Məhkəmə qərarları › İş №1(125)-232/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-232/2023

10.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-232/2023 10.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, məhkəmə iclas katibi Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx.xx.1982-ci il Gəncə şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Gəncə şəhəri DOS 102, bina 145, mənzil 9-da yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 00:30 radələrində ünvan 1 ünvanında kirayədə yaşayan baçısı Şahid yanına qonaq gəlmiş, Zərərçəkmiş şəxs ilə şəxsi münasibət zəminində aralarında baş vermiş mübahisə zamanı,sonuncunun sifət nahiyəsindən sillə ilə vurub yerə yıxaraq, ona sağ diz nahiyəsinin əzilmiş yarası yumşaq toxumlarının əzilməsi yarasıdərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa “Yüngül” zərər vurmaya aid bədən xəsarətləri yetirməklə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə böyük ictimai təhlükə törətməyən aşkar cinayətə dair məhkəməyədək sadələşmiş icraat materialı üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Gəncə şəhərində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Şahid alt qonşularıdır. Əvvəllər münasibətləri normal olmuşdur. Zərərçəkmiş şəxs da Qiyafətin qardaşıdır, onunla münasibəti olmayıbdır. xx.xx.2023-cü il tarixdə saat 00:30 radələrində yaşadığı evdə olan zaman alt qonşularında kirayədə yaşayan Qiyafətgildən səs-küy gəldiyini eşitmişdir. Həmin şəxslər onları narahat etdiyi üçün o da alt qonşuya düşüb, qapını döymüşdür ki, səs küy saldıqları üçün narazılığını bildirsin. Bu zaman qapını Zakir açmış və o, Zakirə səs-küy salmamaqlarını dedikdə, Zakir bacısı Qiyafətin öz uşağının üstünə qışqırdığını demişdir. Bu zaman Zakir və bacısı Qiyafət onun üstünə qışqırdıları üçün o da Zakirin sifət nahiyyəsindən şillə ilə vurmuşdur. Həmin vaxt Zakir yerə yıxılmışdır. Qiyalət də onu bloka itələmiş və qapını örtmüşdür. O da yenidən qapını döymüşdür ki, onlar qapını açsınlar, Lakin Qiyafət qapını açmamış, o da çıxıb getmişdir. Hal-hazırda Mirzəyev Qaliblə barışmışlar, onların barışması barədə Mübariz tərəfindən verilmiş və notarial qaydada təsdiqlənmiş barışıq ərizəsini məhkəməyə təqdim etdi və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs məhkəməyədək sadələşdirilmiş icraat zamanı izahatında bildirmişdir ki, Gəncə şəhərində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Şahid bacısıdır. xx.xx.2023-cü il tarixdə bacısı Qiyafətgilə qonaq gəlmişdir. xx.xx.2023-cü il tarixdə saat 00:30 radələrində bacisigildə olan zaman bacısı Qiyafət öz qızının üstünə qışqırmışdır. Bu zaman adı sonradan ona məlum olan Ədalət adlı şəxs gəlmiş və onların qapısını döymüşdür. O, qapını açmış və Ədalət ondan nə üçün səs saldıqlarını soruşmuşdur. O da Ədalətə bacısının öz uşağının üstünə qışqırdığını, üzürlü saymasını demişdir. Lakin bu zaman qapının önündə Ədalət onun sol sifət nahiyyəsindən şillə ilə bərk vurmuşdur. O da həmin an nə olmasını başa düşməmiş və arxaya çəkilmişdir. Arxaya çəkilən zaman zərbənin təsirindən yerə yıxılmışdır. Bu zaman bacısı Qiyafət Ədaləti aralamışdır ki, onu vurmasın. Bundan sonra isə Ədalət çıxıb getmişdir. O da, 2-ci Polis Şöbəsinə gəlib Ədalətin onu döyməsi barədə ərizə ilə müraciət etmişdir. İş materiallarına əlavə edilmiş Məhkəmə Tibbi Ekspertiza və X3 X7 xx.xx.2023-cü il tarixli 212 saylı Rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər sağ diz nahiyəsinin əzilmiş yarası, yumşaq toxumalarının əziməsi, hematoması və qançırı, sol yanaq nahiyəsinin selikli qişasının əzilmşi yarası bərk KÜT əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Moskva Şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 162-ci maddəsinin 4-cü hissəsinin A bəndinə əsasən təqsirli bilinib 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət işinin 12-14-cü vərəqələrində olan 17 fevral 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə ünvan 2 ünvanında baş vermişdir. 04 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs adına Gəncə şəhəri Mənzil İstismarı hissəsinin 2 nömrəli Mənzil İstismar Sahəsi tərəfindən tərtib edilmiş və materiala əlavə olunmuş xasiyyətnamədən görünür ki, Gəncə şəhəri DOS 102 nömrəli hərbi şəhərçik olan bina 145, mənzil 9-da anası ilə birlikdə yaşayan Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs 06 aprel 2023 -cü il tarixli notarial ərizəsindən görünür ki, o, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır və onu bağışlayır. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tam ödənildikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72- 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Cinayət işinin materiallarından görünür ki, X5 əvvəllər Azərbaycan Respublikası CM-nin 72 və 73-cü maddələri ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən azad olunmamışdır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş, cinayət törətdikdən sonra zərərçəkmiş şəxslə barışıb ona dəyən ziyanı tamamilə ödəmişdir. Azərbaycan Respublikasının CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikasının CPM-nin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, CM-in 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs, həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət təqibinə xitam verilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə 8 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, işlədiyi vəkil bürosunun hesabına 48 (qırx səkkiz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia, ekspertiza xərci və xüsusi müsadirə olunacaq əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin40.3, 43.2.1, 321 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 128-ci mаddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinаyət məsuliyyətindən аzаd edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 48 (qırx səkkiz) manat məbləğində pul keçirilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və yа protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar