Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-228/2024 29.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Kəlbəcər rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2sində Gəncə şəhər məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 06(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasıtəyin olunmuş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silahı, onun komplekt hissəsini və döyüş sursatını əldə edib, gəzdirib daşıyaraq saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq 01 ədəd nömrəsi silinmiş zavod üsulu ilə hazırlanmış, keçmiş SSRİ dövlətində istehsal olunmuş, 9 mm kalibrli, “Makarov” konstruksiyalı, texniki cəhətdən saz və atəş üçün yararlı yivli odlu silah, 1 ədəd zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş,həmin kalibrli “Makarov” konstruksiyalı tapançaların komplekt hissəsi olan, texniki cəhətdən saz və istifadə üçün yararlı olan daraq və 02 ədəd Azərbaycan Respublikasında 1995-ci il və 1997-ci illərdə, 03 ədədi keçmiş SSRİ dövlətində, 02 ədədi 1974-cü il, 01 ədədi 1988-ci illərdə zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla, həmin kalibrli “Makarov” (PM) və Steçkin (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı hesab olunan və atəş üçün yararlı 5 ədəd ştat patronları əldə edib saxlayaraq üzərində gəzdirərək daşımış, Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 04 yanvar 2023-ci il tarixdə saat 16:30 radələrində Gəncə şəhəri, Heydər Əliyev prospektində yerləşən “Beynəlxalq Bankın” yaxınlığında saxlanılaraq Gəncə şəhəri, H.Əliyev prospekti 465 ünvanında yerləşən Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sağ arxa hissəsindən kəmərə keçirilmiş halda 01 ədəd nömrəsi silinmiş zavod üsulu ilə hazırlanmış, keçmiş SSRİ dövlətində istehsal olunmuş, 9 mm kalibrli, “Makarov” konstruksiyalı, texniki cəhətdən saz və atəş üçün yararlı yivli odlu silah, 1 ədəd zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş,həmin kalibrli “Makarov” konstruksiyalı tapançaların komplekt hissəsi olan, texniki cəhətdən saz və istifadə üçün yararlı olan daraq və 02 ədəd Azərbaycan Respublikasında 1995-ci il və 1997-ci illərdə 03 ədədi keçmiş SSRİ dövlətində, 02 ədədi 1974-cü il, 01 ədədi 1988-ci illərdə zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla, həmin kalibrli “Makarov" (PM) və Steçkin(APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı hesab olunan və atəş üçün yararlı 5 ədəd ştat patronlar aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, onun üzərində aşkar edilmiş silahı və onun komplekt hissələrini Gəncə çayının sahilindən betonun üstündən tapmışdır. Silah və onun komplekt hissələrini nə qədər üzərində saxlaması onun yadında deyil. Polis əməkdaşları onun bankın önündə saxlamışlar. Polis əməkdaşlarının hər ikisini əvvəllər tanımış, onların adları Muraz və Elvin olmuşdur. Polis əməkdaşları onu saxlayaraq 1-ci Polis Şöbəsinə gətirmişlər. Şöbədə onun üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən tapança aşkar edilmişdir. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs barəsində məhkəmə qərarı ilə axtarış işi açılmışdır. Həmin qərarın icrası ilə bağlı onu aşkar edərək saxlamışlar. Onu şöbəyə təmin edən zaman özü üzərində silah gəzdirdiyini etiraf etmişdir. Şöbədə üzərinə şəxsi axtarış keçirilən zaman “Makarov” markalı tapança və onun komplekt hissələri aşkar edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə BPİ-nin 1-ci Polis Şöbəsinin baş əməliyyat müvəkkili Şahid1 Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun dediklərini təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş: Təqsirləndirilən şəxs Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsində onun üzərinə şəxsi axtarış keçirilməsi zamanı qeydə alınmış videogörüntüyə məhkəmə iclasındabaxış zamanı müəyyən edilmişdir ki, Gəncə şəhər BPİ-nin, 1-ci Polis Şöbəsinin TB-nin baş təhqiqatçısı, polis mayoru X3, Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nin, CAB-in baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1, Gəncə şəhər BPİ-nin, 1-ci PŞ-nin CAB-ın axtarış üzrə baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir. Şəxsi axtarış keçirilməzdən qabaq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələrinin az öncə izah edildiyini və hüquqlarının aydın olduğunu bildirir və bu barədə bildiriş imzalanır. İlk öncə Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş odlu silah, narkotik vasitə, əşya və predmet varsa təqdim etməsi təklif olunur.Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ arxa hissəsindən kəmərə keçirilmiş halda 1 ədəd “Makarov” modelli odlu silahı təqdim edir. Daha sonra həmin odlu silahın darağı çıxarılır və daraqdan 05 ədəd patron aşkar olunur. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsə də qanunla dövriyyəsi qadağan olunmuş əşya və predmet aşkar olunmur.Həmin odlu silah sökülərək baxış keçirilir, silahın nömrəsinin silindiyi və iynəsinin yerində olduğu bildirilir.Daha sonra silahın darağında olan 05 ədəd patron daraqdan çıxarılır və həmin patronlara baxış keçilir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş odlu silahı yaşadığı evin yaxınlığından, yəni Gəncə şəhəri, M.Bürcəliyev küçəsində yerləşən Gəncə çayının yaxınlığından tapdığını, tapan silahın qara rəngli sellofonda olduğunu və üzərinin kəndirlər bağlı olduğunu bildirir.Həmin sellofonu əlinə alan zaman sellofonun ağır gəldiyini və kəndiri açıb içərisinə baxan zaman içərisində silah olduğunu bildirir.Bir neçə dəfə həmin silahı təqdim etmək fikrinin olduğunu, lakin axtarışda olduğu üçün, həmçinin silaha əl izinin düşdüyünü, silahın üstündə cinayət uğundan ehtiyatlanaraq bu fikrindən daşındığını bildirir.Həmin silahı təxminən 15-20 gün bundan əvvəl tapdığını, silahın əksərən üzərində daşıdığını, heçkəsin onda silaholduğunu demədiyini, düşməninin olmadığını, satmaq niyyətinin olmadığını, həmin silahın xoşuna gəldiyini, həmin silahın nömrəsinin onun silmədiyini, həmin silahın nömrəsinin silindiyinə fikir vermədiyini bildirir.Həmin silahı yoxlamadığını, onda olmasının ailə üzvlərinin, dostlarının heçkəsin bilmədiyini bildirir, lakin həmin silahın kimsə belində gördüyünü və polisə məlumat verdiyini bildirir.Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir fiziki və psixi təsirin olmadığını bildirir.Sorğu zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməyinə dair Gəncə şəhər məhkəməsində məhkəmə prosesinin davam etdiyini, işinə baxan hakimin adının Asif müəllim olduğunu və məhkəmə prosesində dörd dəfə iştirak etdiyini, lakin sonrada qolundan yaranmış problemlə bağlı məhkəmə prosesinə gedə bilmədiyini və buna görə də axtarışa düşdüyünü bildirir.Axtarışda olduğunu polis əməkdaşlarının evinə gələn zaman ailə üzvlərinə bildirmələrini və ailə üzvlərinin də ona deməklərini bildirir. Sorğu zamanı Təqsirləndirilən şəxs içərisində silah olan qara rəngli sellofonun üzəri bağlı olduğu üçündiqqətini cəlb etdiyini və ona görə də həmin sellofonu götürərək içərisinə baxdığını bildirir. Müdafiəçi Təqsirləndirilən şəxs polis əməkdaşları saxlayarkən və ya sonradan hər hansı bir fiziki zorakılığa və ya işgəncəyə məruz qalıb-qalmaması barədə sualverdikdə Təqsirləndirilən şəxs heç bir təzyiqə, fiziki zorakılığa məruz qalmadığını və polis əməkdaşları saxlayan zaman üzərindən aşkar edilmiş odlu silahın üzərində olduğunu bildirir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilmiş 1 ədəd “makarov” modelli odlu silah, darağı və 05 ədəd patronlar qablaşdırılıb möhürlənir və bu barədə protokol tərtib edilərəkdoğruluğu iştirakçılar tərəfindən imzalarla təsdiq edilir.Daha sonra isə İlqarKərimovun üzərindən aşkar edilmiş 1 ədəd cib dəsmalı, 1 ədəd salfet, içərisində 7 ədəd siqaret olan “Argo” markalı siqaret qutusu, 2 ədəd alışqan və 9 manat pul iş üçün əhəmiyyət kəsb etmədiyi üçün özünə qaytarılır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2024-cü il tarixli 24/08R nömrəli rəyindən məlum olur ki, -Tədiqata təqdim olunmuş 01 ədəd nömrəsi silinmiş silah zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9 mm kalibrli, Makarov konstruksiyalı, tapançadır, yivli odlu silahdır,texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın təyinatı hər hansı bir dəyişikliklərə məruz qalmamışdır. - Tədqiqata təqdim olunmuş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. -Tədqiqata təqdim edilmiş 05 ədəd patronlardan 02 ədədi Azərbaycan Respublikasında 1995-ci, 1997-ci illərdə, 03 ədədi keçmiş SSRİ dövlətində 02 ədədi 1974cü, 01 ədədi 1988-ci illərdə zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla, həmin kalibrli Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançalardan atəş açmaqüçün nəzərdə tutulmuş ştat patronlarıdı, döyüş sursatı hesab olunur və atəşüçün yararlıdırlar. Azərbaycan Respublikası DİN-in KTİ-dən daxil olmuş məktubdan görünür ki, 01 ədəd 9 mm kalibrli nömrəsi silinmiş PM modelli tapançadan eksperimental qaydada atılmış güllə-giliz nümunələri idarənin güllə-giliz kartotekasında “ARSENAL” avtomatlaşdırılmış ballistik sistemi vasitəsilə yoxlanılmışdır.Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs ödənilməmiş məhkumluğu yoxdur. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 06(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək tutulmuşdur. xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında” protokoldan və fotoşəkillərdən görünür ki, iş üzrə şübhəli şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsinin düzgünlüyünü müəyyən etmək və ifadəsində göstərdiyi xüsusatları dəqiqləşdirmək məqsədilə ifadəsi yerində, Gəncə şəhəri, M.Bürcəliyev küçəsində yerləşən çayın kənarında yoxlanılmışdır. İfadənin yerində yoxlanılması zamanı o, ifadəsində göstərdiyi xüsusatları hadisə yerində bir daha göstərərək ifadəsini təsdiq etmiş, istintaq hərəkətinin icrası zamanı çəkilmiş fotoşəkillər isə müvafiq protokola əlavə edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi özünün ibtidai istintaqdakı ifadəsi, şahidlərin ifadələri, eləcə də cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini və əməlindən səmimi peşmançılıq çəkməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi ədalətli və qanunauyğundur. Məhkəməni bu qənaətə gəlməyə təqsirləndirilən şəxsin əməlinin ictimai təhlükəlilik dərəcəsi, yəni onun qanunsuz olaraq silah əldə edib saxlaması istiqamətləndirir. Bu səbəbdən də, məhkəmə belə qənaətə gəlir ki, ona yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilə bilər və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə uyğun olaraq, o, həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Belə ki, məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hallara diqqət yetirərək nəzərə alır ki, onun əvvəllər cinayət əməlini törətməsi, törətdiyi əməllərə tənqidi yanaşmadığını və ona verilən cəzalardan nəticə çıxarmadığını, islah olunmağa meylli olmadığını göstərir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Məhkəməsinin 1(125)-52/2024 saylı xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 05 ay 28 gün azadlıqdan məhrumetmə cəzası günə-gün tutulmaqla hazırkı hökmlə təyin olunmuş azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir, azadlığın məhdudlaşması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Belə olan halda, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün və hazırki cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün– cəmi 4 (gün) müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün hesablanmaqla, təyin edilmiş cəzadan çıxılaraq onun üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut olan, Gəncə şəhəri BPİ-nin saxlama anbarına təhvil verilmiş 01 ədəd Makarov konstruksiyalı tapança, 01 ədəd daraq, 03 ədəd patron müsadirə edilməli və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin sərəncamına verilməlidir. Həmçinin Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən iş üzrə maddi sübut olan şəxsi axtarış istintaq hərəkətinin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeyd edildiyi 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən müdafiəçi X2 Təqsirləndirilən şəxsna məhkəmədə 15 saat dövlət hesabına göstərdiyi hüquqi yardıma görə işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosuna, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərilmiş hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 90 manat məbləğində pul Azərbaycan Respublikası Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Gəncə şəhər Məhkəməsinin 1(125)-52/2024 saylı xx.xx.2024-cü il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası, hazırkı hökmlə təyin olunmuş müəyyən müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla, ona cinayətlərin məcmusu üzrə 02 (iki) il 05 (beş) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün və hazırki cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün– cəmi 4 (gün) müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün hesablanmaqla, təyin edilmiş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 02 (iki) il 04 (dörd) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində hazırkı iş üzrə seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və onun Gəncə şəhər Məhkəməsinin 1(125)-52/2024 saylı xx.xx.2024-cü il tarixli hökmü üzrə hazırda azadlıqdan məhrum etmə cəzası çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar: Gəncə şəhəri BPİ-nin saxlama anbarına təhvil verilmiş 01 ədəd Makarov konstruksiyalı tapança, 01 ədəd daraq, 03 ədəd patron müsadirə edilsin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin sərəncamına verilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış istintaq hərəkətini keçirilməsi zamanı aparılmış videoçəkilişin qeyd edildiyi 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə müdafiəçi X1 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə, müddətin başa çatdığı gündən sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Orxan Cəfərli
Məhkəmə qərarları › İş №1(125)-228/2024
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-228/2024
29.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver