Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-224/2024 24.06.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X2 iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsili, evli, himayəsində iki azyaşlı uşağı olan, məhkumluğu olan, Gəncə şəhər Apellyasıya Məhkəməsinin xx.xx.2023-cü il tarixli Qərarı ilə AR-nın CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilirərək azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, hazırda həmin Qərar üzrə cəza çəkən, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, halhazırda ünvan 2lan, hazırki cinayət işi üzrə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində (13 dekabr 2023-cü il tarixədək qüvvədə olan redaksiyada) nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs (bundan sonra Təqsirləndirilən şəxs) təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib uzərində saxlamaqla daşımışdır. Belə ki, o istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 440 qram olan narkotik vasitə qurudulmuş marixuananı üzərində saxlayaraq Gəncə şəhəri ərazisində daşıyarkən, 22 iyun 2023-cü il tarixdə saat 13 radələrində Gəncə şəhər BPİ-nin 3-cu PBnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri Bağmanlar küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq ünvan 3 ünvanında yerləşən Gəncə şəhəri 3-cü PB-nə gətirilmiş, üzərinə şəxsi axtarış keçirilən zaman əlində olan 1 ədəd mavi rəngli sellofan paketin içərisindən, ümümi çəkisi 440 qram olan, kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı vermiş olduğu ifadə həqiqətə uyğun deyildir. Narkotik vasitə ona məxsus deyildir. İbtidai istintaq materiallarında onun Bağmanlar küçəsində saxlamaları göstərilsə də, onu orda saxlamamışlar. Onu gecə 3 radələrində evindən aparmışlar. Özünü ona görə qismən təqsirli bilir ki, real olaraq mütəmadi narkotik vasitə istifadə etmişdir. Hazırki cinayət işi üzrə narkotik vasitə onun üzərinə polis əməkdaşları tərəfindən qoyulmuşdur. Məhkəmədən barəsində ən aşağı həddə cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməməsinə dair ifadəsi əsassız olmaqla özünü müdafiə xarakteri daşımaqla məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sübutlarla tam təkzib olunmuşdur. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid2 ifadəsində bildimişdir ki, hadisədən uzun müddət keçdiyindən hadisəni xatırlamır. Yalnız təqsirləndirilən şəxsi Bağmanlar küçəsində saxlamaları və üzərindən narkotik vasitə marixuana aşkar edilməsini xatırlayır. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadə məhkəmə iclasında elan edilmiş, ibtidai istintaqdakı ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır, onunla hər hansı bir münasibəti olmayıbdır. Mahiyyəti üzrə bildirir ki, 22 iyun 2023-cü il tarixdə ünvan 1-də qeydiyyatda olmaqla orada yaşayan Təqsirləndirilən şəxs mütamadi olaraq narkotik vasitə qəbul etməsi, üstündə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə raportla rəhbərliyə məlumat verdikdən sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmişdir. Bundan sonra şöbənin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ilə birlikdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 22 iyun 2023-cü il tarixdə, saat təxminən 13 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri Bağmalar küçəsində yaşadığı fərdi yaşayış evinin yaxınlığında olmasını müəyyən edib həmin yerə gediblər və Təqsirləndirilən şəxs əməliyyat müşahidəsinə götürüb ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim ediblər, barəsində qəbul olunmuş təxirə salınmaz əməliyyat-axtarış tədbirlərinə dair qərarla onu tanış edib və üzərində narkotik vasitə saxlamasında şübhəli olduğunu bildirib onu Gəncə şəhəri BPİ-nin 3-cü Polis Bölməsinə aparıblar. Təqsirləndirilən şəxs üzərinə baxış keçirməzdən əvvəl hüquqlarını müdafiə etmək məqsədilə müdafiəçi qismində Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili, Müdafiəçi dəvət edib Təqsirləndirilən şəxs təqdim ediblər və Təqsirləndirilən şəxs ona təqdim olunmuş müdafiəçi tərəfindən hüquqlarının müdafiə olunmasına etiraz etməmişdir. İlkin olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilib və şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansısa əşya yaxud predment varsa təqdim etməsi təklif edilib. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əlində olan mavi rəngli sellofan torbanı təqdim etdi. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan torbaya baxış zamanı torbanın içərisində ilk görüşündən narkotik vasitə olan “marıxuana”-ya oxşar kütlə olması müəyyən olunub. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş mavi rəngli sellofan torbanın içərisindən aşkar edlimiş marixuanaya bənzər kütlənin çəkisinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda elektron tərəzi ilə çəkilib. Həmin kütlənin sellofan torba ilə birlikdə ümumi çəkisinin 465 (dörd yüz altmış beş) qram olması müəyyən edildi. Həmin kütlə içərisi boş olan açıq boz rəngli kağız paketə qoyularaq qablaşdırıldı. Bundan sonra həmin 1 ədəd kağız paketin üzəri "DİN-nin 182 saylı" möhuru ilə möhürləndi, üzəri iştirakçılar tərəfindən imzalandı. Məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş şahid Gəncə Şəhər BPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili Şahid1, Şahid2 ibtidai istintaqdakı ifadəsində göstərilənləri bir daha təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan: xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan və xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş və xx.xx.2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə X7 azad edilmişdir. Təqsirləndirilən şəxs üzərində keçirilmiş “şəxsi axtarış” istintaq hərəkətinin görüntülərini əks etdirən DVD diskə məhkəmə iclasında baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Daxili İşlər Nazirliyinin Gəncə şəhər Baş Polis İdarəsinin 3-cü PBnin baş təhqiqatçısı, polis mayoru X6, çəkilişi aparan əməkdaş Gəncə BPİ-nin 3-cü PB-nin təhqiqatçısı, polis kapitanı X1, 3-cü PB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1, həmin şöbənin əməliyyat müvəkkili polis leytenantı Şahid2 və Müdafiəçi Tanrıverdi oğlunun iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilir. İlkin olaraq Təqsirləndirilən şəxs şubhəli şəxs qismində hüquq və vəzifələri izah edilir və şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansısa əşya yaxud predmet varsa təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əlində mavi rəngli selofan torba aşkar olundu. Həmin sellofan torbanın içərisinə baxış keçirilir. Baxış zamanı sellofan torbanın içərisində tünd yaşıl rəngli, qurudulmuş, xırdalanmış, spesifik iyə malik olan, ilk baxışdan narkotik vasitə marixuana aşkar edilir. Həmin narkotik vasitə elektron tərəzidə çəkilir. Sellofanla birlikdə ümumi çəkisi 465 qram gəlir, üzəri AZ.Resp-si DİN-nin 182 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanır. Təqsirləndirilən şəxs adına qeydiyyatda olan ***-***-**-** saylı mobil nömrə ilə aparılan telefon danışıqları və ötürülən məlumatları özündə əks etdirən 1 ədəd DVD diskə baxış keçirilmiş və baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir. Məhkəmə-bioloji ekspertizasının 22 iyun 2023-cü il tarixli 16/661 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə marixuanaya oxşar 465 kütlə” sözləri və imzalar olan boz rəngli polietilen paketdəki, 1(bir) ədəd goy rəngli polietilen paketdə təmiz çəkisi 440 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan marixuanadır. Məhkəmə-narkoloji ekspertizasının 15 avqust 2023-cü il tarıxli 1360 nomrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən və kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin 06 mart 2018-ci il tarixli Hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 03 may 2018-ci il tarixli Qərarı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 06 mart 2018-ci il tarixli Hökmü dəyişdirilərək cəzasının müddəti 05 ilə endirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixonevroloji dispanserindən alınmış xx.xx.2023-cü il tarixli, 4340 saylı arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyata durmur. Gəncə şəhər Narkoloji Dispanserdən alınmış xx.xx.2023-cü il tarixli 4486 saylı arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur. Gəncə Apellyasiya Məhkəməsinin 04 iyul 2023-cü il tarixli Qərarından görünür ki, ağıyev Elçin Marif oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 03 may 2018-ci il tarixli Qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 06 noyabr 2023-cü il tarixli “cinayət işi başlanmasının rədd edilməsi barədə” Qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitənin ona məxsus olmaması, həmin narkotik vasitənin onun üzərinə polis əməkdaşları tərəfindən təzyiqlə qoyulmasına dair bildirdikləri üzrə araşdırma aparılmış, fakt üzrə cinayət işinin başlanması rədd edilmişdir. 12 fevral 2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” Qərardan görünür ki, sübut kimi qiymətləndirilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra ümumi təmiz çəkisi 439.8 qram olan marixuana Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş, xx.xx.2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə zamanı istifadə edilmiş video çəkilişin bir ədəd “DVD” diski cinayət işinə əlavə edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Cinayət Məcəlləsinin hal-hazırda qüvvədə olan 234.1-ci maddəsinə əsasən, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma —bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin cinayət əməlinin baş verdiyi 09 dekabr 2022-ci il tarixdə qüvvədə olan (13 dekabr 2023-cü il tarixədək qüvvədə olan) mətninin müddəalarına əsasən, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma —bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” 22 aprel 2022-ci il tarixli 516-VİQD nömrəli Qanununun 1.3.1-ci maddəsinə əsasən,Cinayət Məcəlləsinin 234.1-ci maddəsində “şəxsi istehlak miqdarından artıq” sözləri “xeyli” sözü ilə əvəz edilmiş, həmin Qanunun keçid müddəaları olan 2.1-ci maddəsində isə qeyd edilmişdir ki, bu Qanunun 1.3.1-ci, 1.3.4-cü, 1.3.5-ci, 1.4-cü, 1.5-ci maddələri narkotik vasitələrin və ya psixotrop maddələrin xeyli və xüsusilə külli miqdarını, habelə prekursorların və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin xüsusilə külli miqdarını müəyyən edən müvafiq qanunla eyni gündə qüvvəyə minir(“Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında” 21 noyabr 2023-cü il tarixli 1025-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu 13 dekabr 2023-cü il tarixdə qüvvəyə mindiyindən, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” 22 aprel 2022-ci il tarixli 516-VİQD nömrəli Qanununun 1.3.1-ci maddəsi də avtomatik olaraq 13 dekabr 2023-cü il tarixdə qüvvəyə minmişdir). Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində psixotrop maddə olan metamfetamini polisdə qoymalarını, onu polislərin hədələmələri və hazırda məhkəməyə inandığı üçün indi həqiqəti deyərək həmin narkotik vasitəni polislər zorla boynuna qoyması barədə ifadəsinə tənqidi yanaşaraq qeyd edir ki, bunu təqsirləndirilən şəxs ağlabatan şəkildə izah edə bilməmişdir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini inandırıcı və mötəbər hesab edir. Məhkəmə həmin dəlilləri aşağıdakılara əsasən əsassız hesab edir: İlk növbədə təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və videoçəkiliş aparılmaqla, müdafiəçinin iştirakı ilə onun üzərinə axtarış aparılmışdır. Həmin videogörüntülərdən təqsirləndirilən şəxsin xüsusi psixoloji vəziyyətdə olması, yəni baş verən hadisələrə reaksiyasının adekvat olmaması müəyyən edilmir. Şübhəli şəxs qismində ifadəsi alındıqdan sonra, təqsirləndirilən şəxs qismində verdiyi ifadə və izahatlarda heç kimin təsiri olmadan etdiyi cinayəti etiraf edir. Hər iki ifadə bir-biri ilə üst-üstə düşür. Lakin sonradan təqsirləndirilən şəxsin əlavə dindirilməsi həyata keçirilmiş, əlavə dindirilmə zamanı təqsirləndirilən şəxs narkotik vasitənin ona məxsus olmaması, onun üzərinə polis əməkdaşları tərəfindən təzyiqlə qoyulması barədə ifadə vermişdir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması zamanı polis əməkdaşları tərəfindən zorakılığa məruz qalıb-qalmaması məsələsinin araşdırılması ilə bağlı Gəncə Şəhər Prokurorluğuna sorğu ünvanlanmış, Gəncə Şəhər Prokurorluğunun 06 noyabr 2023-cü il tarixli “cinayət işi başlanmasının rədd edilməsi barədə” Qərarı əsasında fakt üzrə cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşıması tamamilə sübuta yetirilir. Ona görə də, onun əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi (13 dekabr 2023-cü il tarixədək qüvvədə olan redaksiyada) ilə tövsif edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə mübarizə haqqında haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 19-cu maddəsinin 1-ci hissəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların şəxsi istehlak miqdarından artıq olan miqdarda hazırlanması, kultivasiyası, əldə edilməsi, saxlanması, daşınması və ya göndərilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cinayət məsuliyyətinə səbəbdir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”n İİ Siyahısında metamfetaminin şəxsi istehlak miqdarının yuxarı həddi 0.15 qram müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə (13 dekabr 2023-cü il tarixədək qüvvədə olan redaksiyada) düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Səbuhi Orucovun hazırki cinayət əməlini tərətdiyi zaman qüvvədə olan cinayət qanunda sonradan edilmiş dəyişikliklər Səbuhi Orucovun cinayət məsuliyyətindən azad edilməsinə əsas vermir, həmçinin tərədilmiş cinayət əməlinə görə təyin edilməli olan cəzanın növünü və həddini dəyişdirmir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi (13 dekabr 2023-cü il tarixədək qüvvədə olan redaksiyada) cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə himayəsin iki azyaşlı uşağının olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin mövcudluğu onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və həmin cəzanı tam çəkərək cəzanın sonu ilə azad olunduqdan sonra qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkumluğun ödənilməsi üçün 6 il müddət keçmədən yenidən qəsdən cinayət törətmiş, bununla da onun məhkumluğu ödənilməmiş və cinayətin residivini yaratmışdır. Belə ki, Azərbaycan Respublikası CM-in 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Hazırki cinayət işi üzrə əməl Gəncə Apellyasiya Məhkəməsinin 04 iyul 2023-cü il tarixli Qərarı qanuni qüvvəyə minməmişdən əvvəl törətdiyinə görə, həmin Qərarla təyin edilmiş 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki iş üzrə təyin ediləcək cəza ilə qismən toplanılmaqla təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir, azadlığın məhdudlaşması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu 02 gün və hazırki cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu 02 gün müddət – cəmi 04 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılaraq qəti cəza təyin edilməli, cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində həbs qətimkan tədbiri seçilməli, hazırda Gəncə Apellyasiya Məhkəməsinin 04 iyul 2023-cü il tarixli Qərarı ilə azadlıqdan məhrum etmə cəzasını çəkməsi nəzərə alınmalı, seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odur ki, CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan 439.8 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, həmçinin iş üzrə sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, iş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 30.40 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə 42 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 nömrəli Vəkil Bürosunun vəkili X3, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına (xx.xx.2018-ci il tarixli, 202 nömrəli qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, işlədiyi vəkil bürosunun hesabına 252 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində (13 dekabr 2023-cü il tarixədək qüvvədə olan redaksiyada) nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli Qərarı ilə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, hazırkı hökmlə təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla, ona cinayətlərin məcmusu üzrə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün və hazırki cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün– cəmi 4 (gün) müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün hesablanmaqla, təyin edilmiş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəksin və cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində hazırkı iş üzrə seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin, seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın və hazırda Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli Qərarı üzrə azadlıqdan məhrum etmə cəzası çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 439.8 qram narkotik vasitə marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin və iş üzrə sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 30.40 (otuz manat qırx qəpik) məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə müdafiəçi X5 üçün işlədiyi Gəncə şəhəri 1 nömrəli Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 252 (iki yüz əlli iki) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Orxan Cəfərli
Məhkəmə qərarları › İş №1(125)-224/2024
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-224/2024
24.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver