Məhkəmə qərarları › İş №1(125)-23/2023

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-23/2023

11.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-23/2023 11.01.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Həsənəv Ayxan Rasim oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi-Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X4, Zərərçəkmiş şəxs Qənbər oğlunun, təqsirləndirilən şəxs X1 iştirakı ilə, xx.xx.1990-ci il tarixda Gəncə səhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işsiz, məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs X5 15 dekabr 2021-ci il tarixdə tamah niyyəti ila özgə əmlakını qanunsuz va əvəzsiz olaraq ələ keçirmək məqsədilə onunla qonşuluqda yasayan qohumu Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanında yerləşən evin həyətyanı sahəsinin qapısını sındırma yolu ilə ora qanunsuz daxil əlaraq oradan hər birinin dəyəri 200 manat olmaqla 400 manat dəyərində qapaqları ilə birlikdə 50 litrlik ölçüdə aliminum materialdan hazilanmiş iki ədəd qazanlar, hər birinin dəyəri 150 manat olmaqla 300 manat dəyərinda aş-qara hazirlanmasi üçün nəzərdə tutulan iri həcmli aliminum materialdan hazilanmis iki ədəd ləyənlər, hər birinin dəyəri 60 manat olmaqla 240 manat dəyərində soğan qızardılması üçün nəzərdə tutulan orta həcmli aliminum materialdan hazırlanmış dörd ədəd ləyənlər, 300 manat dəyərində mis materialdan hazırlanmış bir ədəd mecmayi, hər birinin dəyəri 50 manat olmaqla 350 manat dəyərində qapaqları ilə birlikdə 10 litrlik ölçüdə alüminum materialdan hazırlanmış yeddi ədəd qazanlar, hər birinin dəyəri 50 manat olmaqla 200 manat dəyərində qapaqları ilə birlikdə dəmir materialdan hazırlanmış dörd ədəd tava, 1 metr 4 manat olmaqla 200 manat dəyərində mis materialından hazırlanmış izolyasiyalı 50 metr uzunluğunda mis naqil, 1 metr 1 manat olmaqla 70 manat dəyərində 70 metr uzunluğunda izolyasiyasız mis naqil, hər birinin dəyəri 30 manat olmaqla 90 manat dəyərində üç ədəd «perenoska», hər birinin dəyəri 30 manat olmaqla 90 manat dəyərində üç dəst çilingər açarları, hər birinin dəyəri 50 manat olmagla 100 manat dəyərində iki ədəd odun sobaları, 50 manat dəyərində bir ədəd çuqun materialdan hazırlanmış qazla işləyən soba, 40 manat dəyərində bir ədəd dəmir materialdan kustar üsul ilə hazırlanmış qazla işləyən istilik sobasi, 1 metri 1 manat olmaqla 30 manat dəyərində 20 mm-lik ölçüdə 30 metr uzunluğunda hissə-hissə doğranmış dəmir borular, 1 metri 3 manat olmaqla 12 manat dəyərində dörd metr uzunluğunda 75-lik üçkünclü dəmir material, 1 metri 5 manat olmaqla 10 manat dəyərində iki metr uzunluğunda dəmir rels, 100 manat dəyərində bir ədəd “Saratov” Markalı soyuducunun mühərriki, 100 manat dəyərində bir ədəd “Çinar” markalı soyuducunun mühərrikini açıq talayaraq zərərçəkmiş şəxsə ümumilikdə 2682 (iki min altı yüz səksən iki) manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Təqsirləndirilən şəxsin qeyd olunan cinayət əməlini törətməsi onun özünün etirafı ilə yanaşı, məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, ekspertiza rəyi, habelə cinayət işində əlan digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası CM-nin 180.2.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək göstərmişdir ki, himayəsində 1 azyaşlı oğlu var. Zərərçəkmiş şəxs Qənbər oğlu onun atasının əmisi oğludur, Şahid3 isə sonuncunun arvadıdır, qonşuluqda yaşayırlar. Onun yaşadığı evin pəncərələri Zərərçəkmiş şəxs məhləsinə açılır, sonuncunun da yaşadığı evin pəncərələri onun yaşadığı evin həyətinə açılır, 27 noyabr 2021-ci il tarixdə əmisi Zərərçəkmiş şəxs Bakı şəhərinə getmişdir. 15 dekabr 2021-ci il tarixdə saat 02 radələrində o, öz bağından hasarı aşıb əmisi Şakirin məhləsinə düşmüş, sonuncunun yaşadığı evin bağçasından küçə tərəfə açılan qapının asma qıfılını dəmir parçası tapıb sındırmış, sonra məhlədə çarpayının üstündə və ətrafda olan dəmirləri yığıb qapının yanına gətirmiş, daha sonra isə taxta qapısı və qıfıllı olmayan əl damına daxil olub oradan 1 ədəd iri həcmli qazanı, həmçinin qazanın içərisində digər qazanları götürüb qapının yanına aparıb yığmışdır. O, damın içərisində olan samovarı, ləyəni müxtəlif məfülləri də götürüb qapının yanına yığmışdır. Sonra məhlənin üstü örtülü hissəsinə keçib orada olan “Saratov” və “Çinar” adda 2 ədəd soyuducuların mühərriklərini söküb qapının yanına aparıb yığmışdır. O, əl damının yanında olan yerdən müxtəlif usta ləvazımatları, 3 ədəd odun sobası, 1 ədəd qazla işləyən çuqundan olan sobanı da götürüb qapının yanına yığmışdır. O, bundan sonra həyətdən çıxıb hasardan aşaraq öz evinə keçmiş və evində yatmışdır. O, səhər tezdən Abbas Səhhət qəsəbəsinə getmişdir ki, həmin əşyaları satmaq üçün kimsə ona köməklik etsin. O, orada təsadüfən Miri kimi tanıdığı şəxslə görüşmüş, sonuncudan xahiş etmişdir ki, öz yaşadığı məhlədə olan lazımsız dəmir əşyalarını aparıb satmaqda köməklik etsin və bunun müqabilində Miriyə 5-10 manat pul verəcəyini bildirmişdir. Miri də razı olmuş və birlikdə onun yaşadığı evə getmişlər, o, öz evindən keçib Şakirə məxsus evinə məhləsinə düşmüş və bağçada olan qapını arxadan açmışdır. O, Mirinin köməyi ilə həmin əşyaları qapıdan çöl tərəfə yığmışlar. O, Miriyə onu orada gözləməsini demiş və özü isə taksi gətirmək üçün getmişdir ki, həmin əşyaları aparıb metal yığanlara satsınlar. Miri də onunla razılaşmış və o, taksi axtarmağa getmişdir. O, “Sovxoz Nizami” adlanan yerə getmiş, orada bir nəfər arıq bədənli, təqribən 30-35 yaşı olan, qarabəniz, bığsız, qısa saçlı şəxslə rastlaşmış, həmin şəxs metal yığdığını, maşını olmasa da maşın tapa biləcəyini demişdir. O, yaşadığı ünvanı həmin şəxsə başa salmış və özü qayıdıb evinə getmişdir. Bir qədər keçdikən sonra həmin şəxs san rəngli VAZ2104 markalı, nömrəsini xatırlamadığı avtomobillə onların yanına gəlmişdir. O, Miri ilə həmin əşyaları avtomobilin salonuna yığmışlar, həmin vaxt qonşudan kimsə çıxıb qışqıranda o, başa düşmüşdür ki, həmin qadın onun oğurluq etməyini bilmişdir. Ona görə də o, avtomobilin sürücüsünə sürüb getməyi dediyi üçün sürücü, metal yığan şəxs və Miri avtomobilə oturub getmişlər. Həmin şəxslər təqribən 500 metr aralandıqdan sonra avtomobili saxlamışlar və yüklədikləri əşyaları yerə töküb getmişlər. Bundan sonra o, bir ədəd ləyəni, bir ədəd iri qazanı və içində olan balaca həcmli 5 ədəd qazanları və 1 ədəd samovarı götürüb oradan getmişdir. O, bir əlinə samovar və ləyəni, digər əli ilə qazanları götürüb Abbas Səhhət qəsəbəsində metal yığılan yerə aparmaq istəyərkən təsadüfən yolda əl arabası ilə dəmir yığan şəxslə rastlaşmış, o, əlində apardığı əşyaları həmin şəxsə satmağı təklif etmiş, misdən olan əşyaları 6 manata, alüminumdan olan əşyaları isə 2 manata razılaşmış, həmin şəxs təqribən 35-37 yaşlı, 170 sm boyu olan orta köklükdə, bığsız, üzütüklü şəxs, adını bilmədiyi şəxs olmuşdur. Həmin şəxs cəmi ona 67 manat pul vermiş, o, oradan çayxanaya getmiş, çay içib, siqaret almış, pulu özü üçün xərcləmişdir. Hadisə barədə heç kəsə bildirməmişdir. O, metal yığan şəxsə satdığı əmisinin evindən oğurladığı əşyaların özünə məxsus olduğunu bildirmişdir. Eyni zamanda Miri adlı şəxs, VAZ-2104 markalı avtomobilin sürücüsü, metal almaq istəyən şəxs onun oğurluq cinayəti törətdiyini bilməmişlər. Hazırda əməlindən səmimi peşimançılıq çəkməklə hadisədən sənra zərərçəkmiş Zərərçəkmiş şəxs Qənbər oğlu ilə barışaraq ona vurmuş olduğu ziyanı ödəmişdir. Ona görə də ona aşağı həddə cəza təyin edilməsini xahiş edir. Onun əmisi Zərərçəkmiş şəxs evindən oğurluq etmək niyyəti olmuş, o özünü oğurluq cinayəti üzrə təqsirli bilir, soyğunçuluq cinayətini törətməsində özünü təqsirli bilmir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Qənbər oğlu ifadəsində göstərmişdir ki, o, hadisə baş verən gün evdə olmamışdır. Onun evinin 2 giriş qapısı var, biri evin darvazası olan əsas giriş qapısıdır, digəri isə bağçanın sonunda çöl tərəfə olan 2 taylı eni 1,5 metr olan qapıdır, həmin qapı içəri tərəfdən açarla bağlı olur. Darvazada olan qapının isə daxili qıfılı vardır. Onun yaşadığı evin məhləsinin üstü örtülüdür, yan tərəfləri isə açıq vəziyyətdədir. İçəridə “Saratov” və “Çinar” adda saz vəziyyətdə 2 ədəd soyuducuları var. Məhlədə eni təqribən 3, uzunluğu 6 metr olan əl damı var. O, həmin damda rəflər düzəltmiş, orada bir neçə qazanlar, paxlava bişirmək üçün mecmai, samovar, müxtəlif usta ləvazimatları olmuş, əl damının qapısı açarsız olmuşdur. Həmin dama bitişik vəziyyətdə toyuq damı da var, orada 2 ədəd odun sobası, 1 ədəd qazla işləyən soba və sair əşyalar var. Həmçinin məhlədə ağacın altında çarpayının üstünə dəmir boru və sair dəmir əşyalar da yığmışdır. O, 27 noyabr 2021-ci il tarixdə Bakı şəhərinə gedən zaman Gəncə şəhərində yaşayan kürəkəni Şahid1 xahiş etmişdir ki, hərdən bir gəlib onun həyətdə saxladığı “Nissan Sanny” markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobili işə salsın ki, akkumlyatoru xarab olmasın, evinin giriş qapısının açannın biri də Vüqarda olmuşdur. 15 dekabr 2021-ci il tarixdə saat 17 radələrində qonşusu X6 ona zəng edərək məhləyə oğru düşdüyünü bildirmiş və xahiş etmişdir ki, gəlib evinə baxsın. O, da bu barədə kürərəkəni Şahid1 bildirmiş, o və arvadı Şahid3 16 dekabr 2021-ci ildə günortadan sonra evinə qayıtmış, darvazanın qapısını açarı ilə açıb içəriyə daxil olmuş, bağçadan çöl tərəfə olan 2 taylı qapının içəri hissəsindəki asma qıfılların sındırılmış vəziyyətdə olduğunu görmüş, yaşadığı evin qapısı bağlı vəziyyətdə olmuş, heç bir əşyalarına toxunulmamışdır. O, həyətdəki əl damına baxarkən müəyyən etmişdir ki, hər birinin dəyəri 200 manat olan qapaqları ilə birlikdə 50 litrlik alüminum materialdan hazılanmış 2 ədəd qazanlar, hər birinin dəyəri 150 manat olan aşqara hazırlanması üçün nəzərdə tutulan iri həcmli alüminum materialdan hazılanmış 2 ədəd ləyənlər, hər birinin dəyəri 60 manat olan soğan qızardılması üçün nəzərdə tutulan orta həcmli alüminum materialdan hazılanmış 4 ədəd ləyənlər, dəyəri 300 manat olan mis materialdan hazırlanmış 1 ədəd mecmayi, hər birinin dəyəri 50 manat olan qapaqları ilə birlikdə 10 litrlik alüminum materialdan hazılanmış 7 ədəd qazanlar, hər birinin dəyəri 50 manat olan qapaqları ilə birlikdə dəmir materialdan hazılanmış 4 ədəd tavalar oğurlanmışdır. Bundan başqa toyuq damına baxanda müəyyən etmişdir ki, yumrulayıb məftillə bağlayıb asdığı 1 metri 4 manat olan 50 metrlik mis materialından hazırlanmış izolyasiyalı elektrik naqilləri, həmçinin izolyasiyasız 1 metri 1 manat olan 70 metr uzunluğunda mis materialdan olan naqillər, 3 ədəd hər birinin dəyəri 30 manat olan “perenoska”, hər birinin dəyəri 30 manat olan 3 dəst çilingər açarları, hər birin dəyəri 50 manat olan 2 ədəd odun sobaları, 50 manat olan 1 ədəd çuqun materialından olan qazla işləyən soba, 1 ədəd qazla işləyən 40 manat dəyərində dəmir materialdan kustar üsulu ilə hazırlanmış istilik sobası oğurlanmışdır. Bundan başqa bağ sahəsində çarpayının üstünə yığdığı 1 metri 1 manat dəyərində təqribən 20-lik cəmi 30 metr uzunluğunda hissə-hissə doğranmış dəmir borular, 4 metr uzunluğunda qalın divarlı, 75-lik RF-da istehsal olunmuş 1 metri 3 manat olan üçkünclü dəmir material, 1 metri 5 manat olan 2 metr uzunluğunda dəmir rels, cəmi 52 manat dəyərində əşyalarımız oğurlanmışdır. Bundan başqa “Saratov” və “Çinar” adda 2 ədəd soyuducunun hər birinin dəyəri 100 manat olan 2 ədəd mühərrikləri də sökülüb aparılmışdır. Hadisə nəticəsində ona məxsus ümumilikdə 2682 manat məbləğində əmlakı oğurlanmışdır. Bundan başqa yuxarıda sadaladığı əşyalardan başqa hər birinin dəyəri 50 manat olan 2 ədəd odun sobaları, 50 manat dəyərində 1 ədəd çuqun materialından olan qazla işləyən soba, 1 ədəd qazla işləyən 40 manat dəyərində dəmir materialdan kustar üsulu ilə hazırlanmış istilik sobası və 1 metri 5 manat olan 2 metr uzunluğunda dəmir rels yaşadığı evdən təqribən 100 metr aralıda küçədən kürəkəni Şahid1 və dayısı oğlu Şahid2 tərəfindən tapılaraq gətirilib məhləyə yığılmışdır. O, Bakı şəhərindən qayıdanda qonşusu X6 ilə görüşüb hadisə barədə maraqlanmış, sonuncu bildirmişdir ki, onların məhləsində səs-küy eşitmiş və oğurluq olmasından şübhələnmişdir. Sonra kürəkəni Şahid1 da xəbər tutan kimi onların evinə gedib və evdən oğurluq olmasını dəqiqləşdirib, dayısı oğlu Şahid2 ilə ətraflara baxan zaman müəyyən əşyaları tapıb onun evinə gətirib yığmışlar və qaytarılmış həmin əşyaların cəmi dəyəri 200 manat təşkil etmişdir. Sonradan ona məlum olmuşdur du ki, onun evindən həmin əşyalar Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış, Təqsirləndirilən şəxs həmin əşyaların hamısını sonradan ona qaytardığı üçün məhkəmə iclasında iş materiallarına əlavə edilmək üçün ərizə təqdim edərək bu barədə heç bir şikayəti və ya tələbinin olmadığını bildirdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 bildirmişdir ki, Təqsirləndirilən şəxs və sonuncunun qohumu Zərərçəkmiş şəxs Qənbər oğlunu iki ildir ki tanıyır, onlarla münasibətləri həmişə normal olmuş, aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. 15 dekabr 2021-ci il tarixdə yaşadığı evin pəncərəsindən baxanda görmüşdür ki, Ülvin və yanındaki alçaqboy oğlan Zərərçəkmiş şəxs evindən əşyaları daşıyıb evin qarşısında dayanmış sarı rəngli VAZ 21011 markalı avtomobilə yığırlar. O, həmin vaxt Zərərçəkmiş şəxs və sonuncunun ailə üzvlərinin evdə olmadıqlarını bilib başa düşmüşdür ki, Ülvin qohumu Zərərçəkmiş şəxs evindən oğurluq edir. Həmin vaxt o, küçəyə çıxıb qışqıranda artıq Ülvin yanındakı alçaqboy oğlanla birlikdə əşyaları avtomobilinə yığıb qurtarmışlar. Həmin vaxt Ülvin onu görmüş, o Ülvindən törətdiyi cinayət əməlini dayandırmağı tələb etsə də Ülvin onun sözlərinə məhəl qoymamış, onu ünvanına nalayiq ifadələr işlətmişdir. Bundan sonra Ülvin yanındakı alçaqboy oğlana, arıq uzun bədən quruluşlu oğlana və taksi sürücüsünə oradan çıxıb getməyi tapşırdığı üçün həmin şəxslər oradan çıxıb getmişlər. Təxminən 400-500 metr getdikdən şonra sürücü avtobili dayandırmış, sürücü, sürücünün yanında olan alçaqboy oğlan və arıq uzun bədən quruluşlu oğlan avtomobildən yerə düşüb avtomobilə yüklənmiş əşyaları avtomobildən yerə boşaltmışlar və oradan çıxıb getmişlər. Təqsirləndirilən şəxs isə həmin yerə, yəni əşyaların boşaldığı yerə gedib oradakı əşyalardan ləyən, qazanları və samovarı əlinə götürüb piyada çıxıb getmişdir. Bundan sonra o, qonşusu Nəcəfə zəng edib Zərərçəkmiş şəxs evindən Ülvinin oğurluq etdiyini bildirmişdir. 15 dekabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs Qənbər oğluna məxsus ünvan 3 ünvanından oğurluq hadisəsini Ülvin özü tək törətmiş, Ülvinin yanında olan arıq bədən quruluşlu uzunboy oğlan, taksi sürücüsü və alçaqboy oğlanın isə baş vermiş oğurluqdan xəbərsiz olduqlarını başa düşmüş, çünki o, küçəyə çıxıb qışqırdıqdan sonra Ülvin həmin şəxslərin oradan çıxıb getmələrini desə də biraz getdikdən sonra həmin şəxslər avtomobildən düşüb Ülvinin avtomobilə yüklədiyi əşyaları yerə töküb oradan uzaqlaşmışlar. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs bir neçə ildir ki tanıyır, sonuncu ilə düşmənçiliyi və ya ədavəti olmamışdır. 15 dekabr 2021-ci il tarixdə, saat 16 radələrində Abbas Səhhət qəsəbəsində təsadüfən Təqsirləndirilən şəxsla rastlaşmış, Təqsirləndirilən şəxs ondan xahiş etmişdir ki, yaşadığı məhlədə olan lazımsız dəmir, mis materialdan hazırlanmış əşyaların aparıb satmaqda köməklik etsin və bunun müqabilində ona 5-10 manat pul verəcək. O, Təqsirləndirilən şəxs həmin dəmir, mis materialdan hazırlanmış əşyaların oğurluq olubolmadığını soruşanda sonuncu əşyaların oğurluq olmadığını, köməklik edəcəyi əşyaları öz yaşadığı evin həyətindən aparacaqlarını bildirmişdir. Həmin vaxt onun pula ehtiyacı olduğu üçün etiraz etməmiş və Təqsirləndirilən şəxsla birlikdə Şokolad zavodunun yaxınlığında yerləşən sonuncunun yaşadığı evin qarşısına getmişlər. O, həyətin qarşısında gözləmiş, Ülvin isə öz yaşadığı evə daxil olmuş, gəlib həyətə açılan dəmir qapını arxadan açmış və o, həyətə daxil olmuşdur. O, Ülvinlə birlikdə dəmir və mis materialdan hazırlanmış əşyaları küçəyə daşıyıb yığmışlar. Bundan sonra Ülvin taksi gətirməyə getmiş və o, isə orada dayanıb Ülvini gözləmişdir. Təxminən 5-10 dəqiqə keçdikdən sonra Ülvin geri qayıtmış və dəmirləri satmaq üçün adam tapdığını, həmin şəxsin taksi avtomobili ilə gəlib dəmirləri aparacağını bildirmişdir. Təxminən 15-20 dəqiqə keçdikdən sonra dövlət qeydiyyat nömrə nişanına fikir vermədiyi sarı rəngli VAZ-2104 markalı taksi gəlib onların yanında dayanmış, avtomobilin ön sağ oturacağından bir nəfər arıq bədən quruluşlu, təqribən 30-35 yaşlı qarabəniz, bığsız, qısa saçlı şəxs və təqribən 60-65 yaşlı adını sonradan bildiyi Faxrəddin adlı Sürücü yerə düşmüşlər. Həmin avtomobilin sürücüsü yerə düşüb kənarda dayanmış, avtomobilin ön sağ oturacağında əyləşmiş həmin cavan oğlan isə onlara yaxınlaşıb, küçəyə yığdıqları dəmir və mis materialdan hazırlanmış əşyaları, dəmir boru qırıqlarını, 3- 4 ədəd sobaları, 1 ədəd relsi adını sonradan bildiyi Teymur, o və Ülvin həmin VAZ-2104 markalı taksi avtomobilə yükləmişlər, O, Ülvin və Teymur arasında olan söhbətlərdən başa düşmüşdür ki, Ülvinin yaşadığı evdən avtomobilə yüklədikləri dəmir və mis materialdan hazırlanmış əşyaları Teymur almalı imiş. Daha şənra sürücü sükan arxasına əyləşib avtomobilin mühərrikini işə salmış, o və Teymur avtomobilə əyləşsələr də avtomobildə yer olmadığı üçün Ülvin minə bilməmiş, sonuncu onların arxası ilə piyada gəlməli idi ki, dəmir və mis materialdan hazırlanmış əşyaları aparıb satıb pulu Ülvinə versinlər, Ülvin də həmin puldan onun və taksi sürücüsünün pulunu versin. Onlar avtomobilə əyləşib gedəndə qonşu qapıdan bir nəfər 35-40 yaşında qadın çıxıb qışqırmışdır ki, Ülvinin avtomobilə yüklədiyi əşyalar oğurluqdur. Təxminən 500 metr uzaqlaşdıqdan sonra onlar güman etmişlər ki, yəqin Ülvinin maşına yüklədiyi əyşalar həqiqətən oğurluqdur və qərara almışlar ki, həmin əşyaları yerə töküb qaçsınlar. Bundan sonra Faxrəddin adlı avtomobilin sürücüsü idarə etdiyi avtomobili dayandırmış, o və Teymur yerə düşüb avtomobilə yüklədikləri əşyaların hamısını yerə tökmüşlər və oradan çıxıb getmişlər. Həmin vaxt ona məlum olmuşdur ki, Ülvin ilə birlikdə küçəyə yığdıqları dəmir məmulatları oğurluqdur və həmin ev Ülvinin evi deyil. 15 dekabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs öz yaşadığı ev kimi təqdim etdiyi ünvandan taksi avtomobilinə yüklədikləri mis və dəmir materialından hazırlanmış əşyaların oğurluq olduğunu bilməmiş, Təqsirləndirilən şəxs ona öz yaşadığı evdən lazımsız əşyaları aparıb satmaqda köməklik göstərməyi ondan xahiş etmiş və əşyaların özünə məxsus olduğunu bildirmişdir. O, əşyaların oğurluq olduğunu bilməmiş, əgər Təqsirləndirilən şəxs aparıb satmaq istədiyi əşyaların oğurluq olduğunu bilsəydi bu işdə Ülvinə köməklik etməzdi. Eyni zamanda əşyaları küçəyə yığdıqları evin Təqsirləndirilən şəxs məxsus olduğunu bilmiş, onun Təqsirləndirilən şəxsla əlbir olaraq özgənin əmlakını talamaq niyyəti olmamış, bu barədə sonuncu ilə əvvəlcədən danışıqları, hər hansı bir razılaşması olmamışdır. Eyni zamanda mis və dəmir materialından hazırlanmış əşyaların oğurluq olması barədə VAZ-2104 markalı taksi avtomobilinin sürücüsü Şahid6 və dəmir məmulatlarını avtomobilə yükləməkdə onlara köməklik edən Şahid8 baş vermiş oğurluq cinayəti barədə məlumatı olmamış, çünki həmin şəxslərin Təqsirləndirilən şəxsla əlbir olaraq özgənin əmlakını talamaq niyyətləri olsaydı avtomobili dayandırıb avtomobilə yüklədikləri dəmir məmulatlarını yerə tökməzdilər. Şahid8 ifadəsində göstərmişdir ki, onun 2 azyaşlı uşağı var, uşaqlarından biri məktəblidir, digəri isə hələ körpədir. O, metal qırıntılan toplayıb metal qəbulu məntəqələrinə təhvil verməklə məşğul olur. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, sonuncu ilə düşmənçiliyi və ya ədavəti yoxdur. 15 dekabr 2021-ci il tarixdə, saat 16 radələrində o, “Sovxoz Nizami” adlanan yerdə metal qəbulu məntəqəsində topladığı metalları təhvil verib çıxan vaxt adını sonradan bildiyi Təqsirləndirilən şəxs üzü metal qəbulu məntəqəsinə tərəf gəlmiş, sonuncu ona müraciət edib metal satmaq istədiyini bildirmiş, o, Ülvindən malın harada oluğunu və oğurluq olub-olmadığını soruşanda Ülvin oğurluq olmadığını, öz evlərinin əşyaları olduğunu və Şokalad zavodunun yanında yaşadığını bildirmişdir. Onlar razılaşmışlar ki, o, taksi tutub Ülvinin ünvanına getsin. Bundan sonra o, Ülvindən ayrılmış, atasının dostu Faxının istifadəsində olan 055-lə olan xatırlamadığı nömrəsinə zəng edib taksi lazım olduğunu bildirmişdir. Təqribən 10 dəqiqədən sonra Faxı idarə etdiyi VAZ-2104 markalı, sarı rəngli, nömrəsini xatırlamadığı nömrə nişanlı avtomobili ilə onun gözlədiyi “Sovxoz Nizami”yə gəlmiş, o, həmin taksi ilə metal almaq üçün Ülvinin dediyi ünvana gedib sonuncunun dediyi evin qarşısında dayanmışlar. Həmin evin qarşısında adlarını sonradan bildiyi Miri və özünü ev yiyəsi kimi təqdim edən Ülvin onları qarşılamışlar. O, yenə metallar oğurluq olub-olmadığını Ülvindən soruşanda sonuncu “öz məhlələrinin mallarıdır, narahat olma” deyə ona cavab vermişdir. Evin qarşısında dəmir boru qırıqları, 3-4 ədəd sobalar, 1 ədəd rels hissəsi olmuşdar. Onlar həmin dəmir boru qırıqlarını, 3-4 ədəd sobaları və 1 ədəd rels hissəsini avtomobilin yük yerinə yığmışlar, daha sonra Miri ilə birlikdə o, Faxının avtomobilinə əyləşib oradan çıxıb gedəndə qonşu qapıdan bir nəfər 35-40 yaşında qadın çıxıb qışqıranda Ülvin Faxıya “sürün gedin” deyə müraciət etmişdir. Onlar təxminən 500 metr uzaqlaşdıqdan sonra güman etmişlər ki, yəqin Ülvinin maşına yüklədiyi əyşalar oğurluqdur və qərara almışlar ki, həmin əşyaları yerə töküb qaçsınlar. Bundan sonra Faxı idarə etdiyi avtomobili dayandırmış, Ülvinin Miri ilə avtomobilə yüklədikləri əşyaların hamısını yerə tökmüşlər və oradan çıxıb getmişlər. Təqsirləndirilən şəxs avtomobilə yüklədikləri əşyaların oğurluq olduğunu ona bildirməmiş, Təqsirləndirilən şəxs əşyaları götürdüyü evin öz evləri olduğunu, yığdığı əşyaların oğurluq olmadığını bildirmiş və o, da Ülvinin hərəkətlərindən avtomobilə yığılan həmin əyşaların oğurluq olmasını şübhələnməmişdir. Məhkəmə iclasında ifadə vermiş Şahid6 ifadəsində göstərmişdir ki, ailəsinin dolanışığını təmin etmək üçün özünə məxsus VAZ 2104 markalı avtomobili ilə taksi fəaliyyəti ilə məşğuldur. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs Qənbər oğlunun heç birini tanımır, Şahid8 isə tanıyır, sonuncu onun dostu Rafiqin oğludur və Teymur tullantı dəmirləri yığıb satmaqla məşğuldur. 15 dekabr 2021-ci il tarixdə Gəncə şəhər Dəmir yol vağzalında dayanacaqda durub müştəri gözləyən vaxt Şahid8 gəlib ona yaxınlaşıb Gəncə şəhəri, M.A.Əliyev küçəsindən dəmir aldığını və həmin dəmirləri yığıb metal qəbulu məntəqəsinə aparmağı ondan xahış etmişdir. O, da Teymurla birlikdə həmin ünvana getmiş, onlar oraya çatanda iki nəfər şəxs qapının ağzına tullantı, dəmirlər, dəmir rels, samovar və bir neçə ədəd dəmir soba yığdığını görmüşdür. O oraya çatıb avtomobili saxlamışdır. Bu zaman orada Teymurdan başqa itki nəfər adamlar olmuş, sonradan ona məlum olmuşdur ki, həmin şəxslərin adları Ülvin və Miridir. O, avtomobili saxlayıb kənarda gözləmiş, Teymur, Ülvin və Miri orada olan dəmirləri onun avtomobilinə yığmışlar. Daha sonra Teymur və Miri onun avtomobilinə əyləşmişlər, o, avtomobilini idarə edib oradan uzaqlaşmaq istəyəndə bir nəfər xanımın qışqırıq səsini eşitmişdir. Həmin xanım qışqırıb demişdir ki, “yığıdığınız əşyaları Ülvin əmisinin həyətindən oğurlayıbdır.”. O, təxminən 400- 500 metr avtomobili idarə etdikdən sonra Ülvinin maşınına yüklədiyi əyşaların oğurluq olduğunu başa düşüb idarə etdiyi avtomobilini dayandırmış, Teymur və Miri ilə birlikdə avtomobilə yüklənmiş əşyaları yerə töküb oradan getmişlər. 15 dekabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs Qənbər oğlunun evinin qarşısından dəmirləri yığmağa gedən zaman həmin əşyaların oğurluq olmasını o, bilməmiş, həmin şəxslərlə onun əvvəlcədən heç bir razılığı olmamışdır. O, dəmirləri avtomobilinə yığıb bir qədər getdikdən sonra avtomobilində olan dəmirlərin oğurluq olmasını Teymur və Miri ilə başa düşmüş, bu səbəbdən də bütün yığmış olduqları əşyaları yerə töküb oradan çıxıb getmişlər. Məhkəmə iclasında ifadə vermiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs Qənbər oğlu onun qonşusudur. 15 dekabr 2021-ci il tarixdə, saat 17 radələrində Gəncə şəhəri Mərkəzi Univermağın yanında olan vaxt onlarla qonşuluqda yaşayan Aytən xanım istifadəsində olan mobil nömrəyə zəng edərək qonşuluqda yaşayan Şakirin həyətyanı sahəsinə bir nəfər şəxsin daxil olub oğurluq etmək istədiyini bildirmişdir, O, dərhal avtomobilə əyləşib Zərərçəkmiş şəxs yaşadığı ünvanın qarşısına getmiş, oraya çatdıqda Zərərçəkmiş şəxs evinin arxa tərəfində olan kiçik əl qapısının açıq vəziyyətdə olduğunu, lakin orada heç kəs olmadığını görmüşdür. O, bundan sonra Zərərçəkmiş şəxs də zəng edib evinin həyətyanı sahəsinə naməlum şəxsin daxil olduğunu və oradan oğurluq etdiyini bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs öz kürəkəni Vüqarı və bibisi oğlu Elşəni oraya göndərmiş, onlar birlikdə həyətə daxil olduqda görmüşlər ki, orada bir sıra əşyalar yerində yoxdur. Bundan sonra onlar Aytən xanımın onlara göstərdiyi istiqamətdə gedəndə təxminən 300-400 metr aralıda yol kənarında 4 ədəd soba və bir ədəd 2 metrlik rels tapmışlar. Vüqar həmin əşyaların qaynatası Şakirə məxsus olduğunu demişdir. Bundan sonra onlar həmin əşyaları götürüb Zərərçəkmiş şəxs yaşadığı evə qaytarıb yığmışlar. Bundan sonra onun işləri olduğu üçün oradan çıxıb getmişdir. Hadisədən bir neçə gün sonra isə o, bilmişdir ki, 15 dekabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs həyətyanı sahəsinə daxil olaraq oradan oğurluq etmiş şəxs onlarla qonşuluqda yaşayan və eyni zamanda Zərərçəkmiş şəxsn qonşusu olan Təqsirləndirilən şəxsdur. Məhkəmə iclasında ifadə vermiş şahid Veyisov X3 göstərmişdir kİ, o, Zərərçəkmiş şəxs onun qaynatasıdır. Zərərçəkmiş şəxs son vaxtlar həmin ünvanda yaşamadığından Vəliyev ondan xahiş etmişdir ki, yaşadığı ünvan 5-də yerdəşən fərdi yaşayış evinə gedib arada baş çəksin. 15 dekabr 2021-ci il tarixdə, saat 17 radələrində işdən çıxıb öz evinə gedən zamanı qaynatası Zərərçəkmiş şəxs ona zəng edib bildirmişdir ki, evinə oğru düşdüyü üçün oraya getsin. O, da dərhal qaynatası Zərərçəkmiş şəxs yaşadığı ünvan 5də yerdəşən fərdi yaşayış evinə getmiş, yolda ikən Zərərçəkmiş şəxs dayısı oğlu Şahid2 zəng edib sonuncunu da oraya çağırmışdır. X10 evinə gedəndə oraya qonşular toplaşmış, Şahid4 özü də orada olmuşdur. O, evin küçəyə baxan ön tərəf giriş darvazasını özündə olan açarla açıb həyətə daxil olmuş, həyətdəki əşyaların dağınıq vəziyyətdə oluğunu görmüş, daha sonra evin arxa həyətinə keçəndə arxaya baxan qapının üzərindəki asma qifilın sındırılmış və qapının da açıq vəziyyətdə oluğunu görmüşdür. Evin həyətindəki əl damının qapısının sındırılaraq oradan oğurluq cinayəti törədildiyini müəyyən etmiş, qonşuluqda yaşayan Aytən adlı şəxs ona bildirmişdir ki, Zərərçəkmiş şəxslə qonşuluqda yaşayan Ülvin Qəmbərov evin həyətindəki əl damından oğurluq cinayəti törətmişdir. O, Şahid2la evin arxaya baxan qapısından küçəyə çıxanda görmüşdür ki, evdən təxminən 200 metr aralıda yola Zərərçəkmiş şəxs məxsus evinin əşyaları tökülübdür. O, həmin əşyaları Elşənlə birlikdə yığıb Şakirin evinə aparmışlar. Bundan sonra bu barədə qaynatası Zərərçəkmiş şəxs məlumat vermiş, səhərisi gün Zərərçəkmiş şəxsgil də Bakı şəhərindən Gəncə şəhərinə gəlib və evindən oğurluq cinayəti baş verməsi barədə şikayət ərizəsi yazmışdır. O, X2 uşaqlıqdan tanıyır, sonuncu qaynatası Zərərçəkmiş şəxslə qonşuluqda yaşayır, Ülvin Qəmbərovun atası ilə Zərərçəkmiş şəxs bir-birləri ilə əmiuşağıdırlar. X8 Vəliyevin münasibətləri həmişə yaxşı olmuş, aralarında düşmənçilik və ya ədavətləri olmamış, bir-birlərinin evinə gediş-gəlişləri olmuşdur. Məhkəmə iclasında ifadə vermiş Şahid2 bildirmişdir ki, o, Zərərçəkmiş şəxs dayısı oğludur. Təqsirləndirilən şəxsi qohum kimi tanıyır, münasibətləri normaldır və heç bir ədavətləri yoxdur. Oğurluq hadisəsi barədə ona Şakirin kürəkəni Vüqar məlumat vermiş, Vüqarla hadisə yerinə gedərkən qonşuların həyətə toplaşdığını görmüşdür. Onlar Vüqarla birlikdə evin küçəyə baxan ön tərəf giriş darvazasını özündə olan açarla açıb həyətə daxil olmuş, həyətdəki əşyaların dağınıq vəziyyətdə oluğunu görmüş, daha sonra evin arxa həyətinə keçəndə arxaya baxan qapının üzərindəki asma qifilın sındırılmış və qapının da açıq vəziyyətdə oluğunu görmüşdür. Evin həyətindəki əl damının qapısının sındırılaraq oradan oğurluq cinayəti törədildiyini müəyyən etmiş, qonşuluqda yaşayan Aytən adlı şəxs ona bildirmişdir ki, Zərərçəkmiş şəxslə qonşuluqda yaşayan Ülvin Qəmbərov evin həyətindəki əl damından oğurluq cinayəti törətmişdir. O, evin arxaya baxan qapısından küçəyə çıxanda görmüşdür ki, evdən təxminən 200 metr aralıda yola Zərərçəkmiş şəxs məxsus evinin əşyaları tökülübdür. O, həmin əşyaları Şahid1la birlikdə yığıb Şakirin evinə aparmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekpert rəyini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 dekabr 2021-ci il tarixli baxış keçirilməsi barədə protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə ünvan 5 ünvanda baş vermişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 21 fevral 2022-ci il tarixli, 9/452 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqim edilən 4 adda malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin dekabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 330,00 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. 12 adda mallar haqqında kifayət qədər məlumat (markası, modeli, texniki göstəriciləri, texniki vəziyyəti və sair) olmadığından həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. İş materiallarında olan Təqsirləndirilən şəxs barəsində DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, o, əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixonevroloji dispanserindən alınmış xx.xx.2022-ci il tarixli, 1996 saylı arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Narkoloji dispanserindən alınmış xx.xx.2022-ci il tarixli, 2780 saylı arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında baxış keçirilmiş 1 ədəd DVD diskdə əks etdirilmiş videogörüntüdən görünür ki, 1-i təqsirləndirilən şəxs olmaqla 3 nəfər dəmir predmetləri daşıyaraq avtomobilin yük yerinə yükləyirlər. Cinayət işi üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasında ərizə yazaraq bildirmişdir ki, baş vermiş oğurluq hadisəsi nəticəsində Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödədiyi üçün sonuncuya qarşı şikayəti və ya tələbi yoxdur. Beləliklə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.3-cü maddəsi ilə elan olunmuş ittihamda təqsirli olması tam sübuta yetirilir. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş və cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir, həmçinin o, bu cinayətin törədilməsində təqsirlidir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Ona görə də, o həmin maddədə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs istinad edilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.3-cü maddəsinin sanksiyasında 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Həmin Məcəllənin 59-cu maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, evli olmaqla himayəsində bir nəfər azyaşlı uşağının olmasını, hadisədən sonra Zərərçəkmiş şəxslə barışıq əldə edərək ona vurmuş olduğu ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ondan hər hansı şikayətinin və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-ci il tarixli, 4 saylı Qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatlar nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək şübhəli şəxs qismində tutulması və həbsdə saxlanması müddətinin azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan “axtarışda olan şəxsin tutulması barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi haqqında” xx.xx.2022-ci il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək MSY-dən azad olunmuşdur. İş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli Qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilmiş, iş materiallarında olan “axtarışda olan şəxsin tutulması barədə” xx.xx.2022-ci il tarixli Protokola əsasən Qərar xx.xx.2022-ci il tarixdə icra olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı barəsində elan edilmiş axtarış çərçivəsində tutulduğu iki gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası həbsdə saxlamanın 1 günü azadlıqdan məhrum etmənin 1 gününə bərabər tutularaq, cəmi iki gün müddət təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu, həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Həmçinin məhkəmə hesab edir ki, ibtidai istintaq dövründə təqsirləndirilən şəxsin şübhəli şəxs qismində tutulduğu 2 gün müddət cəzasından çıxılmaqla, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərarın icra olunduğu 08 dekabr 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olub Zərərçəkmiş şəxs məxsus evdən oğurlanmış 2 ədəd odun sobasının, 1 ədəd çuqun materialdan olan qazla işləyən sobanın, 1 ədəd qazla işləyən dəmir materialdan olan kustar üsulla hazırlanmış isitilik sobasının və 2 metr uzunluqda dəmir relsin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş materiallarına əlavə edilmiş, cinayətin törədilmə anının görüntülərini əks etdirən 1 ədəd DVD disk iş materiallarına əlavə edilərək saxlanmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə məhkəmə məsrəfi hesab edilən 50 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə xüsusi müsadirənin tətbiq edilməsi üçün əsaslar yoxdur. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili X7 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 15 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X4 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 manat məbləğində pul köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347- 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 30 mart 2022-ci il tarixdən 01 aprel 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün onun cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərarın icra olunduğu 07 dekabr 2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut olub Zərərçəkmiş şəxs məxsus evdən oğurlanmış 2 (iki) ədəd odun sobasının, 1 (bir) ədəd çuqun materialdan olan qazla işləyən sobanın, 1 (bir) ədəd qazla işləyən dəmir materialdan olan kustar üsulla hazırlanmış isitilik sobasının və 1 (bir) ədəd 2 (iki) metr uzunluqda dəmir relsin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın, iş materiallarına əlavə edilmiş, cinayətin törədilmə anının görüntülərini əks etdirən 1 (bir) ədəd DVD disk cinayət işi materiallarına əlavə edilərək iş materiallarında saxlanılsın. İş üzrə 50 (əlli manat) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi olaraq Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə müdafiəçi X4 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə münasibətdə isə surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə (təqsirləndirilən şəxs tərəfindən isə həmçinin həbsdə saxlama yerinin müdiriyyəti vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar