Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-238/2023 01.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X6, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs Müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili X3 iştirakları ilə xx xxxxxxxx 1990-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş, işsiz, Gəncə şəhəri 3 mkr, ev 21, mənzil 32-də qeydiyyatda olmaqla, Gəncə şəhər Mirzəağa Əliyev küçəsi ev 3a-da yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxt və mənbədən şəxsi istehlak miqdarından artıq, yəni təmiz çəkisi 0,208 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində daşımaqla saxlamış və Gəncə şəhər 2-ci Polis Şöbəsinin əməkdaşlarının keçirtdikləri əməliyyat tədbirləri nəticəsində 07 dekabr 2022-ci il tarixdə, saat 16:15 radələrində Gəncə şəhəri, Mirzəğa Əliyev küçəsində saxlanılaraq, Gəncə şəhəri, Şahid2 prospekti 265 ünvanında yerləşən Gəncə şəhər 2-ci PŞ-yə gətirilmiş və Polis Şöbəsinin inzibati binasında üzərində aparılmış şəxsi axtarış zamanı, onun əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir bükümdə təmiz çəkisi 0.208 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı şahidlərin ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o narkotik vasitə olan heroin istifadəçisi olsa da metafetamindən heç vaxt istifadə etməmişdir. O başqa cinayət ilə bağlı axtarış əsasında tutulmuşdur. Tutulan zaman o evdə müalicədə olmuşdur. İş üzrə şahid kimi keçən polis əməkdaşları onu tutmamışlar. Onu ərazilərində yaşayan polis əməkdaşı X4 tutmuşdur. Belə ki, polis əməkdaşı X4 onun atasına zəng etmiş və onun başqa cinayət işi üzrə axtarışda olmasını bildirmişdir. Atası da evdə olduğunu bildirmişdir. Polis əməkdaşı Hüseyn Hüseynzadə yaşadığı ünvana gələrək onu şöbəyə aparmışdır. Onun üzərində həmin zaman narkotik vasitə və ya psixotrop maddə olmamışdır. İstintaq zamanı ona təsir göstərdiklərinə görə o, psixotrop maddə metamfetaminin üzərində aşkar olunduğunu qeyd etmişdir. Ona görə də barəsində bəraət hökmünün çıxarılmasını, bəraət hökmü çıxarılmadıqda isə yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, Gəncə şəhəri, Mirzəğa Əliyev küçəsi ev 3A-da yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi və yaxud da ədavəti olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrdən istifadə etməsi barədə ona əməliyyat məlumatları daxil olmuş, həmçinin 07 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı küçədə olması barədə məlumat daxil olmuş, daxil olmuş məlumat idarə rəisinə məruzə olunduqdan sonra əməliyyat qrupu yaradılmış, o və CAB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Gəncə şəhəri, Mirzəağa Əliyev küçəsində saxlayaraq Gəncə şəhər 2-ci Polis Şöbəsinə dəvət etmiş, bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və ona hüquq və vəzifələri elan olunduqdan sonra o, müdafiəçi ilə təmin edilmiş sonra video çəkiliş vasitəsi ilə ona üzərində qanunla saxlanılması və daşınması qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış hər hansı bir əşya varsa çıxarıb təqdim etməsi, əks təqdirdə üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş, həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf polietilenə bükülmüş psixotrop maddə olan metamfetamini çıxardıb təqdim etmiş və sellofan bükülünün içərisində olan kütlənin psixotrop maddə metamfetamin olduğunu və həmin psixotrop maddə olan metamfetamini 1 gün əvvəl yaşadığı küçədə yol kənarından tapdığını bildirmiş, sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi davam etdirilmiş, lakin onun üzərindən saxlanması, daşınması qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış hər hansı bir əşya aşkar edilməmiş, bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdə olan kütlə elektron tərəzidə çəkilmişdir. Daha sonra həmin maddə zərfə qoyulub qablaşdırılmış və zərfin üzəri Azərbaycan Respublikası DİN-nin möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmış, bu barədə protokol tərtib edilmiş, protokol doğru tərtib edildiyi üçün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılmadığı və saxlanılarkən isə ona təsir göstərilməsi barədə ifadəsində göstərdikləri tamamilə yalandır. Məhkəmə istintaqı zamanı ifadə vermiş Şahid2 Şahid1 verdiyi ilə eyniməzmunlu ifadə vermişdir. Müdafiə tərəfinin vəsatətinə əsasən məhkəmə iclasında əlavə şahid qismində ifadə vermiş X4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanısa da o Təqsirləndirilən şəxs 07 dekabr 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən tutulmasında iştirak etməmiş və həmin tədbir zamanı orda olmamışdır. Qeyd edilənlərlə bağlı hər hansı bir məlumatı yoxdur. Təqsirləndirilən şəxs ifadəsində yalan danışır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi” haqqında 08 dekabr 2022-ci il tarixli qərardan görünür ki, qeyd olunan tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanıb icraata qəbul edilmişdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi lə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. “Təqsirləndilən şəxsin dindirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs qismində ifadə verərkən elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş və törətdiyi əməli könüllü şəkildə etiraf etmişdir. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutuması haqqında” 07 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 16:30-da şübhəli şəxs qismində tutulmuşdur. 08 dekabr 2022-ci il tarixli qərar ilə təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir. “Şəxsi axtarış və götürmə haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və 18 yanvar 2023-cü il tarixli “video görüntüyə baxış keçirilməsi” haqqında protokoldan görünür ki, Gəncə şəhər 2-ci Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı Elnur Ələkbərov tərəfindən Müdafiəçi, Gəncə şəhər 2-ci Polis Şöbəsinin əməliyyat müvəkilləri Şahid1 və Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılır, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya psixotrop maddə olduğu halda təqdim etməsi təklif edilir və Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd ağ əffaf sellofana bükülmüş bükülüdə psixotrop maddə olan metamfetamini təqdim edir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir və onun üzərindən başqa qanunsuz əşya aşkar edilmir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin psixotrop maddə olan metamfetamini bir gün əvvəl yaşadığı küçədən yerdən tapdığını bildirir. Bundan sonra həmin psixotrop maddə olan metamfetamin elektron tərəzidə çəkilir, qablaşdırılıb üzəri möhürlənir və doğruluğu imzalarla təsdiq edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X9 bölməsi tərəfindən verilmiş məhkəmə kimyəvi ekspertizasının 08 dekabr 2022-ci il tarixli 16/1369 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə» yazısı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0,208 qram olan maddə kustar üsula hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin»in 1-ci siyahısının İİ bəndinə daxildir. Məhkəmə-narkoloji ekspertizasının 16 fevral 2023-ci il tarixli 296 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. 17 fevral 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 1 ədəd zərfdə olan 0,188 qram psixotrop maddə metafetamin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Gəncə şəhər BPİ-nin maddi sübutların saxlama anbarına saxlanca verilmiş, eyni zamanda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman çəkilmiş bir ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Elektron çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2018-ci il təvəllüdlü X8 adlı bir azyaşlı uşağı vardır. Bakcell MMC-dən daxil olmuş anten məlumatlarından görünür ki, polis əməkdaşı X1 Ülvin Fizuli oğlunun tutulduğu vaxt yəni xx.xx.2022-ci il tarixdə, saat 16:30-da Təqsirləndirilən şəxs yaşadığı ərazidə və ya ona yaxın ərazidə olmamışdır. DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartoçkasında heç bir məlumat yoxdur. Gəncə şəhər Məhkəməsinin 1(125)-23/2023 nömrəli xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.3cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün hesablanmaqla, təyin edilmiş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzasınının əvvəli 07 dekabr 2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü təqsirli bilməyərək ifadəsində üzərindən aşkar edilmiş psixotrop maddənin ona məxsus olmadığını, psixatrop maddə olan metafetamindən heç vaxt istifadə etmədiyini, həmin psixatrop maddənin polis əməkdaşları tərəfindən üzərinə qoyulduğunu və polis əməkdaşlarından qorxduğu üçün üzərində şəxsi axtarış keçirilərkən psixotrop maddənin ona məxsus olduğunu dediyini bildirmişdir. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadə ilə ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə həm şübhəli, həm də təqsirləndirilən şəxs qismində verdiyi ifadələr arasında ziddiyyətlər olduğundan, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilərək tədqiq edilmişdir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs həm şübhəli şəxs kimi, həm də təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə dindirilərkən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, hərdən psixotrop maddə olan metamfetamin istifadə edir, psixotrop maddəni “patı” kimi tanımış, 06 dekabr 2022-ci il tarixdə yaşadığı küçə ilə gələn vaxt yolun kənarında bir ədəd «Rothmans» siqaret qutusu olduğunu görmüş, həmin qutu diqqətini cəlb etdiyi üçün götürüb içərisinə baxdıqda bir ədəd ağ sellofana bükülmüş büküm olduğunu görmüş, həmin bükümə baxdıqda içərisində narkotik vasitə olan metamfetamin olduğunu görmüş, o özü psixotrop maddələrdən istifadə etdiyi üçün həmin psixotrop maddəni götürüb cibinə qoymuş, 07 dekabr 2022-ci il tarixdə Gəncə şəhəri, Mirzəağa Əliyev küçəsi ilə hərəkət edən zaman iki nəfər ona yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmiş və ona psixotrop maddə gəzdirməkdə və saxlanılmasında şübhəli olduğunu bildirərək Gəncə şəhər 2-ci Polis Şöbəsinə gətirmişlər, Gəncə şəhər 2-ci Polis Şöbəsinə gətirilən zaman ona qarşı hər hansı psixi və fiziki zor tətbiq olunmamış, Gəncə şəhər 2-ci Polis Şöbəsində ona müdafiəçi təyin edilmiş və müdafiəçimin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zaman, o əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd ağ sellofana bükülmüş patı adlandırdığı psixotrop maddə olan metamfetamini təqdim etmiş, həmin kütlə elektron tərəzi vasitəsi ilə çəkilmiş və ağ seloffan ilə birlikdə 0,26(sıfır iyirmi altı) qram gəlmiş, həmin kütlə ekspertizaya göndərilməsi üçün bir ədəd zərfdə qablaşdırılmış və şəxsi axtarış iştirakçıları tərəfindən imzalanmışdır. Həmçinin Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, ona qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişin əks olunduğu DVD disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən müəyyən edilmişdir ki, şəxsi axtarış zamanı ona verilən suala cavab olaraq Təqsirləndirilən şəxs törtədiyi cinayət əmlini etiraf edərək ona qarşı hər hansı formada zorakılığın və ya fiziki təsirin olmadığını bildirmişdir. Eyni zamanda məhkəmə-narkoloji ekspertizasının 16 fevral 2023-ci il tarixli 296 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir və narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Həmçinin ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs tərəfindən polis əməkdaşlarının ona qarşı hər hansı bir təzyiq göstərməkləri ilə bağlı istər istintaq orqanına, istərsə də Prokurorluq orqanına hər hansı məlumatı daxil olmamaşdır. Eyni zamanda Təqsirləndirilən şəxs ifadəsində onun polis əməkdaşı X4 tərəfindən tutularaq polis şöbəsinə aparıldığını qeyd etsə də Bakcell MMC tərəfindən məhkəmənin sorğusuna verilmiş anten dairəsindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs tutularkən X4 həmin ünvanda olmamışdır. Göründüyü kimi, təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən zorakılığa məruz qalması məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarla öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsi tədqiq edilmiş digər mötəbər sübutlarla ziddiyyət təşkil etdiyindən, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də, toplanmış sübutların məcmusu ilə yəni, təqsirləndirilən şəxsin məhkəmə iclasında tədqiq edilmiş özünün ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələr, şahidlərin ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metafetamini üzərində saxlamaqla daşıması tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs bu əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-in 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs cəasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında iki növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hallara diqqət yetirərək nəzərə alır ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair məhkəmədə cinayət işinə baxıldığı dövrdə yenidən hazırki cinayət əməlini törətmişdir. Onun yenidən cinayət əməlini törətməsi, törətdiyi əməllərə tənqidi yanaşmadığını və islah olunmağa meylli olmadığını deməyə əsas verir. Təqsirləndirilən şəxsin hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, əvvəllər qəsdən cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi nəzərə alınmaqla, onun barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş orta həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə ittiham olunduğu cinayət əməlini barəsində çıxarılmış Gəncə Şəhər Məhkəməsinin 1(125)-23/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü qanuni qüvvəyə minməmişdən əvvəl törətdiyinə görə, həmin hökmlə təyin edilmiş 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki iş üzrə təyin ediləcək cəza ilə qismən toplanılmaqla təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Beləki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəza növü kimi azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Gəncə Şəhər Məhkəməsinin 1(125)-23/2023 nömrəli xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzası ilə, qismən toplanmalı, cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs tutulduğu 07 dekabr 2023-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs barəsində Gəncə Şəhər Məhkəməsinin 1(125)-23/2023 nömrəli xx.xx.2023-cü il tarixli hökmü ilə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmalı, cəza çəkdiyi müddətdə Azərbaycan Respublikası CM-in 93.1.2 və 93-1.2-ci maddələrinə əsasən barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin cinayət işi üzrə maddi sübutlar – Gəncə şəhəri Baş Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan qalıq çəkisi 0,188 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli və iş üzrə sübut kimi tanınmış 1 ədəd DVD cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 30,40 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (CPM 198.1) Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili X7 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 20 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X3 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 120 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Gəncə Şəhər Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli 1(125)-23/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 180.2.3-cü maddəsi ilə təyin edilmiş və Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq saxlanılmış 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 03 (üç) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin və cəzasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində Gəncə Şəhər Məhkəməsinin 1(125)-23/2023 nömrəli xx.xx.2023-cü il tarixli hökmü ilə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış-Gəncə şəhəri Baş Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan qalıq çəkisi 0,188 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin və iş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD cinayət işinin materiallarında saxlanılsın. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 30.40 (otuz manat qırx qəpik) məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə müdafiəçi X7 üçün işlədiyi Gəncə şəhəri 1 nömrəli Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 120 (yüz iyirmi) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Elxan Əlizadə
Məhkəmə qərarları › İş №1(125)-238/2023
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-238/2023
01.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver