Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-239/2024 02.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2 Qəhrəman oğlunun sədrliyi, Qasımov Zakir Zaur oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx.xx.1983-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsili, evli, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Şəmkir rayonu, Sarıtəpə kəndində qeydiyyatda olan və Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 7-ci küçədə, nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silahı və komplekt hissələrini əldə etmiş və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs məlum olmayan tarixdə və mənbədən keçmiş SSRİ dövlətində zavod üsulu ilə istehsal olunmuş 5,45x39 mm kalibrli, atəş üçün yararlı, “Kalaşnikov” konstruksiyalı avtomatların döyüş sursatı hesab edilən 14 ədəd patronu və 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı, 30 ədəd 5,45x30 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulan “Kalaşnikov” konstruksiyalı avtomatların komplekt hissəsi olan darağı və 01 ədəd nömrəsi silinmiş 5,45 mm kalibrli olmaqla zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı, təyinatı hər hansısa bir kustar üsul ilə dəyişikliklərə məruz qalmamış yivli odlu silah olan AK-74 modelli “Kalaşnikov” konstruksiyalı avtomatı qanunsuz olaraq əldə edib yaşadığı Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 7-ci küçədə yerləşən ünvansız fərdi yaşayış evində saxlamış, barəsində qanunsuz olaraq odlu silah saxlaması ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında xx.xx.2024-cü il tarixdə Gəncə şəhər Baş polis idarəsinin 1-ci Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin tarixdə, saat 15:50 radələrində Gəncə şəhəri, “ASAN” xidmət-2 filialının yaxınlığında saxlanılaraq Gəncə şəhər Baş polis idarəsinin 1-ci Polis şöbəsinin inzibati binasına gətirilmiş, həmin gün yaşadığı evə baxış keçirilən zaman evin mətbəx otağında yerləşən dolabın yan hissəsindən keçmiş SSRİ dövlətində zavod üsulu ilə istehsal olunmuş 5,45x39 mm kalibrli, atəş üçün yararlı, “Kalaşnikov” konstruksiyalı avtomatların döyüş sursatı hesab edilən 14 ədəd patron və 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı, 30 ədəd 5,45x30 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulan “Kalaşnikov” konstruksiyalı avtomatların komplekt hissəsi olan daraq və 01 ədəd nömrəsi silinmiş 5,45 mm kalibrli olmaqla zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı, təyinatı hər hansısa bir kustar üsul ilə dəyişikliklərə məruz qalmamış yivli odlu silah olan AK-74 modelli “Kalaşnikov” konstruksiyalı avtomat aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, 02 yanvar 2024-cü il tarixdə saat 11:30-da Pərviz, Muraz və Elvin adlı polis əməkdaşları onu evdən aparıb, ilk öncə Nadel kəndindəki fermaya Elvinin dostunun yanına gediblər. Sonra İmamzadə qəbristanlığına atasının qəbrini ziyarət etməyə gediblər, sonra onu polis idarəsinə aparıblar. O, evdən çıxanda evin açarını qonşusu Şahid3 vermişdir. Saat 4 radələrində polis idarəsində özləri açarı ona təqdim etmişlər. Ona çəkilişdə deyiblər ki, evdə silah var, bu formada danışar. Onun da razılaşmağının səbəbi o olmuşdur ki, ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürməsinlər. Onun silahda əl izi yoxdur. Onun silahdan xəbəri yoxdur. Sadəcə polis idarəsində ona göstəriblər. Təqsirləndirilən şəxs bildirmişdir ki, ona təzyiq göstəriblər. Baxmayaraq ki, ona müdafiəçi təyin edilib, müdafiəçi də onların adamı olub. O, heç polis idarəsinə niyə getdiyini bilməmişdir. Sadəcə bilirmiş ki, onu tutacaqlar. Sonda təqsirinin olmadığını nəzərə alıb, həbsdə saxlanıldığı müddədə azadlıqdan məhrum etmə cəzasının təyin edilib, məhkəmə zalından həbsdən azad olunmasını xahiş etdi. Məhkəmədə şahid Gəncə şəhər BPİ-nin 1-ci Polis şöbəsinin CAB-ın əməliyyat müvəkkili Şahid1 göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər silahla bağlı məhkum olunduğunu bilmişlər. Şöbəyə Təqsirləndirilən şəxs qanunsuz silah əldə edib, daşıması barədə əməliyyat məlumatı daxil olduğu üçün onlar xx.xx.2024-cü il tarixdə saat təxminən 15-16 radələrində Yeni Gəncədə “ASAN” xidmətin yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşıb, onu polis şöbəsinə dəvət etmişlər. Orada onu müdafiəçi ilə təmin etdikdən sonra üzərinə şəxsi axtarış keçirmişlər. Bu zaman ona odlu silah əldə edib, saxlaması barədə məlumat əsasında saxlanıldığı izah edilib, ona başqa yerdə qanunsuz olaraq odlu silah saxlayıb-saxlamadığı soruşulmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs özü etiraf etmişdir ki, silahı var və həmin silahı Əttarlar küçəsi yaxınlığından tapıb. Bundan sonra o, digər əməliyyat müvəkkili Şahid2, müdafiəçi və təhqiqatçı ilə Təqsirləndirilən şəxs evinə getmişlər. Təqsirləndirilən şəxs silahı evin mətbəxində onlara təqdim etmişdir. Silah torbanın içərisində olmuşdur. Onlar Təqsirləndirilən şəxs evinə ancaq çəkilişlə evə baxış keçirilən zaman getmişlər. Məhkəmədə şahid Gəncə şəhər BPİ-nin 1-ci Polis şöbəsinin CAB-ın əməliyyat müvəkkili Şahid2 digər Şahid1 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmədə Təqsirləndirilən şəxs vəsatətləri əsasında iş üzrə şahid qismində cəlb edilmiş: Gəncə şəhər BPİ-nin 1-ci Polis şöbəsinin CAB-ın əməliyyat müvəkkili Şahid5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər qanunsuz silah saxlaması və oğurluq etməsi ilə bağlı məhkumluqları olub. Onu həmin işlərdən tanıyır. Lakin hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs tutulması ilə bağlı heç bir tədbirdə iştirak etməmişdir. Gəncə şəhər BPİ-nin 1-ci Polis şöbəsinin CAB-ın əməliyyat müvəkkili Şahid4 Ramiyəddin oğlu ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəlki cinayət işləri ilə bağlı tanıyır. Təqsirləndirilən şəxs sonuncu dəfə həbsdən çıxdıqdan sonra dəfələrlə onun yanına gedib, söhbət ediblər. Lakin, hazırkı cinayət işi ilə bağlı heç bir əlaqəsi yoxdur. O, hazırkı iş üzrə Təqsirləndirilən şəxs tutulması ilə bağlı heç bir tədbirdə iştirak etməmişdir. Gəncə şəhər BPİ-nin 1-ci Polis şöbəsinin CAB-ın əməliyyat müvəkkili Şahid6 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəlki cinayət işləri ilə bağlı tanıyır. Lakin, hazırkı cinayət işi ilə bağlı heç bir əlaqəsi yoxdur. O, iş üzrə Təqsirləndirilən şəxs tutulması ilə bağlı heç bir tədbirdə iştirak etməmişdir. Şahid3 Orxan oğlu ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qonşusudur. Polis əməkdaşları onun evinin qarşısında olan zaman o, evinin qapısının yanında olduğundan onları görmüşdür. Lakin, polis əməkdaşları icazə vermədiyi üçün oradan uzaqlaşmışdır. Polis əməkdaşları Təqsirləndirilən şəxs aparan zaman görmüşdür, lakin, həmin polis əməkdaşlarının kimlər olduğunu xatırlamır. Təqsirləndirilən şəxs həmin vaxt evinin açarını ona vermiş, o da həmin dəqiqə açarı evdə qoyub çıxıb getmişdir. Həmin açarı ondan heç bir polis əməkdaşı götürməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə müdafiəçisinin iştirakı ilə baxış keçirilmiş və ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən odlu silahı, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə əhəmiyyətə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edildikdən sonra Təqsirləndirilən şəxs qanunla dövriyyəsi qadağan edilmiş heç bir şey aşkar olunmamış, şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş sübut əhəmiyyətinə malik olmayan əşyalar şəxsin özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvanda qanunsuz odlu silah saxladığını bildirmişdir. “Baxış və götürmə aparılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş DVD diskdə olan videogörüntülərdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Gəncə şəhər Məhsəti qəsəbəsi 7-ci küçədə yerləşən evə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs müvafiq qərarla tanış edilib, ona yaşadığı ünvanda qanunsuz odlu silahın, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə əhəmiyyətə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edildikdən sonra o, yaşadığı evin qapısını açarla açaraq odlu silahı saxladığı mətbəx otağını təqdim edib, mətbəx otağında yerləşən şkafın arxasından saxladığı odlu silahı çıxararaq təqdim etmişdir. Ev həyətyanı sahədə yerləşən, 250 kv metr sahədən, 3 otaqdan ibarətdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd büküm açılmış və içərisindən 1 ədəd “Kalaşnikov” tipli avtomat, 1 ədəd daraq və 14 ədəd 5,45 mm ölçülü patron aşkar olunmuşdur. Həmin avtomatın zavod nömrəsi silinmiş haldadır. Həmin aşkar olunan avtomat, daraq və patronları Təqsirləndirilən şəxs təxminən 20 gün qabaq Gəncə çayının kənarından yerdən tapdığını bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı “Samsung” markalı videokameradan istifadə edilməklə video çəkiliş aparılmışdır. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protkola daxil edilməli olan qeydlər etmək hüququ protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, protokol Şahid1, Şahid2, Məcidli Hüseyn, şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Xəqani Əkbərov tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Məhkəmə-ballistik ekspertizasının xx.xx.2024-cü il tarixli 24/07 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd №-si silinmiş silah 5,45 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, “Kalaşnikov” konstruksiyalı, AK- 74 modelli avtomatdır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli “Kalaşnikov” konstruksiyalı avtomatların komplekt hissəsidir-darağıdır, döyüş sursatı hesab edilmir, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 14 ədəd patron zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli “Kalaşnikov” konstruksiyalı silahların ştat patronlarıdır, döyüş sursatıdırlar və atəş üçün yararlıdırlar. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdən odlu silah və onun komplekt hissələri aşkar edildiyindən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunması və ona həmin maddə ilə ittiham elan edilmişdir. Gəncə şəhər BPİ-nin 1-ci Polis şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 1 ədəd “Kalaşnikov” sistemli odlu silahı və ona aid 01 ədəd darağı və patronları kimdən və haradan əldə etməsini, həmçinin həmin odlu silahı özünün hazırlayıb-hazırlamamasını və hər hansı bir cinayət aləti kimi istifadə olunmasını müəyyən etmək mümkün olmamışdır. Bundan başqa onun qanunsuz olaraq odlu silah əldə etməsində ona kiminsə kömək etməsi, Təqsirləndirilən şəxs şəhər ərazisində baş vermiş digər cinayətlərdə iştirak etməsi müəyyən olmamışdır. xx.xx.2024-cü il tarixli, 736 nömrəli arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji dispanserdə qeydiyyatda durmur. xx.xx.2024-cü il tarixli, 11203 nömrəli arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Narkoloji dispanserdə “opioidlərdən asılılıq” diaqnozu ilə qeydiyyatdadır. 7 saylı Mənzil İstismar idarəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən və Gəncə Şəhər Məhkəməsinin 1(125)-231/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək barəsində 04 il azadlıqdan məhrum etmə cəzası, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 01 il 11 ay 27 gün islah işləri cəzası təyin edilmişdir. Bundan başqa Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2023cü ildə cəzasının sonu ilə ələqədar azad olunmuşdur. Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluqları ödənilmiş hesab olunur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qəsdən az ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə baxmayaraq, məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi CM-in 18.1-ci maddəsinə əsasən onun əməlində cinayətin resdivini yaradır. Gəncə Şəhər Məhkəməsinin 4(125)-4/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəlinin xx.xx.2024-cü il tarixdən hesablanması qərara alınmışdır. Gəncə Şəhər Məhkəməsinin 4(125)-97/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsi Təqsirləndirilən şəxs həbsdə saxlama müddətinin 20 gün həddində, yəni xx.xx.2024-cü il tarixədək uzadılması qərara alınmışdır. Gəncə Şəhər Məhkəməsinin hazırkı iş üzrə hazırlıq iclasında qəbul edilmiş 1(125)- 239/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilməmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə və evinə baxış keçirilməsini özündə əks etdirən iki ədəd DVD disklər və onun yaşadığı evdən aşkar edilən 01 ədəd nömrəsi silinmiş 5,45 mm kalibrli olmaqla zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı, yivli odlu silah olan AK-74 modelli “Kalaşnikov” konstruksiyalı avtomat, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı, 30 ədəd 5,45x39 mm kalibrli patron yerləşdirmək üçün nəzərdə tutulan “Kalaşnikov” konstruksiyalı avtomatların komplekt hissəsi olan darağı və 5,45x39 mm kalibrli, atəş üçün yararlı, “Kalaşnikov” konstruksiyalı avtomatların döyüş sursatı hesab edilən 14 ədəd patron maddi sübut kimi tanınmışdır. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 27 may 2005-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində qeyd olunur ki, Cinayət Məcəlləsinin 228.1-ci maddəsində silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə, tapılmış qeyd olunan predmetlərin mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Həmin Qərarın 4-cü bəndində göstərilir ki, «Xidməti və mülki silah haqqında» Qanunun 2-ci maddəsinin 5-ci bəndinə əsasən döyüş sursatı - müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstuktiv qurğu və ya əşyalardır. Döyüş sursatınahədəfi məhv etmək üçün nəzərdə tutulan artilleriya mərmi və minaları, hərbi mühəndis atımları (partlayış törədici qanadlı ballistik raket və qurğular), minalar, tank əleyhinə olan qumbaralar, əl qumbaraları, piyada əleyhinə olan və reaktiv qumbaralar, kalibrindən asılı olmayaraq, hədəfi məhv etmək elementi (karteç, qırma, mərmi-güllə və s.) ilə yanaşı, digər bütün elementləri olan müxtəlif odlu silah patronları aid edilir. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq, hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü təqsirli bilməyərək, ifadəsində yaşadığı evdən aşkar edilmiş silahın və onun komplekt hissələrinin ona məxsus olmadığını, polis əməkdaşları tərəfindən tutularkən psixoloji təsirlərə məruz qaldığına görə silahın və onun komplekt hissələrinin ona məxsus olduğunu dediyini bildirmişdir. Müdafiəçi - Müdafiəçi isə, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin tərkibinin olmadığı üçün təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadə ilə ibtidai istintaq zamanı həm şübhəli, həm də təqsirləndirilən şəxs qismində verdiyi ifadələr arasında ziddiyyətlər olduğundan, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilərək tədqiq edilmişdir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs həm şübhəli şəxs kimi, həm də təqsirləndirilən şəxs qismində dindirilərkən оnа elаn edilmiş ittihаm üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ara-sıra zibil qablarından və Gəncə çayının kənarından dəmir parçaları toplayaraq çörək pulunu qazanır. 2023-cü ilin dekabr ayının ortalarında Gəncə şəhəri Əttarlar küçəsindən Gəncə çayının sahilinə düşərək dəmir parçası axtaran vaxt yerdə bir torba qabağına çıxıb, torbanı açıb içərisinə baxdıqda içərisində “Kalaşnikov” tipli avtomat, bir ədəd daraq və bir neçə patron olmasını görmüşdür. Daha sonra onların hamısını yaşadığı ünvana gətirərək orada saxlayıb. Həmin odlu silahı özündə saxlamaqda məqsədi sadəcə olaraq marağında olması olmuşdur. xx.xx.2024-cü il tarixində saat 16 radələrində o Gəncə şəhəri “ASAN” xidmətin 2-ci filialının yaxınlığında olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirimiş və qanunsuz olaraq odlu silah əldə etməkdə, saxlamaqda şübhəli olduğu üçün Gəncə şəhər 1-ci Polis şöbəsinə aparmışlar. Orada vəkilinin iştirakı ilə hüquqları ona izah edildikdən sonra video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində qanunla dövriyyəsi qadağan olunmuş heç bir şey aşkar olunmamışdır. Daha sonra o, yaşadığı evdə odlu silah saxladığını bildirmişdir. Evin açarı da üzərində olmuşdur. Yaşadığı ev ona məxsus olsa da bacısı Məryəmin adınadır. Evdə ondan başqa heç kim yaşamır. Odlu silahı yaşadığı evin mətbəx otağında saxlayırmış. Daha sonra yaşadığı ünvanda öz razılığı ilə baxış keçirilmişdir. Baxış zamanı o odlu silahı təqdim etmişdir. Həmin silahın onda olmasından heç kimin xəbəri olmamışdır. Həmin silahdan heç vaxt istifadə etməmişdir. O, həmin silahı əldə etdikdən sonra hər hansı formada istifadə etməmiş, atəş açmamış, elə bir niyyətində olmamışdır. O, həmin silah maraqlı gəldiyi üçün tapdıqdan sonra apararaq yaşadığı evdə saxlamışdır. Onun qanunsuz olaraq odlu silah əldə edib yaşadığı evdə saxlamağı barədə heç kəsin, o cümlədən ailə üzvlərinin də xəbərləri olmamışdır, ona heç kəs köməklik etməmişdir. Üzərində mobil telefon olmamışdır. İstifadəsində ümumiyyətlə mobil telefon nömrəsi yoxdur. polis əməkdaşları onu xx.xx.2024-cü il tarixdə saat təxminən 15-16 radələrində Gəncə şəhər, “ASAN” xidmət-2 filalının yaxınlığında saxlamışdır. Barəsində əməliyyat-axtarış tədbirləri, təhqiqat və rəsmiləşdirmə aparılarkən ona qarşı hər hansı qanunsuz hərəkətlərə yol verilməmişdir, bununla bağlı hər hansı bir vəsatəti və ya şikayəti yoxdur. O, törətdiyi cinayət əməlini könüllü olaraq etiraf etmiş, həmin əməldən peşmandır. Bundan başqa, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişin əks olunduğu DVD disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən müəyyən edilmişdir ki, şəxsi axtarış zamanı müdafiəçisi tərəfindən ona verilən suala cavab olaraq Təqsirləndirilən şəxs ona qarşı heç bir zor tətbiq olmadığını bildirmişdir. Bununla belə, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsi üzrə onun Ədliyyə Nazirliyi Penitensiar xidməti 2 saylı İstintaq təcridxanasının əməkdaşları tərəfindən döyülərək, işgəncəyə və ləyaqəti alçaldan rəftara məruz qalması ilə bağlı məsələnin araşdırılması üçün Gəncə şəhər prokurorluğuna sorğu verilmişdir. Gəncə şəhər prokurorluğunun sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs Ədliyyə Nazirliyi Penitensiar xidməti 2 saylı İstintaq təcridxanasının əməkdaşları tərəfindən fiziki zorakılığa, işgəncəyə və ləyaqəti alçaldan rəftara məruz qalması öz təsdiqini tapmadığından toplanmış material üzrə cinayət hadisəsi olmadığı əsası ilə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərar edilmişdir. Habelə, məhkəmə iclasında təqsirləndirilən şəxs məhkəməyə vəsatət təqdim edərək, bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 11:30-da Məhsəti qəsəbəsində yaşadığı evdən 3 nəfər əməliyyatçı tərəfindən azadlığı əlindən alınıb, polis şöbəsinə aparılmışdır. Həmin gün onu tutan Gəncə şəhəri Baş polis idarəsinin 1-ci Polis şöbəsinin əməliyyatçıları Şahid4, Şahid5 və Elvin tərəfindən idarəyə getməmişdən qabaq müəyyən yerlərə aparılmışdır. Polis əməkdaşları onu təxminən saat 12-də “Nadelə”, ordan qayıdanda 77 nömrəli Peşə məktəbinin yanından, “27-05-in dairəsi” adlanan yerdən çöl yola, “Poct” qəsəbəsinə gedən yola “Şanxaya” getmiş, ordan qatar yolunu (pereyezdi) keçib, sağa dəmir yolunun altından, “Aznixi” yolu ilə İmamzadəyə gedərək, onun atasının qəbrini ziyarət edib, təkrar “Sovxoz Nizami” yolu ilə “Dəyirman dairəsi” adlanan yerə, ordan isə “Tekstilni” adlanan ərazinin yanına sağ-sola mərkəzi yol ilə bir başa 1-ci Polis şöbəsinə aparmışlar. O, həmin gün saat 11:45-dən uzağı 13:00-a kimi onlarla birlikdə maşında hərlənmişdir, bu səbəbdən məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixdə qərar qəbul edilərək icra edilməsi üçün Gəncə şəhər Baş polis idarəsinə göndərilmişdir. Qeyd edilən, qərar əsasında Gəncə şəhər Baş polis idarəsi tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Gəncə şəhər BPİ-nin “Təhlükəsiz şəhər” kameralarının yaddaşsaxlama müddəti 1 (30 gün) ayadək olduğundan xx.xx.2024cü il tarixdə hər hansı bir görüntü əldə etmək mümkün olmamışdır. Bundan başqa, məhkəmədə Təqsirləndirilən şəxs onun xx.xx.2024-cü il tarixdə polis əməkdaşları Şahid2 və Şahid1 tərəfindən deyil digər polis əməkdaşları Şahid4, Şahid5 və Elvin tərəfindən tutulduğunu bildirdiyindən Müdafiəçi vəsatətinə əsasən məhkəmə tərəfindən şahidlər Şahid1 və Şahid2 Təqsirləndirilən şəxs tutulduğu gün həqiqətən də onun tutulduğu yerdə olub-olmamasının müəyyən edilməsi üçün onların istifadəsində olan mobil nömrənin xx.xx.2024-cü il tarixdə saat 11:30-dan 12:30-a qədər olan müddətə aid anten dairələri barədə məlumatların əldə edilməsi barədə xx.xx.2024-cü il tarixli qərar qəbul edilmişdir. Qeyd edilən qərar əsasında "xxxx" MMC tərəfindən verilmiş anten dairə məlumatlarından görünür ki, Şahid2 istifadəsində olan mobil nömrənin anten dairəsi xx.xx.2024-cü il tarixdə saat 12:18:00-da “ünvan 2 ünvanını, 12:23:19 və 12:23:50 və 12.24.41-də “Gəncə şəhəri, ünvan 3egional “ASAN” Xidmət mərkəzi yaxınlığında” olduğu qeyd edilmişdir. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 15:50-də Gəncə şəhəri, Gəncə 2 saylı Regional “ASAN” Xidmət mərkəzi yaxınlığında tutulmuşdur. Məhkəmə həmin məlumatlara əsaslanaraq hesab edir ki, polis əməkdaşı Şahid2 Təqsirləndirilən şəxs tutulduğu qeyd edilən ərazidə olmağı həmin gün onun tutulmasında iştirak etdiyini düşünməyə əsas verir. Məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər (CPM-nin 125.1-ci maddəsi). Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir (CPM-nin 144-cü maddəsi). Qeyd edilənlərə əsaslanaraq, məhkəmə Təqsirləndirilən şəxs həm tutulduğu yerin müəyyən edilməsi, həmçinin də onun tutulmasında iştirak edən polis əməkdaşlarının müəyyən edilməsi baxımından, "xxxx" MMC tərəfindən verilmiş anten dairələri barədə məlumatlar digər sübutlarla, yəni istintaq hərəkətlərinin protokolları və şahid ifadələri ilə üst-üstə düşərək, bir-birini tamaladığından, həmin məlumatları mötəbər hesab edir və sübut kimi qiymətləndirir. Bundan başqa, Təqsirləndirilən şəxs onun tutulmasında iştirak etdiklərini qeyd etdiyi polis əməkdaşları Şahid5, Şahid4 Ramiyəddin oğlu və Şahid6 məhkəmədə dindirilmiş və onların hər üçü ifadələrində bildirmişlər ki, onlar Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə tutulması ilə bağlı heç bir tədbirdə iştirak etməmişlər. Həmçinin, Təqsirləndirilən şəxs tutulan zaman qonşusu Şahid3 Orxan oğlunun orada olduğunu və yaşadığı evin açarını ona verdiyini bildirmişdir. Bu səbəbdən Şahid3 Orxan oğlu işi üzrə şahid qismində cəlb edilmişdir. O, ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs tutulan zaman o, öz yaşadığı evin qapısının yanında olmuş, Təqsirləndirilən şəxs evinə yaxınlaşmağa polis əməkdaşları icazə verməmişdir, Təqsirləndirilən şəxs hansı polis əməkdaşları tərəfindən tutulduğunu xatırlamır. Həmçinin, Təqsirləndirilən şəxs tutulan zaman yaşadığı evin açarını ona vermiş, o isə açarı heç bir polis əməkdaşına verməmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona qarşı irəli sürülmüş ittihamın təkzibi ilə əlaqədar göstərdiyi xüsusatlar məhkəmə tərəfindən araşdırılmış, lakin öz təsdiqini tapmamışdır. Beləliklə də, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsi tədqiq edilmiş və bir-biri ilə uzlaşan digər mötəbər sübutlarla ziddiyyət təşkil etdiyindən, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirir. Bundan başqa, məhkəmə təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını xahiş etməsinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçisinin bu mövqeyi əsassızdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə. Məhkəmə Təqsirləndirilən şəxs və müdafiəçisinin göstərdiklərinə münasibətdə qeyd edir ki, cinayət-prosessual qanunvericiliyinə görə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyi təsdiq edildiyi halda bəraət hökmü çıxarılmalıdır. Lakin, məhkəmə tədqiqi zamanı Təqsirləndirilən şəxs ittiham olunduğu həmin maddə ilə bəraət verilməsi üçün Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilməmişdir. Əksinə, toplanmış sübutların məcmusu ilə müəyyən edilmişdir ki, sözügedən cinayət hadisəsi baş vermişdir, əməldə cinayət tərkibi vardır, cinayətin törədilməsinə məhz Təqsirləndirilən şəxs aidiyyəti olmuşdur və onun bu cinayət hadisəsində təqsirliliyi sübuta yetirilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də, məhkəmə iclasında tədqiq edilmiş özünün ibtidai istintaq zamanı verdiyi ifadələr, şahid ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin keçmiş SSRİ dövlətində zavod üsulu ilə istehsal olunmuş 5,45x39 mm kalibrli, atəş üçün yararlı, “Kalaşnikov” konstruksiyalı avtomatların döyüş sursatı hesab edilən 14 ədəd patronlarını və 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı, 30 ədəd 5,45x30 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulan “Kalaşnikov” konstruksiyalı avtomatların komplekt hissəsi darağı və 01 ədəd nömrəsi silinmiş 5,45 mm kalibrli olmaqla zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı, təyinatı hər hansısa bir kustar üsul ilə dəyişikliklərə məruz qalmamış yivli odlu silah olan AK-74 modelli “Kalaşnikov” konstruksiyalı avtomatı qanunsuz olaraq əldə edib yaşadığı evdə saxlaması tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs bu əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə hesab edir ki, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını məsuliyyətini yüngülləşdirən hal kimi, əməlində cinayətin residivinin olması isə məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmənin qənaətinə görə, hazırkı halda təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından CM-in 62-ci maddəsi tətbiq edilərək ona islah işləri və ya azadlığın məhdudlaşdırılması cəzalarının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzaların təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət prinsipinə ziddir. Belə ki, ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, eləcə də Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, ona həmin Məcəllənin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzasını çəkməlidir. Odur ki, Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və onun əməlində cinayətin residivi olduğundan, o, hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, cəza çəkmə müddətinin əvvəli tutulduğu xx.xx.2024-cü il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınan iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, Gəncə şəhər BPİ-də saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunaraq götürülmüş 01 ədəd nömrəsi silinmiş 5,45 mm kalibrli olmaqla zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı, yivli odlu silah olan AK-74 modelli “Kalaşnikov” konstruksiyalı avtomat, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı, 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulan “Kalaşnikov” konstruksiyalı avtomatların komplekt hissəsi olan darağı və 5,45x39 mm kalibrli, atəş üçün yararlı, “Kalaşnikov” konstruksiyalı avtomatların döyüş sursatı hesab edilən 14 ədəd patron hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə müsadirə edilməklə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Bundan başqa, qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 40 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 02 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut olan 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın, Gəncə şəhər BPİ-də saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunaraq götürülmüş 01 ədəd nömrəsi silinmiş 5.45 mm kalibrli olmaqla zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı, yivli odlu silah olan AK-74 modelli “Kalaşnikov” konstruksiyalı avtomat, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı, 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulan “Kalaşnikov” konstruksiyalı avtomatların komplekt hissəsi olan darağı və 5,45x39 mm kalibrli, atəş üçün yararlı, “Kalaşnikov” konstruksiyalı avtomatların döyüş sursatı hesab edilən 14 ədəd patronlar hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə müsadirə edilməklə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) Hökmdən elan edildiyi və ya həbsdə olan şəxsə isə təqdim olunduğu gündən 20 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Xəqani Tağıyev
Məhkəmə qərarları › İş №1(125)-239/2024
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-239/2024
02.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver