Məhkəmə qərarları › İş №1(125)-238/2025

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-238/2025

17.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-238/2025 17.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1999-cu il tarixdə Şəmkir rayonu, Kür qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Təqsirləndirilən şəxs 23 iyun 2025-ci il tarixdə saat 18 radələrində, orta dərəcəli sərxoş vəziyyətdə Gəncə şəhəri 38-ci hərbi şəhərcikdə yerləşən 423 və 417 saylı yaşayış binalarının qarşısında azyaşlı uşaqlarla ucadan danışmaqla futbol oynadığı vaxt həmin binada yaşayan Zərərçəkmiş şəxs1 ona yaxınlaşaraq ucadan danışmasına görə ona iradını bildirib, sakit olmasını deyərək oradan uzaqlaşıb yaşadığı mənzilə getdikdən sonra Zərərçəkmiş şəxs1 ona irad tutmasını bəhanə edərək əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs1 yaşadığı binanın qarşısına gəlib sonuncunun mənzilini axtararaq ünvanına ucadan nalayiq ifadələr işlədib, söyüşlər söydüyü vaxt Zərərçəkmiş şəxs1 binadan çıxdığını görüb onunla əlbəyaxa olarkən qonaq olduğu 38-ci hərbi şəhərcik 417 saylı binanın 4-cü mənzilin mətbəxindən götürdlüyü kustar üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı, soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs1 vurub ona xx.xx.2025-ci il tarixdə yetirilməyə uyğun olan, deşici-kəsici əşyanın təsiri nəticəsində əmələ gələn, sağ said nahiyyəsinin deşilmiş-kəsilmiş yarası ilə nəticələnən sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilən xəsarət yetirmiş, eyni zamanda onun xuliqanlıq hərəkətlərinin qarşısını almaq istəyən yetkinlik yaşına çatmamış xx.xx.2009-cu il tarixdə anadan olmuş Zərərçəkmiş şəxs2 xx.xx.2025-ci il tarixdə yetirilməyə uyğun olan, kəsici əşyanın təsiri nəticəsində əmələ gələn, sağ əlin 1-ci barmağının kəsilmiş yarası ilə nəticələnən sağlamlığın qısa müddətdə pozulmasina səbəb olan sağlamlığa yüngül zərəvurmaya aid edilən xəsarət yetirərək ictimai qaydanı kobud surətdə pozan hərəkətlər etməklə insanlar arasında bərqərar olmuş birgə yaşayış qaydalarını pozub ətrafda olan şəxslərə qarşı laqeydlik göstərib kobud, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, elementar davranış, əxlaq və mənəviyyat normalarını pozub şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlər edərək, eləcə də ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxsə müqavimət göstərməklə qərəzli xuliqanlıq etmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, hadisə baş verən tarixdən bir gün əvvəl anası Şahid6 ikinci həyat yoldaşından olan oğlu, yəni ögey qardaşının orta məktəbi bitirməsi şərəfinə Gəncə şəhərində keçiriləcək son zəng tədbirini qeyd etmək üçün Gəncə şəhəri, 38-ci hərbi şəhərcikdə yerləşən anası Rənanın yaşadığı mənzilə getmiş, həmin gün anasının mənzilində gecələmiş, ertəsi gün saat 14:00 radələrində son zəng tədbirinin təşkil olunduğu «Delfin» kafesində yaxın qohumlarla birlikdə saat 17:00 radələrinədək yemək yeyib spirtli içki qəbul etdikdən sonra kafedən çıxıb anasının yaşadığı binaya gəlmişdir. Binanın qarşısında 6-7 yaşlı uşaqların futbol oynadıqlarını görüb onlarla birlikdə futbol oynadığı vaxt sonradan adı ona məlum olan İlham adlı şəxs ona yaxınlaşıb “ə sənin səsin uşaqlardan çox çıxır, sakit ol biraz” demiş və ondan sakit olmasını tələb etmişdir. İlhamın onunla belə tərzdə danışması ona pis təsir etmiş, buna görə əsəbləşmiş və anasının yaşadığı mənzilə gedib İlhamın onunla dalaşacağı və onu vurmaq istəyəcəyi təqdirdə İlhamı qorxutmaq məqsədi ilə mətbəxdən göy və ağ rəngli ”plastmas” dəstəyi olan mətbəx bıçağını şalvarının yuxarı hissəsinə qoyub binanın qabaq tərəfinə gəldiyi vaxt tanımadığı cavan bir qadın ona yaxınlaşıb «ay qardaş dalaşmaq lazım deyil» demiş, o, isə həmin qadına dalaşmayacağını deyib anasının yaşadığı bina tərəfə gəldiyi vaxt İlhamın bir qadın və 2-3 nəfərlə birlikdə ona tərəf gəldiklərini görüb, ona yaxınlaşıb onu vuracaqlarını fikirləşib bıçağı çıxarıb əlində saxlayaraq ona yaxınlaşmamalarını tələb etməsinə baxmayaraq İlham ona yaxınlaşıb yumruqla sifətindən vurduğu vaxt onun əlindəki bıçaq İlhamın sağ əlinə dəyib zədələmişdir. Sonra İlhamla birlikdə gələn oğlanlar onun qollarından tutub bıçağı ondan almağa çalışdıqları vaxt həmin oğlanların arasında olan 15-16 yaşlı bir oğlan da bıçağı onun əlindən almaq istədiyi vaxt onun əlindəki bıçaq həmin oğlanın da əlini kəsmişdir. Bundan sonra qonşuların ora daha da çox toplaşdıqlarını və bıçağı onun əlindən almaq istədiklərini görüb bıçağı yerə atmış və anasının yaşadığı mənzilə getmişdir. Bir qədər sonra isə anasıgilə gəlmiş polis işçiləri onu oradan götürüb polis şöbəsinə aparmışlar. Ona verilən suallara cavab olaraq bildirdi ki, hadisə zamanı spirtli içkinin təsiri altında olmuşdur. Hadisə zamanı ətrafdakı qonşular onları aralamağa çalışmış, həmçinin dava-dalaş 2-3 dəqiqə davam etmişdir. Hadisə zamanı heç kimi söyməmiş, nə də heç kim onu söyməmişdir. Rusiya Federasiyasında yaşadığı vaxt ayrı-ayrı rus-tatar əsilli qadından altı azyaşlı uşağı dünyaya gəlmişdir. Əməlindən peşmandır, zərərçəkmiş şəxslərlə barışmışdır, hadisədən sonra zərərçəkmiş şəxslərə maddi dəstək göstərmişdir. Sonda məhkəmədən baş vermiş hadisəyə görə əməlindən çox peşman olmasının, hər iki zərərçəkmiş şəxslə barışıq əldə etməsinin və onlara dəymiş ziyanı ödəməsinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, bir il əvvəl xatırlamadığı tarixdə saat 17-18 radələrində idarə etdiyi avtomobil ilə yaşadığı binanın qabaq tərəfinə gəlib avtomobili saxladıqda binalarının qabaq tərəfində azyaşlı uşaqların futbol oynadığını və uşaqların arasında sonradan adı ona məlum olan Elsevərin uşaqlarla birlikdə qışqıraraq futbol oynadığını görüb Elsevəri yanına çağırıb ona xəstə olduğunu, evinə yatmağa getdiyini, xəstəliyi ilə bağlı səs-küy olan yerdə yata bilmədiyini demişdir. Elsevərin nəfəsinin iyindən onun içkili olmasını hiss etmişdir. Evə yemək yeməyə hazırlaşdığı vaxt Aytən adlı qonşu kimi tanıdığı qadın evinə gələrək qonşu Rənanın oğlu Elsevərin onu vurmaq üçün əlində bıçaq onların mənzili olan bloka daxil olduğunu, Elsevəri sakitləşdirərək oradan uzaqlaşdırdığını demişdir. O, Elsevərin nə səbəbə onu bıçaqla vurmaq istəməsinin səbəbini öyrənmək üçün yaşadığı mənzildən çıxdığı vaxt arvadı Xatirə, oğlu Elcan, qızı Emilya da onun arxasınca blokdan çıxdıqda Elsevərin 421 saylı binanın qabaq tərəfində əlində bıçaq olduğunu, Aytənin əri Turayın Elsevərin əlindən tutub binalarına tərəf apardığını görüb Elsevərə tərəf getdiyi vaxt Elsevər Turayın əlindən çıxıb onun üstünə tərəf gəlib ona yaxınlaşıb vuracağını dedikdə Turay Elsevəri tutub saxlamaq istəmiş, lakin Elsevər Turayın əlindən çıxıb ona tərəf gəldiyini əlindəki bıçaqla onu vurmaq istədiyini görüb yumruqla Elsevəri sifətindən vurmaq istəyəndə bıçaq zərbəsindən qolunu hərəkət etdirə bilməmişdir. Bundan sonra yaşadıqları evin içərisinə keçib stulda oturmuş və öz avtomobili ilə “Abbas Səhhət” adına xəstəxanaya getmiş və xəstəxanada tibb bacısı ona köməklik göstərmişdir. Hadisədən sonra DİN-in “102” xidmətinə zəng edib məlumat vermələrindən bir neçə dəqiqə sonra polis əməkdaşları hadisə barədə ondan məlumat alıb qonşusu Rənanın evinə gedib Elsevəri götürüb polis şöbəsinə aparmışlar. Ona verilən suallara cavab olaraq bildirdi ki, həmin vaxt artıq Aytən, qonşusu Samirənin oğlu Kənan, qızı Emilya və səs-küyə ora gəlmiş qonşular qışqıraraq Elsevərin bıçağı atmasını demələrinə baxmayaraq Elsevər bıçağı buraxmayaraq ona nalayiq söyüşlər söyməkdə və onu vuracağını deməkdə davam etdiyi vaxt o, Elsevəri vurmaq istəyərkən Elsevərin əlindəki bıçaq onun sağ əlinin üst hissəsindən dəyib zədələmişdir. Zərbədən sonra qolu ağrıdığından kənara çəkildikdən sonra Elsevərin əlindəki bıçağı almaq istəyən qonşusu Kənanın da əlinin bıçaqla zədələndiyini və onun da əlinin qanadığını görmüşdür. Hadisədən sonra təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödəmiş və aralarında barışıq əldə olunmuşdur, hazırda onun təqsirləndirilən şəxsdən hər hansı şikayət və tələbi yoxdur. Onun cinayət məsuliyyətinə cəlb edilməsini istəmir.Həmçinin əvvəlki məhkəmə iclasında ərizə təqdim edərək növbəti məhkəmə iclaslarının iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Qanuni nümayəndə2 oğlunun iştirakı ilə ifadəsi alınmış Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 23 iyun 2025-ci il tarixdə anası ilə getdiyi aşağı məhlədə yerləşən yas yerindən qayıdan zaman binanın qabağında sonradan adını bildiyi Elsevərin içkili vəziyyətdə olaraq uşaqlarla futbol oynadığını görmüşdür. Bu zaman Zərərçəkmiş şəxs1 orada olmamışdır. Həmin gün saat 18 radələrində anası Samirə ilə birlikdə yaşadıqları Gəncə şəhəri 38-ci hərbi şəhərcik 422 saylı binanın 5-ci mənzilində yemək yeməyə hazırlaşdığı vaxt binanın qabaq tərəfində dava-dalaş səsi eşitmiş və pəncərədən baxdıqda qonşusu İlhamın, onun arvadı Xatirənin və qonşusu Turayın tutub saxlamaq istədiyi, sonradan adının Elsevər olduğunu bildiyi şəxslə mübahisə etdiklərini görmüş, mənzildən çıxıb binanın qabaq tərəfinə gəldikdə Elsevərin İlhamın üzərinə doğru getdiyini görmüşdür. Elsevər onu tutub saxlamaq istəyən Turayın və Rənanın əlindən çıxıb İlhama tərəf getmək istədikdə İlham əli ilə Elsevərin sifətindən vurmuş, Elsevər İlhama tərəf bıçağı hərlədikdə bıçaq İlhamın qolundan dəyib zədələmişdir. Bundan sonra daha da əsəbləşən Elsevər İlhamı bıçaqla vurmaq üçün onun üstünə getdikdə Turay onu tutub saxlamış o, sonradan ora gəlmiş Aytən və İlhamın qızı Emilya Elsevərin əlində olan bıçağı onun əlindən çəkib almaq istədikdə bıçaq onun sağ əlinin baş barmağını kəsib zədələmişdir. Bundan sonra Rəna və Turay çətinliklə Elsevəri evlərinə aparmışlar. Bir neçə dəqiqə sonra ora gəlmiş polis işçiləri hadisənin Elsevər tərəfindən törədildiyini, yəni İlhamla ona Elsevərin bıçaqla xəsarət yetirdiyini bilib Elsevəri gedib mənzildən düşürüb polis avtomaşınına əyləşdirib aparmışlar. Ona verilən suallara cavab olaraq bildirdi ki, İlham və Elsevəri aralamaq üçün aralarına girmişdir, mübahisə zamanı kiminsə söydüyünü eşitməmişdir. Onun məqsədi Elsevərin əlindən bıçağı almaq olmuşdur. Bu hadisədən sonra evə gedib baş barmağını pambıqla sarımışdır. Hadisədən sonra təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəmiş və aralarında barışıq əldə olunmuşdur, hazırda onun təqsirləndirilən şəxsdən hər hansı şikayət və tələbi yoxdur. Məhkəmə baxışı zamanı Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 18:00 radələrində yaşadığı mənzildə olduğu vaxt qonşu mənzildə yaşayan qonşusu Rənanın həmin gün mənzilinə qonaq gəlmiş birinci nikahdan olan oğlu Elsevərə «bıçağı götürüb hara gedirsən» deməsini eşidib Elsevərin sərxoş olduğunu, bir qədər əvvəl binanın qabaq tərəfində qonşusu Zərərçəkmiş şəxs1 ilə mübahisələrinin olduğunu, buna görə Elsevərin İlhama bıçaqla xəsarət yetirəcəyini fikirləşib mənzilindən çıxıb İlhamın yaşadığı binaya getdikdə orada Elsevəri görüb hara getdiyini soruşub İlhamın mənzilini ona göstərməyərək Elsevəri “padyez”dən çıxarmışdır. Sonra isə İlhamın mənzilinə daxil olub Elsevərin əlində bıçaq onu axtarması barədə məlumat vermişdir. Bundan sonra İlham, İlhamın arvadı Xatirə, qızı Emilya, sonda isə oğlu Elcan mənzildən çıxıb onun əri Turayın sakitləşdirdiyi Elsevəri görmüşdür. İlham Elsevərdən nə səbəbə onu bıçaqla vurmaq istədiyini soruşduqda Elsevər İlhamın ünvanına söyüşlər söyüb üstünə getmək istədikdə Turay Elsevəri tutub saxlamış, lakin Elsevər Turayın əlindən çıxmaq istədikdə İlham Elsevərin sifətindən yumruqla vurmuşdur. Sonra Elsevər yenə də İlhamın üstünə gedib ona tərəf bıçağı hərlədikdə bıçaq İlhamın qolunu zədələmişdir. Ora toplaşmış qonşular Elsevərdən bıçağı atmasını tələb etmələrinə baxmayaraq Elsevər bıçağı atmadığı üçün onlar Elsevərin əlindən bıçağı almaq istədikləri vaxt Elsevərin əlindəki bıçaq qonşu Kənanın barmağını kəsərək zədələmişdir. İlhamın qızı Emilya çətinliklə bıçağı Elsevərin əlindən alıb padyezləri tərəfə atmışdır. Bir qədər sonra hadisə yerinə polis işçilərinin gəldiyini görüb hadisədə Elsevərin əlində olmuş, bıçağı götürüb polis işçilərinə təqdim etmişdir. Ona verilən suallara cavab olaraq bildirdi ki, hadisə zamanı Elsevər dayanmadan nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında Şahid5 Şahid2 ilə eyniməzmunlu ifadə verdi. Məhkəmə baxışı zamanı Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Qanuni nümayəndə2 oğlunun iştirakı ilə dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs1 onun doğma atasıdır. Hadisə günü atası evə gəlməmişdən qabaq Elsevər adlı şəxsin küçədə uşaqlarla futbol oynadığını görmüşdür. Atası gələndən sonra evə getmişlər, evdə olan zaman qonşu onların evinə gələrək Elsevərin əlində bıçaqla onu axtardığını demişdir. Bu zaman anası Xatirə ilə evdən çıxanda Elsevər əlində bıçaqla atasının üstünə gəlmişdir. Bu zaman evdə yatan qardaşı Elcan səs-küyə oyanmış və çölə çıxmışdır. Bir də görmüşdür ki, atasının qolu kəsilmişdir. Ona verilən suallara cavab olaraq bildirdi ki, polisə özü zəng edərək hadisə barəsində məlumat vermişdir. Məhkəmə iclasında Şahid1 Şahid3 ilə eyniməzmunlu ifadə verdi. Məhkəmə baxışı zamanı Şahid4 ifadəsində göstərmişdir ki, hadisə günü işdən çıxmış, evə gələrək yorğun olduğundan yatmışdır. Qonşuların “dədənin üstünə bıçaqla gəlirlər” səsindən oyanaraq çölə çıxmış, hamının küçədə olduğunu görmüşdür. Çölə çıxanda atası İlhamla Elsevərin dalaşdığını görmüş, buna görə də Elsevəri vurmuşdur. O, gələndə artıq Elsevər atası İlhamı bıçaqla vurmuşdur. Ona verilən suallara cavab olaraq bildirdi ki, hadisə təxminən o, çölə çıxdıqdan sonra 10-15 dəqiqə davam etmişdir. Davanın nə səbəbdən baş verməsi barədə məlumatı yoxdur. Məhkəmə baxışı zamanı Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur və təqsir onun oğlundadır. Elsevər xx.xx.2025-ci il tarixdə onun ikinci nikahdan olan oğlu Yusifin orta məktəbi bitirməsi şərəfinə təşkil etdikləri şənlikdə iştirak etmək üçün xx.xx.2025-ci il tarixdə onun Gəncə şəhəri 38-ci hərbi şəhərcik 417 saylı binanın 4-cü mənzilinə gəlib onlarda gecələmiş, ertəsi gün xx.xx.2025-ci il tarixdə şənlikdə yeyib-içdikdən sonra Elsevər onun yaşadığı mənzilə gəlmiş, biraz keçdikdən sonra mənzildən çıxmış və təxminən 30-40 dəqiqə sonra qayıdıb yenidən getmişdir. Elsevər mənzildən çıxıb getdikdən təxminən 20-30 dəqiqə sonra binalarının qabaq tərəfində davadalaş səsi eşidib binanın qabaq tərəfinə gəldikdə süpürləşmənin olduğunu, Elsevərin qonşusu İlhamla mübahisə etdiyini, ətrafda olan qonşuların əlində bıçaq olan Elsevəri sakitləşdirmək istədiyini görmüşdür. Elsevər əlində olan bıçağı yerə atıb onunla birlikdə onun yaşadığı mənzilə getmiş, bir qədər sonra binanın qabağına gəlmiş polis işçiləri Elsevəri özləri ilə polis şöbəsinə aparmışlar. Ona verilən suallara cavab olaraq bildirdi ki, Elsevərin mənzildən bıçaq götürüb çıxmasını görməmişdir. Əgər bunu görsəydi, ona mane olardı. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -24 iyun 2025-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə Gəncə şəhəri, 38-ci hərbi şəhərcikdə yerləşən 417 saylı binanın qarşısında baş vermişdir. Baxış zamanı iştirak edən Təqsirləndirilən şəxs 417 saylı binanın, eləcə də həmin bina ilə qonşuluqda olan 422 və 423 saylı binaların qabaq tərəfində olan boş daşlı çınqıllı ərazini göstərərək 23 iyun 2025ci il tarixdə saat 17:00 radələrində həmin yerdə azyaşlı uşaqların futbol oynadıqlarını görüb həmin uşaqlarla birlikdə futbol oynadığı vaxt sonradan şəxsiyyəti ona məlum olan Zərərçəkmiş şəxs1 orada ona yaxınlaşıb səs salmamasını dediyini, bundan sonra o, anası Rənanın mənzilinə gedib geyim paltarlarını dəyişib mətbəxdən bıçaq göürərək həmin yerə gəldikdən sonra aralarında mübahisə baş verdiyini, onlar əlbəyaxa olduqları vaxt əlində olan bıçaqla Zərərçəkmiş şəxs1 və onları sakitləşdirmək istəyən adını bilmədiyi bir cavan oğlanın barmağından xəsarət aldıqlarını bildirmişdir. Baxış zamanı ərazidə iş üçün əhəmiyyət kəsb edən heç bir əşya aşkar olunmamışdır. -23 iyun 2025-ci il tarixli, 2302/2025 nömrəli “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokolundan” görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs orta dərəcəli alkoqol sərxoşluq dərəcəsi aşkar edilmişdir. -24 iyun 2025-ci il tarixli “cinayət işinin başlanması və icraata götürülməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və cinayət işinin icraata qəbul edilərək ibtidai istintaqının aparılması qərara alınmışdır. -24 iyun 2025-ci il tarixli “şübhəli şəxs qismində tutma haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət törətməkdə şübhəli bilinərək həmin tarixdə saat 16:00 dəqiqədə tutulmuşdur. -25 iyun 2025-ci il tarixli “zərərçəkmiş şəxs kimi tanıma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs1 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış, qərar ona elan olunmaqla ona cinayət prosessual qanunvericilikdə nəzərdə tutulmuş hüquq və vəzifələrin izah edilməsi qərara alınmışdır. -25 iyun 2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. -25 iyun 2025-ci il tarixli “Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması” haqqında protokol və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin düzgünlüyünü müəyyən etmək və ifadəsində göstərdiyi xüsusatları dəqiqləşdirmək məqsədilə ifadəsi yerində yoxlanılmış və istintaq hərəkətinin icrası zamanı çəkilmiş fotoşəkillər müvafiq protokola əlavə edilmişdir. -25 iyun 2025-ci il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında vəsatətin müdafiə olunmasından imtina edilməsinə dair” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair cinayət işinin ibtidai istintaqını aparan müstəntiq tərəfindən verilmiş vəsatətin müdafiə olunmasından imtina edilmişdir. -25 iyun 2025-ci il tarixli “təqsirləndirilən şəxsin MSY-dən azad olunması və barəsində qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər BPİ-nin MSY-dən azad olunmuş və barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. -Təqsirləndirilən şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, xx.xx.2025-ci il tarixdə Gəncə şəhəri, Hərbi şəhərcik 38 ünvanında Zərərçəkmiş şəxs1 ilə aralarında baş vermiş insident zamanı aldığı xəsarətlə bağlı Zərərçəkmiş şəxs1 və başqa şəxslərdən hazırda heç bir şikayət və tələbi yoxdur. -07 iyul 2025-ci il tarixli “zərərçəkmiş şəxsin qanuni nümayəndəsi təyin edilməsi haqqında” qərardan görünür ki, Qanuni nümayəndə1 yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsi təyin edilmişdir. -07 iyul 2025-ci il tarixli “zərərçəkmiş şəxs kimi tanıma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs2 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış, qərar ona elan olunmaqla ona cinayət prosessual qanunvericilikdə nəzərdə tutulmuş hüquq və vəzifələrin izah edilməsi qərara alınmışdır. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya” X4 Şəxsinin canlı şəxsin ekspertizasının xx.xx.2025-ci il tarixli, 630 nömrəli ekspert rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs2 bədəni üzərində müəyyən edilmiş xəsarət - “sağ əlin İ barmağının kəsilmiş yarası” – kəsici əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2025-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya” X4 Şəxsinin canlı şəxsin ekspertizasının xx.xx.2025-ci il tarixli, 631 nömrəli ekspert rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarət - “sağ said nahiyəsinin deşilmiş-kəsilmiş yarası” – deşici-kəsici əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2025-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X2 Bölməsinin məhkəmə ballistik (“odlu silah və döyüş sursatlarının, soyuq, qaz və pnevmatik silahların tədqiqi”) xx.xx.2025-ci il tarixli, 16/703 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bıçaq kustar üsulu ilə hazırlanmış, bir tərəfi kəsici ucu deşici xassəyə malik olan məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir. -DİN-in BƏSİİ-dən daxil olmuş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Narkoloji dispanserindən alınmış 3608 nömrəli arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixonevroloji dispanserindən alınmış 4987 nömrəli arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. -Şəmkir rayon Kür Qəsəbə Təmir İstismar Mənzil Sahəsi tərəfindən verilmiş arayışdan görünür ki, 1999-cu il təvəllüdlü Təqsirləndirilən şəxs həqiqətən ünvan 3 ünvanında qeydiyyatdadır. -Şəmkir rayon Kür Qəsəbə Təmir İstismar Mənzil Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarekterizə olunur və onun barəsində evlər idarəsinə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. -20 oktyabr 2025-ci il tarixli “əşyaların maddi sübut kimi tanınması haqqında” qərardan görünür ki, hadisə zamanı Təqsirləndirilən şəxs silah qismində istifadə etdiyi 1 ədəd bıçaq cinayət işi üzrə maddi sübut kimi tanınmış və məsul saxlanca verilmişdir. -21 oktyabr 2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilən və ittihamı təsdiq edən təqsirləndirilən şəxsin etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin ifadələri, hadisə yerinə baxış protokolu, ifadənin yerinə yoxlanması protokolu, məhkəmə-tibbi ekspertiza rəyləri, məhkəmə-soyuq silah ekspertizasının rəyi, maddi sübut və istintaq sənədləri onların həqiqiliyinə, yaranma mənbələrinə və əldə edilmə hallarına şübhələr olmadığından cinayət işi üzrə mötəbər sübutlar kimi qiymətləndirilmişdir. -22 oktyabr 2025-ci il tarixli “təqsirləndirilən şəxsə yeni məzmunda ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə elan olunmuş ittihama əlavələr edilməklə yenidən ittiham elan edilmişdir. -Zərərçəkmiş şəxs1 notarial qaydada təsdiq edilmiş xx.xx.2026-cı il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Onun cinayət məsuliyyətinə cəlb edilməsini istəmir, odur ki, yuxarıda göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. -Zərərçəkmiş şəxs Qanuni nümayəndə1 notarial qaydada təsdiq edilmiş xx.xx.2026cı il tarixli ərizəsindən görünür ki, xx.xx.2009-cu il təvəllüdlü Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsi kimi Təqsirləndirilən şəxs ilə barışmışdır, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, növbəti məhkəmə prosesinin onların iştirakı olmadan baxılıb qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 23 iyun 2025-ci il tarixdə saat 18 radələrində, orta dərəcəli sərxoş vəziyyətdə Gəncə şəhəri 38-ci hərbi şəhərcikdə yerləşən 423 və 417 saylı yaşayış binalarının qarşısında azyaşlı uşaqlarla ucadan danışmaqla futbol oynadığı vaxt həmin binada yaşayan Zərərçəkmiş şəxs1 ona yaxınlaşaraq ucadan danışmasına görə ona iradını bildirib, sakit olmasını deyərək oradan uzaqlaşıb yaşadığı mənzilə getdikdən sonra Zərərçəkmiş şəxs1 ona irad tutmasını bəhanə edərək əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs1 yaşadığı binanın qarşısına gəlib sonuncunun mənzilini axtararaq ünvanına ucadan nalayiq ifadələr işlədib, söyüşlər söydüyü vaxt Zərərçəkmiş şəxs1 binadan çıxdığını görüb onunla əlbəyaxa olarkən qonaq olduğu 38-ci hərbi şəhərcik 417 saylı binanın 4-cü mənzilin mətbəxindən götürdlüyü kustar üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı, soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs1 vurub ona xx.xx.2025-ci il tarixdə yetirilməyə uyğun olan, deşici-kəsici əşyanın təsiri nəticəsində əmələ gələn, sağ said nahiyyəsinin deşilmişkəsilmiş yarası ilə nəticələnən sağlamlığın qısa müddətdə pozulmasina səbəb olan sağlamlığa YÜNGÜL zərəvurmaya aid edilən xəsarət yetirmiş, eyni zamanda onun xuliqanlıq hərəkətlərinin qarşısını almaq istəyən yetkinlik yaşına çatmamış xx.xx.2009-cu il tarixdə anadan olmuş Zərərçəkmiş şəxs2 xx.xx.2025-ci il tarixdə yetirilməyə uyğun olan, kəsici əşyanın təsiri nəticəsində əmələ gələn, sağ əlin 1-ci barmağının kəsilmiş yarası ilə nəticələnən sağlamlığın qısa müddətdə pozulmasina səbəb olan sağlamlığa yüngül zərəvurmaya aid edilən xəsarət yetirərək ictimai qaydanı kobud surətdə pozan hərəkətlər etməklə insanlar arasında bərqərar olmuş birgə yaşayış qaydalarını pozub ətrafda olan şəxslərə qarşı laqeydlik göstərib kobud, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, elementar davranış, əxlaq və mənəviyyat normalarını pozub şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlər edərək, eləcə də ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxsə müqavimət göstərməklə qərəzli xuliqanlıq etmişdir. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz onun tərəfindən törədilmiş, həmçinin bu cinayətlərin törədilməsində o, təqsirlidir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinə əsasən, xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. Həmin Məcəllənin 221.3-cü maddəsinə əsasən bu Məcəllənin 221.1-ci və ya 221.2ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda – iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanı çəkmələri nəzərdə tutulmuşdur; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə də, məhkumun azadlıqdan məhrum edilməsi üçün qanuni penoloji əsaslar sırasına cəzalandırma, çəkindirmə, cəmiyyətin müdafiəsi və islah məqsədləri daxildir (Vinter və Başqaları Birləmiş Krallığa qarşı [BP], № 66069/09, § 111, 9 iyul 2013-cü il). Təsvir edilən maddi hüquq normaların məzmunundan, eləcə də cəza institutunun məqsədlərindən bəhs edən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Avropa Məhkəməsinin şərhindən belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Həmin qərarın 4-cü bəndində qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir Həmin qərarın 13-cü bəndində qeyd edilmişdir ki, məhkəmələrə tövsiyyə edilsin ki, xuliqanlığa görə cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla hər bir halda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla təqsirləndirilən şəxslərə düzgün və ədalətli cəza təyin etsinlər. Bu zaman cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin nəzərə alınması ilə yanaşı məhkəmələr eyni zamanda nəzərə almalıdırlar ki, hadisələrin təsadüfi axarı zəminində, ilk dəfə ağırlaşdırıcı hallar olmadan xuliqanlıq cinayəti törətmiş şəxslərə, o cümlədən yetkinlik yaşına çatmayanlara cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 221.1 və 221.2-ci maddələrinin sanksiyasında daha ağır cəza növü kimi nəzərdə tutulan azadlıqdan məhrumetmə yalnız o vaxt təyin oluna bilər ki, həmin qanunda buna alternativ olan az ciddi cəza növlərinin təyin olunması cəzanın məqsədini təmin edə bilməsin. Həmin qərarın 8-ci bəndinə əsasən xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhd edilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə tövsif edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair 20 may 2011-ci il tarixli Qərarının göstərişlərində göstərilir ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də, zərər çəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq zamanı zor tətbiq etmə hədəsi fiziki zor tətbiq etmək niyyətinin sözlərlə və ya hərəkətlərlə ifadə olunmasıdır. Hədəyə görə məsuliyyət o zaman yaranır ki, bu hədənin həyata keçirilməsi üçün real əsaslar olsun. Özgənin əmlakının məhv edilməsi əmlakın təsərrüfat, tarixi dəyərini tam itirməsi, zədələnməsi isə əmlakın tamamilə və ya qismən öz təyinatına uyğun gəlməməsi, lakin ona bərpa edilməsi mümkün olan dərəcədə zərər yetirilməsidir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Bununla da, Təqsirləndirilən şəxs öz davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmiş, özünü ətrafdakılara qarşı qoymuş və cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik göstərmiş, əxlaq normalarını kobud surətdə pozmuş və mətbəx bıçağından silah qismində istifadə etməklə zərər çəkmiş şəxslərə yüngül xəsarət yetirmişdir. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilindiyi cinayət əməli, eyni Məcəllənin 15.3-cü maddəsində az ağır cinayətlər kateqoriyasına aid edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmin Məcəllənin 59-cu maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini tədqiq edərək onu xarakterizə edən işin mühüm və diqqətəlayiq hallarını, ilk dəfə olaraq az ağır cinayət törətməsini, törətdiyi cinayəti etiraf etməsini, əməlinin ictimai təhlükəlilik dərəcəsini və nəticələrinə dair məsuliyyətini dərk etməsini, habelə əməlindən səmimi peşman olmasını, hər iki zərərçəkmiş şəxsə dəymiş zərəri tam ödəməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələbinin olmamasını, həmçinin yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə cəzanın növünü və həddini təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Məhkəmə qeyd edir ki, «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10.1-ci bəndində cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılmasından, 10.3-cü bəndində törədilən əməlin ictimai-təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsinin əsaslarının müəyyən olunmasından bəhs edilməklə, 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Məhkəmə yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halları nəzərə alaraq təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə cəzanın təyin edilməsini məqsədə müvafiq hesab edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Belə ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın real surətdə çəkilməsi CM-nin cinayət məsuliyyətinin ədalət və humanizm prinsiplərini nəzərdə tutan 8 və 9-cu maddələrinin tələblərinə uyğun deyil və cəzanın bu cür çəkilməsi təqsirləndirilən şəxsi, eləcə də ailəsini ciddi məhrumiyyətlərə düçar edər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli Qərarının 25ci bəndinə əsasən şərti məhkum etmə haqlarında yalnız Cinayət Məcəlləsinin 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallara məcmu halında qiymət verərək belə hesab edir ki, onun cəmiyyətdən təcrid edilmədən yəni, cəza çəkmədən islah olunması mümkündür. Ona görə də, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqini daha məqsədə uyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum edilmiş şəxsə sınaq müddəti müəyyən edilməli və CM-in 70.5-ci maddəsinə əsasən davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulmalı, habelə davranışı üzərində nəzarət yaşadığı yer üzrə icra orqanına tapşırılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesab edilməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət-Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Bundan əlavə müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 31,50 manat məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.6 maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1, 197.1.4, 198.1 və 198.3-cü maddələrinə əsasən məhkəmə-ballistik ekspertizasının keçirilməsinə xərclənmiş 31,50 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************SWİFT BİK CTREAZ 22) keçirilməlidir. İş üzrə maddi sübut – Gəncə şəhər Baş Polis İdarəsinə məsul saxlanca təhvil verilmiş 01 ədəd məişət təyinatlı mətbəx bıçağı istifadəyə yararsız olduğundan CPM-in 132-ci maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 nömrəli qərarına (xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla ümumilikdə həmin müdafiəçinin işlədiyi vəkil bürosunun hesabına cəmi 165 (bir yüz altmış beş) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 24 iyun 2025-ci il tarixdən 25 iyun 2025-ci il tarixədək şübhəli şəxs qismində həbsdə saxlandığı 01 (bir) gün müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün hesablanmaqla, təyin edilmiş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 01 (bir) il 06 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək barədə vəzifələr qoyulsun. Davranışı üzərində nəzarət yaşadığı ərazi üzrə icra və probasiya qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə Gəncə şəhər Baş Polis İdarəsinə məsul saxlanca təhvil verilmiş 01 ədəd məişət təyinatlı mətbəx bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə-ballistik ekspertizasının keçirilməsinə xərclənmiş 31,50 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************SWİFT BİK CTREAZ 22) keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 165 (bir yüz altmış beş) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu, (həbsdə saxlanılan şəxsə isə verildiyi) andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Məhəmməd Həsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar