Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-220/2025 24.09.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X7, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X8 və onun müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, X14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında X15 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətə məhkəmənin hazırlıq iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X15, X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət etmişdir. X15 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.1985-ci ildə Goranboy rayonu Qızılhacılı qəsəbəsində anadan olmuşdur. Həbs olunanadək yuxarıda qeyd etdiyi ünvanda yaşamış, qeydiyyatda olmuşdur. Həbs olunanadək Goranboy-Naftalan rayonları üzrə Təhsil sektorunun tabeliyində olan Goranboy rayonu Hazırəhmədli kənd tam orta məktəbində “təsərrüfat müdiri” vəzifəsində çalışmışdır. xx.xx.2024-cü il tarixdə Goranboy RPŞ-nin İstintaq bölməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4cü maddələri ilə təqsirli bilinərək Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib, xx.xx.2025-ci il tarixində 03 il 08 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Qərardan xx.xx.2025-ci il tarixində apellyasiya şikayət ərizəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə müraciət etmişdir. Gəncə Apellyasiya Məhkəməsində məhkəmə baxışlarında iştirak etməsi üçün hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılır. Şəkərli diabet və böyrək xəstəliklərinə həbs olunduqdan sonra tutulmuş, xəstəlikləri ilə əlaqədar həbsdə saxlanıldığından Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı X2 Sanitar hissəsində saxlanılırdı. X23 hissəsinin həkimi vəzifəsində çalışan Tovuz rayonunda xx.xx.1999-cu il tarixində anadan olmuş, ailə üzvləri ilə birlikdə bu rayonda yaşayan ədliyyə tibb xidməti baş leytenantı X14 vəzifəsindən sui-istifadə edərək ona qarşı qeyri-səmimi olaraq hüquqlarını pozaraq “sənə bu qədər hörmətlər olunur, şərəfsizlik etmə” ifadələri ilə onu təhqir edərək xəstələrin qəbul olunduğu həkim otağının qapısını sifətinə çırpmışdır. Gənc həkim Tunar Cəfərova bildirmişdir ki, Ulu Öndər, dahi şəxsiyyət, ölməz lider mərhum prezidentimiz Heydər Əliyevin siyasi kursunun davamçısı qalib dövlətin prezidenti cənab İlham Əliyev dəfələrə dövlət məmurlarına, vəzifəli şəxslərə dəfələrlə tapşırıqlar verir ki, vətəndaşlara qarşı səmimi olun, problemləri ilə maraqlanın, vəzifənin imtiyaz deyil, məsuliyyət olduğunu bilin. Onun bu dedikləri gənc həkim Tunar Cəfərovun xoşuna gəlməmiş, ona cavab olaraq bildirmişdir ki, “nə Ulu öndəri, nə də onun siyasi kursunun davamçısını tanımıram, tapşırıqlarını eşitməmişəm, heç mənə maraqlı deyil, get kimə şikayət edirsən et, heç kim sənə görə mənə cəza verə bilməz, sən dustaqsan, heç kimsən”. Gənc həkim Tunar Cəfərovun bu dedikləri, onu təhqir etməsi səhhətində gərginliklər yaratmış, ağrılarını kəskinləşdirmişdir. Buna görə o, xx.xx.2025-ci il tarixində Gəncə Şəhər Məhkəməsinə “xüsusi ittiham qaydasında” şikayət ərizəsi və Gəncə şəhər prokurorluğuna şikayət ərizəsi ilə müraciətlər etmişdir. xx.xx.2025-ci il tarixində Gəncə Şəhər Məhkəməsində məhkəmə baxışı keçirilmiş, “xüsusi ittiham qaydasında” verilmiş şikayət ərizəsi hazırlanarkən Azərbaycan Respublikası Cinayət Prossesual Məcəlləsinin 293.3.1 və 293.3.6-cı maddələrinin tələbləri pozulmuşdur. X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında verdiyi xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarılmışdır. Odur ki, xüsusi ittiham qaydasında şikayət ərizəsinin icraata qəbul edilməsinin, xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmə baxışının keçirilməsinin təmin edilməsini, hazırda həbsdə saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı X2 Sanitar hissəsinin həkimi vəzifəsində çalışan X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi barəsində ədalətli qərar çıxarılmasını xahiş etmişdir. X15 xx.xx.2025-ci il tarixdə vəsatət ünvanlayaraq bildirmişdir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı X2 Sanitar hissəsinin həkimi X8 iştirakı ilə çıxarılmış məhkəmənin xx.xx.2025-ci il tarixli, 1(125)-206/2025 nömrəli qərarının sabahısı günü, yəni xx.xx.2025-ci il tarixində Tunar həkimin sifarişi əsasında qərəzli olaraq onu X23 hissəsinin baş həkimi, rəisi vəzifəsində çalışan ədliyyə tibb xidməti mayoru X13 onu müalicə olunduğu Tibbi Sanitar hissəsindən çıxartmışdır. O, həbsdə saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasının rəhbərliyi tərəfindən bu həkimlərin ətrafında olan bəzi məhkumlardan, həbs edilmiş şəxslərdən onu qorumaq, təhlükəsizliyini təmin etmək məqsədi ilə İİ saylı rejim korpusunun 37-ci kamerasında tək nəfərlik kamerada saxlanılır. xx.xx.2025-ci il tarixidən bu günə kimi səhhəti ilə maraqlanmırlar, 41 gündür ki, şəkərli diabet, böyrək xəstəliklərinə aid dərmanları verilmir, iynələri vurulmur. X4 “şərəfsizlik etmə”, “bu qədər şərəfsizlik olmaz” ifadələri ilə onu təhqir etmiş, xəstə məhkumların qəbul olunduğu həkim otağının qapısını sifətinə çırparaq “sən dustaqsan”, “sən heç kimsən”, “sənə görə mənə heç kim heç nə deməyəcək, cəzalandırmayacaq” ifadələri ilə şəxsiyyətini alçaltmağa çalışmışdır. Gənc X4na yaxınlaşaraq nəzərinə çatdırmışdır ki, Ulu Öndər, dahi şəxsiyyət, ölməz lider mərhum prezidentimiz Heydər Əliyevin siyasi kursunun davamçısı möhtərəm cənab prezidentimiz İlham Əliyev dəfələrə ölkəmizin güc strukturlarının, nazirliklərinin rəhbərlərinə, vəzifəli şəxslərə tapşırıqlar verir ki, vətəndaşlara qarşı səmimi olun, problemləri ilə mütəmadi olaraq maraqlanın, vəzifənin imtiyaz deyil, məsuliyyət olduğunu bilin, vəzifənizdən, peşənizdən süni istifadə etməyin. Çox təəssüflər olsun ki, həkim Tunar Cəfərov ona bildirmişdir ki, “mən nə Ulu Öndəri, onun siyasi kursunun davamçısını, Prezidentin tapşırıqlarını tanımıram, eşitməmişəm, mənə ehtiyac deyil sənin bu dediklərin”. Odur ki, yuxarıda qeyd etdiklərinin nəzarətə götürülməsini, ədalətlilik və humanizm prinsiplərinə əsaslanaraq vəsatətinin təmin olunmasını, səhhətində yaratdığı ciddi gərginliklərə, xəstəliklərinin günü-gündən kəskinləşməsinə səbəbkar olan, xüsusi olaraq Ulu Öndəri, siyasi kursunun davamçısı möhtərəm cənab prezidentimiz İlham Əliyevi, tapşırıqları tanımayan, eşitmək istəməyən Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı X2 Sanitar hissəsinin həkimi vəzifəsində çalışan X8 cəzalandırılması üçün müvafiq tədbirlər görülməsini, ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X15 şikayəti tam müdafiə edərək ifadəsində, eyni zamanda məhkəməyə təqdim etdiyi ərizə və vəsatətində bildirmişdir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verdiyi AR ƏN Penitensiar Xidmətinin 2 saylı X5 Sanitar hissəsinin həkimi Tunar Cəfərovun təşkilatçılığı ilə məhkəmənin xx.xx.2025-ci il tarixli, 1(125)-206/2025 nömrəli qərarının sabahısı günü, yəni xx.xx.2025-ci il tarixində qərəzli olaraq o, müalicə olunduğu Tibbi Sanitar hissəsindən çıxardılmışdır. Həmin gün Tunar Cəfərov xidməti otağından boylanaraq ona “gedirsən?” demiş, həmçinin şikayət verməsinin səbəblərini soruşmuşdur. xx.xx.2025-ci il tarixdən bugünədək ona şəkərli diabet və böyrək xəstəliyi ilə əlaqədar dərman və sistemləri vurulmamışdır, həmçinin 41 gündür ki, təknəfərlik kamerada saxlanılır. Sonda şikayətin icraata qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X14 bildirmişdir ki, o, xx.xx.2025-xx.xx.2025-ci il tarixləri aralığında məzuniyyətdə olmuşdur. X12 qarşı nalayiq ifadələr işlətməmiş, sadəcə ona qarşı olunan hörmətin heç bir məhkuma qarşı olunmadığını bildirmişdir. X12 qarşı heç bir qərəzli münasibət göstərilməmişdir, belə ki, onun qeyd etdiklərinin heç biri həqiqəti əks etdirmir. Sonda şikayətin icraata qəbul edilməsindən imtina edilməsini xahiş etdi. Məhkəmə iclasında X8 müdafiəçisi X9 bildirdi ki, şikayət verilərkən Azərbaycan Respublikası Cinayət Prossesual Məcəlləsinin 293.3.2-293.3.4-cü maddələrində sadalanan törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi: imperativ tələblərinə riayət edilməmiş, şikayət CPM-in tələblərinə uyğun olaraq tərtib edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prossesual Məcəlləsinin 299.3.3-cü maddəsinə əsasən məhkəmə hazırlıq iclası keçirilən zaman xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1—293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmamasını yoxlayır. Azərbaycan Respublikası Cinayət Prossesual Məcəlləsinin 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə CPM-in 302-ci maddəsinə əsasən Xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməsi haqqında qərar çıxarır. Eyni zamanda Məhkəmə CPM-in 302.2. Məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək CPM-in 302.1.8-ci maddələrində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Aydın görünür ki, şikayət əsassızdır, dəlillər ilə əsaslandırılmamışdır. Belə olan halda şikayət məhkəmə tərəfindən icraata götürülüb baxıla bilməz. Odur ki, X7 X14 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinib cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında verdiyi şikayəti üzrə məhkəmə tərəfindən CPM-ın 300.1.3-cü maddəsinə əsasən öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsi, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsi və onun vəkilini dinləyib, şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 299.1, 299.3 və 299.3.3-cü maddələrinin tələblərinə görə məhkəmənin hazırlıq iclası xüsusi ittiham qaydasında şikayətdə irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması və şikayətin məzmununun məcəllənin 293.3.1—293.3.7ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılmalıdır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1- 293.3.7-ci maddələri). Həmin qərarda məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 88.4.1-ci maddəsinə əsasən xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirir. 293.3. Böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. 302.1. Aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: 302.1.1. şikayət həmin məhkəməyə aid olmadıqda; 302.1.2. şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 302.1.3. şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 302.1.4. cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 302.1.5. barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 302.1.6. cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 302.1.7. şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; 302.1.8. şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə. Xüsusi ittiham qaydasında verilmiş şikayət hazırlanarkən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3.1 və 293.3.6-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, xüsusi ittiham qaydasında şikayətdə törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği) eyni zamanda şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilməmişdir. Bununla da, xüsusi ittiham qaydasında verilmiş şikayət hazırlanarkən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3.1 və 293.3.6-cı maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən X11 məhkəmədə 3 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə Regional Vəkil Bürosunun vəkili X6, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 nömrəli qərarına (xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, işlədiyi vəkil bürosunun hesabına 33 (otuz üç) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300 və 302-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında X15 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. X11 göstərilmiş hüquqi yardıma görə müdafiəçisi X3 işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 33 (otuz üç) manat məbləğində pul ödənilsin. Qərardan 20 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhəmməd Həsənli
Məhkəmə qərarları › İş №1(125)-220/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-220/2025
24.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver