Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-225/2023 17.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi (eyni zamanda mülki iddiaçı) Şahid, Təqsirləndirilən şəxs (eyni zamanda mülki cavabdeh) Təqsirləndirilən şəxs, Müdafiəçi Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1983-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, məhkum olunmamış, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Gəncə şəhəri Məhsəti qəsəbəsi, 21-ci küçədə fərdi yaşayış evində yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, 17 dekabr 2022-ci il tarixdə saat 17-45 radələrində BC kateqoriyalı sürücülük vəsiqəsi və etibarnamə əsasında idarə etdiyi VAZ 2105 minik markalı, sedan tipli, 1983-cü il buraxılışlı, qara rəngli ** BL *** dövlət qeydiyyat nişanlı avtomaşınla Gəncə şəhəri, İsmət Qayıbov küçəsində yerləşən X12rşısı ilə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq yəni, nizamlanmayan piyada keçidinə yaxınlaşarkən avtomobilin sürətini hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi həddə qədər azaltmalı, piyada keçidinə daxil olmuş piyadaya yol verməli və bundan sonra hərəkətin təhlükəsizliyinin təmin olunacağına əmin olaraq hərəkətini davam etdirməli olduğu halda, həmin tələblərə əməl etməyərək, yol hərəkəti qaydalarını pozmaqla, X21 istiqamətinə nizamlanmayan piyada keçidi ilə yolu keçən piyada, xx.xx.2011-ci il təvəllüdlü Zərərçəkmiş şəxs avtomobilin ön hissəsi ilə vurmuş, nəticədə onun ehtiyatsızlığından sonuncuya baş-beyin əzilməsi ilə müşayiət olunan, qapalı kəllə-beyin travması, sol bazu sümüyünün qapalı sınığı ilə nəticələnən, ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməklə, yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin və şahidin ifadəsi, ekspertiza rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, etibarnamə əsasında ona məxsus VAZ 2105 minik markalı, sedan tipli, 1983-cü il buraxılışlı, qara rəngli ** BL *** dövlət qeydiyyat nişanlı avtomaşını vardır. Onun BC kateqoriyalı sürücülük vəsiqəsi də vardır. 17 dekabr 2022-ci il tarixdə saat 17-45 radələrində o idarə etdiyi VAZ 2105 markalı, ** BL *** nömrə nişanlı avtomaşını ilə tək özü ayıq vəziyyətdə saatda 60 km/saat sürətlə Gəncə şəhəri, İsmət Qayıbov küçəsi ilə üzü aşağı şəhərin mərkəzi istiqamətinə hərəkət etmişdir.O, həmin küçədə yerləşən X16 yanına çatanda Kollecin qarşısındakı piyada keçidinə yaxınlaşanda təxminən keçidə 6-7 metr qalmış onun hərəkət yolunun sağ hissəsindən yolun sol hissəsinə keçən piyada azyaşlı sonradan adı ona məlum olan Zərərçəkmiş şəxs yola daxil olduğunu görmüşdür.O, hadisədən yayınmaq üçün avtomobili sola doğru çəksədə xeyri olmamış, piyada Səbinəni avtomobilin sağ yan qanadı ilə vurmuşdur. Səbinə avtomobilin qabaq alın şüşəsinə dəyib yerə düşmüşdür. O, dərhal avtomobili sağa çəkib saxlamış, Səbinənin yanına gəlmiş, görmüşdür ki, yerdədir. O, onu yerdən qaldırmış və öz avtomobilinə onu mindirib yaxınlıqdakı Gəncə şəhər 3 saylı xəstəxanasına aparmışdır. O, orada onu həkimlərə təhvil vermiş, ona ilkin yardıma başlamışlar. O, Səbinənin yanında qalmışdır. Bu zaman Gəncə şəhər BPİ-nin əməkdaşları gəlmişlər və o onlarla birlikdə hadisə yerinə gəlmiş, hadisə yerinə baxış keçirilmiş, o da baxışda iştirak etmiş, protokol tərtib edilmiş, imza etmişdir. Sonra onun sərxoşluğunu yoxlamaq üçün onu həkim müayinəsindən keçirmişlər. O, piyada Zərərçəkmiş şəxs onun hərəkət yoluna daxil olmağını o təxminən 6-7 metr məsafədən görmüş, avtomobili sola çəksə də təhlükədən yayına bilməmiş, onu vurmuşdur. O, tormozlanma etməmiş, vurduqdan sonra saxlamışdır. O, başa düşür ki, piyada keçidinə yaxınlaşan zaman tam əmin olmalı idi ki, yola piyada daxil olmayacaq, ondan sonra hərəkətini davam etdirməli idi. Ehtiyatsızlıqdan cinayət etdiyini başa düşür, diqqətli olmalı idi, əməlindən peşmandır. Hadisə törətdikdən sonra zərərçəkmiş şəxsin müalicəsi ilə maraqlanmış, onun müalicəsi üçün 3000 AZN civarında pul da ödəmişdir. Lakin, zərərçəkmiş şəxsin ailəsi uşağın müalicəsi üçün daha çox pul tələb etmiş, onun maddi imkanı olmadığından əlavə tələb edilən məbləği ödəyə bilməmişdir. Ona görə də, zərərçəkmiş şəxslə barışıq əldə edə bilməmişdir. Zərərin bir hissəsinin tərəfindən ödənilməsini nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı qanuni nümayəndənin iştirakı ilə ifadəsi alınmış xx.xx.2011-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hal-hazırda anası Şahid ilə birlikdə yaşayır. Atası X1 Federasiyasına işləmək üçün getmiş və orada yaşayır. O, hal-hazırda Gəncə şəhəri, 23 saylı orta məktəbin 6-cı sinif şagirdidir. 17 dekabr 2022-ci il tarixdə saat 17:45 radələrində o yaşadığı evin yaxınlığındakı mağazadan çıxıb, Gəncə şəhəri İsmət Qayıbov küçəsində yerləşən X12rşısı ilə piyada keçidi olan yolla, yolu keçmək üçün zolaqlı yola daxil olmuş, bu zaman şosse yolla İsmət Qayıbov küçəsi ilə hərəkətdə olan sonradan adı ona məlum olan Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 2105 markalı, ** BL *** dövlət nömrə nişanlı avtomaşını ilə onu vurmuş, o bundan sonra huşunu itirmiş və heç nə yadında qalmamışdır. O, yalnız xəstəxanada özünə gəlmişdir.O, həmin yol-nəqliyyat hadisəsi zamanı başından, sol qolundan xəsarətlər almışdır. Hazırda vəziyyəti normaldır, fizoterapik müalicələr alır. O, hadisə zamanı tək olmuşdur, yanında heç kim olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, xx.xx.2011-ci il təvəllüdlü Zərərçəkmiş şəxs onun qızıdır. Əri X1 Federasiyasına işləmək üçün getmiş və orada yaşayır. Səbinə hal-hazırda Gəncə şəhəri, 23 saylı orta məktəbin 6cı sinif şagirdidir. 17 dekabr 2022ci il tarixdə saat 17:30 radələrində Səbinə yaşadıqları evin yaxınlığındakı mağazaya getmişdir. Aradan təxminən bir saata yaxın vaxt keçmiş, lakin Səbinə evə qayıtmamışdır. O, onun arxası ilə mağazaya getmiş, onu görməmişdir. O, X12rşısında olan tanımadığı şəxslərdən qızı Səbinənin əlamətlərini deyib onu görübgörmədiklərini soruşanda ona demişlər ki, sizin qızınızı avtomaşın Kollecin qarşısında vurmuşdur və onu sürücü özü Gəncə şəhər 3 saylı xəstəxanaya aparmışdır. O, dərhal həmin xəstəxanaya getmiş, görmüşdür ki, həqiqətən də Səbinə oradadır. Ona məlum olmuşdur ki, sonradan adı ona məlum olan sürücü Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 2105 markalı, ** BL *** dövlət nömrə nişanlı avtomaşını ilə Səbinəni vurmuş, o bundan sonra huşunu itirmiş və Səbinəni Asif özü xəstəxanaya gətirmişdir. Səbinə həmin yolnəqliyyat hadisəsi zamanı başından, sol qolundan xəsarətlər almışdır. Səbinəyə 3 saylı xəstəxanada yardım göstərmişlər, lakin onun başında ağrılar, huşsuz olduğundan onu Gəncə şəhər 2 saylı uşaq xəstəxanasına aparmışdır. Orada bir gün qaldıqdan sonra səhəri gün X15 Klinikasına aparmış, orada bir neçə gün müalicə olunmuşdur. Hazırda vəziyyəti normaldır, fizoterapik müalicələr alır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 17 dekabr 2022-ci il tarixli “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” Protokoldan görünür ki, hadisə Gəncə şəhəri, İsmət Qayıbov küçəsində yerləşən X12rşısında baş vermişdir. Məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, 2284 saylı rəyindən görünür ki, azyaşlı Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər-baş-beyin əzilməsi ilə müşayiət olunan qapalı kəllə-beyin travması, sol bazu sümüyünün qapalı sınığı-bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir və həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. Məhkəmə-avtotexniki ekspertizasının 17 yanvar 2023-cü il tarixli, 8/30 nömrəli rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ 2105 markalı, ** BL *** dövlət qyediyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Qanunun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Hadisənin görüntülərini əks etdirən DVD diskə məhkəmə istintaqında baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 2105 markalı, ** BL *** dövlət qeydiyyat nömrə nişanlı avtomaşınla Gəncə şəhəri, İ.Qayıbov küçəsi ilə hərəkətdə olan zaman İ.Qayıbov küçəsində yerləşən X12rşısında piyada keçidi ilə yolun sağ tərəfindən soluna doğru yolu keçməkdə olan piyada Zərərçəkmiş şəxs idarə etdiyi avtomobillə vurur və Zərərçəkmiş şəxs yerə asfaltın üzərinə düşür və yerdə uzanıqlı vəziyyətdə qalır. Gəncə şəhər Rayonlararası Narkoloji Dispanserinin xx.xx.2022-ci il tarixli, 33792022 nömrəli sərxoşluq aktından görünür ki, sürücü Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Narkoloji Dispanserinin xx.xx.2023-cü il tarixli, 1184 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixonevroloji Dispanserinin xx.xx.2023-cü il tarixli, 1270 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur. BDYPİ-nin Gəncə RQİ və TBŞ-nin xx.xx.2023-cü il tarixli, 313-16-3/2107/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs AE 119202-BC kateqoriyalı sürücülük vəsiqəsi xx.xx.2016-cı il tarixdən xx.xx.2026-cı il tarixədək verilmiş, Təqsirləndirilən şəxs sürücülük hüququ məhdudlaşdırılmamışdır. Gəncə şəhər 6 saylı notariat kontorunun xx.xx.2022-ci il tarixli, ƏN-VİN-327337 nömrəli nəqliyyat vasitəsindən istifadə edilməsi haqqında etibarnaməsindən görünür ki, VAZ 2105 markalı, ** BL *** dövlət qeydiyyat nömrə nişanlı avtomaşın Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixədək nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti verilmişdir. DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli Tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. AZ İV 457793 və AZ İV 693557 nömrəli X3 surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində X13 və X14 adında iki azyaşlı uşağı var. Gəncə şəhəri, Kəpəz rayon Evlər Üçlüyü tərəfindən verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. 21 fevral 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” Qərardan görünür ki, iş üzrə maddi sübut qismində tanınmış VAZ 2105 markalı, 20BL390 dövlət qeydiyyat nişanlı avtomobil təqsirləndirilən şəxsin özünə qaytarılmışdır. “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 22 fevral 2023-cü il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə iclasında bilavasitə tədqiq edilən, biri-digərini tamamlayan sübutlar əsasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs həmin cinayəti törətməkdə təqsiri tam sübuta yetirilmiş və onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Buna görə də o, həmin maddə ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 5 №-li Qərarının 1-ci bəndinə əsasən, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixioloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsinin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın qismən ödənilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və himayəsində azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirib nəzərə alır. Təqsirləndirilən şəxs əməlində həmin Məcəllənin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmiş və cəzanı yüngülləşdirən hallar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs cəza təyin edilən zaman nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-nin 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələbinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini məhkəmələr sözsüz təmin etməlidir. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən yuxarıda göstərilənləri, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların isə olmamasını cəza həddini müəyyən edərkən nəzərə alır və hesab edir ki, ona ittiham olunduğu Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, həmçinin həmin maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza təyin etməklə sosial ədalətin bərpasına, Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin tələblərinə, cəzanın məqsədlərinə və onun islah olunmasına nail olmaq olar. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1, 56.1.1-ci maddələrinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 68.1-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər cəzanın icrası yerlərinə və bir cəzaçəkmə müəssisəsindən digərinə müşayiətlə göndərilirlər. Məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilən və hökm qüvvəyə mindiyi zaman həbsdə olmayan məhkum məhkəmə icraçısının təqdim etdiyi müvafiq göstərişə əsasən müəyyən edilən vaxtda məntəqə tipli cəzaçəkmə müəssisəsinə şəxsən gəlməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən iş üzrə məhkəmə xərci 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən 12 (on iki) iş saatı məsrəf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamının 1.3-cü bəndinə əsasən vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin İ hissəsinə müvafiq olaraq müəyyən edilmiş məbləğin 3 dəfə artırılması qərara alınmışdır. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 72 (yetmiş iki) manat məbləğində pul köçürülməlidir. İş üzrə maddi sübut qismində tanınmış VAZ 2105 markalı, 20BL390 dövlət qeydiyyat nişanlı avtomobilin təqsirləndirilən şəxsin özünə qaytarılması nəzərə alınmalıdır. İş üzrə zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Şahid mülki idddia ərizəsi verərək mülki cavabdeh Təqsirləndirilən şəxs 3331 manat 80 qəpik pulun alınaraq ona verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şahid iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi X6 mülki iddianı qəbul etməyərək, Təqsirləndirilən şəxs imkanı daxılində zərərçəkmiş şəxsə yardım etməsini, iddia ərizəsindəki məbləğlərin şirşirdilmiş məbləğlər olmasını qeyd edərək iddianın rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinin tələbinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) və s. başa düşülür. Məhkəmə mülki iddia ilə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirli olaraq törətdiyi hüquqazidd əməl nəticəsində Zərərçəkmiş şəxs mülki iddia ərizəsində göstərilən məbləğdə ziyan dəyməsi iddia ərizəsinə əlavə edilmiş sənədlərlə öz təsdiqini tapdığından iddia təmin edilməlidir. Belə ki, mülki iddiaya ərizəsinə əlavə edilmiş: Zərərçəkmiş şəxsin fizioterapiyasının zəruriliyini özündə əks etdirən “Gəncə şəhər X18”nin müayinə vərəqindən görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs oynaq hərəkətinin bərpası üçün bir seansın qiyməti 20 manat olmaqla 30 fizioterapiya seansına ehtiyacı var. “X24 adına Təhsil Mərkəzi”nin rəyindən görünür ki, Zərərçəkmiş şəxs depressiv əlamətlər – özgüvən əksikliyi, emosional-ruhi sferada gərginlik, travma sonrası stress pozuntusu, fobiyalar, yuxusuzluq, özünəqapanmadan müalicə edilməsi üçün bir seansın qiyməti 25 manat olmaqla 18-20 seans psixoloq müalicəsinə ehtiyacı var. “X20”nin ödəniş qəbzlərindən görünür ki, Zərərçəkmiş şəxs ümumi dəyəri 700-800 manat olan fizioterapiya seansı almışdır. "xxxx" MMC-nin ödəniş qəbzlərindən görünür ki, Zərərçəkmiş şəxs ümumi dəyəri 1195 manat olan müalicə kursu keçmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 6 (altı) müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata götürüldüyü vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut qismində tanınmış VAZ 2105 markalı, 20BL390 dövlət qeydiyyat nişanlı avtomobilin təqsirləndirilən şəxsin özünə qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddia təmin edilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs X8 müalicəsi, psixoloq müalicəsi, fizioterapiya və mülki iddianın dövlət rüsumu üçün ödənilmiş 3331.80 manat pul alınaraq mülki iddiaçı Şahid verilsin. İş üzrə ekspertiza xərci olan 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34 CTRE********************, X5, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** S.W.İ.F.T. Bik: CTREAZ22) keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 72 (yetmiş iki) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №1(125)-225/2023
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-225/2023
17.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver