Məhkəmə qərarları › İş №1(125)-220/2023

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-220/2023

12.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-220/2023 12.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçi - Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1993-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Kəlbəcər rayon 55 sayılı Yol istismar idarəsində fəhlə işləyən, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, Gülüstan qəsəbəsi, Qocalar evi yataqxanasında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs 07 fevral 2023-cü il tarixdə gecə saatlarında tamah məqsədi ilə qanunsuz olaraq Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən “Samovar” kafesindən Zərərçəkmiş şəxs məxsus 1 ədəd 1000 (bir min) manat dəyərində olan “İpad” markalı planşeti və 1 ədəd 300 (üz yüz) manat dəyərində olan “Huawei Band” markalı smart saatı gizli yolla oğurlayaraq, Zərərçəkmiş şəxs 1300 (min üz yüz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı cinayət əməli törətmiş şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, maddi sübutlar və istintaq hərəkətlərinin protokolları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə baxışı zamanı cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində bildirdi ki, hazırda Kəlbəcər rayon 55 saylı yol istismar idarəsində fəhlə işləməklə ailəsi ilə birlikdə Gəncə şəhəri, Gülüstan qəsəbəsi, Qocalar evi yataqxanasında yaşayır. Zərərçəkmiş şəxs tanımaqla, onunla münasibəti normal olmuş və aralarında heç bir düşmənçilik, ədavət olmamışdır. 07 fevral 2023-cü il tarixdə saat 01 radələrində Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən “Samovar” adlı kafeyə getmiş, həmin vaxt orada Zərərçəkmiş şəxs və Şahid2 kafedə yemək yediklərini görmüş, onların əyləşdiyi kabinetə getmiş, Zərərçəkmiş şəxs və Şahid2 onu qonaq kimi dəvət etmiş və birgə əyləşib yemək yemişlər. Yemək zamanı Zərərçəkmiş şəxs və Şahid2 spirtli içki qəbul etdikləri üçün sərxoş olmuşlar. Təxminən 1 saat sonra Zərərçəkmiş şəxs və Şahid2 kabinetdən çıxmış o isə kafedə qalmışdır. Həmin vaxt kabinetdə elektrik cihazına qoşulmuş “Apple İpad 9” markalı planşet və “Huawei” markalı smart qol saatının olduğunu görmüşdür. Planşet və smart qol saatını oğurlamaq qərarına gəlib həmin əşyaları götürmüş və özüdə kabineti və kafeni tərk edib bayıra çıxmışdır. Kafenin qarşısında Şahid2 və Zərərçəkmiş şəxs ilə sağollaşaraq oradan yaşadığı evə getmişdir. 11 fevral 2023-cü il tarixdə əmisi oğlu X3 ilə görüşmüş və “Apple İpad 9” markalı planşetinin olduğunu, satmaq üçün onun ilə birlikdə Gəncə şəhəri Mərkəzi Univermaq ticarət mərkəzinə gəlməsini xahiş etmiş, Maksim razılaşmış və onlar Gəncə şəhəri Mərkəzi Univermaq ticarət mərkəzində “Mega Aks” mağazasına getmişlər. Mağazada olan zaman “Apple İpad 9” markalı planşeti tanışı mağazanın işçisi Samir adlı oğlana göstərmişdir. Samir 300 manat nağd pula planşeti satın ala biləcəyini demiş, o, Samir ilə razılaşmış və üzərində şəxsiyyət vəsiqəsi olmadığı üçün əmisi oğlu Maksimin şəxsiyyət vəsiqəsi ilə planşeti Samirə 300 manat pula satmışdır. “Huawei” markalı smart qol saatını isə özü istifadə etmişdir. Həmin vaxt nə Samir, nədə ki, əmisi oğlu Maksimin planşetin oğurluq olmasından heç bir məlumatı olmamışdır. Onlara planşetin özünə məxsus olduğunu demişdir. Bundan sonra zərərçəkmiş şəxs polisə şikayət etmiş və araşdırma ilə oğurluğun onun tərəfindən törədilməsi müəyyən edildikdən sonra smart tipli qol saatını özü, planşeti isə tanışı Samir təhqiqat orqanına təqdim etmişdir. Hadisədən sonra zərərçəkmiş şəxslə barışmış və zərərçəkmiş şəxsin ondan hər hansı şikayət və tələbi qalmamışdır. Törətdiyi əməldən peşmandır, evlidir, iki azyaşlı övladı var, hazırda işləyir. Qeyd etdiklərini nəzərə alıb məhkəmədən barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs bildirdi ki, rəsmi olaraq Göygöl rayon Mərkəzi Xəstəxanasında bölmə müdiri vəzifəsində işləyir. Təqsirləndirilən şəxs onun tanışı olmaqla münasibətləri normal olmuşdur. 07 fevral 2023-cü il tarixdə gecə saat 01 radələrində Gəncə şəhəri Gülüstan qəsəbəsində yerləşən Samovar adlı kafedə dostu Şahid2 ilə birlikdə yemək yemiş və həmin vaxt özünə məxsus “Apple İpad 9” markalı planşeti və “Huawei” markalı smart qol saatını kafenin kabinetində enerji yığması üçün elektrik cihazına qoşmuşdur. Yemək yedikləri zaman Təqsirləndirilən şəxs onların əyləşdiyi kabinetə gəlmiş və masaya əyləşmişdir.Yemək zamanı onlar spirtli içki qəbul etmişdir. Təxminən 1 saat sonra əvvəlcə özü və Nicat, sonra isə Fikrət kabinetdən çıxmış, özü isə kabinetdə elektrik cihazına qoşulmuş “Apple İpad 9” markalı planşet və “Huawei” markalı smart qol saatını kabinetdə unudaraq yaşadığı evə getmişdir. 07 fevral 2023-cü il tarixdə günorta saatlarında Samovar kafesinə getmişdir. Samovar kafesində əyləşdiyi kabinetə baxan zaman “Apple İpad 9” markalı planşet və “Huawei” markalı smart qol saatının orada olmadığını görmüşdür. Bundan sonra dostu Şahid2 ilə əlaqə saxlamış, Nicat ona planşet və qol saatını görmədiyini demişdir. Həmin vaxtı planşet və saatının Təqsirləndirilən şəxs götürməsini güman edib Fikrətin planşet və smart qol saatını qaytarması üçün gözləmiş, lakin Fikrətdən heç bir xəbər çıxmadığı üçün 13 fevral 2023-cü il tarixdə Gəncə şəhər 1-ci PŞ-yə gedərək, ərizə ilə müraciət etmişdir. Ona məxsus ”Apple İpad 9” markalı planşetin dəyəri 1000 manat, “Huawei Band” markalı smart qol saatının dəyəri isə 300 (üç yüz) manat olmuşdur. Ümumilikdə ona 1300 (bir min üç yüz) manat maddi ziyan dəymişdir. Polisin apardığı araşdırma ilə ona məxsus əşyaların Təqsirləndirilən şəxs tərəfindən oğurlanması müəyyən edilmişdir. Təhqiqat zamanı ona məxsus əşyalar özünə qaytarılmış və dəymiş ziyan tam olaraq ödənilmişdir. Odur ki, Təqsirləndirilən şəxs hazırda heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışında Şahid2 Hüseyin oğlu ifadəsində göstərmişdir ki, fərdi əməklə məşğuldur. Zərərçəkmiş şəxs onun dostudur, Təqsirləndirilən şəxs isə tanıyır və aralarında heç bir düşmənçilik və ədavətləri olmamışdır. 07 fevral 2023-cü il tarixdə gecə saatlarında dostu Zərərçəkmiş şəxs ilə birlikdə Gəncə şəhəri Gülüstan qəsəbəsində yerləşən Samovar kafesində oturub yemək yemiş, yemək zamanı hər ikisi spirtli içki qəbul etmişdir. Həmin vaxt dostu Zərərçəkmiş şəxs məxsus olan Apple İpad 9 markalı planşet və Huawei Band smart qol saatı enerji yığması üçün elektrik cihazına qoşulu olmuşdur. Sonradan onların əyləşdikləri kabinetə Təqsirləndirilən şəxs gəlmiş və onlar ilə əyləşərək birgə yemək yemişdir. Təxminən 1 saat sonra onlar kafedən çıxaraq yaşadığı evə getmişlər. 07 fevral 2023-cü il tarixdə günorta saatlarında Valeh ona zəng edərək planşet və smart qol saatını Samovar kafesində unutduğunu, lakin hal-hazırda tapa bilimədiyini demişdir. Bu hadisədən bir neçə gün sonra Zərərçəkmiş şəxs oğurluqla bağlı polisə şikayət ərizəsi yazmış və araşdırma zamanı smart qol saatı və planşetin Təqsirləndirilən şəxs tərəfindən oğurlanması ona məlum olmuşdur. Məhkəmə baxışında Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs xeyli müddətdir ki, tanıyır, Fikrət onun işlədiyi mağazanın müştərisi olmuş və münasibəti bu səbəbdən yaranmışdır. Təqsirləndirilən şəxs 11 fevral 2023-cü il tarixdə onun mağazasına gəlmiş, özünə məxsus Apple İpad 9 markalı planşeti satmaq istədiyini bildirmiş, o, Apple İpad 9 markalı 355 818 725 562 223 İMFİ kodlu planşeti yoxlamış və Fikrətə həmin planşeti 300 manat nağd pula satın ala bilcəyini bildirmişdir. Təqsirləndirilən şəxs onunla razılaşmış, bundan sonra Fikrətdən həmin planşeti 300 manat nağd pula satın almışdır. Aldığı planşetin oğurluq olmasını bir neçə gün sonra polis əməkdaşları işlədiyi mağazaya gələn zaman bilmiş və həmin planşeti təhqiqat orqanına təqdim etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 13 fevral 2023-cü il tarixli protokoldan görünür ki, oğurluq hadisəsi baş vermiş “Samovar” adlı kafeyə baxış keçirilən zaman müəyyən edilmişdir ki, “Zərərçəkmiş şəxs məxsus əşyalar Samovar” adlı kafedə kabinetdən oğurlanmışdır. “Baxış və götürmə haqqında” 13 fevral 2023-cü il tarixli protokol və “Əşyanın götürülməsi barədə” 13 fevral 2023-cü il tarixli qərardan görünür ki, 1 ədəd 300 manat dəyərində olan “Huawei Band” markalı smart qol saatı iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut qismində tanınaraq götürülmüşdür. “Baxış və götürmə haqqında” 14 fevral 2023-cü il tarixli protokol və “Əşyanın götürülməsi haqqında” 14 fevral 2023-cü il tarixli qərardan görünür ki, 1 ədəd 1000 manat dəyərində olan ”Apple İpad 9” markalı planşet iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut qismində tanınaraq götürülmüşdür. Azərbaycan Respubilkası Ədliyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 fevral 2023-cü il tarixli 9/1180 nömrəli ekspert rəyindən görünür ki, ekspertizya təyini haqqında qərarda göstərilən, fotoşəkilləri təqdim edilmiş malların 2023-cü ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 570,00 manat müəyyən olunur. O cümlədən: - 01 ədəd boz rəngli, 64 GB yaddaşlı, 2 ay istifadə olunmuş, qüsursuz, işlək vəziyyətdə olan İPad markalı, A2604 (İPad 9) model planşet - 500,00 manat, - 01 ədəd tünd yaşıl rəngli rezin kəmərdən ibarət, 1 ay istifadə olunmuş, qüsursuz, işlək vəziyətdə olan Huawei Band markalı, FRA-B19 model smart qol saatı - 70,00 manat. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserin xx.xx.2023-cü il tarixli 1204 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2023-cü il tarixli 1303 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən verilmiş xx.xx.2023-cü il tarixli 3- 13-12-1/2-Q-310xx/xx/2023 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. 22 fevral 2023-cü il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs məxsus Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış 1 ədəd Huawei Band markalı smart qol saatı və 1 ədəd Apple İpad 9 markalı planşet Gəncə şəhər 1-ci Polis Şöbəsinin inzibati binasında vətəndaş Zərərçəkmiş şəxs qaytarılmışdır. Gəncə şəhəri 24 nömrəli Evlər Üçlüyü tərəfindən verilmiş 20 fevral 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X4 adlı iki azyaşlı uşağı vardır. Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan ödənilmiş və Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla cinayət əməli törətmiş şəxsin ona istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, cinayət əməli törətmiş şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində cinayət əməli törətmiş şəxsin təqsirliliyi təsdiq olunur. Təhqiqat orqanı tərəfindən cinayət əməli törətmiş şəxsin əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, cinayət əməli törətmiş şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə cinayət əməli törətmiş şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını, CM-in 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxsnın zərərçəkmiş şəxslə barışıq əldə etməsini, ona dəymiş ziyanı ödəməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını, həmçinin yuxarıda qeyd edilən xüsusatları nəzərə alaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzalarından islah işləri növündə cəzanın təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxsnın zərərçəkmiş şəxslə barışıq əldə etməsini nəzərə alaraq, hazırki vəziyyətdə cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Cinayət əməli törətmiş şəxsə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəzalar nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini və CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə cinayət əməli törətmiş şəxs cəmiyyətdən təcrid edilmədən islah oluna bilər və islah işləri növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Bununla yanaşı, məhkəmə cinayət əməli törətmiş şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə islah işləri cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.22-ci maddəsində nəzərdə tutulmuş məsələni həll edərək məhkəmə hesab edir ki, cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxsnın əmək haqqından dövlət nəfinə ilk tutulmanın aparıldığı tarixdən hesablanmalıdır. İş üzrə maddi sübutlar 1 ədəd ”Apple İpad 9” markalı planşetin və 1 ədəd “Huawei” markalı smart qol saatının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Eyni zamanda iş üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi olaraq cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tutularaq X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilməlidir. Məhkəmə dövründə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 12 (on iki) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına 72 (yetmiş iki) manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-349, 351- 353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona hər ay qazancından dövlət nəfinə 10 % məbləğində pul tutulmaqla 06 (altı) ay müddətinə islah işləri cəzası təyin edilsin və cəzasını iş yeri üzrə çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxsnın əmək haqqından dövlət nəfinə ilk tutulmanın aparıldığı tarixdən hesablansın. Hökmün icrası Gəncə Şəhər Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübutlar – 1 (bir) ədəd “Apple İpad 9” markalı planşetin və 1 (bir) ədəd “Huawei” markalı smart qol saatının sahibi - Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi olaraq cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tutularaq X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: (VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 72 (yetmiş iki) manat məbləğində pul Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əliyev Asif

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar