Məhkəmə qərarları › İş №1(125)-239/2023

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-239/2023

24.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-239/2023 24.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X6, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs Müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili X2 iştirakları ilə xx.xx.1981-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, Yasamal rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 128-ci maddəsi ilə təqsirli bilinib 02 il islah işləri cəzasına, Yevlax rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinib 02 il şərti sınaq müddəti ilə 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Yevlax rayon Məhkəməsinin xx.xx.2020- ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 234.1 -ci maddəsi ilə təqsirli bilinib 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Yevlax rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2021 -ci il tarixli “Amnistiya” qərarının 5-ci bəndinə əsasən, cəzadan azad edilmiş, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə Yevlax şəhəri, Axundov küçəsi, mənzil 41-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən zavod üsulu ilə hazırlanmış, ıkı tərəli kəsici, ucu deşici xassəyə malik olan və soyuq silah hesab edilən ümumi təyinatlı 1 ədəd ov bıçağını qanunsuz olaraq əldə edib üzərində gəzdirərkən narkotik vasitələrin qanunsuz olaraq əldə edilib saxlanılması, daşınması və satışında şübhəli olduğuna görə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X9 Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyataxtarış tədbirləri ilə xx.xx.2022-ci il tarixdə, saat 21 radələrində Yevlax şəhəri, Füzuli küçəsində yerləşən “Araz” marketin qarşısında idarə etdiyi avtomobili ilə birlikdə saxlanılaraq Gəncə şəhəri, Atatürk prospekti 41 ünvanında yerləşən Azərbaycan Respublikasının DİN-in BNMİ-nin QBRŞ-nin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılarkən əynində olan şalvarının belində gəzdirdiyi zavod üsulu ilə hazırlanmış, iki tərəfi kəsici, ucu deşici xassəyə malik, təyinatı üzrə istifadəyə yararlı olmaqla ümumi təyinatlı soyuq silah hesab edilən 1 ədəd ov bıçağı aşkar edilərək götürülmüşdür Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, maddi sübut, ekspertiza rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, cinayət işi üzrə məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikasının CM-in 228.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, Yevlax şəhərində ailə üzvləri ilə birlikdə yaşamaqla, fermer təsərfüatı yaradıb orada işləyir. Təxminən 9 il əvvəl Türkiyə Respublikasında olarkən oradan bir ədəd düymə ilə açılıb-bağlanan bir bıçağı alıb Azərbaycana gətirmiş və təsərrüfat işləri ilə məşğul olduğu üçün üzərində saxlamışdır. xx.xx.2022-ci il tarixdə, saat 21 radələrində Yevlax şəhəri, Füzuli küçəsində yolun kənarında yerləşən “Araz” marketin qarşısında idarə etdiyi “Priora” markalı, M538BY196 qeydiyyat nömrə nişanlı avtomobilində oturan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini baş narkotiklərlə mübarizə idarəsinin Gəncə şöbəsinin əməkdaşları kimi təqdim edərək üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirib onu Gəncə şəhərinə gətirmişlər. Daha sonra idarədə müdafiəçi dəvət edilərk, müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış keçirilmişdir. Həmin vaxt videoçəkiliş aparılmışdır. Axtarış zamanı üzərində narkotik vasitə və psixotrop maddə olmadığı üçün aşkar edilməmiş, lakin üzərində saxlayıb gəzdirdiyi cib bıçağı aşkar edilərək qablaşdırılmaqla ondan götürülmüşdür. Bundan sonra avtomobilinə onun razılığı ilə baxış keçirilmiş, lakin avtomobilində də qanunsuz hər hansı əşya olmadığına görə aşkar edilməmişdir. Törətdiyi əmələ görə çox peşman olduğunu, himayəsində azyaşlı övladının olmasını və ailə vəziyyətini nəzərə alaraq onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə baxışında Şahid1 ifadəsində göstərmişdir ki, Yevlax şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə qəbul etməkdə, əldə edib üzərlərində saxlamaqda, daşımaqda və satmaqda şübhəli olması barədə aldığı əməliyyat məlumatına əsasən, bir sıra əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Bundan sonra onlar təxirəsalınmaz qaydada Yevlax şəhərinə yollanmış və həmin gün Təqsirləndirilən şəxs Yevlax şəhəri Füzuli küçəsində - yolun kənarında yerləşən “Araz” marketin qarşısında idarə etdiyi VAZ Priora markalı, rus qeydiyyat nişanlı avtomobilində olarkən müəyyən edilərək saxlanılmışdır. Onlar Təqsirləndirilən şəxs özlərini təqdim edərək saxlanılmasının səbəbini izah etmiş və sonuncunu avtomobil ilə birlikdə Gəncə şəhərinə idarənin inzibati binasına gətirmişlər. Təhqiqatçı tərəfindən müdafiəçi dəvət edildikdən sonra onun üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmazdan əvvəl təhqiqatçı tərəfindən ona üzərində qanunla dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış hər hansı predmet, o cümlədən narkotik vasitə və psixotrop maddə olub-olmaması barədə sual verilmiş, müsbət halda təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və psixotrop maddə olmadığını, sadəcə bir ədəd bıçaq olduğunu bildirərək əynində olan şalvarının belindən 1 ədəd bıçaq çıxarıb təqdim etmiş və həmin bıçağı bir neçə il əvvəl Türkiyə Respublikasından alıb gətirdiyini, meyvə soymaq məqsədi ilə saxladığını və gəzdirdiyini bildirmişdir. Bundan sonra qeyd olunan bıçaq qablaşdırılaraq götürülmüş və bu barədə protokol tərtib edilərək, protokol onlar tərəfindən imzalanmışdır. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid2 da ifadəsində Şahid1 göstərdiklərini təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -17 oktyabr 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protkoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 21-30-da şübhəli şəxs qismində tutulmuşdur. -19 oktyabr 2022-ci il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilərək MSY-dən azad edilmişdir. -24 fevral 2023-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri "polisin nəzarəti altına vermə" qətimkan tədbiri ilə dəyişdirilmişdir. -17 oktyabr 2022-ci il tarixli “şəxsi axtarış və götürülmə haqqında” protokoldan görünür ki, Azərbaycan Respublikasının DİN-in BNMİ-nin QBRŞ-nin təhqiqatçısı, polis mayoru R.Əhmədov tərəfindən şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə etməklə şəxsi axtarış keçirilən zaman onun şalvarının belindən 1 ədəd bıçaq aşkar edilərək götürülmüşdür. -18 oktyabr 2022-ci il tarixli “Hadisə yerinə baxış və götürmə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs məxsus avtomobilin salonuna və yük yerinə baxış keçirilərkən avtomobildən narkotik vasitə, psixotrop maddə və ya digər qanunsuz əşya aşkar olunmamışdır. Baxış və götürülmə zamanı “Sony” markalı video kamera vasitəsilə sürücü polis nəfəri, polis baş serjantı Şahid2 tərəfindən video çəkiliş aparılmış, çəkilmiş videogörüntü bir ədəd DVD diskə göçürülərək protokola əlavə edilmişdir. -“Məhkəmə-ballistik ekspertizasının” xx.xx.2022-ci il tarixli, 16/1197 saylı rəyinə əsasən, tədqiqata təqdim edilən bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir və təyinatı üzrə istifadəyə yararlıdır. -Məhkəmə-narkoloji ekspertizasının 18 oktaybr 2022-ci il tarixli 1563 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoiddən və psixotrop maddə olan metafetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. -Azərbaycan Respublikası Ovçular Cəmiyyətindin Gəncə Dayaq Məntəqəsindən alınmış arayışdan görünür ki, Təqsirləndirilən şəxs ovçular cəmiyyətinin üzvü deyildir. - xx.xx.2023-cü il tarixli 3-13-57/1-C-1857/12/23 nömrəli cavab məktubundan görünür ki, Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin və Yevlax RPŞ-nin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirlərinə baxmayaraq, Təqsirləndirilən şəxs narkotik vasitə satışı ilə məşğul olub-olmamasın, o cümlədən aşkar edilmiş bıçağın mənbəyinə dair hər hansı məlumat əldə edilməmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” 24 fevral 2023-cü il tarixli qərardan görünür ki, Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş məhkəmə-ballistik ekspertizasının xx.xx.2022-ci il tarixli tədqiqatından sonra istintaqa qaytarılmış 1 ədəd ov bıçağı, məhkəmə-ballistik ekspertizasının rəyi, istintaq hərəkətləri protokolları, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış, avtomobilinə baxış aparılarkən qeydə alınmış videogörüntülər olan 2 ədəd DVD disk sübut növü kimi tanınmışdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Yasamal rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 128-ci maddəsi ilə təqsirli bilinib 02 il islah işləriə cəzasına, Yevlax rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinib 02 il şərti sınaq müddəti ilə 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Yevlax rayon Məhkəməsinin 27.11,2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 234.1 -ci maddəsi ilə təqsirli bilinib 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Yevlax rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 5-ci bəndinə əsasən, cəzadan azad edilmişdir. Yevlax rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 7(039)-10/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 01 (bir) ay 27 (iyirmi yeddi) gün hissəsi Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 5-ci bəndi tətbiq edilməklə 1 (bir) il azaldılmaqla cəzadan azad edilmişdir. Şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X4 olmaqla iki övladı var. Beləliklə, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi özünün cinayət işi üzrə verdiyi etirafedici ifadələri ilə yanaşı, toplanmış digər sənədlərlə - şəxsi axtarış və götürmə aparılmasına dair videogörüntülər və protokollar, məhkəmə-ballistik ekspertizamın rəyi, şahidlərin ifadələri, maddi sübut həmçinin cinayət işinin materiallarına əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini (CM- 59.2), himayəsində azyaşlı uşağının olmasını (CM-59.1.4) nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Yevlax rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsindən Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 5ci bəndinə əsasən xx.xx.2022-ci il tarixdə azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Ona görə də Təqsirləndirilən şəxs məhkumluğu olan şəxs hesab olunur. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilmədən islah olunacağını mümkün hesab edərək, təqsirləndirilən şəxsə isnad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəzalar nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini və CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah oluna bilər və ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə həm də qeyd edir ki, təqsirləndirilən şəxsin barəsində yuxarıda qeyd edildiyi kimi daha ciddi və daha yüngül cəzanın təyin edilməsi üçün əsaslar olmadığından, yüngülləşdirici halları və şəxsiyyətini mənfi xarakterizə edən hal kimi məhkumluğunun olmasını nəzərə alaraq məhkəmə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halalrın müəyyən edilməsini, ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün bərabər tutulmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalı, cəza çəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəza çəkdiyi müddətdə Azərbaycan Respublikası CM-in 93.1.2 və 93-1.2-ci maddələrinə əsasən barəsində tibbi xarakterli məcburi müalicə tətbiq olunmalı, iş üzrə maddi sübut kimi tanınan – Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan bir ədəd ob bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 31,50 manat pul təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili X7 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 15 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesabı ilə hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməsinə, yaşadığı Yevlax şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək, yaşadığı Yevlax şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, habelə narkomaniyadan müalicə kursu keçmək vəzifələri qoyulsun. Cəzanın icrası yaşadığı yer üzrə Yevlax rayon İcra və probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93- 1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan bir ədəd ov bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin, həmçinin 2 (iki) ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri – 31,50 (otuz bir manat əlli qəpik) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə (Az.MEM; VÖEN **********; AZ34CTRE ********************, X1, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba) ödənilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 (doxsan) manat məbləğində pul köçürülsün. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelylasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar