Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-229/2023 12.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində DİMÜŞ-nin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçi Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1978-ci ildə Rusiya Federasiyası Sverdlovsk vilayətində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, işsiz, Gəncə şəhəri, H.Əliyev prospekti, ev 89-da qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan və barəsində «başqa yerə getməmək haqqında» iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs sürücülük hüququ olmadan və sərxoş vəziyyətdə nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs kimi idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində ehtiyyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, o, xx.xx.2022-ci il tarixdə saat 23:00 radələrində ona etibar edilmiş Vaz 21214 markalı, **-BS-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinə əsasən sürücülük hüququ olmadan, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 8-ci hissəsinə əsasən sərxoş vəziyyətdə idarə edib Gəncə şəhər Ş.İ.Xətai prospektində hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-cü bəndinin tələblərini pozmaqla, yəni avtomobili öz hərəkət zolağı ilə hərəkət etməli, əks istiqamətli hərəkət zolaqlarını ayıran 1.3 üfiqi nişanlanma xəttini kəsib keçərək qarşı hərəkət zolağına çıxarmamalı və hərəkət üçün təhlükə yaratmamalı olduğu halda həmin tələblərə əməl etməyib nəqliyyat vasitəsinin istismarı qaydasını pozaraq əks istiqamətli hərəkət zolaqlarını ayıran 1.3 üfiqi nişanlanma xəttini kəsib keçərək qarşı hərəkət zolağına çıxaraq qarşıda yolun hərəkət hissəsinin sol tərəfindən sağ tərəfə keçən Zərərçəkmiş şəxs avtomobili ilə ehtiyatsızlıqdan vuraraq sonuncuya sol Vİİ, X, Xİ qabırğaların qapalı sınıqları, İV-V bel fəqərələrinin, oma sümüyünün, sol sirkə kasası və sol qasıq sümüyünün sınıqları, ənsə nahiyyəsinin əzilmiş yarası ilə müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurmaya aid xəsarətlər yetirilməsinə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələri, ekspertiza rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, onun sürücülük vəsiqəsi olmasada avtomobil idarə etməyi bacarır. Hadisə baş verən gün yəni, xx.xx.2022-ci il tarixdə gecə o, dostu Seymurla yemək zamanı sipirtli içki qəbul etmişlər.Həmin vaxt Seymur bir az artıq içdiyi üçün NÍVA markalı ** BS *** dövlət qeydiyyatda nömrə nişanlı avtomobilini xahiş etmişdir ki, o, idarə edib onu evinə aparsın. Buna görə onlar kafedən çıxdıqdan sonra Seymurun avtomobilini o, idarə etmiş, Seymur isə avtomobildə qabaq oturacaqda əyləşmişdir. Onlar Seymurun, yaşadığı “Kamsomol” adlanan əraziyə gedən zaman X8 prospektində qarşısında olan VAZ 2107 markalı dövlət qeydiyyat nömrəsini xatırlamadığı avtomobili ötmə əməliyyatını keçirən zaman tanımadığı bir qadın anidən qarşısına çıxmış və o anidən əyləcə basmağına baxmayaraq qadını vurmuşdur. Qadını vurduqdan sonra o, dərhal avtomobildən yerə düşmüş və həmin qadını idarə etdiyi avtomobilə əyləşdirərək əvvəlcə Gəncə şəhər Abbas Səhhət adına 1 saylı xəstəxanasına daha sonra isə Gəncə şəhər Beynəlxalq xəstəxanasına aparmış, sonraki günlər isə zərərçəkmiş şəxslə əlaqə saxlayıb ona imkan dairəsində köməklik göstərmişdir. Əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə mümkün dərəcədə maddi və mənəvi yardım göstərməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını nəzərə alıb məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 10 oktyabr 2023-cü il tarixdə işıq kartına pul köçürtmək üçün yaşadığı ünvandan piyada çıxıb Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən “Əminə” adlı marketə getmişdir. Marketdən çıxdıqdan sonra həmin marketin bərabərliyində yerləşən piyada xətti ilə yolu keçib yaşadığı ünvana getmək istəyəndə təxminən yolun tam ortasında olan zaman onu avtomobil vurmuşdur. Bundan sonra o huşunu itirdiyi üçün hadisələrin necə cərəyan etməsindən xəbəri olmamış və ayılanda özünü xəstəxanada görmüşdür. Bundan sonra ona məlum olmuşdur ki, yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət almışdır. Sonradan ona məlum olmuşdur ki, onu Niva markalı avtomobil vuraraq xəsarət yetirmişdir. Təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayətinin və tələbinin olmadığını bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 22 radələrində özünə məxsus **-BS-*** dövlət qeydiyyat nişanlı Niva markalı avtomobil ilə Gəncə şəhəri 27/05 dairəsi deyilən yerdən dostu Teymurla görüşən zaman Teymur ona bildirmişdir ki, avtomobili o idarə etmək istəyir. O, Teymura heç bir etiraz etməmiş və razılıq vermişdir. Teymur avtomobili idarə etmiş o, isə avtomobildə qabaqda əyləşmişdir. Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən Əminə marketin qarşısında olan zaman `onların hərəkət etdiyi avtomobilin qarşısında hərəkət olan avtomobil piyada keçidində hərəkət edən piyadaya yol vermək üçün dayanmışdır. Həmin vaxt Teymur saatda təxminən 60-70 kilometr sürətlə avtomobili idarə etdiyi üçün qarşısındakı avtomobili vurmamaq üçün qoşa xətti kəsərək digər hərəkət zolağına çıxmışdır. Bu zaman piyada keçidində olan tanımadığı qadını vuraraq xəsarət yetirmişdir. Onlar dərhal avtomobildən düşüb həmin xəsarət alan piyadanı Niva markalı avtomobillə Gəncə Beynəlxalq xəstəxanasına aparmışlar. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, hadisə baş verən gün DYPŞ-nın inspektoru, polis serjantı Şahid2 ilə xidmət aparan zaman axşam saatlarında Növbətçi Hissədən məlumat vermişlər ki, Gəncə şəhəri Ş.İ.Xətai prospektində yol nəqliyyat hadisəsi baş vermişdir. O da ekipaј yoldaşı Şahid2 ilə birlikdə dərhal hadisə yerinə getmişdir. Onlar həmin yerə çatanda hadisə yerinə tanımadığı çoxlu adamların toplaşdıqlarını görmüşdür. Həmin vaxt tanımadığı bir şəxs onlara yaxınlaşaraq Lada Niva markalı avtomobilin yolu keçmək istəyən piyadanı vurduğunu və dərhal həmin piyadanı avtomobilə əyləşdirib xəstəxanaya apardığını bildirmişdir. Bundan sonra hadisə yerinə müstəntiq gəlmiş və hadisə yerinə baxış keçirilmişdir. Məhkəmədə Şahid2 Şahid1 ifadəsində göstərilənləri bir daha təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” 27 dekabr 2019-cu il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263- 1.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və Gəncə şəhər BPİ İTİ-nin müstəntiqi, polis baş leytenantı Pərviz Qasımov tərəfindən icraata qəbul edilərək istintaqın aparılması qərara alınmışdır. “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 11 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs, hal şahidləri X5 və X4 iştirakları ilə yolnəqliyyat hadisəsi yerinə baxış keçirilmişdir. Baş vermiş hadisəni özündə əks etdirən video diskdən görünür ki, görüntüdə əks olunan və hadisənin baş verdiyi yer 4 hərəkət zolağından ibarət qarşı-qarşıya nəqliyyat axınını ayırmaq üçün uzununa nişanlanma xətti olan avtomobillərin hərəkəti üçün nəzərdə tutulan avtomobil yoludur. Hava qaranlıqdır. Yol şəhər işıqlandırma elektrik sistemi ilə işıqlandırılır. Sürücülərin qarşısına çıxacaq təhlükəni əwəlcədən görməsi üçün heç bir maneə yoxdur.Piyada yolu soldan sağa keçmək üçün piyada keçidində qoşa xəttin üzərində dayanmışdır. Niva markalı avtomobil qarşısında görüntü dairəsini məhduladlaşdırıb, piyadanı görməsinə maneə olacaq heç bir heç bir maneə olmamamsına baxmayaraq Niva markalı avtomobil anidən yolun ortasında dayanmış piyadanın üzərinə tərəf istiqamətlənərək uzununa nişanlanma xəttini kəsərək yolun digər hərəkət zolağına çıxmaqla piyadnı vurur. Bundan sonra Niva markalı avtomobildən 2 nəfər şəxs düşür həmin şəxslərdən biri xəsarət alan piyadanı yerdən qaldıraraq Niva markalı avtomobilə tərəf aprır. Həmçinin hadisə yerinə ətrafdan şəxslərdə toplaşır. Sərxoşluq vəziyyətinin tibbi müayinəsinin xx.xx.2022-ci il tarixli 2375/2022-ci il nömrəli sərxoşluq aktından görünür ki, Təqsirləndirilən şəxs yüngül dərəcəli alkoqol sərxoş olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 Gəncə şəhəri “MTE və PA Birliyi” Publik hüquqi şəxsin Gəncə şöbəsinin 19 dekabr 2022-ci il tarixli, 2223 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlər – sol Vİİ, X, Xİ qabırğaların qapalı sınıqları, İV-V bel fəqərələrinin, oma sümyünün, sol sirkə kasası və sol qasıq sümyünün sınıqları, ənsə nahiyyəsinin əzilmiş yarası-bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir və ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilirlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 18 noyabr 2022-ci il tarixli, 8/2996 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ-21214 markalı, **-BS-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uygunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uygunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-cü hissəsinin 8-ci bəndinin tələblərinə uygunsuzluq olmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin Gəncə RQİ və TBŞ-dən alınaraq cinayət işinə əlavə olunmuş xx.xx.2023-cü il tarixli, 3-13-16/3-2-256/2- 23-cü saylı məktubdan məlum olur ki, Təqsirləndirilən şəxs adına sürcülük vəsiqəsi qeydiyyata alınmamışdır. Həmçinin Təqsirləndirilən şəxs sürcülük hüququ 2 (iki) il 06 (altı) ay müddətinə xx.xx.2019-cu il tarixdə Şəmkir rayon Məhkəməsinin qərarı ilə məhdudlaşdırılıb. Bundan başqa “VAZ-21214 markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi üçün etibarnamə Təqsirləndirilən şəxs verilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixonevroloji dispanserindən alınmış xx.xx.2023-cü il tarixli, 260 saylı arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Narkoloji dispanserindən alınmış xx.xx.2023-cü il tarixli, 260 saylı arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur. Təqsirləndirilən şəxs barəsində DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, o Hərbi Dəniz Qüvvələri Hərbi Məhkəməsinin xx.xx.2000-ci il tarlxili hökmü ilə Azərbaycan Respublikası CM-nin 242 maddəsi ilə təqsili bilinərək barəsində 03 il azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2001-ci il tarixdə Milli Məclisin xx.xx.2001-ci il tarixli Amnistiya qərarının 3.3-cü maddəsinə əasasən azad edilmişdir. Şəmkir rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına və 01 il 06 altı ay müddətinə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəzası tətbiq edilmişdir. xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Şəmkir rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(076)-65/2019 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına və 01 il 06 altı ay müddətinə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəzası tətbiq edilmişdir. 19 fevral 2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Gəncə şəhər DYPŞ-nin cərimə meydançasına saxlanca verilmiş Təqsirləndirilən şəxs idarə etdiyi və Gəncə şəhəri Ş.İ.Xətai prospektində hərəkətdə olarkən yol-nəqliyyat hadisəsi zamanı piyada Zərərçəkmiş şəxs vuraraq sağlamlığına xəsarət yetirdiyi “VAZ 21214” markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobil eləcə də cinayət işinə əlavə edilmiş xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsinin görüntülərni özündə əks etdirən 1(bir) ədəd disk iş üzrə əhəmiyyət kəsb etdiyindən hazırkı cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. Zərərçəkmiş şəxs notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin iş materiallarında olan və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinə əsasən Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə yardım göstərməsini (CM-59.1.11), zərərçəkmiş şəxslə barışıq əldə edilməsini (CM-59.1.12), cinayət nəticəsində dəymiş ziyanın aradan qaldırılmasını (CM- 59.1.13), əməlindən səmimi peşmançılıq çəkməsini nəzərə alır və onu cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, təyin ediləcək əsas cəzasını məntəqə tipli müəssisədə çəkməli (CM-56.1.1) və cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1.), maddi sübut kimi tanınmış «VAZ 21214» markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobil qanuni sahibinə- Şahid3 qaytarılmalı, baş vermiş yol nəqliyyat hadisəsinin görüntülərini özündə əks etdirən 1(bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə 12 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, həmin müdafiəçinin işlədiyi vəkil bürosunun hesabına 72 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 3 (ay) müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qismində qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış «VAZ 21214» markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobil qanuni sahibi-Şahid3 qaytarılsın, baş vermiş yol nəqliyyat hadisəsinin görüntülərini özündə əks etdirən 1(bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X1 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 72 manat pul köçürülsün. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Elxan Əlizadə
Məhkəmə qərarları › İş №1(125)-229/2023
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-229/2023
12.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver