Məhkəmə qərarları › İş №1(125)-229/2024

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-229/2024

24.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-229/2024 24.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X9 Qəhrəman oğlunun sədrliyi, Qasımov Zakir Zaur oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi X2 iştirakı ilə xx.xx.1972-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Gəncə şəhəri, Uçxoz Azsxi küçəsi ev 3-də qeydiyyatda olan, hazırkı iş üzrə barəsində barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(125)- 449/2023 nömrəli hökmü ilə qəti olaraq, 09 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Pentensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə (xx.xx.2023-cü il tarixədək olan redaksiyada) təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib üzərində saxlamışdır. Belə ki, məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 0,323 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıması və gəzdirməsi barədə daxil olmuş məlumat əsasında 21 oktyabr 2023-cü il tarixdə, saat 08:30 radələrində Gəncə şəhər BPİ-nin NMB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri, Fikrət Əmirov küçəsində yerləşən “Füzuli” parkının yaxınlığında saxlanılaraq Gəncə şəhər Baş polis idarəsinin inzibati binasına aparılmış və orada üzərinə şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli şalvarın ön sağ cibindən bir ədəd ağ rəngli kağız parçasına bükülmüş təmiz çəkisi 0,323 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcələsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, o, xx.xx.2023-cü il tarixdə səhər saatlarında Gəncə şəhəri F.Əmirov küçəsində “Füzuli” parkının yaxınlığında işə gedərkən yerdən bükülü kağız parçası tapıb. Həmin kağızı açdıqda onun narkotik vasitə olduğunu bilib və işdə istifadə etmək üçün cibinə qoyub. Sonra 2 nəfər ona yaxınlaşıb, özlərini ona polis əməkdaşı kimi təqdim etmişlər. Onlar onu Gəncə şəhər Baş Polis İdarəsinə dəvət etmiş, o da etiraz etməyib və polis əməkdaşları ilə birlikdə Gəncə şəhər Baş polis idarəsinə getmiş və orada otaqların birində onun hüquqularını müdafiə etmək üçün müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona təklif edilmişdir ki, üzərində qanunla qadağan olunmuş hər-hansı bir əşya, predmet, dövriyyəsi qadağan edilmiş narkotik vasitə varsa təqdim etsin. O da, onlara üzərində olan 1 ədəd ağ rəngli kağıza bükülmüş, içərisində narkotik vasitə “heroin” olan kütləni təqdim etmişdir. Həmin kütlənin içərisində narkotik vasitə olan heroin müdafiəçinin və iştirakçıların iştirakı ilə tərəzidə çəkilmiş, ümumi çəkisi 0,53 qram olmuşdur. Həmin narkotik vasitə onun özünə məxsus olmuşdur, həmin narkotik vasitədən 1 dəfə istifadə etmiş, başqa heç kimə satmamış və başqa yerdə saxlamamışdır. Sonda təqsirləndirilən şəxs törətdiyi əmələ görə çox peşman olduğunu və onun əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməsini və həmin maddə ilə barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmədə şahid - Gəncə şəhər BPİ-nin NQMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 bildirdi ki, Gəncə şəhəri, Üçxoz Azsxi küçəsi ev 3-də yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi və yaxud da ədavəti olmamışdır. 21 oktyabr 2023-cü il tarixdə saat təxminən 08 radələrində Gəncə şəhər Baş polis idarəsinin NQMB-də gündəlik xidmətində olan zaman məlumat daxil olmuşdur ki, Gəncə şəhər sakini Şöhrət adlı şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyəsi ilə məşğuldur. Odur ki, daxil olmuş məlumat bölmə rəisinə məruzə olunandan sonra əməliyyat qrupu yaradılmışdır. O, Gəncə şəhər BPİ NQMB-nin kiçik inspektoru polis serjantı Şahid2 ilə birlikdə adı sonradan onlara məlum olan Təqsirləndirilən şəxs Gəncə şəhəri Fikrət Əmirov küçəsində yerləşən “Füzuli” parkının yaxınlığında saxlayaraq, Gəncə şəhər Baş polis idarəsinə gətirmiş, orada müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs əyinidə olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli kağız bükümünə bükülmüş bükümü təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs kağız bükümdə olan bükümün içərsində narkotik vasitə heroin olduğunu, həmin bükümü xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri Fikrət Əmirov küçəsi “Füzuli” parkının yaxınlığında yerdən tapdığını, həmin narkotik vasitə heroini özü istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Həmçinin üzərindən aşkar edilmiş narkotik vasitə heroindən bu günə qədər heç kimə satmadığını, heç kimə pay olaraq, borc olaraq vermədiyini bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə onlarda bir sıra əməliyyat məlumatlarının olduğunu, lakin Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddəni satdığı şəxsləri müəyyən edib dindirilməsi üçün istintaq təqdim etmək mümkün olmadığını bildirmişdir. Məhkəmədə şahid - Gəncə şəhər BPİ-nin NQMB-nin kiçik inspektoru, polis serjantı Şahid2 digər Şahid1 ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə və narkotik vasitələri qəbul etməkdə, üzərində saxlamaqda və satışında şübhəli olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu yerlərin və narkotik vasitələri əldə etdiyi mənbənin müəyyən edilməsi barədə müvafiq əməliyyataxtarış tədbirləri keçirilməsi qərara alınmışdır. Əməliyyat qrupu polis əməkdaşları Şahid1 və Şahid2 ibarət olmuşdur. “Şəxsi axtarış haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və həmin protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, Gəncə şəhər BPİ-nin, İs və Tİ-nin TŞ-nin təhqiqatçısı, polis baş leytenantı X1, Gəncə şəhər BPİ-nin NQMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, Gəncə şəhər BPİ-nin, NQMB-nin kiçik inspektoru, polis serjantı Şahid2, Gəncə şəhər BPİ-nin KTB-nin baş inspektor kriminalisti, polis mayoru X7, Gəncə şəhər 1 saylı vəkil bürosunun müdafiəçisi Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan olunmuş əşya və predmet varsa təqdim edilməsi təklif olunduqdan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın ön sağ cibindən 1 ədəd ağ rəngli kağıza bükülmüş kütləni çıxardaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükülünün nə olduğu soruşulan zaman Təqsirləndirilən şəxs həmin bükülünün “narkotik” olduğunu, ona məxsus olduğunu, bükülünü Gəncə şəhəri, F.Əmirov küçəsində “Füzuli” parkının yaxınlığında yerdən tapdığını, həmin bükülüdən heç kimə satmadığını və vermədiyini bildirmişdir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilmiş və üzərindən başqa heç nə aşkar edilməmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd ağ rəngli bükülü iştirakçıların yanında açılmış və ilk baxışdan narkotik vasitə olan “heroin”-ə oxşar kütlə olması müəyyən edilmişdir. Daha sonra Müdafiəçi ondan polis əməkdaşları tərəfindən ona psixi və fiziki təsirin olub-olmamasını soruşduqda, Təqsirləndirilən şəxs cavab olaraq ona heç bir psixi və fiziki təsirin olmadığını bildirmişdir. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 16/1053 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə” yazı və imzalar olan 01 ədəd kağız bükümdəki təmiz çəkisi 0,323 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasinin Qanunun İ siyahısında (xx.xx.2023-cü il tarixədək olan redaksiyada) heroin adlı narkotik vasitənin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı hədinin 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi isə 2 qram olması göstərilmişdir. xx.xx.2024-cü il tarixli, 3-13-57/2-7157/2024 nömrəli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, bir sıra əməliyyat tədbirləri keçirilsə də, Təqsirləndirilən şəxs narkotik vasitə heroini hansı mənbədən və nə vaxt əldə etməsi, əldə etdiyi narkotik vasitədən yaşadığı evində yaxud digər yerlərdə gizlədərək saxlayıb-saxlamaması, narkotik vasitə əldə edib saxlamasında ona kömək edən hər hansı şəxsin olub-olmaması, Təqsirləndirilən şəxs şəhər ərazisində baş vermiş digər cinayətlərdə iştirak edibetməməsini müəyyən etmək mümkün olmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs şəhər ərazisində narkotik vasitələrin, eləcə də psixotrop maddələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı vardır, lakin onun narkotik vasitə və psixotrop maddələri satdığı şəxsləri müəyyən edib dindirilməsi üçün istintaqa təqdim etmək mümkün olmamışdır. “Şübhəli şəxsi tutma haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə ittiham elan olunmuşdur. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(125)-514/2023 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəli tutulduğu gündən, yəni 21 oktyabr 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. “Cinayət işi üzrə ibtidai istintaq müddətinin uzadılması haqqında” xx.xx.2024-xü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə istintaq edilən Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə ibtidai istintaq müddəti 02 ay müddətinə, 05 ayadək, yəni xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək uzadılması qərara alınmışdır. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(125)-17/2024 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunması və məhkəmə zalından dərhal həbsdən azad edilməsi, onun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddəti, istintaq müddətinin sonunadək, yəni xx.xx.2024-cü il tarixinədək müəyyən edilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(104)-9/2024 nömrəli qərarından görünür ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(125)-17/2024 nömrəli qərarı ləğv edilmiş, vəsatət və təqdimat təmin edilməmiş, Təqsirləndirilən şəxs barəsində başqa cinayət işi üzrə Gəncə Şəhər Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli hökmünə əsasən barəsində həbs qətimkan tədbirinin seçilməsi, ona CM-in 234.1-ci maddəsi ilə 10 ay müddətə azadlıqdan məhrumetmə cəzasının təyin olunması və həmin hökmün qanuni qüvvəyə minməsi nəzərə alınaraq, həmin hökmün icrasının təmin edilməsi üçün Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbsə alınması və 2 saylı İstintaq təcridxanasına təhvil verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsi ilə 08 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə 02 ay 13 gün vaxtından əvvəl şərti xx.xx.2015 ildə azad edilmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə narkomaniyadan məcburi müalicə olunmaqla 03 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.4-cü bəndi tədbiq edilərək, qərarın 36-cı bəndinə əsasən cəzadan azad edilməsi barədə narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra həyata keçirilməsi qərara alınmışdır. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə qəti olaraq 09 ay 28 günmüddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Gəncə Şəhər Məhkəməsinin 1(125)-449/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, onun 21 avqust 2023-cü il tarixdən 23 avqust 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla təyin edilmiş cəzadan çıxılaraq və üzərində qəti olaraq 09 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcının xx.xx.2023-cü il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilərək, onun Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(125)-514/2023 nömrəli qərarı ilə həbsdə saxlanılması nəzərə alınması hökm edilmişdir. xx.xx.2024-cü il tarixli, 174 nömrəli arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Narkoloji dispanserdə xx.xx.2023-cü il tarixdən metamfetamindən asılılıq diaqnozu ilə qeydiyyatdadır. xx.xx.2024-cü il tarixli, 178 nömrəli arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji dispanserdə qeydiyyatda durmur. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 52 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. “Sübutların qiymətləndirilməsi haqqında” 05 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş tədqiqata sərf edildikdən sonra təmiz çəkisi 0,323 qram narkotik vasitə heroin, eləcə də onun üzərinə şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin əks olunduğu 1 ədəd DVD disk cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011- ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Bundan əlavə Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunub-olunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilən cəzanın ağırlığını araşdırmalıdırlar. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımışdır. Lakin, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni məhz “satış məqsədi ilə” əldə edib üzərində saxlaması və daşımasını təsdiq edən heç bir mötəbər sübut cinayət işinin materiallarında mövcud deyildir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs həm üzərində şəxsi axtarış keçirilən zaman, həm də şübhəli və ya təqsirləndirilən şəxs kimi ifadələr verərkən onun üzərindən aşkar edilmiş narkotik vasitəni heç kimə satmaq niyyətinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında da eyni məzmunlu ifadə vermişdir. Həmçinin, Gəncə şəhəri BPİ-nin NMB-i tərəfindən Gəncə şəhəri BPİ-ə ünvanlanmış xx.xx.2023-cü il tarixli ilkin raportda Təqsirləndirilən şəxs Gəncə şəhəri ərazisində mütəmadi olaraq narkotik vasitə, psixotrop maddə qəbul etməsi və üzərində gəzdirməsi ilə bağlı məlumat daxil olduğu qeyd edilmiş və həmin raportda Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olması göstərilməmişdir. Habelə, xx.xx.2024-cü il tarixli, 3-13-57/2-7157/2024 nömrəli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, bir sıra əməliyyat tədbirləri keçirilsə də, Təqsirləndirilən şəxs narkotik vasitə heroini hansı mənbədən və nə vaxt əldə etməsi, əldə etdiyi narkotik vasitədən yaşadığı evində yaxud digər yerlərdə gizlədərək saxlayıb-saxlamaması, narkotik vasitə əldə edib saxlamasında ona kömək edən hər hansı şəxsin olub-olmaması, Təqsirləndirilən şəxs şəhər ərazisində baş vermiş digər cinayətlərdə iştirak edibetməməsini müəyyən etmək mümkün olmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs şəhər ərazisində narkotik vasitələrin, eləcə də psixotrop maddələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı vardır, lakin onun narkotik vasitə və psixotrop maddələri satdığı şəxsləri müəyyən edib dindirilməsi üçün istintaqa təqdim etmək mümkün olmamışdır. Bundan başqa, cinayət işi üzrə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1 və Şahid2 da həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdikləri ifadələrində Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri satması barədə əməliyyat məlumatı olsa da, onun narkotik vasitəni satdığı şəxsləri müəyyən etməyin mümkün olmadığını bildirmişlər. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə şübhəli şəxs qismində cəlb edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, ona həmin maddə ilə ittiham elan olunarkən heç bir əsaslandırma aparılmamış və mötəbər sübuta istinad edilməmişdir. Qərar əsaslandırılarkən sadəcə Təqsirləndirilən şəxs üzərindən təmiz çəkisi 0,323 qram olan narkotik vasitə heroin aşkar edilməsi göstərilmişdir. Bundan başqa, müstəntiq tərəfindən tərtib edilmiş ittiham aktında təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsini təsdiq edən sübut kimi Gəncə şəhər BPİ-nin NMB-nin əməliyyat tapşırığına xx.xx.2024-cü il tarixli cavab məktubu da göstərilmişdir. Həmin məktubda qeyd olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satış məqsədi ilə əldə edib daşıyaraq saxlamışdır. Lakin, məhkəmə qeyd edir ki, qeyd olunan əməliyyat tapşırığına cavab məktubu Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə sübut kimi qiymətləndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə etməsinə dair əməliyyat materialları yalnız «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda, CPM-in tələblərinə uyğun məhkəməyə təqdim edildikdə və məhkəmə tərəfindən əməliyyat-tədbiri qanuni hesab edildikdə, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş material sübut kimi qəbul oluna bilərdi. Odur ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qeyd edilən maddəni əldə edib saxladığına dair məlumatların «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunması, CPM-in tələblərinə uyğun təqdim edilməsi və yoxlanılması müəyyən olunmadığından, əməliyyat tapşırığına cavab məktubu sübut kimi nəzərə alına bilməz. Bütün bunlar onu deməyə əsas verir ki, müstəntiq tərəfindən Təqsirləndirilən şəxs əməlinə qiymət verilərkən heç bir hüquqi əsas olmadığı halda ona Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə ittiham elan etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 21.3-cü maddəsinin tələbinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət- Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 349.3 və 349.5-ci maddələrinə əsasən məhkəmə hökmü şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Cinayət prosessual qanunvericiliyin qeyd olunan normalarına əsaslanaraq və iş üzrə toplanmış mövcud sübutları qiymətləndirərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, yəni onun narkotik vasitə olan heroini satış məqsədi ilə əldə edib üzərində saxlaması və daşıması məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. İttiham tərəfi bu barədə hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə olan vəziyyətdə təqsirləndirilən şəxsin narkotik vasitəni satış niyyəti ilə və ya belə niyyət olmadan əldə etməsinə dair şübhələr onun xeyrinə həll edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə etməsi, saxlaması və daşıması tam sübuta yetirilir. Ona görə də, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi (xx.xx.2023-cü il tarixədək olan redaksiyada) ilə tövsif edilməlidir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-in 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirdiyini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxsin hazırkı vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, bundan əvvəl qəsdən analoji cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, bununla bağlı hazırda həbsdə olması, beləliklə də azadlığın məhdudlaşdırılması cəzasının onun islah olunması üçün yetərli olmadığı nəzərə alınmaqla, onun barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Gəncə Şəhər Məhkəməsinin 1(125)- 449/2023 nömrəli xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin ediləcək cəza ilə qismən toplanılmalı, həmçinin əvəlləki iş üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət və hazırkı iş üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu, həbsdə və ev dustaqlığında olduğu 03 ay 02 gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla təyin edilmiş cəzadan çıxılaraq qəti cəza təyin edilməlidir. Bundan başqa, cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli 23 noyabr 2023cü il tarixdən hesablanmalı, barəsində həbs qətimkan tədbiri seçilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılmalı, onun Gəncə Şəhər Məhkəməsinin 1(125)-449/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmünə əsasən azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınmalıdır. Məhkəmə narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrdən sui-istifadə etmə hallarının olması, narkomaniya xəstəliyindən əzab çəkməsi, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacının olması müəyyən edilmiş, bununla belə onun narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülmüşdür. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, lakin, onun yaşağı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata olması nəzərə alınmalıdır. Cinayət işi üzrə maddi sübutlar - Gəncə şəhəri Baş polis idarəsində saxlanılan qalıq çəkisi 0,273 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri olan 30,40 manat pul təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir (CPM- 198.1.). Bundan başqa, qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili X4 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 15 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 (doxsan) manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.5-ci maddələrinə əsasən həmin cəza Gəncə Şəhər Məhkəməsinin 1(125)-449/2023 nömrəli xx.xx.2023-cü il tarixli hökmünə əsasən ona təyin edilmiş 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla, Təqsirləndirilən şəxs 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs əvəlləki iş üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət və hazırkı iş üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu, həbsdə və ev dustaqlığında olduğu 03 ay 02 gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 23 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının icrası zamanı Gəncə Şəhər Məhkəməsinin 1(125)-449/2023 nömrəli xx.xx.2023-cü il tarixli hökmü üzrə azadlıqdan məhrumetmə növündə cəza çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93- 1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınsın. Cinayət işi üzrə maddi sübutlar - Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,273 qram olan narkotik vasitə heroin məhv edilsin, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 30,40 manat (otuz manat qırx qəpik) pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X3, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 (doxsan) manat məbləğində pul köçürülsün. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) Hökmdən elan olunduğu, (həbsdə saxlanılan şəxsə isə verildiyi) andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Xəqani Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar