Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-230/2024 09.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət verən X10, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X3 və X4 iştirakı ilə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 və X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmalarına dair xüsusi ittihamçı X11 şikayətinə məhkəmənin inzibati binasında məhkəmənin açıq hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X16 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X5 və X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148.1-ci maddələrinə əsasən cinayət məsuliyyətinə cəlb edilib cəzalandırılmaları barədə ittiham hökmü çıxarılmasını xahiş etmişdir. X16 şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının vətəndaşı ünvan 1 ünvanında qeydiyyatda olan Gəncə şəhəri Sevinc qəsəbəsi 32-ci kücədə yaşayan X5 və gəlini ünvan 3 ünvanında qeydiyyatda olan və yaşayan X6 ilə əlbir olaraq xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixədək müxtəlif tarixlərdə kütlə icərisində, “ARB TV” kanalının “Səni Axtarıram” verlişində və internet informasiya ehtiyatında yalan olduğunu bilə-bilə şərəf və ləyaqətimi ləkələyən və nüfuzdan salan məlumatlar, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atmış və internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və hesablardan istifadə edərək qəsdən böhtan ataraq təqir etmişdilər. xx.xx.2023-cü il tarixdə X9 və gəlini X6 ilə birlikdə “ARB TV” kanalında yayımlanan “Səni axtarıram” verilişinin “YOUTUBE” internet səhifəsində həmin tarixdə efirə getmiş verlişlərin “YOUTUBE”da yerləşdirilmiş video rolikində rəy bölməsində saxta istifadəçi adlar, profil və hesablardan istifadə edərək onun və ailəsi haqqında həqiqətə uyğun olmayan məlumatlar yaymış, qəsdən böhtan ataraq təhqir etmişlər. Belə ki, X5 “opalitramizdahermovzuvar2216” profili ilə gəlini X6 isə “öuservvk31u5bn1s” profilindən istifadə etmişdir. xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək internet informasiya ehtiyatı olan sosial şəbəkə YouTube-da X3 özünə məxsus “PALİTRAMİZDA HER MÖVZU VAR” Tv-kanal səhifəsində şəxsiyyətini təhqir etmiş, şərəf və ləyaqətini alçaltmış, işgüzar nüfuzuna xələl gətirən ifadələr işlətmişdir. Bu barədə onun tərəfindən Gəncə şəhər BPİ-ə müraciəti olmuşdur. Müraciət Gəncə şəhər BPİ-nin İstintaq Təhqiqat İdarəsinin Təhqiqat bölməsində polis kapitanı Zeynalov Samir tərəfindən araşdırılmış təqdim edilmiş video sübut məhkəmə-linqvistik ekspertizasına göndərilmişdir. xx.xx.2023-cü il tarixində paylaşdığı videolar xx.xx.2023-cü il tarixli məhkəmə-linqvistik ekspertirzasın 4/498 nömrəli rəyində şəxsin şəxsiyyətini təhqir edən, şərəf və ləyaqətin alçaldan, işgüzar nüfuzuna xələl gətirən ifadələr işlətməsi təsdiqini tapmışdır. xx.xx.2024cü il tarixindən xx.xx.2024-cü il tarixədək X5 internet informasiya ehtiyatı olan sosial şəbəkə Tik-Tok-da “Rəssam Təranə” profili açaraq böhtan ataraq yalan olduğunu bilə-bilə şərəf və ləyaqətini ləkələyən və nüfuzdan salan məlumatlar yaymış, ağır və xüsusi ilə ağır cinayətdə ittiham etməklə böhtan atmış və şəxsiyyətini şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmışdır. X5 gəlini X6 ilə birlikdə əlbir olaraq ondan qəsdən qisas almaq məqsədi ilə saxta istifadəçi adlar, profillər (Ya zehra ,Zehra, Allah bana yeter224.Terane müellime Ya Zehra, Əsgər yarı Zəhra, (9 AMOR FAAT, 06... (3 nöktə), 6 sadece sen...99 və sadece, sen.....99) hesablardan istifadə edərək qəsdən böhtan ataraq ağır cinayyət törətməkdə ittiham etmiş və təqhqir etmişdilər. ünvan 4 ünvanında qeydiyyatda olan və yaşayan X6 xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində Bakı şəhəri, Yasamal rayonu, X17, 2-də yerləşən və faliyyət göstərən KİV olan ARB telekanalnın “Səni axtarıram” verlişində canlı efirdə iştirak edərək yalan olduğunu bilə-bilə şərəf və ləyaqətini ləkələyən və nüfuzdan salan məlumatlar, dələduzluqda ittiham etməklə cinayətkar olmaqda ittiham etməklə böhtan atmış və təhqir etmişdir. Həmin verlişlərin YOU TUBE internet səhfəsində yerləşdirilmişdir X6 “Həyatım 888” saxta istifadəçi adı, profil və hesabdan istifadə edərək ona və ailə üzvülərinə qəsdən böhtan ataraq təqhqir etmişdir. X6 xx.xx.2024-cü il tarixdə internet informasiya ehtiyatı olan sosial şəbəkə Tik-Tok da profil acaraq yalan olduğunu bilə-bilə şərəf və ləyaqətini ləkələyən və nüfuzdan salan məlumatlar, dələduzluqda ittiham etməklə cinayətkar olmaqda ittiham etməklə böhtan atmış və təhqir etmişdir. Təqdim olunmuş sübutlar sübut edirki X5 və gəlini X6 şikayyət ərizəsində qeyd olunan əməlləri Azərbaycan Respublikasının Cinayyət Məcəlləsinin 19-cu fəsil Şəxsiyyətin azadlıqı və ləyaqəti əlehinə olan cinayyətlər qurupuna aiddir. X1 Tural Arif oğlu haqqında yalan olduğunu bilə-bilə şərəf və ləyaqətini ləkələyən və nüfuzdan salan məlumatları İnternet informasiya ehtiyatında yaymaqla, ağır cinayətdə ittiham etməklə böhtan atmış və saxta istifadəçi adlardan, profil və ya hesablardan istifadə etməklə böhtan ataraq və təhqir etmişdir. X3 bu əməlləri Azərbaycan Respublikasının Cinayyət Məcəlləsinin 147.2 və 148.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibini yaratmışdır. X2 Tural Arif oğlu haqqında yalan olduğunu bilə-bilə şərəf və ləyaqətini ləkələyən və nüfuzdan salan məlumatları media və internet informasiya ehtiyatında yaymaqla yanaşı saxta istifadəçi adlardan, profil və ya hesablardan istifadə etməklə böhtan ataraq və təhqir etmişdir. X4 bu əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibini yaratmışdır. Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X16 şikayətin mahiyyətinə uyğun izahat verərək onun icraata qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X5 işin icraata qəbul edilməsindən imtina edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X6 işin icraata qəbul edilməsindən imtina edilməsini xahiş etmişdir. Məhkəmə xüsusi ittiham qaydasında şikayət verən və barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxsləri dinləyib, şikayətlə tanış olaraq hesab edir ki, şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsinə əsasən ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin “Təhqir” adlanan 148-ci maddəsində təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma kimi göstərilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 299.1, 299.3 və 299.3.3-cü maddələrinin tələblərinə görə məhkəmənin hazırlıq iclası xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması və şikayətin məzmununun məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılmalıdır. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1- 293.3.7-ci maddələri). Həmin qərarda məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. 293.3.2-ci maddəsinə görə şikayətdə törədilmiş cinayət barədə məlumatlar, yəni cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansi əməlin törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu əks olunmalıdır. 293.3.4-cü maddəsinə əsasən şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilir. 293.3.6-cı maddəsinə əsasən şikayətin verildiyi tarix (il, ay və gün) və yer göstərilməlidir; 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərarlar çıxarır. Şikayət ərizəsində X5 və gəlini X4 məhz hansı əməlləri ilə X12 ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atmaları göstərilməmişdir. Eyni zamanda, X5 və gəlini X4 X12 ağır və xüsusilə ağır cinayətlər kateqoriyasına aid olan məhz hansı cinayətdə ittiham etmələri göstərilməmişdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin a yarımbəndinə əsasən, «cinayət törətməkdə ittiham olunan hər kəs ən azı digər hüquqlarla yanaşı ona qarşı irəli sürülmüş ittihamın «xarakteri və əsasları» haqqında bildiyi dildə dərhal və ətraflı məlumatlandırılmaq hüququna malikdir». Azərbaycan Respublikası CPM-nin 91.5.1-ci maddəsinə əsasən, «nədə təqsirləndirildiyini bilmək (ittihamın məzmunu, verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi)» təqsirləndirilən şəxsin hüququdur. Bununla da, xüsusi ittiham qaydasında verilmiş şikayət hazırlanarkən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3.2-ci maddəsinin tələbləri pozulmuşdur. Bundan başqa, xüsusi ittiham qaydasında şikayətdən görünür ki, X16 şikayət ərizəsində şikayətin verildiyi yeri göstərməmişdir. Bununla da, xüsusi ittiham qaydasında verilmiş şikayət hazırlanarkən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3.6-cı maddəsinin tələbləri pozulmuşdur. Beləliklə, məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayətin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun tərtib edilməməsini nəzərə alaraq hesab edir ki, iş üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X3 və X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmalarına dair xüsusi ittihamçı X11 şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Orxan Cəfərli
Məhkəmə qərarları › İş №1(125)-230/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-230/2024
09.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver