Məhkəmə qərarları › İş №1(125)-23/2024

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-23/2024

08.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-23/2024 08.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçi-Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1981-ci il tarixdə Qəbələ rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə, Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə qanunsuz və əsassız olaraq özgənin əmlakını ələ keçirmək məqsədi ilə 19 iyul 2021-ci il tarixdə Şəmkir rayon sakini Zərərçəkmiş şəxs Bakı şəhəri, Nizami rayonu, Xalqlar Dostluğu metrosunun yaxınlığında yerləşən Sosial Müdafiə Nazirliyinin nəzdində olan binadan ev alıb verməyə köməklik edəcəyi barədə qəsdən yalan vədlər verib, aldadaraq Göygöl rayonu, Toğanalı kəndində Zərərçəkmiş şəxs məxsus 20.000 (iyirmi min) manat pulunu ələ keçirdərək xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə qanunsuz və əsassız olaraq özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2021-ci ilin iyul ayının sonlarında, günü istintaqa dəqiq məlum olmayan tarixdə Şəmkir rayon sakini Zərərçəkmiş şəxs Bakı şəhəri, Nizami rayonu, Xalqlar Dostluğu metrosunun yaxınlığında yerləşən Sosial Müdafiə Nazirliyinin nəzdində olan binadan ev alıb vermək üçün növbəyə saldırcağı barədə qəsədən yalan vədlər verib aldadaraq 4800 (dörd min səkkiz yüz) manat məbləğində pulu Gəncə şəhəri, Əlillərin dairəsində yerləşən “Gürcü Xəngəli” adlı kafedə işləyən Şahid6 verdirmiş, daha sonra isə həmin kafedən 4800 (dörd min səkkiz yüz) manat məbləğində pulu götürərək zərərçəkmiş Zərərçəkmiş şəxs 4800 (dörd min səkkiz yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə qanunsuz və əsassız olaraq özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2022-ci ilin mart ayının sonlarında, günü istintaqa dəqiq məlum olmayan tarixdə Şəmkir rayon sakini Zərərçəkmiş şəxs Bakı şəhəri, Nizami rayonu, Xalqlar Dostluğu metrosunun yaxınlığında yerləşən Sosial Müdafiə Nazirliyinin nəzdində olan binadan ev alıb vermək üçün növbədə qabağa saldıracağı barədə qəsdən yalan vədlər verib aldadaraq 5000 (beş min) manat məbləğində pulu Bakı şəhəri Gənclik Mall ticarət mərkəzinin qarşısında Zərərçəkmiş şəxs məxsus 5000 (beş min) manat pulunu ələ keçirdərək maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs bacısı Ramidə adlı qadınla 2021-ci ilin yanvar ayında Bakı şəhərində tanış olmuşdur. Belə ki, Ramidə Bakı şəhərində Q.Qarayev deyilən ərazidə “İnci” Psixologiya Mərkəzində işləmişdir. 2021-ci ilin yanvar ayında taksi ilə Qəbələ rayonundan Bakı şəhərinə gedən zaman taksi sürücüsü ona bildirmişdir ki, “əvvəlcə “İnci” Psixoloji Mərkəzinə gedək oraya xəstə aparıram, daha sonra səni gedəcəyin yerə düşürərəm”. Buna görə onlar “İnci” Psixologiya Mərkəzində təxminən 20 dəqiqə gözləmişlər. O, həmin vaxt taksi sürücüsünə bildirmişdir ki, “çox gözləsək avtomobildəki toyuq ətləri xarab olacaq”. Həmin vaxt bunu eşidən Ramidə adlı qadın isə ona bildirmişdir ki, “kənd çolpası istəyir”. Bundan sonra Ramidə adlı qadınla bir-birinə əlaqə nömrələrini vermiş və tanışlıqları da həmin vaxtdan yaranmışdır. Bundan sonra Ramidə adlı qadına tez-tez kənd çolpası və digər kənd məhsullarını nisyə aparıb satmışdır. Ramidə isə ona bildirmişdir ki, “kredit götürüb sənə olan borcumu ödəyəcəm”. 2021-ci ilin aprel ayında Ramidə adlı qadın onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək bildirmişdir ki, “qardaşı Rusiya Federasiyasından gəlib, ona Bakı şəhərində ipoteka ilə ev almaq istəyir və özləri hara getmişdirsə ala bilməmişlər, çünki ilkin ödənişi çox istənilir, qardaşınında ona imkanı çatmır və əlində ilkin ödəniş üçün cəmi 17.000 (on yeddi min) manat pulu var”. O, da cavabında Ramidə adlı qadına bildirmişdir ki, “ilkin ödəniş olaraq 4800 (dörd min səkkiz yüz) manata ev var”. Həmin ev üçün 25 il ayda 329 (üç yüz iyirmi doqquz) manat pul ödəməlidirlər. Ramidə adlı qadın onunla razılaşmış və bildirmişdir ki, “həmin məbləği verəcəklər”. Təxminən 10 gün keçdikdən sonra Ramidə mobil nömrəsinə zəng edərək pulun hazır olduğunu və qardaşının ona zəng edəcəyini bildirmişdir. O, Ramidəyə bildirmişdir ki, “sabah Gəncəyə gedəcək”. Səhəri gün Rauf ona zəng vurmuş və bildirmişdir ki, “Bakıya gedir. O həmin vaxt yolda olmuşdur. Onun Gəncə şəhərinə gəldiyi avtomobilin sürcüsünü əvvəlcədən tanıyır münasibəti var. Sürcünün adı Fikrətdir”. Fikrətə bildirmişdir ki, “Gəncədə axrıncı dayanacaq olaraq harda dayanacaqsan, mənə pul gətirib verməlidirlər, lakin həmin şəxs Bakıya çıxdığı üçün əgər tanışı varsa həmin mənə pul verməli olan şəxs pulu sənin tanışına versin məndə Gəncəyə çatdıqdan sonra həmin pulu götürərəm”. Fikrət isə ona bildirmişdir ki, Gəncədə “Əlillərin dairəsində” kafe var, həmin kafeni Nemət adlı şəxs işlədir və pulu Nemət adlı şəxsə verə bilərlər. Ona görə özü həmin vaxt Raufla telefonla əlaqə saxlayaraq kafenin ünvanını Raufa bildirmiş, Rauf da pulu həmin kafeyə qoymuşdur. Sonra o, Gəncə şəhərinə çatdıqdan sonra həmin kafeyə gedib pulu götürmüşdür. Pulu götürdükdən sonra Raufa zəng edib bildirmişdir ki, “pulu Nemətdən götürmüşdür”. Aldığı pulun hamısını yəni 4.800 (dörd min səkkiz yüz) manatı səhəri gün Bakı şəhərində Memar Əcəmi metrosunun yaxınlığında Ramiz adlı makler tanışına vermişdir. Verdiyi həmin pulun qarşılığında Ramidə adlı qadınla razılaşdığı kimi ipoteka ilə Bakı şəhəri Yasamal rayonu ərazisində Ramidənin qardaşına ev alınmalı idi. Bundan 3-4 ay sonra Ramidə adlı qadın ona istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək ev məsələsinin gecikdiyindən narazlığını bildirmiş və qardaşı Raufun verdiyi 4800 (dörd min səkkiz yüz) manat pulu geri istəmişdir. O da 04 iyul 2021-ci il tarixdə Ramidə adlı qadının kart hesabına 750 (yeddi yüz əlli) manat pul köçürmüşdür. Daha sonra isə 2021-ci ilin avqust ayında Rauf ilə Bakı şəhəri Qara Qarayev metrosunun yanında görüşüb 500 (beş yüz) manat ona pul vermişdir. Raufda ona binanı göstərərək bu binada qaldığını göstərmişdir. Sonra 26 avqust 2021-ci il tarixdə Rauf ilə Bakı şəhəri, N.Nərimanovda yerləşən Keşlə bazarının qarşısında görüşüb Raufa 270 (iki yüz yetmiş) manat nəğd pul və 230 (iki yüz) manatlıq isə 9 ədəd çarskaya markalı spirtli içki vermişdir. Daha sonra 07 oktyabr 2021-ci tarixdə Bakı şəhəri, “Gənclik Mall” ticarət mərkəzinin qarşısında Raufla görüşərək, 350 (üç yüz əlli) manat dəyərində 1 ədəd tar, 450 (dörd yüz əlli) dəyərində 1 ədəd saz, 600 (altı yüz) manat dəyərində isə 25 kiloqram bal vermişdir. Bundan əlavə Ramidə adlı qadına ümumilkdə 1340 (min üç yüz qırx) manat dəyərində kənd məhsulları vermişdir. O Ramidənin qardaşı Raufdan aldığı pulu hissə-hissə geri ödəyən zaman Ramidə ona bildirmişdir ki, həmin pulu da qardaşı Raufa verəcəyin puldan çıx geri qalanını ödə. O Göygöl rayonu Toğanalı kəndində Zərərçəkmiş şəxs 20000 (iyirmi min) manat pul almamışdır. Rauf 2022-ci ilin aprel ayının əvvəlində ona zəng vuraraq bildirmişdir ki, “arvadım Nərgizə zəng vur ona yalandan denən ki, sən məndən 20000 (iyirmi min) manat pul almısan”. O Raufa bildirmişdir ki, “məni işə salma pulu neynəmisən?”. Raufda ona bildirmişdir ki, “mən səndən əvvəl başqa bir şəxsin köməkliyi ilə ev alırdım buna görə də 20000 (iyirmi min) manat qaynatamdan borc almışam, həmin pulu da mənə ev almaqda köməklik edəcək şəxs məni aldadaraq ələ keçirib, işmiz hal-hazırda Bakı şəhəri Nərimanov rayon məhkəməsindədir”. Onda özü Raufa yalandan bildirmişdir ki, “mənim zəng vurmağa konturum yoxdur”. Raufda bildirmişdir ki, “sənə kontur göndərirəm sən mən deyənləri zəng vur Nərgizə de”. O Nərgizə zəng vurub Raufun ona dediklərini Nərgizin nəzərinə çatdırmışdır. Nərgizdə ona bildirmişdir ki, “onların başına oyun açacaq. Hətta Raufun bacısı Ramidəni təhqir etmişdir. Bundan başqa Raufdan ev növbəsini tezləşdirmək üçün Bakı şəhəri Gənclik Mall ticarət mərkəzinin qarşısında 5000 (beş min) manat pul alaraq sonra isə həmin pulu Bakı şəhəri Nərimanov rayonuna gedərək Ramiz adlı şəxsə verməsi yalandır. O Raufa sadəcə qiyabi olaraq demişdir ki, ipoteka ilə ev məsələsini Ramiz adlı makler həll edir. Rauf Ramizin adını ondan şifahi eşitmişdir. Özünün isə Ramiz adlı maklerlə tanışlığı əvvəllər öz bacısına ipoteka ilə ev düzəltdiyi vaxtdan yaranmışdır. O Ramiz ilə ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlamışdır. Ramiz adlı şəxsin anket məlumatları barədə heç bir məlumatı yoxdur. Bildiyi sadəcə Ramizin arvadının Qəbələ şəhərindən olmasıdır. Bundan başqa onun Ramidə adlı qadınla qeyri-rəsmi münasibəti olmuş, ona görə də o, Ramidə ilə tanış olarkən özünü Murad kimi təqdim etmişdir. Daha sonra isə bu yalanına qeyri münasibəti olduğu üçün davam etmişdir. İstintaqa təqdim edilmiş səs yazısındakı səslərdən biri ona məxsusdur. O, həmin səs yazısındakı danışdığı şəxs isə Raufun yoldaşı Nərgiz adlı qadındır. Ramiz adlı şəxs ona bildirmişdir ki, “Nyon” bankda yeni ailə quran şəxslərə sosial pul ayrılır, həmin pulnan da ev alınır. Daha sonra isə sosial pul ayırlmış şəxs ona ayrılmış pulu banka ödəyir. Səs yazısında qeyd etdiyi X13 adlı şəxsin qudasıdır. Bu barədə ona Ramiz özü bildirmişdir. Anket məlumatı barədə heç nə bilmir. Həmin səs yazısı təxminən 2022-ci ilin mart-aprel aylarında yazılmışdır. Rauf ona bildirmişdir ki, bu barədə arvadı Nərgizə məlumat verməsin yadakı məlumat versə də yalan məlumat versin. O, Raufa ödədiyi pulları Nərgizdən gizlətmək üçün xəbəri olmasın deyə verdikləri pulu ödəyə biləcəyini demişdir. Sonda zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını və əməlindən peşman olduğunu nəzərə alıb məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Nərgiz Haqverdizadə onun arvadıdır. 2021-ci il iyul ayında Nərgiz ilə ailə həyatı qurmuşdur. Şahid3 isə onun doğma bacısıdır. Ramidə ailəsi ilə birlikdə Bakı şəhərində yaşayır. Ramidə Bakı şəhəri, Qara Qarayev deyilən ərazidə yerləşən “İnci” psixoloji reabilitasiya mərkəzində direktor işləyir. 2021-ci ilin iyun ayında bacısı Ramidə bildirmişdir ki, “Murad adlı tanışı sosial evlər düzəldə bilir”. Muradın özü isə “Gilan” Holdinqdə baş mühasib işləyir. Ramidə ona Muradın, yəni adını sonradan bildiyi Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəsini vermiş və ona bildirmişdir ki, Murad ona sosial ev alıb verəsidir, lakin onun yerinə həmin evi Muradla danışıb o, götürsün özü sonra alar. Ona görə özü Zaurla, yəni “Murad” adlı şəxslə əlaqə saxlamışdır. Zaura telefonda tanışlıq vermiş və bildirmişdir ki, “sənin nömrəni mənə bacım Ramidə verib sosial evlə bağlı zəng eləmişəm”. Zaur da ona bildirmişdir ki, Ramidə ilə danışmışdır, Bakı şəhəri, Laçın Ticarət mərkəzinin yaxınlığında sosial müdafiə nazirliyinin evi var və həmin evdə yaşlı qadın və yaşlı kişi qalır. Həmin evdə yaşayan şəxslər indiyə qədər 20000 (iyirmi min) manat pul ödəmişdir. İndi isə həmin şəxslərin pul ödəməyə imkanı olmadığı üçün həmin şəxslərin ödədiyi pulu onlara geri qaytarıb evdən çıxararaq onları həmin evə yerləşdirəcək. Bunun üçündə ona 20000 (iyirmi min) manat pul ödəmək lazımdır. O Zaurla əlaqə saxlayıb kart hesabını istəmişdir ki, pulu kart hesabına göndərsin. Zaur isə bildirmişdir ki, kart hesabına göndərməsin, çünki sonradan onun üçün problem yarana bilər ona görə də pulu ona görüşüb əlbəəl versin. Bundan sonra Ramidə ona zəng edərək bildirmişdir ki, Zaura (Murada) ilkin ödəniş kimi 20.000 (iyirmi min) manat vermək lazımdır. O qaynatası Elşəndən 20.000 (iyirmi min) manat borc pul almış və həmin pulu 19 iyul 2021-ci il tarixdə saat 14 radələrində nişanlısı Nərgiz ilə qaynatası Elşənə məxsus Kia markalı **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə aparıb Göygöl rayonu Toğana kəndində Zaura (Murada) vermişdir. Zaur həmin yerə "Volksvagen Tuareg" markalı avtomobil ilə gəlmişdir. Həmin Volksvagen markalı avtomobildə sükanın arxasında 1 nəfər tanımadığı şəxs əyləşmişdir. O avtomobilindən düşməmişdən əvvəl Nərgiz ona pulu verən zaman sübut üçün video çəkiliş eləməyini istəmişdir. O Nərgizə bildirmişdir ki, çəkiliş eləməsin ayıbdır. Pulu Zaura verdikdən sonra Şəmkir rayonuna qayıtmışlar. Zaur təxminən iyul ayının 22-23-də ona ***- ***-**-** saylı mobil nömrədən zəng edərək bildirmişdir ki, evləri 1 aya hazır olur. Bundan bir neçə gün sonra Zaur ona eyni nömrədən zəng edib bildirmişdir ki, 4800 (dörd min səkkiz yüz) manat yenidən pul ödəməlisən. O Zaura bildirmişdir ki, nə vaxt harda görüşək pulu verim sənə. Zaur isə ona bildirmişdir ki, Göygöl rayonuna Toğana kəndinə torpaq almaq üçün gəlməlidir və gələndə xəbər edəcək görüşərlər. 2021-ci ilin iyul ayının sonlarında o Zaura zəng etmiş və bildirmişdir ki, “pul hazırdı nə vaxt harda görüşək o pulu verim?. Zaurda ona bildirmişdir ki, “Gəncəyə gəl Gəncədə Univermaq deyilən yerdə görüşək pulu ver”. Ona görə özü xalası oğlu İlkin ilə ona məxsus "Cruze" markalı 57-BU- 55 dövlət qeydiyyat nişanlı avtomobil ilə “Univermaq” deyilən yerə getmişdir. Univermaq deyilən yerdə bir müddət gözləmiş, lakin Zaur gəlmədiyinə görə onunla telefonla əlaqə saxlamışdır. Zaurda ona bildirmişdir ki, o gecikir ona görə “Əlillərin dairəsi” deyilən yerə gəlsin və həmin yerdə yanacaq doldurma məntəqəsinin yanında Nemət adlı kafe işlədən var pulu ona versin özü ondan pulu götürücək. O da Zaurun dediyi kimi “Əlillərin dairəsi” deyilən yerə getmiş Nemətin işlətdiyi kafeni soraqlayıb tapmış və Nemətə 4800 (dörd min səkkiz yüz) manat pulu vermişdir. Pulu verən zamanda Neməti telefonda Zaurla danışdırmışdır. Təxminən bir neçə saatdan sonra Zaur ona zəng edərək bildirmişdir ki, pulu Nemətdən götürmüşdür, narahat olmasın, her şey qaydasındadır və ev məsələsidə tezliklə həllini tapacaq. Təxminən sentyabr ayının əvvəllərində arvadı Nərgiz ilə birlikdə "Mercedes" markalı **-BH-*** dövlət qeydiyyat nişanlı taksi ilə Bakı şəhərinə getmiş və Bakı şəhərində kirayəyə ev tapıb kirayədə yaşamağa başlamışlar. 2022-ci ilin yanvarfevral ayında o, Zaura zəng edərək bildirmişdir ki, əgər ev məsələsi alınmırsa pulunu qaytarsın. Zaurda onunla razılaşmışdır. Bakı şəhərində Gənclik metrosunun yanında görüşən zaman Zaur ona 10000 (on min) manat pulu geri qaytarmış və ondan pulunun geri qalan hissəsini qaytarmaq üçün vaxt istəmişdir. O həmin pulu götürmüş və qaynatası Elşən ilə məsləhətləşdikdən sonra qərara gəlmişlər ki, o pulu yenidən Zaura geri versin və 2022-ci ilin aprel ayına qədər gözləsin. Çünki, qaynatası sosial şəbəkədən oxumuşdur ki, 2022-ci ilin aprel ayında MİDA-da evlər paylanacaq. O həmin pulu təxminən 15-20 gün sonra Zaur ilə Bakı şəhəri, Nərimanov rayonu ərazisində görüşüb 10000 (on min) manatı Zaura vermişdir. 11 mart 2022-ci il tarixdə Zaur ona ***-***-**-** saylı mobil nömrədən zəng edərək sosial evlərdə növbə olduğunu və növbəni tezləşdirmək üçün 5000 (beş min) manat pul istəmişdir. O əvvəlcə belə bir şeyin mümkün olub-olmadığını Vüsal adlı tanışından maraqlanmışdır. Vüsal da ona bildirmişdir ki, Sosial Müdafiə Nazirliyində ev növbəsini dəyişmək mümkündür. Ona görə özü mart ayının ortalarında Zaur ilə Bakı şəhəri Gənclik metrosunun yanında görüşmək üçün özünə məxsus Megan markalı **-RT- *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Gənclik Mall ticarət mərkəzinin qarşısına getmişdir. Zauru həmin yerdən götürmüş və pulu sayıb avtomobildə ona vermişdir. Zaur isə ona bildirmişdir ki, “gedək pulu Ramizə verim sənin işini həll etsin”. Sonra Zaurla birlikdə Nərimanov rayonuna getmişlər. Orada Mercedes markalı avtomobil dayanmışdır. Həmin Mercedes markalı avtomobildən bir nəfər tanımadığı şəxs düşmüşdür. Zaur həmin şəxsə yaxınlaşmış və onunla salamlaşmışdır. Daha sonra isə Zaur geri qayıdıb onun avtomobilinə əyləşmiş və bildirmişdir ki, pulu Ramizə vermişdir. Bundan sonra Zaur avtomobildən düşmüş, o isə kirayədə qaldığı evə tərəf getmişdir. Bundan sonra Zaur ilə mütamadi olaraq fərqli-fərqli nömrələr ilə əlaqə saxlamış, lakin Zaur hər dəfəsində onu aldatmışdır. Zaurun onu yubatdığına görə arvadı Zaurun onu aldatmağından şübhələndiyi üçün Zaura öz nömrəsindən zəng edib onunla ayrıldığını deyərək aldığı pulların səs yazısını qeyd edərək Zaura onlardan pul almasını etiraf etdirmək istəmişdir. Lakin səs yazısında Zaur yenə özünün iş yerindən Masallı rayonuna dəyişdirildiyni bildirmişdir. Bundan başqa isə arvadı ilə telefon söhbətlərində Zaur aldığı 4800 (dörd min səkkiz yüz) manat pulu etiraf etmiş, lakin 20000 (iyirmi min) manat pulu aldığını etiraf etməmiş, sonuncu verdiyi 5000 (beş min) manat pulla bağlı isə arvadı Zaura heç bir sual verməmişdir. Çünki o və arvadı Nərgiz düşünmüşlər ki, onlar həmin pulu Bakı şəhərində Zaura verdiyi üçün sonradan bu barədə Bakı şəhərində polisə şikayət edərlər. 2022-ci ilin fevral ayında Zaur onunla görüşərək ona hədiyyə kimi 8 ədəd "Yakor" adlı spirtli içki vermişdir. Bundan başqa ona “Gilan” Holdinqin adından kirayədə yaşadığı və sosial evin gecikdiyi üçün 270 (iki yüz yetmiş) manat pul vermişdir. Daha sonra mart ayında isə hədiyyə kimi ona 1 ədəd tar, 1 ədəd saz, 3 ədəd 3 kiloqramlıq bal vermişdir. 2022-ci ilin aprel ayının əvvəllərində Zaur ona bildirmişdir ki, “Evi adınıza keçirmək üçün şəxsiyyət vəsiqəsinin surətini və öz əlyazması ilə ondan aldığı pulu təsdiq edən yazını mənə ver”. Zaur şəxsiyyət vəsiqəsini və əlyazmasını Asan Xidmətdə təsdiq etdirəcəyini bildirmişdir. Bundan sonra isə Zaurla əlaqə saxlaya bilməmişlər. Sonra isə Zaurun onları allatmasından şübhələndiyi üçün onlara bildirdiyi yerdə, yəni Bakı şəhəri Laçın Ticarət mərkəzinin yaxınlığında Sosial Müdafiə Nazirliyinin evləri olub-olmamasını maraqlanmışlar və məlum olmuşdur ki, Zaurun qeyd etdiyi yerdə Sosial Müdafiə Nazirliyinin evi yoxdur. Bundan başqa telefonda Getcontact proqramında “Muradın” onunla əlaqə saxladığı telefon nömrələrini yoxladıqda məlum olmuşdur ki, özünü ona Murad kimi təqdim etmiş şəxs adını yalan deyib, çünki həmin nömrələr “Zaur Qəbələ” kimi yazılmışdır. Bütün bu şübhələrdən sonra arvadı Nərgiz ərizə ilə polis orqanına müraciət etmişdir. Ona ümumilkdə 29800 (iyirmi doqquz min səkkiz yüz) manat ziyan dəymişdir. Hazırda Təqsirləndirilən şəxs ona vurulmuş maddi ziyanı tam ödəmişdir. Ona görə də təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqında Şahid1 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun əridir. Təqsirləndirilən şəxs isə şifahi tanıyır. 2021-ci ilin iyul ayında əri Rauf Bakı şəhərində yerləşən "İnci" psixoloji reablitasiya mərkəzində özünü Murad kimi təqdim etmiş Təqsirləndirilən şəxs ilə tanış olmuş, Zaur ərinə gənc ailələrə sosial evlərin alınmasında köməklik edəcəyini bildirmiş və əri Raufla evin alınmasına razılaşmışdır. Rauf Zaurla bağlı söhbətləri ona demişdir. Həmin vaxtlar Rauf demişdir ki, Zaur Qəbələdə “Gilan” Hoildinqin mühasibi işləyir, Sosial Müdafiə Nazirliyində Oktay Vəliyev, Ramiz kimi şəxsləri tanıyır və onların vastəsi ilə ev ala biləcəyini deyir. Bir neçə gün sonra Rauf ona demişdir ki, Zaur evi almaq üçün 20.000 manat pul istəyir. Həmin vaxt Zaur ərinə demişdir ki, Bakı şəhərində Laçın Univermağının arxasında yeni inşa edilən sosial binalardan 2 otaqlı evi 83.000 manata alacaq və ev onun adına rəsmiləşəcək. Bundan başqa bildirmişdir ki, sosial evdə yaşlı qadınla yaşlı kişi yaşayır, onlardan istənilən 20000 (iyirmi min) manat pul onlara verilərək evdən çıxarılacaq. Atası Elşəndə bu barədə məlumatı olanda bildirmişdir ki, 20000 (iyirmi min) manat kömək edə bilər. xx.xx.2021-ci il tarixdə atası ona 20000 (iyirmi min) manat pul vermişdir. O həmin pulu Rauf ilə birlikdə Zaura vermək üçün Göygöl rayonunda “Toğana” deyilən yerə getmişlər. Çünki Zaur əri Raufla telefonla danışan zaman Raufa Toğana deyilən yerdə olduğunu bildirmişdir. O, Raufla saat təxminən 14 radələrində Toğanalı kəndinə gəlmişlər. O, maşında oturmuş, Rauf isə Toğana kəndində avtomobildən düşmüş və Zaurla görüşmüşdür. Zaur ora “Volkswagen tuareg” markalı avtomobil ilə gəlmişdir. Lakin həmin avtomobildə sükanın arxasında başqa bir şəxs əyləşmişdir. Zaur ilə X14 kəndinə gəldiyi avtomobiliın qarşısında görüşmüşlər. Rauf pulu Zaura vermiş, Zaur isə həmin pulu saymışdır. Bundan sonra Zaur ilə Rauf sağollaşmışlar. Rauf gəlib avtomobilə əyləşmiş və ona bildirmişdir ki, pulu Zaura verdi. O pulu Zaura verməyə düşməmişdən əvvəl Raufa pulu verən zaman onları videoya çəkmək istədiyini bildirmiş, lakin Rauf onunla razılaşmamışdır. Ona görə də videoçəkiliş etməmişdir. Avtomobildə Toğanadan qayıdan zaman əri Raufdan soruşmuşdur ki, Zaurla niyə Toğanada görüşdün?. Raufda ona bildirmişdir ki, Zaur oradan torpaq almağa gəlib. Təxminən 7-8 gün sonra Zaur Raufa zəng edərək ödəniş üçün əlavə 4800 (dörd min səkkiz yüz) manat pul lazım olduğunu bildirmişdir. Bir gün sonra Rauf ona bildirmişdir ki, İlkin adlı qohumu ilə 4800 manat pulu Gəncə şəhəri, “Əlillərin dairəsi” kimi adlanan yerdə kafeyə aparıb verrmiş və Zaur həmin pulu götürdükdən təxminən 2 saat sonra Raufa zəng edərək pulu götürdüyünü bildirmişdir. Bundan sonra o ana olmağa hazırlaşdığı üçün xəstəxanada olmuşdur. Xəstəxanadan çıxdıqdan sonra Rauf ona bildirmişdir ki, Zaur onlardan pulu götürdükdən sonra onlardan pul almasını təsdiq edən əlyazma yazı yazdığı və imzaladığı sənədi həmçinin onun şəxsiyyət vəsiqəsinin surətini Raufdan Asan Xidmətdə müvafiq sənədləşmə işlərinin aparılması üçün almışdır. Bundan başqa həmin ərəfədə Zaur Sosial ev məsələsi alınmayıb gecikdiyi üçün 10.000 (on min) manat pulu Raufa geri qaytarmışdır. Rauf isə atası Elşən ilə məsləhətləşdikdən sonra biraz da gözləmək qərarına gələrək geri qaytarılmış 10000 (on min) manat pulu təkrar Bakı şəhərində aparıb Zaura geri qaytarmışdır. Bundan başqa Rauf ona bildirmişdir ki, Zaura sosial ev üçün Bakı şəhərində “Gənclik Mallın” qarşısında görüşərək Ramiz adlı şəxsin qəbuluna gedib daha 5000 (beş min) manat ödəniş etmişdir. Bundan sonra Rauf mütəmadi olaraq Zaurla onun yanında telefon əlaqəsi saxlamışdır. Zaur hər dəfə bir bəhanə gətirmişdir. Sonralar isə Raufun zənglərinə cavab verməmişdir. Bundan sonra o bir neçə dəfə Zaurla telefon vasitəsi ilə əlaqə saxlamışdır. Həmin telefon danışıqlarını isə qeydə almışdır. Bundan sonra Zaurun dediyi Laçın Univermağının arxa hissəsinə baxmış və görmüşlər ki, həmin yerdə ümumiyyətlə yeni inşa olunan bina yoxdur. Bundan əlavə olaraq Zaurun onlar ilə əlaqə saxladığı telefon nömrəsini “Getcontact” proqramında vurub yoxlayan zaman onun adının Murad yox Zaur olduğunu aşkar etmişlər. Ona görə onlar aldadıldığını bilmiş və o, DİN-in 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Daha sonra isə ərizə ilə polis orqanına müraciət etmişdir. Hadisə vaxtı Göygöl rayonu Toğanalı kəndində Zaura aparıb 20.000 manat pulu verməzdən əvvəl o evdə həmin pulların şəkilini telefona çəkmiş və həmin foto şəkili istintaqa təqdim etmişdir. Əri Rauf evin alınması ilə bağlı Təqsirləndirilən şəxs ümumilikdə 29.800 manat pul vermiş, pulun 20.000 manatını xx.xx.2021-ci il tarixdə Göygöl rayonu Toğanalı kəndində vermiş, həmin vaxt özü orada olmuş, qalan 4800 manatı əri xx.xx.2021-ci il tarixdə Gəncə şəhərində kafeyə vermiş Zaur isə oradan götürmüş, sonuncu 5000 (beş min) manat pulu isə əri Rauf Zaurla Bakı şəhəri, “Gənclik Mallın” qarşısında görüşüb Ramiz adlı şəxsin qəbuluna gedərək orada ödəmişdir. Məhkəmə istintaqında Şahid3 ifadəsində bildirmişdir ki, özünü Murad kimi təqdim edən Təqsirləndirilən şəxs 2021-ci ilin aprel ayında onun işlədiyi Psixoloji Mərkəzdə psixloji seans alan uşaqlardan birinin qohumu kimi tanımışdır. 2021-ci ilin may ayında Raufla telefonda danışan zaman qardaşı ona qısa müddətdə Rasiyadan Azərbaycana gələcəyini və ailə quracağı üçün ev alacağını bildirmiş, özü isə bu barədə iş yoldaşları ilə söhbət edən zaman Zaur onların söhbətlərinə müdaxilə edərək ev almağa kömək edə biləcəyini və bunun üçün dostlarının olduğunu demişdir. Zaur söhbət əsnasında ona dostlarının vasitəsi ilə sosial evlərdən ilkin ödəniş edərək, aylıq münasib qiymətə ev tapmağın mümkün olduğunu söyləmiş və onu inandırmışdır. Ona görə özü qardaşı Rauf Rusiyadan Azərbaycana gəldikdən sonra ona bildirmişdir ki, “Murad adlı şəxs var, o, sosial ev düzəldə bilir”. Raufda ona bildirmişdir ki, “alınsa lap yaxşı olar”. Bundan sonra o Zaura zəng edib bildirmişdir ki, “Sosial ev düzəldə bilirsənsə qardaşım üçün düzəlt”. Zaurda ona bildirmişdir ki, düzəldə bilər. Bundan başqa Zaur bildirmişdir ki, Laçın Univermağının yaxınlığında binada sosial ev var. Həmin binada olan evdə yaşlı qoca arvad və kişi yaşayır. Həmin qoca kişi ilə qoca arvad indiyə qədər ödədikləri 20000 (iyirmi min) manatı onlara geri qaytarıb qardaşını həmin evə yerləşdirə bilər. Ona görə özü Raufa zəng etmiş və Raufa Zaurun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəni verərək bildirmişdir ki, Zaurla özü əlaqə saxlayıb danışsın. Bundan sonra Rauf iyul ayının sonlarına yaxın ona zəng edərək bildirmişdir ki, görüşüb pulu Zaura vermişdir. Bundan bir neçə gün sonra Zaur ona zəng edərək bildirmişdir ki, “Pulu götürmüşəm narahat olmayın xeyrli olsun ev məsələnizi həll edəcəm”. 25 iyul 2021-ci il tarixdə Rauf ilə Nərgiz ailə həyatı qurmuşdur. Toyun səhəri gün Rauf ona demişdir ki, Zaur ona zəng edərək verilən 20.000 (iyirmi min) manatın bəs etmədiyini buna görə də əlavə 4800 (dörd min səkkiz yüz) manat pul istəyir. Bir neçə gündən sonra Rauf ona bildirmişdir ki, Zaura yenidən 4800 (dörd min səkkiz yüz) manat pul vermişdir. Bundan sonra 2022-ci ilin mart ayında Rauf ondan 5000 (beş min) manat borc pul istəmişdir. O Raufdan pulu nə üçün istədyini soruşduqda Rauf ona bildirmişdir ki, Zaur onu ev növbəsində irəli keçirtmək üçün istəyib. O Raufa 5000 (beş min) manat məbləğində borc pul vermişdir. Bundan sonra mütəmadi olaraq Zaur ilə əlaqə saxlamış və ev məsələsini soruşduqda Zaur yalandan vədlər verib vaxtı uzatmışdır. Bundan başqa Zaur onunla əlaqə saxlayanda Ramiz və Oktay adlı şəxslərin adını çəkmişdir. Zaur daha sonralar onun telefonunu götürməmiş və əlaqələri kəsilmişdir. Daha sonra isə ona məlum olmuşdur ki, özünü Murad kimi təqdim edən şəxsin əsl adı Zaurdur. Çünki “Getcontact” proqramında istifadəsində olan ***-***-**-** saylı mobil nömrəni yazıb yoxladıqda həmin şəxsin adı “Zaur Qəbələ” kimi qeyd olunmuşdur. Onun Zaurla heç bir münasibəti olmamışdır. Zauru o Reabilitasiya Mərkəzində olan uşaqlardan birinin qohumu kimi tanımışdır. Adınıda Murad kimi qeyd etmişdir. Zaurun ona 1340 manat dəyərində kənd məhsulu verməsi yalandır. Rayon yerində olan valideynlər üçün nəğd şəkildə pulu ödəyə bilməyəndə kart hesabını atır. Həmin valideynlərdə onun kart hesabına ödəniş edirlərmiş, lakin Zaurun ona pul göndərməsi yadına gəlmir. Əgər pul göndəribsə belə onu Reabilitasiya Mərkəzində olan qohumu üçün ödəniş üçün göndərmişdir. Çünki ev məsələsi ilə bağlı onun kart hesabına pul göndərməmişdir. Məhkəmə istintaqında şahid X4 ifadəsində bildirmişdir ki, Nərgiz Haqverdizadə onun doğma qızıdır. Qızı Nərgiz 25 iyul 2021-ci il tarixdə zərərçəkmiş şəxs Rauf ilə ailə həyatı qurmuşdur. Nərgiz ilə Rauf ailə qurmamışdan əvvəl yəni 19 iyul 2021-ci il tarixdə qızı Nərgiz bildirmişdir ki, Bakıda sosial evlər var. Raufun bacısı Ramidə qızına demişdir ki, həmin sosial evlərdən birini sizə düzəltmək olar, lakin ilkin ödəniş kimi pul vermək lazımdır. O qızı Nərgizə bildirmişdir ki, ilkin ödənişə o, 20.000 (iyirmi min) manat onlara köməklik edə bilər. Qızıda ondan 20000 (iyirmi min) manat pulu götürərərk Rauf ilə birlikdə getmişlər. Daha sonra təxminən 3-4 saatdan sonra qızı Nərgiz evə gəlmiş və ona Ramidənin vasitəsi ilə tanış olduqları Murad adlı şəxslə nişanlısı Raufla birlikdə Toğana deyilən yerdə görüşüb pulu Murada verdiklərini söyləmişdir. Toydan sonra Rauf ilə Nərgiz Şəmkir rayon Keçili kəndində yaşamış və mütəmadi olaraq onlara gəlib getmişlər. Təxminən 2021-ci ilin iyul ayının sonları avqust ayının əvvəlləri qızı Nərgiz ona bildirmişdir ki, sosial ev üçün əlavə olaraq Rauf Murad adlı şəxslə Gəncə şəhərində kafedə görüşüb 4800 (dörd min səkkiz yüz) manat pul vermişdir. 2021-ci ilin sentyabr ayında qızı Nərgiz ilə kürəkəni Rauf Bakı şəhərinə getmiş və Bakı şəhərində kirayədə yaşamışlar. O qızı Nərgiz ilə mütəmadi olaraq telefonla əlaqə saxlayıb sosial binadan onlara ev verilib-verilməməsi ilə maraqlanmış, Nərgiz isə hər dəfə ona bildirmişdir ki, hələ ki heç bir xəbər yoxdur. Bundan başqa telefonla danışan zaman Nərgiz ona bildirmişdir ki, onlara verilməli olan sosial evdə yaşayan şəxslər hələ evdən çıxmamış, onlar evdən çıxdıqdan sonra sosial ev onlara təhvil veriləcək. Təxminən 2022-ci ilin mart ayının sonları aprel ayının əvvəlləri ərəfəsində kürəkəni Rauf Şəmkir rayonuna gəlmişdir. Həmin vaxt söhbət əsanasında Rauf ona bildirmişdir ki, Murad adlı şəxs onunla görüşüb sosial binadan ev verilməsi məsələsi alınmadığını bildirərək ona verilən 24500 (iyirmi dörd min beş yüz) manatdan 10000 (on min) manatını geri qaytarmışdır. O, özü isə həmin ərəfədə sosial şəbəkələrdə xəbərlərdən oxumuşdur ki, 2022-ci ilin aprel ayında MİDA-da sosial evlər satışa çıxarılacaq. Buna görə Raufa bildirmişdir ki, “İndiyə qədər gözləmişik ona görə də apar pulu Murad adlı şəxsə qaytar biraz da gözləyək”. Bir neçə gündən sonra o Raufdan soruşmuşdur ki, pulu qaytarıb Murada verdinmi?. Raufda ona bildirmişdir ki, həmin pulu təkrar qaytarıb Murad adlı şəxsə vermişdir. Bundan sonra qızı Nərgizgilin ev almaq məsələsi düzəlməmiş və məlum olmuşdur ki, özünü Murad adı ilə təqdim edən şəxs Təqsirləndirilən şəxs adlı şəxsdir və o, qızıgili aldadaraq onların pullarını ələ keçirmişdir. Ona görə də həmin ərəfədə qızı bu barədə DİN-nin 102 xidmətinə zəng edib şikayət etmişdir. Məhkəmə istintaqında Şahid6 ifadəsində bildirmişdir ki, Gəncə şəhəri, “Əlillərin dairəsi” deyilən yerdə kafedə işləyir. 2021-ci ilin iyul ayında bir nəfər tanımadığı şəxs onun işlədiyi kafeyə gələrək ona bildirmişdir ki, ona deyiblər ora pul qoysun və gəlib həmin pulu oradan götürəcəklər. Həmin şəxs telefonda kiminləsə danışmış, telefonu ona uzadaraq bildirmişdir ki, götür danış. O telefonu götürmüş telefondakı şəxsdən kim olduğunu soruşduqda ona bildirmişdir ki, Gəncə-Qəbələ marşurut sürcüsü Fikrətdir danışan. Fikrət onun işlədiyi kafedə dəfələrlə yemek yediyi üçün onu tanıyır. Fikrət telefonda ona bildirmişdir ki, sənə pul verəcəklər sən o pulu götür özündə saxla və həmin sənə verilən pulu onun avtomobilində olan sərnişin gəlib səndən götürəcək”. O, da heç bir etiraz etməmiş və Fikrət ilə telefon danışığını sonlandırmışdır. Tanımadığı şəxs ona sayıb 4800 (dörd min səkkiz yüz) manat pul vermişdir. O həmin pulu götürüb saxlamışdır. Təxminən 1- 2 saatdan sonra Fikrət ilə bir nəfər tanımadığı şəxs kafeyə gəlmişdir. Fikrətdə ona bildirmişdir ki, sənə verilən pul həmin şəxsə çatacaq. O həmin pulu Fikrətin yanında gələn şəxsə vermişdir. Bundan başqa heç bir məlumatı yoxdur. Məhkəmə istintaqında Şahid5 elan olunmuş ibtidai istintaqa verdiyi ifadəsindən görünür ki, bir müddətdir ki, Gəncə-Qəbələ marşurutu üzrə avtobusla sərnişin daşıma fəaliyyəti ilə məşğul olur. Təxminən 2021-ci ilin iyul ayının axrında avtobusla Qəbələdən Gəncəyə gələn zaman avtobusda olan adını sonradan bildiyi Zaur adlı şəxs ona yaxınlaşaraq Gəncədə tanışının ona pul verməli olduğunu və həmin tanışın vaxtının az olmasını bildirmişdir. O isə “Əlillərin dairəsi” adlanan yerdə yanacaq doldurma məntəqəsinin yanında kafesi olan tanışı Nemət adlı şəxs olduğunu və pulu ora qoya biləcəklərini demişdir. Zaur isə ondan xahiş edərək Nemətlə danışmağını və tanışının pulu ora qoymasını istəmişdir. Daha sonra o, Nemətlə danışmış və Zaur adlı şəxsin tanışı gedib pulu Nemətə vermişdir. Onlar Gəncə şəhərinə çatan zaman avtobusda olan sərnişinlər dayanacaqda düşürdükdən sonra Nemət adlı tanışının işlətdiyi kafeyə getmişlər. Onlar ora çatanda o, Nemətə pulun yanında olan Zaura çatacağını bildirmişdir. Daha sonra Nemət pulu Zaura vermiş və Zaur sağollaşaraq oradan uzaqlaşmışdır. O Zaur adlı şəxsi əvvəlcədən tanımamışdır. Məhkəmə istintaqında Şahid4 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun xalası oğludur. Təxminən 2021-ci ilin iyul ayında xalası oğlu Rauf ona bildirmişdir ki, bir nəfərlə görüşməlidir və bu səbəbdən onun idarə etdiyi “Chevrolet Cruze” markalı avtomobili ilə Gəncə şəhərində Univermaq adlanan yerə getməlidirlər. Ona görə o, Raufla Gəncəyə gəlmiş, orada bir müddət gözlədikdən sonra Rauf telefonla danışmış və “Əlillərin dairəsi” adlanan yerə getmək lazım olduğunu demişdir. Onlar “Əlillərin dairəsi” adlanan yerə çatan zaman Rauf avtomobildən enib orada yerləşən kafeyə girmiş, bir müddət sonra kafedən çıxıb avtomobilə əyləşmişdir. O Raufdan ora nəyə gəldiklərini soruşanda Rauf ev almaq üçün pul verdiyini ona demişdir. Bundan sonra onlar yaşadıqları evə qayıdıb getmişlər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: Şahid1 tərəfindən təqdim edilmiş 1 (bir) ədəd diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, diskin içərisində 2 ədəd səs yazısının olması müəyyən edildi. Həmin səs yazısının birincisi 2 dəqiqə 18 saniyə ikincisi isə 9 dəqiqə 17 saniyə davam edir. Həmin səs yazılarında iki nəfər şəxsin (kişi və qadın) səsləri əks olunmuşdur. Belə ki, həmin danışıqlar dialoq formasında davam edir. Həmin danışıqların məzmunu aşağıdakı kimidir. “-salam aleykum Murad müəllim idi danışan? -Bəli? - Murad müəllim idi danışan? -Buyrun edişidirik. -Murad müəllim sizi narahat edən Raufun yoldaşıdı keçən dəfə də danışmışdıq burda Ramidə xanımın qardaşının yoldaşı. -Bəli, bəli Nərgiz xanım -Aha, necəsiz Murad müəllim -Çox sağolun ömrün uzun olsun mən Rauf ilə də danışmışam sizin kartınızda məndədir mən yenə deyirəm keçən səfərdə bunu Ramidə xanıma təkrar eləmişdim əgər onun verdiyi puldan sizin evə keçir siz deyirsiz ki gedib eləmişəm o sosial bina deyil mən deməmişəm o sosial binadır. Sosial pul ayırır ki, tarqovudada sizə ev alıb verə bilir sizə üzür istəyirəm harda desəz ev alıb tarqovudada ala bilir masazırdada ala bilir. -Bilirsiz Murad məllim sizə nəyə zəng vurmuşam heç o məsələlər məni maraqlandırmır belə deyimdə sizə artıq üzr istəyirəm mənim ailəm dağılmaq üzrədir bu problemə görə çünki belə deyimdə iyirmi min manatı kreditnən mən götürmüşəm mənim adıma götürülüb mənim atam ödəyir belə deyim sizə ee o evə ödədiyimiz. -Nə götürmüsüz başa düşmədim. -İyirmi min manat pul götürmüşük ee sizə verilən puldaa ki evə ödəniş üçün iyirmi min manat deyəsən bidə bular dörd min beş yüzmü veriblərmi nə qədərmi iyirmi dörd min manata yaxın pul veriblər yəni mən -Yo dörd min səkkiz yüz manat bəli evə pul keçiriblər Nərgiz xanım. Bəli dörd min səkkiz yüz manat Rauf keçirib. -Bəs iyirmi min manat? -Hə onu bilmirəm onu kim keçirib hara keçirib ondan mənim xəbərim yoxdu o sizin ailəniz bilər mən onu bilə bilmərək axı. -Mənə deyirlərki məsəl üçün sizə veriblərdə məndə artıq bilirsiz necə indi belə deyimdə sizə. -Yo yo sizə səhv məlumat veriblər ondan xəbərimiz yoxdu ama dörd min səkkiz yüz manat Rauf keçirib bəli keçiribdi ondan xəbərimiz var əgər ürəyiniz istəyir çox belə darıxıbsınızsa adama zəng vurum gəlib Raufa o pulu qaytarsın. -Yox bilirsiniz necə Murad məllim belə deyim də yenə deyirəm artıq bizdə bir çox problemlər yarandı bu evə görə. -Bidənə üzr istəyirəm olar mən bidənə səs küylü yerdəyəm Masallıda bazarın qabağında 4 dəqiqəyə yığım. -Olar. -Bu sizin mabilninizdi elə -Bəli bəli mənim nömrəmdir Murad məllim bəli. 2-ci səs -Buyrun Murad məllim üzürlü düşməniniz olsun -Buyrun indi sizin səsinizi yaxşı eşidə bilmirəm e exo verir -Murad məllim hə telefonum əlimdən düşüb dünən biraz narahatçılıq vardı ona görə problem yaranıb telefonumdada yani ee -Necə? -Deyirəm dünən telefonum düşüb əlimdən problem yaranıb telefonumda ona görə -Buyrun eşdirəm sizi buyrun -Yəni belə deyimdə sizə bayaq dediyim kimi vallah uje məndə həqiqətən ailəvi problem yaranıb -Siz nətər deyirsizsə mən on dəqiqəyə həll eliyim məsələni siz deyin mənə məsələni həll eliyim -Yani uje ailəvi problemim yaranıb ev məsələsinə görə uje ailədə narahatçılıqım var -Mən başa düşürəm e siz bax bidənə mənə deyin neynəmək lazımdı yaxşı mənim ancaq yaxşılıq əlimdən gəlir -Bilirəm çox sağolun -Nə lazımdır eləmişəm indi beş gün dala qabağa oldu 6 ay deyilmişdi mən səhv elədim Ramidə xanıma söz verdiyim üçün nəysə də problem yoxdu adamın başına iş gələr. Adamdı beş gün üç gün bir belə vaxt gözləmişim indi siz deyin neyləmək lazımdı eliyim mən -Yəni alınmırsa Murad məllim konkret mənə deyilsin ki bu ev alınmayacaq mən başımın çarəsinə baxımdə -Ay bacı əyağınızın altında ölüm siz mənə diqqərtlə qulaq asın dünənlərim mənə Ramidə xanım mesaj yazıb. Yazıb ki, sabah sizi bilmirəm vallah dəqiq baxmadım Raufdan gəlib yoxsa Ramidə xanımdan sabah sizi Nərgiz xanım polisə verir sizi tutdurur çaşıb qalmışam ki bu bəlkə mənə gələsi nəysə bəs onun ev məsələsi ay sizə qurban olum gedib öyrənib sosial evlər döyül mən sizi izah eləyim sosial nə deməkdi siz sosial pulunuzu ee sosialın evləri şəhid ailələri qazi ailələri lökbatanda olur -Bəli bəli maraqlanmışam bəli -Bu üzr istəyirəm xanım bu ev o deməkdi ki siz 2 il bundan qabaq ipotekaya sosiala yazılmısız bunnan sizə pul ayrılır həmin adamın Ramizin ev tikir Ramizin kürəkənidi həmin sosial şöbəsinin rəisi Oktay Vəliyev öyrənmək istəyirsiz gedin öyrənin görün oların rəhbəri kimdir. O bizim rayonlumuzdu Soltanovka kəndindəndir onun arvadı mənim bacımla bir qrupda və bir sinifdə oxuyublar onlar mən o ramidə xanıma lap əvvəldən demişdim beş ay altı ay indi mən o qədər özüm özümə güvənən adamam dedim əşi bu günə sabaha eləyəcəm özüm səhlənkar adam min dənə də işim var indi siz keçən səfər də mənə dediz ki, mənə problemdir xəstəyəm -Bəli bəli ay sağol üzr istəyirəm bəli yəni mənim vəziyyətim bu dəqiqə belədidə deyim ki həkimlər bir yandan o iyirmi minlik kredit bir tərəfdən -Bacı mən bilirəm məndə məndə indi bilirəmdə əşşi oo mən Raufa demişdim ikinci ayda beş yüzünüdə ver problem yoxdu mən on dəqiqəyə sizin kart nömrənə göndərim -Yox ona mən Murad məllim yenə deyirəm heç o evin kirayəsi mənim üçün maraqlı da deyil mənə bu dəqiqə evimi axtarıram bir təhəri evin hamı əzyət çəkir hamı kirayələrdə qalır yəni eybi yoxdu kirayənin -Ona söz yox mən başa düşürəm mən sizə vallah dedim ki, mən Ramidə xanımla mən münasibət pozulmasın deyə bu işi görmədim ki, mənnən heç bir kəlmə xaiş elədi mənə dedim Ramidə xanım mənim əlim çatır bu işə qurbandı mən həll edərəm plyusda mənim gəzmədiyim ölkə yoxdu mən demişəm ki Rauf kimi mərifətli qanacağlı adam iki üç nəfər rastıma çıxıb. Kim deyə bilər mən sizin pulunuzu yemişəm pulunuzu alıb aldatmışam mənə mesaj yazıb ki, yox siz bizi aldatmısız sosial deyil ay kişinin qızı pul ayrılır sizə altmış min səkkiz yüz azn pul ayrılır sizin iki otaqlı evin nəğd pulun verir sosial ev kimi sizə aformut olunur siz bu şərləri bilib niyə rüşvət verdiniz beşyüz mant altı nəysə sizin çox başınızı ağrıtmıyaq -Murad məllim əstafurullah sizə belə deyimdə -Sizə izah eləmək istəyirəm ki bilmirəm Ramidə xanım sizə deyirsə ki iyirmi min manat almışam məndədi? Hə deməli məndədi problem yoxdu -Yox bilirsiz necə mən indi iyirmi min manatın kreditini mən ödəyirəm ailəm ödəyir mən sizə açığını danışıram -Siz deyirsiz mən hansı iyirmi mindən danışırsızsa mən o iyirmi min manatdan xəbərim yoxdur. -Aydındı çox sağolun Murad məllim elə mənim üçündə əsas maraqlı məsələ orası idi çox sağolun təşəkkür eləyirəm -Bəli mən məlumatlıyam dörd min səkkiz yüz azn bəli aparıb Gəncədə toğanaya gedəndə ee kim götürüb harda götürüb yəni pul problem deyil istəyirsizsə bu dəqiqə zəng vurub deyim vallah imtina eləyirlər sroçnu adamın problemi çıxıb pulu ödə -Bilirsiz yenə deyirəm e bayaq dediyim kimi di artıq mənim ailəmdə narazılıq edir ki bala noldu bax bu e çünki bizə -Üzr istəyirəm Nərgiz xanım iyirmi min dedin mən ondan narahat deyiləm allaha şükür mənim hər şeyim var am o iyirrmi mindən mənim xəbərim yoxdur dörd min səkkiz yüz azn ilkin ödəniş ödənilməyindən bəli xəbərim var Ramidə xanımda bilir onu Rauf məllimdə bilir məndə sizə deyirəm mənim əlimdən kişilik gəlir şərəfsizlik yox -Çox sağolun əstağfurullah yox allah razı olsun -Lap bu gün gözlüyün mən danışacam obed vaxtı dı danışım mən bidənə Anar məllimlə onun köməkçisiylədə bu gün olar saat üçdə dördün yarısı -Murad məllim o deyirə minə dözən min birədə dözər dözəcik dözmüşük əlbəttə ki olar dözərik gözləyərik -Xanım çox çox üzr istəyirəm mən yenə deyirəm e indi allaha şükür Ramidə xanımada bir iki dəfə dedim mən yenə deyiəm sizin pulunuza nə ehtiyyacım var mənim allaha şükür özüm mənim hələ masallıya perevod olduğum iki ay deyil hələ əlli bir min özümün nisyəm var mənim allaha min şükür işi gücüm mən bir şey eləmədim Ramidə xanımla sağolsun indi kim indi köməy eləyəcəm alacaq bu işin yarımçığından sizdə ayrılsaz inansınız o pulu yenə mən özümdən verərəm ama o evdən vaz keçmərəm puldan narahatsınızsa mən sizə o pulu bu gün vurdurum kartınıza -Mən açığını dedim də sizə belə deyim bir qohum kimi bir yaxın adam kimi sizə açığını dedimdə ki mənim büdcəmdən iyirmi min manat pul çıxıb kredit götürmüşük mənim atam iyirmi min manat pul götürüb ki eybi yox evladımdı oğlumda yoxdur getsin ev alsınlar düzəldib vermişim bulara hər ayda atam iyirmi min manat kreditin pulunu özünüz bilirsiz də indi faizlər necədi nətərdi indidə onun ödənişi ödəyir hər ay onu ödəyir ii plyus bizim kirayəyə kömək edir maşının kreditinə kömək edir yəni belə deyimdə artıq mənim gürürum götürmür və narazıçılıq yaranır və mənim üçün artıq problemdir və mən bayaxda sizə qeyd elədim ki, yani artıq mənim ailəmdə söz söhbət yaranıb və mən çıxıb getmək istəyirəm açığını dedim sizə ki, artıq yəni çox -Əşşi adam puldan ötəri ailəsini dağıtmaz -Tək puldan ötəri yox Murad məllim ortada olan bax görsüz deyirsiz mənim xəbərim yoxdur ama mənə deyirlər ki belə ona görə mənim artıq yəni xoşuma gəlməyən söhbətlər gedirdə ortada ona görə qaldım belə -Nə deyirdiz xanım -Mənə deyiblər ki sizə vermişik pul sizdədir ama görsüz siz deyirsiz ki mənim xəbərim yoxdu yəni məsələ orasıdır ki, məni qıcığlandıram məqəm odu ki, niyə yalan deyirlərki məsəlçün sizə vermişik ama əslində sizə verilmiyib bəs bu pul hanı o pul çox əzyətlə qazanılıb və əzyətlədə ödəyir mənim atam yəni pislik eləməyibki deyib ki ev alım getsin özünün evi olsun ailə olsun yani sizdə bir atasız qız atasısınız yəqin ki məni başa düşərsiziniz mən nə demək istəyirəm bu zamanədə iyirmi mini qazanmaq hər oğulun işi deyil vallaha öz tükümüzün üzərində duran admalarıq hər hansı bir əlavə gəlirimiz yoxdur özdə birinci qrup əlil anam var bir dənədə işləyən atamdır. Oda həkimlərində ki maaşı üç yüz manatdır onuda özünüz maraqlana bilərsiniz ki həkim nə qədər maaş olur stamatoloq temboluda ki vurub salıblar siğorta sistemi ilə bunların hamsı ilə üç yüz manat maaş alır onla bir tərəfdən evi dolandırmağa çalışır bir tərəfdəndə mənim kreditimi ödəməyə çalışır ki getsin uşağım ailə olsun amma burda artıq görürsüz ki fərqli məqamlar çıxır ortaya yəni yenə deyirəm deyirsiz ki, dözün mən problem yoxdu sizin sözünüzlə bir əmim kimi bir qohumum kimi dözərəm deyirsiz heçnə gözləyərəm səbirlə dözərəm görək bu işin axrı hara gedir necə olur -Başa düşdüm e siz birdənə o iyirmmi mini aydınlaşdırın dörd min səkkiz yüz məlumatlıyam ama o iyirmi mindən mənim xəbərim yoxdur -Aydınlaşdıracam Murad məllim aydınlaşdıracam siz yani narahat olmayın -Mən saat beşdə sizi yığacam mənim onun haqqında məlumat verərsiz. Bəli? -Baş üsdə baş üsdə narahat olmayın. Yox pul heç mən yenə deyirəm təki ev düzəlsin -Hə o iyirmi mindən şətəfim haqqı mənim xəbərim yoxdu mənə desəydi ki mənə yalandan denən Nərgiz xanıma bəli Nərgiz xanıma yalandan aldadardım deyərdim ki bəli o iyirmi min məndədi ama məndə iyirmi mindən xəbərim yoxdu dörd min səkkiz yüz manat ilkin ödənişi verməyindən xəbərim var indi siz gözləyin mən danışacam günortadan sonra özüm -Murad məllim sizdən bir dənə xaişim olacaq bütün gedişatları bu səfər mənə bildirin olarmı? -Necə? -Gedişatların hamsını mənə bildirin.Nömrəmdə var sizdə nə vaxt isdəsəniz birdənə nı gedişat varsa mənə deyin -Mən heçnə eləməyəcəm sizi sosial müdafiə bu gün çağırtdıracaq ora siz gedəssiniz ikinci mərtəbədə görəssiz kimlə görüşürsüz adam -Yaxşı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-**, ***-***-**-**, ***-***-**-** saylı mobil nömrələrə, Şahid1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə və ***-***-**- ** saylı mobil nömrəyə daxil olmuş sms və zənglərin və anten dairələrinə dair mümkün məlumatlarını özündə əks etdirən diskdən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-**, ***-***-**-**, ***-***-**-** saylı mobil nömrələrə Şahid1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə və ***-***-**-** saylı mobil nömrəyə smslər, zənglər daxil olmuş, həmçinin qeyd edilən mnobil nömrələrdən digər mobil nömrələr zənglər, smslər yazılmışdır. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə 21 avqust 2021-ci il tarixdən ***-***-**-** saylı mobil nömrə isə 25 noyabr 2021-ci il tarixdən siqnal verməyə başlamışdır. Zaur Mirzəliyevin digər istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin anteni 10 iyul 2021-ci il tarixdə Gəncə şəhərindən anten verir. X8 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə 2021-ci ilin iyul ayında Zərərçəkmiş şəxs istifadəsinə olan ***-***-**-** saylı mobil nömrə ilə xeyli sayda danışıqları olmuşdur. Zaur Mirzəliyevin istifadəsində olan hər üç nömrənin zəng statiskasına baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi Ramiz adlı şəxsə məxsus olduğunu bildirdiyi ***-***-**-** saylı mobil nömrə ilə telefon danışığı qeydə alınmamışdır. Baxış zamanı müəyyən edildi ki, ***-***-**-** saylı mobil nömrə Zərərçəkmiş şəxs məxsus deyil texniki səhvlik olmuşdur. Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrələrə daxil olmuş sms və zənglərin və anten dairələrinə dair mümkün məlumatlarını özündə əks etdirən diskə baxış keçirilmiş baxış zamanı müyyən edilmişdir ki, Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə müxtəlif mobil nömrələr smslər, zənglər daxil olmuş, həmçinin Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən digər mobil nömrələr zənglər, smslər yazılmışdır. Bundan başqa diksə baxış zamanı 2021-ci ilin iyul ayında yəni Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı dələduzluq etdiyi tarixdə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrə ilə dəfələrlə telefon danışıqları olmuşdur. Həmçinin 2021-ci ilin iyul ayında Zərərçəkmiş şəxs anteni Gəncə şəhəri Yeni avtovağzalın yaxınlığında siqnal verirmişdir. "xxxx" ASC-dən əldə edilmiş X2 adına olan kart hesablarından edilmiş bank əməliyyatlarına dair çıxarışlardan görünür ki, Təqsirləndirilən şəxs dediyi vaxtda yəni 04 iyul 2021-ci il tarixdə Ramidə İbrahimovanın kartına heç bir hesabdan 750 manat mədaxil edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Məhkəmə-fonoskopik ekspertizasının 17 oktyabr 2022-ci il tarixli 4/1324-4/1337 nömrəli rəyindən görünür ki, 1.Ekspertizaya təqdim olunmuş 1 ədəd ağ rəngli optik diskdə olan mübahisəli fonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir. 2.Ekspertizaya təqdim olunmuş 1 ədəd ağ rəngli optik diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətlərində “K-1” kimi işarə olunmuş diktorun səsi və nitqi X5, “Q1” kimi işarə olunmuş diktorun səsi və nitiq Şahid1 qıızna məxsusdur. 3.Ekspertizaya təqdim olunmuş 1 ədəd ağ rəngli optik diskdə olan mübahisəli fonoqramlardakı danışıq hissələrində məntiqi rabitənin itməsi, akustik şəraitin və iştirakçı diktorların emosional vəziyyətlərinin situasiyası ilə əsaslanmayan dəyişmələri, keçid prosesləri üçün xaraketrik siqnallar kimi montaj əlamətləri müəyyən olunmadı. Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2023-cü il tarixli, 1386 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserində qeydiyyatda durmur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Qəbələ Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 69.4cü maddəsinə əsasən 2000 manat cərimə cəzası tətbiq edilmişdir. Bundan başqa o, Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 3500 manat cərimə cəzasına məhkum edilmişdir. Həmçinin onun Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CPM-nin 40.2.2-ci maddəsinə əsasən xitam edilmişdir. Eyni zamanda o, Qəbələ Rayon Məhkməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsili bilinərək 01 (bir) il 06 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(125)-5/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddətinin əvvəli 30 iyun 2022-ci il tarixdən hesablanmışdır. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(125)-94/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 30 sentyabr 2022-ci il tarixdək uzadılmışdır. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(125)-143/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 30 noyabr 2022-ci il tarixədək ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında təqdim etdiyi xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmişdir və onunla barışmışdır. Onun Təqsirləndirilən şəxs şikayəti və tələbi yoxdur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə qanunsuz və əsassız olaraq özgənin əmlakını ələ keçirmək məqsədi ilə 19 iyul 2021-ci il tarixdə Şəmkir rayon sakini Zərərçəkmiş şəxs Bakı şəhəri, Nizami rayonu, Xalqlar Dostluğu metrosunun yaxınlığında yerləşən Sosial Müdafiə Nazirliyinin nəzdində olan binadan ev alıb verməyə köməklik edəcəyi barədə qəsdən yalan vədlər verib, aldadaraq Göygöl rayonu, Toğanalı kəndində Zərərçəkmiş şəxs məxsus 20.000 (iyirmi min) manat pulunu ələ keçirdərək xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə qanunsuz və əsassız olaraq özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2021-ci ilin iyul ayının sonlarında, günü istintaqa dəqiq məlum olmayan tarixdə Şəmkir rayon sakini Zərərçəkmiş şəxs Bakı şəhəri, Nizami rayonu, Xalqlar Dostluğu metrosunun yaxınlığında yerləşən Sosial Müdafiə Nazirliyinin nəzdində olan binadan ev alıb vermək üçün növbəyə saldırcağı barədə qəsədən yalan vədlər verib aldadaraq 4800 (dörd min səkkiz yüz) manat məbləğində pulu Gəncə şəhəri, Əlillərin dairəsində yerləşən “Gürcü Xəngəli” adlı kafedə işləyən Şahid6 verdirmiş, daha sonra isə həmin kafedən 4800 (dörd min səkkiz yüz) manat məbləğində pulu götürərərək zərərçəkmiş Zərərçəkmiş şəxs 4800 (dörd min səkkiz yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə qanunsuz və əsassız olaraq özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2022-ci ilin mart ayının sonlarında, günü istintaqa dəqiq məlum olmayan tarixdə Şəmkir rayon sakini Zərərçəkmiş şəxs Bakı şəhəri, Nizami rayonu, Xalqlar Dostluğu metrosunun yaxınlığında yerləşən Sosial Müdafiə Nazirliyinin nəzdində olan binadan ev alıb vermək üçün növbədə qabağa saldıracağı barədə qəsdən yalan vədlər verib aldadaraq 5000 (beş min) manat məbləğində pulu Bakı şəhəri Gənclik Mall ticarət mərkəzinin qarşısında Zərərçəkmiş şəxs məxsus 5000 (beş min) manat pulunu ələ keçirib dələduzluq etmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə, işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə qarşı təkrarən dələduzluq cinayəti törətmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, məhz 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif olunmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. “İnsan Hüquqlarının və X6 Haqqında” 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs təqsirini etiraf edərək, əməlindən peşman olmasını və zərərçəkmiş şəxsə dəymiş zərəri tam ödəməklə barışıq əldə etməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən, təkrarən və xeyli miqdarda ziyan vurmaqla dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. Həm də burada söhbət təkcə maddi zərərdən getmir. Əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Məhkəmə onu da nəzərə çatdırır ki, heç şübhəsiz ki, sosial ədalətin bərpası zərərçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini-məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərə uyğunluğunu təmin etməlidir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cinayət işinin məhkəmənin icraatında olduğu müddətdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsində nəzərdə tutulmuş tələblərdən birinə, yəni zərərçəkmiş şəxslə barışmasına və dəymiş ziyanı tamamilə ödəməsinə baxmayaraq, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödənilməli olan ödənişi maddi imkansızlıq səbəbindən ödəmək iqtidarında olmadığına görə ona həmin maddədə nəzərdə tutulmuş cərimə cəzasını təyin etməyi məqsədə müvafiq hesab etmir və bu baxımdan cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmin Məcəllənin 52-1.3.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək əlavə vəzifəsi müəyyən edə bilər. Odur ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan Qəbələ şəhəri, X.B.Natəvan küçəsi, ev 2 ünvanını axşam saat 23:30-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qəbələ rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İttiham hökmü qanuni qüvvəyə minənədək təsqirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət-Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə və ev dustaqlığında saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 30 iyun 2022-ci il tarixdən 30 noyabr 2022-ci il tarixədək həbsdə və ev dustaqlığında olmuşdur. Odur ki, həmin 05 (beş) ay müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın 01 günü azadlığın məhdudlaşdırılması cəzasının 02 gününə bərabər tutularaq cəmi 10 (on) ay müddət təyin ediləcək cəzadan çıxılmalı və təqsirləndirilən şəxsin üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs danışıqlarının saxlanıldığı səs yazıları olan cəmi 07 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəfləri ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 300 (üç yüz) manat pul Təqsirləndirilən şəxs tutulub X3, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Eyni zamanda, Qəbələ Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli 5(025)- 77/2022 nömrəli qərarı ilə, ********* nömrəli cinayət işi üzrə ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin 0.07 ha torpaq sahəsinin Təqsirləndirilən şəxs məxsus hissənin üzərinə qoyulmuş həbs götürülməlidir. Məhkəmə dövründə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 100 (yüz) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına (03 may 2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına 600 (altı yüz) manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 30 iyun 2022-ci il tarixdən 30 noyabr 2022-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu 05 (beş) ay müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutularaq cəmi 10 (on) ay müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan Qəbələ şəhəri, X.B.Natəvan küçəsi, ev 2 ünvanını axşam saat 23:30-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qəbələ rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası yaşayış yeri üzrə İcra və Probasiya qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış 07 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. Qəbələ Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli 5(025)-77/2022 nömrəli qərarı ilə ********* nömrəli cinayət işi üzrə ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin 0.07 ha torpaq sahəsinin Təqsirləndirilən şəxs məxsus hissənin üzərinə qoyulmuş həbs götürülsün. İş üzrə məhkəmə-fonoskopik ekspertizasının keçirilməsinə xərclənmiş 300 (üç yüz) manat pul Təqsirləndirilən şəxs tutulub X3, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 600 (altı yüz) manat məbləğində pul Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar