Məhkəmə qərarları › İş №1(125)-226/2022

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-226/2022

15.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-226/2022 15.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri H.Əliyev prospektində yerləşən “Moda kids” geyim mağazasında qeyri-rəsmi arvadı Zərərçəkmiş şəxs ilə şəxsi münasibət zəminində aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs başından əl zərbələri ilə qəsdən vurmaqla burun sümüyünün qapalı sınığı, alın nahiyəsinin qançırı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül xəsarət yetirmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2018-ci il tarixdə qeyri-rəsmi nikaha daxil olmuş, birgə nikahdan onların bir övladı doğulmuşdur. Zərərçəkmiş şəxs ilə əvvəllər münasibətləri normal olsa da sonradan onun bacısı Təranə Paşayeva onlarla birgə yaşadığı üçün onların arasında mütəmadi olaraq mübahisələr olmuş, bu səbəbdən xx.xx.2022-ci il tarixdən Zərərçəkmiş şəxs uşaqlarını da götürüb evdən getmişdir. xx.xx.2022-ci il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs satıcı işlədiyi Gəncə şəhər H.Əliyev prospektində yerləşən Moda Kids geyim mağazasına getmiş, həmin günü saat 10 radələrində səhər yeməyində spirtli içki qəbul etdiyi üçün sərxoş vəziyyətdə olmuş, Zərərçəkmiş şəxs yemək alıb gətirmiş, Zərərçəkmiş şəxs yeməyi yeməcəyini bildirdikdən sonra Turanəyə həmin yeməyi övladlarına aparmasını xahiş etmişdir. Daha sonra o, Zərərçəkmiş şəxs evi kirayəyə vermək istədiyini və cehizlik əşyalarını gəlib götürməyini bildirmiş, həmin vaxtı Zərərçəkmiş şəxs onun(Təqsirləndirilən şəxs) ünvanına nalayiq ifadə işlədərək təhqir etmiş, o da əsəbləşib onun(Zərərçəkmiş şəxs) üz nahiyəsinə əl zərbəsi vurmuş, daha sonra Zərərçəkmiş şəxs bel nahiyəsinə əl və təpik zərbələri vuraraq döymüş və mağazanı tərk etmiş, sonradan Zərərçəkmiş şəxs onun barəsində Gəncə şəhər 1-ci PŞ-nə şikayət ərizə ilə müraciət etməyi ona məlum olmuşdur. Hazırda o, zərərçəkmiş şəxslə barışmışdır. Buna görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə 2018-ci il tarixdə qeyri-rəsmi ailə qurmuş, onların birgə nikahdan bir uşaqları doğulmuşdur. aralarında əvvəllər münasibətləri yaxşı olsa da sonradan Elvinin mütamadi olaraq spirtli içki qəbul etməsi onların münasibəti pozmuş, buna görə də onalr xx.xx.2022-ci il tarixdən faktiki olaraq ayrı yaşayırlar.O, Gəncə şəhər H.Əliyev prospektində yerləşən Moda Kids geyim mağazasında satıcı işləyir, xx.xx.2022-ci il tarixdə saat 15 radələrində o, iş yerində olan vaxtı Təqsirləndirilən şəxs sərxoş halda iş yerinə gəlmiş, övladı üçün yemək alıb gətirdiyini demiş, bundan sonra Təqsirləndirilən şəxs ona gəlib evdən cehizlik əşyalarını çıxartmasını bildirmişdir. O, Təqsirləndirilən şəxs vaxtının olmadığını, vaxt edib götürəcəyini demiş, bundan sonra Təqsirləndirilən şəxs onun üzərinə gələrək ilkin olaraq əl zərbəsi ilə burun nahiyəsinə vurmuş, daha sonra onun bel nahiyəsinə əl və təpik zərbələri vuraraq döymüş və mağazanı tərk etmişdir. Elvin getdikdən sonra o, döyüldüyü üçün Gəncə şəhər 1-ci PŞ-yə gələrək ərizə ilə müraciət etmiş, Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Hazırda o, məhkəmə ərizə göndərərək təqsirləndirilən şəxslə barışdığını, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını buna görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Gəncə şəhər MTE və PA şöbəsinin xx.xx.2022-ci il tarixli, 1909 nömrəli “canlı şəxsin ekspertizası” rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – burun sümüyünün qapalı sınığı, alın nahiyəsinin qançırı – bərk küt əşyanın(əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə yəni, xx.xx.2022-ci il tarixinə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. İş materiallarında olan Gəncə şəhər Psixonevroloji Dispanserinin xx.xx.2022-ci il tarixli, 5484 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. İş materiallarında olan Gəncə şəhər Narkoloji Dispanserin xx.xx.2022-ci il tarixli 5054 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2022ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Zərərçəkmiş şəxs məhkəməyə göndərdiyi notarial qaydada təqsdiq olunmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışmış, zərər şəkmişin ona qarşı hər hansı tələbi və şikayəti olmadığı üçün onun barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə, iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Belə ki, iş mаteriаllаrındаn görünür ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə bаrışmışdır. Buna görə də zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsdən hər hansı şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin qeydinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası CM-nin 72 və 73-cü maddələri ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən azad olunmamışdır. Azərbaycan Respublikasının CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikasının CPM-nin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışması nəzərə alınmalı və təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs məhkəmədə 5 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, onun işlədiyi vəkil bürosunun hesabına 30 manat məbləğində pul Azərbaycan Respublikası Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak, maddi sübut və mülki iddiа yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 321.2.1, 346, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 128-ci mаddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinаyət məsuliyyətindən аzаd edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 30 (otuz) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və yа protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar