov ərizəsini aldıqdan sonra ona xəbər edəcəyini bildirmişdir. 2018-ci ilin may ayında Səbuhi Abbasov onu DSMF-nin Kəlbəcər rayon Şöbəsinə çağırıb "xxxx" MMC-yə müalicə məqsədi ilə getməyi üçün ona putyovka (yollayış) vermişdir. Həmin putyovkanı alıb Goranboy rayonu, Naftalan şəhərində yerləşən "xxxx" MMC-yə getmiş, orada xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddətdə müalicə almış, xx.xx.2018-ci il tarixdə oranı tərk etmişdir. Həmin MMC-dən çıxarkən ona MMC-nin imza və möhürü ilə təsdiqlənmiş “geri qaytarılan talon” adlı sənəd təqdim edilmişdir. Həmin sənədi aparıb Təqsirləndirilən şəxs təqdim etmişdir. Təqsirləndirilən şəxs putyovka verməsi üçün nə ondan, nə də ki, ailə üzvlərindən hər hansı pul vəsaiti, maddi və ya sair nemət istəməmiş, almamışdır. Onun xəstəlikləri olsa da heç vaxt “əmək qabiliyyətsiz” olmamış, həmişə vaxtlı-vaxtında işə gedib-gəlmiş, əmək haqqını almış, müvafiq tabel kitablarını imzalamışdır. Lakin həmin müddətdə də paralel müvafiq olaraq pensiya almışdır. İş yerini ciddi iş kimi qəbul etməmiş, burada başqa heç bir marağı olmamışdır. Putyovkada olduğu müddətdə çalışdığı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən məzuniyyət götürmüş, putyovka verilməsi ilə əlaqədar isə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyinə və Həmkarlar İttifaqına hər hansı müraciət etməmişdir. Abşeron Rayon İcra Hakimiyyəti MKTİİB-nin 5 saylı MTİİTS-nin xx.xx.2018-ci il tarixli, 1100 nömrəli arayışı həmin müəssisənin xatırlamadığı əməkdaşı tərəfindən ona verilmişdir. Həmin arayışda vətəndaşın işləməməsi barədə hər hansı qeyd aparılmamış, yalnız ünvan 3 ünvanında yaşaması ilə bağlı məlumatlar göstərilmiş, oraya “Hal-hazırda heç bir yerdə işləmir” sözləri o arayışı Təqsirləndirilən şəxs təqdim etdikdən sonra arayışa əlavə edilmişdir. Fikrincə bunu Səbuhi Abbasovun özü etmişdir. Məhkəmə baxışı zamanı Şahid3 elan olunmuş ibtidai istintaqa verdiyi ifadəsindən görünür ki, Tərtər rayonu, Cəmilli kəndində yerləşən Kəlbəcər rayonu 68 saylı tam orta məktəbin ocaqçısı vəzifəsində çalışır. Təqribən 20-30 il olar ki təzyiq, zob, revmatizm, ürək və digər adını xatırlamadığı xəstəliklərdən əziyyət çəkir. Sonuncu dəfə 2010-cu il tarixdə TSEK-də həkim yoxlanışından keçmiş və ona “əmək qabiliyyətsiz” hesab edilməklə adını xatırlamadığı ümumi xəstəliklə müddətsiz olaraq ikinci dərəcəli əlillik dərəcəsi verilmişdir. Hazırda da ikinci dərəcəli əlilliyə görə pensiya alır. 2018-ci il tarixində xatırlamadığı şəxsdən DSMF-nin Kəlbəcər rayon Şöbəsindən hətta işləyən şəxslərə də sanatoriyakurort müalicəsi üçün putyovka verilməsini eşidib DSMF-nin Kəlbəcər rayon Şöbəsində çalışan və bu işlərə baxan Təqsirləndirilən şəxs adlı şəxsə müraciət etmiş, sonuncunun yanına gedib "xxxx" MMC-yə müalicə məqsədi ilə göndərilməyi üçün ərizə yazmış, Səbuiyə işlədiyini bildirmiş və sonuncudan putyovka verilməsini xahiş etmişdir. Səbui də ona özünün putyovka verə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs ondan sanatorkurort vərəqəsi tələb etmiş, özü də gedib Kəlbəcər RMX-da müayinə olunmuş və ona oradan sanator-kurort vərəqəsi verilmişdir. Özü də həmin sanator-kurort vərəqəsini aparıb Səbuiyə vermişdir. Təqsirləndirilən şəxs ərizəsini və sanatoriya-kurort vərəqəsini alıb ona xəbər edəcəyini bildirmişdir. 2018-ci ilin may ayında Təqsirləndirilən şəxs onu DSMF-yə çağırıb "xxxx" MMC-yə müalicə məqsədi ilə getməyi üçün putyovka (yollayış) vermişdir. Həmin putyovkanı alıb Goranboy rayonu, Naftalan şəhərində yerləşən "xxxx" MMC-yə getmiş, orada xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddətdə müalicə almış, xx.xx.2018-ci il tarixdə oranı tərk etmişdir. Həmin MMC-dən çıxarkən ona MMC-nin imza və möhürü ilə təsdiqlənmiş “geri qaytarılan talon” adlı sənəd verilmiş, özü də həmin sənədi aparıb Təqsirləndirilən şəxs təqdim etmişdir. Təqsirləndirilən şəxs putyovka verməsi üçün nə ondan, nə də ki, ailə üzvlərindən hər hansı pul vəsaiti, maddi və ya sair nemət istəməmiş, almamışdır. xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs onu DSMF-nin Kəlbəcər rayon Şöbəsinə çağırıb ona 2018-ci ildə verdiyi sözügedən putyovkanı səhvən verdiyini, əslində işləyən şəxslərə onun putyovka vermək səlahiyyətinin olmadığını bildirmiş və ondan putyovkanın dəyəri olan ümumilikdə 440,68 manat pul vəsaitini verməyini söyləmişdir. Özü də Səbuiyə ərizə ilə müraciət edərək həmin pulu aldığı pensiyasından tutulmağını xahiş etmişdir. Hazırki dövrədək onun pensiyasından hər ay 50 manat pul vəsaiti DSMF tərəfindən tutulmuşdur. Məhkəmə baxışı zamanı Şahid5 elan olunmuş ibtidai istintaqa verdiyi ifadəsindən görünür ki, 29 sentyabr 2021-ci il tarixdən etibarən Kəlbəcər rayonu 119 saylı tam orta məktəbin xadiməsi vəzifəsində çalışır. Təqribən 9-10 il olar ki, bel yırtığı, öd, sümük yeyilməsi və digər adını xatırlamadığı xəstəliklərdən əziyyət çəkir. Sonuncu dəfə 2011-ci il tarixdə TSEK-də həkim yoxlanışından keçmiş və həmin vaxt “əmək qabiliyyətsiz” hesab edilərək ona müddətsiz olaraq ümumi xəstəliklə əlaqədar ikinci dərəcəli əlillik dərəcəsi verilmişdir. Hazırda ikinci dərəcəli əlilliyə görə sosial müavinat alır. 2018-ci il tarixdə xatırlamadığı şəxsdən DSMF-nin Kəlbəcər rayon Şöbəsindən hətta işləyən şəxslərə də sanatoriya-kurort müalicəsi üçün putyovka verilməsini eşidib DSMF-nin Kəlbəcər rayon Şöbəsində çalışan və bu işlərə baxan Təqsirləndirilən şəxs adlı şəxsin yanına gedib "xxxx" MMC-yə müalicə məqsədi ilə göndərilməyi üçün ərizə ilə müraciət etmiş, Səbuiyə işlədiyini, lakin iş yerindən ona putyovka verilmədiyini bildirmiş, Səbui də ona özünün putyovka verə biləcəyini söyləmişdir. Həmin vaxt Səbuiyə ərizədən başqa heç bir sənəd, o cümlədən sanator-kurort vərəqəsi təqdim etməmişdir. Nədə ki, Təqsirləndirilən şəxs ondan ərizədən başqa heç bir sənəd, o cümlədən sanator-kurort vərəqəsi tələb etməmişdir. Təqsirləndirilən şəxs onun ərizəsini alıb ona xəbər edəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs onu DSMF-yə çağırıb "xxxx" MMC-yə müalicə məqsədi ilə getməyi üçün putyovka (yollayış) vermişdir. Həmin putyovkanı alıb Goranboy rayonu, Naftalan şəhərində yerləşən "xxxx" MMC-yə getmiş, orada xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddətdə müalicə almış, xx.xx.2018-ci il tarixdə oranı tərk etmişdir. Həmin MMC-dən çıxarkən ona MMC-nin imza və möhürü ilə təsdiqlənmiş “geri qaytarılan talon” adlı sənəd verilmiş, özü də həmin sənədi aparıb Təqsirləndirilən şəxs təqdim etmişdir. Eyni qaydada 2019-cu il tarixində Təqsirləndirilən şəxs yaxınlaşıb ərizə ilə müraciət etmişdir. Həmin vaxtı da Təqsirləndirilən şəxs ərizədən başqa heç bir sənəd, o cümlədən sanator-kurort vərəqəsi təqdim etməmişdir. Nə də ki, Təqsirləndirilən şəxs ondan ərizədən başqa heç bir sənəd, o cümlədən sanator-kurort vərəqəsi tələb etməmişdir. Təqsirləndirilən şəxs onun ərizəsini alıb ona xəbər edəcəyini bildirmişdir. 2019-cu ilin sentyabr ayında Təqsirləndirilən şəxs onu DSMF-yə çağırıb "xxxx" MMC-yə müalicə məqsədi ilə getməyi üçün putyovka (yollayış) vermişdir. Həmin putyovkanı alıb Goranboy rayonu, Naftalan şəhərində yerləşən "xxxx" MMC-yə getmiş, orada müayinə olub analizlər verməklə MMC-yə qəbul edilmiş, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddətdə orada müalicə almış, xx.xx.2019-cu il tarixdə oranı tərk etmişdir. Həmin MMC-dən çıxarkən ona MMC-nin imza və möhürü ilə təsdiqlənmiş “geri qaytarılan talon” adlı sənəd təqdim edilmişdir. Həmin sənədi aparıb Təqsirləndirilən şəxs vermişdir. Putyovka ala bilmək üçün heç bir xəstəxanaya müraciət edib sanator-kurort vərəqəsi almamış, belə bir sənəd almadığı üçün də Səbuiyə hər hansı sanator-kurort vərəqəsi, xəstəlik sənədi təqdim etməmiş, buna lüzum olduğunu isə yalnız indi bilmişdir. Təqsirləndirilən şəxs putyovka verməsi üçün nə ondan, nə də ki, ailə üzvlərindən hər hansı pul vəsaiti, maddi və ya sair nemət istəməmiş, almamışdır. xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs onu DSMF-nin Kəlbəcər rayon Şöbəsinə çağırıb ona 2018 və 2019-cu illərdə verdiyi sözügedən putyovkaları səhvən verdiyini, əslində işləyən şəxslərə onun putyovka vermək səlahiyyətinin olmadığını bildirmiş və ondan putyovkaların dəyəri olan ümumilikdə 881,36 manat pul vəsaitini verməyini söyləmişdir. Özü də Səbuiyə ərizə ilə müraciət edərək həmin pulu aldığı sosial müavinatdan tutulmağını xahiş etmişdir. Hazırki dövrədək sosial müavinatından hər ay 40 manat pul vəsaiti DSMF tərəfindən tutulur. Verilən suallara cavab olaraq Şahid5 verdiyi ifadəsində göstərmişdir ki, onun xəstəlikləri olsa da heç vaxt “əmək qabiliyyətsiz” olmamış, həmişə vaxtlı-vaxtında işə gedib-gəlmiş, əmək haqqını özü almış, müvafiq tabel kitablarını imzalamışdır. Lakin həmin müddətdə də paralel olaraq müvafiq olaraq sosial müavinat almışdır. Bunun mümkün olduğunu düşündüyündən, həmçinin xəstəlikləri də olduğundan sosial müavinat düşdüyünü güman etmiş, burada başqa heç bir marağı olmamışdır. Məhkəmə baxışı zamanı Şahid6 elan olunmuş ibtidai istintaqa verdiyi ifadəsindən görünür ki, Goranboy rayonu Veyisli kəndində yerləşən Kəlbəcər rayonu 77 saylı tam orta məktəbin xadiməsi vəzifəsində çalışır. Təqribən 10-15 il olar ki, təzyiq, revmatizm, böyrək, ürək və digər adını xatırlamadığı xəstəliklərdən əziyyət çəkir. Sonuncu dəfə TSEK-də həkim yoxlanışından keçmiş və ona adını xatırlamadığı ümumi xəstəliklə müddətsiz olaraq ikinci dərəcəli əlillik dərəcəsi verilmişdir. Hazırda ikinci dərəcəli əlilliyə görə pensiya alır. 2018-ci il tarixdə xatırlamadığı şəxsdən DSMF-nin Kəlbəcər rayon Şöbəsindən hətta şəhid ailəsi olan və işləyən şəxslərə də sanatoriya-kurort müalicəsi üçün putyovka verilməsini eşidib DSMF-nin Kəlbəcər rayon Şöbəsində çalışan və bu işlərə baxan Təqsirləndirilən şəxs adlı şəxsin yanına gedib şəhid ailəsi kimi "xxxx" MMC-yə müalicə məqsədi ilə göndərilməyi üçün ərizə ilə müraciət etmiş, Səbuiyə işlədiyini bildirmişdir. Səbui də ona özünün putyovka verə biləcəyini söyləmişdir. Həmin vaxt Səbui ona sanator-kurort vərəqəsi almalı olduğunu bildirmiş və Kəlbəcər RMX-ya getməyini tövsiyə etmişdir. Özü də Kəlbəcər RMX-ya gedib müayinə olunmuş, Kəlbəcər RMX-da adını xatırlamadığı həkimdən sanator-kurort vərəqəsini alıb Səbuiyə vermişdir. Səbuiyə ərizə və sanatorkurort vərəqəsindən başqa hər hansı sənəd təqdim etməmiş, nə də ki, Təqsirləndirilən şəxs ondan ərizədən və sanator-kurort vərəqəsindən başqa heç bir sənəd tələb etməmişdir. Təqsirləndirilən şəxs onun ərizə və sanator-kurort vərəqəsini alıb ona xəbər edəcəyini bildirmişdir. 2018-ci ilin sentyabr ayında Təqsirləndirilən şəxs onu DSMF-nin Kəlbəcər rayon Şöbəsinə çağırıb "xxxx" MMC-yə müalicə məqsədi ilə getməyi üçün putyovka (yollayış) vermişdir. Həmin putyovkanı alıb Goranboy rayonu, Naftalan şəhərində yerləşən "xxxx" MMC-yə getmiş, orada xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddətdə müalicə almış, xx.xx.2018-ci il tarixdə oranı tərk etmişdir. Həmin MMC-dən çıxarkən ona MMC-nin imza və möhürü ilə təsdiqlənmiş “geri qaytarılan talon” adlı sənəd təqdim edilmişdir. Həmin sənədi aparıb Təqsirləndirilən şəxs təqdim etmişdir. X2 1994-cü il tarixdə Kəlbəcər rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuş, dəqiq xatırlamadığı tarixdən “şəhid ailəsi” statusu almışdır. Hazırda da həmin statusu vardır. Səbui də ona putyovka verərkən sonuncudan ona “şəhid ailəsi” kimi putyovka verilməsini xahiş etmiş, özü də bu məqsədlə putyovka verilməsini düşünmüşdür. Təqsirləndirilən şəxs putyovka verməsi üçün nə ondan, nə də ki, ailə üzvlərindən hər hansı pul vəsaiti, maddi və ya sair nemət istəməmiş, almamışdır. 2021-ci ilin iyul ayında Təqsirləndirilən şəxs onu DSMF-nin Kəlbəcər rayon Şöbəsinə çağırıb ona 2018-ci ildə verdiyi sözügedən putyovkanı səhvən verdiyini, əslində işləyən şəxslərə onun putyovka vermək səlahiyyətinin olmadığını bildirmiş və ondan putyovkanın dəyəri olan ümumilikdə 440,68 manat pul vəsaitini verməyini söyləmişdir. Özü də Səbuiyə həmin pulu tutmasını bildirmiş, lakin oradan hər hansı tutma olmamışdır. Məhkəmə baxışı zamanı Şahid7 elan olunmuş ibtidai istintaqa verdiyi ifadəsindən görünür ki, təxminən 2018-2019-cu il tarixlərdə xəstəlikləri ilə əlaqədar TSEK-də həkim yoxlanışından keçmiş və ona ümumi xəstəliklə 2023-cü il tarixə kimi ikinci dərəcəli əlillik dərəcəsi verilmişdir. 2018-ci il tarixdə xatırlamadığı şəxsdən DSMF-nin Kəlbəcər rayon Şöbəsindən hətta işləyən şəxslərə də sanatoriya-kurort müalicəsi üçün putyovka verilməsini eşidib əri Mətləb Həmzəyevlə birlikdə DSMF-nin Kəlbəcər rayon Şöbəsində çalışan və bu işlərə baxan Təqsirləndirilən şəxs adlı şəxsin yanına gedib “Bilgəh Kardioloji” sanatoriyasına müalicə məqsədi ilə göndərilməyi üçün ərizə ilə müraciət etmişdir. Səbui də ona özünün putyovka verə biləcəyini bildirmişdir. Həmin vaxt Səbui sanator-kurort vərəqəsi almalı olduğunu bildirmiş və Yevlax RMX-ya getməyini tövsiyə etmişdir. Özü də əri ilə birlikdə oraya gedib müayinə olunmuş, Yevlax RMX-da adını xatrılamadığı şəxsdən sanator-kurort vərəqəsini alıb Səbuiyə vermişdir. Səbuiyə ərizə və sanator-kurort vərəqəsindən başqa hər hansı sənəd təqdim etməmiş, nə də ki, Təqsirləndirilən şəxs ondan ərizədən və sanator-kurort vərəqəsindən başqa heç bir sənəd tələb etməmişdir. Təqsirləndirilən şəxs ərizəsi və sanator-kurort vərəqəsini alıb ona xəbər edəcəyini bildirmişdir. 2018-ci ilin dekabr ayında Təqsirləndirilən şəxs onu və ərini DSMFnin Kəlbəcər rayon Şöbəsinə çağırıb “Bilgəh kardioloji” sanatoriyasına müalicə məqsədi ilə getməyi üçün putyovka (yollayış) vermişdir. Həmin putyovkanı alıb adıçəkilən sanatoriyaya getmiş, orada dəqiq xatırlamadığı tarixlərdə müalicə almışdır. Həmin sanatoriyadan çıxarkən ona sanatoriyanın imza və möhürü ilə təsdiqlənmiş “sanator-kurort kitabçası” adlı sənəd təqdim edilmişdir. Həmin sənədi əri ilə birlikdə aparıb Təqsirləndirilən şəxs təqdim etmişdir. Təqsirləndirilən şəxs putyovka verməsi üçün nə ondan, nə də ki ailə üzvlərindən hər hansı pul vəsaiti, maddi və ya sair nemət istəməmiş, almamışdır. Məhkəmə baxışı zamanı Şahid14 elan olunmuş ibtidai istintaqa verdiyi ifadəsindən görünür ki, 2016-ci ilin yay ayından 2020-ci ilin avqust ayınadək olan müddətlərdə Dövlət Sosial Müdafiə Fondunun Sosial Xidmətlər və Proqramlar Şöbəsinin Sosial Proqramlar Sektorunun məsləhətçisi vəzifəsində çalışmış, 2020-ci ilin avqust ayında struktur dəyişikliyi ilə əlaqədar oradan işdən ayrılmışdır. Mahiyyəti üzrə bildirir ki, 2016-2020-ci illər ərzində Dövlət Sosial Müdafiə Fondu ilə ayrı-ayrı müalicə-sağlamlıq mərkəzləri arasında dövrü və ya illik olaraq sosial xidmətlərin göstərilməsi, putyovkalar verilməsi ilə bağlı müqavilələr bağlanmış, həmin müqavilələrin icrası ilə əlaqədar tərtib edilən qaimələr əsasında sifariş verilən putyovkalar müvafiq müalicə-sağlamlıq mərkəzləri tərəfindən DSMF-yə təqdim edilmişdir. Putyovkalar DSMF-yə təqdim edildikdən sonra DSMF-nin yerli rayon Şöbələrinin ona etdikləri müraciətləri əsasında tələbata uyğun olaraq tərəfindən paylaşdırılmışdır. Belə ki, DSMF-nin yerli rayon Şöbələri tərəfindən ona rüblük olaraq putyovka alınması ilə əlaqədar müraciət edən imtiyazlı şəxslərin siyahısı göndərilmiş və özü də həmin siyahıda olan şəxslərin sayı nəzərə alınmaqla DSMF-nin yerli rayon Şöbələrinə putyovkanı akt üzrə təqdim etmişdir. DSMF-nin Kəlbəcər rayon Şöbəsi ilə də həmin qaydada işləmişdir. Kəlbəcər rayon Şöbəsində bu işlərə məsul əməkdaş Təqsirləndirilən şəxs adlı şəxs olmuşdur. Putyovkaları bir sıra vaxtlar Səbui, bəzi vaxtlarda isə DSMF-nin Kəlbəcər rayon Şöbəsinin müdiri Şahid13 etibarnaməsi əsasında xatırlamadığı şəxslər götürmüşdürlər. Vətəndaşlar sanatoriya-kurort müalicəsində müalicə aldıqdan sonra yerli rayon Şöbələri tərəfindən ona hansı sayda imtiyazlı şəxsin müalicə alması barədə məlumat verilmişdir. Təqsirləndirilən şəxs da bu zəmində ona müalicə alan şəxslərin sayı barədə mütəmadi bildirmişdir. Özü isə sadəcə olaraq həmin imtiyazlı şəxslərin siyahısını verəcəyi putyovkaların sayını müəyyən etmək üçün istəmişdir. Orada həmin şəxslərin işləyib-işləməmələri barədə hər hansı yoxlama aparmamışdır. Həmin şəxslərin işləyib-işləməmələrini araşdırmaq, bunun üçün X11 sorğu verib cavabını almaq Təqsirləndirilən şəxs və Şahid13 vəzifə öhdəlikləri içərisində olmuşdur. Dövlət Sosial X23 rayon Şöbəsinin sabiq müdiri vəzifəsində çalışmış Şahid13 və həmin Şöbənin Sosial Xidmətlər sektorunun aparıcı məsləhətçisi vəzifəsində işləmiş Təqsirləndirilən şəxs işləyən şəxslərə putyovka verilməməsi ilə bağlı hər hansı yazılı və ya şifahi qaydada göstəriş verməyə ehtiyac yoxdur. Çünki putyovka verilməsi ilə bağlı bütün məsələlər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli, 128 saylı qərarı ilə təsdiq edilmiş “Qaydalar”la tənzimlənir, orada birbaşa olaraq işləyən imtiyazlı şəxslərə iş yerindən, işləməyən imtiyazlı şəxslərə isə DSMF-nin yerli rayon şöbələri tərəfindən putyovka verilməli olduğu aydın şəkildə göstərilmiş, bütün yerli rayon şöbələrinin, o cümlədən Kəlbəcər rayon Şöbəsinin məsul əməkdaşlarına da öz fəaliyyətlərində həmin qanunvericilik aktını rəhbər tutmaları bildirilmişdir. Nə onun, nə də ki, DSMF-nin hər hansı digər əməkdaşı tərəfindən Şahid13 və Təqsirləndirilən şəxs işləyən şəxslərə putyovka verilməməsi ilə bağlı hər hansı göstəriş, məsləhət, təklif, tövsiyə verilməmişdir. Nə də ki, həmin şəxslər tərəfindən ona və ya DSMF-nin rəhbərliyinə belə bir sual ünvanlanmamışdır. Həmçinin bildirir ki, Təqsirləndirilən şəxs və Şahid13 putyovka verilməsi ilə əlaqədar hər hansı şəxsdən pul vəsaiti, maddi və ya sair nemət istəməsinin, almasının şahidi olmamış, nədə ki, ona hər hansı pul vəsaiti, maddi və ya sair nemət verilməmişdir. Məhkəmə baxışı zamanı Şahid13 elan olunmuş ibtidai istintaqa verdiyi ifadəsindən görünür ki, xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddətdə Azərbaycan Respublikası ƏƏSMN tabeliyindəki Dövlət Sosial X23 rayon şöbəsinin müdiri vəzifəsində işləmişdir. İş fəaliyyəti Kəlbəcər rayonu üzrə sosial və əmək pensiyalarının təyinatına rəhbərliyi həyata keçirməkdən ibarət olmuşdur. Sanatoriya-kurort putyovkalarının verilməsi Şöbənin Sosial Xidmət sektorunun səlahiyyətlərinə aid olmuşdur ki, həmin Sektorun aparıcı məsləhətçisi də Təqsirləndirilən şəxs olmuşdur. Sosial xidmətlər sektorunun müdiri olmamış, bütün bu sferadan olan səlahiyyətlərin, o cümlədən putyovka verilməsi məsələləri Təqsirləndirilən şəxs həvalə edilmişdir. 2017-2020-ci illərdə Şöbənin Sosial Xidmətlər Sektorunda Təqsirləndirilən şəxs başqa məsul əməkdaş, o cümlədən Şöbənin Sosial Xidmətlər Sektorunun müdiri olmamışdır. Bu səbəbdən də Sosial Xidmətlər Sektoruna aid bütün məsələlərin icrası tərəfindən verilən şifahi göstəriş əsasında Təqsirləndirilən şəxs tapşırılmışdır, həmçinin sözügedən vəzifələrin icrası Təqsirləndirilən şəxs vəzifəsindən irəli gələn vəzifə təlimatında da öz əksini tapmışdır. 2021-ci ilin yay ayında Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nin Kəlbəcər rayon Şöbəsində yoxlama aparılarkən ona məlum olmuşdur ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli, 128 saylı qərarı ilə təsdiq edilmiş “Qaydaları”n 3-cü bəndinə əsasən işləyən vətəndaşların sanatoriya-kurort putyovkası onların iş yerləri tərəfindən təmin edilməlidir. Bu zaman öz səhvlərini anlamışdır. Audit yoxlaması zamanı həmin nöqsan üzə çıxarkən Təqsirləndirilən şəxs onunla telefon əlaqəsi saxlamış, sözügedən məsələ ilə əlaqədar audit yoxlamasında iştirak etmiş və Səbuinin yanında yoxlamanın adlarını xatırlamadığı əməkdaşlarına 14 ədəd qanunsuz verilmiş sanatoriyakurort putyovkalarının Şöbədən pensiya alan şəxslərə verildiyini, həmin vaxt işləyən pensiyaçılara putyovka verilməməsi barədə Kəlbəcər rayon şöbəsinə yuxarı orqanlar tərəfindən heç bir rəsmi məktub daxil olmadığını, rəsmi və ya şifahi göstəriş verilmədiyini bildirmişdir. Buna baxmayaraq audit yoxlamasını həyata keçirən şəxslər bunu audit arayışında nöqsan kimi qeyd etmişdirlər. Həqiqətən də həmin vaxta kimi işləyən şəxslərə də putyovkaların DSMF tərəfindən verilməsini düşünmüşdür. Belə ki, Təqsirləndirilən şəxsla da aralarında dəfələrlə olan söhbətləri zamanı sonuncuya əlil və DSMF-nin Kəlbəcər rayon Şöbəsindən pensiya alan istənilən şəxsə müraciəti olduğu təqdirdə haradasa işləyib-işləməməsindən asılı olmayaraq putyovka verməsini tapşırmışdır. Təqsirləndirilən şəxs da onun bu göstərişlərini icra etmiş, beləcə işlədiyini bilə-bilə 14 halda vətəndaşlara DSMF-dən putyovka ayrılmasını təmin etmişdirlər. Həmçinin, məlumat üçün bildirir ki, yoxlama tərəfindən tələb olunan qaydaya uyğun olaraq həmin 14 halda vətəndaşların hər birinə putyovkaların qiymətinin ödənilməsi üçün rəsmi bildirişlər göndərilmiş və pulların fərdi qaydada ödənişi həmin şəxslərdən tələb olunmuşdur. Həmin şəxslərdən biri 440 manat pul vəsaitini nağd qaydada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bank hesabına ödəmiş, altısı ərizə ilə müraciət edərək həmin məbləğin təqaüdlərindən hissə-hissə tutulmasına razılıq vermiş, biri, yəni X5 isə X22 İdarəsinin tabeliyində olan Kəlbəcər rayon Hacıkənd kənd Mədəniyyət evinin metodisti vəzifəsində işləməsinə baxmayaraq, X22 idarəsindən daxil olmuş məktubdan görünür ki, sonuncuya xx.xx.2017-ci il tarixdən orta aylıq əmək haqqının ödənişi dayandırılmışdır. Digər şəxslər isə şifahi qaydada qısa müddət ərzində onlara düşəcək məbləğin nağd formada ödənilməsini öhdələrinə götürmüşlər. Şahid2, Şahid11, Şahid3, Şahid5, Şahid10, Şahid1, Şahid9, Şahid12, Şahid6, Şahid4 adlı şəxslərin "xxxx" MMC-yə, X5 və Şahid8 Bilgəh kardioloji sanatoriyasına göndərilməsi barədə 2018-2019-cu illərdə verilmiş putyovkalar onun göstərişi əsasında Təqsirləndirilən şəxs tərəfindən müvafiq vətəndaşlara təqdim edilmişdir. Belə ki, əvvəlcə həmin vətəndaşlar şifahi qaydada Təqsirləndirilən şəxs müraciət etmiş, Təqsirləndirilən şəxs da bundan sonra həmin şəxslərin müraciətini özünün xidməti istifadəsində olan kompüterində müəyyən edilmiş aylıq növbəlilik siyahısında müraciət etdiyi vaxta uyğun ardıcıllıqla qeyd etmişdir. Həmin şəxslər müraciət edərkən xatırlamadığı mütləq əksəriyyəti işlədiklərini bildirsələr də buna əhəmiyyət verməmişdirlər. Çünki DSMF-nin Kəlbəcər rayon Şöbəsinin uçotunda olan və putyovka üçün müraciət edən əlilliyini təsdiq edən arayışı olan hər bir əlil pensiyaçıya istisnasız olaraq putyovka verilə biləcəyini düşünmüş, bu barədə də Təqsirləndirilən şəxs şifahi göstəriş vermişdir. Təqsirləndirilən şəxs da onun tapşırıqlarını icra etmişdir. Bildirir ki, vətəndaş şifahi müraciət etdikdən sonra Səbui vətəndaşın özündən putyovka verilməsi ilə bağlı adına ərizəsini almışdır. Habelə Səbui sanator-kurort vərəqələri təqdim etdikləri halda vətəndaşlardan həmin sənədi, şəxsiyyət vəsiqələrinin kserosurətlərini, bəzilərindən isə təqdim etdikləri nümayəndəliklərdən verilən arayışı götürmüşdür. Ərizəni aldıqdan sonra Səbui həmin ərizəni xidməti otağına gətirmiş, ona vətəndaşın müraciəti barədə məlumat verib ərizəni təqdim etmişdir. Özü də həmin ərizəyə baxıb üzərinə imza atıb Təqsirləndirilən şəxs adına dərkənar qoymuşdur. Bundan sonra Səbui ərizəni aparıb xidməti otağına qoymuş, həmin ərizə əsasında vətəndaşın adına müvafiq olaraq üzərində “Bilgəh kardioloji sanatoriya”sı və "xxxx" MMC-nin möhürləri olan və ƏƏSMN yanında DSMF-nin Sosial Xidmətlər Sektorun tərəfindən verilmiş putyovkalar üzərində onun şifahi göstərişi ilə “putyovka alan şəxsin soyadı, adı və atasının adı” olan hissəsində vətəndaşın soyadı, adı və atasının adını, “iş yeri” olan hissədə “təqaüdçü”, “putyovkanı verən təşkilatın adı” olan hissədə isə “ƏƏSMN yanında DSMF Kəlbəcər rayon şöbəsi” sözlərini əlyazma formasında qeyd etmişdir. Daha sonra Təqsirləndirilən şəxs putyovkanı gətirib qeydlər apardığı hissədə ona təqdim etmiş, özü də həmin putyovkada müvafiq hissəni imzalamış, daha sonra DSMF-nin Kəlbəcər rayon Şöbəsinin gerbli möhürü ilə təsdiqləmişdir. Bütün bunları xidməti otağında etmişdir. Putyovkanı imza və möhürlə təsdiqlədikdən sonra onu Səbuiyə təqdim edərək müvafiq müraciət edən şəxsə verməyini tapşırmışdır. Bundan sonra Səbui vətəndaşı dəvət edib sonuncuya üzərində özü tərəfindən qeydlər aparılmış, onun tərəfindən isə imza və DSMF-nin Kəlbəcər rayon Şöbəsinin möhürü ilə təsdiqlənmiş putyovkanı təqdim etmişdir. Sonra vətəndaşlar müvafiq olaraq “Bilgəh kardioloji sanatoriya”sı və "xxxx" MMC-yə getmiş, həmin müəssisələrdə müalicə kursu keçmiş, geri qayıtdıqdan sonra Səbuiyə "xxxx" MMC-dən “geri qaytarılan talon”, “Bilgəh kardioloji sanatoriyası”ndan isə sanator-kurort kitabçasını təqdim etmişdirlər. Təqsirləndirilən şəxs da həmin sənədləri müvafiq vətəndaşların şəxsi işlərinə əlavə etmişdir. Əlavə olaraq qeyd edir ki, 14 halda vətəndaşlara sonuncular putyovka verilməsi ilə bağlı müraciət etdikdən sonra sanator-kurort vərəqəsi tələb olunduğu bildirilmişdir, onlardan bəziləri sanator-kurort vərəqəsinin əslini və ya kserosurətini təqdim etdiklərindən şəxsi işlərinə əlavə edilmişdir, təqdim etməyənlərdən isə bu barədə hər hansı zəruri tələb kimi istənilməmişdir, buna ciddi əhəmiyyət verməmiş, sanator-kurort vərəqələrini təqdim etməsələr belə vətəndaşlara sadəcə ərizə ilə müraciətləri əsasında putyovka verilməsini təmin etmişdirlər. Həmin şəxslərin sanator-kurort vərəqələrini aldıqlarını və sanatoriya-kurort müalicə mərkəzlərinə təqdim etdiklərini düşünmüşdürlər. Yalnız sonradan sanator-kurort vərəqəsi təqdim edilmədən vətəndaşa putyovka verilməsinin əsassız olduğunu bilmişdir. Putyovka verilməsi ilə əlaqədar hər hansı vətəndaşdan, o cümlədən adıçəkilən 14 halda vətəndaşlardan və ya qeyrilərindən hər hansı pul vəsaiti, maddi və ya sair nemət istəməmiş, almamışdır. Təqsirləndirilən şəxs isə həmin şəxslərdən hər hansı pul vəsaiti, maddi və ya sair nemət istəməsinin, almasının şahidi olmamışdır. Həmçinin bildirir ki, bu 14 halda vətəndaşlara putyovka verilərkən növbəlilik prinsipi pozulmamışdır. Belə ki, növbəlilik cədvəli aylıq olaraq Təqsirləndirilən şəxs tərəfindən kompüterdə Excel formatında tərtib edilmiş, daha sonra kompüterdən hər ay çıxarılıb onun və Təqsirləndirilən şəxs tərəfindən imzalanmaqla təsdiqlənmiş və Sosial Xidmətlər Sektoruna göndərilmişdir. Növbə vaxtı çatdıqda Təqsirləndirilən şəxs tərəfindən vətəndaşa zəng edilmiş, vətəndaş növbəsindən şifahi qaydada imtina etdikdə növbəti vətəndaşa zəng edilərək putyovka verilməsi təmin edilmişdir. Həmçinin bildirir ki, vətəndaşlara putyovka verərkən Təqsirləndirilən şəxs bununla əlaqədar tərtib etdiyi qeyd dəftərində bu barədə qeydlər aparıb vətəndaşa imzalatdırmışdır. Şahid2, Şahid11, Şahid3, Şahid5, Şahid10, Şahid1, Şahid9, Şahid12,Şahid6, Şahid4, Şahid7 və Şahid8 adlarına tərtib edilmiş putyovkalarda əks olunmuş üzərində “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial X23 rayon Şöbəsi” sözləri yazılmış dairəvi formalı möhür, habelə həmin hissədə “Məsul şəxs” sözünün qarşısındakı imzalar həmin dövrdə DSMF-nin Kəlbəcər rayon Şöbəsinin müdiri olduğu üçün onun tərəfindən icra olunmuşdur. Həmin sənədlərdə, o cümlədən qeyd edilən 14 halda vətəndaşlara putyovka verilməsi ilə bağlı sənədlərdə Təqsirləndirilən şəxs hər hansı imzası yoxdur, qeyd edilən şəxslərə putyovka verilməsi ilə bağlı yazılı formada hər hansı arayış, eləcə də qərar qəbul edilməmişdir. Təqsirləndirilən şəxs işləyən əlillərə putyovka verməməsi ilə bağlı hər hansı şifahi və ya yazılı göstəriş verməmiş, əksinə Təqsirləndirilən şəxs DSMF-nin Kəlbəcər rayon Şöbəsinin uçotunda olan və putyovka üçün müraciət edən əlilliyini təsdiq edən arayışı olan hər bir əlil pensiyaçıya istisnasız olaraq putyovka verməsini tapşırmışdır. Məhkəmə baxışı zamanı Şahid17 elan olunmuş ibtidai istintaqa verdiyi ifadəsindən görünür ki, 2018-ci ilin sentyabr ayından etibarən Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin “Bilgəh Kardioloji sanatoriyası”nın mühasibi vəzifəsində çalışır. Hazırda da həmin vəzifədə işləyir. Vəzifəsi Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin “Bilgəh Kardioloji sanatoriyası”nın vergi hesabatlarının tərtib edilməsi, mühasibat uçotunun təşkili, işçilərə əmək haqqı ödənilməsi və digər işləri görməkdən ibarətdir. Mahiyyəti üzrə bildirir ki, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının "xxxx" Qapalı Səhmdar Cəmiyyəti hər il ƏƏSMN tərəfindən keçirilən tenderlərdə iştirak edir və qalib olaraq həmin tenderin nəticələrinə uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna putyovka verilməsini təmin edir. Putyovkalar "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin müxtəlif mətbəələrdə verdiyi sifariş əsasında hazırlanır, daha sonra həmin QSC-yə təhvil verilir. Bundan sonra tenderin nəticələrinə əsasən hər il müvafiq sayda putyovka QSC tərəfindən ƏƏSMN yanında DSMF-yə təhvil verilir, daha sonra həmin putyovkaların dəyəri ƏƏSMN yanında DSMF tərəfindən QSC-nin büdcəsinə ödənilir. Bundan sonra ƏƏSMN-nin DSMF-nin rayon Şöbələri tərəfindən vətəndaşlar müvafiq putyovkalarla QSC-nin Bilgəh kardioloji sanatroiyasına göndərilir. Vətəndaşların təqdim etdikləri putyovkalarla QSC-yə qəbulu həyata keçirilir. QSC-yə qəbul olunarkən putyovkanı təqdim edən vətəndaşlar müayinədən keçirilir, analizlər verilir, daha sonra QSC-yə qəbul olunur, ambulator karta tərtib olunur, müalicə kursu keçirilir. Müalicə kursu bitdikdən sonra QSC-də “geri qaytarma talonu” adlanan sənəd tərtib edilir, həmin sənəddə vətəndaşın hansı müddətdə QSC-də müalicə kursu keçməsi qeyd edilir və həmin sənəd vətəndaşa putyovkanı aldığı müəssisəyə təqdim etməsi üçün verilir. Eyni qaydada bütün bu proseslər 2018-2019-cu illərdə də icra olunmuşdur. Mahiyyəti üzrə bildirir ki, həqiqətən də 2018-2019-cu illərdə müxtəlif tarixlərdə Şahid7 və Şahid8 adlı şəxslər Bilgəh kardioloji sanatoriyasında müalicə kursu keçmişdirlər. Əlavə olaraq qeyd edir ki, 2018-2019-cu illərdə Bilgəh Kardioloji sanatoriyası”nda putyovkaların dəyəri 650,18 manat məbləğində olmuşdur. Putyovkalarda hər hansı möhür vurulmasa da, “geri qaytarılan talon” adlı sənədlərdə qeydiyyatçı tərəfindən imza atılmaqla “Bilgəh kardioloji sanatoriyası”nın möhürü vurulmuşdur. Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nin Kəlbəcər rayon Şöbəsinin Təqsirləndirilən şəxs adlı əməkdaşını tanımır, aralarında hər hansı danışıq və yazışmaları olmamışdır. Məhkəmə baxışı zamanı Şahid16 elan olunmuş ibtidai istintaqa verdiyi ifadəsindən görünür ki, 2018-ci ilin yanvar ayından etibarən Naftalan şəhərində yerləşən "xxxx" MMCnin mühasibi vəzifəsində çalışır. Vəzifəsi "xxxx" MMC-nin vergi hesabatlarının tərtib edilməsi, mühasibat uçotunun təşkili, işçilərə əmək haqqı ödənilməsi və digər işləri görməkdən ibarətdir. Mahiyyəti üzrə bildirir ki, hər il ƏƏSMN tərəfindən keçirilən tenderlərdə "xxxx" MMC iştirak edir və qalib olaraq həmin tenderin nəticələrinə uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə putyovka verilməsini təmin edir. Putyovkalar onun tərəfindən adını xatırlamadığı müxtəlif mətbəələrdə verdiyi sifariş əsasında hazırlanır, daha sonra MMC-yə təhvil verilir. Bundan sonra tenderin nəticələrinə əsasən hər il müvafiq sayda putyovka MMC tərəfindən ƏƏSMN-nin DSMF-nə təhvil verilir, daha sonra həmin putyovkaların dəyəri ƏƏSMN-nin yanında DSMF tərəfindən MMC-nin büdcəsinə ödənilir. Bundan sonra ƏƏSMN-nin DSMF-nin yerli rayon Şöbələri tərəfindən vətəndaşlar müvafiq putyovkalarla MMC-yə göndərilir. Vətəndaşların təqdim etdikləri putyovkalarla MMC-yə qəbulu həyata keçirilir. MMC-yə qəbul olunarkən putyovkanı təqdim edən vətəndaşlar müayinədən keçirilir, analizlər verilir, daha sonra MMC-yə qəbul olunur, ambulator karta tərtib olunur, müalicə kursu keçirilir. Müalicə kursu bitdikdən sonra MMCdə “geri qaytarma talonu” adlanan sənəd tərtib edilir, həmin sənəddə vətəndaşın hansı müddətdə MMC-də müalicə kursu keçməsi qeyd edilir və həmin sənəd vətəndaşa putyovkanı aldığı müəssisəyə təqdim etməsi üçün verilir. Eyni qaydada bütün bu proseslər 2018-2019-cu illərdə də icra olunmuşdur. Mahiyyəti üzrə bildirir ki, həqiqətən də 2018- 2019-cu illərdə müxtəlif tarixlərdə Şahid2, Şahid11, Şahid3, Şahid5, Şahid10, Şahid1, Şahid9, Şahid12, Şahid6, Şahid4 adlı şəxslər "xxxx" MMC-də müalicə kursu keçmişdirlər. Həmin şəxslərə verilmiş putyovkalarda əks olunmuş üzərində "xxxx" MMC sözləri yazılmış dairəvi formalı möhür MMC-yə məxsusdur. Əlavə olaraq qeyd edir ki, 2018-2019-cu illərdə "xxxx" MMC-də putyovkaların dəyəri müvafiq olaraq 601,70 və 440,68 manat məbləğində olmuşdur. Həmçinin bildirir ki, dəqiq xatırlamadığı tarixdə MMC-nin inzibati binası yanğın hadisəsi baş vermiş, nəticədə MMC-də olan bir sıra sənədlər yanaraq məhv olmuşdur. Bu səbəbdən də Şahid5 və Şahid4 2018-ci il tarixdə MMC-də mövcud olmalı putyovkaları, habelə təqdim edilə bilinməyən ambulator kartaları istintaqa təqdim edə bilmirlər. Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nin Kəlbəcər rayon Şöbəsinin Təqsirləndirilən şəxs adlı əməkdaşını tanımır, aralarında hər hansı danışıq və yazışmaları olmamışdır. Putyovkaların DSMF-yə təhvil verilməsinə dair hər hansı sənəd tərtib edilmədiyindən, habelə MMC-nin tenderdə iştirakına dair MMC-də hər hansı sənəd saxlanılmadığından istintaqa təqdim edə bilmir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübut, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 14 mart 2023-cü il tarixli, 4/415 nömrəli məhkəmə-xətşünaslıq ekspertizası rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Şahid1 adına olan 26 aprel 2018-ci il tarixli, 1100 saylı arayışda “məcburi köçkün gəlmişdir.” yazılarının qarşısında “Hal-hazırda Hec bir yerdə işləmır” əlyazması, GPT seriyalı 015442 saylı, GPT seriyalı 015436 saylı, GPT seriyalı 015940 saylı, GPT seriyalı 023410 saylı, GPT seriyalı 034149 saylı, GPT seriyalı 034150 saylı, ĞMU seriyalı 008417 saylı, ĞMU seriyalı 008416 saylı, ĞMU seriyalı 009057 saylı, ĞMU seriyalı 009058 saylı, ĞMU seriyalı 009059 saylı, ĞMU seriyalı 008420 saylı putyovkaların arxa hissəsindəki yazılar - Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş GPT seriyalı 015442 saylı, GPT seriyalı 015436 saylı, GPT seriyalı 015940 saylı, GPT seriyalı 023410 saylı, GPT seriyalı 034149 saylı, GPT seriyalı 034150 saylı, ĞMU seriyalı 008417 saylı, ĞMU seriyalı 008416 saylı, ĞMU seriyalı 009057 saylı, ĞMU seriyalı 009058 saylı, ĞMU seriyalı 009059 saylı, ĞMU seriyalı 008420 saylı putyovkaların arxa hissəsində “Məsul şəxs” qrafasındakı imzalar Şahid13 tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X25 Xidmətinin 05 dekabr 2022-ci il tarixli, **********0 nömrəli məktub və ona əlavə edilən cədvəldən görünür ki, mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsistemində qeyd edilən sonuncu məlumatlara əsasən Şahid1 xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində fəhlə, Şahid2 xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddətdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində iş icraçısı, Şahid9 xx.xx.2010-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddətdə Daşkəsən rayon Təhsil Şöbəsi nəzdindəki müəssisədə direktorun təlim-tərbiyə işləri üzrə müavini, Şahid12 xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə Azərbaycan Respublikası Qaçqınların və X19 üzrə Dövlət Komitəsinin Mənzil İstismarı Departamentinin nəzdindəki müəssisədə fəhlə, Şahid10 xx.xx.2012-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” Publik Hüquqi şəxsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində sürücü, Şahid8 xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddətdə X22 İdarəsi nəzdindəki Kəlbəcər rayon MKS, Alçalı kitabxanasının müdiri vəzifəsində çalışmışdırlar. Bundan əlavə, mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsistemində qeyd edilən sonuncu məlumatlara əsasən Şahid3 xx.xx.1993-cü il tarixdən Kəlbəcər rayon Təhsil Şöbəsi nəzdindəki müəssisədə ocaqçı, Şahid4 xx.xx.1986-cı il tarixdən Kəlbəcər rayon Təhsil Şöbəsi nəzdindəki müəssisədə müəllim, Şahid5 xx.xx.1996-cı il tarixdən Kəlbəcər rayon Təhsil Şöbəsi nəzdindəki müəssisədə xadimə, Şahid6 xx.xx.2003-cü il tarixdən Kəlbəcər rayon Təhsil Şöbəsi nəzdindəki müəssisədə xadimə, Şahid11 xx.xx.1992-ci il tarixdən Kəlbəcər rayon Təhsil Şöbəsi nəzdindəki müəssisədə gözətçi, Şahid7 xx.xx.2017-ci il tarixdən X22 İdarəsi nəzdindəki müəssisədə metodist vəzifəsində işləyir. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin X22 İdarəsinin xx.xx.2022-ci il tarixli, 871/04 nömrəli məktubundan görünür ki, Şahid7 1993-cü ildən Kəlbəcər rayon Mədəniyyət evində metodist işləyir. Nazirlər Kabinetinin 132 №-li xx.xx.2016-cı il tarixli Qərarı ilə Büdcədən maliyyələşdirilən müəssisələrdə təşkilatlarda çalışmış özlərindən asılı olmayan səbəblərə görə iş yerindən məhrum olmuş işçilərə ödənilən aylıq əmək haqqı (kompensasiya) xx.xx.2017-ci il tarixə kimi uzadılmış və Azərbaycan Respublikası Baş Nazirinin müavinin xx.xx.2017-ci il tarixli, 27/7-36 nömrəli məktubu ilə dayandırılmışdır. Kəlbəcər rayon X1 Alçalı kənd kitabxanası filialının sabiq müdiri Şahid8 şahidçilik aktına əsasən xx.xx.1991-ci il tarixində Alçalı kənd kitabxanasına müdir vəzifəsinə təyin edilmiş, Kəlbəcər rayonunun işğalı ilə əlaqədar olaraq xx.xx.1993-cü il tarixdə 20 saylı əmrlə Alçalı kənd kitabxanasının müdiri vəzifəsi bərpa olunmuş, xx.xx.2021-ci il tarixində çalışmanın son yaş həddinə çatdığı üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin e) bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kəlbəcər rayon Təhsil Şöbəsinin 11 saylı tam orta məktəbinin xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Şahid4 16 sentyabr 2015-ci il tarixdən hazırki dövrədək olan müddətdə 11 saylı tam orta məktəbdə ibtidai sinif müəllimi vəzifəsində işləyir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kəlbəcər rayon Təhsil Şöbəsinin 77 saylı tam orta məktəbindən daxil olmuş xx.xx.2022-ci il tarixli arayış və ona əlavə edilən əmrdən çıxarışdan görünür ki, Şahid6 xx.xx.2007-ci il tarixdən etibarən Kəlbəcər rayonu, 77 saylı tam orta məktəb üzrə 0,5 ştat vahidi ilə xadimə vəzifəsində işləyir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Daşkəsən rayonu Daşkəsən qəsəbə tam orta məktəbindən daxil olmuş xx.xx.2022-ci il tarixli, 15 nömrəli məktub və ona əlavə edilən əmrdən çıxarışlardan görünür ki, 1980-ci il təvəllüdlü Ağayev X18 rayon Təhsil Şöbəsinin xx.xx.2010-cu il tarixli, 76 saylı əmri əsasında Daşkəsən rayonu Daşkəsən qəsəbə tam orta məktəbi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli, 95 saylı əmrlə Daşkəsən rayonunun Qaratağlar kənd əsas məktəbindən Daşkəsən qəsəbə tam orta məktəbində ibtidai sinif müəllimi vəzifəsinə yerdəyişmə olunmuşdur. Həmçinin Şahid9 Daşkəsən rayonu Daşkəsən qəsəbə tam orta məktəbi üzrə xx.xx.2010-cu il tarixli, 95 saylı əmrlə həmin məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilmişdir. Hazırda Şahid9 Daşkəsən rayonu Daşkəsən qəsəbə tam orta məktəbində 0,5 ştat vahidi ilə təlim-tərbiyə işləri üzrə direktor müavini, habelə həmin məktəbin ibtidai sinif müəllimi vəzifəsində çalışır. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kəlbəcər rayon Təhsil Şöbəsinin 68 saylı tam orta məktəbindən daxil olmuş xx.xx.2022-ci il tarixli, 31 nömrəli arayış və ona əlavə edilən əmrdən çıxarışlardan görünür ki, Şahid3 xx.xx.1993-cü il tarixli, 5/68 nömrəli əmrlə Kəlbəcər rayonu, 68 saylı tam orta məktəbinə 1 ştat vahidi ilə paltarasan vəzifəsinə təyin edilmişdir. 02 sentyabr 1996-cı il tarixli, 81 nömrəli əmrlə həmin ixtisara düşdüyü üçün ocaqçı vəzifəsinə dəyişdirilmiş, xx.xx.2015-ci il tarixdə 55 nömrəli əmrlə öz ərizəsinə əsasən işdən azad edilmiş, xx.xx.2017-ci il tarixdə 101 nömrəli əmrlə yenidən həmin məktəbə 0,5 ştat vahidi ilə ocaqçı vəzifəsinə təyin edilmişdir. Hazırda məktəbdə həmin vəzifədə işləyir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kəlbəcər rayon Təhsil Şöbəsinin 59 saylı tam orta məktəbindən daxil olmuş xx.xx.2022-ci il tarixli,18 nömrəli arayış və ona əlavə edilən əmrdən çıxarışdan görünür ki, Şahid11 xx.xx.2009-cu il tarixli, 10 nömrəli əmrlə Kəlbəcər rayonu, 59 saylı tam orta məktəbində gözətçisi vəzifəsinə təyin edilmiş və hazırda da həmin vəzifədə işləyir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kəlbəcər rayon Təhsil Şöbəsinin 119 saylı tam orta məktəbindən daxil olmuş xx.xx.2022-ci il tarixli, 49 nömrəli arayışdan görünür ki, Şahid11 xx.xx.2002-ci il tarixli, 42 nömrəli əmrlə Kəlbəcər rayonu, 119 saylı tam orta məktəbində texniki işçisi vəzifəsinə təyin edilmiş və hazırda da həmin vəzifədə işləyir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən Baş İdarəyə daxil olmuş xx.xx.2022-ci il tarixli, 01-26-10 nömrəli məktubdan və ona əlavə edilən sənədlərdən görünür ki, Şahid1 xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə "xxxx" MMC-də fəhlə vəzifəsində çalışmışdır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən Baş İdarəyə daxil olmuş xx.xx.2022-ci il tarixli, 155 nömrəli məktub və ona əlavə edilən əmrlərdən çıxarışlardan görünür ki, Şahid10 12 sentyabr 2012-ci il tarixli, 77 nömrəli əmrlə "xxxx" (köhnə adı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) MMC-yə sürücü vəzifəsinə qəbul edilmiş, xx.xx.2022-ci il tarixədək olan müddətdə həmin vəzifədə çalışmış və xx.xx.2022-ci il tarixli, 33/K 1 nömrəli əmrlə öz ərizəsi əsasında işdən azad edilmişdir. Azərbaycan Respublikası Qaçqın və X19 Üzrə Dövlət Komitəsinin Gəncə Mənzil Kommunal İstismar sahəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli 84 nömrəli məktub və ona əlavə edilən əmrlərdən çıxarışlardan görünür ki, Şahid12 23 avqust 2019-cu il tarixdən 05 yanvar 2022-ci il tarixədək olan müddətdə Azərbaycan Respublikası Qaçqın və X19 Üzrə Dövlət Komitəsinin Gəncə şəhər Mənzil Kommunal İstismar sahəsinin fəhləsi vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, **********0 nömrəli əmrə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs həmin tarixdən Nazirlik yanında Dövlət Sosial X23 rayon şöbəsinin Sosial Xidmətlər Sektorunun aparıcı məsləhətçisi vəzifəsinə təyin olunmuşdur. İş materiallarına əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Sosial Xidmətlər Sektorunun aparıcı məsləhətçisi vəzifəsində işləyərkən qüvvədə olmuş Dövlət Sosial Müdafiə Fondu sədrinin 13 aprel 2012-ci il tarixli 434 nömrəli əmri ilə təsdiq edilmiş “İnzibati vəzifələr üzrə vəzifə təlimatları”na əsasən, sosial xidmətin göstərilməsini, sosial xidmətə olan tələblərin qiymətləndirilməsini və müəyyənləşdirilməsini həyata keçirmək, sosial xidmətə götürülən şəxsə (ailəyə) sosial xidmət göstərilməsinə dair planı tərtib etmək, sosial xidmətlərin sosial xidmətin göstərilməsi üzrə standartların tələblərinə uyğun olmasını təmin etmək, sosial xidmət göstərdikləri şəxslərə münasibətdə ayrı-seçkiliyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara yol verilməməsinə nəzarət etmək, sosial xidmət göstərdikləri şəxsləri hüquqi, sosial, tibbi və digər qanunda təsbit olunmuş sosial müdafiə tədbirləri və çətin həyat şəraitində şəxsin (ailənin) rifahının yaxşılaşdırılması üçün mövcud olan imkanlar haqqında məlumatlandırılmasını təmin etmək, xidmət göstərdikləri şəxslərin hüquqlarına, şərəf və ləyaqətinə hörmətlə yanaşılmasına, sosial xidmətlərin göstərilməsi sahəsində qanunvericiliyə və etika normalarına əməl edilməsinə nəzarət etmək, səlahiyyətləri daxilində sektora daxil olan ərizə, şikayət və məktubların araşdırılmasını və cavablandırılmasını təmin etmək və digər təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını həyata keçirmişdir. İş materiallarına əsasən müəyyən edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Əlillərin, sağlamlıq imkanları məhdud uşaqların, İkinci Dünya müharibəsi iştirakçılarının, şəhid ailələrinin, Çernobıl AES-də qəzanın nəticələrinin köçürmə zonasında ləğv edilməsinin iştirakçılarının, eləcə də köçürülmə günü ana bətnində olan uşaqlar da daxil edilməklə, uzaqlaşdırma və köçürmə zonalarından köçürülmüş uşaqların və ya 18 yaşınadək yeniyetmələrin, habelə 1986-cı il aprelin 26-dan sonra doğulmuş və Çernobıl AES-də qəzanın nəticələrinin ləğv edilməsinin iştirakçısı olmuş, yaxud Çernobıl qəzası nəticəsində zərər çəkmiş və birbaşa radioaktiv şüalanmaya məruz qalmaq ehtimalı olmuş valideynlərin birindən olan uşaqların, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşların sanatoriya-kurort müalicəsi ilə təmin edilməsi Qaydalarının və Hərbi qulluqçuların və onların ailə üzvlərinin (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ailələrindən başqa) sanatoriyalarda və istirahət evlərində sanatoriya-kurort müalicəsi, pansionatlarda və turist bazalarında istirahət üçün putyovkalarla (yollayışlarla) təmin olunması Qaydasının təsdiq edilməsi haqqında” 12 avqust 2002-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlillərin, sağlamlıq imkanları məhdud uşaqların, İkinci Dünya müharibəsi iştirakçılarının, şəhid ailələrinin, Çernobıl AES-də qəzanın nəticələrinin köçürmə zonasında ləğv edilməsinin iştirakçılarının, eləcə də köçürülmə günü ana bətnində olan uşaqlar da daxil edilməklə, uzaqlaşdırma və köçürmə zonalarından köçürülmüş uşaqların və ya 18 yaşınadək yeniyetmələrin, habelə 1986-cı il aprelin 26-dan sonra doğulmuş və Çernobıl AES-də qəzanın nəticələrinin ləğv edilməsinin iştirakçısı olmuş, yaxud Çernobıl qəzası nəticəsində zərər çəkmiş və birbaşa radioaktiv şüalanmaya məruz qalmaq ehtimalı olmuş valideynlərin birindən olan uşaqların, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşların sanatoriya-kurort müalicəsi ilə təmin edilməsi” Qaydalarının 3-cü bəndinə əsasən Əlillər və ya sağlamlıq imkanları məhdud uşaqlar (əmək zədəsi və peşə xəstəliyi səbəbindən əlil və ya sağlamlıq imkanları məhdud uşaq olanlar və "Əmək pensiyaları haqqında" Qanuna uyğun olaraq əlilliyə görə pensiya almaq hüququ olan hərbi qulluqçular istisna olmaqla), İkinci Dünya müharibəsi iştirakçıları, şəhid ailəsi statusunu almış ailənin üzvləri, fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşlar sanatoriya-kurort putyovkası ilə həmin şəxslər işlədikləri halda iş yerləri, işləmədikləri halda isə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun yerli orqanları tərəfindən təmin edilir. Şahid1 adına olan GPT015436 nömrəli, Şahid2 adına olan GPT015442 nömrəli, Şahid3 adına olan GPT015940 nömrəli, Şahid4 adına olan GPT015943 nömrəli, Şahid5 adına olan GPT015942 nömrəli, Şahid6 adına olan GPT023410 nömrəli, Şahid7 adına olan GPT034149 nömrəli, Şahid8 adına olan GPT034150 nömrəli, Şahid4 adına olan ĞMU008416 nömrəli, Şahid9 adına olan ĞMU008417 nömrəli, Şahid5 adına olan ĞMU008420 nömrəli, Şahid12 adına olan ĞMU009057 nömrəli, Şahid10 adına olan ĞMU009058 nömrəli, Şahid11 adına olan ĞMU009059 nömrəli “geri qaytarılan talon” adlanan rəsmi sənədlərin məzmunundan, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətininin 2018 və 2019-cu illər üzrə tərtib edilmiş “xəstə və istirahətçilərin qeydiyyatı” jurnallarına baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin "xxxx" kardioloji sanatoriyasından xx.xx.2022-ci il tarixli, 87/1-3 nömrəli məktub və həmin məktuba əlavə edilən 2018-ci il üzrə tərtib edilmiş “xəstə və istirahətçilərin qeydiyyatı” jurnalının kserosurətindən görünür ki, faktiki olaraq Şahid1 xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək, Şahid2 xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək, Şahid3 xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək, Şahid4 xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək, Şahid5 xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək, Şahid6 xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixdək, Şahid4 xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək, Şahid9 xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək, Şahid5 xx.xx.2019cu il tarixdən xx.xx.2019-cu il tarixədək, Şahid12 xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək, Şahid10 xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək, Şahid11 xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddətlərdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində, Şahid7 xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək, Şahid8 xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək müddətlərdə Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin "xxxx" kardioloji sanatoriyasında müalicə kursu keçmişdirlər. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondu (VÖEN **********) ilə Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin "xxxx" kardioloji sanatoriyası (VÖEN **********) arasında bağlanmış xx.xx.2018-ci il tarixli, K1301 nömrəli və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 02 nömrəli, xx.xx.2019-cu il tarixli 07 nömrəli, xx.xx.2019-cu il tarixli, 60 nömrəli, xx.xx.2019-cu il tarixli, 235 nömrəli sosial xidmət sifarişi üzrə müqavilələr, həmin müqavilələr əsasında tərtib edilmiş xx.xx.2018-ci il tarixli, EAAN seriyalı, 470437 nömrəli, xx.xx.2018-ci il tarixli, EAAH seriyalı, 309896 nömrəli, xx.xx.2018-ci il tarixli, EAAİ seriyalı, 007895 nömrəli, xx.xx.2018-ci il tarixli, EAAİ seriyalı, 443823 nömrəli, xx.xx.2018-ci il tarixli, EAAJ seriyalı, 694107 nömrəli, xx.xx.2018-ci il tarixli, EAAL seriyalı, 263129 nömrəli, xx.xx.2018-ci il tarixli, EAAM seriyalı, 392399 nömrəli, xx.xx.2018-ci il tarixli, EAAN seriyalı, 268794 nömrəli,xx.xx.2018-ci il tarixli, EAAM seriyalı, 793127 nömrəli,xx.xx.2018-ci il tarixli, EAAN seriyalı, 532375 nömrəli, xx.xx.2019-cu il tarixli, EAAT seriyalı, 301325 nömrəli,xx.xx.2019-cu il tarixli, EAAU seriyalı, 367630 nömrəli,xx.xx.2019cu il tarixli, EAAV seriyalı, 707060 nömrəli, xx.xx.2019-cu il tarixli, EAAW seriyalı, 604718 nömrəli, xx.xx.2019-cu il tarixli, EAAX seriyalı, 393453 nömrəli, xx.xx.2019-cu il tarixli, EAAZ seriyalı, 439858 nömrəli, xx.xx.2019-cu il tarixli, EBAA seriyalı, 112394 nömrəli, xx.xx.2019-cu il tarixli, EBAB seriyalı, 972816 nömrəli, xx.xx.2019-cu il tarixli, EBAC seriyalı, 026596 nömrəli qaimələrdən görünür ki, hər bir putyovkanın dəyəri Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin "xxxx" kardioloji sanatoriyasında 2018-ci il tarixdə 650,18 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində 2018-ci ilin birinci yarımilində 601,70, 2018-ci ilin ikinci yarımilində və 2019cu il tarixdə 440,68 manat olmuş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondundan Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin "xxxx" kardioloji sanatoriyasının "xxxx" ASC-də olan AZ03NABZ******************** nömrəli bank hesabına xx.xx.2018-ci il tarixdə 67.614,40 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" ASC-də olan AZ37NABZ******************** nömrəli bank hesabına isə xx.xx.2018-ci il tarixdə 355.003 manat, xx.xx.2018-ci il tarixdə 139.871,18 manat, xx.xx.2018-ci il tarixdə 297.492,51 manat, xx.xx.2018-ci il tarixdə 702.003,24 manat, xx.xx.2018-ci il tarixdə 312.001,44 manat, xx.xx.2018-ci il tarixdə 88.400,41 manat, xx.xx.2018-ci il tarixdə 134.680,62 manat, xx.xx.2018-ci il tarixdə 260.001,20 manat, xx.xx.2018-ci il tarixdə 134.680,62 manat, xx.xx.2019-cu il tarixdə 396.480 manat,xx.xx.2019-cu il tarixdə 99.120 manat, xx.xx.2019cu il tarixdə 297.360 manat, xx.xx.2019-cu il tarixdə 99.120 manat, xx.xx.2019-cu il tarixdə 198.240 manat, xx.xx.2019-cu il tarixdə 198.240 manat, xx.xx.2019-cu il tarixdə 198.240 manat, xx.xx.2019-cu il tarixdə 86.730 manat, xx.xx.2019-cu il tarixdə 86.624,69 manat olmaqla, cəmi 4.151.903,31 manat məbləğində pul vəsaiti köçürülmüş, həmin pul vəsaitindən 14 ədəd sanatoriya-kurort müalicəsi üçün yollayış (putyovka) vərəqələri üzrə hesablanmış ümumilikdə 6.910,56 manat məbləğində pul vəsaiti israf edilmişdir. Şahid1 adına olan GPT015436 nömrəli, Şahid2 adına olan GPT015442 nömrəli, Şahid3 adına olan GPT015940 nömrəli, Şahid6 adına olan GPT023410 nömrəli, Şahid7 adına olan GPT034149 nömrəli, Şahid8 adına olan GPT034150 nömrəli, Şahid4 adına olan ĞMU008416 nömrəli, Şahid9 adına olan ĞMU008417 nömrəli, Şahid5 adına olan ĞMU008420 nömrəli, Şahid12 adına olan ĞMU009057 nömrəli, Şahid10 adına olan ĞMU009058 nömrəli, Şahid11 adına olan ĞMU009059 nömrəli sanatoriya-kurort müalicəsi üçün yollayışların (putyovkaların) məzmunundan görünür ki, həmin putyovkaların ön vərəqlərində putyovkaların seriya və nömrəsi, hansı müddətə verilməsi, vətəndaşın hansı müddətlərdə müalicə alması qeyd edilmiş, orada aşağı hissədə müvafiq olaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin və Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin "xxxx" kardioloji sanatoriyasının möhürləri əks olunmuşdur. Putyovkaların arxa vərəqlərində isə “putyovka alan şəxsin soyadı, adı və atasının adı” olan hissədə vətəndaşın soyadı, adı və atasının adı, “iş yeri” olan hissədə “təqaüdçü” , “putyovkanı verən təşkilatın adı” olan hissədə isə “ƏƏSMN yanında DSMF Kəlbəcər rayon şöbəsi” sözlərini əlyazma formasında qeyd edilmiş, aşağı hissədə isə “Məsul şəxs” qrafası qarşısında imza və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Kəlbəcər rayon Şöbəsinin gerbli möhürü əks olunmuşdur. 2018 və 2019-cu illər üzrə tərtib edilmiş “Sanatoriya-kurort putyovkası (yollayışı) ilə təmin olunmaq üçün növbəyə dayanan imtiyazlı şəxslər barədə məlumat” cədvəllərinə baxış keçirilməsi barədə xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, həmin məlumat cədvəllərinə baxış keçirilərkən Şahid1 xx.xx.2018-ci il tarixdə, Şahid2 xx.xx.2018-ci il tarixdə, Şahid3 xx.xx.2018-ci il tarixdə, Şahid4 xx.xx.2018-ci il tarixdə, Şahid5 xx.xx.2018ci il tarixdə, Şahid6 xx.xx.2018-ci il tarixdə, Şahid7 xx.xx.2018-ci il tarixdə, Şahid8 xx.xx.2018-ci il tarixdə, Şahid4 xx.xx.2019-cu il tarixdə, Şahid9 xx.xx.2019-cu il tarixdə, Şahid5 xx.xx.2019-cu il tarixdə, Şahid12 xx.xx.2019-cu il tarixdə, Şahid10 xx.xx.2019-cu il tarixdə, Şahid11 xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nin Kəlbəcər rayon Şöbəsi üzrə 2-ci qrup əlil kimi imtiyazlı şəxs qismində növbəyə dayanmışdır. Həmin cədvəllər Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nin Kəlbəcər rayon Şöbəsinin sabiq müdiri olmuş Şahid13 və Sosial Xidmətlər Sektorunun aparıcı məsləhətçisi vəzifəsində çalışmış Təqsirləndirilən şəxs tərəfindən imzalanmaqla, habelə Şöbənin gerbli möhürü ilə təsdiqlənmişdir. “Sanatoriya kurort müalicəsi üçün putyovkalarla təmin olunanların qeydiyyatı jurnalına baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, həmin jurnala baxış keçirilərkən Şahid1 adına GPT015436 nömrəli putyovkanın sonuncuya xx.xx.2018-ci il tarixdə, Şahid2 adına olan GPT015442 nömrəli putyovkanın sonuncuya xx.xx.2018-ci il tarixdə, Şahid3 adına olan GPT015940 nömrəli putyovkanın sonuncuya xx.xx.2018-ci il tarixdə, Şahid4 adına olan GPT015943 nömrəli putyovkanın sonuncuya xx.xx.2018-ci il tarixdə, Şahid5 adına olan GPT015942 nömrəli putyovkanın sonuncuya xx.xx.2018-ci il tarixdə, Şahid6 adına olan GPT023410 nömrəli putyovkanın sonuncuya xx.xx.2018-ci il tarixdə, Şahid7 adına olan GPT034149 nömrəli putyovkanın sonuncuya xx.xx.2018-ci il tarixdə, Şahid8 adına olan GPT034150 nömrəli putyovkanın sonuncuya xx.xx.2018-ci il tarixdə, Şahid4 adına olan ĞMU008416 nömrəli putyovkanın sonuncuya xx.xx.2019-cu il tarixdə, Şahid9 adına olan ĞMU008417 nömrəli putyovkanın sonuncuya xx.xx.2019-cu il tarixdə, Şahid5 adına olan ĞMU008420 nömrəli putyovkanın sonuncuya xx.xx.2019-cu il tarixdə, Şahid12 adına olan ĞMU009057 nömrəli putyovkanın sonuncuya xx.xx.2019-cu il tarixdə, Şahid10 adına olan ĞMU009058 nömrəli putyovkanın sonuncuya xx.xx.2019-cu il tarixdə, Şahid11 adına olan ĞMU009059 nömrəli putyovkanın sonuncuya xx.xx.2019-cu il tarixdə verildiyi müəyyən edilmişdir. Abşeron rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təmiri İstehsalat İstismarı Təmiri Birliyinin 5 saylı Mənzil Təsərrüfat İstehsalat İstismarı Təmiri sahəsinin 26 aprel 2018-ci il tarixli, 1100 nömrəli arayışına baxış keçirilməsi barədə 07 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, həmin arayışa baxış keçirilən zaman sol yuxarı hissəsində kvadratın içərisində elektron qaydada “Abşeron rayonu, Xırdalan şəhəri, 5 saylı MTİİTS “__”____20___-ci il, № _________” hərf, rəqəm və qrafik işarələri, əlyazma üsulu ilə isə 26 04 18, 1100 rəqəmləri yazılması, digər sağ hissəsində isə elektron qaydada “Arayış, Verilir______________ ona görə ki, o həqiqətən ____________ rayonundan məcburi köçkün gəlmişdir. Xırdalan şəhərində ________________ yaşayır. Arayış_____________ təqdim etmək üçün verilir” sözləri, əlyazma qaydasında isə “Verilir” sözündən sonra “Şahid1”, “həqiqətən” sözündən sonra “Kəlbəcər”, “məcburi köçkün gəlmişdir” sözündən sonra “Hal-hazırda Heç bir yerdə işləmir”, “Xırdalan şəhərində” sözündən sonra “A.Şəmşir küç, ev 68”, sonuncu “Arayış” sözündən sonra isə DSMF-na” sözlərinin yazılması müəyyən edilmişdir. Baxış zamanı vizual olaraq “məcburi köçkün gəlmişdir” sözündən sonra yazılmış “Hal-hazırda Hec bir yerdə işləmır” sözlərinin arayışda olan digər göy rəngli mürəkkəbə malik qələmlə icra edilmiş yazılara münasibətdə mavi rəngli mürəkkəbə malik qələmlə icra edilməsi müşahidə edilmişdir. Baxış zamanı arayışın aşağı hissəsində elektron qaydada yazılmış “Abşeron RİH MKTİİTB-nin 5 saylı MTİİTS-nin rəisi: V.Hacı Həsənli” və “Mühasib: Q.Quliyeva” sözləri arasında imzalar olması, həmin imzaların üstündə isə üzərində “Azərbaycan Respublikası Abşeron rayon İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı İstehsalat-İstismarı Təmiri Birliyi 5 saylı Mənzil Təsərrüfatı İstehsalat Təmiri Sahəsi” sözləri yazılmış göy rəngli möhür vurulması müəyyən edilmişdir. Abşeron rayon İcra Hakimiyyəti Abadlıq və Kommunal Xidmətlər İdarəsinin 5 saylı Mənzil İstismar Sahəsinin yığım üzrə xəzinədarı X12 təqdim etdiyi 2018-ci il tarixi üzrə tərtib edilmiş “5 saylı MTİİS-dən verilən arayışların qeydiyyatı kitabı”na baxış keçirilməsi haqqında 05 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, həmin qeydiyyat kitabına baxış keçirilən zaman kitabın 99 vərəqdən ibarət olması, 32-ci vərəqində Şahid1 adlı şəxsə xx.xx.2018-ci il tarixdə, 1100 nömrəsi ilə qeydə alınan arayış verilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Fondu publik hüquqi şəxsinin 18 saylı regional ərazi filialı üzrə dövlət büdcəsindən ayrılan vəsaitlərin, məcburi dövlət sosial sığortası üzrə gəlirlərin və xərclərinin icrasının auditi barədə xx.xx.2021-ci il tarixli aktın 2-ci bəndində qeyd edilmişdir ki, sanatoriya-kurort putyovkalarının verilməsinin düzgünlüyü seçmə üsulla araşdırılarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 12 avqust tarixli, 128 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaydaları”nın 3-cü bəndinə əsasən işləyən vətəndaşların sanatoriya-kurort putyovkası ilə iş yerindən təmin olunmalı olması nəzərə alınmamış, nəticədə 14 putyovka üzrə 6.910,56 manat artıq xərcə yol verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Fondu publik hüquqi şəxsinin 18 saylı regional ərazi filialı üzrə dövlət büdcəsindən ayrılan vəsaitlərin, məcburi dövlət sosial sığortası üzrə gəlirlərin və xərclərinin icrasının auditi barədə xx.xx.2021-ci il tarixli akta əlavə edilən məlumat cədvəlinin məzmunundan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə müalicə alınması məqsədi ilə müraciət edən və faktiki olaraq Kəlbəcər rayon Təhsil şöbəsi, Daşkəsən rayon Təhsil Şöbəsi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Azərbaycan Avtomobil Yolları X27 Hüquqi şəxsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Azərbaycan Respublikası Qaçqınların və X19 üzrə Dövlət Komitəsinin Mənzil İstismarı Departamenti, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdindəki müəssisələrdə rəsmi əmək müqaviləsi əsasında çalışan Şahid1 adına 601,70 manat dəyərində olan GPT015436 nömrəli, Şahid2 adına 601,70 manat dəyərində olan GPT015442 nömrəli, Şahid3 adına 440,68 manat dəyərində olan, Şahid4 adına 440,68 manat dəyərində olan GPT015943 nömrəli, Şahid5 adına 440,68 manat dəyərində olan GPT015942 nömrəli, Şahid6 adına 440,68 manat dəyərində olan GPT023410 nömrəli, Şahid4 adına 440,68 manat dəyərində olan ĞMU008416 nömrəli, Şahid9 adına 440,68 manat dəyərində olan ĞMU008417 nömrəli, Şahid5 adına 440,68 manat dəyərində olan ĞMU008420 nömrəli Şahid12 adına 440,68 manat dəyərində olan ĞMU009057 nömrəli, Şahid10 adına 440,68 manat dəyərində olan ĞMU009058 nömrəli, Şahid11 adına 440,68 manat dəyərində olan ĞMU009059 nömrəli, habelə Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin "xxxx" kardioloji sanatoriyasında müalicə alınması məqsədi müraciət edən və faktiki olaraq X22 İdarəsinin nəzdindəki müəssisələrdə rəsmi əmək müqaviləsi əsasında çalışan Şahid7 adına 650,18 manat dəyərində olan GPT034149 nömrəli, Şahid8 adına 650,18 manat dəyərində olan GPT034150 nömrəli putyovkalar adıçəkilən vətəndaşlara verilmiş, nəticədə ümumilikdə 12 nəfər şəxsə verilmiş 14 putyovka üzrə cəmi 6.910,56 manat artıq xərcə yol verilmişdir. Həmin məlumat cədvəlində göstərilən məlumatlar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Fondu publik hüquqi şəxsinin 18 saylı regional ərazi filialının direktoru A.B.Paşayevin və Nazirlik tabeliyində Sosial Xidmətlər Agentliyinin 7 saylı regional ərazi filialının böyük mütəxəssisi Təqsirləndirilən şəxs imzaları və filialın gerbli möhürü ilə təsdiqlənmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Baş İdarəyə daxil olmuş xx.xx.2023-cü il tarixli, 3-17/2-15/2023 nömrəli məktub və məktuba əlavə edilmiş qəbzlərin, ödəniş tapşırıqlarının kserosurətindən görünür ki, Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun keçmiş Kəlbəcər rayon Şöbəsinin aidiyyəti vəzifəli şəxsləri tərəfindən 2018-2019-cu illər ərzində əsassız olaraq 12 nəfərə verilmiş 14 ədəd sanatoriya-kurort müalicəsi üçün yollayış vərəqəsinə (putyovkaya) əsasən 6.910,56 artıq ödənilmiş vəsaitdən ərizə əsasında 4 vətəndaşın əmək pensiyalarından 2.110,0 manat tutulmaqla, digər 4 nəfər tərəfindən isə 972,0 manat nağd qaydada olmaqla, ümumilikdə 3.082,0 manat məbləğində vəsait dövlət büdcəsinə bərpa olunmuşdur. Şahid1 adına olan GPT015436 nömrəli, Şahid2 adına olan GPT015442 nömrəli, Şahid3 adına olan GPT015940 nömrəli, Şahid6 adına olan GPT023410 nömrəli, Şahid7 adına olan GPT034149 nömrəli, Şahid8 adına olan GPT034150 nömrəli, Şahid4 adına olan ĞMU008416 nömrəli, Şahid9 adına olan ĞMU008417 nömrəli, Şahid5 adına olan ĞMU008420 nömrəli, Şahid12 adına olan ĞMU009057 nömrəli, Şahid10 adına olan ĞMU009058 nömrəli, Şahid11 adına olan ĞMU009059 nömrəli sanatoriya-kurort müalicəsi üçün yollayışların (putyovkaların) əslləri, Şahid7 adına olan GPT034149 nömrəli, Şahid8 adına olan GPT034150 nömrəli “geri qaytarılan talon” adlanan rəsmi sənədlərin əslləri, Şahid1 adına olan GPT015436 nömrəli, Şahid2 adına olan GPT015442 nömrəli, Şahid3 adına olan GPT015940 nömrəli, Şahid4 adına olan GPT015943 nömrəli, Şahid5 adına olan GPT015942 nömrəli, Şahid6 adına olan GPT023410 nömrəli, Şahid4 adına olan ĞMU008416 nömrəli, Şahid9 adına olan ĞMU008417 nömrəli, Şahid5 adına olan ĞMU008420 nömrəli, Şahid12 adına olan ĞMU009057 nömrəli, Şahid10 adına olan ĞMU009058 nömrəli, Şahid11 adına olan ĞMU009059 nömrəli “geri qaytarılan talon” adlanan rəsmi sənədlərin surətləri, Abşeron rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təmiri İstehsalat İstismarı Təmiri Birliyinin 5 saylı Mənzil Təsərrüfat İstehsalat İstismarı Təmiri sahəsinin 26 aprel 2018-ci il tarixli, 1100 nömrəli arayışının əsli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondu (VÖEN **********) ilə Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin "xxxx" kardioloji sanatoriyası (VÖEN **********) arasında bağlanmış xx.xx.2018-ci il tarixli, K1301 nömrəli və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 02 nömrəli, xx.xx.2019-cu il tarixli 07 nömrəli, xx.xx.2019-cu il tarixli, 60 nömrəli, xx.xx.2019-cu il tarixli, 235 nömrəli sosial xidmət sifarişi üzrə müqavilələr, həmin müqavilələr əsasında tərtib edilmiş xx.xx.2018-ci il tarixli, EAAN seriyalı, 470437 nömrəli, xx.xx.2018-ci il tarixli, EAAH seriyalı, 309896 nömrəli, xx.xx.2018-ci il tarixli, EAAİ seriyalı, 007895 nömrəli, xx.xx.2018-ci il tarixli, EAAİ seriyalı, 443823 nömrəli, xx.xx.2018-ci il tarixli, EAAJ seriyalı, 694107 nömrəli, xx.xx.2018ci il tarixli, EAAL seriyalı, 263129 nömrəli, xx.xx.2018-ci il tarixli, EAAM seriyalı, 392399 nömrəli, xx.xx.2018-ci il tarixli, EAAN seriyalı, 268794 nömrəli,xx.xx.2018-ci il tarixli, EAAM seriyalı, 793127 nömrəli,xx.xx.2018-ci il tarixli, EAAN seriyalı, 532375 nömrəli, xx.xx.2019cu il tarixli, EAAT seriyalı, 301325 nömrəli,xx.xx.2019-cu il tarixli, EAAU seriyalı, 367630 nömrəli,xx.xx.2019-cu il tarixli, EAAV seriyalı, 707060 nömrəli, xx.xx.2019-cu il tarixli, EAAW seriyalı, 604718 nömrəli, xx.xx.2019-cu il tarixli, EAAX seriyalı, 393453 nömrəli, xx.xx.2019-cu il tarixli, EAAZ seriyalı, 439858 nömrəli, xx.xx.2019-cu il tarixli, EBAA seriyalı, 112394 nömrəli, xx.xx.2019-cu il tarixli, EBAB seriyalı, 972816 nömrəli, xx.xx.2019-cu il tarixli, EBAC seriyalı, 026596 nömrəli qaimələr, sanatoriya-kurort müalicəsi üçün yollayışların (putyovkaların) verilməsinin qeydiyyatının aparıldığı 1 ədəd jurnal 23 mart 2023-cü il tarixli qərarla maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya xəstəxanası” publik hüquqi şəxsindən Baş idarəyə daxil olmuş xx.xx.2022-ci il tarixli, 765 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicə olunmamışdır. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsinin “Kəlbəcər rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsindən Baş idarəyə daxil olmuş xx.xx.2022-ci il tarixli, 40 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın ruhi-əsəb, narkoloji şöbələrinə müraciət etməmiş və qeydiyyatda yoxdur. Kəlbəcər rayon İcra Hakimiyyətindən Baş idarəyə daxil olmuş 21 fevral 2022-ci il tarixli, 376 nömrəli məktuba əlavə edilən Təqsirləndirilən şəxs ilə bağlı arayış və ona əlavə edilən xasiyyətnamədən görünür ki, sonuncu Kəlbəcər rayonu, Nəcəfalı kəndində qeydiyyatda olmaqla müsbət xarakterizə olunur. Gəncə Şəhər Məhkəməsinin 08 may 2024-cü il tarixli, 1(125)-22/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə, eləcə də cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyinə görə onun Azərbaycan Respublikası CM-nin 179.2.1, 179.2.3, 179.2.4-cü maddələri ilə cinayət məsuliyyətindən azad edilməsi, həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 313-cü maddəsində nəzərdə tutulan cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi əsası ilə cinayət məsuliyyətindən azad edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının 15 fevral 2024-cü il tarixli məktubundan görünür ki, 1(125)-22/2024 nömrəli cinayət işi üzrə vurulmuş ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir. Cinayət işi üzrə zərərçəkmiş hüquqi şəxsə vurulmuş ziyan ödənildiyi üçün təqsirləndirilən şəxsə qarşı şikayətləri yoxdur. AZ-İV № 989681 nömrəli doğum haqqında şəhadətnamənin surətindən və Elektron Məhkəmə informasiya sistemindən çıxarılmış sorğudan görünür ki, X26 xx.xx.2024-cü il tarixdə anadan olmuşdur. Atası Təqsirləndirilən şəxs, anası X21 göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi) ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən həm onun, həm də zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidlərin ifadələri, cinayət işinə əlavə edilmiş səndələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidlərin ifadələrinin, ibtidai istintaq orqanı qanuni üsullarla toplanmış subutları tam araşdırmaqla, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 179.2.1, 179.2.3, 179.2.4, 309.1 və 313-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Lakin, Gəncə Şəhər Məhkəməsinin 08 may 2024-cü il tarixli, 1(125)-22/2024 nömrəli qərarı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə, eləcə də cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyinə görə Azərbaycan Respublikası CM-nin 179.2.1, 179.2.3, 179.2.4-cü maddələri ilə cinayət məsuliyyətindən azad edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 313-cü maddəsində nəzərdə tutulan cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi əsası ilə cinayət məsuliyyətindən azad edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 179.2.1, 179.2.3, 179.2.4, 309.1 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata həmin hissələrdə xitam verilməsi qərara alınmışdır. Ona görə də məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ittiham edilmiş Azərbaycan Respublikasının CM-nin 179.2.1, 179.2.3, 179.2.4, 309.1 və 313-cü maddələri ilə elan edilmiş ittiham olunmuş ittihamdan cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən və zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə, eləcə də cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən CM-nin 179.2.1, 179.2.3, 179.2.4, və 313-cü maddələri üzrə məhkəmənin müvafiq qərarı ilə təqsirləndirilən şəxsin əməllərinə hüquqi qiymət verilməsi nəzərə alınmalı, sonuncuya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində, yəni CM-nin 309.1ci maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərəfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.1-ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Belə ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 309.1-ci maddəsi ilə təqsirli bilindiyi cinayət əməli-vəzifə səlahiyyətlərini aşma Cinayət Məcəlləsinin 15.3-cü maddəsində az ağır cinayət kimi təsbit edilmişdir. Həmin maddənin sanksiyasında iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarının 4-cü bəndində göstərilmişdir ki, CM-nin 59-cu maddəsində nəzərdə tutulmamış halları cəzanı yüngülləşdirən hallar kimi nəzərə alındıqda belə halların yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs təqsirini etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, dəymiş ziyanın tam olaraq ödənilməsi ilə əlaqədar zərərçəkmiş şəxslə barışıq əldə etməsini, himayəsində azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və ailədə yeganə qazanc gətirən şəxs olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.1-ci maddəsinə münasibətdə CM-nin 61.1.3-cü maddəsinə əsasən cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsini cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunma imkanları tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası ilə yanaşı təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında daha yüngül cəza növü olan cərimə cəzası da alternativ olaraq nəzərdə tutulmuşdur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Beləliklə, məhkəmə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, vurulmuş zərərin tam ödənilməsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Həmçinin, iş üzrə maddi sübut “Sanatoriya-kurort müalicəsi üçün yollayışların (putyovkaların) verilməsinin qeydiyyatının aparıldığı 01 ədəd jurnal cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs (mülki iddiaçı) – Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dovlət Sosial Müdafiə Fondu məhkəməyə mülki iddia versədə sonradan dəymiş ziyanın ödəniməsi ilə əlaqədar təqsirləndirilən şəxsdən şikayət və tələblərinin olmadığını bildirmişlər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Belə olan halda məhkəmə hesab edir ki, mülki iddia üzrə icraata xitam verilməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsqirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət-Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, X28 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəfləri ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 122 (yüz iyirmi iki) manat pul Təqsirləndirilən şəxs tutulub X8, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilməlidir. Məhkəmə dövründə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 90 (doxsan) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına (03 may 2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına 540 (beş yüz qırx) manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 309.1-cu maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 2500 (iki min beş yüz) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış “Sanatoriya-kurort müalicəsi üçün yollayışların (putyovkaların) verilməsinin qeydiyyatının aparıldığı 01 ədəd jurnal cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə-xəttşünasılıq ekspertizasının keçirilməsinə xərclənmiş 122 (yüz iyirmi iki) manat pul Təqsirləndirilən şəxs tutulub X8, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 540 (beş yüz qırx) manat məbləğində pul Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Zərərçəkmiş şəxs (mülki iddiaçı) – Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dovlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş mülki iddia üzrə icraata xitam verilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar