Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-234/2025 12.03.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X8 Umud oğlunun sədrliyi, məhkəmə iclasının katibi X6 oğlunun katibliyi, dövlət ittihamçısı -Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxx 1974-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Gəncə şəhəri, Avtozavod qəsəbəsində yerləşən ünvansız fərdi yaşayış evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq kustar üsulla hazırlanmış psixotrop maddə olan “metamfetamin”i xeyli miqdarda əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxt və mənbədən xeyli miqdarda, yəni təmiz çəkisi 0.499 qram psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, 18 iyun 2025-ci il tarixdə saat 01:00 radələrində Gəncə şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Gəncə şəhəri, Eminbəyli küçəsi ilə Cavadbəy Rəfibəyli küçəsinin kəsişməsində saxlanılaraq üzəri yoxlanılan zaman əynində olan göy rəngli cins şavarının kiçik sağ yan cibindən 1 ədəd sellofan bükümün içərisində olan 1 ədəd ağ kağız bükümdə təmiz çəkisi 0,499 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan vaxt və mənbədən xeyli miqdarda, yəni təmiz çəkisi 0.480 qram psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, 18 iyul 2025-ci il tarixdə saat 03:17 radələrində Gəncə şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanının qarşısında saxlanılaraq üzəri yoxlanılan zaman əynində olan açıq boz rəngli cins şalvarın kiçik sağ yan cibindən 1 ədəd sellofan bükümün içərisində olan 1 ədəd ağ kağız bükümdə təmiz çəkisi 0,480 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, o, uzun müddətdir narkotik vasitədən istifadə edir. 17 iyun 2025-ci il tarixdə Gəncə şəhəri, D.Qorqud küçəsi ilə piyada hərəkət edən zaman yol kənarında olan kibrit qutusu diqqətini çəkmiş və götürmüş açıb baxarkən onun içərisində sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə olmuş və lazım olanda istifadə edər deyə götürüb üzərində saxlamışdır. 18 iyun 2025-ci il tarixdə saat 01:00 radələrində Gəncə şəhəri, Eminbəyli küçəsi ilə piyada hərəkətdə olan zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşmış, özlərini təqdim etdikdən sonra onların polis əməkdaşları olduğunu bilmişdir. Ona nədən şübhəli olduğu bildirildikdən sonra üzəri yoxlanılmış və əynində olan cins şalvarın kiçik sağ yan cibində olan psixotrop maddə metamfetamin aşkar edilmişdir. Onda aşkar edilmiş metamfetamin elektron tərəzidə çəkilmiş, daha sonra onun iştirakı ilə qablaşdırılmışdır. Bundan başqa xx.xx.2025-ci il tarixdə axşam saatlarında Gəncə şəhər “Məhrəsə bağı” deyilən yerdə yolun kənarında xüsusi olaraq büküldüyü üçün sellofan bükümü onun diqqətini çəkmiş və götürüb içinə baxan zaman içərisində psixotrop maddə olan metamfetamin olduğunu görmüş və şəxsi istifadəsi üçün özündə saxlasa da istifadə etməmişdir. Elə həmin gecə saat 03:17 radələrində Gəncə şəhəri, Bayan küçəsində olan zaman 1 nəfər mülki geyimli və 1 nəfər polis formasında şəxs ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmiş və narkotik vasitənin qanunsuz olaraq üzərində saxlamasında şübhəli olduğu üçün onu saxladıqlarını izah etmiş, hüquq və vəzifələri ona izah olunmuş və video çəkiliş aparılmışdır. Üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində qanunsuz olaraq narkotik vasitə və ya psixotrop maddə varsa özünün təqdim etməsini bildirildikdən sonra o, üzərində olan açıq boz rəngli cins şalvarının kiçik sağ yan cibində saxladığı metamfetamini polis əməkdaşlarına təqdim etmişdir. Həmin sellofan büküm elektron tərəzidə çəkilmiş sonra isə qablaşdırılaraq götürülmüşdür. O, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Həmçinin üzərindən aşkar edilmiş metamfetaminləri də satmaq niyyəti olmamışdır. Əməlindən səmimi peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışının ilkin mərhələlərində Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü yalnız xx.xx.2025-ci il tarixli epizod üzrə təqsirli bilsə də, aparılmış məhkəmə istintaqının sonunda özünü xx.xx.2025-ci il tarixli epizod üzrə də təqsirli bildiyini etiraf etmiş, eyni zamanda son sözündə də, elan olunmuş ittihamlar üzrə özünü tam təqsirli bildiyini söyləmişdir. Məhkəmə baxışı zamanı Şahid1 ifadəsində göstərdi ki, o, Gəncə şəhər BPİ-nin 3-cü PB-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə əldə etməsi, qəbul etməsi və üzərində gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında onun Gəncə şəhər BPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkilləri Şahid4 və Səyyar Əlizadənin iştirakı ilə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 18 iyun 2025-ci il tarixdə saat 01:00 radələrində Gəncə şəhəri, Eminbəyli küçəsində saxlanılmış, video çəkiliş aparılmış, hüquq və vəzifələrini ona izah edildikdən sonra, üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya predment varsa təqdim etməsi təklif edildikdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın kiçik sağ yan cibindən 1 ədəd büküm çıxardıb təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə elektron tərəzidə çəkilmiş və bundan sonra kütlə zərfdə qablaşdırılaraq sonuncu bölməyə aparılıb təhqiqat orqanına təhvil verilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə əldə etməsi, qəbul etməsi və üzərində gəzdirməsi barədə daxil olmuş digər əməliyyat məlumatı əsasında onun, Gəncə şəhər BPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkilləri Şahid2 və həmin PB-nin sahə rəisi Şahid3 iştirakı ilə tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 18 iyul 2025-ci il tarixdə saat 03:17 radələrində Gəncə şəhəri, Bayan küçəsində saxlanmış, o video çəkiliş apardığına görə Şahid2 və Şahid3 Təqsirləndirilən şəxs yaxınlaşmış, özlərini təqdim etmiş və Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etmişlər. Bundan sonra (üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya predment varsa təqdim etsin təklifindən sonra Təqsirləndirilən şəxs əynindəki şalvarın kiçik sağ yan cibindən 1 ədəd büküm çıxardıb təqdim etmiş və kütlənin içərisində “patı” olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə elektron tərəzidə çəkilmiş və sonra qanuna müvafiq qaydada qablaşdırılmışdır. Daha sonra Təqsirləndirilən şəxs özü və üzərində aşkar edilmiş kütlə Polis Bölməsinə aparılaraq təhqiqat orqanına təhvil verilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı yoxdur. Saxlanılan zaman Təqsirləndirilən şəxs heç bir fiziki və ya psixi təzyiq göstərməmişlər. Məhkəmə baxışı zamanı Şahid4 verdiyi ifadəsində göstərdi ki, o, Gəncə şəhər BPİnin 3-cü PB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə əldə etməsi, qəbul etməsi və üzərində gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında onun Gəncə şəhər BPİ-nin 3-cü PB-nin baş əməliyyat müvəkkili Şahid1 və Gəncə şəhər BPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili Səyyar Əlizadənin iştirakı ilə tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 18 iyun 2025-ci il tarixdə saat 01:00 radələrində Gəncə şəhəri, Eminbəyli küçəsində saxlanılmışdır. O və X7 İsmayılova yaxınlaşmış, Şahid5 isə video çəkiliş etmişdir. Onlar ilkin olaraq özlərini təqdim etmiş, sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs bildirilmişdir ki, üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya predment varsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində şalvarın kiçik sağ yan cibindən 1 ədəd büküm çıxardıb təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin kütlənin içərisində “patı” olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş kütlə elektron tərəzidə çəkilmiş və sonra isə aşkar edilmiş kütlə zərfdə qablaşdırılmışdır. Daha sonra Təqsirləndirilən şəxs özü və üzərində aşkar edilmiş kütlə Polis Bölməsinə aparılaraq təhqiqat orqanına təhvil verilmişdir. Məhkəmə baxışı zamanı şahid qismində ifadə vermiş Gəncə şəhər BPİ-nin 3-cü PBnin əməliyyat müvəkkilləri Şahid5, Şahid2 və həmin PB-nin sahə rəisi Şahid3 digər şahidlərlə eyni məzmunlu ifadə verərək, göstərilən halları təsdiq etməklə yanaşı ittiham aktında qeyd olunan ifadələri ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 01:00-da AR CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2025-ci il tarixli “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və onun MSY-dən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin gün “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, Gəncə şəhər BPİ-nin MSY-dən azad edilmişdir. Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı disklərə məhkəmədə baxış keçirilərkən ittiham aktında göstərilən cinayət əməllərinin törədilməsi təsdiq edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin 18 iyun 2025-ci il tarixli 16/560 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs o. üzərindən 0,9 qram metamfetamin” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd sellofan bükümdə olan 1 (bir) ədəd ağ kağız bükümdə təmiz çəkisi 0,499 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin 18 iyul 2025-ci il tarixli 16/637 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərində aşkar olunaraq götürülmüş 0,9 qram çəkidə psixotrop maddəyə bənzər kütlə” yazı və imzalar olan kağız paketdəki 1(bir) ədəd sellofan bükümdə olan 1(bir) ədəd ağ kağız bükümdə təmiz çəkisi 0,480 qram olan maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin 24 sentyabr 2025-ci il tarixli 16/775 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs o. üzərində 0,9 qram metamfetamin” yazılar olan kağız paketdəki 1 (bir) ədəd büküm metamfetamin və üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 0,9 qram çəkidə psixotrop maddəyə bənzər kütlə” yazılar olan kağız paketdəki 1 (bir) ədəd büküm metamfetamin, kimyəvi tərkiblərinə görə eynidir. Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2025-ci il tarixli 3652 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserin 11 avqust 2025-ci il tarixli 4771 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs “Kannabinoidlərdən asılılıq” diaqnozu ilə həmin dispanserdə qeydiyyatdadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserin 10 sentyabr 2025-ci il tarixli 1428 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Naxçıvan Qarnizonunun Hərbi Tribunalının xx.xx.1993-cü il tarixli hökmü ilə CM-in 244-cü maddəsinin B bəndi ilə təqsiri bilinərək 06 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.1995-ci il Salyan Rayon Xalq Məhkəməsinin Qərarı ilə CM-in 50-2-ci maddəsinə əsasən 03 il 10 ay 02 gün müddətinə vaxtından əvvəl şərti cəzadan azad olunmuşdur. Sonra Gəncə şəhər Nizami Rayon Xalq Məhkəməsinin xx.xx.1998-ci il tarixli hökmü ilə 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.1999-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bundan sonra Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə CM-in 182.1-ci maddəsi ilə təqsirli bilinərək 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Əzizbəyov Rayon Məhkəməsinin xx.xx.2007ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad edilmişdir.Bundan başqa Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə CM-in 234.1, 234.2-ci maddələri ilə təqsirli bilinərək 06 il 03 ay 22 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2015-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Daha sonra Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş və Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə 18 gün vaxtından əvvəl şərti cəzadan azad edilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və xx.xx.2022-ci ildə cəza müddəti başa çatmışdır. xx.xx.2025-ci il tarixdə CM-in 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi məhkəməyə (Şəmkir Rayon Məhkəməsinə) göndərilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs cəzasını çəkib qurtarmış və məhkumluğu ödənilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu cinayət əməli az ağır olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli qərarında göstərilmişdir ki, “Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən metamfetaminin şəxsi istehlak miqdarı da daxil olmaqla yuxarı həddi 0.15 qram müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş narkotik vasitə isə 0,15 qramdan çoxdur. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs təqsirini etiraf edərək səmimi peşmanlıq hissi keçirməsini onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətin təkrar törədilməsini onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Odur ki, məhkəmə, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində müəyyən olunmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin olunması daha məqsədə müvafiqdir. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs həbsdə qaldığı ümumilikdə 02 (iki) gün müddəti nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlandığı 02 (iki) gün müddət ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Bundan əlavə, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarından görünür ki, narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət-Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınmalı və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, azadlıqdan məhrum etmə növündə cəzanın hansı cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu müəyyən edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərini rəhbər tutmuşdur. Belə ki, həmin maddəyə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət-Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025ci il tarixli, 4(125)-341/2025 nömrəli qərarı ilə seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli və Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə qəti cəzanın başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə cəza təyin edərkən, məhkəmə-narkoloji ekspertinin tövsiyyəsini Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən məqsədlərə nail olunması istiqamətində görülməli olan zəruri tədbir hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 17.1-ci maddəsinə əsasən məhkuma məhkəmə tərəfindən alkoqolizmə və ya narkomaniyaya, həmçinin anlaqlılığı istisna etməyən psixi pozuntuya görə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərsə, bu tədbirlər cəza müddəti ərzində cəzanı icra edən müəssisə və ya orqan tərəfindən həyata keçirilir. Məhkəmə həmçinin, hesab edir ki, Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə hazırkı cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmamışdır. İş üzrə maddi sübut olub Gəncə şəhər Baş Polis İdarəsinin saxlama anbarına saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş qalıq çəkisi 0,429 qram və 0,410 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminlər hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişlərin qeydə alındığı 02 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəfləri ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 91,20 (doxsan bir manat iyirmi qəpik) manat pul Təqsirləndirilən şəxs tutulub X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 18 iyun 2025-ci il tarixdən 19 iyun 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 18 iyul 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Gəncə şəhər BPİ-nin saxlama anbarında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş qalıq çəkisi 0,429 qram və 0,410 qram çəkidə psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişlərin qeydə alındığı 02 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 91,20 (doxsan bir manat iyirmi qəpik) manat pul Təqsirləndirilən şəxs tutulub X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 330 (üç yüz otuz) manat məbləğində pul Gəncə Regional Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ**********0000067944, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan şəxsə isə verildiyi) andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(125)-234/2025
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-234/2025
12.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver