Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-223/2025 23.10.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X6 Umud oğlunun sədrliyi, məhkəmə iclas katibi X5 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, zərərçəkmiş şəxs X3, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçi – Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci ildə Gəncə şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və Gəncə şəhəri, Qəmərli küçəsi yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 19 radələrində ünvan 3 ünvanında kirayədə yaşadığı evdə ev sahibi Zərərçəkmiş şəxs ilə şəxsi münasibətləri zəminində aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs yumruqla bir neçə dəfə qəsdən vuraraq ona– sol göz nahiyəsinin hematoması, sol qaş nahiyəsinin əzilmiş yarası, sol gözün üst qapağının, alın, sağ bazu, burun nahiyələrinin qançırları, sol diz nahiyəsinin sıyrığı kimi sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül dərəcəli xəsarət yetirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə Gəncə şəhəri, Qəmərli küçəsində yerləşən Zərərçəkmiş şəxs evində kirayədə yaşamışdır. Həmin evin həyətində it saxladığı üçün Zərərçəkmiş şəxs bir neçə dəfə ona irad bildirmiş və evdən çıxaracağını bildirmişdir. xx.xx.2025-ci il tarixdə ofisiant kimi toya getmiş, toydan çıxdıqdan sonra spirtli içki qəbul etmiş və təxminən saat 19 radələrində evə gəlmişdir. Evə gələndən sonra evin həyətində Zərərçəkmiş şəxs ona it saxladığı üçün yenidən irad bildirmiş, itlərə görə qonşuların narazılıq etdiyini ona görə evdən çaxmalarını tələb etmişdir. Həmin vaxt sərxoş olduğu üçün Zərərçəkmiş şəxslə aralarında narazılıq olmuş, Ramizi təhqir etmiş Ramiz də ona cavab qaytarmışdır. Həmin vaxt əsəbiləşmiş, əli ilə Zərərçəkmiş şəxs üz, baş və bədəninin müxtəlif nahiyələrinə vuraraq onu döymüş və xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs vurduqdan sonra oraya gəlmiş arvadı Şahid1 onu sakitəsdirərək evə aparmış, bir qədər sonra polis əməkdaşları gəlmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs onun barəsində şikayət etdiyini bilmişdir. Zərərçəkmiş şəxslə aralarında baş vermiş mübahisə və dava-dalaş təxminən 3-5 dəqiqə davam etmişdir. Hazırda törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını,ona dəymiş ziyanı tam ödədiyini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını bildirərək, Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəməyə verdiyi ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə onun evində kirayədə yaşamışdır. Vaqif həmin evin həyətində bir neçə it saxlamışdır. Qonşular narahatlıq yaratmasın deyə özü bir neçə dəfə ona bildirmişdir ki, həyətdə it saxlamasın. Lakin buna baxmayaraq Təqsirləndirilən şəxs itləri həyətində saxlayacağını demişdir. xx.xx.2025-ci il tarixdə təxminən saat 19 radələrində Vaqif evə gələndə evin həyətində it saxladığı üçün ona yenə irad bildirmiş, Vaqif də həmin vaxt ona irad bildirdiyi üçün mübahisə edərək onu təhqir etmiş, sonra əli ilə onun üz, baş və bədəninin müxtəlif nahiyələrinə vurmuş və o, yerə yıxılaraq xəsarət almışdır. Sonradan yanlarına gəlmiş Vaqifin yoldaşı Şahid1 Təqsirləndirilən şəxs evə aparmışdır. Bir qədər sonra həyat yoldaşı Rahiləyə zəng vurub döyüldüyünü bildirmişdir. Rahilə Musayevə evə gəlmiş və onun döyülməsi barədə DİN-in 102 xidmətinə məlumat vermişdir. Bir qədər sonra polis əməkdaşları gəlmiş, polis şöbəsinə getmiş Təqsirləndirilən şəxs tərəfindən döyülməsi barədə şikayət etmişdir. Təqsirləndirilən şəxsla aralarında baş vermiş mübahisə və dava-dalaş təxminən 3-5 dəqiqə davam etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona vurulmuş maddi ziyan tam ödənilmiş, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid kimi ifadə verən Şahid1 ifadəsində bildirdi ki, o, Təqsirləndirilən şəxs ilə qeyri-rəsmi nikahda yaşayır. Təqsirləndirilən şəxs və övladı ilə birlikdə Gəncə şəhəri, Gülüstan qəsəbəsi, Qəmərli küçəsində yerləşən Zərərçəkmiş şəxs evində kirayədə qalırlar. İndiyə kimi ev sahibi Zərərçəkmiş şəxslə aralarında heç vaxt narazılıq və mübahisə olmamışdır. Zərərçəkmiş şəxs həyətdə it saxladığı üçün bir neçə dəfə əri Vaqifə irad bildirmiş və demişdir ki, həyətdə saxladığı itləri başqa yerdə saxlasın, səs-küy edirlər qonşular narazılıq edər. Vaqifdə bildirmişdir ki, itləri məhəllədə saxlayır evdə saxlamır, narahatlıq da yaratmır. Sonuncu dəfə də Zərərçəkmiş şəxs bildirmişdir ki, əgər itləri həyətdən çıxartmasa onları evdən çıxardacaq. xx.xx.2025-ci il tarixdə təxminən saat 19 radələrində evdə olan zaman həyətdən səs-küy gəldiyini eşitmiş, bir qədər sonra həyətə çıxanda Təqsirləndirilən şəxsla ev sahibi Zərərçəkmiş şəxs həyətdə olduğunu görmüş onlara yaxınlaşmış, nə baş verdiyini soruşmuş, həmin vaxt Ramiz X2 döydüyünü və xəsarət yetirdiyini bildirmişdir. Sonra o, əri Vaqifi evə aparmışdır. Bir qədər sonra polis əməkdaşları gəlmiş həmin vaxt Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs barəsində şikayət etdiyini bilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, ona dəymiş ziyan tam ödənilmiş və o, Təqsirləndirilən şəxs ilə barışmış və ondan heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 X7 xx.xx.2025-ci il tarixli 578 nömrəli rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sol göz nahiyəsinin hematoması, sol qaş nahiyəsinin əzilmiş yarası, sol gözün üst qapağının, alın, sağ bazu, burun nahiyələrinin qançırları, sol diz nahiyəsinin sıyrığı – bərk KÜT əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2025-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməmişdir. Beləliklə, məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-in 128ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi toplanmış sübutların məcmusu ilə öz təsdiqini tapdığından məhkəmə hesab edir ki, təhqiqat orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinin tətbiq olunmasını istisna edən hal müəyyən etməmişdir. Belə ki, iş mаteriаllаrındаn görünür ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə bаrışmış, sonuncu zərərçəkmişə dəymiş ziyаnı tam ödəmişdir. Bundan başqa, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən əvvəllər azad edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışaraq ona dəymiş ziyanı ödəməsi nəzərə alınmalı və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş və bununla bağlı Gəncə şəhər Regional Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 9 (doqquz) saat vaxt sərf etmiş və ona 99 (doxsan doqquz) manat məbləğində pul köçürülməlidir. İş üzrə maddi sübut, ekspertiz axərci, mülki iddia və CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə olunası əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43, 321, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 99 (doxsan doqquz) manat məbləğində pul Gəncə Regional Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(125)-223/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-223/2025
23.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver